Sual (91) : Salam. İslam mənbələrindən bilirik ki, mələklər Allahın əmrlərini yerinə yetirməyə məcburdurlar. Yəni onlarda əql qüvvəsindən başqa o biri qüvvələr (şəhvət, ixtiyar, seçim, qəzəb) yoxdur. Əgər belədirsə, bəzi hədislərə rast gələndə bunun əksini görürük. Məsələn, Allah mələkləri yer üçünə göndərib onlara buyurur ki, Adəmi yaratmaq üçün torpaq gətirsinlər. Cəbrayıl, Mikayıl və İsrafil gəlib torpaq aparanda torpaq nalə çəkib deyir ki, məni aparmayın..Onlar da əliboş qayıdırlar. Sonda Əzrayıl gəlib torpaq apardı. O üç mələyin əliboş qayıtması Allahın əmrindən çıxmaq deyilmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbətdə mələklər ixtiyarlı varlıqdır məcbur deyil, çünki ixtiyarı olmayana əmr etmək ya onları günahsız və məsum bilmək mənasızdır. Amma mələklərin ixtiyarı günaha tərəf yönəlmir.
Mələklərin elmi məhdud olduğu üçün mümkündür Allahdan nəyinsə səbəbini soruşsunlar bu itaətsizlik etmək deyil, ixtiyarın olmağını göstərir. Birdə mələklərin hamısı eyni dərəcədə deyil.
Bəzi alimlər, mələklərə üsyan və itaətsizlik nisbəti verilən rəvayətləri, doğru hesab etmirlər və zəif bilirlər o cümlədən "Futrus" haqda deyilən. Amma bir dəstə alim, mələklərin bəzən işlərində ləngiməyi günah yox tərki-övla (yaxşını tərk etmək) kimi hesab edirlər və bunu məsum peyğəmbərlərin işinə bənzədirlər.

Allah sizə yar olsun.

Sual (92) : Bismillah. Salam. 1. Bir dua var: "Allahummə nəvvir zahiri bi taətik və batini bi məhəbbətik, qəlbii bi mərifətik, ruhii bi muşahidətik və sirii bi istiqlali ittisali həzrətik". Bu duanın bu hissəsinin tərcüməsini zəhmət olmazsa yazardınız: "Sirii bi istiqlali ittisali həzrətik" 2. Şiə alimləri görüşünə görə "Lövhi-məhfuz" nədir? Onun nə olmasında ixtilaf varmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

اللَهُمَّ نَوِّرْ ظَاهِرِي‌ بِطَاعَتِكَ، وَ بَاطِنِي‌ بِمَحَبَّتِكَ، وَ قَلْبِي‌ بِمَعْرِفَتِكَ، وَ رُوحِي‌ بِمُشَاهَدَتَكِ، وَ سِرِّي‌ بِاسْتِقْلَالِ اتِّصَالِ حَضْرَتِكَ؛ يَا ذَاالْجَلَالِ وَ الإكْرَامِ؛

1. Hz. Əlinin (ə) qunutda oxuduğu duadır. Yəni ilahi batinimi öz hüzuruva bağlamaqla nurani et.

İnsanın batini və qəlbi o vaxt nurani olar ki, Allaha bağlansın və arada hicab və pərdə olmasın, çünki nurun mənbəyi yalnız Allahdır və əgər ilahi nur qəlbə saçmasa insanın batini zülmətli olar.

2. Аlәmdәki bütün hаdisәlәr, о cümlәdәn insаnın әcәli “lövhi-mәhfuz” аdlаnаn lövhәdә qеyd еdilmişdir. İnsаnlаrın ölümü, ömürlәrin uzunluğu, ölümün zаmаn vә hаl kimi sәciyyәlәri hәmin lövhәdә öz әksini tаpmışdır. Lövhi-mәhfuzdа nә yаzılmışsа, о dәyişmәzdir. Qurаn insаnlаrın әcәlindәki tәхir hаqqındа buyurur: “Аllаh hеç vахt kimsәnin әcәlini vахtı çаtdıqdа tәхirә sаlmаz.” (“Münаfiqun”, 11) Lövhi-mәhfuzdа qеyd оlunmuş әcәl ilаhi qәzаvü-qәdәrlә хәtm оlаn әcәldir.

Lövhi-mәhfuzdаn әlаvә dә lövhә vаr. Bu lövhә mәhv vә isbаt lövhәsi аdlаnır. Bu lövhәdә hаdisәlәr bütün хüsusiyyәtlәri ilә dәqiq şәkildә qеyd оlunmuşdur. Оrаdа hаdisәnin müqәddimәsi, оrtаyа çıхmа zәminәsi dә bәyаn оlunmuşdur.

Hаdisәlәr bu lövhәdә bütün şәrtlәri ilә әks оlunmuşdur. Әgәr hәmin şәrtlәr ödәnmәsә hаdisә dә gеrçәklәşmir. Mәsәlәn, bir gün hәzrәt Pеyğәmbәr (s) sәhаbәlәri ilә birlikdә әylәşdiyi vахt qоcа bir kişi yоldаn ötür. Hәzrәt buyurur: “Bu şәхs sәhrаyа gеdir vә bir ilаn оnu çаlаcаq” Tәsаdüfәn hәmin gün günоrtа sәhаbәlәr kişini dаlındа çır-çırpı sәhrаdаn qаyıdаn görürlәr. Оnlаr Pеyğәmbәrdәn (s) sоruşur: “Yа Rәsulәllаh, bu, ilаn çаlаcаğını хәbәr vеrdiyiniz kişi dеyilmi?!” Hәzrәt buyurur: “Qоyun yахın gәlsin.” Sоnrа bu yәhudi kişini çаğırıb dеdilәr: “Dаlındаkı çırpını yеrә qоy vә аç.” Kişi dеyilәnә әmәl еtdikdә çırpının аrаsındа bir ilаn görür. Hәzrәt buyurur: “Bu şәхsin ilаn vurmаsı müqәddәr оlmuşdu. Аmmа sübh еvdәn çıхаrkәn sәdәqә vеrdiyindәn hәmin bәlаdаn хilаs оldu.” Bәli, hәzrәtin хәbәr vеrdiyi hаdisә mәhv vә isbаt lövhәsindә qеyd оlunmuşdu. Аmmа hәmin hаdisәnin gеrçәklәşmәsi üçün sәdәqә vеrmәmәsi şәrt qоyulmuşdur. Әgәr о sәdәqә vеrmәsәydi, şübhәsiz, ilаn оnu çаlаsı idi. Şәrt ödәnmәdiyindәn kişinin ölümü gеrçәklәşmәdi. О, sәdәqә ilә ölümünü tәхirә sаldı. Unutmаmаlıyıq ki, lövhi-mәhfuz, lövhi mәhv vә isbаt аrаsındа hеç bir fәrq yохdur. Qәti müәyyәnlәşmiş әcәllәr Lövhi-mәhfuzdа, şәrtlәnmiş әcәllәr isә lövhi-mәhv vә isbаtdа qеyd оlunmuşdur. ("Qurаn mааrifi", s. 310-311)

Аyәtullаh Cәvаdi Аmuli bu bаrәdә buyurur: “İnsаn hәrәkәtli оlduğundаn vә оnun yоlu tәbiәtdәn kеçdiyindәn bu hәrәkәt üçün tәbii bir sоnluğun оlmаsı lаbüddür. Mәhz bu sоnluq ölüm kimi yаd еdilir... İnsаnın ömrü müqәddәrаtdаn оlduğu üçün dәyişә bilәr. Duа, sәdәqә, silеyi-rәhm оnu аrtırаr, müхtәlif günаhlаr isә оnu аzаldаr. Dәyişmәz ölümdür vә hәr bir yаrаnmış оnu dаdаsıdır. Ölümün vахtı isә dәyişә bilәr. ("Qurаndа insаnın surәt vә хаrаktеri”, c. 14, s. 314) Uyğun suаlа sоn оlаrаq bеlә cаvаb vеririk: Qәti (müsәmmа) әcәl lövhi-mәhfuzdа qеyd оlunmuş әcәldir vә о dәyişmәzdir. Dәyişkәn (müәllәq) әcәl isә mәhv vә isbаt lövhәsindә qеyd оlunub vә dәyişgәndir.

