Sual (81) :
Salamun əleykum.İmam Hüseyn əleyhissalamın kəsik başının Şam məscidində nizədə oxuduğu ayə hansı ayədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Kəhf” surəsinin 9-cu ayəsidir.
Allah sizə yar olsun.
Sual (82) :
SAlam-aleykum. Aga, nemrud hazirlayan tonqala od vuran adam haqqinda ne melumat var? ve umumiyyetle bu tonqalla baqli hansi revayetler movcuddur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Babillilərin, həmçinin onlardan da qabaq sumərlilərin neft, qır və kibrit haqqında məlumatları vardı. Buna görə də babillilər öz torpaqlarında ən böyük alov şöləsini yaratmaq fikrində idilər. Bunların hamısı İbrahimin (ə) cəzasına görə idi. O, onların yalançı allahlarını dağıtmışdı. Onlar bir aydan çox şəhərin çölündə odun topladılar. Bir aydan artıq odunlara qır artırdılar və onlara neft tökdülər.
Odun bağlamalarını şəhərin çölünə daşıyan Babil camaatının get-gəl mənzərəsi çox adi idi.
Allahların qarşısında təzim göstərib, bütlərə səcdə edən bütpərəstlər hamısı odun toplantısında iştirak edirdilər. Onlar bunun vasitəsi ilə allahlarının onlara xeyir və bərəkət əta etmələrini istəyirdilər.
Hökmü icra etmək günü çatdı. Nəmrudun məmurları İbrahimin (ə) qollarını bağlayıb, şəhərdən çıxardılar. Babil əhalisi cavan İbrahimin (ə) barəsində olan hökmün icrasına tamaşa etmək üçün şəhərdən çıxdılar. Keşişlər gəlib, alovu yandırdılar. Alov tezliklə odunlarda şölələndi. Çünki, neft və qır tökməklə odunlar islanmışdılar. Alov odun dağında zəbanə çəkdi. Alov şölələrinin hündürlüyü onlarla metr yuxarı çatırdı. Babil əhalisi qaçıb, geri çəkildilər. Onlar alovun onları yandırmasından qorxurdular.
İbrahim (ə) sakitcə alova tamaşa edirdi. Onun Allaha imanı var idi və Allahdan başqa heç kəsdən qorxmurdu. İbrahimin (ə) əllərini bağlamışdılar. Keşişlər belə güman edirdilər ki, İbrahim (ə) o böyük alovu gördükdə üzr istəyəcək, allahlara səcdə edib, keşişlərdən əfv olunmasını istəyəcəkdir. Amma, cavan İbrahim (ə) arxayın və rahat idi. O sükutla öz taleyini gözləyirdi. Bu zaman onlar üçün böyük bir çətinlik qarşıya çıxdı. Bu çətinlik İbrahimi (ə) necə alova atmaq məsələsi idi. Çünki, heç kəs o böyük alova yaxınlaşa bilmirdi. Onun istiliyi on metrlərlə uzaqdan insanları yandırırdı.
Keşişlər toplaşıb, problemi həll etmək üçün çarə fikirləşirdilər. Onların birinin ürəyinə şeytani bir fikir gəldi. O dedi:
-Onu mancanağa qoyarıq.
Keşiş yer üzərində mancanaq planını çəkdi. Bu, şeytani bir fikir idi. Mancanaq İbrahimi (ə) uzaqdan alovun içinə atacaqdı.
Fəhlələr bu yeni kəşfi düzəltməyə başladılar. Mancanaq hazırlandı. Onlar İbrahimi (ə) gətirib, mancanağa qoydular. İbrahim (ə) tamamilə arxayın və soyuqqanlı idi.
İnsanlar cavan İbrahimə baxıb, onun dözümünə və mübarizliyinə heyrət edirdilər. Həmin həssas anlarda bir mələk İbrahimin (ə) yanına enib, ona dedi:
-Bir şeyə ehtiyacın varmı?
İbrahim (ə) böyük Allahdan savayı heç bir şey barədə fikirləşmirdi və heç kəsdən bir şey istəmirdi. Onun istəyi yalnız böyük Allahdan idi. Ona görə də mələyə dedi:
-Mənim Allahdan başqa heçə kəsə ehtiyacım yoxdur. Heç kimdən bir şey istəmirəm.
