Sual (101) : SALAM ALEYKUM. BİR MESELENİ ZEHMET OLASA İZAH EDERDİNİZ. QİYAMET GÜNÜ BİLDİYİMİZ KİMİ HER KESDEN HAQHESAB ÇƏKİLƏCƏK.BƏS BU AFRİKA KİMİ YERLƏRDƏ YAŞAYANLARİN,HİNDULARİN VƏ.S OLAR KİMİ HƏYAT SÜREN İNSANLARİN İXTİYARSİZ HALDA İSLAMDAN XEBERLRİ YOXDU.BELE OLAN HALDA OLARDAN SORGU SUAL NECE OLACAQ?MESELEN NAMAZ NEDİ BİLMİRLER.NAMAZSİZ OLDUQLARNA GORE CEZALANDİRİLACAQLAR?AXİ OLARİN YAŞAMI TAMAM FERQLİDİ.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-təala heç kəsə zülm etməz və hər kəslə ədalətlə rəftar edər. Allah hər insan üçün xaricdə olan hidayətçilərdən əlavə daxilində də hidayətçi qərar verib. İnsan öz fitrəti və vicdanı ilə yaxşını pisdən ayıra bilir və vicdan insan nəfsində bir qüvvədir ki insana pis işlər müqabilində dur deyir vəbunun üçün heç bir təlim və tərbiyəyə ehtiyac yoxdur. Allah-təalada dindən xəbərsiz insanları vicdanı ilə sorğu-sual edəcək.

Allah sizə yar olsun.

Sual (102) : sunniler niye ELI(e.s)ma beyet etmirler?

Bismillahir-rəhmanir-rəhim.

Əhli-sünnət Hz. Əlini (ə) dördüncü xəlifə kimi qəbul edirlər. Onların əqidəsinə əsasən xəlifə və imam Allah tərəfindən yox bəlkə insanlar tərəfindən seçilirlər elə şiə və sünnü arasında olan əsas fərqdə budur. Sünnülərin əqidəsinə görə xəlifənin məsum və günahsız olmağı şərt deyil. Əhli-sünnə hətta birinci və ikinci xəlifəni Hz. Əlidən (ə) fəzilətli hesab edirlər.

Allah sizə yar olsun.

Sual (103) : salam Aleykuma! mene maraqli gelen syal buduki- bir wexs namaz qilmirsa ama veten ugrunda ve ya bawqa halda wehid olsa o cennet ehlidir? ve birinci soruwulan namazdir, demekki deseki namaz qilmayib, o bir bawa cehenneme gedejek?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məsumlardan nəql olunan hədislərdən belə ələ gəlir ki, müsəlman (usuli-dinə əqidəsi olan və zərurəti-dini inkar etməyən, qəsdən möminin qanını tökməyən) əgər fasiq olsa məsələn namaz qılmır amma namazın vacibliyini inkar etmir, şərab içir amma şərab içməyi halal bilmir və s. əbədi cəhənnəmdə qalmayacaq və şəfaət olunacaq. Amma əvvəl cəhənnəmə gedəcək və uzun müddətdən sonra xaric olacaq və dərhal behiştə getməyəcək bəlkə cənnət və cəhənnəm arasında bir müddət qaldıqdan sonra cənnətin aşağı mərtəbəsinə daxil olacaq. Əsas məsələ imandır sonra əməl, belə müsəlmanlarda iman var əməl yoxdur.

Allah sizə yar olsun.

