Sual (51) : salam aleykum. sualım budur ki nəyə görə İmam Məhdinin adını çəkəndə baş əyərək salavat edirlər? Yusif Peyğamberin kinosuda Peyğamber Misirin böyüyünə belə baş əymədi bəs bizim İmama baş əyməyiniz düzgündür? baş əyərək salavat çevirməyi izah edin xaiş edirem. elə başa düşməyin ki mən sələfiyəm and olsun Allaha Şiəyəm sadəcə bu məsələ qaranlıq qaldı.Allah amanında.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Biz Peyğəmbər və imamların yolu və sünnəsinə əməl edirik. İmam Mehdinin (ə) Qaim ləqəbi deyiləndə ayağa qalxılır çünki İmam Riza (ə) belə etmişdir, bu əməl onun qiyam və gəlişin xatırladır. Salavat hər halda və hər yerdə bəyənilir.

Allah sizə yar olsun.

Sual (52) : Salam. Bize hansi elametlere inanmaq tovsiye olunub? Meselen, dirnaqlqri cersenbe axsami ve cume gunleri qirxmaq, gece vaxti zibil atmamaq ve s.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) və məsum imamların sünnələrində (rəftar-əməl-buyuruq) gələnlərə  əməl  etmək  tövsiyə  olunur. 

Allah sizə yar olsun.

Sual (53) : Salam Allahin Rehmeti uzerinze olsun aqamiz İmam Mehdiye mektub yazilma qaydasi necedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məktub yazmaq bir növ Əhli-beytə təvəssüldür. Əgər ərəb dilini oxuyub yazmağı bacarırsızsa aşağıdakı cümlələri yazıb sonunda hacətinizi yazıb axar suya atın və niyyətiniz belə olsun ki, İmam Zamanın (ə) naibinə çatsın.

«بسم الله الرحمن الرحیم. اللهم انی اتوجه الیک باحب الاسماء الیک و اعظمها لدیک و اتقرب و اتوسل الیک بمن اوجبت حقه علیک بمحمد و علی و فاطمه و الحسن و الحسین و علی بن الحسین و محمد بن علی، و جعفر بن محمد، و موسی بن جعفر، و علی بن موسی و محمد بن علی و علی بن محمد و الحسن بن علی و الحجة المنتظر صلوات الله علیهم اجمعین اکفنی ...

Əgər ərəbi yazmağı oxumağı bacarmırsınızsa öz dilinizdəhacətinizi məktuba yazıb suya atın.

Allah sizə yar olsun.

Sual (54) : ALLAHIN SALAMI OLSUN OLSUN UZERINIZE.SIZE BIR SUALIM VAR .BIR QARDAS DEYIR KI,MENE COX VAXT SUAL VERIRLER KI, ISLAMDA OZUNE QESD ELEMEY HARAMDIR.HARAMDIRSA ,BES NIYE BIZIM IMAMLARIMIZ VE PEYGENBERLERIMIZ BILE BILE OLUME GEDIBLER.BES BU GUNAH SAYILMIR?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslamda bilə-bilə ölümə getmək həmişə haram və günah deyil bəlkə bəzən lazımdır, cihadda getmək kimi hətta insan yəqin etsə ki, öləcək və ya dəyərli bir insanın canını xilas etmək və s. 

İnsanın canı dəyərlidir və ona qəsd etmək günahdır amma əgər insan öz canından dəyərli bir hədəf üçün özünü ölümə atsa bu günah deyil bəlkə fəzilətdir. İnsanın canı malından, namusu canından və dini isə hər şeyindən üstündür. İmam Hüseyn (s) bilə-bilə ölümə getdi çünki, dini xətərdə idi amma başqa imamlar heçdə bilə-bilə ölümə getməyiblər bəlkə imamların təqiyyə etməsi bir növ canlarını qorumaq üçün olub.

Bu sualın cavabını daha aydın şəkildə başa düşmək üçün aşağıdakı qeydlərə diqqət yetirmək zəruridir.

1. Əvvəla imamların dünyada olan bütün həqiqətlərə qeyb elminin (qeyri maddi elm, Allah tərəfindən bəxş olunan elm) köməyi ilə xəbərdar olub və olmamaları geniş bir mövzudur. Biz deyə bilmərik ki, onların bütün baş verənlərdən qabaqcadan xəbəri olub.

