Sual (71) : Salamun aleykum . Rəvayətlərə görə peyğəmbər(s)-ın risalətindən əvvəl onun atası babası əmisi Əbu Talib İbrahim peyğəmbərin dinində olmuşlar . Bu mütləq belədirmi? Bəs peyğəmbərin digər əmisi Abbas haqqında da bu elədirmi? Bunun belə olduğunu isbat etmək üçün deyəndə ki peyğəmbərin ata babası heç vaxt bütə sitayiş etməz irad gəlir ki bəs niyə Əbu Ləhəb nəinki İbrahimin dinində olmayıb heç islamı da qəbul etmədi? Bir də ki belə olduğu təqdirdə niyə onlar ibrahim peyğəmbərdən sonra gələn musa peyğəmbərin sonra isə İsa peyğəmbərin dinlərini qəbul etməyiblər ? Axı onların vəzifəsi bu deyildimi ki sonra gələn peyğəmbərə tabe olsunlar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tаriхi мәnbәlәrin bildirdiyinә görә, İslам Pеyğәмbәrinin (s) аtа-bаbаlаrı hамısı bir Аllаhа sitаyiş еtмişlәr. Оnlаrın İbrаhiм (ә) аyinindә оlмаsı dа bu мәnаdаdır. Çünki, hәzrәt İbrаhiм (s) böyük tövhid qәhrәмаnlаrındаndır vә bütpәrәstliklә, şirklә мübаrizә аpаrмışdır. Hәzrәt İbrаhiм öz мübаrizәsi ilә bütpәrstlik vә şirkin sütunlаrını sаrsıtмışdır. Оnа görә dә Qurаndа bәzәn мüsәlмаnlаr “İbrаhiм мillәti”, “İbrаhiмin аrdıcılı” аdlаndırılмışlаr.

Hicаz мühitindә vә әrәblәr аrаsındа yеgаnә tаnınмış аyin hәмin İbrаhiм аyini оlмuşdur. İbrаhiмin bәzi аyinlәri hәttа bütpәrәstlәr аrаsındа dа tаnınмışdır. Әrәb dilindә İbrаhiм аyininә “Hәnif” dini dеyirlәr. Yәhudi vә мәsihi dini Hicаz tоrpаqlаrınа bir о qәdәr dә nüfuz еdә bilмәмişdir. Tәkcә Мәdinәdә, Хеybәrdә vә Yәмәn sәrhәdlәrindә bir qrup kәliмi vә мәsihi мәskunlаşмışdır. Bütün bunlаrı nәzәrә аlаrаq dеyә bilәrik ki, İslам Pеyğәмbәrinin (s) әcdаdlаrı İbrаhiм аyinindә оlмuşlаr.

Əbu Ləhəb Peyğəmbərin (s) ata-babası yox əmisi olub. Hədisdə deyilir ki, Allah Peyğəmbərin (s) nütfəsini müşrüklərin sülbündə qərar verməyib. Bundan əlavə din seçməkdə insan məcbur deyil, bu ixtiyarı məsələdir, Peyğəmbərin (s) ata-babaları öz ixtiyarları ilə seçiblər və Allahda Peyğəmbərin nütfəsini belə sülblərdə qərar verib.

Allah sizə yar olsun.

Sual (72) : Salamun aleykum . Allah sizdən razı olsun . Bilmədiklərimizi öyrənirik . Məni belə bir sual düşündürür : Məlumdur ki bütün imamlar(ə) zalımlar tərəfindən təqib olunub və müxtəlif şəkillərdə şəhadətə yetişmişlər . Bəs əyər 12-ci imam(ə.f) da digər imamlar kimi bir müddət yaşayıb sonra şəhadətə yetişsə idi (yəni uşaq yaşında ikən təqib olunmasa idi) , yaxud ümumiyyətlə heç təqib olunmasa idi , Allahın onun üzərinə qoyduğu imamlıq vəzifəsini xilafətə sahib olmaqla layiqincə yerinə yetirib sonra dünya ilə vidalaşsa idi imamət vəzifəsi necə olacaq idi? Yer üzü heç vaxt höccətsiz qalmaz buyurulub . İmam Mehdi(ə.f) də ömrünü yaşayıb dünyadan getsə idi imam kim olacaq idi?

