Sual (31) : selamünaleyküm:HZ. HASAN a.s 70 EVLİLİK yaptığı doğrumudur

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, bu doğru deyil  və heç bir əsası olmaya bəni-üməyyənin iftiralarındandır.
Daha ətraflı bu linkdən oxuyun:  http://www.islamquest.net/tr/archive/question/fa1576
İmam Hasan (a.s) birçok kadınla evlenmiş ve onları boşamış mıdır?

Allah sizə yar olsun.

Sual (32) : Salamu-aleykum.Xanım Fatimeyi-Məsumənin (əs) meqami niye bele yuksek tutulur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Məsumənin (ə) məqamının yüksək tutulmasının səbəbi, imamların onun barəsində buyurduqlarına əsasəndir. Bu məqamda, ilahi elm və seçimə əsasən və insanların səlahiyyətlərinə görə verilir.
Həzrət Məsumə (s) barədə daha ətraflı bu linkdən oxuyun: http://xeber.nur-az.com/articles/view/76/27

Allah sizə yar olsun. 

Sual (33) : salam aleykum.bildigimiz kimi ehli sünne kitablarında Peygember s.e.v in namazda ellerini baglamasına 20 sehabeden hz Eli başda olmaqla 25 sehih hedis revayet olunur.bes şiye kitablarında mehz Peygemberin s.e.v özünün namazda ellerini aciq tutmasıyla elaqeli 1 denede olsun ya hansısa sehabeden yada ehlibeytten 1 hedis varmı?nece ola bilerkı Peygember s.e.v bu qeder namaz qılsın elini acıq tutmasına birdenede olsun hedis olmasın?varsa hedisi ve yerini yazın.Inşallah cavabsız qalmaz
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə inancına əsasən, əli bağlı namaz qılmaq haramdır və Əhli-sünnə məzhəblərinin heç biri namazı əli bağlı qılmağı vacib bilməmiş, yalınız bir müstəhəb əməl hesab etmişlər. Bəzi Əhli-sünnə alimlərinin nəzərincə isə vacib namazlarda əli bağlı namaz qılmaq məkruhdur. Məsələn, Maliki məzhəbi öncülünün nəzəri belədir. Əvvəllər, bütün səhabələr qolu açıq namaz qılırmışlar, lakin sonradan Ömər bu bidəti irəli çıxarıb. Abdullah ibn Zübeyr (səhabə), Həsən Bəsri, İbn Sirin (tabein), Leys ibn Səd və İbrahim Nəxəi (tabei tabein) namazın qolu bağlı qılınmasını qəbul edirmişlər.

Peyğəmbər (s) əli açıq namaz qılıb

Əhli-sünnə və şiə hədislərində Peyğəmbərin (s) necə namaz qılması əməli surətdə göstərilir. Onların heç birində əli bağlı namaz qılmaq yoxdur. Əhli-sünnə Peyğəmbərin (s) səhabəsi Əbu Həmid Saididən Peyğəmbərin (s) necə namaz qılmasını nəql edirlər. Bu səhabə xırdalığı ilə Peyğəmbərin (s) namazını digər şəxslərə göstərir, əli bağlı qılmaq yoxdur. Həmçinin şiə hədislərində İmam Sadiq (ə) Peyğəmbərin (s) qıldığı namazı əli açıq bəyan edir.

Qurtubi deyir:

اختلف العلماء في وضع اليدين أحدهما علي الأخري في الصلاة فكره ذالك مالك في الفرق و أجازه في النفل و رأي قوم أن هذا من سنن الصلاة و هم الجمهور؟ و السبب في اجتلافهم أنه قد جائت آثار ثابتة نقلت فيها صفة صلاةه عليه الصلاة و السلام و لم ينقل فيها انه كان يضع يده اليمني علي اليسري و ثبت ايضاً أن الناس يؤمرون بذالك .

“Namaz qılarkən əllərin bir-birinin üzərinə qoyulmasında yekdil nəzər mövcud deil. Malik ibn Ənəs (Maliki məzhəbinin rəisi) vacib namazlarda əli bağlı olmağı məkruh, bəziləri isə bunu namazın qaydalarından hesab etmişlər. Əksər Əhli- sünnə alimləri bu nəzəriyyəni qəbul edir. Məlum ixtilafın mənşəyi uyğun mövzuyla əlaqədar səhih hədislərin mövcudluğu və Peyğəmbərin (s) necə namaz qılmasını bəyan edilməsidir. Beləki Peyğəmbərin (s) namaz qılarkən sağ qolunu sol qolunun üstünə qoyması barədə hədis nəql olunmayıb. Digər tərəfdən isə camaata namaz qılarkən əllərin bir-birinin üstünə qoyulması əmr olurdu”. “Bidayətul-müctehid”, 1-ci cild, səh: 136.