2. Hər bir insan öləcəkdir. Hətta bəz insanlar öz maddi elmləri ilə necə öləcəklərini də təyin edə bilirdilər. Amma onların elmi ölümün qarşısını ala bilmir. Bu barədə bunu deyə bilərik ki:

Birincisi: hər bir insan bir gün ölümə məhkumdur. Hək kəsin bu qaydadan nə qədər xəbərdar olub – olmaması heç nəyi dəyişməz. Yəni heç kəs bu qaydadan müstəsna deyil. Deməli, heç kəsin ölüm barəsində olan məlumatı onun ölümünün vaxtını dəyişməz və təxirə salmaz.

İkincisi: Əgər Allah taalanın o ölümdə razılığı qətidirsə bunun qarşısını heç nə ilə almaq olmaz.

Üçüncüsü: İmamların şəhid olmalarına elmlərinin olması və onların bu keyfiyyətlə şəhid olmalarına razılıq vermələri, Onların məqamlarının daha da ucalmasına xidmət edir.

Nəticə:

Deməli, ən gözəl ölümün (şəhadətin) qarşısını almağa cəhd göstərmək İlahinin razılıına zidd olmaq deməkdir. Bu əməl də imamların bir ömür iddia etdikləri “Allahın razılığı” anlamı ilə uyğun gəlmir. Belə ki, bütün imamlar (ə) Allahın razılığı olmadan bir addım belə atmamışlar. Yəni onların olub-olmamaları Allahın razılığı üçündür. http://islamquest.net/

Allah sizə yar olsun.

Sual (55) : Salam deyerli mominler! O hansi mescid idi ki, Aallah-teala butun qapilarin baglanmasini, yalniz imam Ali aleyhisselamin qapisinin aciq qalmasina raziliq verdi. Ve bunun esas sebebi ne idi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Mədinə Məscididir  ki, Məscidun-Nəbi deyilir. Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra tikdi və hazırdada bu məscid durur və Peyğəmbərdə (s) elə orda dəfn olunub.

Zeyd ibn Ərqəm deyir: “Allah rəsulu əshabələrinin bəzilərinin qapısı məscidə açılırdı və keçid yolları oradan idi. Peyğəmbər (s) buyurdu: Əlinin qapısından savayı başqa qapıları bağlayın. Bu barədə camaat arasında söz-söhbət oldu. Peyğəmbər (s) ayağa qalxıb, Allaha həmd və sitayiş edəndən sonra buyurdu: Deyirlər ki, mən Əlinin qapısından başqa bütün qapıları bağlamağı əmr etdim! Amma həqiqətdə mən heç nəyi bağlamamış və ya açmamışam, mən Allah tərəfindən bu işə məmur olunmuşam və itaət etmişəm.”

Təbərani “Əl-Kəbir”də İbn Abbasdan nəql etmişdir ki, Allahın rəsulu (s) bir gün ayağa qalxıb buyurdu: “Mən sizi öz yanımdan (məsciddən) çıxarıb onu saxlamadım, Allah sizi çıxarıb onu saxlamışdır. Mən məmur olunmuş qulam, mənə verilmiş fərmana əməl edirəm. Mən vəhydən savayı heç nəyə itaət etmirəm.” Yenə Allahın rəsulu (s) buyurmuşdur: “Ey Əli, məndən və səndən başqa məsciddə cənabət heç kəs üçün halal deyildir.”

Səd ibn Əbu Vəqqas, Bəra ibn Azib, İbn Abbas, İbn Ömər və Hüzeyfə ibn Üseyd, Qifari bütün bunların hamısını nəql edibdemişlər ki, Peyğəmbər (s) məscidə gəlib buyurdu: “Allah Musaya vəhy buyurdu: Mənim üçün pak bir məscid tik ki, səndən və Harundan başqa heç kəs orada məskən seçməsin. Allah mənə də vəhy buyurub ki, pak və təmiz bir məscid tikəm və məndən, bir də qardaşım Əlidən savayı heç kəs orada sakin olmasın.”

