Sual (111) : ALLAHIN selami olsun haqq yolda olanlara.Sual:Ehli sunni alimlerine qulaq asiriq turk kanallari vasitesi ile.Buyururlar ki,Cennetde insanlar bu gozleri ile ALLAHI gorecekler (ESTEQFURULLAH)Men inanmaq isdemirem axi buna.ELbettde Quran buyurur ALLAHIN cemelina tamawa ederler cennet ehli ,ama bu o demek deyil ki ALLAHI gormek mehz bu gozle olar.Men MirCelil ALLAHIMI ele burdada gorurem,ama onlar bu gozle ki, nece bedirlenmiw aya baxarsan elede ALLAHINA baxarsan deyirler.Nece bawa duwum?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz
Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qur`ani-kərim buyurur; “Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:
“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143).
Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir.
“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.” (“Nəhcul-bəlağə”, 179-cu xütbə).
Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

Allah sizə yar olsun.

Sual (112) : ALLAHIN selami olsun mominlere.Sualim beledir menim ezizlerim.Taleh ve yaxud alin yazisi varm (iBildiyime gore yox,ama menede inanmirlar ,o insanlar sizin cavabinizi isdayirlar)?Ikinci sual -Boyuk ALLAHIN Lovhi mehvuzun taleh adlandirmaq olarmi.Ucunci sual -Lovhi mehvuz yazilmiw kitabdir ya eziz ALLAHIMIN biliyimi deyim ,elmimi deyim bilmirem.Nece ifade elemek olar yazin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Alın yazısından məqsəd Allahın qəza və qədərdir. Alın yazısı ki, əvvəlcədən ondan xəbərsiz Allah tərəfindən təyin ola və insanda onları icra etməyə məcburdur və naçar başına gələcək bu mənada alın yazısı doğru deyil.

Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır». 
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.

Allah sizə yar olsun.


Sual (113) : ehlibeytde nece adam var

Bismillahir-rəhmanir-rəhim.

Əhli-beyt istilahi mənada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir.
 İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir...
"Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (BuradaPeyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır." Kifayətül-əsər", səh.91, Təfsiri-burhan", 1-ci cild, səh.9.

Allah sizə yar olsun.

Sual (114) : Salam..Yaranişdan evvel hoccet yaranişla birge hoccet ve yaranişdan sonraki hoccet bu hedisden sual cixir ortaya yaranişdan evvelki hocceti nece baa duek.?Minnətdarıq

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədis İmam Sadiqdəndir (ə). Höccətdən məqsəd məsum imamdır ki, Allah-təala onun nurun bütün kainatdan qabaq yaradıb və bu nur həmişə var. Mümkündür belə məna edək ki, əvvəlin şəxs ki yaranır Allahın höccətidir Hz. Adəm (ə) və axrıncı şəxs ki, yer üzündə dünyasın dəyişəcək yenədə Allahın höccəti olacaq. 

 عَنِ الصَّادق عليه السلام قال:
الْحُجَّةُ قَبْلَ الْخَلْقِ وَ مَعَ الْخَلْقِ وَ بَعْدَ الْخَلْقِ
.Allah sizə yar olsun

Sual (115) : Salamun aleykum quranda usuliddin Beqere 285, 177 de kecen iman meselesi evezine niye Allah Tealanin esmasinnan edalet ve iman meselesine quranda kecmeyen imamet meselesinin kirmesi ne ile baglidi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Üsuli-din “Dinin kökü, əsasları“ anlamında gələn “Üsuliddin“ daha çox ümumi ifadədir. Müsəlmanlar arasında müştərək olan üç əqidə prinsipi var: Tövhid, Nübuvvət və Məad. Üsuli-dini inkar edən müsəlmançılıqdan çıxır amma üsuli-məzhəbi - məzhəbin əsası, inkar edən o məzhəbdən hesab olmur. Şiə məzhəbinin əksər alimləri “Ədl“ və “İmamət“ inancını da üsuliddindən hesab edir. Bu iki inancı yalnız şiələr üsuliddindən bildiyi üçün “üsuli məzhəb“ şiə məzhəbinin inancı kimi tanınmışdır. Şiələrin inancına görə, İmam, Allahın əmri, Peyğəmbərin vasitəsi ilə seçilməlidir. Elə bu əsasa görə “İmamət“i üsuliddindən hesab edirlər. Əhli-sünnə məzhəbi isə İmamməti füruuddindən hesab etmişlər. Onların nəzərincə, İmamı Allahın əmri, Peyğəmbərin vasitəçiliyi ilə deyil, şüra vasitəsi ilə seçmək lazımdır.