Allah-təala İbrahimi (ə) imtahan etdi. Onun imanını və ixlasını yoxladı. İbrahim (ə) mömin və ixlaslı bir insan idi.
Məmurlar mancanağın ipini çəkdilər. İbrahim (ə) bir anda göyə tullandı və çox əzəmətli bir alovun içinə düşdü.
Allah-təala alovun da yaradanıdır. Allah alovu yaratmışdır. Alova yandırmaq qüvvəsini verən Allahdır. Elə həmin Allah da ondan yandırmaq qüvvəsini almağa qadirdir.
Allah-təala alova vəhy etdi:
-Ey alov! İbrahim (ə) üçün sərin və gülüstan ol!
Alov hələ də şölələnirdi. Amma, özünün yandırmaq qüdrətini əldən vermişdi.
Alov İbrahimə heç bir zərər yetirmədi. Yalnız əl-qolunu bağladıqları ipləri yandırdı.
Alovun İbrahimin (ə) düşdüyü hissəsi gözəl və güllü bir bağa çevrilmişdi. Amma, hər tərəfdən alov onu əhatə etmişdi. Alov şölələnir və göyə zəbanə çəkirdi. Amma, İbrahim (ə) üçün soyuq və gülüstan olmuşdu.
Allah-təala İbrahimi (ə) yoxladı. İbrahimin (ə) iman dərəcəsini bilirdi. Ona görə də onu daha da əzizlədi, xilas etdi və düşmənlərinə qalib etdi.
Nəmrud alovun sakitləşməsini gözləyirdi. O, İbrahimin (ə) taleyini görmək və ona qələbə çaldığı üçün bayram etmək istəyirdi. Alov çox böyük və ağır idi. Bir neçə gün eləcə yanıb, şölələndi. Amma, get-gedə zəifləyib, söndü. Nəmrud İbrahimin (ə) başına gələnləri görmək üçün alova sarı getdi. O fikirləşirdi ki, görəsən İbrahim (ə) külə çevrilmişdirmi? Amma, o və bütün Babil əhalisi təəcübləndilər. Hamı anladı ki, İbrahimin (ə) Allahı qüdrətli və böyükdür. Ona görə də İbrahimdən əl çəkib, onun azad yaşayışına mane olmadılar.
Allah sizə yar olsun.
Sual (83) :
Salamun əleykum.Min il qabaq şəhid olan imam Hüseynə (ə) niyə bu qədər əzadarlıq etmək lazımdır? (Xahiş edirik əqli dəlillərlə ya mötəbər rəvayətlərlə, ya da Quran ayələri ilə izah verin).
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər bir millətin keçmiş hadisələrində dəyərli ibrət və təcrübələr var ki, çoxlu zəhmətlə ələ gəlibdir və o millətin gələcəyi və taleyində çox böyük bir təsiri ola bilər. Bu dəyərli təcrübədən istifadə etmək üçün, bu hadisələrə həmişə yenidən baxılmalı və qorunmalıdır. Bu misilsiz hadisələrdən biri, Kərbəla hadisəsidir. Məsum imamlar (ə) qanlı Kərbəla hadisələrini və imam Hüseynin (ə) şəhadətini yad etməyə çoxlu təkid ediblər ki, insan nəslinin bu böyük hadisəni ibrət və dərslərindən daha çox faydalanması üçündür.
Digər bir tərəfdən, bütün insanlar, onların yaşayışının yaxşılaşması və oyanmaları üçün çalışan insanlar qarşısında təşəkkür etmək vəzifələri varlarıdır. Hüseyn ibn Əli (ə)- in əzadarlıq məclisləri, o həzrətin və köməkçilərinin insanların bəsirət və oyanmaları yolunda çəkdikləri əziyyətlərə bir növ təşəkkür sayılır.
Bundan əlavə, hər il dünyanın hər yerində imam Hüseynin əzadarlığı üçün keçirilən məclislər, o həzrətin ardıcılları arasında vəhdətin yaranması, camaatın imamlar (ə)- ın yolu ilə tanış olması, ilahi höccətlərlə qəlbi bağlılığın yaranması, hər bir cəmiyyətdə olan zülm və pislikləri islah etmək və ...kimi nəticə və təsirləri var ki, belə bir mərasimin tətil olması, belə bir yaxşılıqlardan məhkum olmağa səbəbdir.
