Sual (51) : Salam aleykum. Bizim irfancilar vehdetul vucutu qebul edirler? Edirlerse Allahin tecalla etmesin qebul etmirler yoxsa nece? Allah sizden razi olsun

Əleykumus-salam.

Ariflər adətən vəhdəti vücudi qəbul edir və mövcudatı haqqin təcəllası bilirlər, amma təfsirində ixtilaflar var.

Allah sizə yar olsun.

Sual (52) : Salam.Evelceden size minnetdaram.Allah Sizden razi olsun.Bele bir sualim var.Odda alovda yanaraq ölen ve yaxud qaynar suya düwüb ölen wehid hökmündedir?Sag olun tewekkür edirem.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəhidin geniş mənası var. Şəhidlik ilahi bir məqamdır ki, bu məqama Allah yolunda canından keçməklə nail olmaq olaq. Şəhid xüsusi mənada cihad meydanında Peyğəmbər (s), məsum imam ya imamın xüsusi naibinin hüzurunda öləndir. Belə ölən insanlar şəhid hökmündədir (öz qanlı paltarı ilə qüsulsuz və kəfənsiz basdırıla bilər), bəzi ölənlər isə şəhid hökmündə yox bəlkə şəhidin mükafatı və savabında olar. Bu mənada şəhid o kəsdir ki, öz dini və əqli vəzifəsini yerinə yetirdiyi halda ölə. Hədislərdə şəhid mükafatında olanların bəzi nümunələri qeyd olunub.
1). Allah yolunda öldürülmüş şəxs.
2). Allah yolunda ölmüşşəxs.
3). Taun xəstəliyi səbəbilə ölən şəxs.
4). Anasının bətnində ölmüş uşaq.
5). Suda boğulmuşşəxs.
6). Öz canını qorumaq üçün çalışıb, ölən şəxs.
7). Öz əhli-əyalını, ailəsini müdafiə edərkən öldürülən şəxs.
8). Öz malını qoruyarkən öldürülən şəxs.
9). Uşaq dünyaya gətirərkən ölən qadın.
10). Dəstəmaz alıb yatan və həmin gecə ölən şəxs.
11). Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.
12). Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir.
13). Məscidə gedən halda ölən şəxs.
14). Elm öyrənmək yolunda ölən.
Allah sizə yar olsun.
Sual (53) : Salamun Aleykum. Mən Belə Bir Hədis Eşitmişəmki "Peyğəmbər Namaz Qılarkən üçüncü rükətdəykən şeytan gəlib və pyğəmbərə fatihə surəsini unutdurub, və bu zaman cəbrail gəlib peyğəmbərə deyib ki təsbihatu-ərbəə'ni oxu" yəni bu doğrudurmu peyğəmbər şeytanın təsiri altına düşüb, quranı unuda bilərmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd olunan hədislə qarşılaşmamışıq. Amma hər halda şiə əqidəsinə uyğun deyil. Çünki şiə əqidəsində Peyğəmbər (s) hətta səhf və unudqanlıqdan da məsumdur. Həmçinin Quran ayəsinə görə şeytanın xalis insanlara yolu yoxdur.

Allah sizə yar olsun.

Sual (54) : Salam, ,..İnsan nә üçün istәmәdiyi halda dünyaya gәlir vә ya sualı başqa cür verәk; nә üçün Allah bizim istәmәdiyim halda bizi yaratdı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan yaranışdan və vücuda gəlməzdən öncə harada olub ki, istəyib-istəməməyi olsun?! İnsanın istəməyi o zaman olur ki, vücuda gəlir. Vücuda gəlməzdən öncə seçim də olmur. Vücuda gəldikdən sonra isə insan yoxluğa yox, varlığa üstünlük verir. Amma Allah insanı nə üçün yaradıb və yaranışın hədəfi nədir? Daha ətraflı bu linkdən oxuyun:

http://sual.nur-az.com/az/faqs/view/177 

4-cü sual.

Allah sizə yar olsun.

