Sual (21) : salam aleykum. bildiyimiz kimi ALLAH-in rehmeti cox boyukdur.insanlardan haqqa qarwi cixanlara qarwi cox vaxt bele bir ifade ortaya cixir ki qani xarabdir. zinadan emele gelib ve s. mene maraqlandiran sual budur ki, nesli duzemelli olmayan, qani pozulmuw olan birinin hidayet olmagi mumkun deyilmi? Allahin rehmeti axi sonsuzdur. evvelceden tewekkurler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbətdə bu tam səbəb deyil ki, hər zinadan əmələ gələn cinayətkar və hər halalzadə əməli saleh olsun, bəzən əksinə də olur. Çünki başqa səbəblər də var o cümlədən cahillik, dünya malına hərislik, münafiqlik, məqam və şəhvət pərəstlik və s... İnsan öz ixtiyarı ilə yolunu seçir istər halalzadə olsun ya olmasın, amma insanın batini paklığı və halalzadə olub olmaması onun seçimində ya meylində təsir qoyur, sanki buna bənzəyir ki, adətən tərbiyəli ailədə böyüyən uşaq tərbiyəli, dindan ailədə böyüən dindar olur və s.. Yəni insanın yaşadığı mühitin insanın seçimində rolu olduğu kimi batini və ruhi paklığında təsiri var, amma yenədə insan öz yolunu seçməkdə məcbur deyil və hər zaman seçdiyi yolundan dönməyi də mümkündür.

İnsan bu dünyada bir sıra təsirlərə müqavimət göstərmək xüsusiyyətinə malik olan bir varlıqdır. Zinadan doğulmuş insan öz irsi nöqsanları ilə mübarizə apara bilər. Sözsüz ki, təbii meyllərlə mübarizə güclü müqavimət tələb edir. Amma Allah-taala bu sahədə müqavimət göstərib, müvəffəq olan insanları ikiqat mükafatlandırır. Valideynin günahı övlada təsir etsə də, bu övladın qarşısında iki yol var. O, təbii nöqsanlarına qarşı çıxıb, doğru yolu da seçə bilər. Allah yalnız bu seçim imkanını verdikdən sonra insanı sorğuya çəkir. Belə ki, iradəyə malik insan doğru yola yönəlməyə borcludur. Seçim imkanına, iradəyə malik insanın günaha görə cəzalandırılması Allahın ədalətinə zidd deyil. 

Allah sizə yar olsun.