Əleykumus-salam.

Bu bir fərziyyədir, amma Allahın qanunu budur ki, yer üzü höccətsiz qalmasın, hətta min illər yaşasa belə, başqa bir tərəfdən imamlar öz təbii əcəli ilə dünyadan getməyiblər.

Allah sizə yar olsun.

Sual (73) : Salam aleykum.Tevessül haqda bir sualim var.Tevessül hansi hedde doqru sayilir ve hansi hedden sonra artiq sirk sayilir.Insan tevessül ederken mütleq deyilmelidirmi ki, meselen -filan mesuma xatir,ya imamzadeye xatir bize hacetimizi ver.Ya ferqi yoxdu ele deye bilerik,Ya Ebelfezl (e) aqa menim bu hacetimi ver,bu isimi düzelt.Yani bir basa onlardan istemekde tevessül sayilir yoxsa vasiteci qerar vermek mütleqdi....Önceden tesekkürler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər Əhli-Beyti Allahla öz aramızda Allahın izni ilə vasitə bilərək onlara təvəssül etsək bu doğrudur hətta dilə gətirəndə bir başa onlardan istəsək belə, amma onları müstəqil bilsək bu şirkdir.

Allah sizə yar olsun.

Sual (74) : Salamu-aleykum. Sielerde bele bir hedis var ki: ibn Umar deyir ki, Resulallahdan(s) h Eli(e) haqda sorusdular. O (s) esebileserek dedi: Elinin meqami Allah yaninda mene taydir ve ilaxir.? Yeni onlarin(e) meqami Allah yaninda beraber ola bilmez ki? Allah razi olsun/

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər-Əkrəm (ə) yaranmışın əşrəfidir, buna görədə həzrət Əli (ə) uca məqam sahibi olmağına, dost və düşmənin onun fəzilətinə etiraf etməyinə baxmayaraq məqamı Peyğəmbin (s) məqamından sonrakı mərtəbədədir.

Allah sizə yar olsun.


Sual (75) : salam aleykum....Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! tevessulnen bunun ferqin deyerdizde. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Fərq bundadır ki, əvvəla onlar Allahın bəyənmədiyi, izn vermədiyi, taxta və dəmir parçasından olan bütlərdən şəfaət diləyirdilər. İkincisi isə, onlar öz şəfaətçilərinə ibadət edirdilər: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik (Zümər-3)”.

Lakin peyğəmbərlər və övliyaların şəfaəti və onlara təvəssül etmək nə şirk, nə də küfrdür. Çünki buna Allah özü izn verir, Allahın əmri və izni ilə olanda Adəm peyğəmbərə (ə) səcdə etməkdə ibadət olur, amma Allah izn verməsə Kəbəyə doğru namazda şirk olar. Hədisdə nəql olunub ki, Adəmə səcdə əmri Allah tərəfindən veriləndə şeytan Allaha deyir ki, məni bu işdə üzürlü bil, sənə elə ibadət edərəm  ki, qiyamətə kimi heç kəs  o cürə ibatəd etməyəcək, Allah-təala şeytana belə cavab verir ki, sən istəyən ibadət deyil, mən istədiyim ibadətdir (sən istədiyin özünə ibadətdir mənə ibadət deyil).

Övliyalara təvəssül və şəfaət Quran ayələrinə əsasən Allahın izn verdiyi əməldir. Amma bütpərəstliyə Allah izn vermir.

Allah sizə yar olsun.