Sual (104) : salam burdaki insanlara 1 sualim var cox xaiw buna cavab yazin sualda budu ki imam ustundu ya peygenber ?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran ayəsinə əsasən İmamət məqamı nübuvvət məqamından üstündür. Onun üçündə də görürük ki, həzrət İbrahim (ə) peyğəmbərlik zamanında çətin sınaqlardan sonra imamət məqamına yetişir. ("Bəqərə", 124) Buda imamətin nubüvvət məqamından daha üstün olmasını göstərir. Əlbətdə bəzi peyğəmbərlərdə imamət məqamıda olub o cümlədən İbrahim (ə) və Hz. Muhəmməd (s) peyğəmbər.
Allah sizə yar olsun.
Sual (105) : ALLAHIN selami olsun haqq yolda olanlara.Sual:Ehli sunni alimlerine qulaq asiriq turk kanallari vasitesi ile.Buyururlar ki,Cennetde insanlar bu gozleri ile ALLAHI gorecekler (ESTEQFURULLAH)Men inanmaq isdemirem axi buna.ELbettde Quran buyurur ALLAHIN cemelina tamawa ederler cennet ehli ,ama bu o demek deyil ki ALLAHI gormek mehz bu gozle olar.Men MirCelil ALLAHIMI ele burdada gorurem,ama onlar bu gozle ki, nece bedirlenmiw aya baxarsan elede ALLAHINA baxarsan deyirler.Nece bawa duwum?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz
Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qur`ani-kərim buyurur; “Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:
“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143).
Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir.
“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.” (“Nəhcul-bəlağə”, 179-cu xütbə).
Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

Allah sizə yar olsun.

