Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Maidə surəsi 19 cu ayə Hz. İsa (ə) və Hz. Muhəmməd peyğəmbərin (s) arasında olan dövrdə fasilə düşdüyünə və peyğəmbər olmamağına dəlalət edir. Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
Amma başqa bir tərəfdən təfsir alimləri və tarixçilər bir neçə peyğəmbərin bu arada yaşadığını qeyd ediblər. Misal üçün Hz. Yəhya, Zəkəriyya, Cərcis və onlarla peyğəmbər ki, Yasin surəsində işarə olunan 3 peyğəmbərdə bu dövrdə yaşayıblar. Bu zaman təxminən 500 ilə olub. Zahirdə paradoks görsənən bu sübutlardan belə ortaq məxrəcə gələ bilərik ki, bu dövrün bir hissəsində təqribən 250 il peyğəmbər yer üzərində olmayıb və qalan müddətdə peyğəmbərlər olublar. İmam Sadiqdən (ə) nəql olunan hədisdə buna işarə olunur. İmam buyurur: Hz. İsadan sonra 250 il yer üzərində insanlar zahir olmayan imamsız keçiniblər... Kəmalud-din cild 1, səh 161.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sufilik haqqında ətraflı məlumat əldə etmək üçün saytın kitabxansında yerləşdirilmiş kitaba müraciət edin:Kitabxana -Mövzular - Teologiya
http://kitab.nur-az.com/az/lib/view/238
İslam məzhəbləri ilə tanışlıq
ALTINCI FƏSİL
SUFİLİK
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Бу мөвзу тәфсирчиләрлә кәламчылар арасында ихтилафлы мәсәләләрдәндир. Бәзиләри мөтәгидирләр ки, сорғу-суал мүкәлләф фәрдләрә аиддир, һејванлар мүкәлләф (шәри ҹәһәтдән бир вәзифәләри) олмадығына ҝөрә онлар үчүн Гијамәт јохдур. Һәр бир һејванын өлүмү онун һәшридир. Инсан вә ҹинләр исә Гијамәтдә тәзәдән дириләр вә сорғу-суал олунарлар. Бу дәстәнин мүгабилиндә әксәр алимләр мөтәгиддирләр ки, бүтүн һејванларын да өзләринә ҝөрә мүәјјән дәрк вә шууру вар, Гијамәтдә тәзәдән мәһшур олуб, өз сәвијјәләриндә сорғу-суал олунаҹаглар.Hәмчинин, бәзи һејванларын мәгамына дәлаләт едән рәвајәтләр, һејванларын шуур вә дәркинә дәлаләт едир. Әҝәр белә олмаса, һејванлара мәгам вә үстүнлүјүн верилмәсинин мәнасы олмазды. Бәзи рәвајәтләрдә үч дәфә Мәккәјә ҝедән дәвәнин беһишт әһли олмасы бәјан олунур. Рәвајәтләрин бириндә Имам Сәҹҹаддан (әлејһиссалам) нәгл олунур ки, бујурур: “Једди ил Әрәфат сәһрасында галан дәвә беһиш һејванларындандыр.”
Бу мөвзуда ән чох дәлил кими истифадә едилән ајәdə охујуруг:” “Вәһши һејванлар бир јерә топланаҹағы заман;” Təkvir surəsi ayə 5. Ајәнин мәнасында дејилир ки, һәшрдән мәгсәд Гијамәтдә һејванларын бир јерә топланмасыдыр. Бахмајараг ки, бәзиләри бу ајәни Гијамәтин мүгәддимәси вә дүнјанын фани олмасынын башланғыҹы кими гәләмә верирләр.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahın əlindən məqsəd Allahın qüdrətidir, Allah-təala vasitəsiz əncam verdiyi işlərdə mən, mələklərin vasitəsi ilə gördüyü işlərdə biz ifadəsini işlədir. Ümumiyyətlə Quran xalqın biri-birlərini başa düşdüyü dildə nazil olub. Təbii ki, Allah cism və maddi deyil və əl simvolik məna daşıyır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurandan faydalanmaq yalnız zahiri deyil Quaranın mənəvi faydalarıda var, Quran qəlblər üçün şəfadır, Quran ilahi rəhmətdir, Quran oxumaq savabdır və bağışlanmağa səbəb olar. Ölüyədə Quranın savabı hədiyyə edilir mənası və məfhumu isə dirilər üçündür. Hədislərdə Yasin surəsin oxuyub savabın ölülərə hədiyyə etmək sifarış olunub.Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün nur-az saytının kitabxanasına мüraciət edin.
Kitabın adı: 14 sual-14 cavab 14 cü sual səh 22http://kitab.nur-az.com/az/lib/view/112
Allah sizə yar olsun.
Ad: Namiq, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təvəssülə aşkar dəlil aşağıdakı ayələri qeyd etmək olar ki, əvvəlki ayədə Allah-təla özü buyurur ki, Ona yaxınlaşmaq üçün vəsilə qərar verin və ikinci ayədə Yəqub peyğəmbərin oğlanlarının atalarına olan təvəssülünü nəql edir.
Maidə /35. Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
Yusif /97. (Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».
98. Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».
Allahın əlindən məqsəd qüdrətidir.
Bəzi işləri Allah mələklərin vasitəsi ilə əncam verir və belə yerlərdə biz ifadəsini işlədir.