Allah sizə yar olsun.

Sual (93) : Salam aleykum.Mən Gürcüstanda Əhli-Beyt (ə) cəmiyyətində dini təhsil alıram.Hal-hazırda əqaid bölümünü tamamlamaq üzərəyik.Dərslər əsnasında tələbələrə qaranlıq galan yerlər var və bu gərara gəldik bu sualların cavabını Rəhbərdən örgənək.Sual budur: 1)."Kəmalüddin s.648" və Kitabul-ğeybəh s.221" kitablarında İmam Zamanın (ə.f) görülüb-görülməməyi haqda nəzərlər var,amma bir-birinə zidd nəzərlərdir.Nəzərlərin biri Şeyx tusi,digəri isə Şeyx Səduka aid olması işimizi lap çətinləşdirib.Zəhmət olmazsa bu ziddiyətin fərqlərni və mənasını bizə bildirəsiz 2).Rəsuli-Əkrəm (s) sübh namazını gəzaya veribmi?Verməyibsə Şeyx Səduk niyə deyir verib?..(Bu sualın cavabını verməkdə narahat olmayın,alacağım cavabın xüsusi olduğunu bilirəm)

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Yazdığınız adreslərin səhifələri bizim əlimizdə olan kitablarla uyğun gəlmir lütfən ibarəni qeyd edin.

2. Bu fiqh məsələlərindən biridir və etiqadi bəhslərə ehtiyacı vardır; əlbəttə ki, bu mövzuda bir neçə rəvayət də bizə çatmışdır.

Amma fiqh alimləri bunu bir mənalı olaraq qəbul etməmişdirlər, bəziləri bunu digər dəlillərlə qarşı- qarşıya gəlməsi və Peyğəmbərin (s) ismətiylə uyğun olmadığını bu cür rəvayətləri qəbul etməmişdirlər. başqa bir dəstə isə bu rəvayətlərin sənədlərinin etibarlı olmasını nəzərə alaraq ki, onlardan bəzilərinin mətnlərində işarə olmuşdur və bu hadisə Allahın öz istəyiylə həyata keçmişdir deyə və bu hadisə səbəb olmuşdur Allah tərəfindən insanlar üçün deyərək qəbul edirlər və hesab edirlər ki, bu heç bir dəlillərlə qarşı- qarşıya düşmür və Peyğəmbərin ismətinə heç bir nöqsan gətirmir; beləliklə bunu qəbul edirlər.

Ətreaflı cavab

Bu fiqh məsələlərindən biridir və etiqadi bəhslərə ehtiyac duyulur, bu bəhsə ətraflı şəkildə işarə etmək burada mümkün deyildir.

Bu həddə işarə etmək olar ki, o da bundan ibarətdir:

Şiə və sünni[1] mənbələrində bir çox rəvayətlər vardır ki, bu hadisənin olmasından xəbər verirlər, onlardan bəzilərinin sənədləri doğrudur. Misal üçün Usuli kafi kitabında İmam Sadiq (ə)- dan rəvayət olmuşdur ki, ravi deyir: "İmam Sadiq (ə)- dan eşitdim ki, buyurdu: Allahın Rəsulu bir gün sübh namazında yuxudan ayılmadı (həqiqətdə) Allah- Taala onu yuxuya apardı o vaxta qədər ki, günəş çıxdı, bu iş Allah Taalanın insanlara qarşı olan rəhməti idi ki, əgər bir şəxs sübh namazında yuxuya qalarsa və digərləri olu bunun üçün danlayıb deyirlərsə: "Sənin namazında təqvan yoxdur". Bəs Peyğəmbərin bu işi onlar üçün ibrət oldu. Belə olduqda əgər bir şəxs digərinə deyərsə: Sübh namazı vaxtında yuxuya qaldın! Onun cavabında desin, Peyğəmbərdə sübh namazında yuxuya qalmışdır". Bəs Peyğəmbərin (s) bu işi ibrət və rəhmət sayılır. Allah- Taala bu iş vasitəsiylə bu ümmətə (insanlara) rəhmət qapısını açmışdır (ki, yuxunu illət gətirərək, Peyğəmbər (s) kimi ona qarşı olan töhmətdən nicat tapsın).[2]

Bu rəvayətlərin və digər səhir (etibarlı) rəvayətlərin qarşısında, başqa dəlillər vardır ki, bu rəvayətlərin əksini sabit etməyi anlamaq olar, misal üçün:

1. Bir çox rəvayətlər ki, Peyğəmbər (s) və İmamların (ə) məsum olmasına dəlalət edir, onlardan bəzilərini İmam Sadiq (ə) həzrət Əli (ə)- dan rəvayət edir ki, o həzrət buyurur: "İmamın sifətlərindən biri də bundan ibarətdir ki, bütün kiçik və böyük günahlardan pak olsun, fətva (hökm) verdikdə heç bir səhvə yol verməsin, sualları cavablandırdıqda və dünyaya bağlı olan heç bir işində nöqsan və mənasız işlərə yol verilməsin".[3]

2. Bəzi rəvayətlər ki, bildirirlər: "(...و ینام عینه ولا تنام قلبه ...)"[4] Yəni: İmamın gözləri yatır amma qəlbi yatmır.

3. Ağıl baxımından dəlillər ki, alimlər Peyğəmbərin məsum olmasını isbat edir, bu dəlil ki, buyurur: "Peyğəmbər (s) insanların hidayət olması üçün seçilmişdir, onun əməlləri elə bir tərzdə olmalıdır ki, insanlar onu qəbul etsinlər. Peyğəmbərin (s) ən kiçik bir səhvi, onun o uca məqamına nöqsan gətirir, bundan əlavə o həzrət ki, müəyyən bir hədəf və məqsəd üçün göndərilmişdir, tamamlanmayır. Çünki Allah- Taala belə bir şəxsi, özüylə insanlar arasında rabitə olaraq təyin etmir ki, etdiyi səhvləri üzündən insanlar ondan uzaqlaşsın və Allahın iradə etdiyi iş həyata keçməsin.

O zaman Allah- Taala bir şəxsdən sorğu- sualsız itaət etməyi əmr edər ki, onun bütün əmələri insanlar üçün nümunə və ibrət olsun, amma əgər bir şəxs səhvə yol verirsə buna layiq deyildir.

