Sual (31) : Salam aleykum. Zeydiler ebu bekrin, omerin, osmanin xelifeliyin qanuni bilirler? Umumiyyetle Zeyd inb Zeynalabidinde bunu qanuni bilib? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Zeydiyyə nöqteyi-nəzərindən Peyğəmbərdən (s) sonra birinci imam və xəlifə Əmirəl-möminin Əli ibni Əbu Talib (ə) olmalıdır. Onlar Əlini (ə) xilafət üçün ən layiqli və bacarıqlı bir şəxsiyyət hesab edirlər. Əqidələrinin sübuta yetirilməsində Əli (ə) barəsində nazil olmuş «Maidə» surəsinin 155-ci ayəsinə, «Qədir-Xum» və «Mənzilət» hədislərinə istinad edirlər.
Zeydiyyə məzhəbi Əmirəl-möminin Əli ibni Əbu Talibdən sonra Həsən ibni Əli (ə) və Hüseyn ibni Əlini (ə) özlərinə imam hesab edir və bu barədə Peyğəmbərdən (s) nəql olunan bu hədisə əsaslanırlar: «Həsən və Hüseyn qiyam etsələr də, etməsələr də imamdırlar. Ataları isə onların hər ikisindən üstündür.»
Zeydiyyə məzhəbi bu hədisi imam Həsən və imam Hüseynin (ə) imamətini sübuta yetirmək üçün açıq-aşkar sənəd hesab edir. Onlar İmam Həsən və imam Hüseyn (ə)-ın hər ikisinin övladlarını imamət üçün layiqli hesab edib deyirlər: Ata tərəfindən həzrət Fatimə (s) övladlarından olan hər bir şəxs imama xas olan xüsusiyyətə malik olarsa, müsəlmanların rəhbəri olacaqdır.
Bu məzhəbə görə, imamət üçün lazım olan xüsusiyyətlər şər᾿i məsələlərdə başqalarından daha elmli olmaq, pəhrizkarlıqda şan-şöhrət tapmaq, şücaət, səxavət, düşüncə və təfəkkür, din yolunda qiyam və cihad etməkdən ibarətdir.
Zeydiyyə, Peyğəmbər (s) tərəfindən imam Zeynəlabidin (ə)-ın imamətinə dəlalət edəcək bir sənədin olmadığını və din yolunda qiyam etmədiyini əldə əsas tutub onu dördüncü imam hesab etmirlər. Əgər bu iki şərtdən biri Zeydiyyə tərəfdarları üçün sabit olsaydı, onu imam kimi qəbul edərdilər.
Peyğəmbər (s) tərəfindən imamın haqq olmasına dəlalət edəcək açıq-aşkar dəlil olduğu təqdirdə, onun qiyam etməsi heç də zəruri deyildir. Bu səbəbdən də onlar Əli ibni ƏbuTalibdən sonra imam Həsən, imam Hüseyn və Zeyd ibni Əlinin imamətini qəbul edirlər.

Allah sizə yar olsun.

Sual (32) : Salam aleykum. Eleviler kimdi? Imamiye sieleri ile elevilerin ferqi nedir? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bəzi nahiyələrində yaşayırlar. On üç nəfərdən ibarət olan Ələvi alimlərinin Hicri 1392/8/24 tarixdə verdikləri bəyanata nəzər saldıqda, bu həqiqətin şahidi oluruq ki, şəri hökmlər və üsulidin məsələləri baxımından ələvilərlə imamiyyə şiələri arasında heç bir fərq yoxdur. Eyni zamanda bəzi imamiyyə alimləri də belə bir etiqadın doğruluğuna dair şəhadət vermişlər. Bu yaxınlarda dünyasını dəyişmiş Livanın görkəmli fiqh alimlərindən olan Şeyx Məhəmməd Cavad Muğniyə Ələvi alimləri ilə apardığı müzakirə və elmi məclislərdən sonra onların əqidələrinin imamiyyə şiələri ilə tamamilə müvafiq olduğunu bir daha etiraf etmiş və buna şəhadət vermişdir.
Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
http://kitab.nur-az.com/az/lib/view/238

Allah sizə yar olsun.