Allah sizə yar olsun.
Sual (84) :
Salamun əleykum.Nə üçün indiyə kimi İmam Hüseynə (ə) əzadarlıq edilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər bir millətin keçmiş hadisələri o millətin və digər millətlərin taleyində böyük təsirə malik ola bilər. Əgər o hadisə faydalı bir hadisə olub və öz yerində təsirləri olubsa, onu yaşatmaq və araşdırmağın çoxlu təsirləri və nəticələri ola bilər. Onu unutmaq isə insan cəmiyyəti üçün dözülməz ziyanlara səbəb ola bilər. Çünki millətlərin tarixində yaranan mühüm hadisələr, xalqlar üçün böyük itkilərlə yaranışdır. Bu itkilər madi və mənəvi itkilər ola bilər. Məsələn böyük ºəxsiyyətləri itirmək, bir millətin əzab və çətinlik çəkmələri və ...
Buna əsasən, insanların ibrət almaları olduğu bu böyük hadisələr və təcrübələr, hər bir xalqın hətta bütün insanların böyük təcrübələrindəndir. Belə hadisə və təcrübələrin qorunub, yaşanması və istifadə olunmasına ağıl hökm edir.
Şübhəsiz, müxtəlif cəhətləri olan aşurada baş verən böyük hadisə, insanlar üçün baş vermiş itkili hadisələrdən biridir. Çünki məsum imam (ə)- ın (kamil insan) və o həzrətin vəfalı dostlarının şəhid olması və o həzrətin ailə və uşaqlarının əziyyət və çətinlikləri və... kimi bahasına başa gəlmişdir.
Digər bir tərəfdən, qurup və tayfa mənfəətləri üçün) olmayıbdır. Əksinə Kərbəla hadisəsi, Hüseyn ibn Əli (ə)- in və vəfalı dostlarının şəhid olmaları bir məktəbdir. Hansı ki, tövhid, imamət, yaxşılığa əmr və pislikdən çəkindirmə, həqiqət tələbəlik, zülümlə mübarizə, nəfsin kəraməti, izzət və... kimi ibrət və hədəfləri var.
Əgər bu insan tərbiyə edən məktəb, nəsildən nəslə insanlar arasında yayılsa, insanlar onun üçün ödədikləri bahanın qarşısında ondan faydalanıb, ən çox mənfəəti əldə edə bilər. Amma əgər Allah eləməmiş, bu hadisə unudulub, ya təhrif olsa, insan cəmiyyətinə xüsusilə dindarların cəmiyyətinə çoxlu zərər dəyəsək. Əgər məsum imamlar (ə)- ın o həzrətin əzadarlıq məclislərini keçirməyə təkid olunduğunu görürüksə, bu ona görədir ki, o həzrətin insan tərbiyə edən məktəbi həmişə yaşasın və qanın qılınca və həqiqət tələbliyin haqla mübarizəyə qalib gəlmə təcrübəsi həmişə yanan alov kimi, insanların yolunu işıqlandırsın.
Məsumlar (ə)- ın bu təkid etmələri imam Hüseyn (ə)- ın əzadarlıq məclislərinin o həzrətin şəhid olduğu zamandan indiyə kimi, bir yaşayan, fəal və inqilabi hərəkət formasında olmasına və minlərlə şair, yazıçı və xətibin bu barədə söz demələrinə səbəb olubdur. Baxmayaraq ki, düşmənlər bu böyük hadisəni təhrif etmək üçün geniş fəaliyyətlər ediblər. amma elə əzadarlıq məclisləri, islamın həmişəlik yaşamasına və Hüseyn ibn Əli (ə)- ın dünyanın hər yerində şüarlarından biri olaraq zülmlə mübarizə şüarı yayılır.