Sual (76) : Salam aleykum.meni maraqlandiran sual var. Eger Allah kimin cehenneme kimin comin nnete duwmeyini bilirse.neye gore cehenneme duwesi insani yaradib? Meger bu bir bawa o insana ezab vermek deyilmi?edaletsizlik sayilmirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanların necə əməl edəcəyinə və rəftarlarına elmi olması, buna səbəb olmur ki, onlar bu işlərdə məcbur olsunlar. Misal üçün. Əgər siz dostunuzu hündür bir yüksəklikdə, sürətlə maşın sürməsini görürsünüz. Bunun yüksək surətdə sürücülük etməsini müşahidə etdiyiniz zaman bilisiniz ki, bu hündürlükdən düşəcək. Onun bu rəftarının sonu xoşa gəlməz bir hadisəylə sona çatacağını bilirsiniz və bir neçə dəqiqədən sonra təbii bir halda oradan qəzaya uğrayır, burada sizin təqsiriniz varmı? Onun qəzaya uğramasına siz səbəb oldunuzmu? Onun dərəyə düşməsi sizin tərəfinizdən olmuşdurmu? Yaxud sizin elminiz onun doğru sürücülük etməməsinə səbəb olub, qəzaya uğramağa məcbur etmişdirmi?

Allah taala heç bir kəsin həyatına və alın yazısına günahı yazmamışdır. Bu hədisi bir çox islam alimləri peyğəmbərdən (s) rəvayət etmişlər: "O şəxslər ki, alın yazısından söz açır və hesab edirlər onların bütün günahları onların alın yazılarından qaynaqlanır və Allah onları buna məcbur edir. Əzab olduqları isə ixtiyarsız olaraq bu alın yazısının nəticəsidir. Bunu bilsinlər ki, bu yalnış bir fikirdir və çox peyğəmbərlər də onlardan razı deyildi. Allah onları lənət edir."

Yaxşı olar bu cür deyək, Allah bilir hansı insan hidayət vasitəsindən istifadə edəcək və kimlər ondan üz çevirəcək. Əzab o vaxt insana olar ki, insan öz ixtiyarıyla hidayət vasitəsindən istifadə etməsin. O müəllim kimi ki, dərs ilinin birinci gün müvəffəqiyyət amillərini şagirdlər üçün sayır və bunu da bilir hansı şagird buna qulaq asır və hansı diqqətsizlik edir. Məlum olur ki, yaxşı qiymət və hədiyyələr sahibinə qismət olur.

Mənfi qiymət və baş ağrıları o şəxslər üçündür ki, öz əxlaqıyla onu özünə istəmişdir. Bəs müəllimin elmi, şagirdlərin əxlaq və rəftarından pərdəni götürür amma onları tənbəlliyə məcbur etmir.

Bütün bu etirazlar, o zaman ola bilər ki, Allah insanların hidayəti üçün heç bir vasitə göndərməsin; və bununla belə insanlardan itaət gözləsin. Daxili peyğəmbər (fitrət və sağlam ağıl) xaricdə olan peyğəmbər (peyğəmbər, imam, kitab və ilahi alimlər) insanların hidayəti üçün hazırlanmışdı, bəs təqsir kimdədir?

O şəxs ki, yüz çıraqla əyri yol seçir? Və yaxud o şəxs ki, çıraqları sındırıb müxalifətlik edəni tənbeh edib cəzalandıran?

Allah sizə yar olsun.

Sual (77) : Salam aleykum. peygemberler ve imamlar qorxu uzunden teqiyye edibler? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbərlər öz dəvətlərində və risalətlərini çatdırmaqda qorxu üzündən təqiyyə etməyiblər, amma başqa məqamlarda təqiyyə icazəli olan yerlərdə təqiyyə ediblər. Lakin imamların risalət məqamları olmadıqları üçün təqiyyə ediblər.

Təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. 

Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qurani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.

Həmçinin insanın namusu xətərə düşərsə namusunu qorumaq və müdafiə etmək vacibdir və təqiyyə etməyə yer qalmır və bu yolda ölsə şəhid məqamındadır.

Allah sizə yar olsun.