Allah sizə yar olsun.

Sual (116) : Salam.Quranda deyilir ki qeybi yalniz Allah bilir-şie eqidesine gore imamlar da qeybi bilir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmamiyyə şiələri hesab edirlər ki, "imamət" bəşərin hidayəti istiqamətində − vəhydən savayı −Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişinlik məqamıdır. Buna görə də imam peyğəmbərin bütün xüsusiyyətlərinə, o cümlədən ismətə, lədunni elmə, insani kamala, mənəvi fəzilətlərə və s. malik olmaq, çirkin və yaranmaz sifətlərdən uzaq olmaq kimi bütün keyfiyyətlərə malik olmalıdır.

İmamiyyə şiələri deyirlər: İmam şəriəti bəyan edən, onu tətbiq və hifz edən olduğuna görə günah, səhv, unutqanlıq və yanlış hərəkətlərdən uzaq olmalıdır. Bundan əlavə, o, şəriətin həqiqətlərindən agah olmalı, ümmətin kamilliyi yolunda ehtiyac duyulan bütün keyfiyyətlərə malik olmalıdır. Eləcə də imam kamillik baxımından ən kamil şəxs olmalıdır ki, insanlar ona qeydsiz-şərtsiz formada tabe olsunlar. Bu keyfiyyətlərdən biri də qeyb elminə alim olmaqdır.

Qeybin məfhum və mahiyyəti

Qeyb “şühudun” (hiss olunan aləmin) müqabilindədir (antonimidir) və insanın zahiri duyğu və hiss orqanları vasitəsi ilə hiss və dərk olunmayanlardır. Qiyamət, bərzəx, mələklər, cin və s. insanın zahiri duyğuları vasitəsi ilə dərk və hiss olunmadığı üçün qeyb elminə daxildir.

Qeybi iki hissəyə bölmək olar: Mütləq qeyb və nisbi qeyb. Mütləq qeyb heç bir vəchlə, heç bir zaman və yaxud məkanda dərk oluna bilinməyənlərə deyilir. Misal üçün, Allahın müqəddəs zatı qeybul-ğuyubdur (qeyblərin qeybidir). Nisbi qeyblərə gəldikdə isə, o, xüsusi şəraitlərdə xüsusi insanlar tərəfindən dərk oluna bilər. Amma bu dərk duyğu orqanları tərəfindən hiss olunmur. Qeyb və şəhadət (şühud) aləminə kamil şəkildə əhatəsi olan yalnız Allah-taaladır:

قُلْ لا یَعْلَمُ مَنْ فِى السَّماواتِ وَ الْأَرْضِ الْغَیْبَ اِلاَّ اللّه

“Ey Rəsulumuz, de: asimanlarda və yerdə olanlar arasında Allahdan başqa kimsə qeyb elmindən agah deyildir.” (1)

Bu ayə göstərir ki, qeyb elmi yalnız Allaha məxsusdur.

Onun müqabilində digər ayələr də var ki, Allahdan başqalarının da qeyb elmindən xəbərdar olduğunu sübut edir. O cümlədən, Allah-taala “Cin” surəsində buyurur:

عالِمُ الْغَیْبِ فَلا یُظْهِرُ عَلى غَیْبِهِ أَحَداً إِلاّ مَنِ ارْتَضى مِنْ رَسُول...