Əksər Əhli-sünnə alimlərinin əsaslı sübutu Buxari və Müslimin nəql etdiyi rəvayətidir.

Buxari yazır:

عن ابي حازم عن سهل بن سعد قال: كان الناس يؤمرون ان يضع الرجل اليد اليمني علي ذراعه اليسري في الصلاة قال ابو حازم لا أعلمه إلاّ إن بنمي ذلك الي النبيّ .

“Əbu Kazım Səhl ibn Səddən belə nəql edir:” Camaata (kişilərə) namaz qılarkən sağ qolu sol qolun üzərinə qoymaq əmr olunurdu”. Əbu Kazim deyir: “Buna Peyğəmbər (s) əmr etməyənədək mən bu məsələni düzgün hesab etmərəm”. “Səhihi Buxari”, 1-ci cild, səh: 135.

Sizə bu işi əmr edənin kimliyi aydın olmadımı? Bu şəxs Ömər və ya başqası imiş?

Eyninin (“Səhih Buxari”-ni şərh edən) və Siyutinin sözündən belə məlum olur ki, məlum rəvayət mürsəldir. (Hədis elmində sənədində bəzi ravilərin adlarının qeyd edilməməsinə, mürsəl hədis deyilir). “Ümdətul-qari”, 5-ci cild, səh: 278; “Ət-təvsih ələl-cameis-səhih”, 1-ci cild, səh: 463.

Müslim yazır:

عن علقمة بن وائل و مولي لهم انهم حدثاه عن ابيه وائل بن حجرأنه راي النبي (ص) رفع يدَيْهِ حين دخل الصلاة... ثم وضع يده اليمني علي اليسري .

“Əlqəmə ibn Vail atası Vail ibn Həcərdən belə nəql edir: “Atam Peyğəmbərin (s) namaza başlayarkən əllərini qaldırmasını... sonra sağ əlini sol əlinin üzərinə qoymasını görüb”. “Səhihi Müslüm”, 1ci cild, səh: 150.

Bu rəvayət də mürsəldir. Çünki Əhli-sünnə alimləri Əlqəmə ibn Vailin atasından nəql etdiyi rəvayətlərii mürsəl hesab edirlər.

İbn Həcər ibn Müindən belə nəql edir:

علقمة بن وائل عن ابيه مرسل .

“Əlqəmə ibn Vail atasından nəql etdiyi hədislər mürsəldir”. “Təhzibut-təhzib”, 7-ci cild, səh: 247; “Təhzibul-kəmal”, 13-cü cild, səh: 193.

Əhli beyt (ə) qolu bağlı namaz qılmağı qadağan edib. Bu barədə bəzən لا تفعل ذلك التكفير “Əlini elə sinənə qoyma” və bəzən isə يفعل ذلك المجوس.“Məcuslar elə edir” ifadələriylə camaatı bu əməldən çəkindirmişlər.
Bəzi rəvayətlərə əsasən bu əməlin kökü (qolu bağlı namaz qılmaq) əcəm əsirlərinin adətlərinə əsaslanır. İkinci xəlifə Ömər ibn Xəttabın bu əməldən xoşu gəldiyindən namazda belə dayanmağı göstəriş verib. “Cəvahirul-kəlam”, 11-ci cild, səh: 19; “Misbahul-fəqih”, səh: 402.

Allah sizə yar olsun.

Sual (34) : Ali Muhammed 17:26 Селаму алейкум.меним суалым беледир.ОМАР ИБИН ХАТБ МЕЛГУН ХАНЫМ ЗАХРАНЫ ИНЧИДИ СИЛЛИ ВУРДУ,ЕВИН ХАРАБА КОЙДУЛАР.МОСИМ БАЛАСЫ ЗИУАН ОЛДУ.АЛИ ИБН АБУ ТАЛИБ АЛЕИСЕЛАМ ЕВДЕ ИДИ?ВЕ ТЕПКИСИ НЕ ОЛДУ?КОРКМАДЫЛАР АЛЛАХЫН АСЛАНЫНДАН?НЕЧУР КЕТДИЛЕР АЛИНИН ЕВИНЕ

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiələrə qarşı onların ideoloji rəqiblərinin kritik hücumlarından biri Ömər ibn Xəttab tərəfindən  Fatimeyi-Zəhranın (s) evinə hücum olunması məsələsidir. Onlar bu məsələni şübhəli hesab edirlər.