Sual (22) : Salamun Aleykum, Hz Əlinin (ə) adının quranda yazılmamasının hikməti nədir?
Ad: Aydın, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir neçə əsr ərzində bütün müsəlmanların, həm sünnilərin həm də şiələrin ağlında belə bir sual olub: Əgər Əli ibni Əbu Talib (ə) Allah elçisinin (s.ə.s) qanuni varisi sayılırsa onda niyə onun adı Quranda çəkilmir?
Müqəddəs Quranda əsas dini qanunlar və ümumi islam prinsipləri verilmişdir. Müqəddəs kitabda bütün məsələlər xırda detalları ilə verilməyib. Əgər belə olsaydı, Quran bir neçə cild olardı. Şəriət, əxlaq qaydaları və dinin praktik tərəfləri ümumi şəkildə verilib, onların ətraflı izahı isə Allah elçisinə tapşırılıb. 
Şeyx əl-Kuleyni “ Əl-Kafi” kitabında geniş bir hədis qeyd edir: Əbu-Bəsir nəql edir: “Mən İmam Sadiqdən (ə) "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!"-ayəsi haqqında sual etdim (Nisa surəsi, 59-cu ayə). İmam cavab verdi: “Bu ayədə Əli (ə), Həsən(ə) və Hüseyn (ə) nəzərdə tutulur (Çünki bu üç İmam, ayənin nazil olması zamanı sağ yaşayırdılar)”. Mən dedim: “İnsanlar soruşurlar ki, niyə Allahın (c.c) Kitabında Əlinin və onun nəslindən olanların adları çəkilmir?”. İmam cavab verdi: “ Onlara de ki, Rəsulullaha (s) Allahdan namaz barədə ayələr nazil olanda, onun üç və ya dörd rükətli qılınması Quranda xatırladılmamışdı. Allahın Elçisi (s) bu ibadəti necə həyata keçirməyin bütün incəliklərini insanlara izah edib. Allah Elşisinə (s.ə.s) zəkat barədə ayələr nazil olanda, Quranda deyilmirdi ki, 40 dirhəmə görə bir dirhəm zəkat verilməlidir. Zəkatın bu qaydalarını insanlara Allah Elçisi (s) izah edib. Allah Elçisinə (s) Həcc barədə ayə nazil olanda, Quranda deyilmirdi ki, təvaf etmək üçün Allah evinin ətrafında 7 dəfə dövr etmək lazımdır. Allah Elçisi (s) həcc mərasimini həyata keçirməyin bütün qaydalarını insanlara öyrətdi. Nisa surəsinin 59-cu ayəsi də məhz Əli (ə), Həsən (ə) və Hüseyn (ə) barədədir. Allah Elçisi (s) Əli (ə) barədə buyurmuşdur: “Mən kimin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır”. (“Əl-Kafi”, Şeyx əl-Kuleyni 1/286-287, N-1)
Başqa bir tərəfdən Allah-taalanın işləri hikmət üzündən, səbəb və vasitə ilə həyata keçir. Allah-taala buyurur: Biz bu Quranı qoruyub saxlayacıq, qorumaqın bir yoluda budur ki, imamların adını aşkar etməsin ki, onların düşmənləridə Quranı təhrif etməyə çalışsınlar. Misal üçün sizin 10 min manat pulunuz olsa onu maşında oturacaqın üstünə qoyub getmərsiz. Əksinə gözə dəyməyən yerə qoyarsız, tainki kiminsə maşına xəsarət yetirib pulu götürməyinin qarşısını almış olasız. Bundan əlavə əlamət və ünvanını qeyd etmək daha dəqiqdir ad çəkməkdən. Misal üçün desələr ki, sizin məntəqədə həsən adlı insan yaxşı insandır, mümkündür bir neçə nəfərin adı həsən olduğundan məlum olmasın ki, hansı həsən nəzərdə tutulur, amma deyilsə ki, müəllimdir, ağ rəngdə maşını var, evi flan küçədədir və s. artıq müəyyən olur. Allah-taala Quranda bir çox ayələrdə Həzrət Əlinin (ə) haqqında danışır. Həqiqət axtaranlar üçün bu kifayətdir. Əks təqdirdə hətta adını çəkmiş olsaydı belə yenə də qəbul etməyəcəkdilər. Necə ki, Peyğəmbərin (s) Qədirxumda buyurduğunu başqa yerə yozurlar, ayələridə yozacaqdırlar.
Allah sizə yar olsun.
Sual (23) : Salam aleykum bir ricam var sehabe ve tabeinlerde ve ya Ehli beytde olu ile tevessulun ehli sunne ve wie kitablarinda azi 3 delilini zikr ederdiz tewekurler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təvəssülü üç qismə bölmək olar:

1-Yaxşı əməllərə təvəssül etmək: Cəlaləddin Süyuti “vəbtəğu iləyhil-vəsilətə” ayəsinin təfsirində belə bir rəvayət nəql edir:

عَنْ قُتَادَةَ فِي قَوْلِهِ تَعَالَي ºوَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَةَ  قَالَK تَقَرَّبُوا اِلَي اللّهِ بِطَاعَتِهِ وَ الْعَمَلِ بِمَا يُرْضِيهِ