“O (Allah) qeybi bilir və Ondan başqa heç kəs qeyb aləmindən agah deyildir. Yalnız Onun razılığı olduğu peyğəmbərlərdən başqa.” (2)

Bu ayədəki istisnadan məlum olur ki, mütəal Allah zatən qeyb elmini bilir və özü razı olduğu peyğəmbərlərə də qeyb elmini bəxş edir. Peyğəmbərin malik olduğu hər bir şeyə imam da malik olduğundan, eləcə də  hər ikisi şəriətin bəyançısı olduğuna görə imam da bu ilahi inayətlərə malik olmalıdır. Buna görə də Quran peyğəmbərlərin və övliyaların qeybi məlumatlarına işarə edərək buyurur:

 ذلِکَ مِنْ أَنْباءِ الْغَیْبِ نُوحیهِ إِلَیْکَ

“Bu, qeyb xəbərlərindəndir ki, Biz sənə vəhy etdik.” (3)

Quran Həzrəti İsanın (əleyhis-salam) dilindən buyurur:

وَأُنَبِّئُکُمْ بِما تَأْکُلُونَ وَما تَدَّخِرُونَ فی بُیُوتِکُمْ

“Evlərinizdə yediyiniz və ehtiyat saxladığınız şeylərdən sizə xəbər verərəm.” (4)

Bu iki qisim ayələrin arasında uyğunluq yaratmaq üçün demək lazımdır ki, qeyb elminin yalnız Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil və əsalət (ilkinlik) formasında nəzərdə tutulmuşdur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün bilən ayələr isə, bu elmin onun izni ilə və onun elmindən asılı formada olduğunu göstərir.

Eyni şəkildə ilk baxışda peyğəmbərin qeyb elmini inkar edən ayələrə də cavab vermək olar. Çünki bu ayələr peyğəmbərin qeyb elminə malik olmasını tamamilə inkar etmir, yalnız onların müstəqil şəkildə qeyb elminə malik olmasını inkar edir. (5)

 Allah sizə yar olsun.

1. “Nəml” surəsi, ayə: 65.
2. “Cin” surəsi, ayə: 26 və 27.
3. “Ali-İmran” surəsi, ayə: 44.
4. “Ali-İmran”, surəsi, ayə: 49.
5. Əli Əsğər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, 1-ci cild, səh. 135.

http://makarem.ir/ 

Sual (117) : Salam Allahin Rehmeti uzerinize olsun. Azana eliyyen veliyullah niye diyilir haradan daxi olub niye osman basqalrinin adini dimirik azanda biz sieleri ittiham edirler ki siz ozunuz salmisiniz. Məntiq elmi ("Haşiyə” və "Məntiqi-Müzəffər” kitabları haqqinda melumat vererdiniz Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Suala dəqiq cavab vermək ücün onun üc hissədən təşgil olduğunu nəzərdə tutub bu mərhələylə onu cavablandırırq.

  1. Bir mənalı olaraq “Əliyyən vəliyullah” sözünü demək düzgündürmü yoxsa əbəs söz işlədirik?
  2. Əgər qəbul etsək ki, düzgündür. Azanın bir hissəsidirmi?
  3. Əgər azanın bir hissəsi deyildirsə, azan niyyəti olmadan onu azanda oxumağın eybi vardırmı?

Sualın birinci hissəsinin cavabı ücün, lazımdır ki, “vəli” kəlməsinin mənalarına işarə edək.

“Vəli” kəlməsinin Mənası:

Vəli kəlməsi bir cox mənalara malikdir ki, onlardan ən cox əhəmiyyət daşıyan mənalarına işarə edirik.

A: Rəhbər və himayəci; ocür ki, quranın bir cox ayələrində “vəli” kəlməsi bu mənadə istifadə olunmüşdur; o cümlədən: Onlar üçün ondan (Allahdan) başqa vəli (rəhbər, sərpərəst) və şəfaətci yoxdur.[1]

B: Dost mənasında[2], əlbətdə yenə də quranda bu mənada istifadə olunmuşdur; misal üçün: (Ey Məhəmməd) yaxşılıqla- pislik eyni ola bilməz ! (ey mömün kimsə) sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən![3]

C: Yavər və köməkci mənasında[4]: Qurani- Kərim buyurur: İmanlı kişilər və qadınlar, bir- birlərinin yavər və köməkciləridirlər.[5]