Şiələrin rəqibləri iddia edirlər ki, ola bilməz ki, Allah Elçisinin (s.ə.s) qızı Fatimə (s) İslam peyğəmbərinin səhabələrinin ona vurduğu şübhəli zərbələrdən ciddi yaralanıb dünyadan köçsün.

Onlar deyirlər: “Əgər belə olubsa onda niyə Əli (ə) öz həyat yoldaşını müdafiə etmədi? Axı Əli (ə) Ərəblər və Haşimilər arasında ən güclü və qoçağı idi?”

Tarix boyunca şiə alimləri bu suala müxtəlif cür cavab veriblər ki, aşağıda onların bir neçəsini təqdim edirik.

Ömərin hədələrinə Əlinin (ə) cavabı

Ən başda, Ömər Əlinin (ə) və Fatimənin (s) evini hədələməyə başlayanda Əli Ömərin hədələrinə cavab verdi. Rəvayətdə deyilir ki, Əli (ə) üzündən və sinəsindən zərbə ilə vurmaqla Öməri yerə yıxdı. Əliyə (ə) dözmək əmr olunduğu üçün o, Ömərə və onun yoldaşlarına qarşı daha radikal hərəkətlər etmədi. Allah Elçisinin əmri ilə Əli (ə) səbr etməyi seçdi. Bununla Əli(ə) öz düşmənlərinə göstərmək istəyirdi ki, əgər Allahın və peyğəmbərin (s.ə.s) əmri olmasaydı onun evinə hücum edənlər Əli (ə) və onun tərəfdarları tərəfindən cəzalarını alacaqdılar.

Sulaym ibn Qeys Xəlili yazır: "Ömər od gətirilməsini əmr etdi və o, evin qapılarını yandırdı.  Sonra qapıları sındırmağa başladı və qapılar açıldı. Ömər evə daxil oldu. Fatimə (s) onun yolunu kəsərək qışqırdı: “Ey ata, ey Allahın Rəsulu!”. Ömər öz qılıncına əl atdı və bütün gücü ilə Allah peyğəmbərinin müqəddəs qızına yan tərəfdən zərbə endirdi. Bu zaman Fatimə initlti ilə dedi: “Ey ata, ey Allahın Rəsulu!”. Onda Ömər öz qamçısına əl atdı və Fatiməni vurdu. Xanım Fatimə (s) qışqırdı: “Ey ata, ey Allahın Rəsulu! Əbu Bəkr və Ömər mənə qarşı ədalətsiz hərəkət etdilər!”. Əli (ə) öz yerindən qalxaraq Ömərin yaxasından tutub yerə itələdi, sonra isə onun üzünə və sinəsinə zərbə endirdi.Əli (ə) Öməri öldürmək istəyirdi, amma O, peyğəmbərin sözlərini xatırlayaraq Ömərə dedi: “Ey Suxakın oğlu, Məhəmmədi (s.ə.s) peyğəmbər təyin edənə and içirəm! Əgər əvvəldən peyğəmbərlə mənim aramda bağlanmış və yazılmış əhd olmasaydı, sən yaxşı bilirsən ki, mənim evimə girə bilməzdin.  (Sulaym ibn Qeys, “Sulaym ibn Qeys Xəlilinin kitabı” kitabı, səh. 568, mətbəə “Hadi”, Qum şəh)

Məhşur sünni Quran təfsirçisi Əlusi yazır: “Ömər əsəbləşib Əlinin (ə) evinin qapılarını yandırdı və evə daxil oldu. Fatimə (s) Ömərə mane olaraq qışqırdı: “Ey ata! Ey Allahın Rəsulu!”  Ömər əsəbləşərək qılıncını qınından çıxararaq Fatiməni böyür tərəfindən vurdu, sonra onun çiynindən qamçı ilə zərbə endirdi. Fatimə inildədi: “Ey ata!”. Əli (ə) oturduğu yerdən qalxaraq Ömərin sinəsindən tutub onu yerə atdı, sonra isə onun burnundan və boynundan zərbə endirdi”. (Əlusi Bağdadi)