Sual (33) : Salam aleykum. Nusayrilar kimerdir? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nusəyriyyə Hicrətin beşinci əsrində İbni Nusəyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər. Lakin Ələvilər Nusəyriyyənin nəzəriyyələrini, əqidə və etiqadlarının heç birini qəbul etmədikləri üçün onları Nusəyriyyəyə aid etmək olmaz. Çünki Nusəyriyyə 12-ci imamın imamətini qəbul etmir. Əli ibni Əbu Talibə gəldikdə isə, bu işdə də ifrata vararaq o həzrəti ilahiləşdirmişlər. Həmçinin İbni Mülcəmi lə᾿nətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, tənasüxə etiqad bəsləyib şərabı halal hesab etmişlər.
Necə olursa-olsun, Ələviləri Nusəyriyyə əqidəsini rədd, şiə əqidəsini isə iqrar etdikləri üçün ayrı bir firqə deyil, məhz imamiyyə firqəsindən hesab etmək lazımdır.
Ələvilərin belə adlandırılmasına gəldikdə isə, deyə bilərik ki, bəlkə də onlar Abbasi xəlifəsinə qarşı çıxmaları və apardıqları uzun sürən mübarizədən sonra dövlət qurmağa nail olmalarına görə bu adla məşhur olmuşlar.
Hələbdə təşkil olunmuş Həmdanilər və Təbəristanda təsis edilən Ələvi dövlətini buna misal çəkmək olar. Demək, Abbasilər öz şiə müxaliflərini Ələvi kimi tanıdıqları üçün bu ad sonralar onlara da verilmişdir.
Allah sizə yar olsun.
Sual (34) : Salam aleykum.Allah insani azad yaradib,bes o zaman kuceye atilan,ezab goren ve ya Suriyada,Iraqda,Afrikada ac susuz qalan,elil olan korpelerin ixtiyari axi oz elinde deyil,men bawa duwurem ki,bunlar Allahin yox,insanlarin emelidir,insanlar hell etmelidir,amma yene daxilimde bu sual qalir ki,gunah insanlarda olsa da bu korpelerin gunahi yoxdur,Allah niye buna bir tedbir gormur?(Allah meni bagiwlasin) Men kucede zorla dilendirilen 2,3 yawli uwaglari gorende duwunurem ki,Allah bu adamlara niye ovlad verir,axi o ovladin gunahi nedir ki,bu zalim ve merhemetsiz valdeyne verilir? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah insanı azad yaratmışdır. İnsan əncam verdiyi işlərdə yalnız öz iradəsinə bağlı olaraq, seçim zamanı tam ixtiyar sahibidir. Əgər belə olmasa idi, yəni; insan öz əməllərində məcbur olsa idi (insan vasitə-alət olaraq, bütün işlər fəqəd Allah tərəfindən bir başa əncam verilsə idi) pis əməl sahibləri, ədalətsiz, zalım şəxslərin cəzalandırılması və həmçinin, yaxşı əməl sahiblərinin mükafatlandırılması bihudə və mənasız olardı. Allah-təala isə hikmətsiz işlərdən pak və uzaqdır!

Allah-təala bu dünyada insanların üzərinə bu vəzifəni qoyur ki, məzlumdan müdafiə edib zülmün qarşısını alsınlar və əmr be məruf və nəhy əz münkər etsinlər. Allah-təala zalımlara mühlət verir və bu möhlət ya onları qəflət yuxusundan oyadır və ya günahlarını daha da artıraraq əbədi əzaba düçar olurlar. Ali-İmran surəsi 178 ci ayədə oxuyuruq: Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.

Allah sizə yar olsun.

Sual (35) : Salam aleykum. Namzsiz dunyadan geden kimdir? Meselen biri 50 il namaz qilir ama bir gun bilerekden namazin qezaya verir ve olur bele adam namazsiz dunyadan geden sayilir? Xahis edirik bu barede heisler varsa yazardiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Sadiq (ə) buyurmuşdur: “Namazı tərk edən şəxs İslamdan heç bir bəhrə görməz.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs namazını zay etsə, Allah-taala onu (qiyamətdə) Qarun, Firon və Hamanla məhşur edər. Vay olsun namazıtərk edən şəxsə!”
Küfrə səbəb olan birinci əməl namazıtərk etməkdir.
«Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin (s) əhd-peymanından bizar olmuşdur.»

Peyğəmbər (s) buyurub: Namazı tərk edən kəs, namazın savabına ümüd bağlamasa və onun əzabından qorxmasa, fərq etməz ki, yəhudi ya xristian kimi ölsün.

