Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sözü bütün insanların barəsində demək olmaz. Yalnız məsumların barəsində deyə bilərik ki, Allahın təkvini iradəsi budur ki, məsumlar pak bir sülalədən dünyaya gəlsinlər. İmamların ziyarətnaməsində belə bir cümlə var ki, sz pak və pakizəsiz, pak və pakizə sülalədən dünyaya gəlmisiniz. Bu məsələni Əhzab surəsindəki Təthir ayəsindən də başa düşmək olar. Digər insanlar barədə isə Allahın iradəsi, təşrii iradədir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu məsələ həmişə filosof və mütəkəllimlər (teoloqlar) arasında mübahisəli olub. Filosoflar deyirlər ki, əgər Xaliq olubsa, deməli məxluqda olub. Necə ki, günəş varsa, onun şüası və nuruda var və onların biri-birindən ayrılmağı mümkün deyil. Lakin mütəkəllimlərin nəzərinə görə məxluq hadisdir, yəni yoxdan yaranıb. Hadis və yoxdan yaranmaq qədim və əzəli olmaqla ziddiyyət daşıyır. Mütəkəllimlərin nəzəri məntiqli və hədislərə uyğundur. Şəriətdə insanın hadis olmasına təkid olunub. Diqqət etmək lazımdır ki, məxluqun qədim olması deyildikdə, məqsəd zati qədim deyil, zaman baxımından qədimdir.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan bildiyi həqiqətə çox vaxt boyun əymir. Çünki həqiqəti qəbul edən insan bir çox istəklərindən əl çəkməlidir. Həm nəfs, həm də həqiqət qarşısında eyni zamanda əyilmək qeyri-mümkündür. Elə buna görə də çoxları nəfs istəklərinə üstünlük verir. Həqiqəti ötəri həvəslərə qurban vermək ağılsızlıq olsa da insan bu yolu gedir. Qurani-kərim buna misal olaraq Firon ardıcıllarını göstərir. Əgər onlar Həzrət Musanın (ə) dəvətini qəbul edərdilərsə öz zülm və sitəmlərindən əl çəkməli olacaqdılar. Onlarınsa belə bir fikri yox idi.Həqiqət qarşısında təslim olmaq üçün istək və meyllər qarşısında məhdudiyyət qoymaq zəruridir. Bu həqiqətə zidd olan istəklərdən isə bir dəfəlik əl çəkmək lazımdır. Batil və zülmü aradan qaldırmaq üçün haqqı və ədaləti meydana gətirmək lazımdır.
“Həqq” sözü sabit və qalarlı mənasını bildirir. Çünki Allah və Onun tərəfindən olan hər bir şey haqdır. “Həqq” Allahın adlarından biridir. “Zəhuq” sözü “getmək” mənasını bildirir.
Bu ayənin İslamın zühuru, Mədinəyə giriş, Məkkənin fəthi, bütlərin sındırılması kimi nümunələri var. Bütün bu hadisələrdə batil məğlub oldu. Amma ayənin məfhumu daha əhatəlidir və o, batilin puçluğunu, haqqın əbədiliyini müjdə verir.
Haqqın əbədiliyi xülya və təsadüf yox, Allahın qanunudur. Haqq tərəfdarları nə qədər az olsalar da, bu qanun ödənəsidir. Çünki haqq su kimi sabit, batil köpük kimi fanidir.
Quran buyurur: Biz haqqın vasitəsi ilə batilin başına vurarıq və batili məhv edərik.” Bəli, bu halda batil aradan çıxasıdır. Ona görə də haqq qüdrət və əzmlə batilə hücum etməlidir.
Az bir dəstənin çoxa qalib gəlməsinin şərtləri budur ki, imanlı və səbirli olub zəiflik göstərməsinlər.
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Fatimeyi-Məsumənin (ə) ziyarətnaməsində belə bir cümlə var ki, Ey Fatimə cənnətdə mənə şəfaət et. Bəzi alimlər bu cumlədən cənnətdə məqam və dərəcənin ucalmasının mümkünlüyünü ələ gətirirlər. Amma bir çox alimlər əbədi cənnətdə yox, Bərzəx aləmində təkamülü qəbul edirlər. Quranın bu ayəsini də dəlil kimi göstərirlər: Ənam surəsi ayə 132. Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.Həzrət Əli (ə) buyurur: Bugün hesab yox əməl günüdür, sabah isə əməl yox hesab günüdür. Cənnət insanın son mənzilidir ki, iman və saleh əməl nəticəsində ələ gətirir. İnsan cənnətə daxil olduqdan sonra onun əməl dəftəri bağlanmış olur. Bu qism alimlər ziyarətnamədə deyilən cümləni cənnətdə yox cənnət üçün şəfaət etməsi ilə əlaqələndirirlər.