Sual (78) : Salam aleykum. vehdetul-vucdda varki Allah her seye tecella edim yeni Allah her seydedir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Fəlsəfə və irfan elmlərində vəhdəti-vücud müxtəlif mənalara yozurlar. Vəhdəti-vücud yəni aləmdə vücud birdir və hər nə varsa onun cilvəsi, gölgəsidir. Əlbəttə alimlər vəhdəti-vücudu bəzi mənada batil hesab edirlər.

."Vəhdəti-vücud"  bəzən vücud məfhumunun vəhdəti mənasındadır ki, doğrudur. Bəzən isə həqiqətin vəhdəti mənasındadır. Misal üşün günəş nuru ilə çıraq nurunun həqiqəti kimi ki, hər ikisi bir həqiqətdir, amma tətbiqi müxtəlifdir, bu mənada yanlış deyil. Bəzəndə vücud misdaqının vəhdəti mənasındadır ki, bu mənada aləmdə Allahdan başqa vücud yoxdur və hər şey onun zatının özüdür. Bu söz küfrə gətirib çıxarır və bu mənada rədd edilir.

Allah sizə yar olsun.

Sual (79) : Salam-aleykum.Aga, rehmetlik Tebetebai "Taha, 115: “Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda əzm görmədik.” Əraf, 20-22: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə edib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı” " -bu ayeleri tefsirinde h Ademin(e) mesumlugunu nece subut edir? Allah razi olsun/

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsum və ismət anlayışı təklif olduğu surətdədir, yəni bir şəxsin təklifi yoxdursa ona məsum ya günahkar ifadələri doğru deyil. Adəm (ə) cənnətdə olduqda təklifi yox idi, buna görə nə məsum və nə də günahkar hesab olur.
Bu ayələrin heç birində peyğəmbərin vacib vəzifələrlə müxalifət etməsinə səbəb olacaq heç bir təsərrüf şeytana nisbət verilməmişdir.
Amma “Əraf” surəsində şeytanın qadağan olunmuş ağacın meyvələrindən yemək barəsindəki vəsvəsəsinə işarə edir ki, onun meyvələrini yemək barədə təhrimi nəhy (haram olması məqsədilə çəkindirmə) olmamışdır, yalnız Adəm və Həvvaya xatırladılmışdır ki, o ağacın meyvələrindən yemələri cənnətdən çıxaraq yer üzünə enmələrinə səbəb olacaqdır. Şeytanın vəsvəsəsi onların bu irşadi nəhy (tərbiyə məqsədi ilə çəkindirmə) ilə müxalifətinə səbəb oldu. Ümumiyyətlə, onların olduğu aləm təklif aləmi deyildi və hələlik şəriət də nazil olmamışdı.

Allah sizə yar olsun.

Sual (80) : Salam. Allahın Peyğəmbəri (s): «Əgər İsrafil, Cəbrayıl, Mikayıl ərşi daşıyan mələklər və mən səninçün dua etsək belə, sənin taleyinə yazılmış və müəyyən edilmiş qadından qeyrisilə evlənməyəcəksən.» Bu hədis səhihdir? Və əgər səhihdirsə qısaca təsvirini yazardızda.
Ad: Ramil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etdiyiniz hədislə qarşılaşmamışıq.

İslam dini sifariş edir ki ailə qurduqda diqqətli olun, axtarış aparın və gözü yumlu iş görməyin. Hansı qadınlarla evlənmək olar hansılarla olmaz Quran və hədislərdə geniş yer alır, əgər qismət olsaydı bu barədə deyilənlər hamısı mənasız olardı. Başqa işlərdə olduqu kimi Allah-təala evlənmək məsələsindədə insanı ixtiyarlı və azad buraxır. Evlənməyi qismətlə əlaqələndirmək sadəcə olaraq bəzi insanların heç bir dəlil-sübuta əsaslanmadan irəli sürdükləri boş bir fikir və iddiadır.

Bu məna (alınyazısı, qismət və s.) fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir.

Allah sizə yar olsun.

Go to TOP