Allahın və onun elçisinin (s.ə.s) hökmünə tabe olmaq

Bütün həyatı boyu İmam Əli (ə) Allahın əmrlərinə tabe olub, qətiyyən Allah Elçisinin əmrlərindən çıxmazdı. Onun Ömər və onun tərəfdarları ilə vuruşmamasına yeganə səbəb peyğəmbərin (s.ə.s) əmri olmuşdu. Əliyə əmr olunmuşdu ki, bütün böyük faciə və ağrılara dözməlidi.

Raziuddin Musəvi öz kitabında yazır:

İmam Kazımdan (ə) nəql olunur: “Mən öz atam İmam Sadiqdən (ə) soruşdum: “Allah rəsulu (s.ə.s) özünə gələndən sonra nə baş verdi?” İmam cavab verdi: “Qadınlar Allah rəsulunun yanına gələrək ağlamağa başladılar. Mühacirlər və ənsarlar öz başsağlıqlarını verməyə hazırlaşırdılar. Əli (ə) dedi: “Gözlənilmədən məni çağırdılar. Mən içəri daxil olub Peyğəmbərin (s.ə.s) yanına yaxınlaşdım. Allah Rəsulu (s.ə.s) dedi: “ Ey mənim qardaşım! Bu insanlar məni qoyub öz dünya işləri ilə məşğul olacaqlar! Amma onlar sənə mənə qarşı olan öhdəliyivi yerinə yetirməyə mane ola bilməyəcəklər. Bu ümmət içərisində yalnız sən insanlar arasında Kəbəyə bərabərsən. Allah Kəbəni əlamət (işarə) olaraq yaradıb ki, müxtəlif yerlərdən olan insanlar ona doğru getsinlər. Mən rəhmətə gedənən sonra mənim vəsiyyətimi həyata keçir. Mənim bədənimi qəbrdə dəfn et, sonra öz evində müqəddəs Quranı mən sənə dediyim kimi nazil olma sırası ilə tərtib et.  Mən səni  bu ümmət tərəfindən sənə və Fatiməyə (s) olacaq şeylərə dözməyə çağırıram. Mənim yanıma gələnə qədər döz”. (Şərif Razi Musəvi “Xasaisul aima”, səh. 70)

Əli və Fatimənin evinə hücum zamanı Fatimeyi-Zəhraya vurulan zərbələr

Namusun qorunması bütün insanlar tərəfindən qəbul olunmuş bir keyfiyyətdi. Digər tərəfdən Əlinin düşmənləri onun evinə hücum etməklə  subut etməyə çalışırdılar ki, İmam Əli vəzifə naminə hər kəsi öldürməyə hazırdı. Əgər möminlərin əmiri İmam Əli bu provokasiyanın təsirinə düşsəydi və hücum edənlərlə döyüşsəydi böyük ehtimalla bu döyüşdə İmam Əlini qorumağa çalışan Fatimə (s) öldürülə bilərdi. Sonra şayə yayılacaqdı ki, Əli (ə) vəzifə naminə hətta öz həyat yoldaşını da qurban verdi. Allah rəsulunun ailəsinin düşmənləri elə bu cür də İmam Əlinin şiəsi və peyğəmbərin (s.ə.s) səhabəsi Əmmar Yasirlə davrandılar. Məscidin inşası zamanı peyğəmbər (s.ə.s) görəndə ki, başqaları qucağında bir kərpic daşıyanda Əmmar iki kərpic daşıyır, onda Allah Rəsulu (s.ə.s) Əmmarın üzünün tozunu silərək dedi: “Əmmar bir dəstə zalımı cənnətə, olar isə Əmmarı cəhənnəmə çağırarkən o zalım dəstə onu öldürəcək”. (“Səhih Buxari” cild 1, səh.172, hədis 436) Bu hədis peyğəmbər səhabələri arasında o qədər məhşur idi ki, heç kim onun səhihliyinə şübhə etmirdi və bütün insanlar bu barədə bilirdilər. Elə Əmmarı Siffeyn müharibəsində öldürən zalım dəstə məhz Müaviyə İbn Əbu Sufyanın dəstəsi oldu. Əmmarın ölümü barədə xəbər hər iki orduda yayılanda bu hədis barədə Müaviyənin əsgərlərinin ürəyinə qorxu və şübhə düşdü. Onda Müaviyə Əmr ibn Ası çağırıb onunla məsləhətləşəndən sonra əsgərlər arasında belə şaiyə yaydılar ki, Əmmarı əslində Əli (ə) öldürüb. Müaviyənin sübutu bu idi: O, əsas gətirirdi ki, Əmmar Əlinin ordusunda idi və elə məhz Əli onu döyüşə göndərdi. Deməli Əmmarın ölümündə günahkar Əlidir.