4. Başqa bir dəlil isə bundan ibarətdir ki, bütün alimlər Peyğəmbərin (s) səhvə yol verməsini qəbul etmirlər.

Bunun üçün də alimlər fiqh alimləri bu rəvayətlərlə üzləşdikdə iki dəstəyə bölünürlər:

A: Fiqh alimlərindən bir dəstəsi, Peyğəmbərin namazının qəza olması haqqında olan rəvayətlərin, sənədlərinin tamamıyla düzgün olmadığı üçün və ya ravilərin bu mövzuda səhv etmələri və yaxud rəvayətin düzgün olmaması və yaxud təqiyyə üzündən və bəlkə də dəqiq dəlillər üzündən bu rəvayətləri qəbul etməmişdirlər. Misal üçün Cəvahir,[5] Hədaiq,[6] kitablarının sahibləri və Şeyx Ənsari[7]və... bu rəvayətləri qəbul etməmişdirlər.

Mərhum Mirza Cavadağa Məliki[8] Təbrizi (rəh) və mərhum Ayətullah Seyyid Möhsin Həkim[9] (rəh) bu rəvayətləri qəbul etməyib deyirlər: bu rəvayətdən ki, Allahın Rəsulu öz əshablarına buyurur: şeytanın hakimiyyətində yuxuya qaldınız.[10] Istifadə olunur ki, Quran ayəsinə əsasən, şeytan[11] və digər dəlillər Peyğəmbərdən uzaq olmuş və Peyğəmbəri qəflətə uğratmaq və yaxud yuxunun təsir qoyması heç bir halda qəbul edilməzdir; çünki bu cür ibadətin rəvayətdə olması ki, o həzrət şeytanın vəsvəsə və ilqası nəticəsində yuxuya qalmışdır, bu rəvayətin düzgün olmadığını təsdiqləyir.

B- Bu nəzəriyyənin qarşısında başqa bir dəstə vardır ki, bu cür rəvayətləri qəbul edərək və digər dəlillərə heç bir müxalifət etməsini qəbul etmirlər.

Şeyx Səduq ki, bu rəvayətlərə işarə etdikdə tamam şəkildə ondan müdafiə edir[12] və şeytanın səhvi və digər dəlillər arasında fərq qail olmuşdur.

Şeyx Mofud , Şeyx Səduqla müxalifət edərək, Peyğəmbərin səhv etməsi və yuxuya qalmasında fərq qail olmuşdur.

Şeyx Mofid Peyğəmbərin (s) səhv etməsi şübhəsini tamamıyla rədd edir; onun sözlərindən bunu əldə etmək olar ki, Peyğəmbərin yuxuya qalmasını qəbul etmək olar.[13]

Şəhid əvvəl (rəh) də bu rəvayətlərdən birini açıqladıqdan sonra deyir: Tanıdığımız bir şıxs yoxdur ki, bu rəvayətləri Peyğəmbərin ismətiylə müxalif olduğu üçün qəbul etməsin.[14]

Şeyx Bəhai (rəh) deyir: Səhabələr bu rəvayətləri qəbul etmişdirlər və bu onu göstərir ki, Peyğəmbərin yuxuya qalmasıyla o həzrətin səhv etməsində fərq vardır və buna əsasən də fətva vermişdirlər. Mərhum Məclisi (rəh) bu rəvayətləri qəbul etmişdir.[15]

Müasir alimlər arasında da, bizim bildiyimiz qədər Ayətullah Bəhcət bu rəvayətləri Peyğəmbərin ismətiylə heç bir qarşılığı olmadığını bilir.[16]

Sonra bunu bildirmək istəyirik ki, yuxarıdakı dəlillərdən əlavə, bu hadisənin həqiqətən baş verməsini qəbul etmək olmaz, çünki rəvayətlərdə bəzi nöqsanlar müşahidə olunur və bu da Peyğəmbərin (s) məqamı haqqında daha ətraflı və ehtiyatlı şəkildə bəhs etməyə ehtiyac duyulur.

Allah sizə yar olsun.




[1]- Səhih Müslim, cild 2, səh 138 və sünəni Əbu Davud, cild 1, səh 108.

[2]- Kafi, cild 3, səh 295.

«قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ نَامَ رَسُولُ اللَّهِ ص عَنِ الصُّبْحِ وَ اللَّهُ عَزَّ وَ جَلَّ أَنَامَهُ حَتَّى طَلَعَتِ الشَّمْسُ عَلَیْهِ وَ کَانَ ذَلِکَ رَحْمَةً مِنْ رَبِّکَ لِلنَّاسِ أَ لَا تَرَى لَوْ أَنَّ رَجُلًا نَامَ حَتَّى تَطْلُعَ الشَّمْسُ لَعَیَّرَهُ النَّاسُ وَ قَالُوا لَا تَتَوَرَّعُ لِصَلَوَاتِکَ فَصَارَتْ أُسْوَةً وَ سُنَّةً فَإِنْ قَالَ رَجُلٌ لِرَجُلٍ نِمْتَ عَنِ الصَّلَاةِ قَالَ قَدْ نَامَ رَسُولُ اللَّهِ ص فَصَارَتْ أُسْوَةً وَ رَحْمَةً رَحِمَ اللَّهُ سُبْحَانَهُ بِهَا هَذِهِ الْأُمَّة»

[3]- Biharul- ənvar, cild 17, səh 109.

«عَنِ الصَّادِقِ (ع) عَنْ أَمِیرِ الْمُؤْمِنِینَ (ع) فِی بَیَانِ صِفَاتِ الْإِمَامِ قَالَ فَمِنْهَا أَنْ یُعْلَمَ الْإِمَامُ الْمُتَوَلِّی عَلَیْهِ أَنَّهُ مَعْصُومٌ مِنَ الذُّنُوبِ کُلِّهَا صَغِیرِهَا وَ کَبِیرِهَا لَا یَزِلُّ فِی الْفُتْیَا وَ لَا یُخْطِئُ فِی الْجَوَابِ وَ لَا یَسْهُو وَ لَا یَنْسَى وَ لَا یَلْهُو بِشَیْ‏ءٍ مِنْ أَمْرِ الدُّنْیَا»

[4]- Əl- kafi, cild 1, səh 388.

[5]- Cəvahir, Əl- kəlam fi şərhi şərai, Əl- İslam, cild 13, səh 73- 76.