Bütün insanlar doğulanda pak fitrət və ruhla yaranırlar. Əziz Peyğəmbərimizdən (s) nəql olunan hədisdə deyilir: Hər bir insan bak fitrət əsasında doğulur, lakin valideynin təsiri altında yəhudi, məsihi və ya məcusi olur.
Allah sizə yar olsun.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Birincisi, islam dini ümumbəşəri dindir və bütün insanları Allahın əmrinə dəvət edir. Bundan əlavə heç bir dində çılpaq və açıq-saçıq geyinməyə icazə verilmir. Əlbəttə insanların çoxu öz dinlərindən uzaq düşüblər. Quran ayəsinə əsasən Allah-taala bütün xalqlara peyğəmbər və hidayətçi göndərib. Allah-taala kafirlərdən ilk öncə Allaha iman gətirib islam dinini qəbul etməyi, ikinci növbədə islam qanunlarına əməl etməyi tələb edir.Allahsizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, Allahın bütün işləri hikmət üzündəndir. Yerdə və göydə olan məxluqatın heç biri hikmətsiz və fəlsəfəsiz yaranmamışdır. Buna görə də, aləmdə baş verənlərin hamısında bir xeyir vardır. Əlbəttə insanın baxışı da subyektiv olmamalıdır. Əgər günəşin batmağıyla dünyanın yarısını qaranlıq bürüyürsə, digər yarısını işıqlandırır. Amma təbii ki, insanın gördüyü işləri hamısı xeyir olmur. Çünki insan hər işi ağıl və hikmət üzündən etmir.Bəli, Allah ədalətli və hikmət sahibidir. Allah-təala heç kəsə günahından artıq əzab vermir və zərrədə olsun zülm etmir. Hədisdə deyilir ki, mömini Allah-taala dünyada və ya ölüm zamanı günahının cəzası olaraq bəlaya düçar edər ki, günahı bağışlansın və qiyamətə pak şəkildə gəlsin.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Fəlsəfə və irfan elmlərində vəhdəti-vücud deyə bir termin var. Vəhdəti-vücudu müxtəlif mənalara yozurlar, bir mənasıda qeyd etdiyiniz mənadır. Vəhdəti-vücud yəni aləmdə vücud birdir və hər nə varsa onun cilvəsi, gölgəsidir. Əlbəttə alimlər vəhdəti-vücudu bəzi mənada batil hesab edirlər.
."Vəhdəti-vücud" bəzən vücud məfhumunun vəhdəti mənasındadır ki, doğrudur. Bəzən isə həqiqətin vəhdəti mənasındadır. Misal üşün günəş nuru ilə çıraq nurunun həqiqəti kimi ki, hər ikisi bir həqiqətdir, amma tətbiqi müxtəlifdir, bu mənada yanlış deyil. Bəzəndə vücud misdaqının vəhdəti mənasındadır ki, bu mənada aləmdə Allahdan başqa vücud yoxdur və hər şey onun zatının özüdür. Bu söz küfrə gətirib çıxarır və bu mənada rədd edilir.
Bu barədə saytın kitabxanasında teologiya bölməsinə, həmçinin adresini qeyd etdiyimiz məqaləyə müraciət edin.Kitabın adı: Allahın varlığının isbatı
http://kitab.nur-az.com/az/lib/view/146
Əxbari-filosof dartışmaları (3): Vəhdəti-vücud
http://nur-az.com/az/author_articles/view/819/V%C3%BCsal-H%C3%BCseynzad%C9%99
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1- Məsum imamlar hamısı vahid bir nurdur və elmləri eyni qaynaqdandır. Amma bu nurun cilvələri şəraitə görə fərqli olur. Məsum imamlar arasında ən çox hədis İmam Sadiq (ə) və atası İmam Baqirdən (ə) nəql olunub. Bu isə o iki məsumun başqa imamlardan elmli olağına görə yox əksinə yaranmış şəraitə görə olub. Əlbəttə, bəzi hədislərdə İmam Əli (ə) istisna olub və digər imamlara nisbət məqamı uca olub.
