Ad: salman, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Əleykumus-salam.
İmamlara şərikəl-quran xitab etmək bir çox dua və ziyarətnamələrdə gəlib. Şərikəl-quran demək həqiqətdə sünnü və şiənin mötəbər kitablarında Peyğəmbərdən (ə) nəql olan səqələyn hədisini məfhumudur. Peyğəmbər buyurub: “Mən iki qiymətli şeyi – Allah Kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. Necə ki, o (iki əmanət) sizinlədir, heç zaman haqq yoldan azmayacaqsınız. O ikisi, (Quran və Əhli-beyt) (axirətdə) Kövsər hovuzunun kənarında mənə qovuşacaq ana qədər bir-birindən ayrılmazlar.”
Bu hədisdə Quran və Əhli-beyt biri-birinin yanında qərar tapıb, yəni əgər birini götürüb digərini kənara qoysaq azğınlıqdan nicat tapmağa və hidayət olmaq üçün kifayət etməz. İmamlar Quranı doğru təfsir edənlər və natiqi-quran və Quranın danışan dili və həmişə Quranladırlar. Peyğəmbər (s) buyurub: ”Əli (ə) Quranla və Quran da Əli (ə) ilə birgədir.Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar”. Bəs imamlara şərikəl quran demək yanlış deyil.
Adətən iki şeyi ya iki nəfəri şərik biləndə nəzərdə üç şey tutulur:
1. Müştərək xüsusiyyətləri var 2. İşlərində şərikdirlər 3. Hədəf və məqsədləri birdir.
Quranla Əhli-beyti müqayisə etdikdə görürük ki, bu üç şeydə hər ikisi müştərəkdirlər. Hər ikisi insaın hidayəti üçün vasitədir, xətalardan uzaqdır,
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hz. Əli (ə) üç xəlifənin dövründə heç bir vəzifə tutmayıb, əksinə vəzifəsi ki, Peyğəmbərin (s) haqq canişini idi qəsb olunub və 25 il xanənişin olub. Əlbəttə həzrət Əli (ə) özü də xəlifələrlə həmkarlıq etməyib və müharibələrin heç birində nə özü və nə də oğlanları iştirak etməyiblər. Lakin bəzi müharibələrdə həzrət Əlidən (ə) məsləhət alıblar ki, İmam İslam və müsəlmanların mənafein nəzərə alaraq məsləhət verib. Əhd barədə təfsir alımləri bir neçə nəzər deyiblər. Əl-Mizan təfisirinin müəllifi peyğəmbərlərin vasitəsi ilə insanlara çatdırılan Allahın əmrlərini əhd hesab edir və ayədə gələn əhdi vəsiyyət və tövsiyə mənasında olduğunu yazır. Nümunə təfsirində isə daha da geniş şəkildə, əhdi şəri, əqli və fitri qisimlərə bölür. Bəzi təfsirdə isə zər aləmində olan əhdin olduğu qeyd edilir.Allah sizə yar
olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmamların qeyb elmini bilmələri və qeybi məsələlərdən xəbərdar olmaları Allahın izni və iradəsi ilə baş verir. Yəni əgər Allah istəməsə və ya məsumlar özləri iradə etməsələr qeybi xəbəri bilməzlər. Aydın olur ki, məsumlar öz ölümlərinin dəqiqliyini bilmək istəməyiblər və ya Allah-taal bu məsələni gizli saxlayıb. Məsumların kəlamlarından məlum olur ki, ununi şəkildə kimin vasitəsi ilə şəhid olacaqlarını bilirdilər, amma dəqiq şəkildə zamanını bilmək istəməyiblər. Başqa bir tərəfdən məsumlar gündəlik həyat tərzində qeybi elmləri ilə rəftar