«فالإنصاف أنه لا یجترئ على نسبته إلیهم (علیهم السلام)، لما دل من الآیات و الأخبار «3» کما نقل على طهارة النبی و عترته (علیهم الصلاة و السلام) من جمیع الأرجاس و الذنوب و تنزههم عن القبائح و العیوب، و عصمتهم من العثار و الخطل فی القول و العمل، و بلوغهم إلى أقصى مراتب الکمال، و أفضلیتهم ممن عداهم فی جمیع‏ الأحوال و الأعمال، و أنهم تنام أعینهم و لا تنام قلوبهم، و أن حالهم فی المنام کحالهم فی الیقظة، و أن النوم لا یغیر منهم شیئا من جهة الإدراک و المعرفة، و أنهم لا یحتلمون، و لا یصیبهم لمة الشیطان، و لا یتثاءبون و لا یتمطون فی شی‏ء من الأحیان، و أنهم یرون من خلفهم کما یرون من بین أیدیهم، و لا یکون لهم ظل، و لا یرى لهم بول و لا غائط، و أن رائحة نجوهم کرائحة المسک، و أمرت الأرض بستره و ابتلاعه، و أنهم علموا ما کان‏ و ما یکون من أول الدهر إلى انقراضه، و أنهم جعلوا شهداء على الناس فی أعمالهم، و أن ملائکة اللیل و النهار کانوا یشهدون مع النبی (صلى اللَّه علیه و آله) صلاة الفجر، و أن الملائکة کانوا یأتون الأئمة (علیهم السلام) عند وقت کل صلاة، و أنهم ما من یوم و لا ساعة و لا وقت صلاة إلا و هم ینبهونهم لها لیصلوا معهم، و أنهم کانوا مؤیدین بروح القدس یخبرهم و یسددهم، و لا یصیبهم الحدثان، و لا یلهو و لا ینام و لا یغفل، و به علموا ما دون العرش إلى ما تحت الثرى، و رأوا ما فی شرق الأرض و غربها، إلى غیر ذلک مما لا یعلمه إلا اللَّه، کما ورد «1» أنهم لا یعرفهم إلا اللَّه و لا یعرف اللَّه حق المعرفة إلا هم، و لیسوا هم أقل من الدیکة التی تصرخ فی أوقات الصلوات و فی أواخر اللیل لسماعها صوت تسبیح دیک السماء الذی هو من الملائکة و عرفه تحت العرش و رجلاه فی تخوم الأرض السابعة، و جناحاه یجاوزان المشرق و المغرب، و آخر تسبیحه فی اللیل بعد طلوع الفجر «ربنا الرحمن لا إله غیره» «2» لیقم الغافلون، تعالوا عن ذلک علوا کبیرا، نعم لو أمکن دعوى ثبوت تکالیف خاصة لهم تقوم مقام هذه التکالیف اتجه دعوى جواز نومهم عنها، و ربما یومی الیه قول النبی (صلى اللَّه علیه و آله) «أصابکم فیه الغفلة» و قوله (صلى اللَّه علیه و آله): «نمتم بوادی الشیطان» و اللَّه أعلم بحقیقة الحال.»

[6]- Əl- hədaiqu əl- nazirə, cild 6, səh 273.

«بالجملة فمقتضى عدم تجویز السهو علیه (صلى الله علیه و آله) کما هو ظاهر اتفاقهم رد هذه الاخبار و نحوها أو حملها على التقیة، کما یشیر الیه ما نقله من روایة العامة الخبر المذکور عن أبی قتادة و جماعة من الصحابة، إذ لا یخفى ما بین الحکمین من التدافع و التناقض»

[7]- Şeyx Ənsari öz rəsaili fiqhiyyə səh 323 və Cavahir kitabının müəllifi, cild 12, səh 76- da bu ehtimala işarə edərək bunu qəbul etmişdirlər.

[8]- (Şeyx Cavad Təbrizi. Əl- ənvar əl- İlahiyyə) risalə fi lobsi əl- savad, səh 54.

[9]- Müstəmsəkul- ürvə əl- vüsqa, cild 5, səh 138.

[10]- Təhzib, cild 2, səh 265.

«...قَالَ یَا بِلَالُ مَا لَکَ فَقَالَ بِلَالٌ أَرْقَدَنِی الَّذِی أَرْقَدَکَ یَا رَسُولَ اللَّهِ قَالَ وَ کَرِهَ الْمُقَامَ وَ قَالَ نِمْتُمْ بِوَادِی الشَّیْطَانِ...»

[11]- Nəhl surəsi, ayə 100.

[12]- Mən la yəhzuruhu əl- fəqih, cild 1, səh 359.

[13]- Risalə ədəmus- səhv əl- nəbi, səh 28.

[14]- Zikri əl- şiyə fi əhkami əl- şəriət, cild 2, səh 423.

[15]- Miratul- uqul fi- şərhi əxbar ali rəsul, cild 15, səh 65.

«أقول: نوم النبی صلى الله علیه و آله کذلک أی فوت الصلاة مما رواه الخاصة و العامة، و لیس من قبیل السهو و لذا لم یقل بالسهو إلا شاذ، و لم یر و ذلک أحد کما ذکره الشهید (ره)»

[16]- Bəhcətul- fəqih, səh 150.

http://www.islamquest.net/

Sual (94) : Salam aleykum,tevessulun felsefesi nedir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahdan bir şey istəməkdə vasitənin olmasına zərurət duyulmaması və onun bizim səsimizi asanlıqla eşitməsi və məsləhət bildiyi təqdirdə hacətimizi qəbul etməsinə baxmayaraq, Allahın özü göstəriş vermiş və ya bunu caiz etmişdir ki, onun bəndələri saleh şəxslər və ilahi övliyaları vasitə seçərək onlardan Allah dərgahına dua etmələrini və Allahın onların hacətlərini həyata keçirməsini istəsinlər.
Bu təşviq ən azı iki dəlilə əsasən ola bilər:
a) Qəbul olunmaq üçün ən yaxın yol olması
Peyğəmbər və ilahi övliyalar Allah yanında sevilən, dərin mərifət və özlərinin xalis əməlləri ilə Allah dərgahında möhtərəmdirlər. Təbii məsələdir ki, onların çətinliyə düçar olmuş bəndələr barəsindəki şəfaət, dua və vəsatəti qəbul olunmağa daha layiq və yaxındır. Həmin səbəbdən, həzrət Yəqubun (ə) övladları atalarından Allahdan onlar üçün bağışlanmaq diləməsini istəyirlər. Allah-taala günahkar bəndələrinə tövsiyə edir ki, öz tövbələrindən əlavə, Allah Rəsulundan (s) da Allah dərgahında onlar üçün bağışlanmaq diləməsini istəsinlər.
b) Yorucu və çoxsaylı təlaşların dəyərini bilmək
Sözsüz ki, özümüz və başqalarının həyatında bəzən hansısa şəxslərin digərləri üçün mühüm, həssas və təsirli işlər gördüyünün şahidi olmuşuq. Məsələn, bir nəfərgörür ki, hansısa müəllim onun övladları üçün çoxlu zəhmətlər çəkmiş və onların təlim-tərbiyəsi ilə məşğul olmuş və bəzən də onun yolunu azmış və qeyri-sağlam övladlarını düz yola yönəltmişdir və ya hansısa bir həkim övladını bütün diqqət, məharət və mehribanlığını sərf edərək ölüm təhlükəsindən xilas etmişdir, yaxud hansısa bir qonşu və ya dost onun övlad və ailəsini kamil bir fədakarlıqla odların arasından çıxarmışdır. Bu zaman o müəllim, mehriban həkim və fədakar dost elə bir məhəbbət qazanır ki, onun məktubu, yaxud sifariş və şəfaəti asanlıqla qəbul edilir.
Bu şəkildə tövsiyə qəbul etmə onun təsirli zəhmətlərinin qədrini bilmək və təşəkkür üçündür.
Başqa ifadə ilə desək, bəzən bir sıra fədakarlıqlar elə formadadır ki, adi mükafatlar onların əvəzini verə bilməz, beləliklə, ona verilən mükafatdan əlavə, həmin şəxsin başqaları haqqındakı şəfaət və sifarişi də qəbul olunur. Deyə bilərik ki, ona verilən mükafatlar nəzərinizə çatdırdıqlarımızdır. Allah da həmin şəxs nə zaman günahkar və xətakarlar barəsində şəfaət etsə, onu qəbul edir. İlahi övliyalar, xüsusən də, Peyğəmbər (s) tövhidin yayılması, şirk və bütpərəstliklə mübarizə aparmaqda göstərdikləri təlaşlara görə Allahın böyük mükafatlarına layiq görülmüşlər. Həmin mükafatların bəzisi onların günahkarlar üçün bağışlanmaq diləməsi, şəfaətləri və digərləri barədə dualarının qəbul olunmasıdır.
Allahın Rəsulu (s) bəndəçilik, insan yetişdirmək, tövhid səsinin yayılması istiqamətində hədsiz zəhmətlərə qatlaşmışdır. Özü Allaha layiqli bəndə olmaqla yanaşı, minlərlə insanı da ona bəndə olmaq yoluna doğru hidayət etmişdir. Onun nəticəsində milyardlarla insan aləmdə "La ilahə illəllah" deyir. O, öz həyatını Allah bəndələrinə xidmət, küfr və şirklə mübarizəyə sərf etmiş və Allah düşmənləri ilə mübarizədə heç bir şeyi əsirgəməmişdir. Dünyəvi və maddi nemətlərdən əl çəkmiş və Qüreyş zənginlərinin tövhiddən əl çəkməklə bağlı təklifini rədd etmiş və töhmət, ittiham və döyüş çətinliklərinə qatlaşmış, amma öz dəvətindən dönməmişdir. Allah-taalanın o həzrətin çəkdiyi zəhmətlər müqabilində onun günahkar bəndələr haqqında şəfaətini, etdiyi duasını qəbul etməsi, qıtlıq və quraqlıq illərində ona xatir çətinliyi aradan qaldırması lap yerinə düşür. Amma təəssüflər olsun ki, vəhhabilər təəssübkeşlik səbəbi ilə bu həqiqətləri dərk etmirlər.