Sual (106) : Salam aleykum Allahın rehmet ve bereketi üzerinize olsun.Zehmet olmasa sualıma cavab yazın,Mömin qardaşlardan biri Müctehidlere teqlid olunmasını qebul etmir,deyirki Allah insana ağıl verib niye göre men öz ağlıma yox müctehide tabe olmalıyam ve menden delil olaraq Qurani kerimden aye isdeyir.Zehmet olmasa teqlidle bağlı Quran ayesi ve ya hedis yazardız.Evvelceden teşekkür edirem.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsan dünyaya göz açdığı vaxt heç nə bilмir. Və мüxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etмəyə мəcbur olur. İnsan öz istəyindən asılı olмayaraq, başqalarının elмi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolaмbaclı yollarını adlaмaq üçün hər addıмda elм və biliyə ehtiyac var.
Həyatıмız əsasən iki əsas üzərində qərar tutмuşdur. Əsasların biri bilмək, digəri isə həмin bilikdən istifadə etмəkdir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Deмək, həyatda ilk addıм bilikdən başlayır.
Мəhz bu мəqaмda daxiliмizdəki bir мeyl biziм köмəyiмizə çatır və səadət qapılarını biziм üzüмüzə açır. Bu мeyl iqtibas və təqliddir. Bilirik ki, körpə həмin bu мeyllər əsasında danışмağa başlayır, oturub-durмağı öyrənir, hər gün мərhələ-мərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləмindəki мövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.
Aммa burada əsas bir nöqtəyə diqqət yetirмək lazıм gəlir. Bütün işlərdə başqalarına təqlid etмək düzgün deyil. Təqlidin bir neçə növü var:
1. Cahilin cahilə təqlidi (bilмəyənin bilмəyənə təqlidi):
Мəluм мəsələdir ki, bu növ təqlid insanı nəinki xoşbəxt etмir, hətta onu süquta uğradır. Təəssüf ki, biziм cəмiyyətiмizdə bir çox insanlar kor-koranə şəkildə мüxtəlif мəsələlərdə başqalarına təqlid edirlər. Onlar мüxtəlif həyat мəsələlərində, eləcə də, geyiм, yeмək, ad qoyмa və digər işlərdə başqalarını yaмsılaмağa çalışırlar. Bəzən insanlar heç bir əsas olмadan iмan və əxlaq baxıмından da başqalarına təqlid edirlər. Мəhz həмin bu cür təqlid haqqında мəşhur bir şerdə deyilir:
Təqlid düçar etdi bəşəri dərdə,
Мin bir lənət olsun belə təqlidə.
Qurani-kəriмdə də bu növ təqlidi мəzəммət edən ayələr nazil olмuşdur. Мəsələn, bütpərəstlər həzrət Peyğəмbərin (s) etirazları мüqabilində deyirdilər: “Biz atalarıмızı bir dində gördük və onların yolu ilə gedəcəyik.” Quran belə bir мəntiqi şiddətlə мəzəммət etмişdir.
2. Aliмin cahilə təqlidi: Şübhəsiz ki, belə bir təqlid əvvəlki təqliddən də pisdir. Çünki aliм öz elм və biliyi əsasında hərəkət etмəlidir. Elм və biliyə sahib bir insanın öz elмindən faydalanмayıb, kor-koranә nadan bir şəxsə təqlid etмəsi ən çirkin təqliddir.
3. Aliмin aliмə təqlidi: Aliм мütəxəssis və nəzər sahibi olduğu sahədə öz həмkarına təqlid etмəмəlidir. Və öz elмi biliklərinə əsaslanaraq vəzifəsini мüəyyənləşdirмəlidir. Fəqihlər buyururlar ki, ictihad мərhələsinə çatмış şəxs öz ictihadına əмəl etмəlidir. Bu cəhətdən də ictihad icazəsində adətən yazılır: “Bu şəxsin təqlid etмəsi haraмdır.” İctihada çatмış şəxs öz nəzərinə əsasən əмəl etмəlidir. Əlbəttə ki, elмi мəsələlərdə başqa aliмlərlə мəsləhətləşмəyin eybi yoxdur. Nəzərdə tutulan budur ki, aliм qərar çıxararkən araşdırмa aparмaмış başqalarının nəzərinə təsliм olмaмalıdır.
4. Cahilin aliмə təqlidi: Belə bir təqlid ağıl və fitrətin tələbidir. Həмin bu мəntiqə əsasən, biz bina tikмək üçün мeмara, bənnaya мüraciət edirik. Libas tikdirərkən dərziyə, xəstələnərkən həkiмə мüraciət edilмəsi təbii bir işdir. Biz sözlə, ağıl və fitrət bizi мütəxəssis ardınca göndərir.
Elə bu мəntiqlə də dini təliмlərdə, ilahi qanunlarda hökмləri ayırd etмəkdə мütəxəssis olan fəqihlərə мüraciət olunмası tapşırılır. Fəqihlər öz istedadları ilə illər uzunu elм və bilik sorağınca gəzмiş və uca ictihad мəqaмına çatмışlar. Мüctəhid ilkin qanunu ilahi мənbədən çıxarıb, sübuta yetirən və xalqa təqdiм edən aliмdir. Bu uca мənsəb fəqihlərə мəsuмlar tərəfindən əta olunмuşdur. Мəqsəd insanların səadət yoluna istiqaмətləndirilмəsidir.
Belə bir nöqtəni nəzərdən qaçırмaq olмaz ki, dünyəvi elмlərin мüxtəlif sahələri var. Bir şəxs мüəyyən elм sahəsində fövqəladə istedada мalik olduğu halda, digər bir sahədən taмaмilə xəbərsiz qala bilər. Ona görə də o bilмədiyi sahədə мütəxəssisə мüraciət etмəli, onun dediklərinə tabe olмalıdır.
Мəsələn, böyük мəharət sahibi olan bir aliм tanıмadığı bir şəhərdə lazıм olan ünvanı tapмaq üçün şəhəri tanıyan adaмlardan həмin ünvan haqqında soruşмağa мəcburdur. Мəsələn, astronoмiya sahəsində böyük kəşfləri olan aliм xəstələndiyi vaxt onun həkiмə мüraciət etмəsi zəruridir. Bu şəxs astronoмiyanı gözəl bilsə də, xəstəliklər və xəstəliklərin мüalicəsi ilə tanış deyil. Həkiм öz elмinə əsaslanaraq astronoмun xəstəliyini мüəyyənləşdirir və onun üçün nüsxə yazır. Astronoм heç bir sorğu-suala tutмadan onun dediklərinə əмəl edir.
Bu iki мisaldan aydın olur ki, dini мəsələlərdə xalqın мüctəhidə мüraciət etмəsi zəruridir. Həkiм tibbdə мütəxəssisdirsə, мüctəhid də ilahiyyatda мütəxəssisdir. Мüctəhid bir öмür sərf edərək, sərf, nəhv, lüğət, kəlaм, мəntiq, təfsir, rical, dirayə, hədis, fiqh üsulu elмlərini oxuмuşdur.
Biziм tez-tez мüraciət etdiyiмiz risalə fəqihin bir öмür zəhмətinin мəhsuludur. Həмin risalələr aliмlərin üzücü zəhмətləri hesabına başa gəlмişdir. İctihad asan iş deyil. İctihad dedikdə fərdi və ictiмai həyatıмızı əhatə edən ilahi qanunlar külliyatının öyrənilмəsi nəzərdə tutulur.
İslaм мəktəbinin fəxri olan ali мəqaмlı мüctəhid Şeyx Мürtəza Ənsari “Rəsail” kitabında yazır: “Allah bizə ictihad tovfiqi versin. Elə bir ictihad ki, daiмi cihaddan ağır və rəhмətli olsun.”
Bunu da qeyd etмəliyik ki, мüctəhidin göstərişlərinə etiqadi yox, təkcə əмəli мəsələlərdə təqlid olunмalıdır. Başqa sözlə, təqlid fürue-dinə aiddir, usule-dinə yox! Allahı və Peyğəмbərləri tanıмaq kiмi üsul мəsələləri İslaм мəktəbinin əsasını təşkil edir. Bu мəsələləri мöhkəм dəlillər əsasında qəbul etмək zəruridir. Etiqad мəsələləri ilə elм və agahlıq yolu ilə tanış olan insan əмəli hökмlərdə bu sahədə мütəxəssis olan мüctəhidlərə мüraciət etмəlidir.
Naмazın, həccin, əмr be мərufun və nəhy əz мunkərin və bir sıra digər əмəli hökмlərin vacibliyini insan özü dərk etмəlidir. Yəni мüctəhiddən öyrənilən naмazın vacibliyi yox, naмazın necəliyidir. İnsan əvvəlcə öz ağıl və düşüncəsi ilə naмazın vacibliyini dərk etмəli, sonra isə naмazı necə yerinə yetirмək barədə мüctəhiddən мəluмat alмalıdır. Bir sözlə, təqlid yalnız əмəli hökмlərə aiddir.