etmirdilər, əksinə zahiri elmlərinə əməl edirlər. Qeybi elm insanın böynuna vəzifə gətirmir və bəzən mütləq baş verəcək şeydən xəbərdar edir. Həmçinin diqqət etmək lazımdır ki, hər bir insan bir gün ölümə məhkumdur. Hər kəsin bu qanundan nə qədər xəbərdar olub-olmaması heç nəyi dəyişmir. Sizin qeyd etdiyiniz məsələni İmam Riza (ə) barəsində deyiə bilərik, çünki İmam zəhərli üzümdən yeməyə məcbur edildi və əks halda qılıncla şəhid ediləcəkdi. İmamın bilməsi də qeyb elmi bildiyinə görə deyildi, çünki Məmunun vəziri Fəzl ibn Səhl də gedişatdan başa düşdü ki, Məmun onu öldürmək üçün hamama göndərir. Ona görə çarəsiz qalıb öz ayağı ilə getdi. İmam Həsən (ə) barədə bu iddianı etmək çətindir.Allah sizə yar
olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dinin siyasətdən ayrılığı” düşüncəsi istismarçı siyasətdən qaynaqlanır və dini siyasətdən ayıran sekulyarizmin əsasaları puçdur. Həzrət Peyğəmbərin (s) və həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür.Uyğun мövzuda daha ətraflı bu kitabdan oxuyun:
Kitabın adı: VİLAYƏTİ-FƏQİH NƏZƏRİYYƏSİNƏ BİR BAXIŞ
İkinci fəsil
Din və siyasət arasında rabitə
http://kitab.nur-az.com/az/lib/view/434
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbərin (s) ögey qızı Rüqəyyə üçüncü xəlifə Ösmana ərə getmişdi. Osmanın Bəni-Ümməyyədən olan Maviyyə adında bir müşrük qohumu Mədinəyə gəlib Osmanın evində qalırdı və casusuluq edirdi. Peyğəmbər (ə) bu hadisədən xəbər tutdu və onu cəzalandırmaq istəyirdi, Osamn vasitəçilik etdi ki, Peyğəmbər (s) onu bağışlasın. Həzrət üç gün möhlət verdi, lakin o Mədinən ətrafında qalıb casusluğuna davam etdi. Həzrət Cəbrail bu məsələni Peyğəmbərə (s) xəbər verdi. Peyğəmbər (s) Həzrət Əlini (ə) göndərdi ki, onu tapıb boynun vursun. Bu hadisədən sonra Osman elə bilirdi ki, Maviyyənin yerini Peyğəmbərə(s) Rüqəyyə deyib və buna görə onu döyürdü. O Peyğəmbərə (s) şikayət etdi, lakin Peyğəmbər buyurdu ki, yaxşı deyil qadın öz ərindən başqasına şikayət etsin. Bu iş üç gün davam etdi, dördüncü gün Peyğəmbər (ə) Həzərət Əliyə (ə) buyurdu qılıncını götür get əmin qızını gətir mənə və hər kəs bu işdə sənə maneə törətsə boynunu vur. Həzrət Əli (ə) Rüqəyyəni Peyğəmbərin evinə gətirdi. Peyğəmbər (ə) onun bədənində qamçı yerlərini görəndə buyurdu ki, səni öldürəni Allah öldürsün. Bu hadisədən 3 gün sonra Rüqəyyə Peyğəmbərin (s) evində can verdi. Peyğəmbər (s) Osmanı qoymadı ki, Rüqəyyəni qəbrə qoysun və qəbrə daxil olsun. Hər halda Peyğəmbər (s) aləmlərə rəhmətdi, necə ki, əmisi Həmzənin qatillərindən keçdi qızının qatilindən də keçdi amma ona nifrin etdi. Peyğəmbərin duası 25 ildən sonra həyata keçdi.Allahsizə yarolsun.
Əleykumus-salam.
Rəvayətlərdə sifariş olunub ki, hacətiniz olduqda İmamı niyyyət edib ərizə yazıb axar suya ya bir quyuya atın. Allahın izni ilə İmam yazılanlardan xəbərdardır.