“Qütadə “vəbtəğu iləyhil-vəsilətə” ayəsi barəsində deyir: Yə`ni Allaha itaət etməklə, Onun razılığına səbəb olan əməllər vasitəsilə Allah dərgahına yaxınlaşın.”[1]

2-Layiqli bəndələrin dualarına təvəssül etmək. Belə ki, Qur`ani-Kərim Yusifin qardaşlarının dilindən belə hekayət edir:

قَالُوا يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ قَالَ سَاَسْتَغْفِرُ لَكُمْ رَبِّي اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

“(Yə`qubun övladları öz atalarına) dedilər: Ey ata, böyük Allahdan bizim günahlarımızın bağışlanmasını istə, çünki biz səhvə yol vermişik. Yə`qub dedi: Tezliklə öz Pərvərdigarımdan sizin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən O, çox mehriban və bağışlayandır.”[2]

Bu ayədən mə`lum olur ki, Yə`qubun övladları atasının dua etməsinə və istiğfar istəməsinə təvəssül etdilər, onu öz günahlarının bağışlanması üçün bir vasitə seçdilər. Həzrət Yə`qub da nəinki onların təvəssülünə e`tiraz etmədi, əksinə onlara istiğfar və`dəsi də verdi.

3-Allah yanında böyük məqama, xüsusi hörmət və ehtirama layiq görülən mə`nəvi şəxsiyyətlərə təvəssül edərək Allah dərgahına yaxınlaşmaq.

Bu növ təvəssül də islamın əvvəllərində Peyğəmbər (s.ə.v.v) səhabələri tərəfindən qəbul olunub.

İndi Peyğəmbər (s.ə.v.v) səhabələrinin, eləcə də islam aləminin böyük şəxsiyyətlərinin rəftar və hədisləri sayəsində bu məsələnin dəlillərini xatırladırıq:

1-Əhməd ibni Hənbəl özünün “Müsnəd” kitabında Osman ibni Hüneyfdən belə rəvayət edir:

اِنَّ رَجٌلاً ضَرِيرَ الْبَصَرِ اَتَي النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ فَقَالَK اُدْعُ اللّهَ اَنْ يُعَافِيَنِي قَالَ اِنْ شِئْتَ دَعَوْتُ لَكَ وَ اِنْ شِئْتَ اَخَّرْتُ ذَاكَ فَهُوَ خَيْرٌ فَقَالَ اُدْعُهُ فَاَمَرَهُ اَنْ يَتَوَضَّاَ فَيُحْسِنَ وُضُوئَهُ فَيُصَلِّيَ رَكْعَتَيْنِ وَ يَدْعُوَ بِهذَا الدُّعَاءِK اَللَّهُمَّ اِنِّي اَسْاَلُكَ وَ اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ يَا مُحَمَّدُ اِنِّي تَوَجَّهْتُ بِكَ اِلَي رَبِّي فِي حَاجَتِي هذِهِ فَتَقْضِيَ لِيَ اللّهُمَّ شَفِّعْهُ فِيَّ

“Kor bir kişi Peyğəmbər (s.ə.v.v)-in hüzuruna gəlib dedi: “Allahdan istə, mənim gözlərimə şəfa versin.” Peyğəmbər (s.ə.v.v) buyurdu: “İstəsən dua edərəm, istəsən də duanı tə`xirə salaram və bu, daha yaxşıdır.” Kor kişi ərz etdi: “Dua edin.” Peyğəmbər (s.ə.v.v) ona göstəriş verdi ki, dəstəmaz alsın və dəstəmaz alarkən diqqətli olsun, sonra iki rək`ət namaz qılıb belə dua etsin: “Pərvərdigara, mən Səndən istəyir və sənin rəhmət Peyğəmbərin olan Muhəmmədin vasitəsilə Sənə üz gətirirəm. Ey Muhəmməd, mən öz hacətim barəsində sənin vasitənlə Pərvərdigarıma təvəssül edirəm ki, hacətimi yerinə yetirəsən. Pərvərdigara, onu mənim şəfaətçim qərar ver!”[3]