Quranda Peyğəmbərin (s) mədh olunması
Allah-taala Quranın müxtəlif yerlərində Peyğəmbəri (s) tərifləmiş və möminlərə də bunu tövsiyə etmişdir. Aydın məsələdir ki, möminlərin belə bir şəxsə təvəssül etməsi onu mədh etmək deməkdir. Allah-taala Quranda Peyğəmbərin (s) canına and içir və belə buyurur:
لَعَمْرُکَ إِنَّهُمْ لَفِى سَکْرَتِهِمْ يَعْمَهُون
"Sənin canına and olsun, onlar öz məstliklərində sərgərdandırlar (əql və şüurlarını əldən vermişlər)!"
Allah Peyğəmbərin (s) şad olmasını istəyir və buyurur:
قَدْ نَرَى تَقَلُّبَ وَجْهِکَ فِى السَّمَاءِ فَلَنُوَلِّيَنَّکَ قِبْلَةً تَرْضَاهَ
"Biz sənin asimana intizarla baxdığını görürük. İndi səni razı olacağın bir qibləyə doğru döndəririk."
Əhli-sünnənin məşhur təfsirçisi Fəxri Razinin ifadəsi ilə desək, Allah bu ayədə belə buyurmamışdır:
 قبلة أرضاها  "Məni razı salan qibləyə (səni döndərirəm)." Əksinə, buyurmuşdur ki, qibləyə döndərirəm. Sanki Allah belə demək istəyir:
يا محمّد کلّ أحد يطلب رضاى و أنا أطلب رضاک فى الدّارين
"Ey Məhəmməd (s)! Hamı mənim razılığımı istəyir, mən isə dünya və axirətdə sənin razılığını istəyirəm." Dünyada xatırlatdığımız ayə qeyd olunmuş, amma axirətlə bağlı Allah belə buyurmuşdur:
وَلَسَوْفَ يُعْطِيکَ رَبُّکَ فَتَرْضَى
"Tezliklə Allah-taala sənə o qədər bəxş edəcək ki, razı qalacaqsan (yəni, sənin şəfaətini ümmətin barədə qəbul edəcəyəm)!"
Eyni zamanda, Quranda Peyğəmbər (s) mehribanlıq və rəhmli olmaq xüsusiyyətləri ilə yad edilir və buyurulur:
بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ
"O, möminlərə nisbətdə mehriban və rəhimlidir."
Peyğəmbər (s) o qədər Allaha sevimlidir ki, daimi olaraq mələklərlə birlikdə ona salam və salavat göndərir:
إِنَّ اللهَ وَمَلاَئِکَتَهُ يُصَلُّونَ عَلَى النَّبِىِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمما ً
"Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salam və salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salam və salavat göndərin və əmrlərinə tabe olun."
Eyni zamanda, əgər Peyğəmbər (s) günahkarlar üçün bağışlanmaq diləsə, Allah onları bağışlayar:
وَلَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنفُسَهُمْ جَاءُوکَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّاباً رَّحِيما ً

Nəticədə, belə bir şəxsiyyətə təvəssül etmək və onu Allah yanında vasitə seçmək – Allah yanında sevilən və əzəmətli olmasını nəzərə aldıqda – bəyənilən və mədh edilən bir işdir, çünki bütün bunlar Allaha qayıdır və tövhidə təkiddir. O həzrətin Əhli-beytindən (ə) olan imamlar da Allaha bəndəçilik və  Peyğəmbərə (s) olan nisbətlərinə görə Allah dərgahında seviləndirlər. Duanın qəbul olunması, çətinliklərin həlli və hacətlərin həyata keçirməsində (Allahın izni ilə) onlara təvəssül etmək də çox təsirlidir.

Allah sizə yar olsun.

Sual (95) : İslamda 14 məsumun etmədiyi bir şeyi etmək bidət hesab olunur. Azan və İqamədə onlar Eliyyen Veliyullah deməyiblərsə sonralar artirildığından onda bu bidət sayılır?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə: “dində olmayan şeyi qanun kimi dinə daxil etmək” dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qayda-qanunlarının yeni nümunələrə tətbiq edilməsi bidət deyildir. 
Bidətin əsası bu nöqtəyə qayıdır ki, hər hansı bir şeyi dinin fərman verdiyi şəri bir iş ünvanı ilə qəbul edək, halbuki onun şəri olması üçün dini mənbələrdə heç bir əsas və qayda-qanun olmasın. Amma insan bir işi “dini əməl” ünvanı ilə yerinə yetirəndə onun şəri olmasına (xüsusi, külli və ümumi şəkildə) şəri bir dəlil olsa, o əməl bidət olmayacaqdır. 
Amma “Əliyyən vəliyullah” azanın bir hissəsidir ya xeyir? Demək lazimdır: Əhli- beyit rəvayətlərinə və fiqh alimlərinin fətvasına əsasən azanın on səkkiz cümləsi vardır və “Əşhdu ənnə Əliyyən vəliyullah” azandan sayılmır və onu azanın bir hissəsi kimi nəzərdə tutub demək olmaz.

Bəs “Əşhədu ənnə Əliyyən vəliyullah azan və iqamədən hesab olunmur. Amma azanda təbərrük niyyətiylə azanın bir hissəsi olmayaraq demək, bir nöqsan yaratmır. Bundan əlavə hədislərdədə bunun təsdiqi və təyidi var.
Uyğun мövzuda daha ətraflı bu linkdən oxuyun:
http://besiret.az/details/eliyyenveliyyullah
http://www.islamquest.net/az/archive/question/fa7853
Allah sizə yar olsun.