Bu hədislər hamısı namazı üzürsüz səbəbdən və bilərəkdən tərk edən və namazın vacibliyini inkar edənlərə şamil olur. Həqiqətdə namaz dinin zəruri məsələlərindən olduğu üçün onu inkar edən kəs mürtəd hesab olur və mürtədlik Quran ayələrinə əsasən əməlləri nabud edib aradan aparır. Amma namazın vacibliyini inkar etməyən və namazı tərk etməkdə özünü haqlı bilməyənlərin hökmü fərqlidir. Belə şəxslər müsəlmançılıqdan xaric olmur və qıldığı namazlar üzərlərindən götürülür və qılmadıqlarına görə əzab çəkəcəklər. 

Allah sizə yar olsun.

Sual (36) : Salam aleykum. 1.Olen sexlerin ruhlari bizi esidir? Butun danisigimizi esidirler yoxsa ancaq qebre ustune gedende? 2. Bizin emellerimiz indi Peygember ve Imam Zamana gosterilir yoxsa butun Imamlara? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Bərzəx həyatında ölülər diriləri eşidir. Əlbətdə bu məsələdə ölülər arasında fərqlər və məhdudiyyətlər var. Mümkündür bəzi ölülərin ruhu əzabda olduğu üçün eşitməsinlər. “Bihar”-ın 3-cü cildində “Kafi” və digər kitablardan bəzi hədislər nəql olunub ki, onların xülasəsi budur: Bərzəx aləmində ruhlar öz yaxın adamlarının ziyarətinə, görüşünə, əhvalını soruşmağa gedərlər. Bəziləri hər gün, bəziləri iki gündən bir, bəziləri üç gündən bir, bəziləri hər cümə, bəziləri ayda bir dəfə, bəziləri ildə bir dəfə ziyarətə nail olar və bu fərq onların məqamları ilə əlaqədardır.

2.Əməllər həftə ərzində iki dəfə İmam Zamana (ə.c) göstərilir. Amma digər məsumlar da bizim əməllərimizdən xəbərdardır.

Allah sizə yar olsun.

Sual (37) : Salam aleykum. Iblis meleklerden idi yoxsa cinlerden? Bezi tefsirlerde onun melek oldugu qeyd olunur( Eltafur-Rehman Ayetullah Eli Hicaran Tebrizi )

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şeytanın mәlәklәrdәn yaxud cinlәrdәn olması һaqqında müxtәlif nәzәriyyәlәr var. Münaqişәnin kökü ona әsaslanır ki, Allaһ-taala Adәmi (әleyһissalam) yaratdıqdan sonra İlaһi fәrmanla mәlәklәr ona sәcdә edirlәr. Amma Şeytan sәcdә etmir. Şeytanın (İblisin) mәlәklәrdәn olmasını iddia edәnlәrin bir qrupunun әsas dәlillәrindәn biri budur ki, Quranda gәlәn ayәdә Şeytan (İblis) mәlәklәrin içindәn istisna edilib. Demәli, İblis mәlәk cinsindәndir.
Cavab: İblisin mәlәklәrin arasından istisna olunması onun mәlәklәrin cinsindәn olmasına dәlalәt etmir. Bәlkә dә әn çoxu ona dәlalәt edir ki, İblis neçә illik ibadәtlәrinә gөrә mәlәklәrin sırasında yerlәşmişdir. Amma sonra tәkәbbür, itaәtsizlik vә Allaһ-taalanın müqәddәs dәrgaһında inadkarlıq etdiyinә görә beһiştdәn qovulmuşdur. Bu mövzunun tәsdiq edәn bir neçә dәlil var:
  1. Allaһ-taala Kәһf surәsindә buyurur: “Şeytan (İblis) cinlәrdәn idi”
  2. Ümumiyyәtlә, Allaһ-taala  mәlәklәri günaһdan tәmizlәmişdir. Demәli, mәlәklәr pak vә günaһsız varlıqlardır. Onlar günaһ, tәkәbbür, düşmәnçilik vә fәsad törәtmәzlәr.
 3-Bәzi Quran ayәlәrindә Şeytanın nәslindәn vә kökündәn söz açılır. Bu da onu sübut edir ki, Şeytan vә ümumiyyәtlә, cinlәrdә nәsil artırma vә doğulma var. Halbuki, mәlәklәr ruһani varlıqlar olub belә mәslәlәrdәn һәtta, yemәli vә içmәli şeylәrdәn dә istifadә etmirlәr.
 4. Allaһ-taala bәzi Quran ayәlәrindә buyrur ki, mәlәklәr elçilәr kimidirlәr. Elçi, yәni Allaһ-taalanın göndәrdiyi elçi isә һәr bir eһtimal olunan günaһdan vә xәtadan uzaqdır. Bәs, Şeytan belә böyük bir günaһa düşmәklә necә mәlәklәrdәn ola bilәr?!
Bunlardan әlavә, İslam alimlәrinin ümumi nәzәrinә vә Mәsumlardan (әleyһimussalam) bizә çatan tәvatur (çoxlu sayda) rәvayәtlәrə әsasәn Şeytan mәlәklәrdәn deyildir.
Allah sizə yar olsun.
Sual (38) : Salam aleykum. Cox vaxt deyirler filankesin bexti var, filan kesin bexti yoxdu, bextin olsun ve. s Dinde bele sey var? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər.