Əhməd ibn Hənbəl “Musnadə” əsərində yazır: “Məhəmməd ibn Əmr ibn Həzm öz atasından belə nəql edir: “Əmmar Yasir öldürüləndə Əmr ibn Həzm Əmr ibn Asın yanına gələrək deyir: “Əmmar öldürüldü! Allah Rəsulu (s.ə.s) demişdi ki, onu bir dəstə zalım öldürəcək!”. Əmr ibn Ass bu sözlərdən əsəbləşdi və dedi: “Qüdrət sahibi yalnız Allahdı” və Müaviyənin yanına getdi. Müaviyə soruşdu: “Nə olub?”

Əmr ibn Ass: “Əmmar öldürülüb!”

−Öldürülüb öldürülübdə, nə olsun?

−Mən Allah rəsulundan eşitmişəm ki, onu zalımlar öldürəcək.

Cavabında Müaviyə dedi: “Məgər onu biz öldürmüşük? Onu Əli və onun tərəfdarları öldürüblər! Onlar onu döyüşdə iştirak etməyə məcbur edib bizim qılınc və nizəmiz arasında qoydular”. (Əhməd ibn Hənbəl “Musnad”, cild 4, səh.199. hədis 17813)

Həşim Nişapuri bu hədisi rəvayət edənnən sonra deyir: “İki şeyxə (Buxari və Müslim) əsasən bu hədis səhihdi, amma onlar bu hədisi burda göstərildiyi kimi tərcümə etməyiblər”.

Nə üçün Əli (ə) özündən əvvəlki 3 xəlifənin apardığı müharibələrdə iştirak etməyib?

Məlumdur ki, Əli ərəblər içərisində ən güclü və qoçaq döyüşçü kimi şöhrət tapmışdı. Onun Allah elçisinin dövründə döyüşlərdə göstərdiyi şücaət onu göstərir ki, bu qalibiyyətlər möminlərin əmiri İmam Əlinin xidməti idi. Məhşur tarixi faktlar onu göstərir ki, tə kcə İmam Əlinin (ə) adı gələndə İslam düşmənlərinin canına qorxu və vəlvələ düşürdü. Belə ki, Ömər ibn Xəttab deyir: "Allaha and olsun ki, əgər Onun (Əlinin) qılıncı olmasaydı İslamın əsası qoyulmazdı”. (İbn Əbil Hadid “Şərh Nəgcül Bəlağə” cild 12, səh. 51.)

Ühüd və Hüneyn müharibəsində tərəfdarları Allah elçisini (s.ə.s) tərk edəndə Əli (ə) təkbaşına peyğəmbəri düşmənlərdən döyüşərək qorudu. Əli (ə)-ın iştirak etdiyi bütün döyüşlər peyğəmbərin dövründə olub. Öz dövrünün ən cəsur döyüşçülərinə qalib gələn Əli (ə) üç xəlifənin apardığı heç bir müharibədə iştirak etməyib. Bəlkə o, Ömərin bayrağı altında döyüşməyi cihad saymırdı? Ya da sünnəyə zidd olaraq xəlifələr möminlərin əmirinin xidmətlərindən istifadə etmək istəmirdilər?

Əli (ə) ən yaxşı qərarı qəbul edir

Möminlərin əmiri Əli ibni Əbu Talib (ə) onun evinə hücum olunan zaman seçim qarşısında qalmışdı: ya öz hüquqlarını qorumaqdan imtina etməklə İslamın əsaslarını qoruyub saxlamaq, ya da öz hüquqlarını müdafiə etməklə dinin əsaslarının çökməsinə şərait yaratmaq. Əgər İmam Əli (ə) onun evinə hücum edənlərlə vuruşsaydı, onda ikiüzlülər və dinin düşmənləri bunu öz maraqlarına uyğun istifadə etməklə dinin əsaslarını sarsıdacıydılar.

