Sual (61) : Salam.məsumluq elm, təqva, məqam, yəqin, ibadət, mərifət və s. cehetden üstünluk deyilmi? Yeni mesum olmaq tekce gunahlardan amanda olmaqdir yoxsa hem de kamillikdir?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Etiqad elmi baxımından, ismət məqamına yiyələnən hər bir şəxsə "məsum" deyilir. Məsum o insandır ki, Allahın lütf və mərhəməti sayəsində hər bir günah və çirkinlikdən amanda qalaraq o çirkinliklərdən çəkinir. Kiçik səhvlərdən belə uzaq olub, günah və xətalardan üz çevirir. Hər zaman səy edir ki, o xəta və səhvlərdən amanda olsun. Bunlardan amanda qalmaq üçün mümkündür bir neçə amil səbəb olsun: "Yaxşı və pis işlərin həqiqətini dərk etmək." "Allah tərəfindən olan xüsusi müvəffəqiyyət" və "pak müqəddəs ruhdan bəhrələnmək" əlbətdə ki, pak və müqəddəs ruh həmişə və əbədi olaraq məsumla birlikdədir və s...

İslamda Allah Peyğəmbərlərindən və on dörd məsumdan başqa, heç bir şəxs məsum deyil. Çünki buna dəlil yoxdur ki, bunu isbat etsin ki, başqalarıda "Müqəddəs ruha" yiyələnmişdirlər.

Amma bu nöqtəyə də diqqət yetirmək lazımdır ki, böyük şəxslərin məsum olmaması misal üçün: Həzrət Əbülfəzl, həzrət Əbu Talib Əmirəl möminin Əli (ə)- ın atası, məsum imamların pak anaları, həzrət Əli Əkbər və ....onlar günahkar olması demək deyildir. Onlar "ədalətdən" üstün və "ismətdən" aşağıdırlar.

İslam mədəniyyətində insanlara qiymət verilməsi üç kəlməylə üstün şəxsiyyətli insanlar tanıtdırılır.

1.Ədalət: Vacib əməlləri yerinə yetirib günah işlərdən çəkinməkdə böyük ruhuyyəyə yiyələnmək.

Bu məqamda, vacib əmələri yerinə yetirib, haram işləri tərk etmək kifayət edir, əgər böyük günahlardan çəkinib kiçik günahlara qovuşmaqda israrlı deyildirsə "ədalətə" riayət etmişdir.

2.Əzəmət: Ədalətdən yüksək bir məqamdır, ona sahib olan inan yüksək və nurlu bir ruha yiyələnmişdir. O insan Allahın saleh bəndələrindən və imanı səliblərdən hesab olur.

3.İsmət: İsmət sahibi isə kiçik bir səhvə hətta onu fikrinə gətirməkdən çəkinmişdir.

Bu məqamı əldə etmək üçün (bir çox rəvayətlərə əsaslanaraq) pak və təmiz ruha yiyələnmək lazımdır.

Allah sizə yar olsun.