Bu hədisin düzgünlüyü bütün mühəddislər tərəfindən qəbul olunmuşdur, belə ki, Hakim Nişapuri “Müstədrək” kitabında hədisi nəql etdikdən sonra onu “səhih” ünvanı ilə vəsf edir. İbni Macə də onu Əbu İshaqdan nəql edərək deyir: “Bu, səhih rəvayətdir.” Tirmizi “Əbvabul-əd`iyyə” kitabında bu rəvayətin səhih olduğunu tə`kid edir. Məhəmməd Nəsib Rəfai də “Ət-təvəssülü ila həqiqətit-təvəssül” kitabında deyir:

لَا شَكَّ اَنَّ هذَا الْحَدِيثَ صَحِيحٌ وَ مَشْهُورٌ وَ قَدْ ثَبَتَ فِيهِ بِلَا شَكٍّ وَ لَا رَيْبٍ

اِرْتِدَادُ بَصَرِ الآَعْمَي بِدُعَاءِ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ لَهُ

“Şəkk yoxdur ki, bu hədis səhih və məşhurdur... Bu rəvayətdə sübut olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v)-in duası ilə o kor kişinin gözləri açılmışdır.”[4]

Bu rəvayətdən aydın olur ki, ehtiyacın tə`min olunması üçün Peyğəmbər (s.ə.v.v)-ə təvəssül etmək caizdir. Hətta Rəsuli Əkrəm (s.ə.v.v) o kor kişiyə əmr edir ki, yuxarıda qeyd olan şəkildə dua etsin, Peyğəmbər (s.ə.v.v)-i özü ilə Allah arasında vasitə qərar verməklə Allahdan istəsin. Elə bu da Allah dərgahında əziz olanlara və ilahi övliyalara təvəssül etməyin mə`nasıdır.

2-Əbu Əbdullah Buxari özünün “Səhih” kitabında yazır:

اِنَّ عُمَرَ ابْنَ الْخَطَّابِ رَضِيَ اللّهُ عَنْهُ كَانَ اِذَا قَحَطُوا اِسْتَسْقَي بِالْعَبَّاسِ ابْنِ عَبْدِ الْمُطَّلِبِ فَقَالَK اَللَّهُمَّ اِنَّا كُنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِيَنَا وَ اِنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا قَالَ فَيُسْقَوْنَ

“Hər vaxt qəhətlik baş versəydi Ömər ibni Xəttab Abbas ibni Əbdül-Müttəlibin vasitəsilə, onu vasitə qərar verərək Allahdan yağış istəyir və deyirdi: “Pərvərdigara! Peyğəmbər (s.ə.v.v)-in sağlığında ona təvəssül edirdik və Sən rəhmət yağışını bizə nazil edirdin. İndi Peyğəmbər (s.ə.v.v)-in əmisi ilə Sənin dərgahına təvəssül edirik ki, bizi sirab edəsən.” Və bu duadan sonra (yağış yağır və) sirab olurdular.”[5]

3-Allah övliyalarına təvəssül etmək o qədər adi işlərdəndir ki, islamın əvvəllərindəki müsəlmanlar da öz şe`rlərində Peyğəmbər (s.ə.v.v)-i özləri ilə Allah arasında bir vasitə qərar verirdilər. Səvad ibni Qarib Peyğəmbəri Əkrəm (s.ə.v.v) üçün bir qəsidə oxudu. Onun bə`zi beytləri belədir:

وَ اَشْهَدُ اَنْ لَا رَبَّ غَيْرُهُ وَ اَنَّكَ مَاْمُونٌ عَلَي كُلِّ غَالِبٍ وَ اَنَّكَ اَدْنَي الْمُرْسَلِينَ وَسِيلَةً اِلَي اللّهِ يَابْنَ الآَكْرَمِينَ الآَطَائِبِ

“Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə`bud yoxdur, sən hər bir məxfi və örtülü olan şeyə əmanətdarsan. Və şəhadət verirəm ki, sən, ey pakların və əzizlərin övladı, başqa peyğəmbərlərin arasında Allah dərgahına ən yaxın olan bir vasitəsən.”[6]

Peyğəmbər (s.ə.v.v) bu şe`ri Səvad ibni Qaribdən eşitdi, amma onun belə sözlər deməsinin qarşısını əsla almadı, onu şirk və bid`ətlə müttəhim etmədi.

İmam Şafeyi də özünün aşağıda qeyd olunan iki beytində bu həqiqətə işarə edir:

آلُ النَّبِيُّ ذَرِيعَتِي هُمْ اِلَيْهِ وَسِيلَتيِ

اَرْجُو بِهِمْ اَعْطَي غَدًا بِيَدِي الْيَمِينِ صَحِيفَتِي

“Peyğəmbərin xanədanı mənim Allah dərgahına olan vəsiləmdir.

Ümidvaram ki, onların xatirinə əməl dəftərim mənim sağ əlimə verilə.”[7]

İlahi övliyalara təvəssül etməyin caizliyi ilə əlaqədar gəlib çatan rəvayətlərin çoxluğu ilə belə, yuxarıda qeyd olunan rəvayətlər sayəsində təvəssül məsələsi sünnə, səhabələrin yolu və böyük islam alimlərinin nəzərindən bəyənilən bir iş olması aydın olur.

Bununla da Allah dərgahında əziz olan şəxslərə təvəssül etməyi şirk və bid`ət hesab edənlərin sözünün əsassız olduğu sübuta yetir.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbələrə мüraciət edin.

 1-Kitabın adı: Vəhabi firqəsi, Mövzu: Ölülərə təvəssül etmək səh 53 Müəllif: Seyyid Məhəmməd Həsən Qəzvini

2-Kitabın adı: VƏHHABİ MƏZHƏBİ (Ayətullah Cəfər Sübhani) Müəllif: Аyәtullаh Cәfәr Sübhаni 

Yeddinci fəsil: İlahi övliyalara təvəssül olunması  

http://kitab.nur-az.com/az/

Allahsizə yarolsun.


[1] “Durrul-Mənsur”, 2-ci cild, səh.280, Beyrut çapı

[2] “Yusif” surəsi, ayə:7-8

[3] “Müsnədi Əhməd”, 4-cü cild, səh.138, Osman ibni Hüneyfin rəvayətinin bir qismini “Müstədrək” (Hakim) 1-ci cild, səh.313-də qeyd etmişdiræ “Sünəni ibni Macə”, 1-ci cild, səh.441, “Əttac”, 1-ci cild, səh.286, “Əl-camius-səğir” (Süyuti), səh.59, “Ət-təvəssülü vəl-vəsilətu” (ibni Teymiyyə), səh.98

[4] “Ət-təvəssülü ila həqiqətit-təvəssül”, səh.158, Beyrut çapı

[5] “Səhihi Buxari”, 2-ci cüz, kitabul-cüm`ə, babul-istisqa, səh.27, Misir çapı

[6] “Əd-durərus-səniyyə” (Seyyid Əhməd ibni Zeyni Dehlan), səh.29, Təbəranidən nəqlən.