Dediyimiz kimi, aşura hadisələrini qorumaq və yaşatmaq elə bir məsələdir ki, ağıl açıqca ona dəlalət edir və məsumlar (ə)- ın belə bir mərasim və məclisləri yaşatmaq üslubu olubdur. İmam Rza (ə) buyurur: "Atamın (imam Musa bin Cəfər (ə) ) həmişəlik üslubu bu idi ki, Məhərrəm yetişən zaman onun ağlamaq və müsibət günü idi. Aşura on günlüyü keçməyincə üzü gülməzdi. Aşura günü onun ağlamaq və müsibət günü idi."
Əlqəmə bin Məhəmməd Həzrəmi deyir: "İmam Baqir (ə) Hüseyn (ə) üçün ağlayır və nalə edirdi. Evində olan bütün şəxslərə ağlamaq əmri verirdi. O həzrətin evində əzadarlıq məclisi təşkil olurdu. Və o müsibəti bir- birlərinə təsliyət deyirdilər."
Bilməlisiniz ki, həzrət Hüseyn (ə) bin Əli Allah yanında olan dərəcə ilə, belə bir əzadarlıq mərasimlərinə ehtiyacı yoxudur. İmamlar (ə)- ın belə bir məclisləri təşkil etməyə təkid etmələri, bu məclislərin təsir və nəticəsinə görədir. Onların bəzisi bunlardan ibarətdir:
1. İmam Hüseyn (ə)- ın ardıcılları arasında vəhdət yaratmaq: Həcc mərasimi, islam firqə və məzhəblər arasında vəhdət yaratdığı kimi, bu məclislər o həzrətə məhəbbəti olan və şiələr arasaında vəhdət və birliyi möhkəmlədir.
2. Camaatın imamların yolu ilə tanış olması: Çünki bu məclislər o həzrətin üslub və hədəflərini açıqlamaq üçün ən yaxşı fürsətdir. Belə məclislərdə iştirak edən insanlar, belə məsələləri qəbul etməyə daha hazırdırlar.
3. İlahi höccətlərlə qəlbi bağlılıq yaratmaq və o həzrətlərin xüsusi köməklərindən faydalanmaq: Çünki imamlar (ə) belə məclisləri təşkil etməyə çox təkid ediblər. belə məclisləri təşkil etmək, əslində imamların əmrinə itaət etməkdir. Məlumdur ki, bu əmrə tabeçilik, o həzrətlər tərəfindən cavabsız qalmayaq.
4. Aşura hadisəsini açıqlayanda, islam düşmənlərinin zülmləri açıqlanan və islam xilafətinə iddialıların həqiqi üzü ortaya çıxan zaman, eşidənlərin zehnləri öz cəmiyyətlərindəki mövcud təhriflərə yönəlir və hər zamanın Yezidindən uzaqlaşmaq və zəmanəsinin Hüseyninə itaət etməklə, öz cəmiyyətlərini düzəltmək istəyirlər. Zülm və düz yoldan çıxmaların xüsusiu bir zamana aid olmadığını və hər zaman cəmiyyətin belə bir hadisələrə düçar olmasını anlayırlar. Başqa sözlə, bu məclislər insanların öz zamanları barəsində məlumatlı olmalarına səbəb olur. İnsan öz vəzifələrini bu məclislərdə tanıyırlar.
Bunlar imam Hüseyn(ə)- ın əzadarlıq məclislərinin bəzi nəticələri və təsirləridir ki, belə bir məclislər tətil olunan zaman, cəmiyyət ondan məhrum olacaq. Diqqət olunası məsələ budur ki, böyük aşura hadisəsi ən yaxşı formada keçirilməlidir. Elmi seminar keçirtməklə ya film çəkmək və kitab və roman yazmaqla, o hadisənin xatirəsini yaşatmaq mümkündür. Amma bunların heç biri ən yaxşı üslub deyil. Çünki insan mərifət, cəmiyyət, təbiət, hiss və ...müxxtəlif cəhətlərin toplusudur. Əgər biz Kərbəla hadisəsi kimi dəyərli və mühüm bir hadisəni yaxşı bir formada yaşatmaq və insanları onun nemətlərindən faydalandırmaq istəyiriksə, onun mərasim və əzadarlığı elə formada olmalıdır ki, insanın bütün bu vücudunun cəhətləri onu yaşatmaqda, rolu olmalıdır. Bnuna əsasən, imam Hüseyn (ə)- ın əzadarlıq məclisləri adət formasında imamlar (ə)- ın zamanından indiyəcən həmişə qəm, göz yaşı və müsibətləri açıqlamaqla birgə olubdur. Belə ki, insanların hissiyyatını təkrik etmək, bu məclisləri yaşatmaq üçün ən yaxşı formadır. Çünki bu formada bu hadisənin xırdalıqlarını tanımaqdan əlavə, qəlbin dərinliyi ilə əlaqəlidir. Ona görə də hamı belə məclisləri təşkil edən özlərini borclu sayır və mövcud imkanlarla (pul, elm, qələm, danışıq və...) bu məclisləri təşkil etməyə çalışrlar.