Sual (62) : salm aleykum shiye hedislerinde varki hz.eli oz gatiline dediki men bilirdimki sen meni vuracagsan amma yenede sene yaxwilig edirdim.allah gurani kerimde 6:59 buyurur:Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin.bes hz.eli onu olduren adami nece bilirdi hz.eliye vehde gelmirdi axi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmamiyyə şiələri hesab edirlər ki, "imamət" bəşərin hidayəti istiqamətində − vəhydən savayı − Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişinlik məqamıdır. Buna görə də imam peyğəmbərin bütün xüsusiyyətlərinə, o cümlədən ismətə, lədunni elmə, insani kamala, mənəvi fəzilətlərə və s. malik olmaq, çirkin və yaranmaz sifətlərdən uzaq olmaq kimi bütün keyfiyyətlərə malik olmalıdır.
İmamiyyə şiələri deyirlər: İmam şəriəti bəyan edən, onu tətbiq və hifz edən olduğuna görə günah, səhv, unutqanlıq və yanlış hərəkətlərdən uzaq olmalıdır. Bundan əlavə, o, şəriətin həqiqətlərindən agah olmalı, ümmətin kamilliyi yolunda ehtiyac duyulan bütün keyfiyyətlərə malik olmalıdır. Eləcə də imam kamillik baxımından ən kamil şəxs olmalıdır ki, insanlar ona qeydsiz-şərtsiz formada tabe olsunlar. Bu keyfiyyətlərdən biri də qeyb elminə alim olmaqdır.
Qeybin məfhum və mahiyyəti
Qeyb “şühudun” (hiss olunan aləmin) müqabilindədir (antonimidir) və insanın zahiri duyğu və hiss orqanları vasitəsi ilə hiss və dərk olunmayanlardır. Qiyamət, bərzəx, mələklər, cin və s. insanın zahiri duyğuları vasitəsi ilə dərk və hiss olunmadığı üçün qeyb elminə daxildir.
Qeybi iki hissəyə bölmək olar: Mütləq qeyb və nisbi qeyb. Mütləq qeyb heç bir vəchlə, heç bir zaman və yaxud məkanda dərk oluna bilinməyənlərə deyilir. Misal üçün, Allahın müqəddəs zatı qeybul-ğuyubdur (qeyblərin qeybidir). Nisbi qeyblərə gəldikdə isə, o, xüsusi şəraitlərdə xüsusi insanlar tərəfindən dərk oluna bilər. Amma bu dərk duyğu orqanları tərəfindən hiss olunmur. Qeyb və şəhadət (şühud) aləminə kamil şəkildə əhatəsi olan yalnız Allah-taaladır:
قُلْ لا یَعْلَمُ مَنْ فِى السَّماواتِ وَ الْأَرْضِ الْغَیْبَ اِلاَّ اللّه
“Ey Rəsulumuz, de: asimanlarda və yerdə olanlar arasında Allahdan başqa kimsə qeyb elmindən agah deyildir.” (1)
Bu ayə göstərir ki, qeyb elmi yalnız Allaha məxsusdur.
Onun müqabilində digər ayələr də var ki, Allahdan başqalarının da qeyb elmindən xəbərdar olduğunu sübut edir. O cümlədən, Allah-taala “Cin” surəsində buyurur:
عالِمُ الْغَیْبِ فَلا یُظْهِرُ عَلى غَیْبِهِ أَحَداً إِلاّ مَنِ ارْتَضى مِنْ رَسُول...
“O (Allah) qeybi bilir və Ondan başqa heç kəs qeyb aləmindən agah deyildir. Yalnız Onun razılığı olduğu peyğəmbərlərdən başqa.” (2)
Bu ayədəki istisnadan məlum olur ki, mütəal Allah zatən qeyb elmini bilir və özü razı olduğu peyğəmbərlərə də qeyb elmini bəxş edir. Peyğəmbərin malik olduğu hər bir şeyə imam da malik olduğundan, eləcə də  hər ikisi şəriətin bəyançısı olduğuna görə imam da bu ilahi inayətlərə malik olmalıdır. Buna görə də Quran peyğəmbərlərin və övliyaların qeybi məlumatlarına işarə edərək buyurur:
 ذلِکَ مِنْ أَنْباءِ الْغَیْبِ نُوحیهِ إِلَیْکَ
“Bu, qeyb xəbərlərindəndir ki, Biz sənə vəhy etdik.” (3)
Quran Həzrəti İsanın (əleyhis-salam) dilindən buyurur:
وَأُنَبِّئُکُمْ بِما تَأْکُلُونَ وَما تَدَّخِرُونَ فی بُیُوتِکُمْ
“Evlərinizdə yediyiniz və ehtiyat saxladığınız şeylərdən sizə xəbər verərəm.” (4)
Bu iki qisim ayələrin arasında uyğunluq yaratmaq üçün demək lazımdır ki, qeyb elminin yalnız Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil və əsalət (ilkinlik) formasında nəzərdə tutulmuşdur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün bilən ayələr isə, bu elmin onun izni ilə və onun elmindən asılı formada olduğunu göstərir.
Eyni şəkildə ilk baxışda peyğəmbərin qeyb elmini inkar edən ayələrə də cavab vermək olar. Çünki bu ayələr peyğəmbərin qeyb elminə malik olmasını tamamilə inkar etmir, yalnız onların müstəqil şəkildə qeyb elminə malik olmasını inkar edir. (5)

Allah sizə yar olsun.

--------------------------------------------

1. “Nəml” surəsi, ayə: 65.

2. “Cin” surəsi, ayə: 26 və 27.
3. “Ali-İmran” surəsi, ayə: 44.
4. “Ali-İmran”, surəsi, ayə: 49.
5. Əli Əsğər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, 1-ci cild, səh. 135.
Sual (63) : Salam aleykum bəzi insanlar bəzi şeyləri məsəl üçün evlənəcəyin insan kim olub olmamaği kimi bəzi şeyləri məhz alin yazisi qismət kimi şeylərə yozurlar bu haqda din nə deyir?
Ad: subhansadiqov@inbox.ru, Ölkə: Salam aleykum , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məna (alınyazısı, qismət və s.) fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir.