[7] “Əs-səvaiqul-muhriqə” (ibni Həcər Əsqəlani), səh.178, Qahirə çapı

Sual (24) : Salam aleykum. Indi omanda yasiyan xevariclerin eqideleri nedir? Hz Elini lenetleyirler?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xəvaric əvvəldə həkəmiyyət üstündə İmam (ə)-la müxalifətə qalxdılar və onu Quranın əksinə təsəvvür etdilər. Bu işin başqa bir səbəbi yox idi, lakin zamanın keçməsi ilə bu cərəyan əqidəvi bir məktəb şəklinə düşüb şaxələndi, "mühəkkimə"dən savayı yaranan başqa məktəblər, o cümlədən, Əzariqə, Nəcdat, Beyhəsiyyə, Ücaridə, Süalibə, Əbaziyyə, Səfriyyə aradan getdi, onlardan Əbaziyyə firqəsi (bunlar Əbdüllah İbn Əbazın ardıcılları idilər və Bəni-Mərvan dövlətinin axırlarında qiyam etmişdilər) mötədil olan xəvaric hesab olunurdu. Hal-hazırda yalnız bu firqə qalmaqdadır. Onlar Omanda, Fars körfəzində və Əlcəzairdə yayılmışlar. Oman ölkəsinin 75 faiz əhalisi Əbaziyyə firqəsidir.
Əbaziyyə.
Bu firqənin banisi Əbdüllah ibni Əbaz Təmimidir. Doğum və vəfat tarixi məlum deyildir. Amma, Müaviyə ibni Əbu Süfyanın dövründə olmuş, Mərvanın xilafətinə qədər (h.q.65-87) yaşamışdır. Əbdüllah ibni Əbazdan əlavə Əbu Şəsaadı ilə tanınan Cabir ibni Zeydi də bu firqənin banisi kimi qeyd edirlər. Bu firqənin tədqiqatçılarından bəziləri inanırlar ki, İbni Əbaz öz ideoloji əsaslarını Cabirdən əxz etmişdir. Cabir h.q.18-ci ildə dünyaya gəlmiş, h.q.93-cü ildə isə dünyadan getmişdir. O, Peyğəmbər (s) səhabələrinin çoxundan elm öyrənmişdir. Bəzi tədqiqatçılar bu iki nəzəri bir yerə belə cəm edirlər ki, Əbaziyyə firqəsinin iki rəhbəri olmuşdur, biri Cabir kimi əqidəvi rəhbər, digəri isə Əbaz kimi siyasi rəhbər.
Hər halda Əbaziyyə firqəsi, qeyd olunduğu kimi, yalnız xəvaricdən qalan yeganə firqədir ki, hazırkı dövrə qədər gəlib çıxmışdır və onun ardıcılları İslam dünyasının müəyyən məntəqələrində vardır.
Əbazi yazıçılardan bəziləri deyir: «Əbazi firqəsi yalnız iki məsələdə, yəni həkəmiyyətin səhv olması və imamətin Qüreyşdən olmayan şəxsə caiz olması kimi iki məsələdən başqa sair üsul etiqadlarında islam firqələri ilə çox da fərqlənmir. Belə ki, Allahın sifəti, Allahın görünməsi, tənzih, təvil, Quranın hadis olması kimi məsələlərdə Mötəzilə və şiələrlə müvafiqdir; şəfaətdə Mötəzilə ilə eyni əqidədədir, yaxud qəzavü-qədər və fellərin xəlq olunmasında Əşərilərlə eyni rəydədir. Əlbəttə, Əbaziyyə qeyd olunanlardan başqa bəzi üsuliddin məsələlərində sair xəvaric firqələri ilə eyni əqidədədir. O cümlədən, imamət məsələsində nəssin inkarı, böyük günahlara mürtəkib olanların cəhənnəmdə əbədi qalması və onlara şəfaətin çatmaması, kəbirə günahlara mürtəkib olanları müşrik hesab etmək və s.

Allahsizə yarolsun.