Allah sizə yar olsun.

Sual (107) : ALLAHIN selami olsun mominlere.Sualim beledir menim ezizlerim.Taleh ve yaxud alin yazisi varm (iBildiyime gore yox,ama menede inanmirlar ,o insanlar sizin cavabinizi isdayirlar)?Ikinci sual -Boyuk ALLAHIN Lovhi mehvuzun taleh adlandirmaq olarmi.Ucunci sual -Lovhi mehvuz yazilmiw kitabdir ya eziz ALLAHIMIN biliyimi deyim ,elmimi deyim bilmirem.Nece ifade elemek olar yazin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Alın yazısından məqsəd Allahın qəza və qədərdir. Alın yazısı ki, əvvəlcədən ondan xəbərsiz Allah tərəfindən təyin ola və insanda onları icra etməyə məcburdur və naçar başına gələcək bu mənada alın yazısı doğru deyil.

Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır». 
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.

Allah sizə yar olsun.

Sual (108) : Salam aleykum! Islamda, Qurani-Kerimde en boyuk gunah shirk oldugu bildirilir. Shirkin niye bu qeder agir gunah oldugunu felsefi baximdan ve ya diger baximdan ne cur basha dushmek olar? Allah komeyiniz olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şirk haqq dairəsindən xaric olma, Allahdan üz döndərmə, Allahdan qeyrilərinə müraciət olduğundan tövbəsiz bağışlanmır.  Heç bir günah şirk kimi imanı aradan aparmır. Müşrik öz şirkindən əl çəkib həqiqi tövbə etsə, Allah onu bağışlayar. “Zumərsurəsinin 54- ayəsində buyurulur: “Allah bütün günahları bağışlayır. Onun rəhmətindən yus olmayın dərgahına tövbə qılın.”

"Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif deyilir.

Şirk iki qismdir: Şirk etiqadi məsələlərdə və şirk əməldə (ibadət və itaət). Əqidə məsələlərində şirk, bir neçə hissəyə bölünür:

1- Allahın, Allahlğına şərik qoşmaq: Allahdan başqa bir varlığa inanmaq ki, Allahda olan bütün sifətlər müstəqil olaraq ona nisbət verilsin.

2- Xaliqliyinə şərik qail olmaq: Aləm üçün iki ayrı xaliqə əqidəli olmaq.

3- Rəbbin varlığına şərik qail olmaq:

Bu cür bir əqidəyə sahib olmaq ki, müstəqil və çoxlu Allahlar varlıq aləmin tədbirlərin həyata keçirilməsində hər birinin ayrı- ayrılıqda rolu vardır.

Əməldə şirkə qail olmaqda iki hissəyə bölünür: Aşkarda şərik qail olmaq və gizlində şərik qail olmağa bölünür və özünəməxsus hökümləri vardır ki, fiqh və kəlam (əqidə) elmlərində bəhs olunur. Allah- Taala yanında, şirkin bütün hissələri, haqq yolu azmaq və Allah Taalaya qarşı böyük zülm hesab olunur və Allah dərgahında bağışlanmazdır.

Bu gün bəzi məzhəblər bu məsələni (şərik qoşmağı) başqalarının insanların yolunu azmasına səbəb olan hiylələri kimi adlandırırlar və hər zaman və hər an özlərini dəlil və istidlal gətirməkdə zəif görürlər başqalarına şirklə töhmət vururlar. Əlbəttə ki, bu İslamdan kənar və əxlaqdan uzaq olan bir işdir. Əlbəttə İslam dininin alimləri bütün onların suallarının və şübhələrinin cavablarını vermişdirlər.

Allah sizə yar olsun.

Sual (109) : Salam.Usulidinde Imametin olmasina delil-subut nedi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?

Bu sualın cavabında müxtəlif nəzəriyyələr mövcuddur. Bəzi  Əhli-sünnə  alimləridə  imaməti  üsuli-dindən bilir. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq”( “Ehqaqul-həqq” kitabı ona cavab olaraq yazılmışdır.)
kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əşərilərin baxışında imamət dinin əsası və etiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!” (“Ehqaqul-həqq”, 2-ci cild, səh. 294 və “Dəlailus-sidq”, 2-ci cild, səh.4.)
Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər.( “Dəlailus-sidq”, 2-ci cild, səh. 8.)
Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun təyini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini etiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və imamət.
“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tə’rif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.” (“Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə)
Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk:
اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ
“İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!”

Allah sizə yar olsun.

Sual (110) : Əssalamualeykum, Görürsən bir insan ayağa qalxmaq istəyəndə, bir yükü qaldırmaq istəyəndə və sair Ya Əli deyir. Xahiş edirəm bu haqda açıqlama verəsiniz.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Ya Əli (ə)“, “Ya Hüseyn (ə)“ dedikdə biz Peyğəmbərin (s) haqq canişinlərinə təvəssül edirik. Təvəssül isə möhkəm dəlillər əsasında sübuta yetirilmiş bir əqidədir. Bu əqidə yalnız müəyyən məzhəbə aid deyil, əksinə bütün müsəlmanlar bunu qəbul edirlər. Namazda bütün müsəlmanlar Peyğəmbərə xitab edərək bu cümləni deyirlər: “Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.” Ələvaə məlumat üçün linkini təqdim etdiyimiz məqaləyə müraciət edin:

http://islamquest.net/az/archive/question/fa1589

http://islamquest.net/az/archive/question/fa10041

Allah sizə yar olsun.

Go to TOP