Həzrət Mehdiyə (ə) ərizə yazmağın mümkünlüyünü sübuta yetirən müəyyən dəlillər vardır:
1. Ərizə yazılması həzrət Mehdiyə (ə) təvəssül növlərindən biridir. Bu iş dini mənbələrdə müstəhəb işlərdən sayılmışdır.
2. Böyük dini şəxsiyyətlər bu işi görmüş və onun bərəkətindən faydalanmışlar. Mühəddis Nuri “Nəcmus-Saqib” kitabında bu mövzuda maraqlı bir əhvalat nəql edir.[1]
3. Kəfəmi “Əl-Misbah” və “Əl Bələdul-əmin” kitablarında ərizənin hansı qaydada yazılmasını açıqlayır. Məlum olur ki, imama ərizə yazılması qanuni bir işdir.[2]
Mərhum Məclisi buyurur: “Ərizəni atarkən belə təsəvvür etsin ki, bu məktubu xüsusi naibə təhvil verir.”[3]
Şeyxul-Taifə Əbu-Cəfər Tusi “Misbahul-Mutəhəccid” kitabında deyir: “Allaha ünvanlanmış məktub yazılır, bükülür və sonra həzrət Bəqiyyətullaha digər bir məktub yazılır...”[4] Sonra alim hər bir ərizənin yazılma qaydasını göstərir.
Allah sizə yar olsun.
-----------------------------------------------------------------------------------------------------------------
1] “Nəcmus-Saqib”, s. 421.
[2] “Misbah”, s. 531; “Əl-Bələdul-Əmin”, s. 227.
[3] “Bihar”, c. 94, s. 30.
[4]Həmin mənbə, s. 27.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əli (əleyhis-salam)-ın mübarək adları, ləqəbləri və künyələri çoxdur və bunlar hədis kitablarında qeyd olunmuşdur. O həzrətin künyələrindən biri “Əbu Turab”dır. Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih) bir gün imam Əlini məscidə toz-torpaqlı halda gördükdə bu adı ona vermişdir.Rəvayətdə deyilir ki, bir nəfər Əbdüllah ibni Abbasdan soruşdu: “Nə üçün Peyğəmbər imam Əliyə “Əbu Turab” künyəsi vermişdir?” Cavab verdi: “Çünki o, yerin sahibi idi və Peyğəmbərdən sonra Allahın yer üzündəki höccətidir. Yerin qalması və sükunəti onun xatirinədir.”
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamda bəzi hökmlər yalnız Peyğəmbərə (s) məxsusdur. O cümlədən gecə namazı Peyğəmbərə (s) vacib ümmətə müstəhəbdir, Peyğəmbərin (s) eyni zamanda 9 qadınla evlənməyi halaldır, amma ümmət yalnız 4 qadınla evlənə bilər. Visal orucu yəni iftar etmədən iki gün oruc tutmaq Peyğəmbərə (s) halal ümmətə isə haramdır. Ehramsız Məkkəyə daxil olmaq Peyğəmbərə (s) icazəlidir digərləri isə ehram bağlamadan daxil ola bilməzlər. Vacib Zəkat və vacib sədəqə almaq Peyğəmbər (s) və Əhli-beytinə haram, amma ümmətə isə halaldır. Digər xüsusiyyətlərdə var ki, onları qeyd etmirik və bu deyilənlərlə kifayətlənirik.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamda bəzi hökmlər yalnız Peyğəmbərə (s) məxsusdur. O cümlədən gecə namazı Peyğəmbərə (s) vacib ümmətə müstəhəbdir, Peyğəmbərin (s) eyni zamanda 9 qadınla evlənməyi halaldır, amma ümmət yalnız 4 qadınla evlənə bilər. Visal orucu yəni iftar etmədən iki gün oruc tutmaq Peyğəmbərə (s) halal ümmətə isə haramdır. Ehramsız Məkkəyə daxil olmaq Peyğəmbərə (s) icazəlidir digərləri isə ehram bağlamadan daxil ola bilməzlər. Vacib Zəkat və vacib sədəqə almaq Peyğəmbər (s) və Əhli-beytinə haram, amma ümmətə isə halaldır. Digər xüsusiyyətlərdə var ki, onları qeyd etmirik və bu deyilənlərlə kifayətlənirik.