Sual (55) : Salamun aleykum və rahmətullah . Məni belə bir sual maraqlandırır . Məlumdur ki hər cəhətdən ğəni , ehtiyacsız olan , feyz mənbəyi olan Allahın insanı yaratmaqda məqsədi insanın özünə fayda vermək , insana feyz yetirmək idi . Ama nəticədə bütün insanlar bu feyzdən faydalana bilməyəcəklər . Çünki insanların əksəriyyəti quran ayələrindən məlum olur ki cəhənnəm əhlidirlər . Bəs onda cəhənnəm əhli qiyamətdə Allaha xitabən deyə bilərlər ki , sən bilirdin biz yanlış seçimimizin nəticəsində cəhənnəm əhli olacağıq . O halda bizi niyə yaratdın ?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Günah əhlinin yaranması və əzaba düçar olmalarının müəmmalı olmasının məsələsi, "cəbr və ixtiyar" məsələsinə qayıdır.

Bu cür sual olur: Əgər Allah Taala insanların alın yazısını və sonunu bilirdisə, nə üçün onları yaratdı?

Bu cür yaranmaq məcburidir və bəşərin ixtiyarından kəşfdir. Başqa bir tərəfdən əgər bu yaranmış üsyan və günah etməsədə buna səbəb olur ki, Allahın elmində bu insanın günahkar və üsyünkar olmasına müxalif çıxır. Bəs o insan məcburdur ki, həyatda ömrünü təkəbbürçülüklə sona yetirsin. Başqa cür rəftar etməyə ixtiyarı yoxdur. Bu da bir növ cəbr deməkdir.

Bunun üçün də bir neçə hissədə "Allahın elmiylə" "insanların məcbur və ixtiyar" sahibi olmasının arasında olan rabitəni açıqlayırıq:

1)- İnsanların necə əməl edəcəyinə və rəftarlarına elmi olması, buna səbəb olmur ki, onlar bu işlərdə məcbur olsunlar. Misal üçün. Əgər siz dostunuzu hündür bir binanın və yaxud hündür bir yüksəklikdə, sürətlə maşın sürməsini görürsünüz.

Bunun yüksək surətdə sürücülük etməsini müşahidə etdiyiniz zaman bilisiniz ki, bu gündürlükdən düşəcək. Onun bu rəftarının sonu xoşa gəlməz bir hadisəylə sona çatacağını bilirsiniz və bir neçə dəqiqədən sonra təbii bir halda oradan qəzaya uğrayır, burada sizin təqsiriniz varmı?

Onun qəzaya uğramasına siz səbəb oldunuzmu? Onun dərəyə düşməsi sizin tərəfinizdən olmuşdurmu?

Yaxud sizin elminiz onun doğru sürücülük etməməsinə səbəb olub, qəzaya uğramağa məcbur etmişdirmi?

Dövlət yol və maşın düzəldən mühəndislər bunu bilirlər ki, baş verən qəzaların çoxu sürücülüyə doğru riayət edilməməsi üçün baş verir. Bu qəzaların baş verməsinə səbəb yollardırmı?

Allah taala heç bir kəsin həyatına və alın yazısına günahı yazmamışdır. Bu hədisi bir çox islam alimləri peyğəmbərdən (s) rəvayət etmişlər: "O şəxslər ki, alın yazısından söz açır və gesab edirlər onların bütün günahları onların alın yazılarından qaynaqlanır və Allah onları buna məcbur edir.

Əzab olduqları isə ixtiyarsız olaraq bu alın yazısının nəticəsidir. Bunu bilsinlər ki, bu yalnış bir fikirdir və çox peyğəmbərlər də onlardan razı deyildi.

Allah onları lənət edir."[1]

2)- Yaxşı olar bu cür deyək, Allah bilir hansı insan hidayət vasitəsindən istifadə edəcək və kimlər ondan üz çevirəcək. Əzab o vaxt insana olar ki, insan öz ixtiyarıyla hidayət vasitəsindən istifadə etməsin. O müəllim kimi ki, dərs ilinin birinci gün müvəffəqiyyət amillərini şagirdlər üçün sayır və bunu da bilir hansı şagird buna qulaq asır və hansı diqqətsizlik edir. Məlum olur ki, yaxşı qiymət və hədiyyələr sahibinə qismət olur.