Şübsəsiz ki, bəyin olunan mənalaran “Vəliyullah” Sözünün mömünlər ücün ikinci və ücüncü mənada (dost və yavər) işlədilməsinin də hec bir eybi yoxdur, bəlkə şiə və sünnü rəvayətlərində də bu mənada istifadə olunmuşdur.[6] Amma birinci məna barəsində demək lazımdır bir cox rəvayətlər vardır ki: Əlinin Rəhbəri, vəli və hərbir insanın malında huququ olduğunu bildirir cunki, islam peyğəmbəri də bu cür idi. Əlbətdə Əli (ə) vəliyullahdır yəni Əli Allah tərəfindən ümmətin rəhbəri və vəlisi təyin olunmuşdur. O cür ki, istifadə olunur “Məhəmməd rəsulullah” yəni Məhəmməd Allah tərəfindən göndərilən peyğəmbərdir.

Amma “Əliyyən vəliyullah” cümləsini demək azandan hesab olunur ya xeyir? Əhli- beyitdən bizə catan rəvayətlərə əsasən azana on səkkiz cümlədənibarətdir o cümlələr bunlardır:

«اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ أَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ حَيَّ عَلَى الصَّلَاةِ حَيَّ عَلَى الصَّلَاةِ حَيَّ عَلَى الْفَلَاحِ حَيَّ عَلَى الْفَلَاحِ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ حَيَّ عَلَى خَيْرِ الْعَمَلِ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لَا إِلَهَ إِلَّا اللَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ»

Allahu Əkbər, Allahu əkbər, Allahu Əkbər, Allahu Əkbər, Əşhədu Ənla ilahə illəllah, Əşhədu ənla ilahə illəllah, Əşhədu ənnə məhəmmədən rəsulullah, Əşhədu ənnə Məhəmmədən rədulullah, həyyə ələs- səlat, həyyə ələs- səlat, həyyə ələl fəlah, həyyə ələl fəlah, həyyə əla xəyril əməl, həyyə əla xəyril əməl, Allahu Əkbər, Allahu əkbər, la İlahə illəllah.[7]

Bəs “Əşhdu ənnə Əliyyən vəliyullah” cümləsi yəni ücüncü şəhadət azanın bir hissəsi deyil, odur ki, şiə fiqh alimləri də bu rəvayətlərə əsasən onun azanın bir hissəsi olmadığını bildirirlər.

İmam Xumeyni bu barədə buyurur: Azan on səkkiz cümlədən ibarətdir:

«اللَّهُ أَكْبَرُ»

Allahu Əkbər dörd dəfə

«اشْهَدُ انْ لا إِلهَ إِلَّا اللَّهُ، اشْهَدُ انَّ مُحَمَّداً رَسُولُ اللَّهِ، حَىَّ عَلَى الصَّلاةِ، حَىَّ عَلَى الْفَلاحِ، حَىَّ عَلى‏ خَيْرِ الْعَمَلِ، اللَّهُ أَكْبَرُ، لا إِلهَ إِلَّا اللَّهُ»

Əşhədu ənla ilahə illəllah, Əşhədu ənnə məhəmmədən rəsulullah, həyyə ələs- səlat, həyyə ələl fəlah, həyyə əla xəyril əməl, Allahu əkbər, la İlahə illəllah” hər biri iki dəfə. Sonra buyurur:

«اشْهَدُ انَّ عَلِيّاً وَلِيُّ اللَّهِ»

“Əşhədu ənnə Əliyyən vəliyullah azan və iqamədən hesab olunmur.[8]

Amma “Əşhədu ənnə əliyyən vəliyullah, azanda demək, bir nöqsan yaradırmı? Şübhəsiz ki, azanın bir hissəsi olmayaraq onu demək heç bir nöqsan yaratmır. Bəziləri deyirlər, bir cür deyilsə ki, azan və iqaməylə fərqi bilinsin, bəs bu zaman hec bir nöqsanı yoxdur.[9]

Bəs şübhə bucür yarana bilər ki, mümkündür onu demək bidət (dinə əlavə etmək) sayılsın.

Lakin bu nöqtəni nəzərə alaraq, bidət sözünün mənasında yazmışdılar: Dində olmayan bir şeyi dinə əlavə etmək,[10] əgər bir şəxs onu azanın bir hissəsi bilsə və azanda desə bidət və haramdır. Lakin şiə fəqihlərindən hec bir kəs bu cümləni azanın bir hissəsi olduğunu bildirmir və əgər deyilərsə mümkün olduğu müqdarda azandan fərqli olsun; bunun ücün də bu cümləni demək bidət deyil və hec bir nöqsana səbəb olmur.

