Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Biz qeyd etdik ki, mürtəd terminoloji mənada deyil, lüğəti mənadadır.
Bu gün sünni-şiə qardaşlığı dünya şöhrətli din alimlərinin tövsiyəsidir. Belə bir zamanda düşmənə xeyir verən və müsəlmanların arasında təfriqə salan işlərdən çəkinmək lazımdır. Bütün müsəlmanlar düşmən qarşısında birləşməlidir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İbadətin özü müqəddəs islam şəriətinin tərəfindən gəldiyi kimi, onun şərtləri, hissələri və yerinə yetirilmə qaydası da Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in tərəfindən, onun sözü və ya rəftarı ilə bəyan edilməlidir. Çünki Qur`ani-Kərimin hökmünə görə Peyğəmbər (s.ə.v.v) təqvalı insanların hamısına nümunədir. İndi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əməl və rəftarını göstərən hədislərdən bə`zilərini qeyd edirik. Belə ki, onların hamısı Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in həm torpağa, həm də ondan cücərən şeylərə səcdə etməsini göstərir. Bu da eynilə şiələrin inancından ibarətdir:
İslam mühəddislərindən bir qrupu “Səhih” və “Müsnəd” kitablarında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in, torpağı özü üçün səcdəgah təqdim etməsini göstərən sözünü bəyan etmişlər:
جُعِلَتْ لِيَ الآَرْضُ مَسْجَدًا وَ طَهُورًا
“Torpaq mənim üçün səcdəgah və paklıq səbəbi qərar verilmişdir.”[1]
Bu hədisdəki şəriət qanunu mənasını ifadə edən “cuilə” (qərar verilmək, qanun halına salınmaq) kəlməsindən aydın olur ki, bu, islam dini ardıcılları üçün ilahi bir hökmdür. Deməli səcdənin torpağa, daşa və yer səthini təşkil edən sair hissələrə səcdə edilməsinin qanuni bir iş olması sübuta yetir. Necəki, təyəmmümdə bu şeylərə caizdir, torpaq və torpaq hökmündə olanlar pak və pak edicidir.
2-Rəvayətlərdən bir qrupu göstərir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) müsəlmanlara, səcdə zamanı alınlarını torpağa qoymasını əmr etmişdir. Belə ki, Ümmü Sələmə (Peyğəmbər (s.ə.v.v)-in zövcəsi) o həzrətin belə buyurduğunu nəql edir:
تَرِّبْ وَجْهَكَ لِلّهِ
“Üzünü (səcdədə) Allah üçün torpağa qoy.”[2]
Peyğəmbər (s.ə.v.v)-in kəlamındakı (əmr formasında olan) “tərrib” ifadəsindən iki məsələ aydın olur:
a) İnsan səcdə zamanı öz alnını türbətin üzərinə – torpağa qoymalıdır.
b) Bu əməl, ona əmr edildiyi üçün icra olunması vacib olan bir fərmandır, çünki tərrib kəlməsi “turab” kökündən alınmış və əmr formasında bəyan edilmişdir.
3-Bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in davranışı müsəlmanların yolunu açaq-aşkar bəyan edir. Vail ibni Həcər deyir:
رَاَيْتُ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ اِذَاسَجَدَوَضَعَ جَبْهَتَهُ وَاَنْفَهُ عَلَي الآَرْضِ
“Peyğəmbəri Əkrəm (s.ə.v.v) səcdə edərkən alnını və burnunu torpağa qoyurdu.”[3]
Ənəs ibni Malik, ibni Abbas, eləcə də Peyğəmbər (s.ə.v.v)-in həyat yoldaşlarından Ayişə və Ümmü Sələmə, həmçinin mühəddislərdən çoxu belə rəvayət etmişlər:
كَانَ رَسُولُ اللّهِ ¸ يُصَلِّي عَلَي الْخُمْرَةِ
“Peyğəmbər (bir növ həsir olan və xurma lifindən toxunan) xümrəyə səcdə edirdi.”[4]
Peyğəmbər (s.ə.v.v) səhabələrindən olan Əbu Səid deyir:
دَخَلْتُ عَلَي رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّم وَ هُوَ يُصَلِّي عَلَي حَصِيرٍ
“Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in hüzuruna getdim, halbuki o, həsirə namaz qılırdı.”[5]
Bu söz şiənin səcdənin torpaqdan cücərən, amma yeməli və içməli olmayan şeylərə caiz olması ilə əlaqədar nəzəriyyəsinə aşkar bir dəlildir.