İslam dini sifariş edir ki ailə qurduqda diqqətli olun, axtarış aparın və gözü yumlu iş görməyin. Hansı qadınlarla evlənmək olar hansılarla olmaz Quran və hədislərdə geniş yer alır, əgər qismət olsaydı bu barədə deyilənlər hamısı mənasız olardı. Başqa işlərdə olduqu kimi Allah-təala evlənmək məsələsindədə insanı ixtiyarlı və azad buraxır. Evlənməyi qismətlə əlaqələndirmək sadəcə olaraq bəzi insanların heç bir dəlil-sübuta əsaslanmadan irəli sürdükləri boş bir fikir və iddiadır. 

Allah sizə yar olsun.


Sual (64) : Salam. H. Eli e 10 yasinda idi islam dini elan olunanda. Bes biz niye deyirik ki islami ilk qebul eden kisi o olub? abu Bakr islami necenci ilde qebul edib? Sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (ə) dəfələrlə həzrət Əlini (ə) ilk islamı qəbul edən şəxs kimi tanıtdırıb, o cümlədən həzrət Zəhraya (s) buyurur: Səni ümmətimin içində ən yaxşısına və ilk islamı qəbul edən şəxsə ərə verdim. Başqa hədisdə buyurur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»
Eləcədə həzrət Əli (ə) müxtəlif məqamlarda özünün ilk müsəlman olmağını təsdiqləyir. Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: “O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»
Amma Əbubəkr tarixi sübutlara əsasən heçdə ilk müsəlman olmayıb. Əhli-sünnə alimi olan Təbəri öz tarix kitabında yazır ki, Əbubəkrdən qabaq 50 nəfər islamı qəbul etmişdir. Tarixdə bizə rast gəlməyib ki, Əbubəkr özünü ilk müsəlman kimi tanıtdırsın. Amma sonradan həzrət Əlinin (ə) bütün fəzilətlərinə sahib çıxanlar bu fəzilətidə inkar etdilər. O zaman həyatda olmayan şəxlər o cümlədən qızı Aişə xanım atasını ilk müsəlman kimi tanıtdırdı və saxta hədislər ortaya çıxdı.
Əlbətdə əhli-sünnə İmam Əlinin (ə) ilk müsəlman olmağını danmır. Lakin bunu həzrət Əliyə (ə) fəzilət bilmirlər. Onun uşaq olmağını və ya Peyğəmbərin (s) evində təsir altına düşərək qəbul etdiyini yazırlar. Amma bilmək lazımdır ki, əgər bu fəzilət olmasaydı və ya qəbul edib etməməyi bərabər olsaydı, Peyğəmbər (s)  Allahın göstərişi ilə həzrət Əlini (ə) islama dəvət etməzdi. Çünki Peyğəmbərin (s) hər işi ilahi vəhyə əsasəndir. Həmiçinin Peyğəmbər (s), həzrət Əli (ə) və digər məsumlar bunu fəzilət kimi yad etməzdirlər. Başqa bir tərəfdən həzrət Əli (ə) o zaman ağlı kəsən rəşid bir şəxs idi. Əhli-sünnənində belə bir nəzəri var ki, ağlı kəsən rəşid şəxsin islami hökmlərə əməl etməsi lazımdır, yəni həddi-büluğu gözləməməlidir. Hətta mümkündür o zaman həzrət Əli (ə) həddi-büluğa çatmış olaydı ki, bu ehtimalı da Əllamə Hilli öz kitabında verir.

Allah sizə yar olsun.

Sual (65) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.RECET MESELESINDE 4 CEHET SIZCE UYDURMA,FANTASTIK YAXUDDA ISRAILI HEDISLERE ESASLANAN DEYILMI?ZEHMET OLMASA O CEHETLERE CAVAB VERERDIZ 1-RECETDE HEZRETI ELININ 3DEFE HEYATA QAYITMASI,2-HEZRETI ELININ 44MIN IL HAKIMIYYETDE OLMASI,3-BUTUN PEYGEMBERLERIN HETTA HEZRETI MEHEMMEDIN RECET ETMESI,4-BUTUN PEYGEMBERLERIN HEZRETI ELININ KOMANDANLIGI ALTINDA DOYUSMESI.ZEHMET OLMASA HER 4 CEHETE ETRAFLI CAVAB VERERDIZ.ALLAH SIZI QORUSUN.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Rəcətin baş verməyi şiənin qətiyyətlə qəbul etdiyi bir əqidədir. Amma onun təfərrüat və xırdalığında ixtilaflar var. Həzrət Əlinin (ə) təkrar rəcət etməyinə dəlalət edən hədislər zəif və istinad olunası deyil. Ümumiyyətlə imamların rəcət etməyi yəqinliklə qəbul olunmuş əqidədir, amma hakimiyyətlərinin nəqədər olmağı ixtilaflıdır. Bəzi peyğəmbərlərin adı rəcət edənlər arasında çəkilib, misal üçün, Rəsuli-Əkrəm, Hz. İsa, Zəkəriyya, Yəhya, Həzqil və s. Bəzi rəvayətlərdə isə rəcət edən peyğəmbərlərin xüsusiyyəti açıqlanıb ki, bütün zülm və əzab-əzyətə məruz qalan peyğəmbərlər.