Bu rəvayətlərdən əlavə bəzi rəvayətlərlə də qarşılaşırıq ki, şəhadət verdiyimiz zaman peyğəmbərin risalətinə və Həzrət Əlinin vilayətinə də şəhadət verməyə təkid olunur.

Bir sözlə şiə alimlərinin ücüncü şəhadətin deyilməsinin illətini, onun azanın bir hissəsi olmadığı kimi hesab edirlər, rəvayətlərə əsasəndir ki, aşkar olaraq deyirlər: Hər an tohid və peyğəmbərin risalətinə şəhadət verdiniz, Əli ibni Əbitalibin (ə) də vilayətinə şəhadət verin. Bu rəvayət mütləq olduğu və hec bir qeyid gətirmədiyi ücün, azana da şamil olur. Bəs hər zəman tohid və peyğəmbərin (s) risalətinə şəhadət verilərsə, Əlinin (ə) vilayətinə də şəhadət verilir, bu isə azanın bir hissəsi olmadığına dəlalət edir.

O cümlədən şiə rəvayətlərində vardır ki, ücüncü şəhadət azanda təyin möhrünü vurur,[11]

Bunun ücündə azan və təlqində “əşhədu ənnə Əliyyən vəliyullah” cümləsini Əlinin (ə) məqam və mənzilətini nəzərə alaraq[12] təbərrük və qürbət niyyətiylə deməyin hec bir eybi yoxdur. Qeyid etmək lazımdır bir cox sünnü alimləri iddia edirlər ki, “Əssəlatu xəyrun minən-nəvm” azanın bir hissəsi deyil bəlkə ikinci xəlifənin dinə gətirdiyi bidətlərdən biridir.

Malikdən nəql olunmuşdur ki, müəzzin Ömər ibni Xəttabın yanına getdi ki, sübh namazının vaxtı oldüğunu bildirsin gördü Ömər yatıbdır dedi: “Əssalatu xəyrun minən-nəvm” (namaz yatmaqdan xeyirlidir) Ömər ona əmr etdi ki, bu cümləni azanda desin.[13]

Bu zaman sual yaranır, bəs nə ücün sünnülər bu cümləni azanda deyilməsinə icazə verirlər? Bu işi şiənin etdiyi işlə müqayisə etmək mümkündürmü ki, bir cox rəvayətlər ona təkid edir.

Məntiq elmi barədə aşağıdakı adresə müraciət edin.

http://sual.nur-az.com/az/faqs/view2/7872/TcmZbnRpcWktTcO8esmZZmbJmXI=

 Allah sizə yar olsun.


[1] - Səcdə, 4.

[2] - Təbəri Kiya Hərasi, Əbulhəsən Əli ibni Məhəmməd Əhkamul- Quran (Əl-Kiya Hərasi) cild 3, səh 83, Darul- Kitab Əl- elmiyyə nəşriyyatı, Beyrut, 1405 qəməri

[3] - Fussilət, 34.

[4] - İbni mənzur, Məhəmməd ibni Mukrim, Lisanul- Ərəb, cild 15, səh 407, Daru Sadir nəşriyyatı, Beyrut, ücüncü çap, 1414 qəməri

[5] - Tövbə, 71

[6] - İbni Əbi Hatəm, Əbdül Rəhman ibni Məhəmməd. Təfsirül- Quanil- Əzim (ibni Əbi Hatəm) cild 2, səh 675. Məktəbətu nəzar mustafa əl- baz, ücüncü çap, 1419 qəməri.

[7] - Səduq, Mənla yəhzuruhul- fəqih, cild 1, səh 289- 291, Camiətul- mudərrisin nəşriyyatı, Qum, 1413 qəməri.

[8] - Tozihul- Məsail (Əl- məhşa lil imam Əl- Xumeyni) cild 1, səh 519, məsələ 918.

[9] - Həmin.