Ömər ibn Xəttab, Buxari və Müslimin hədisinə əsasən, deyir: Əli ibn Əbu Talibə üç şey verilmişdir, əgər onlardan biri məndə olsaydı, qırmızı tüklü dəvələrdən (ərəbin ən yaxşı sərvəti) mənim üçün daha yaxşı olardı. Arvadı Fatimə (ə) Peyğəmbər (s) qızı, məskəni (Allah rəsulu ilə birlikdə) məscid, Peyğəmbərə halal olan hər bir şey Əliyə də halal idi. Və bir də “Xeybər günü” bayraq onun əlində idi.” Yenə doğru hədisə əsasən, bir gün Səd ibn Malik Əlinin (ə) bəzi xüsusiyyətlərini nəql edərək dedi: “Peyğəmbər (s) əmisi Abbası və başqalarını məsciddən çıxartdığı vaxt, Abbas o həzrətə ərz etdi: Bizi çıxardırsan, Əlini orada qoyursan? Həzrət cavab verdi: Sizi mən çıxartmadım, Allah sizi çıxartdı və ona yer verdi.”
Hədislərdə gördüyünüz kimi bu iş Allahın əmri ilə həyata keçib və bunun həqiqi səbəbin Allah bilir amma hikməti bu olar bilər ki, zahiri və batini təharətə riyayət etmək üçün, məsum insan isə hər halda pakdır. Allah bununla ümmətə Hz. Əlinin fəzilətini göstərir, elmin qapısı, Peyğəmbərin (s) haqq canişini yalnız Əlidir (ə).

Allah sizə yar olsun.

Sual (56) : Salamun Aleykum zehmet olmasa yazin peygemberlerden ve ya imamlardan hansisa men mesumam biz gunay etmirik deyibmi deyiblerse niye tevbe ve istigfar edibler?ayede ehzab(33)ALLAH sizden gunahlari silib pak etmek ister buyurulur. Gunah etmirlerse neden pak olmaqdan gedir sohbet mesum insanlar nece ornek ola biler bir halda ki bizim kimi gunah etmirler?evvelceden teshekkur

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, məsumlardan öz ismətləri barədə müxtəlif təbirlərlə hədislər var. Həzrət Peyğəmbər (s) özü və Əhli-beytinin (ə) ismət məqamı haqqında buyurur: “Mən, Əli, Həsən və Hüseyn, Hüseynin doqquz övladı bütün çirkinliklərdən pak və məsumuq.” “Uyuni-əxbarir-Riza”, 1-64 bab 6 hədis 30.

Başqa hədisləri müşahidə üşün aşağıdakı adresə müraciət edin:

http://www.valiasr-aj.com/fa/page.php?bank=maghalat&id=163#16

Tövbə və istiğfar həmişə günahdan olmur və ya günah təbiri arxasında biziм düşündüyüмüz günah nəzərdə tutulмur. Peyğəмbərlərin və iмaмların öмrü Allahın zikri ilə keçмişdir. Onların könlü daiм uca aləмin seyrindədir. Onlar daiм “Allaha elə ibadət et ki, sanki onu görürsən; əgər sən onu görмürsənsə, O səni görür.” buyruğunu əsas götürмüşlər. Onlar daiм Allaha üz tutмuş və Onun haqqında düşünмüşlər. Əgər bir an fikirləri Allahdan yayınмışsa, yeмək-içмək və sair halal işlərlə мəşğul olмuşlarsa, bunu özləri üçün günah və xəta hesab etмişlər. Bu səbəbdən də Allah dərgahına tövbə etмiş və bağışlanмa diləмişlər. Həzrət Peyğəмbərin “yaxşıların saleh işi Allaha yaxın olanlar üçün günahdır.” buyruğu da bu gerçəkliyə işarədir.

 Allahın ayədə qeyd olunan iradə və istəyi "təşrii” yox, "təkvini” iradə və istəkdir. Başqa sözlə, Allah-taala Əhli-beytə günahlardan çəkinmək göstərişi vermir. Çünki bu ilahi göstəriş (günahlardan çəkinmək) təkcə "Kisa” əhlinə deyil, bütün müsəlmanlara ünvanlanmışdır. Məlum olur ki, Allahın təkvini iradə və istəyi ilə Əhli-beyt (ə) bütün günahlardan pak, şərdən və nəfsani istəklərdən uzaqdır.