Mənfi qiymət və baş ağrıları o şəxslər üçündür ki, öz əxlaqıyla onu özünə istəmişdir. Bəs müəllimin elmi, şagirdlərin əxlaq və rəftarından pərdəni götürür amma onları tənbəlliyə məcbur etmir.

Bəzi nəzər sahibləri deyir: Allah bəndələrin itaət və günahlarına elmi var,[2] və bu elm insanların etdiyi əməlləridir.[3]

3)- Bütün bu etirazlar, o zaman ola bilər ki, Allah insanların hidayəti üçün heç bir vasitə göndərməsin; və bununla belə insanlardan itaət gözləsin. Daxili peyğəmbər (fitrət və sağlam ağıl) xaricdə olan peyğəmbər (peyğəmbər, imam, kitab və ilahi alimlər) insanların hidayəti üçün hazırlanmışdı, bəs təqsir kimdədir?

O şəxs ki, yüz çıraqla əyri yol seçir? Və yaxud o şəxs ki, çıraqları sındırıb müxalifətlik edəni tənbeh edib cəzalandıran?

4)- Bu günkü dövrdə yaşamaq, iradə məktəbidir. Hər kəsin xoşbəxt və yaxud ləyaqətsiz bir insan olması onun öz əlindədir. Onun öz hərəkəti lazımdır ki, Allahdan hidayət olmasını daha çox istəsin.

5)- Allah insanı yaradıb iradə etdi ki, o kəmala çatsın. İnsanı kəmala çatması üçün şeytanın yaranması lazımdır. Çünki bununla insan kamilliyə doğru yol açır. Şeytanın olması, iman əhli olan insanlar və o şəxslər ki, haqq yolu tanımaq istəyənlər üçün ziyanı yoxdur. Bir növ kamilliyə çatmaq üçün vasitədir; çünki kamil olmaq həmişə iki müxalif şeyin nəticəsində baş verir.[4]

6)- Baxmayaraq ki, cinlərdən və insandan olan şeytanların olması zəriridir. Amma kim bu işi öz öhdəsinə götürməlidir ixtiyar və seçimlə baş tutur. Allah tərəfindən heç kəs məcbur olunmur.

Allah taala şeytanı şeytan olaraq yaratmadı. O illərlə (6 min il)[5] mələklərlə bir yerdə ibadət əhli olmuşdur. Sonralar isə öz istəyiylə təkəbbürlüyün üzündən üsyan edib əyri yolu qarşısına qoyub Allah rəhmətindən uzaq oldu.

Bu cür Yezid də bir iş görmüşdür: Yəni Yezid öz istəyiylə bu cür olmasını seçmişdir. Bəs yezidin ixtiyarı yoxdur ki, desin ilahi nə üçün məni yaratdın, çünki Allah taala buyuracaq sənin olmağın zəruri və lazım idi. Əgər o desə ki, nə üçün mən bu işi görməliydim? Allah cavabında deyəcək ki, bu rolu sən özün öz ixtiyarınla seçmisən və bunu seçməyə bilərdin. Yezid olmaya bilərdin və buna görə də sən məhkum olursan.

Başqa cür desək, bu dünyada pis insanların olması lazımdır; çünki digər insanlar onlarla yaşayaraq kamilliyə çatırlar. Yezidin olması lazımdır ki, imam Hüseyn (ə) və o həzrətin gördüyü iş məna daşısın. Buna görədir ki, imam Hüseyn (ə) şəhadətə yol tapıb o uca məqamı əldə edir. Allah taala heç bir kəsi məcbur etmir ki, Yezid olsun, insan özüdür ki, öz istəyiylə özünü o kürsüdə qərar verir. Buna görə də ixtiyarı yoxdur Allaha desin ilahi nə üçün Yezid rolunda olaraq yaratdın və mən də bu rolu oynadım. İnsan özü edə bilərdi bu rolu seçməyib bu rolda oynamasın.

7)- İnsanın yaranması, Allah tərəfindən ona nəsib olan bir mərhəmətdir.