1). Səbəbsiz bir şeyin baş verməsi.

Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir.

Yəni dünyada baş verən hər bir felin bir səbəbi vardır. Amma bu səbəblərin hamısı xoşa gələn deyildir. Mümkündür bu səbəblərin içində ədalətsiz və ədalətli səbəblər olsun. Amma bu səbəblərin baş verməsi xüsusi bir təfəkkürün nişanəsidir. Yəni:

A). İctimaiyyətdə ədalətsizliyin baş verməsi hüquqlara uyğun əməl olunmamasından xəbər verir.

B). Rahatlıq və asudəlik tələb etmək ruhiyyəsi ictimaiyyətdə olan bəzi insanların şans və bəxt kəlmələrindən bəhrələnməklərinə səbəb olur.

C). Bəzi zalım hakimlər bəxt və şans təbliğ etməklə insanlara mövcud olan vəziyyətin onların qüdrətindən xaric olduğunu təlqin etmək istəyirdilər. yəni hakimiyyətin bu günkü vəziyyəti taleyimizdir deyirdilər. Onlar bu işlə xalqın etirazlarının qarşısını almaq istəyirdilər.

2). Allahın alın yazısı.

Bu məna qəbul olunacaq qədər insanlar arasında özünə yer almışdır. Yəni bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər Allahın iradəsi ilə baş verir. Bu yerdə ictimaiyyətdə olan insanların istedadları böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə olan fərqlərin sirri də elə bundadır.


Ətreaflı cavab

"Şans" sözü fransız sözü olub fürsət mənasını daşıyır.

Amma bu söz el arasında "olacaq" kimi məna edilmişdir. Həmçinin bu "olacağın"da əsas səbəbləri məchuldur. Amma baş verəcək (olacaq) nə olacaqsa şansın himayəsindən xaricə çıxmayacaqdır.

Deməli, əgər biz şansı baş verəcək hadisə kimi tanısaq və bu hadisənin səbəbini də məchul bilsək (yəni səbəbsiz olduğunu iddia etsək) təbii ki, İslam fəlsəfəsi bunu qətiyyətlə rədd edəcəkdir. [1] Bu səbəbin bizə məlum olmasına baxmayaraq əgər səbəbin üzərindən pərdə qaldırılsa heç bir şeyin təsadüfən olmadığını görərik.

Xoşbəxtlik və bədbəxtlik ən çox insanın özündən aslı olan biz şeydir. Əgər biz şəxs özünün şansız olduğunu tam qətiyyətlə qəbul etsə və bunu özünə təlqin etsə təbbi ki, bütün işlər onun təfəkkürünə uyğun surətdə baş verəcəkdir.