Imam Əli (ə) Nəhcül-Bəlağənin üçüncü xütbəsində deyir: “Sonra öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxmaı üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm.

İmam Əli (ə)-ın Nəhcül-Bəlağədəki beşinci xütbəsində oxuyuruq: “Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin. Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki, qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (indi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki, meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı  belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.)

Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözləri dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb dözməyim məsləhətdir)” http://quranevi.az

Allah sizə yar olsun.

Sual (35) : salam aleykum. hezreti peygember(s) in subh namazini qezaya vermesi barede hedis var bu hedis sehihdirmi? ve "ellame tebetebai bu hedisi inkar etmir" dogrudurmu? peygemberimiz subhu qezaya veribmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Əlinin (ə) sübh namazının qəzaya getməsi məsələsinə rast gəlməmişik, amma bəzi hədislərdə nəql olunub ki, əsr namazı qəzaya gedən zaman hz. Əli (ə) ya Peyğəmbər dua edir və Allah-təala günəşi geri qaytarır və günün batmağı uzanır, hz. Əli (ə) namazını qılır. Əlbətdə bu hədisin sənədi və dəlaləti zəifdir.
Sübh namazının qəzaya getməsi Peyğəmbərin (ə) barəsində nəql olunub.
Amma fiqh alimləri bunu bir mənalı olaraq qəbul etməmişdirlər, bəziləri bunu digər dəlillərlə qarşı- qarşıya gəlməsi və Peyğəmbərin (s) ismətiylə uyğun olmadığını bu cür rəvayətləri qəbul etməmişdirlər. başqa bir dəstə isə bu rəvayətlərin sənədlərinin etibarlı olmasını nəzərə alaraq ki, onlardan bəzilərinin mətnlərində işarə olmuşdur və bu hadisə Allahın öz istəyiylə həyata keçmişdir deyə və bu hadisə səbəb olmuşdur Allah tərəfindən insanlar üçün deyərək qəbul edirlər və hesab edirlər ki, bu heç bir dəlillərlə qarşı- qarşıya düşmür və Peyğəmbərin ismətinə heç bir nöqsan gətirmir; beləliklə bunu qəbul edirlər.

Allah sizə yar olsun.

Sual (36) : Esselemu aleykum. 1. Pirlerin basina dolanmaq xurafatdirmi? 2. Bezi ziyaretler ve pirlerde insanlar uzunu hereme kureyi arxada olaraq bayira cixirlar. Bu da xurafatdirmi? Allah razi olsun insallah

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbirləri ziyarət etdikdə məsumla qeyri-məsum arasında fərq qoymalıyıq. Bəzi rəftarlar məsumların ziyarətində bəyənilsədə başqa yerdə məsləhət deyil. Bu işlər hörmət və məhəbbət əlaməti olaraq olsa eybi yoxdur, amma ibadət niyyət ilə, şəri və müstəhəbbi əməl kimi bidətdir. Adətən insanlar övladlarına və sevdikləri insanlara öz məhəbbət və sevgisini göstərmək üçün bu sözü dilinə gətirirlər ki, "başuva dönüm" bunu əməldə etmək də məhəbbət və eşq üzündən olsa haram deyil, lakin savabıda yoxdur. Amma bəzən belə işlər zaman keçdikcə bir adətə və sünnətə çevrilir, onun üçün yaxşı olar tərk olunsun.

Allah sizə yar olsun.

Sual (37) : Salam aleukum. Hz Eli xelife olannan sonra fedeki qaytardi ehli beyte? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hz. Əli (ə) xəlifə olduğu zaman Fədəki geri amadı, tainki bu məsələni fitnəyə çevirməsinlər ki, xilafətdən öz şəxsi mənafeyi üçün istifadə edir. Bunun səbəbini imamlardanda soruşublar.