Sual (25) : Salam aleykum. Indiki ehli sunne eqidece nedir? Eseri? Motezile? Maturudi?
Əleykumus-salam.
Əhli-sünnənin əksəriyyəti əqidə baxımıdan əşəridirlər. Lakin fiqhdə Əbu Hənifəyə tabe olanlar maturidiyyə, Əhməd ibni Hənbələ tabe olanlar ki, vəhhabilər onların bir qismidir, əhli-hədis hesab olunurlar. Mötəzilə əqidəsi neçə əsir bundan öncə aradan gedib və artıq davamçısı yoxdur
Allahsizə yarolsun.
Sual (26) : Salam aleykum teberra ve tebella usulidine daxildir yoxsa firudine? Bezileri bunlari usulidine aid edir. Bu dogrusumu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təvəlla və təbərra İslam dininin füruidin bölməsinə aid olan məsələdir.

Əlbəttə təvəllanı Allah, Peyğəmbər və məsum imamlarla dostluq və əlaqə kimi məna etsək, usuli dindən olacaq. Əgər Allahın dostları və möminlərlə dostluq məna olunsa firui-dindən hesab olunar. Eləcə də təbərranı yalançı Allahlara qarşı nifrət mənasında götürsək usuli-dindən, lakin Allah düşmənlərindən əlaqəni kəsmək və nifrət etmək məna etsək firui-dindən olar.

Allah sizə yar olsun.

Sual (27) : Salam.Allahdan kenar guc yoxdur,o zaman demek olarmi ki,zalimada mezlumun imtahani uchun gucu Allah verir? eger insan zulme qarshi chixanda daha chox zulm goreceyini bilse ne etmelidir? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, bütün güc və qüvvət Allahdandır. Lakin Allaha insana gücü zülm etmək üçün vermir. Əgər belə olsaydı insanı zülmdən çəkindirməyi mənasız olardı. İnsandır ki, Allah verən gücdən sui-istifadə edir və başqalarına zülm edir. Bəli, belə bir məqamda həm zalım və həm də məzlum imtahan olunur. Amma nə üçün Allah bu gücü zalımdan alaraq onun qarşısını almır?
Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır».
Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular».
Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı, dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır ki, nə qədər yuxarıdan yıxılsa, bir o qədər də çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb, xıncım-xıncım olur.
Əgər insan zülmə qarşı çıxdıqda bir nəticə verəcəyini düşünürsə, sakit oturmamalı və zülmə qarşı mübarizə aparmalıdır. İmam Hüseyn (ə) zülmə qarşı çıxdı və daha da zülmə məruz qaldı, lakin mübarizəsi nəticə verəcəyini bildiyi üçün davam etdi.

Allahsizə yarolsun.

Sual (28) : Salam aleykum. Namaz qilmaqda ferqlilik yeni eli bagli, eli aciq, torpaga secde ve s ne vaxtdan meydana gelib? Peygember sedil olan gunden sonra yoxsa sonralar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dəstəmazda ayaqları yumaq barədə olan hədislər üçüncü xəlifə Osmanın zamanına qayıdır. Dəstəmazda ayaqları yumaq Osmanın ixtirasıdır. Ondan öncə müsəlmanlar hamısı eyni şəkildə (bugün şiələr dəstəmaz aldığı kimi) dəstəmaz alırdılar. Namazı əli bağlı qılmaq isə ikinci xəlifə Ömərin göstərişi ilə bidət oldu. Namazda möhrə səcdə etmyə gəldikdə isə diqqət etmək lazımdır ki, səcdədə möhür önəm daşımır, əsas şərt torpağa və torpaqdan çıxanlara səcdə etməkdir. Peyğəmbər (s) heç zaman həsir, daş və torpaqdan başqa şeylərə səcdə etməyib. Lakin bu gün şiələr arasında rəsmiləşmiş möhür də olmayıb. İlk dəfə İmam Səccad (ə) Kərbəla torpağından özü ilə Mədinəyə apardı və ona səcdə etdi. O gündən şiələr arasında Kərbəla torpağına səcdə etmək və ondan möhür düzəltmək yayıldı.

Allah sizə yar olsun.