Əlbəttə bu barədə həmişə təhriflərə diqqət etmək lazımdır ki, imamlar həmişə bizə xəbərdarlıq ediblər.
Bundan əlavə, Hüseyn bin Əli (ə) insanlıq və bəşər dəyərlərinin yolunun şəhidi olduğuna görə, bütün nəsillər insan fitrəti və haqq tanımaqlıq hökmünə əsasən o həzrətin və dostlarının fədakarlığına təşəkkür etməyi özünə lazım bilir. (belə bir məclislər keçirtməklə).
Deyilənlərə əsasən insanlar insani dəyərləri qorumaq və onlara doğru hərəkət etmək üçün, o həzrətin xatirəsini həmişə yaşatmağa ehtiyaclıdırlar. Əgər bir gün Hüseyn bin Əli (ə)- ın adı və o həzrətin fədakarlıq və hədəflərinin xatirəsi unudulsa, bəşər cəmiyyəti zərər görəcəkdir.
Bu məsələni Quran da təsdiqləyir. Qurani- məcid İbrahim surəsində həzrət Musa (ə)- ya əyyamullahı camaata xatırlatmağı əmr edir:
«... و ذکّرهم بایام الله انّ فی ذلک لایات لکل صبّار شکور»
http://kiril.islamquest.com/Printable/13103.ASPX - _edn5
Yəni: Allahın günlərini camaata xatırla, çünki bu günlərdə səbrli və şükr edən insanlar üçün əlamətlər var."
Ustad Əllamə Təbatəbai bu ayənin təfsiri barəsində deyir: "Şübhəsiz, Əyyamullahdan məqsəd, o zamanlardır ki, Allahın əmri, onun yeganəliyi və onun səltənəti aşkar olub və ya aşkar olur... Həmçinin Allahın rəhmətinin zühur etdiyi günlər. Əlbəttə o günlər ki, ilahi nemətlər elə aşkar olublar ki, digər günlərdə o cür aşkar olmayıblar. Həzrət Nuh (ə)- ın gəmidən çıxdığı gün və həzrət İbrahim (ə)- ın oddan nicat tapdığı gün və ...kimi."
Buna əsasən, aşura hadisəsi və Hüseyn bin Əli (ə) və dostlarının hüznü ilə islamın yaşaması Əyyamullahın mənalarından biridir ki, bizim hamımız onu xatırlamaq, nizamlamaq və əzizləməyə əmr olunmuşuq.
Allah sizə yar olsun.
Sual (85) :
Salamun əleykum.İslam dini hökumətə qarşı çıxmağa icazə vermirsə, nə üçün imam Hüseyn (ə) mövcud rejimə qarşı qiyam qaldırdı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Heç şübhəsiz ki, İmamın qiyamı mövcud hakimiyyətə qarşı idi. Bəzi məzhəblərdə belə bir qiyama qeyd-şərtsiz icazə verilmirsə də, şiəlikdə belə deyil.
Bu məsələnin siyasi fəlsəfəsi vardır. Əvvəlcə bilməliyik ki, insan nə üçün dövlətə itaət etməlidir. Şiəliyə görə hökumət qanuni və ya qeyri-qanuni ola bilər. Həzrət Mehdinin (ə) qeybəti dövründə yalnız ədalətli fəqihin hökuməti qanuni sayılır. Adi halda qeyri-qanuni hökumətlə həmkarlığı haram sayan fəqihlər ölkəyə düşmən hücum etdiyi vaxt bu hücumun qarşısını almaq üçün uyğun həmkarlığa icazə verirlər. Məsələn, Həzrət Əli (ə) İslam dininin hifzi üçün xəlifələrə beyət etdi.