Sual (96) : SALAM.1Cİ SUALİM BUDUR Kİ BEDA HAQQİNDA QURANDA HANSİ AYELER VAR BEDA NEDİR.?2CISAUALIM BUDUR KI RECET HAQQINDA QURANDA HANSI AYELER VAR RECET NE DEMEKDIR?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Bəda

“Bəda” kəlməsi ərəb dilində “aşkar” və “zahir” olmaq, şiə alimlərinin istilahında isə bəyənilən və saleh əməllər nəticəsində bir insanın taleyinin təbii yolunun dəyişməsinə deyilir. Bəda məsələsi mütərəqqi şiə ideologiyasının yüksək təfəkküründən biridir, özü də əql və vəhy məntiqindən qaynaqlanır. Qur`an baxımından insan öz taleyi və müqəddəratı qarşısında həmişə məcbur (əli bağlı) deyildir, əksinə səadət yolu onun üçün açıqdır, o, haqq yolunda layiqli rəftarlara malik olmaqla öz həyatının axır-aqibətini dəyişdirə bilər. Buna görə də bu həqiqəti ümumi və daimi bir prinsip kimi belə bəyan edir:

اِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّي يُغَيِّرُواْ مَا بِاَنْفُسِهِمْ

“Həqiqətən Allah heç bir qövmü, onların özləri öz vəziyyətlərini dəyişməyincə, dəyişməz.”[1]

Başqa bir ayədə buyurulur:

وَلَوْ اَنَّ اَهْلَ الْقُرَي آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاء وَالآَرْض

“Əgər qəryələrin (abadlıqların) əhalisi iman gətirib pərhizkar (təqvalı) olsaydılar asimanın və yerin bərəkət qapılarını onların üzərinə açardıq.”[2]

Həzrəti Yunis (ə)-ın taleyinin dəyişdirilməsi barəsində buyurulur:

فَلَوْلَا اَنَّهُ كَانَ مِنْ الْمُسَبِّحِينَ لَلَبِثَ فِي بَطْنِهِ اِلَي يَوْمِ يُبْعَثُونَ

“Əgər o, təsbih deyənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.”[3]

Sonuncu ayədən mə`lum olur ki, hadisələrin zahiri gedişatı Yunis peyğəmbərin qiyamətə qədər o xüsusi bir “zindanda” qalmasını tələb edirdi, lakin o həzrətin layiqli əməli (yə`ni təsbih deməsi) onun həyat yolunu, müqəddəratını tamamilə dəyişdirdi və ona nicat verdi. Bu həqiqət islami rəvayətlərdə də bəyan edilmişdir. Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:

اِنَّ الرَّجُلَ ليَحْرُمُ الرِّزْقَ بِالذَّنْبِ يُصِيبُهُ وَ لَا يَرُدُّ الْقَدرَ اِلاَّ الدُّعَاءُ وَ لَا يَزِيدُ فِي الْعُمْرِ اِلاَّ البِّرُّ

“Bir insan günah səbəbi ilə ruzidən məhrum olur, dua etməkdən başqa heç bir şey onun təqdirini və taleyini dəyişdirə bilməz. Onun ömrünü yaxşılıq və ehsan etməkdən başqa bir şey də uzada bilməz.”[4]

Bu və bu kimi sair rəvayətlərdə bəyan olunur ki, insan Allahın əmr və fərmanlarına qarşı üsyankarlıq və günah edərək ruzidən məhrum olunmağa məhkum olunur. Lakin layiqli rəftar və əməllərlə, o cümlədən dua etməklə öz taleyini, müqəddəratını dəyişdirə bilər, başqalarına yaxşılıq etməklə ömrünü uzada bilər.

NƏTİCƏ

Qur`an ayələrindən və Peyğəmbər (s.ə.v.v) sünnəsindən aydın olur ki, insan çox vaxt özünün adi rəftarları çərçivəsində təbii səbəblər nəzərindən, eləcə də işlərin adi gedişatının əksül-əməli ilə xüsusi bir taleyə məhkum olunur və ya bə`zən Allah övliyalarından biri – Peyğəmbər və imam ona xəbər verib deyir ki, əgər onun bu rəftar tərzi davam edərsə filan taleyə düçar olacaqdır. Lakin gözlənilməz bir dəyişiklik nəticəsində əvvəlkindən tamamilə fərqlənən rəftara malik olar və bu yolla öz axır-aqibətini dəyişdirə bilir.

Vəhy məntiqindən, Peyğəmbər (s.ə.v.v) sünnəsindən və sağlam əqldən qaynaqlanan bu həqiqət şiə alimlərinin istilahında “bəda” adlanır. “Bəda” tə`biri şiəyə xas olan istilah deyil, əksinə sünnülərin mənbələrində və Peyğəmbər (s.ə.v.v)-in sözlərində də gözə dəyir. Məsələn, Peyğəmbər (s.ə.v.v) yuxarıda qeyd olunan hədisdə bəda kəlməsindən istifadə etmişdir:

بَدَاَ اللّه عَزَّ وَ جَلَّ اَنْ يَبْتَلِيَهُمْ

Qeyd olunmalıdır ki, bəda məsələsi Allahın müqəddəs dərgahında, Onun elmində dəyişiklik mə`nasına deyil, çünki Allah əzəldən insanların rəftarının təbii gedişatından, eləcə də bu gedişatı dəyişdirə biləcək amillərin tə`sirindən agahdır (bu amillər bədaya səbəb olur). Qur`anın özü də bəda barəsində xəbər verərək buyurur:

يَمْحُو اللّهُ مَا يَشَاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ اُمُّ الْكِتَابِ

“Allah istədiyi şeyi məhv edir, istədiyi şeyi saxlayır və Ümmül-kitab (Lövhi-məhfuz) Onun yanındadır.”[5]

Deməli bəda baş verən zaman Mütəal-Allah sadəcə olaraq Öz yanında əvvəlcədən mə`lum olan bir həqiqəti bizə aşkar edir. Buna görə də imam Sadiq (ə) buyurur:

مَا بَدا اللّهُ فِي شَيْءٍ اِلاَّ كَانَ فِي عِلْمِهِ قَبْلَ اَنْ يَبْدُوَ لَهُ

“Allah üçün bəda baş verən elə bir şey yoxdur ki, (Allah) əzəldən ona agah olmamış olsun.”[6]

BƏDANIN FƏLSƏFƏSİ

Şəksiz, insan öz həyatını və müqəddəratını dəyişdirməyə qadir olduğunu bilsə gələcəyini daha yaxşı şəkildə qurmaq qərarına gələr, daha artıq ruh yüksəkliyi və daha artıq ciddiyyətlə öz həyatını islah etmək fikrinə düşər. Başqa sözlə desək, tövbə və şəfaət insanı ümidsizlikdən, həyata bədbinlikdən və soyuq yanaşmadan nicat verdiyi kimi, bəda da həqiqətdə onun şad və yüksək ruhiyyəyə malik olmasına səbəb olur, onu aydın gələcəyə ümidvar və nikbin edir. Çünki bu görüş əsasında insan bilir ki, böyük Allahın hökmü ilə öz həyat yolunu və müqəddəratını dəyişdirə bilər, daha yaxşı gələcəyə, xeyir aqibətə doğru qədəm götürə bilər.