Şeyx Səduq r.ə. ’nin “İləluş Şərai” adlı kitabında nəql edir:

حدثنا أحمد بن علي بن إبراهيم بن هاشم رحمه الله قال حدثنا أبي، عن أبيه إبراهيم بن هاشم، عن محمد بن أبي عمير، عن إبراهيم الكرخي قال: سألت أبا عبد الله ” ع ” فقلت له لأي علة ترك علي بن أبي طالب ” ع ” فدك لما ولى الناس فقال: للاقتداء برسول الله صلى الله عليه وآله لما فتح مكة وقد باع عقيل بن أبي طالب داره فقيل له يا رسول الله ألا ترجع إلى دارك؟ فقال صلى الله عليه وآله وهل ترك عقيل لنا دارا إنا أهل بيت لا نسترجع شيئا يؤخذ منا ظلما. فلذلك لم يسترجع فدك لما ولى

Mənə Əhməd ibn Əli ibn İbrahim rəvayət etdi, dedi ki: atam mənə atası İbrahim ibn Haşim’dən, o Məhəmməd ibn Əbu Umeyr’dən, o da İbrahim əl-Kərhi’dən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) ’dan soruşdum və dedim ki : Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy’i geri almadı ? İmam ə.s. dedi ki: “o bu mövzuda Rəsulullah s.ə.ə. ’ə iqtida etmişdir. Rəsulullah s.ə.ə. Məkkə’ni Fəth etdiyi zaman Aqil ibn Əbu Talib onun evini satmışdı, deyildi ki: “ya Rəsulullah s.ə.ə. evinə dönməyəcəksən ?” Rəsulullah s.ə.ə. dedi ki: “Aqil bizə ev qoydu ki?” Biz Əhli Beyt bizdən zülm ilə alınanları geri almarıq, buna görə Əli ə.s. xəlifə olduğu zaman Fədəy’i almadı”

حدثنا أحمد بن الحسن القطان، قال: حدثنا أحمد بن محمد بن سعيد الهمداني، قال: حدثنا علي بن الحسن بن علي بن فضال عن أبيه عن أبي الحسن الرضا عليه السلام قال: سألته عن أمير المؤمنين عليه السلام لم لم يسترجع فدك لما ولي أمر الناس؟ فقال: لأنا أهل بيت إذا ولينا الله عز وجل لا يأخذ لنا حقوقنا ممن ظلمنا إلا هو ونحن أولياء المؤمنين إنما نحكم لهم ونأخذ لهم حقوقهم ممن يظلمهم ولا نأخذ لأنفسنا

Mənə Əhməd ibn Həsən əl-Kəttan rəvayət etdi, dedi ki: Mənə Əhməd ibn Məhəmməd ibn Səid əl-Həmədani rəvayət etdi, dedi ki: Əli ibn Həsən ibn Əli ibn Fəzzəl mənə atasından rəvayət etdi, dedi ki: Əbul Həsən ər-Riza ə.s.’a dedim ki: “Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy’i geri almadı ?” İmam ə.s. belə buyurdu: “Biz elə bir Əhli Beyt’ik ki, Allah Təala’nın özü bizi vəli qılmışdır və bizim haqqımızı da ondan başqası zalimlərdən ala bilməz. Bizlər də, möminlərin vəlisiyik. Onlar üçün hökm edən və onların haqlarını zalimlərdən alanıq; amma öz haqqımızı zalimlərdən almarıq.”

Allah sizə yar olsun.

Sual (38) : Salamun aleykum . İmam Huseyn(ə)-la İbrahim peyğəmbər(ə) arasında onların üzləşdikləri imtahan baxımından müqayisə aparsaq hansının məqamının daha üstün olduğunu söyləyə bilərik? Ümumiyyətlə belə bir müqayisə aparmaq düzgündürmü? Bəzi qardaşlar deyirlər ki belə bir müqayisə aparmaq heç düzgün deyil . Çünki İbrahim peyğəmbər ulul-əzm peyğəmbər olub və Allah ona çox sevdiyi oğlunun başını kəsməyi əmr edib o da Allahın əmrinin icrasına tələsib . İmam Huseyn(ə) isə böyük bir imtahan versə də o bu yolu getməyə məcbur idi . Yəni imam ya zilləti seçməli idi ya da savaşı . Zilləti seçə bilməzdi ona görə ikinci yol labüd idi . Xahiş edirəm bu haqda bizi məlumatlandırasınız .

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nəzakət və ədəbə riayət etmək üçün məsumları (əleyhimus-salam) biri-biri ilə müqayisə etmək və birini digərindən üstün qərar verməkdən çəkinək və hamısına hörmətlə yanaşaq.