4-Peyğəmbər (s.ə.v.v)-in səhabə və tabeinlərinin əməl və rəftarı da o həzrətin sünnəsinə dəlalət edir. Cabir ibni Əbdüllah Ənsari deyir:
كُنْتُ اُصَلِّي الظُّهْرَ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم فَآخُذُ قَبْضَةً مِنَ الْحِصَاءلِتَبْرُدَ فِي كَفِّي اَضَعُها لِجَبْهَتِي اَسْجُدُ عَلَيْها لِشِدَّةِ الْحَرِّ
Zöhr namazını Peyğəmbər (s.ə.v.v)-lə qılırdım. Bir ovuc çınqıl götürüb əlimdə saxladım ki, soyusun və səcdə zamanı alnımı onların üzərinə qoyum. Bu da kəskin isti olduğuna görə idi.”
Ravi sonra əlavə edir: “Əgər bədənində olan libasa səcdə etmək caiz olsaydı bu iş daş parçalarını götürüb soyutmaqdan daha asan olardı.”[6]
İbni Sə`d (209-cu ildə vəfat edib) özünün “Ət-təbəqatul-kubra” adlı kitabında belə yazır:
كَانَ مَسْرُوقٌ اِذَا خَرَجَ يَخْرُجُ بِلبْنَةٍ يَسْجُدُ عَلَيْهَا فِي السَّفِينَةِ
“Məsruq ibni Əcdə` səfər zamanı özü ilə bir kərpic aparırdı ki, gəmidə onun üzərinə səcdə etsin.”[7]
Qeyd olunmalıdır ki, Məsruq ibni Əcdə` Peyğəmbər (s.ə.v.v)-in tabeinlərindən və ibni Məs`udun səhabələrindən idi. “Təbəqatul-kubra” kitabının müəllifi onu Kufə əhlinin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra birinci təbəqəsində, eləcə də Əbu Bəkr, Ömər, Osman, Əli və Əbdüllah ibni Məs`uddan rəvayət edən şəxslər cərgəsində qeyd etmişdir.
Bu söz səcdə etmək üçün özü ilə birlikdə torpaq, türbət və daş parçası aparanların işini şirk və bid`ət hesab edənlərin sözlərinin əsassız olduğunu isbat edir və göstərir ki, islam tarixinin önündə gedən şəxslər də bu işi görmüşlər.[8]
Nafe deyir:
اِنَّ ابْنَ عُمَرَ كَانَ اِذَا سَجَدَ وَ عَلَيْهِ الْعِمَامَةُ يَرْفَعُهَا حَتَّي يَضَعَ جَبْهَتَهُ بِالآَرْضِ
“Əbdüllah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun.”[9]
Rəzin deyir:
كَتَبَ اِلَيَّ عَلِيُّ ابْنُ عَبْدِ اللّهِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللّهُ عَنْهُ اَنِ ابْعَثْ اِلَيَّ بِلَوْحٍ مِنْ اَحْجَارِ الْمَرْوَةِ اَسْجُدْ عَلَيْهِ
Əli ibni Əbdüllah ibni Abbas mənə yazdı: “Mərvə dağının daşlarından bir parçasını mənim üçün göndər ki, ona səcdə edim.”[10]
5-Digər tərəfdən, islam mühəddislərinin nəql etdikləri bə`zi rəvayətlər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in səcdə zamanı öz alınlarındakı parçanı alınları ilə yer arasında qoyan şəxslərin işini qadağan etməsini göstərir. Saleh Səbai deyir:
اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم رَاَي رَجُلاً يَسْجُدُ بِجَنْبِهِ وَ قَدِ اعْتَمَّ عَلَي جَبْهَتِهِ فَحَسَرَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم عَنْ جَبْهَتِهِ
“Peyğəmbər (s.ə.v.v) bir şəxsi öz yanında səcdə halında müşahidə etdiæ o, öz alnına əmmamə bağlamışdı. Peyğəmbər (s.ə.v.v) əmmaməni onun alnından kənara çəkdi.”[11]
Əyaz ibni Əbdüllah Qurəşi deyir:
رَاَي رَسُولُ اللّهِ ¸رَجُلاً يَسْجُدُ عَلَي كُورِ عِمَامَتِهِ فَاَوْمَاَ بِيَدِهِK اِرْفَعْ عِمَامَتَكَ وَ اَوْمَاَ اِلَي جَبْهَتِهِ
“Rəsuli Əkrəm (s.ə.v.v) bir kişini səcdə halında gördüæ o, öz əmmaməsinin küncünə səcdə edirdi. Ona işarə etdi ki, əmmaməni kənara çəksin və bu zaman onun alnına işarə etdi.”[12]
Bu rəvayətlərdən aydın olur ki, yerə, torpağa səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in dövründə də inkarolunmaz və gün kimi aydın olan məsələlərdən biri idi. Hətta əgər müsəlmanlardan biri əmmaməsinin bir ucunu alnı ilə yerin arasına qoyaraq alnını yerə yapışdırmırdısa Peyğəmbər (s.ə.v.v) bu işi qadağan edirdi.