Bu misalın oxşarı kimi ki, bir şəxs süfrə aşır və bir dəstəni o süfrədə hazır olan yeməklərdən meyl etmək üçün dəvət edir. Əgər bu bax bir şəxs öz istəyiylə o ruzidən yemirsə və bunun nəticəsində həll olunmaz bir məsələylə üzləşirsə, ev sahibinə heç bir söz demək olmaz və onu məhkum etmək olmaz nə üçün dəvət etdin. Əgər dəvət etməsəydi də bilirdi (ki, filan qonaq yeməkdən yeməyəcək).

Mümkündür ki, o qonaq ona desin nə üçün məni qonaqlığa dəvət etmədin. Məni də dəvət etsəydin mən o yeməklərdən meyl edərdim.

Allah sizə yar olsun.


[1] - Biharul- ənvar, cild 5 səh 47

انه (ص) قال: لعنت القدریه علی لسان سبعین نبیاً. قیل: و من القدریة یا رسول الله؟

 فقال: قوم یزعمون ان الله قدر علیهم المعاصی و عذبهم علیها

[2] - Tabe burada bu mənayadaır ki, elm məlum ilə eynidir.

[3] - Xacə Nəsrəddin Tusi, Kəşful murad., səh 230

[4] - Bistuni, Məhəmməd, Şeytan şunasi əz didqahi Quran kərim, səh 17.

[5] - Nəhcül- bəlağə, Qasiyə xütbəsi, ş. 234
Sual (56) : Salam aleykum. Alemizer nedir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Müxtəlif İslam mənbələrində zərr aləmi haqqında məlumat verən kifayət qədər rəvayət vardır. Lakin biz yalnız bir Quran ayəsi ətrafında danışacağıq. «Əraf» surəsinin 172-ci ayəsində buyurulur: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxarıb, onları özlərinə şahid tutaraq, soruşmuşdu: «Mən sizin Rəbbiniz deyilməmmi?». 
«Övladlar» kimi tərcümə olunmuş «zürriyyət» kəlməsinin «zərr» kökündən alındığı bildirilir. Ayədə haqqında danışılan hadisə harada baş verir? Mötəbər hədislərə əsaslanan əksər İslam təfsirçiləri, bu hadisənin zərr aləmində baş verdiyini yazırlar.
Rəvayətə görə, Adəm xəlq edilən zaman onun son nəfərədək bütün övladları belindən zərrələr şəklində xarici oldu. Əql və şüura malik olan bu zərrələrin eşitmə və danışma gücü var idi. Onlar «mən sizin Rəbbiniz deyiləmmi» sualına «bəli, Rəbbimizsən»,-deyə cavab verdilər. Bu sorğu-sualda məqsəd nə idi? Ayələrdən aydın olur ki, bu sorğu-sualla Allah-təala öz xəbərdarlığını sona yetirirdi. Başqa sözlə, belə bir xəbərdarlıqdan sonra qiyamət günü kimsə «biz bundan xəbərsiz idik» deyə bilməyəcəkdi.
Uyğun ayə insanda Allaha etiqadın fitri olduğunu bir daha təsdiq edir.
Allah sizə yar olsun.
Sual (57) : Salam aleykum. Qebirestanliqda ve qebir uzerinde mescid tikmek olar? Mesumlardan mu movzuda hedis var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:

“Kəhf” surəsinin 21-ci ayəsində  deyilir:

قالَ الَّذینَ غَلَبُوا عَلى‏ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِمْ مَسْجِدا

“Öz işlərində qələbə çalanlar dedilər ki, onların qəbirlərinin üzərində mütləq məscid tikəcəyik!”

Quran-kərim “Əshabi-kəhf” hadisəsini nəql edərkən onların qəbirləri üzərində məscid tikilməsini aşkar şəkildə ünvanlamış və onu təsdiq edərək qəbul etmişdir. Çoxlu rəvayətlərdə ilahi övliyaların qəbirlərinin yanında ibadət etməyə nəinki icazə verilir, üstəlik bu cür ibadət daha artıq savab və mükafata layiq görülür.