İsməti cəbr və məcburi deyil. İnsan şəri riyazət, nəfsin paklaşdırılması yolu ilə ismət məqamına çata bilər. Demək, ismət təkcə peyğəmbərlərə və imamlara aid deyil. İsmət sadəcə peyğəmbərlik və imamlıq şərtidir.
Demək, başqaları da məsum ola bilər. Bəli, hər bir peyğəmbər və imam məsumdur, amma hər bir məsum peyğəmbər və imam deyil. Məsum günahın batinini və nəticəsini olduğu kimi görür: İmam Rizadan (ə) soruşulur ki, siz günah edə bilmirsiz ya özünüz etmirsiniz? İmam (ə) buyurur: Günah edə bilərik amma mərifət sayəsində etmirik günah bizim gözümüzdə bir nəcasət kimidir və biz onun batinin görürük. 

Allah sizə yar olsun.

Sual (57) : salam ehli beyti sevmekde meqsed nedir?sadece sevmekdise ehli sunnede onlari sevir onlara tabe olmaqdirsa sunne ehlide onlara tabe olur onlarin vasitesile daha cox sunneni yasayir ister namazda ister yasayisinda?bizim shiyeler sunne namazini ve bir cox sunneti hereketleri yerine getirmirler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə əqidəsində Əhli-beyt yalnız 14 məsumdur. Əhli-beyt barədə əhli sünnə ilə şiə arasında bir neçə fərq var. 1. Əhli sünnə əhlibeyti müxtəlif mənalara yozur və daha geniş mənada Peyğəmbərin xanımlarına, bəziləri bəni haşimə, hətta bütün Peyğəmbər ümmətinə şamil edirlər 2. Əhli sünnə Əhli-beyti məsum bilmir şiələr isə məsum bilirlər 3. Əhli sünnə şiələrin əksinə olaraq İmamların Allah tərəfindən seçilməsini qəbul etmirlər və bu məsələyə etiqadları yoxdur 4. Əhli sünnə İmamlardan təbəiyyət etməyi lazım bilmirlər 5. Əhli sünnə yalnız Peyğəmbərdən hədis qəbul edirlər şiələr isə İmamlarında sözünü, sünnəsini  və əməlinidə hədis mənbəyi kimi qəbul edir 6. Şiə səqəleyn hədisinə əsasən Peyğəmbərin (s) əmanətini Quran və Əhli-beyti hesab edir sünnülər isə Quran və sünnəni qəbul edirlər 7. Şiə Əhli-beytin qəmli günlərində qəmlənir şad günlərində şadlanır (Əhli-beytin mövludlarını və şəhadətini qeyd edir) sünnülər isə belə etmir 8. Əhli sünnə birinci və ikinci xəlifəni İmam Əlidən (ə) üstün hesab edirlər 9. Əhli sünnə Əhli-beyti şiələr kimi müqəddəs hesab etmir 10. Əhli sünnə Əhli beyti yalnız qəlbdə sevirlər Allah-təala Quranda Əhli-beyti sevmək barədə məvəddət kəlməsin işlədir, قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْب Şura 23. Məvəddətin məhəbbətlə fərqi budur ki, məhəbbət yalnız qəlbi sevgidir məvəddət isə qəlbi sevgini əməldədə aşkar etməkdir....

Bəzi sünnələr şiə və əhli sünnə arasında fərqlidir. Misal olaraq təravih namazı (Ramazan ayında qılınan müstəhəb namaz) bu şiə əqidəsinə görə Peyğəmbərin (s) yox Ömərin sünnəsidir.

Sonda, əvvəlcə əhli sünnə alim olmuş sonradan şiə əqidəsini qəbul edən Məhəmməd Ticani şiələri həqiqi sünnə əhli hesab edir və bu adda kitab yazıb.

Allah sizə yar olsun.

Sual (58) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.Sualım bu idi ki,İslamda ilk tabut kimin üçün düzəldilib?Allah razı olsun inşallah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Islamda əvvəlin tabutu Əsma binti Umeys xurma ağacından Həzrəti Zəhra (s) üçün düzəltdi. Həzrəti Zəhra (s) buyurdu: Nə gözəl tabutdu, ölənin kişi ya qadın olmağı bilinmir.
Allah sizə yar olsun.
Sual (59) : Salam Islamda insan huquqlari beraber sayilir bes quranda qul meselesi nedir?o vaxt peygember ve imamlarimizinda qullari olub ?bawa salinda