[1] “Rə`d” surəsi, ayə:11

[2] “Ə`raf” surəsi, ayə:96

[3] “Saffat” surəsi, ayə:143-144

[4] “Müsnədi Əhməd”, 5-ci cild, səh.277æ “Müstədrək” (Hakim), 1-ci cild, səh.493æ bunun oxşarı “Əttacul-camiu lil-üsul” kitabının 5-ci cildinin 111-ci səhifəsində gəlmişdir.

[5] “Rə`d” surəsi, ayə:39

[6] “Üsuli-Kafi”, 1-ci cild, kitabi-tovhid, babul-bəda, hədis:9


2. Rəcət

“Rəcət” lüğətdə “qayıtmaq”, istilahda isə “insanların öldükdən sonra elə bu dünyada və qiyamətdən öncə qayıtması” mə`nasınadır. Bu, imam Zaman (ə)-ın dünya səviyyəli hərəkatı zamanı baş verəcəkdir. Bu müddəanın nə əql ilə ziddiyyəti vardır, nə də vəhy məntiqi ilə.

İslam dini, eləcə də digər ilahi dinlər nəzərindən insanın cövhərini və əsasını mücərrəd ruh təşkil edir ki, ona nəfs də deyilir. Bədən çürüdükdən, fani olub aradan getdikdən sonra ruh qalır və öz əbədi həyatını davam etdirir. Digər tərəfdən, böyük Allah qadiri-mütləqdir və heç bir maneə Onun qüdrətini məhdudlaşdıra bilməz.

Bu iki müqəddimə ilə aydın olur ki, rəc`ət məsələsi əql baxımından tamamilə mümkün olan bir işdir. Çünki azacıq təfəkkür etməklə mə`lum olur ki, insanlardan bir qrupunun həyata qaytarılması onların ilkin yaradılışından qat-qat asandır. Deməli insanları ilk dəfə yaradan Allah, şübhəsiz onları yenidən qaytarmağa da qadirdir.

Vəhy məntiqi əsasında rəc`ətin nümunələri keçmiş ümmət-lərdə mövcud olmuşdur. Qur`ani-Məcid bu barədə buyurur:

وَاِذْ قُلْتُمْ يَا مُوسَي لَن نُّؤْمِنَ لَكَ حَتَّي نَرَي اللَّهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنتُمْ تَنظُرُونَ ثُمَّ  بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

“Yada salın o zamanı ki, siz (yəhudilər) dediniz: Ey Musa, biz böyük Allahı aşkar şəkildə görməyincə sənə iman gətirməyəcəyik. Bu zaman saiqə sizi tutdu, halbuki siz baxırdınız. Sonra sizi, öldüyünüzdən sonra diriltdik, bəlkə şükr edəsiniz.”[1]

Digər bir ayədə həzrət İsa (ə)-ın dilindən buyurulur:

وَ اُحْيِ الْمَوْتَي بِاِذْنِ اللّهِ

“Ölüləri Allahın izni ilə dirildirəm.”[2]

Qur`ani-Kərim təkcə rəc`ətin mümkünlüyünü təsdiq etmir, əksinə bə`zi insanların bu dünyada öldükdən sonra və qiyamətdən öncə yenidən həyata qayıtmalarını da təsdiq edir. Qur`an aşağıda qeyd olunacaq iki ayədə insanlardan bir qrupunun öldükdən sonra və qiyamətdən öncə bu dünyaya qayıtmasına işarə edir:

وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ اَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْاَرْضِ تُكَلِّمُهُمْ اَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون

“Elə ki, Bizim sözümüz onlara vaqe oldu, onların arasından bir varlığı yerdən çıxardarıq ki, camaatla Bizim sözümüzə inanmadıqları barəsində danışsın. O gün ki, hər ümmətin arasından Bizim ayələrimizi təkzib edənlərin bir qrupunu dirildərik və onlar tutularlar.”[3]

Rəc`ət məsələsini bu iki şərif ayə əsasında isbat etmək üçün yaxşı olar ki, aşağıda qeyd olan məsələyə də diqqət yetirək:

1-İslam müfəssirlərinin inancına görə bu iki ayə qiyamətlə əlaqədar məsələni bəyan edir. Birinci ayədə qiyamətdən öncə baş verən hadisələrə işarə edilir. Belə ki, Cəlaləddin Süyuti özünün “Əddurrul-Mənsur” adlı təfsirində ibni Əbi Şeybədən, o da Hüzeyfədən nəql edir ki, (ayədəki) “xürucul-dabbə” qiyamətdən öncə baş verən hadisələrdir.[4]

2-Şübhəsiz, qiyamət günündə müəyyən bir ümmətin arasından bir qrup deyil, bütün insanlar dirildiləcəkdir. Qur`an qiyamətdə bütün insanların dirildilib məhşər səhnəsinə gətiriləcəyi barəsində belə buyurur:

ذلِكَ يَوْمٌ مَحْمُوعٌ لَهُ النَّاسُ

“O (Qiyamət) elə bir gündür ki, bütün insanlar bir yerə toplanar.”[5]

Başqa bir ayədə buyurulur:

وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَي الْاَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا

“O gün (Qiyamət günü) ki, dağları hərəkətə gətirərik, yeri aşkar şəkildə görərsən və onların hamısını bir yerə toplayarıq, heç kəs qalmaz.”[6]

Deməli, qiyamət günündə bütün insanlar dirildiləcəkdir və bu, hər hansı qrupa məxsus deyildir.

3-Qeyd olunan ikinci ayə isə bütün insanların deyil, müəyyən ümmətlərin arasından xüsusi bir qrupun dirildiləcəyini aşkar şəkildə bəyan edir. Çünki həmin ayədə buyurulur:

وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون

“Və o gün hər ümmətin arasından Bizim ayələrimizi təkzib edən bir qrupu dirildərik.”

Bu cümlə həmin gündə bütün insanların dirildiləcəyinə aşkar dəlildir.

Nəticə

Bu üç müqəddimədən aydın olur ki, ilahi ayələri təkzib edən insanlardan xüsusi bir dəstənin dirildilməsi ilə (bu, ikinci ayədən mə`lum olur) qiyamətdən öncə baş verən bir hadisəyə işarə olunur. Çünki qiyamət günündə insanların dirildilməsi bütün bəşər övladına şamildir və heç də xüsusi bir qrupla məhdudlanmır. Deməli buradan bir qrup insanın qiyamət baş verməmişdən öncə (və öləndən sonra) dirildilməsi isbat olunur ki, bu da rəc`ət adlanır. Qur`anın bərabərləri və vəhy müfəssirləri olan Peyğəmbər (s.ə.v.v) Əhli-beyti bu barədə əlavə izahlar da vermişlər. Biz ixtisara riayət edərək onların birini qeyd edirik. İmam Sadiq (ə) buyurur:

ايَّامُ اللّهِ ثَلَاثَةٌ يَوْمُ الْقَائِم وَ يَوْمُ الْكَرَّةِ وَ يَوْمُ الْقِيَامَةِ

“Allah günləri üçdür: Həzrəti Məhdinin qiyam etdiyi gün, rəc`ət günü və qiyamət günü.”

Digər yerdə buyurur:

لَيْسَ مِنَّا مَنْ لَمْ يُؤْمِنْ بِكَرَّتِنَا

“Bizim dünyaya yenidən (həyata) qayıdışımızı qəbul etməyən şəxs bizdən deyildir.”