2- Şiə və əhli-sünnə əqidəvi məsələlərdə və dinin əməli proqramlarında çoxlu müştərək cəhətlərə malikdir. Bəzi cəhətlərdə isə bir-biri ilə fərqlənirlər. Şiə və əhli-sünnənin əsas fərqi Əhli-beyt (əleyhimus-salam)-ın imamət və vilayət məsələsinə etiqadla əlaqədardır. Əhli-sünnə Peyğəmbər Əhli-beytinin imamət və vilayət məsələsinə əqidə bəsləmirlər. Şiələr isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəhydən başqa bütün xüsusiyyətlərinin məsum imamda da olduğuna inanır, məsum imamın Allah tərəfindən təyin edildiyini qəbul edir. Dini mərcəiyyətdə (Quran ayələrinin təfsiri, dinin qoruyucusu və bəyançısı ünvanı ilə) təkvini qüdrətə, yəni aləm varlıqlarında təsərrüf qüdrətinə malik olan bir şəxs, siyasi mərcə, ictimai məsələlərdə ən üstün rəhbər, qəzavət mənsəbinə ləyaqətli, insanlar arasında ən elmli insan hesab edir və onlara qeydsiz-şərtsiz və kamil şəkildə itaət etməyi özlərinə vacib sayırlar. Amma təəssüflər olsun ki, sair islam məzhəbləri belə etiqada malik deyildirlər. Onlar Peyğəmbərin Əhli-beyti olan məsum imamlara yalnız məhəbbət bəsləməklə və onların etibarlı şəxs (siqə) olmasına etiqadla kifayətlənirlər. Şiələri əhli-sünnətdən ayıran ümdə səbəb, ən mühüm və əsaslı məsələ də həmin məsələdir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Ya Əli deyən şəxs Hz. Əlini müstəqil bilməsə və Allahla öz arasında vasitə bilsə şirk deyil. “Ya Əli (ə)“, “Ya Hüseyn (ə)“ dedikdə biz Peyğəmbərin (s) haqq canişinlərinə təvəssül edirik. Təvəssül isə möhkəm dəlillər əsasında sübuta yetirilmiş bir əqidədir. Bu əqidə yalnız müəyyən məzhəbə aid deyil, əksinə bütün müsəlmanlar bunu qəbul edirlər. Namazda bütün müsəlmanlar Peyğəmbərə xitab edərək bu cümləni deyirlər: “Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.” Şübhəsiz ki, biz Allahın özünün qüdrət verdiyi İmamların və Peyğəmbərlərin müqəddəs ruhlarından mədət diləyirik.”Bunun nümunəsi Quranda da var:
Yusif surəsi ayə 97. (Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».
98. Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».
Ey fələk demək şirk deyil, lakin bihudə və batil bir işdir. Hər batil və bihudə əmələ şirk demək düzgün deyil. Qurani-kərim baxımdan Allahla bir şeyi eyni tutmağa, ona şərik qoşmağa şirk deyilir. Şirk odur ki, Allahdan başqası ilahiləşdirilsin. Məsələn, bir bəndəyə imanına görə təzim yox, onu Allah bilərək edilən təzim şirkdir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-taala Quranın Nisa surəsində buyurur:79. ﴿ مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولاً وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾
“(Ey insan,) Sənə nə yaxşılıq yetsə, Allahdandır. Pislikdən sənə çatan isə nəfsin ucbatındandır. (Ey peyğəmbər,) Biz səni xalq üçün rəsul göndərdik. Bu barədə Allahın şahidliyi kafidir.”
Nöqtələr
◘İlahi dünyagörüşündə hər şey Allahın məxluqudur. Allah hər şeyi gözəl yaratmışdır. Allaha aid olan hər bir şey gözəlliklə müşayiət olunan bir yaranışdır. Bizim rastlaşdığımız çətinliklər isə, əvvəla kamilliklərin olmamasıdır. İkincisi, ilahi xeyirlərdən məhrumiyyətin səbəbi fərd və cəmiyyətin özünün əməlinə qayıdır.
◘Alimlərdən birinin dediyi kimi, günəş ətrafında dövr edən yerin bir hissəsi ona görə qaranlıq qalır ki, həmin hissənin arxası günəşə doğrudur. Həmin hissənin qaranlıq qalmasının səbəbi günəşdə axtarılmamalıdır. Günəş daim işıq verir. Beləcə, yerə deyə bilərik: Ey yer! Sənin hansı hissən işıqlıdırsa, o işıq günəşdəndir, hansı hissən qaranlıqdırsa, özün səbəbkarsan. Bu ayədə də insana xitab olunur ki, ona yetişən bütün yaxşılıqlar Allahdan, bütün pisliklər isə onun özündəndir.
◘Qur’anın həzrət Peyğəmbər (s) haqqındakı xoş sözlərini nəzərə alaraq deyə bilərik ki, “sənin nəfsindəndir” tə’biri peyğəmbərə yox, insanın nəfsinə işarədir.
◘Əvvəlki ayədə oxuduq ki, bütün yaxşılıqlar və pisliklər Allah tərəfindəndir. Bu ayədə isə yalnız yaxşılıqların Allah tərəfindən olduğu bildirilir. Qeyd etməliyik ki, pisliklər insandan baş verdiyi üçün ona aid edilmişdir. Amma insan özü və onun iradəsi Allahın hakimiyyəti altında olduğundan bütövlükdə Allaha aid edilir. Necə ki, müəssisədə işləyən fəhlənin buraxdığı nöqsan həm onun özünə, həm də həmin müəssisəyə aiddir.
◘İmam Riza (ə) buyurmuşdur: “Allah insana xitab edir ki, sənin iradə və istəyin də Məndəndir.” Bəli, insan Allahın istəyi ilə qərara gələ bilər.
Allahsizə yarolsun.