Qəbiristanlıqda məscid tikmək olarmı?
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər sözügedən qəbiristanlıq vəqf ərazisi və bir kəsin xüsusi mülkü deyilsə, habelə müxtəlif əlamətdar hadisələrdə əhalinin istifadə etdiyi və ehtiyac duyduğu ümumi məkanlardan olmasa, eləcə də orada məscid tikmək müsəlmanların qəbirlərinə qarşı hörmətsizliyə və ya qəbirlərin açılmasına səbəb olmasa, işkalı yoxdur.
Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər o yer ölülərin dəfni üçün vəqf deyilsə, işkalı yoxdur.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Qəbiristanlığı o halda məscidə çevirmək olar ki, hal-hazırda orada dəfnə heç bir vəchlə icazə verməsinlər, məscid tikilməsi də qəbirlərin, xüsusilə alimlərin qəbirlərinin sökülməsinə və açılmasına səbəb olmasın. Amma o məsciddə namaz qılmaq hər bir halda caizdir. Bunu da nəzərə alın ki, onun torpaq sahəsi qəbiristanlıq üçün vəqf edilmişdirsə, yalnız həmin məqsədlə ondan istifadə etmək olar. Amma əgər ölüləri orada dəfn etmək müəyyən səbəblərə görə mümkün olmasa, belə olan halda gərək oranı satıb pulu ilə qəbiristanlıq üçün yeni torpaq sahəsi alsınlar və dəfn üçün vəqf etsinlər. Əgər kifayət qədər qəbiristanlıq vardırsa, o torpaq sahəsindən məscid, hüseyniyyə, kitabxana və s. üçün istifadə etmək olar.

Allah sizə yar olsun.

Sual (58) : Salam aleykum bilirikki mesumlara tevessul etmek olar ama bezileri hansisa seyidlere ve basqalarina tevessul edir yeni hec ozlerinnin cennetlik yaxudda cehennemlik oldugu bilinmeyen kimse tevessul etmek olar? Mesen Mir Movsum aga. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsum olmayan amma Allah yanında hörməti olan kəramət sahiblərinə təvəssül etmək olar. Necə ki, həzrət Əbəlfəzə, Əliəsğərə və ya imamzadə olmaya amma Allahın bəyəndiyi şəxslərə misal üçün Hürr, Həbib ibni Məzahir və s. təvəssül edilir. Hər halda sağlığında kəramət sahibi olan insanı Allah dərgahında vasitə qərar vermək olar.

Allah sizə yar olsun.

Sual (59) : Salam aleykum. Muhemmed(s.a.a.s) peygemberin kolgesinin olmamasi dugun melumatdir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbərin (ə) və İmamların gölğəsi olmaması barədə nəql olunan hədis zəif və xəbəri-vahiddir. Şiə kitablarında yalnız İmam Rzadan (ə) bir hədis nəql olunub. Əhli-sünnənin kitablarında isə qeyri-mənbə kitablarda bir hədis nəql olunub ki, bununla bu məsələ sübuta yetmir.

Allah sizə yar olsun.

Sual (60) : Salam. bir sualım var. Mümkünsə cavablandırın. Ağa Xomeyninin dediyi fikirlərin hədislərdən mənbələri lazımdır bir də ağa Xameneinin vilayəti fəqih məsələsinin məzhəb usulundan hansı hədisə əsasən sayır? Bu sualların cavablandırılmasını xahiş və tələb edirəm Sizlərdən, çünki belə başa düşürəmki bunu qəbul etmiyən şiə, şiə sayılmır. Öncədən təşəkkürlər.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu barədə İmam Xomeyninin "Vilayəti-fəqih" adlı kitabına müraciət edin, kitab azərbaycan dilinədə tərcümə olunub. Mövzu ilə bağlı saytın kitabxanasındakı kitabada müraciət edə bilərsiz:
Kitabın adı: VİLAYƏTİ-FƏQİH NƏZƏRİYYƏSİNƏ BİR BAXIŞ
Müəllif: Ustad Misbah Yəzdi
http://kitab.nur-az.com/az/lib/view/434

Allah sizə yar olsun.

Go to TOP