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müstəhəbdir ki, uşaq doğulduqdan sonra əgər zərəri yoxdursa ona qüsl verilsin (burada qüsl dedikdə, uşağı yuyundurmaq nəzərdə tutulur); sağ qulağına azan, sol qulağına isə iqamə oxunsun; ona Fərat çayının suyundan və İmam Hüseyn (ə) türbətindən verilsin; uşağa ən yaxşı adlar qoyulsun; ən yaxşı adlar Allaha bəndəlik mənalarını verən adlardan, məsələn Abdulla, Əbdurrəhim, Əbdurrəhman və bu adlardan sonra ən yaxşı adlar peyğəmbərlərin və imamların adlarıdır və bunların ən yaxşısı Məhəmməd adıdır, hətta 4 oğlu olan şəxs oğullarının birinin adını Məhəmməd qoymasa məkruh iş görmüşdür.Müstəhəbdir ki, uşağın saçını yeddinci gündə qırxsın və saçın ağırlığı qədər qızıl və ya gümüş sədəqə versin. Məkruhdur ki, başın bir tərəfini qırxsın və digər tərəfini qırxmasın.
Uşaq dünyaya gəldikdə vəlimə (qonaqlıq) vermək müstəhəbdir və bu, vəlimənin müstəhəb olduğu beş hadisədən biridir. Həmçinin uşaq sünnət olunduqda vəlimə vermək müstəhəbdir. Birinci vəlimənin doğulan gün verilməsi mötəbər deyil, onu bir neçə gün təxirə salmağın işkalı yoxdur. Əgər yeddinci gün və ya ondan qabaq sünnət olunsa sünnət olunan gün hər iki niyyətlə vəlimə versə hər iki müstəhəb əməl yerinə yetirilmiş olur.
Oğlan uşaqlarını sünnət etmək vacibdir və müstəhəbdir ki, yeddinci gündə olunsun və yeddinci gündən sonraya saxlamaq da icazəlidir. Əgər həddi buluqdan sonraya qədər təxir edilsə özünə vacibdir ki, özünü sünnət etdirsin.
Müstəhəbdir ki, körpənin dunyaya gəlişinin 7-ci günündə ata körpədən bəlaların uzaqlaşması məqsədilə bir qoyun və ya inək quraban kəsib ətini və ya bişmişhini yoxsullar arasında paylasın. Yaxşı olar ki, qurbanlıq qoyun oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi və eyibsiz olsun. Qurabnlıq ətin tamamilə yoxsullara paylanması mustəhəbdir. Yaxşı olar ki, əti bişirib müsəlmanlara (ən azı on nəfər) qonaqlıq versinlər. Həmçinin, əqiqənin dörddə birinin yaxud bir ayağının (budunun) mamaya (doğuş zamanı uşağı tutana) verilməsi müstəhəbdir. Əgər mama olmasa həmin miqdarı uşağın anasına vermək lazımdır ki, o özü istədiyi şəxsə hədiyə etsin.
Valideynlərin qurbanlıq ətdən yemələri məkruhdur. Həmçinin bu qurbanlıq təkcə vilayət əhlinə verilsin.
Əgər valideynlər uşaq üçün əqiqə etməyiblərsə, müstəhəbdir ki, uşaq özü üçün əqiqə etsin.
Əqiqəyə oxunan dua:
Bismillahi və billah. Alahummə əqiqətun ən fulan ("fulan" sözünün yerinə korpənin adi deyilsin) ləhmuha biləhmihi və dəmuha bidəmihi və əzmuha biəzmihi. Allahummə icəlhu viqaən liali Muhəmmədin səlləllahu ələyhi və alihi.
Allah sizə yar olsun.