[10] - Rağib İsfıhani, Hüseyin ibni Məhəmməd, Ən- Müfrədat fi ğəribul- quran, səh 111, Darul- elm əl-darul şamiyə nəsriyyatı birinci cap, 1412 qəməri.

[11] - Bu mövzuda bax: Azan, iqamə və namazda ücüncü şəhadət.

[12] - Bu mövzuda məlumat əldə etmək ücün bax: İmam Əlinin (ə) imamətini isbat etmək, nömrə 1126, və Quran və imam Əlinin imaməti, nömrə 1817, göstəricilərinə muraciət edin.

13 - Malik, Muvəttə, cild 1, səh 200, (http://www.al-islam.com)

http://www.islamquest.net/

Sual (118) : Salamun əleykum. İmam Zamanın ömrü buqədər uzundur məgər Allah insanın ömrünü bir bu qədər uzada bilərmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kəlam elmində sübuta yetirilmişdir ki, Allah hər şeyə alim olduğu kimi, hər işə də qadirdir. Zatən mahal olmayan, baş verə biləsi bütün işlər ümumi qaydalara zidd olsa da, Allahın qüdrəti ilə gerçəkləşə bilər. Demək, Allah bir şəxsin ömrünü istədiyi qədər uzadıb, onu ölüm bəlasından qoruya bilər. Odun xasiyyəti yandırmaqdır. Amma Allah öz qüdrəti ilə odu İbrahimə soyutdu. Əllamə Təbatəbai buyurur: “Həzrət Peyğəmbərdən (s)və imamlardan qeybdə olan imamla bağlı nəql olunanları mütaliə edənlər belə bir nəticəyə gəlir ki, həzrətin həyatı möcüzəli və qeyri-adi bir həyatdır. Qeyri-adi işləri isə inkar etmək olmaz. Hadisələrin baş verməsi amilləri təkcə bizim hiss etdiyimiz amillərdən ibarət deyil. Biz təbiətdən kənardakı amilləri hansı əsasla inkar etməliyik?! Bəli, insanın ömrünü qeyri-adi həddə uzada biləcək amillər var. Bu ömür 1000 illərə çata bilər. Elə bu səbəbdən də, tibb elmi hələ ki insan ömrünün sirrini tapa bilməmişdir.”[1]

Şəhid Sədri deyir: “Tutaq ki, bu sayaq uzun ömür elmi baxımdan mümkünsüzdür. Nəticə nə olur? Bu sözləri deyərkən insan ömrünün qeyri-adi həddə uzunluğunun təbiət qanunlarına zidd olması nəzərdə tutulur. Amma unutmaq olmaz ki, söhbət möcüzədən gedir...

Bu möcüzə Quran və sünnədən faydalanıb istifadə edənlər üçün yeni bir şey deyil. Təbiət qanunlarına əsasən istilik daha çox hərarəti olan cisimdən hərarəti az olan cismə keçir. Hansı ki, bu qanun həzrət İbrahimə münasibətdə ödənmədi.[2]

Allah-tәala həzrət Yunis haqqında buyurur: “Əgər o təsbih (həmd) deyənlərdən olmasaydı, şübhəsiz, qiyamətədək balığın qarnında qalardı.”[3]

Demək, bir insanın ömrü möcüzə yolu ilə qiyamətədək uzana bilər.

Allah sizə yar olsun.

[1] “Şiə dər İslam”, s. 198.

[2]Bax: “Ənbiya”, 69); (“Bəhsunhəvlәl-Məhdi”, s. 77-80.

[3] “Saffat”, s. 143,144.

Sual (119) : Salam. Ilk 2 xelife en az nufuza malik gebileden olublar? Bes niye onlarin ozlerinin nufuzu bele guclu olub? Axi Resulullahin(saas) zovceleri cox olub. Yeni qaynatalari da. Bes Xeyber doyusunde 1-ci ve 2-ci gunler niye bayraq onlara verilib?Eger onlar serkerde kimi taninmamisdilarsa? Ve Seqef meselesi. Ele bil hec kimin aglina bele gelmir ki, bu 2 neferden basqa kimse xelife ola biler. Ansardan 1-2 neferi saymasaq. Bes 2-ci xelifenin muhacireti nece ve ne vaxt bas tutub? Magaradaki meqamin tercumesinde sie ve sunni alimleri hemreydiler? "Kas ki bir das olaydim", "filan 3 emeli gormemis olaydim" - bu barede yazardiz zehmet deyilse. Omer de neyinse pesmanciliqin cekib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əbu Bəkr Qureyş qəbiləsindən olan Bəni-Teym tayfasına Ömər isə Qureyşin Üdey tayfasına mənsubdur. Hər ikisi Qureyşin kiçik tayfası olub. Onlar müsəlman olduqdan sonra diqqəti özlərinə cəlb etdiriblər.