Amma imam Hüseyn (ə) dövrü həzrət Əlinin (ə) dövründən fərqlənirdi. Əgər İmam Yezidlə beyət edərdisə, onun cəmiyyətdə günahkarlığa rəvac verməsi ilə razılaşmış olardı. Demək, qarşısına dini məhv etmək vəzifəsini qoymuş hakimiyyətlə həmkarlıq caiz deyil, əksinə, ona qarşı mərhələli şəkildə mübarizə aparılmalıdır
Allah sizə yar olsun.
Sual (86) :
Salamun əleykum.İmam Hüseynə (ə) əza saxlamağın hədsiz savaba malik olması barədə rəvayət varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəhidlər ağası həzrət Hüseyn (ə) üçün əza saxlamaq Allaha yaxınlaşmaq üçün ən təsirli vasitələrdəndir. Mötəbər mənbələrdə bu mövzuda kifayət qədər hədis vardır. Amma bu məsələyə münasibətdə bəzi nöqtələrə nəzər salmalıyıq:
1. Bu mövzuda olan rəvayətlər səhih və qeyri-səhih olmaqla iki hissəyə bölünür.
2. Bəzi rəvayətlərdə müəyyən əməllərin xüsusi təsirə malik olduğu bildirilir. Amma həmin əməl zikr olunan təsir üçün tam səbəb sayılmamalıdır. Tam səbəb bütün maneləri aradan qaldıran səbəblər məcmusudur. Mane olmadıqda bir əməl də təsir edə bilər. Amma maneələr əməlin təsir etməsi üçün ortaya şərtlər qoyur. Məsələn, deyilir ki, ağacın alışma səbəbi oddur. Amma od ağacı yandırmaya da bilər. Məsələn, alışma üçün oksigen lazımdır. Bir şəxs yaş ağacı tonqala atıb, onun alışmadığını görürsə, təəccüblənməməlidir. Ağacın alışmasına mane olan səbəblər araşdırılmalıdır. Şübhəsiz ki, alovun ağaca təsirinə mane olan səbəblər vardır. Düzgün istiqamətdə aparılan araşdırmalar göstərir ki, ağacın tərkibindəki rütubət alova müqavimət göstərir. Əgər bu maneə aradan qaldırılarsa ağac dərhal alışar. Demək, ağacın alışması üçün alovu tam səbəb bilmək olmaz.
Ortaya suallar çıxır: dəqiq şərtlər nədir; hər səbəbin təsir payı nə qədərdir; bir səbəb həlledici rol oynaya bilərmi; təsir mexanizmi necədir? Amma insan düşüncəsi müstəqil şəkildə bütün suallara cavab tapmaq gücündə deyil. Peyğəmbərlərin ən böyük xidmətlərindən biri insan düşüncəsinin fövqündəki məsələləri işıqlandırmaqdır.
İmam Hüseynə (ə) əza saxlamağın savaba malik olmasında təəccüblü heç nə yoxdur. Nəql edəcəyimiz rəvayət uyğun məsələyə aydınlıq gətirir:
Əllamə Bəhrul-ülum Samirraya gedərkən yol boyu imam Hüseynə (ə) ağlamağın savabı barədə düşünür. Yolda onunla rastlaşan ərəb onu fikirli görüb, nə barədə düşündüyünü soruşur. Bəhrul-ülum bildirir ki, imam Hüseyn (ə) üçün axıdılan bir damla göz yaşının günahları yuması barədə fikirləşirəm. Ərəb deyir: “Təəccüb etmə. Sənə bir misal çəkim. Bir gün sultan ovda azıb yoldaşlarından ayrı düşür. Meşədə bir komaya rast gəlir. Burada yaşayan qoca qarı və onun oğlu südü ilə dolandıqları keçini qonaq üçün kəsirlər. Sultan saraya qayıtdıqdan sonra onların yaxşılığına necə cavab vermək barədə düşünür. Nəhayət başa düşür ki, olanını ona vermiş insanların mükafatı yalnız sultanın bütün olanlarıdır!
İmam Hüseyn (ə) Allah yolunda hər şeyindən keçib, Allah Hüseynə (ə) ağlayana misilsiz savablar verirsə, təəccüb etməməliyik.”