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Düzdür ki, Quranda qullarla evlənməyin hökmləri, onlarla məhrəmlik, mükatibə (qulların azadlığı üçün yazılan müqavilə) və s. hökmlər zikr olunmuşdur və bu da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə və islamın əvvəllərində quldarlığın varlığını sübuta yetirir, amma qullarının azad edilməsi üçün islamın çox dəqiq və tənzim olunmuş proqramları vardır ki, nəticə etibarı ilə onların hamısı tədrici şəkildə azad olunur. İslamın bu məsələyə qarşı münasibətini bilmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

1. İslam dini heç vaxt ilk olaraq quldarlığı icad etməmişdir;

2. İslam keçmişdə qulların əzab-əziyyətli və acınacaqlı taleyinə böyük bir ictimai problem ünvanı ilə yanaşmışdır;

3. İslam qulların azad edilməsi üçün çox dəqiq və müntəzəm bir proqram təqdim etmişdir. Çünki cəmiyyətin yarısını bəzən qullar təşkil edirdi ki, onların nə müstəqil kəsb-ticarətləri var idi, nə də həyat və məişətlərini davam etdirmək üçün vasitələri. Əgər İslam dini ümumi bir fərmanla bütün qulların azad olunmasına göstəriş versəydi, ya onların əksəriyyəti tələf olub aradan gedərdi, ya da böyük sayılı cəmiyyət ac-yalavac və işsiz olar, məhrumiyyət onlara təzyiq göstərər və nəticədə hər yerə hücum edərdilər. Bunun ardınca da cəmiyyətdə qanlı çarpışmalar yaranar və cəmiyyətin nizam-intizamı və ictimai asayişi pozulardı. Buna əsasən İslam çox dəqiq proqramlar tökmüşdür ki, qullar tədrici olaraq azad olunsun və cəmiyyətin ağuşuna qayıtsınlar.

Bu proqramın çoxlu maddələri vardır, o cümlədən:

Birinci maddə: Quldarlığın mənşəyini bağlamaq;

İkinci maddə: Azadlıq qapılarını açmaq;

Üçüncü maddə: Qulların şəxsiyyətinin dirçəldilməsi;

Dördüncü maddə: Qullarla insani rəftar;

Beşinci maddə: İnsan satışının ən pis bir iş olduğunu elan etmək.

İslam rəhbərlərinin ixtiyarında olan kəniz və ya qullar da məhz həmin dəqiq və hikmətli proqramlar əsasında olmuşdur. Onlar qullarla elə gözəl və yüksək səviyyədə rəftar edirdilər ki, çox hallarda qulu azad edən zaman o, imamın evini tərk etməyə razı olmurdu. Bundan əlavə, din rəhbərlərinin qullarla belə gözəl rəftar və davranışı müsəlmanlara bu məsələ ilə əlaqədar çox mühüm bir əməli örnək verirdi ki, quldarlığı aradan aparıb kökünü kəssinlər. http://islamquest.net/

Allah sizə yar olsun.

Sual (60) : “(Ey Peyğəmbər,) o zaman ki, münafiqlər sənin yanına gəlib dedilər: “Biz şəhadət veririk ki, sən Allahın peyğəmbərisən.” Allah bilir ki, sən Onun Rəsulusan və o həm də şahidlik verir ki, münafiqlər yalan danışırlar.”[5] 1)Bu ayədə səhabənin hansı münafiqləri nəzərdə tutulur? 2)nəyə görə islam dininə Hz.Fatimə (s.ə)kimi bir məsumə qadın lazım idi? 3)Hz.Fatimə (s.ə) məqamca imamətdən üstündü yoxsa eksinədi?

Bismillahir-rəhmanir-rəhim.

1. Abdulla ibni Ubey və onun tərəfdarları.

2. Bu sualın cavabın saytın kitabxanasındakı kitabdan oxuya bilərsiz:

Fatimə Fatimədir, Doktor Əli Şəriəti

http://kitab.nur-az.com/az/lib/view/265

3. Hz. Fatimə (ə) imamət məqamından başqa tamam məqam və fəzilətlərdə imamlarla bir məqamdadır və bəzi alimlər Hz. Zəhranın (s) məqamının imamlardan üstün olduğunu qeyd edirlər. 

Allah sizə yar olsun.
Go to TOP