Quranın 44 surəsində 104 ayədə 118 dəfə and içilib. Onun 95-i Allahın andıdır ki 33 surədə gəlib. 23 surə andla başlayır. 2-si Peyğəmbərin andıdır ki əməllərin mühasıbəsi və qiyamət gününün isbatı üçün gəlib. 4 yerdə H. Yusifin qardaşlarının andıdır. 1 yerdə sehirbazlar Musanı məğlub edəcəkləri üçün Fironun hüzurunda and içirlər. Şeytanda xalis olmayan insanları azdıracaqına söz verərək 1 yerdə and içir. 15 ayədə isə müşriklərin, münafiq və qiyaməti inkar edənlərin andı gəlib. Ümumiyyətlə Quranda təqribən 40 şeyə and içilir. Sual isə İlahi andlardan gedir ki Qurandakı andların əksəriyyətin təşkil edir.
İlahi andlar insanların andları ilə böyük fərqi var. İnsanlar adətən nəyisə itirəcəyindən qorxub müqəddəs hesab etdikləri və onlar üçün əziz olan şeylərə and içirlər ki müqabildəki insanı inandırmaq üçün. Nəticədə də insanlarda bir qorxu var ki əgər düzgün olmasa andları onlara bir əzab yetişər və ya onlar üçün əziz olanlara (övlad, ata-ana, dost və s.) bir bəla gələr. Allah isə nə itirəcəyi bir şey var və nədə kimdən ya nədənsə qorxusu. Birdə Allahın and içməyinə möminlər üçün ehtiyac yoxdur çünki andsızda inanırlar və kafirlər üçün isə and içməyin faydası yoxdur onsuzda onlar inanmırlar. Bəs belə nəticə alırıq ki Allah insanları inandırmaq üçün yox. başqa məqsədlə and içir. Allahın andlarının bəzi hikmət və fəlsəfəsinə işarə edirik. 1- And içiləcəyi şeylərə təkid və onların əhəmiyyətli olmasını insanlara başa salır ki onlar haqda düşünsün və əhəmiyyət versin (Qiyamət günü, Quran və s.). 2- And içdiyi şeylərin çoxlu mənfəət və faydalı olmasına insanın diqqətin cəlb etmək üçün (günəş, ay, gecə-gündüz, ulduzlar hətta incil zeytun və s.) ki Allahın rəhmət və nemətidir. 3- Xeyirli və layiqli əməllərə hörmətlə yanaşır və əzəmətli hesab edir tainki insanları onları əncam verməyə təşviq olsunlar (and olsun mücahidlərin atlarına, and olsun həcc əməlinin vaxtına və s.)
İmam Sadiq (ə) buyurur: Allah-taala öz yaradiqlarına and içir tainki insanların nədən ibrət və dərs alacaqından agah etsin. Çünki and, and içilən şeyin böyük və əzəmətli olmasına dəlalət edir. Təfsir alimlərindən biri deyir: Qurandakı andlar elmin açarıdır.
Digər sualları ayrı fürsətdə göndərin.
Allah sizə yar olsun.
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, bunlar şiə firqələri hesab olunurlar, amma 12 imamlı deyillər.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır».Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.
Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu lampanı bircə saatdan sonra da söndürə bilər.
Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər»
Allah sizə yar olsun.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şiə alimləri arasında rəcət əqidəsi barədə fikir ayrılığı yoxdur. Bəzi peyğəmbərlərin adı rəcət edənlər arasında çəkilib, misal üçün, Rəsuli-Əkrəm, Hz. İsa, Zəkəriyya, Yəhya, Həzqil və s. Bəzi rəvayətlərdə isə rəcət edən peyğəmbərlərin xüsusiyyəti açıqlanıb ki, bütün zülm və əzab-əzyətə məruz qalan peyğəmbərlər. Həmçinin məsum imamlarında hamısı rəcət edəcəklər.Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. İsmət – məsum insanın batinində olan bir səciyyədir ki, onun xəta və günah işlərə düşməsinin qarşını alır. Bu məqam məsumun günah əməlin ağır və acınacaqlı aqibətinə dair elmindən irəli gəlir; yaxud da onun Allahı tanımaq, Onun barəsində mərifət əldə etmək, Onun kamal və camal sifətlərinə məftun olmaq, onları dərk etmək, öz məbuduna eşq və əlaqə bəsləməklə əlaqədar yüksək (mənəvi) məqama nail olması ilə hasil olur.2. İsmət iki növdür: elmi və əməli ismət. Bu iki qisim mahiyyət və zat baxımından bir-biri ilə ayrıdır. Peyğəmbərlər isə, hər iki ismətə sahibdirlər. Yəni həm onların əməlləri saleh və gerçəkliklə müvafiqdir, həm də onların elm və biliklərində heç bir xətaya yol verilmir; bu elm və agahlıq heç növ səhv, xəta və unutqanlığın yol tapmadığı bir mənbədən qaynaqlanır.
3. İsmət məqamı zati məqam deyildir və müəyyən şəxslərdə həsr olunmur. Yəni adi insanlar üçün də kəsb oluna bilən bir məqamdır, ona çatmaq üçün çox səy göstərmək, nəfs ilə cihad aparmaq lazımdır. İkincisi, din rəhbərlərindən əlavə, başqaları da bu məqama nail ola bilərlər. Əlbəttə, nübüvvət və imamət məqamı kimi əsaslı vəzifələr müəyyən şəxslərdə həsr olunur; yəni hər bir məsum da o məqama nail ola bilməz.
Məsum imamların övladlarının arasında əməli isməta sahib olanlarda olub, misal üçün Hz. Məsumə, Hz. Əbəlfəzl, Hz. Zeynəb, Hz. Əliəkbər və s. Amma hər məsum imam olmur, imamət Allah-təala tərəfindən təyin olunan bir məqamdır.
Allah sizə yar olsun.