Əlbəttə bəzən də şans onları xalq arasında alın yazısı, Allahın istəyi kimi tələqqi olunur. Əgər kiminsə ticarətdə (və sair) bazarı yaxşıdırsa, daim işləri uğurla irəli gedirsə, deyirlər "şansı var". bu məsələlərin aydınlaşması üçün məsələyə daha geniş surətdə nəzər etmək lazım gəlir. Yəni fərdin zahiri fəaliyyətlərindən savayı onun psixoloji və fiziki xüsusiyyətlərini yoxlamaq, həmçinin hətta nəslinin kimliyini araşdırmaq, dua, nəfsin hallarını nəzərdən keçirərək aydınlaşdırıb araşdırmaq lazımdır. Əgər şans sözü bizim hadisələrə də deyilən kimidirsə onu qəbul etmək olar. [2]

Allah- Taala buyurmuşdur: "Allah- Taala sizin bəzilərinizi rizi baxımından bəzilərindən daha üstün fərqləndirmişdir". [3]

İmam Əli (ə buyurmuşdur: "Allah- Taala ruziləri qədərlərə bölmüş və sonra onu ədalətlə az- çox olmaq şərti ilə insanlara əta etmişdir. O bu yolda varlını, kasıbı, zəifi imtahana çəkir (imtahan edir). [4]

Əgər şansı mənfi baxımdan araşdırsaq yəni onu səbəbsiz bilsək, gərək onun el arasında hansı səbəbdən yayılmasını da araşdıraq. Araşdırma nəticəsində bəzi səbəblər aşkarlanmışdır ki, aşağıda qeyd edirik:

1). İctimaiyyətdə hüquqların riayət olunmaması və ədalətsizliyin genişlənməsi insanlar bu ədalətsizliyin nədən baş verdiyini bilmədikləri üçün, öz bəxtlərindən gileylənir və şanssız olduqlarını təlqin edirlər.

2). İnsanların rahat yaşamaq psixologiyaları və bəzi insanların bundan istifadə etməsi. Bəzi şəxslər bütün fellərdən tez və səmərəli faydalanmaq istəyirlər. belə olan halda əgər iş bunların tərzi təfəkkürü ilə uyğunlaşmazsa onun adını şans qoyaraq ondan gileylənirlər.

3). Bəzi zalım hakimiyyətlər öz ədalətsiz işlərinə don geyindirmək üçün xalq arasında bəxtin, alın yazısının olduğunu təbliğ edirlər. yəni mövcud olan şəraitdə onların heç bir rolu yoxdur. Allahın istəyi bunu tələb edir. Onlar bu yolla xalqın etirazlarından özlərini siğortalayırlar. [5]

Qurani kərimin məntiqinə əsasən öz işlərində məsuliyyətlə çalışan insanların xüsusi yeri vardır. Allah Taala buyurmuşdur: "Biz qövm öz taleyini dəyişməyincə Allah- Taala onların taleyini dəyişməz". [6]

Bütün insanların öz əməklərindən bəhrələnmə məsələsi onların ruhiyyəsi və istedadları əsasındadır. Əlbəttə İlahi tofiq və yardım bunların ən mühümmü və təsirlisidir.

Deməli bütün baş verənlərdə nə yalnız insanların əməyi təsirlidir nə də gözlənilmədən bəzi qeybi yardımlar. Mümkündür bəzi fəaliyyətlərin sonu günahla nəticələnsin. Əlbəttə belə şanslar bəyənilmir. http://www.islamquest.net/ 

Allah sizə yar olsun.

[1]   - Mürtəza Mütəhəri, iyirmi söz, səh 80- 83.

[2]   - Bax: İnsanın ruzi ələ gətirməkdə rolu. Sual 109, sayt 967.

[3]   - Nəhl surəsi, ayə 71.

« و الله فضل بعضکم علی بعضٍ فی الرزق »

[4]   - Nəhcül- bəlağə xütbə 91.

[5]   - Mütəhəri Mürtəza, həmaseye Hüseyni, cild 1, səh 362.

[6]   - Rəəd surəsi, ayə 11. Bax: Təfsir- əl mizanın tərcüməsinə cild 11, səh 426- 427.