Peyğəmbər (s) bayrağı onlara verməklə o iki nəfərin rəhbərliyə ləyaqətsizliyini müsəlmanlara başa salmaq istəyirdi. Bir növ əməli surətdə öz vəsisini tanıtdırırdı. Peyğəmbər (s) dəfələrlə müxtəlif hadisələrdə bu məsələni təkrar  edirdi. Tövbə surəsi nazil olanda Əbu-Bəkrə tapşırır ki, Kəbə evində Qureyşə çatdırsın amma sonradan İmam Əlini (ə) göndərir ki, Əbu Bəkrdən alib özü bu surəni müşrüklərə oxusun və bunu Allah belə istəyir.

Peyğəmbər (s) Məkkədə olanda Ömər Mədinəyə hicrət edir.

Şiə təhqiqatçısı Doctor Nəccah əl Taidən başqa demək olar ki,sünni və şiə alimlərinin nəzəri birdir. Əlbətdə məsələnin xırdalıqları fərqlidir.

Əbu Bəkirin dildə izhar etdiyi peşimançılığının faydası yoxdur çünki Peyğəmbərdən (s) sonra ümməti haqdan azdırdı təkcə dildə olan peşmançılıq kifayət etmir.

Ömərin peşmançılığı ilə qrşılaşmamışıq. Yalnız Hz. Zəhranın (s) ömrünün son günlərində Ömərlə Əbu Bəkr xanımın görüşünə gəlirlər Hz. Zəhranın (s) razılığını ələ gətirsinlər.

Allah sizə yar olsun.

Sual (120) : wiye sozu ereb lugetinde varmi varsada ne demegdi menasi nedi ne demekdi

Bismillahir-rəhmanir-rəhim.

“Şiə” ərəb lüğətində “ardıcıl” mə`nasını daşıyır. Qur`ani Kərim buyurur:

وَ اِنَّ مِنْ شِيعَتِهِ لَاِبْرَاهِيمَ

“Nuhun ardıcıllarından biri İbrahimdir.”[1]

Müsəlmanların istilahında isə “şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə tə`yin etməsinə inanan şəxslərə aid edilir. Bu münasibətlərdən biri də “Qədir günü” adı ilə məşhur olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini rəhbəri kimi tə`yin etmişdir.

İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:

1-Bə`ziləri inanırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və özü üçün canişin tə`yin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.

Başlarında Bəni-Haşimin bütün böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə, o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu qrup elə həmin əqidədə qaldılar və “Əli şiələri” adlandırıldılar.

Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-mö`minin Əli (ə)-ın ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:

وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ

“Canım əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət günündə nicat tapanlardır.”[2]

Deməli “şiə” islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən tə`yin olunmasının e`tiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.

Şiənin məqam və mövqeyi həmin yollarla müəyyən olunur. Bununla da bə`zi cahillərin və ya qərəzli şəxslərin şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün “Əsluş-şiə və üsuluha”, “Əl-müraciat, “Ə`yanuş-şiə” kitablarına müraciət edə bilərsiniz.

2-Digər bir qrup inanırdı ki, xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə bey`ət etdirlər və sonralar “Əhli-sünnət”, yaxud “Əhli-təsənnün” ləqəbi aldılar. Nəticə e`tibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini təşkil edənlər də mühacir və ənsar idi.

Allah sizə yar olsun.


[1] “Saffat” surəsi, ayə:83

[2] “Əddurrul-mənsur” (Cəlaləddin Suyuti), 6-cı cild, “Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.

Go to TOP