Sual (29) : Salam men esidmisemki adamin eyagi dasa ilisendede sebebsiz olmur hansisa gunaha goradi bes mesumlarin basina buqerer bela gelib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəlalar məsumlar üçün imtahan vasitəsidir. Bu imtahandan başı uca çıxdıqda Allah-taala onların məqamını ucaldır. İmam Sadiq (ə):«Baş verən hər bir çətinlik və rahatlıqda Allahın məqsədi yalnız əta etmək və sınağa çəkməkdir.» Allahın Peyğəmbəri (s):«Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır.» Əlbəttə məsumların qarşılaşdığı bəlaların səbəbi insanların cahilliyi və düşmənçiliyindən irəli gəlib. Amma nəticə baxımında eynidir və belə bəlaların da qarşısında səbr edib mübarizə aparmaq, mənəvi yüksəlişdir.

Allah sizə yar olsun.

Sual (30) : Salam aleykum. Bezi atesler sual verirlerki bitki, heyvani calaq edib yeni novlerin yaradirlar. Bularin yaradani kim sayilir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Aləmdə xaliq yalnız Allahdır. Buna xaliqiyyətdə tövhid də deyilir. Xəllaqiyyətdə tövhid yəni varlıq aləmində yalnız bir əsas və müstəqil xaliq var. Digər səbəblərin xaliqiyyəti onun xəllaqiyyətinin altında və onun izn və əmri ilə baş verir. Xallaqiyyət tövhidi ki, bəzən ona yaranışda tövhid ya fellərdə töhvid də deyilir. Filosofların terminində, bütün sistem, qanun, səbəb, varlıq və nəticələrin hamısı, Allahın işi və Allahın iradəsindən qaynaqlanması mənasındadır. Dünyanın varlıqları öz zatlarında Allahdan müstəqil vücudları olmadıqları kimi, təsir və səbəb məqamında da müstəqil deyillər. Nəticədə Allahın öz zatında şəriki olmadığı kimi, iş görənlikdə də, şəriki yoxdur. Fellərdə tövhid "La hövlə vəla qüvvətə ila billah" mübarək təsbihinin mənasınadır ki, fəlsəfədə "La muəssirə fil- vucud iləllah" qaydası adı altında açıqlanır. Buradan etiraf etməliyik ki, xəllaqiyyəti Allaha məxsus etmək, təbii varlıqlar arasında olan qanunları inkar etmək mənasında deyil. Çünki, səbəb- nəticə sistemi maddə dünyanın hissələrində, səbəblərin yaratmaqda müstəqilliyi mənasında deyil, əksinə Allah bu qanunu maddə dünyada yaradıb və onun özü bu qanunu icad edibdir. Günəş və hava yerin göyərməsində təsirlidir. Su da bitkinin inkişafında təsirlidir, amma təsir qoyanın olması və onun təsir qoymasının hamısı Allahın izni ilə və varlıqda İlahi sünnətlərin təzahürlərindəndir. Xilqətdə tövhidi dünyanın hissələri arasında maddi əlaqələri və səbəblər sistemini inkar etməyə təsfir edənlər, səhv edirlər. Deməli xəllaqiyyətdə tövhid ixtiyarı almaq və məcburiyyət mənasında deyil. Ümumilikdə bütün işlərin xaliqi Allahdır. Bizim iradəmiz onun iradəsinin altındadır.
Məsələn, Qurani-kəriмdə Мəryəм oğlu İsa haqqında buyurulur: ...o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu;...Maidə \110.
Bəs, heçnədən yaradn yalnız Allahdır, bəzən bu yaratmaq vasitəsiz və müstəqildir və bəzən vasitə və səbəblərlə baş verir. İnsan ola bilsin aləmdə nəyisə tapsın və kəşf etsin, lakin terminoloji mənada bu yaratmaq hesab olmur. Bitgini biz yerə əksəkdə onu göyərdən Allahdır, eləcədə heyvana can və ruh verən Odur.
Allah sizə yar olsun.
Go to TOP