Sual (39) : Salam eleykum .Allahln edaletli olmasna .ve quran heqiqeten de Allahln kitabl olmasna ele bir delil deyin ki zehmet deyilse .biz hec wek elemiyey .
Ad: Sadiq, Ölkə: , Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah adildir dedikdə məna budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki, zülmün mənbəyi və səbəbi aşağıdakı işlərdən biridir
A)Cəhl və nadanlıq
Zülm edən şəxs bəzən nə etdiyini bilmir. Başqasının haqqını tapdaladığını bilmir və öz işindən xəbərsizdir.
B)Ehtiyac
Bəzən başqalarının əlində olan şey insanı məcbur edir ki, bu şeytani işə (zülmə) əl atsın. Ancaq əgər insanın həmin şeyə ehtiyacı olmasaydı, bu işə əl atmazdı.
V)Acizlik
Bəzən insan başqasının haqqını kəsmək istəmir, lakin buna imkan və qüdrəti çatmır və istər-istəməz zülm edir.
Q)Xudbinlik, qəzəb, intiqam və kin-kudurət
Bəzən ola bilsin ki, yuxarıda deyilən səbəblərdən heç biri ortada olmasın. Lakin xudbinlik və özünüsevmə insanın zülmə əl atmasına, yaxud  intiqam, qəzəb və ya qəlbində olan kin-kudurət üzündən zülm etməsinə bais olur.
Yuxarıda deyilən səbəblərin heç birinin Allahda olmadığını nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, Allah heç vaxt zülm etməz. Çünki o, hər şeyi bilir (deməli, zülmün birinci səbəbi olan cəhl onun vücudunda yoxdur), heç kimə ehtiyacı yoxdur (deməli, zülmün ikinci səbəbi olan ehtiyac da onda yoxdur) və o, hər bir insana mehribandır (və zülmün heç bir səbəbi onda yoxdur. Deməli, o zalım deyildir). O, sonsuz bir varlıqdır və onun kamalının həddi-hüdudu yoxdur. Belə bir varlıqdan ədalət və xeyrdən başqa bir iş baş verməz. Zalım və kafirləri cəzalandırarsa, bu onun zülmünə dəlalət etmir. Əksinə, kafirlərin öz əməllərinin nəticəsidir. İndi də gördükləri işlərin nəticəsinə yetişirlər. Elə bil, narkotik maddələr və spirtli içkilər içməklə bir nəfər özünü sağalmaz və məhvedici xəstəliklərə düçar edir.
Quran bu məsələni belə açıqlayır: «Bu, yalnız (dünyada gördüyünüz pis) əmələrin nəticəsidir. (Sizə artıq və əlavə heç bir şey edilmir.)» (Nəml, 90).
Quran və Allahın ədaləti
Diqqəti cəlb edən məsələ budur ki, Quranda da Allahın ədaləti barədə çoxlu ayələr gəlmiş və bu məsələ çox gözəl surətdə bəyan olunmuşdur.
Bir ayə belə buyurur: «Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.» (Yunis, 44). Başqa bir ayədə oxuyuruq: «Doğrudan da, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz (Nisa,40). Qiyamətdə sorğu-sualın da ədalətlə keçirələcəyi barədə deyilir: «Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq və zülm edilməz» (Ənbiya, 47). (Xatırladaq ki, sonuncu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir.)
Quranın Allah kalamı olmasına dair ən tutarlı dəlil Allahın buyurduğudur:
Nisa /82. Bəs məgər onlar bu Quranın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.
Yunus /37. Bu Quran Allahdan qeyrisi tərəfindən bir uydurma və yalan deyildir və (onun belə olması bir qayda olaraq və ağıl baxımından da qeyri-mümkündür) lakin özündən əvvəlkilərin (Tövrat və İncilin) təsdiq(ləyicis)i və hər bir (səmavi) kitabın şərhi və ətraflı izahıdır. Onda heç bir şəkk-şübhə yoxdur və aləmlərin Rəbbi tərəfindəndir.
38. Yoxsa «bunu (Quranı, Muhəmməd) yalandan düzəltmişdir» deyirlər? De: «Belə isə əgər doğruçusunuzsa (kəlmənin fəsihliyi, mənanın dərinliyi, müxtəlif elmləri əhatə etmək və qeyb aləmindən xəbər verməkdə) ona bənzər bir surə gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın». (Bəqərə surəsinn 23-cü ayəsinə müraciət edin.)
Allah sizə yar olsun.
Sual (40) : Salam aleykum. Imamlar Hz Cebrail ile gorusubler? Qedr gecesi melekler ve Cebrail Imama nazil olur? Bu ayeden bele basa dusulurki Imamlarda Hz Cebraille gorusubler? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qədr gecəsi həzrtə Cəbrailin və digər mələklərin məsum imama nazil olması şiə əqidəsinə görə şübhəsizdir. Həmçinin Peyğəmbərdən (s) sonra Cəbrailin həzrət Zəhra (s.ə) ilə danışmasına hədislərdə işarə olunur. Əlbətdə bu məsələnin keyfiyyəti bizə məlum deyil.
Allah sizə yar olsun.
Go to TOP