Rəcətin fəlsəfəsi

Rəc`ətdən məqsədin nə olmasında düşünməklə bu hadisənin yüksək hədəflərindən ikisi ilə qarşılaşırıq: biri islamın həqiqi əzəmət və cəlalını göstərib kafirlərin zəlilliyini və həqirliyini aşkar etmək, digəri isə imanlı və əməlisaleh insanları mükafatlandırıb kafir və zalımlara cəza verməkdir.



[1]“Bəqərə” surəsi, ayə:55-56

[2] “Ali-İmran” surəsi, ayə:49

[3] “Nəml” surəsi, ayə:82-83

[4] “Əddurul-Mənsur”, 5-ci cild, səh.77æ “Nəml” surəsinin 82-ci ayəsinin təfsirində

[5] “Hud” surəsi, ayə:103, “Əddurul-Mənsur”, 3-cü cild, səh.349. Bu gün qiyamət günü kimi təfsir edilmişdir.

[6] “Kəhf” surəsi, ayə:47

Allah sizə yar olsun.

Sual (97) : Salam deyerli muselmanlar. Son zamanlar shielikde imamet behsinde bezi sohbetlere rast gelirik ki, bu nezerler bizlerde shubheye yol acir. Sen deme eger bir shiye 14 mesumun Allahin butun elmlerine sahib olmasina, yer му goylerde zerreden tutmush guneshlere kimi, hesheratdan tutmush heyvanata kimi, okeanlardan tutmush caylara kimi, dushen yarpaqdan, acan сшсулвутбрук bir yagishin, qarin sayini, kuleyin hansi terefe esmeyini, yerin dibindeki, qumun sayini, uzaq qalaktikalardaki, kahkeshanlardaki, bir sozle varliq alemindeki butun canliu cansiz ne varsa hamisi onlarin baxishlari altinda hereketdedirler ve bu eqideye inanmayanlar imamete iman getirmeyibler. bu barede ne deye bilersiz.?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Biz, məsum İmamlar barəsində ğülat və hülulilərin əqidələrini əsassız və batil hesab edirik. Onlar iddialarında həddi-hüdudu aşmışlar. Ağızlarından çıxan söz çox böyükdür!

Bizim əqidəmiz budur ki, bütün İmamlar bizim kimi insan növüdür, bizə vacib olan vəzifə və məsuliyyətlər istisnasız olaraq onlara da vacib, bizə qadağan olunanlar onlar üçün də qarağandır. Fərqimiz yalnız bundadır ki, onlar Allah yanında əziz bəndələrdir ki, Allah Öz kəramətini onlara məxsus etmiş, onlara dəyərli vilayət məqamı, fövqəl-adə şəxsiyyət bəxş etmişdir. Çünki onlar elm, bilik, təqva, şücaət, alicənablıq, iffət və s. kimi insani kamal mərhələlərinin ən yüksək zirvəsində olub, bütün layiqli və fəzilətli əxlaqi səciyyələrə malikdirlər. Belə ki, bu məxsus gözəl sifətlərdə heç kəs onlara çata bilməz, onlarla müqayisə edilə bilməz.

Məhz bu səbəbə görə Peyğəmbərdən sonra insanların işlərində, şəriət hökmlərində, qarşıya çıxan məsələlərdə, habelə dinin bəyanı və şəriət qanunları, Quranın təfsir və təvili ilə əlaqədar olan bütün məsələlərdə onların İmamı, hidayətçisi rəhbəri, müraciət yerləri olmağa layiq olmuşlar.

İmam Sadiq (əleyhis-salam) buyurur:

Bizim adımızdan nəql olunan və əql və təbii qanunlar baxımından mümkün olan bir şeyi dərk etməsəniz, inkar etməyin, bizdən nəql olunmuşdur, deyə qəbul edin, başqalarına da çatdırın. Amma hər gah əql baxımından təbii qanunların xilafına olarsa, onu inkar edin, bizdən nəql olunan hədis kimi qəbul etməyin və onu söyləməyin.

Allah sizə yar olsun.

Sual (98) : teqiyye ile cihadi nece ayirmaq olar? yeni insanin ola biler cani tehlukede olsun ama sucaet gosterse sehid olacaq bu zaman insan hansini secmelidir.?yeni teqiyyeni yeri ne vaxtdir cihadin yeri ne vaxtdir?5.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. 
Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qurani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.
Həmçinin insanın namusu xətərə düşərsə namusunu qorumaq və müdafiə etmək vacibdir və təqiyyə etməyə yer qalmır və bu yolda ölsə şəhid məqamındadır.

Allah sizə yar olsun.

Sual (99) : Salam Alaykum ve Rehmetullah!!! sizden cox xayis edirem menim bu sualima genis bir cavab verin,cunki bilmirem ve orgenmek isteyirem!!! ve Qurana esaslanmaginizi xayis edirem!!!...ilk wiye kimdir?? mene deyiblerki Allahdir,ne bilim eqiq das deyende olub,ve yaxud Hz Adem ve Hz Ibrahim...sizden cavab gozleyirem ilk Wiye kimdir
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə sözünün bir lüğəti mənası var birdə terminoloji. “Şiəlik, müşayiət, yəni itaət etmək, kömək göstərmək, kiminsə rəhbərliyini qəbul etmək mənalarını lüğətdə ifadə edir” Quranda bir neçə yerdə lüğəti mənada işlədilib və Quranda Hz. İbrahim (ə) Hz. Nuhun (ə) şiəsi kimi qeyd olunub. Saffat surəsi ayə 83.

Termin kimi “Şiəlik, Peyğəmbər (s) tərəfindən Əlinin (s) və övladlarının imamlığını və xəlifəliyini qəbul etmək, ona inanmaq deməkdir”.

İmamiyyə şiələrinə görə, şiəliyin ilkin toxumları Peyğəmbər (s) zamanında meydana gəlmişdir elə buna görə də həmin dövrdəki Salman, Əbuzər Qifari, Miqdad ibn Əsvəd və s. bir çox böyük səhabələr şiə kimi tanınmışlar.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbəyə мüraciət edin:

Kitabın adı: İslamda şiəlik
Əllamə Təbatəbayi
http://kitab.nur-az.com/az/lib/view/214

Allah sizə yar olsun.
Sual (100) : salam. daim Allahin nezerinde olasiz. sualim beledir: insanlar arasinda cox iwlenen sozlerden olan "YA ELI", "YA HUSEYN" ve s. kimi sozler demeyin, Allahdan qeyrisine xitab etmeyin ve ya mesumlarin adini zikr etmeyin hokmu nedir? eger icazelidirse bunun delili nedir? hansi revayete istinad edilir?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Ya Əli (ə)“, “Ya Hüseyn (ə)“ dedikdə biz Peyğəmbərin (s) haqq canişinlərinə təvəssül edirik. Təvəssül isə möhkəm dəlillər əsasında sübuta yetirilmiş bir əqidədir. Bu əqidə yalnız müəyyən məzhəbə aid deyil, əksinə bütün müsəlmanlar bunu qəbul edirlər. Namazda bütün müsəlmanlar Peyğəmbərə xitab edərək bu cümləni deyirlər: “Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.” Ələvaə məlumat üçün linkini təqdim etdiyimiz məqaləyə müraciət edin:

http://islamquest.net/az/archive/question/fa1589

http://islamquest.net/az/archive/question/fa10041

Allah sizə yar olsun.


Go to TOP