Allah sizə yar olsun.

Sual (66) : Salam. Siffeynde ve diger davalarda haqqa qarsi doyusenler muselman sayilirlar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, zahirdə müsəlman sayılırlar, elə buna görədə müharibədə həzrət Əli (ə) öz qoşununa icazə vermədi düşməndən qalanları qənimət kimi götürsünlər.

Allah sizə yar olsun.

Sual (67) : AS SALAMU ALEYKUM.ALLAH Sizden Razı Olsun,teşekkür edirik.Sualımız budur ki, bizim şie eqidesinde Peyğemberimize "kainatın efendisi" demek şirk sayılırmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu o vaxt şirk olar ki, Peyğəmbəri (s) bu məqamda müstəqil hesab edə, amma həqiqətdə bu məqamı Peyğəmbərə (s) verə Allah özüdür və kainat dedikdə Allahın yaratdıqları nəzərdə tutulur.

Allah sizə yar olsun.

Sual (68) : ŞİAA MEZHBİNDE MASUMLARIN SAYISI KAÇ 6 MI 12Mİ 14 MÜ YADA HANGİSİ DOĞRU

Bismillahir-rəhmanir-rəhim.

Şiə məzhəbində məsumların sayı 14-dür. On dörd məsum dedikdə Həzrət Peyğəmbər (s), qızı Fatimə (s) və on iki imam nəzərdə tutulur.

Allah sizə yar olsun.

Sual (69) : Salamun aleykum . Zəhmət olmasa "Quranilər" deyilən firqə haqqında məlumat verərdiniz . Bunların yaranma tarixi neçənci illərə aiddir ? kim tərəfindən yaranıb? bunlar məzhəbi nədir , yəni şəri hökmləri hansı məzhəbin fiqhinə uyğun yerinə yetirirlər? bunlar şiələrə , eləcə də sünnilərə də mənsub olan bəzi məsələləri inkar edirlərmi? məsələn qəbr əzabı kimi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranilər özlərini heş bir məzhəbə mənsub bilməsələrdə adətən əhli-sünnədən ayrılmış bir qrupdur ki, daha çox Misirdə ortaya çıxıb. Bu qrup hədislər və sünnə əsasında əməl etməyi qəbul etmirlər və yalnız Qurana istinad edirlər. Bu adı onların müxalifləri onlara deyiblər, əlbətdə onlarda bu ada etiraz etmirlər. Baxmayaraq ki, belə fikirlər Peyğəmbərdən (s) sonra az-çox bəzilərinin dilinə gəlirdi, o cümlədən ilk dəfə Ömər ibn Xəttab dedi ki, Quran bizə kifayət edir, amma bir cəryan kimi tarixi 100 ildən çox deyil. Ümumiyyətlə Quranda olmayan heç bir məsələni əqidə bəsləməyə ya əməl etməyə lazım bilmirlər.

Allah sizə yar olsun.

Sual (70) : benimle ilgilendiğiniz için Allah razı olsun.şiilerin özellikle iran caferi şilerinin hz Ebu bekir hz Osman ve özellikle hz ÖMER hakkındaki ve aişe anamız hakkındaki düşünceleri nelerdir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ümumiyyətlə şiə əqidəsinə əsasən Peyğəmbərdən (s) sonra həzrət Əli (ə) o həzrətin haqq canişinidir.
Bu haqqın həzrət Əliyə (ə) çatmasında üç xəlifə və Aişə maniə törətdilər və müsəlmanları doğru yoldan azdırdılar. Hətta Aişə Cəməl müharibəsində minlərlə insanın nahaq yerə qanının tökülməyinə səbəb oldu və zamanənin xəlifəsinə qarşı üsyan etdi. Amma bununla belə şiə alimləri Peyğəmbərin (s) xanımı Aişə və üç xəlifəyə hörmətsizlik etməyi yanlış hesab edirlər və hörmətsizlik edənləri təfriqə və parçalanma salmaq məqsədli olmasını deyirlər. Adətən şiələrdə bu şəxslərə hörmətsizlik etmirlər.

Allah sizə yar olsun.

Go to TOP