6-”Səqəleyn” hədisinə əsasən Qur`andan heç vaxt ayrılmayan, digər tərəfdən də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Əhli-beyti sayılan şiələrin mə`sum rəhbərləri də öz kəlamlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) buyurur:
اَلسُّحُودُ عَلَي الآَرْضِ فَرِيضَةٌ وَ عَلَي الْخُمْرَةِ سُنَّةٌ
“Yerə səcdə etmək Allahın hökmü, həsirə səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in sünnəsidir.”[13]
Başqa bir hədisdə buyurur:
اَلسُّحُودُ لَايَجُوزُ اِلاَّ عَلَي الآَرْضِ اَوْ عَلَي مَا اَنْبَتَتِ الآَرْضُ اِلاَّ مَا اُكِلَ وَ لُبِسَ
“Səcdə yalnız yerdən göyərən, amma yeməli və geyilməli olmayan şeylərə caizdir.”[14]
Qeyd olunan dəlillərdən aydın olur ki, təkcə Əhli-beytin rəvayətləri deyil, eləcə də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsi, o həzrətin səhabələri və tabeinlərinin rəftar və əməlləri səcdənin yer və ondan cücərən şeylərin (yeyilməli və geyilməlilərdən başqa) üzərinə səcdə etməyin zərurətinə şəhadət verir.
Allah sizə yar olsun.
[1] “Sünəni Beyhəqi”, 1-ci cild, səh.212, “Səhihi Buxari”, 1-ci cild, kitabus-səlat, səh.91, “İqtizaus-siratul-mustəqim” (ibni Teymiyyə), səh.332
[2] “Kənzul-ummal”, 7-ci cild, Hələb çapı, səh.465, 19809-cu hədis
[3] “Əhkamul-Qur`an” (Cəssas Hənəfi), 3-cü cild, səh.209, Beyrut çapı
[4] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.421, Kitabus-səlat
[5] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.421
[6] “Sünəni Beyhəqi”, 1-ci cild, səh.439, Kitabus-səlat, babu ma ruviyə fittə`cili biha fişiddətil-hər
[7] “Ət-təbəqatul-Kubra”, 6-cı cild, səh.79, Məsruq ibni Əcdə`in həyatı.
[8] Digər şahidlərdən əlavə mə`lumat almaq üçün Əllamə Əmininin “Sirətuna” kitabına müraciət edə bilərsiniz.
[9] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.105
[10] “Əxbaru Məkkə”, 3-cü cild, səh.151
[11] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.105
[12] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.105
[13] “Vəsailuş-şiə”, 3-ci cild, səh.593 Kitabus-səlat ma yəscudu ələyhim babı 7-ci hədis
[14] “Vəsailuş-şiə”, 3-cü cild, səh.593, ma yuscədu ələyh, babı 7-ci hədis
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir.İmam Sadiq(ə)-dən «cəhənnəm əhli cəhənnəmdə, cənnət əhli isə cənnətdə niyə görə əbədi qalır?»- deyə soruşduqda o Həzrət belə buyrurur:
“Cəhənnəm əhli dünyada əbədi olaraq qalsaydı, həmişə Allaha asi olacaqlarını niyyət etdiklərindən cəhənnəmdə, behişt əhli isə əgər dünyada həmişəlik qalarlarsa, daim Allaha ibadət edəcəklərini düşündüklərindən cənnətdə əbədi olaraq qalacaqlar.Onların hər ikisi niyyətinə görə cənnət və cəhənnəmdə əbədidir. Sonra isə bu ayəni tilavət etdi:
“De, hər kəs öz əxlaqına uyğun əməl edər.”
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Əli (ə) buyurur: “Ədalət hər işi öz yerinə qoymaqdır”. Bu tərifə
əsasən, ilahi ədalət bütün mövcudların ali məqsədə uyğun xəlq edilməsindən
ibarətdir. Beləcə, bizim yaşadığımız maddi dünya da varlıq aləminə hakim olan
nizama tabedir. İxtilaflar, dəyişkənlik, hərəkət, təsir və əks təsir bu aləmin
xüsusiyyətlərindəndir.
Lakin insan bu dünyada bir sıra təsirlərə müqavimət göstərmək xüsusiyyətinə
malik olan bir varlıqdır. Zinadan doğulmuş insan öz irsi nöqsanları ilə
mübarizə apara bilər. Sözsüz ki, təbii meyllərlə mübarizə güclü müqavimət tələb
edir. Amma Allah-taala bu sahədə müqavimət göstərib, müvəffəq olan insanları
ikiqat mükafatlandırır. Valideynin günahı övlada təsir etsə də, bu övladın
qarşısında iki yol var. O, təbii nöqsanlarına qarşı çıxıb, doğru yolu da seçə
bilər. Allah yalnız bu seçim imkanını verdikdən sonra insanı sorğuya çəkir.