İmam Hüseynin (ə) müsibəti o qədər ağır müsibətdir ki, Allah-təala özü bu müsibəti peyğəmbərlərə çatdırıb və peyğəmbərlər Kərbəla müsibətinə ağlayıblar. Hədislərdə nəql olunur, elə ki, Hz. İbrahim oğlunun başını Allahın izni ilə kəsmədi, narahat oldu ki, oğlunu qurban edən atanın savabı mənə nəsib olmadı, Allah-təala İmam Hüseynin (ə) Kərbəla müsibətini Hz. İbrahimə danışır, İbrahim bu müsibəti eşidəndə ağlayır. Allahdan vəhy gəlir ki, oğlunu qurban edən atanın savabını sənə verdim. Hədisdən məlum olduğu kimi İmam Hüseynin (ə) müsibəti o qədər böyükdür ki, ona ağlamaqla İbrahimə oğlunu kəsməsədə onu kəsməyin savabı verilir.
Əlbətdə İnsana müəyyən olunmuş vəzifələr bir tərəfdəndə imtahan xarakteri daşıyır. Hər kəs bu vəzifələrə əməl etməkdə ixtiyarlıdır, hətta peyğəmbər olsada. İmam Hüseyn (ə) məcbur deyildi, öz ailəsini və övladlarını Kərbəlaya gətirsin, çünki Yəzidin işi İmamla idi. Başqa bir tərəfdən İmamın Kərbəlaya gəlməyi də öz seçimi ilə idi, İmama müxtəlif təkliflər olunur ki, heç Yəzidlə beyət etməyədə məcbur olmayacaq, o cümlədən Yəmənə getməyi təklif edirlər, amma İmam qəbul etmir.

Allah sizə yar olsun.

Sual (39) : Salam aleykum..islami ilk qebul eden Hz Elidi yoxsa Hz xedice? Hz Elidise onda islami qebul etmemis ne idi? Hz Eli doguldugu gunden muselman deyilki? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kişilər arasında ilk islamı qəbul edən Hz. Əli (ə) qadınlardan isə Hz. Xədicədir. Hədislərə əsasən Hz. Əli (ə) Hz. Xədicədən əvvəl iman gətirib. Bu hədislər həm Peyğəmbərdən (ə) həmdə Hz. Əlinin (ə) özündən nəql olub ki, ilk müsəlman və ilk iman gətirən Hz. Əlidir (s). Mənaqibi ali Əbitalib cild 2 səh 4. Müsnədi Əhməd cild 5 səh 26.

Ümumiyyətlə Peyğəmbər (s), ata babaları və o cümlədən Hz. Əli (ə) islam dini Allah tərəfindən bir din kimi nazil olmamışdan öncə tək Allahlıq əqidəsində və hz. İbrahimin dinində olublar. Əlbətdə leksik mənada müsəlman olublar, çünki bu mənada Allah-təala həzrət İbrahimidə (ə) Quranda müsəlman adlandırır, amma terminoloji mənada təbii ki, islam dini nazil olduqdan sonra hesab olunurlar.

Allah sizə yar olsun.

Sual (40) : Salam aleykum... Beni hasimden gelenler seyiddi? yeni Peygemberin emileri Hemze, Abbasin neslinden gelenler seyiddi? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Seyidlik həzrət Peyğəмbər (s) xanədanında мövcud olan мənəvi bir şərəfdir. Həzrət Peyğəмbər (s) nəslindən olan bu insanlara xüsusi ehtiraм göstərilir. Bu ehtiraмın əsasını, şübhəsiz ki, həмin insanların həzrət Peyğəмbərlə (s) qohuмluq əlaqəsi təşkil edir. “Seyyid” ərəbcədən tərcüмədə “ağa” deмəkdir. Bu kəlмə həzrət Peyğəмbərin (s) və мəsuм iмaмların bəzi buyuruqlarında da işlədilмişdir.
Aммa belə bir titul seyyid olan şəxsə icazə verмir ki, İslaм qanunlarını pozsun və özünü qanunlara мünasibətdə başqalarından üstün saysın. Əslində seyyidliyin kökü Peyğəмbərin (s) və Peyğəмbər (s) əhli-beytinin əzəмətidir. Onlar öz uca şəxsiyyətləri sayəsində ağa, seyyid olмuşlar. Bu şəxsiyyət ucalığı həzrət Peyğəмbərin (s) babası Haşiмədən gedir. Onun övladları da bu yolla iftixar qazanмışlar.

Allah sizə yar olsun.

Go to TOP