Belə ki, iradəyə malik insan doğru yola yönəlməyə borcludur. Seçim imkanına,
iradəyə malik insanın günaha görə cəzalandırılması Allahın ədalətinə zidd
deyil.
İnsan öz ixtiyarı ilə yolunu seçir istər halalzadə olsun ya olmasın, amma insanın batini paklığı və halalzadə olub olmaması onun seçimində ya meylində təsir qoyur sanki buna bənzəyir ki, adətən tərbiyəli ailədə böyüyən uşaq tərbiyəli və dindan ailədə böyüən dindar olur və s.. yəni insanın yaşadığı mühitin insanın seçimində rolu olduğu kimi batini və ruhi paklığında təsiri var, amma yenədə insan öz yolunu seçməkdə məcbur deyil.
Allah sizə yar olsun.
Ad: ramal, Ölkə: azarbaycan, Müctəhid: Ayətullah Sistani
Əleykumus-salam.
Müsəlmanların arasında təfriqə salan və ixtilaf yaradan işlərdən çəkinmək lazımdır. Bütün müsəlmanlar düşmən qarşısında birləşməlidir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s) şəhid hökmündə (qüsul və kəfənsiz dəfn olmaq baxımından) deyil, şəhid məqamındadır. Əlbətdə Peyğəmbərin (s) məqamı şəhid məqamından üstündür və şəhidlərin önündə dayanır. Ümumiyyətlə şəhadət məqamı Peyğəmbərə (s) xatir insanlara verilir, yəni ondan və Allah tərəfindən gətirdiyi dini müdafiə edərək Allaha yolunda ölənə şəhidlik məqamı verilir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Uyğun мövzuda ətraflı мəluмat əldə etмək üçün saytın kitabxanasındakı kitaba müraciət edin:Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır. Demək, şeytan ilk əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar olmuşdur.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məsumlar adi işlərində qeybi elmləri ilə rəftar etmirlər bəlkə adi elmlərinə əməl edirlər. Qeybi elm təklif təyin etmir bəlkə bəzən mütləq baş verəcək şeydən xəbərdar edir. Qeybi elm insanın böynuna vəzifə gətirmir bəlkə bəzən mütləq baş verəcək şeydən xəbərdar edir.Bu sualın cavabını daha aydın şəkildə başa düşmək üçün aşağıdakı qeydlərə diqqət yetirmək zəruridir.
1. Əvvəla imamların dünyada olan bütün həqiqətlərə qeyb elminin (qeyri maddi elm, Allah tərəfindən bəxş olunan elm) köməyi ilə xəbərdar olub və olmamaları geniş bir mövzudur. Biz deyə bilmərik ki, onların bütün baş verənlərdən qabaqcadan xəbəri olub.
2. Hər bir insan öləcəkdir. Hətta bəz insanlar öz maddi elmləri ilə necə öləcəklərini də təyin edə bilirdilər. Amma onların elmi ölümün qarşısını ala bilmir. Bu barədə bunu deyə bilərik ki:
Birincisi: hər bir insan bir gün ölümə məhkumdur. Hək kəsin bu qaydadan nə qədər xəbərdar olub – olmaması heç nəyi dəyişməz. Yəni heç kəs bu qaydadan müstəsna deyil. Deməli, heç kəsin ölüm barəsində olan məlumatı onun ölümünün vaxtını dəyişməz və təxirə salmaz.
İkincisi: Əgər Allah taalanın o ölümdə razılığı qətidirsə bunun qarşısını heç nə ilə almaq olmaz.
Üçüncüsü: İmamların şəhid olmalarına elmlərinin olması və onların bu keyfiyyətlə şəhid olmalarına razılıq vermələri, Onların məqamlarının daha da ucalmasına xidmət edir.
Nəticə:
Deməli, ən gözəl ölümün (şəhadətin) qarşısını almağa cəhd göstərmək İlahinin razılığına zidd olmaq deməkdir. Bu əməl də imamların bir ömür iddia etdikləri “Allahın razılığı” anlamı ilə uyğun gəlmir. Belə ki, bütün imamlar (ə) Allahın razılığı olmadan bir addım belə atmamışlar. Yəni onların olub-olmamaları Allahın razılığı üçündür.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Deist - deizm tərafdarlarına deyilir. Allahın yalnız dünyanı yaradan ilk qüvvə olduğunu mümkün hesab edən, lakin onun bir şəxsiyyət kimi mövcud olub təbiət və cəmiyyət həyatına müdaxiləsini inkar edən, 17-18 ci əsirlərdə Avropada yayılmış dini-fəlsəfi cəryan. Əlbətə bəzən ümumilikdə Allahpərəstlərə şamil olur.Ateism isə onun müqabilində kafirlərə və Allahsızlara deyilir.
Allah sizə yar olsun.