Allah sizə yar olsun.
Sual (87) :
Salamun əleykum.Həzrət Zeynəb (ə) Kərbəla haqqında “mən yalnız gözəllik gördüm” buyurmuşdur. Bu gözəllik nədədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ariflər “əzəmət baxılan şeydə yox, baxışdadır” deyirlər. Bəlkə, elə gözəllik də baxılan şeydə yox, insanın baxışındadır. Varlıq aləmini “gözəl nizam gözü” ilə seyr edənlər hər şeyi gözəl görürlər. Həyata gözəlliyin gözü ilə baxmaq insanın qəlbinə rahatlıq verir, onun ruhunu oxşayır.
İmam Hüseyn (ə) başına gələcək işləri Allahın iradəsinə rəğmən özü və yoldaşları üçün xeyir hesab edirdi. Çoxları üçün ağrılı görünən şəhadət haqq mücahidləri üçün isə əsil gözəllikdir. Kərbəla insanın Allah yazısında razılığının təcəlla zirvəsidir. İmam (ə) həyatının son anlarında Allahdan razılığını bildirən sözlər zümzümə edir, bacısını da Allahdan razılığa çağırırdı.
Aşura gözəlliklərindən biri haqla batilin arasından xətt çəkilməsi idi. Pislik yaxşılığa, batil haqqa qarışdığı vaxt yaxşılıq və haqq tədricən gözdən itir. Həqiqəti qorumaq üçün onu zəlalətdən ayırmaq zəruridir. İmam Hüseyn (ə) zülmətə bürünməkdə olan dövründə əlinə məşəl alıb, kimin kim olduğunu çaşqın xalqa göstərdi.
Aşura göstərdi ki, əsil qələbə hərbi qələbə yox, qanın qılınca qələbəsidir. İbrahim ibn Təlhə Kərbəlaya işarə ilə kimin qalib gəldiyini soruşduqda, imam Səccad (ə) belə cavab verir: “Namaz vaxtı azan və iqamə de, gör kim qalib gəlib.” Bəli, əməvilərin cidd-cəhdlərinə baxmayaraq, azan və iqamədə “Əliyyən vəliyyullah” sədaları ətrafa yayıldı və Kərbəla bu cinayətkar sülaləyə lənət möhürünü vurdu.
Bəli, maskaların yırtılması gözəldir! Aşiqin məşuqa qovuşması gözəldir! Bir sözlə Kərbəla gözəldir!
Allah sizə yar olsun.
Sual (88) :
Salamun əleykum.İmam Hüseyn (ə)- ın öz dilini yaşlamaq üçün Əli Əsgərin ağzının rütubətindən istifadə etmək istəməsi ki, öz xütbəsini davam edə bilib və düşmən ordusunu əmr be məruf etsin və düşmən də xütbənin ardından qorxub, Əli Əsgərin boğazını oxladı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeyd olunanların nə nəqli nə tarixi sənədlərə və nə də ağıla uyğunluğu var. Belə ki:
Bir: Bu məsələ mənbələrin heç birində qeyd olunmayıbdır. Çünki əsas kitablarda belə yazılıb: İmam Hüseyn (ə) bacısı Ümmü Gülsümün yanına gəlib, buyurdu: Bacım sənı övladıma yaxşılıq etməyə vəsiyət edirəm. Çünki o balaca və altı aylıq uşaqdır. Ümmü Gülsüm ərz etdi: Bu uşaq üç gündür su içməyib. Onun üçün bir miqdar su al. İmam (ə) uşağı alıb, o tayfanın yanına gətirdi və buyurdu: Qardaşlarımı, övladlarımıvə dostlarımı öldürdünüz. Bu uşaqdan başqa heç kim qalmayıb. O susuzluqdan ağızını açır və bağlayır. Bir az su ilə onu doyurun. Digər bir mətndə belə gəlib: Uşağı əlinə tutub buyurdu: Ey camaat, mənə rəhm etmirsinizsə, heç olmasa bu uşağa rəhm edin.
Həzrətin onlarla danışdığı əsnada, qəddar zalım tərəfindən atılan bir ox, uşağın boğazını kəsdi. İmam Hüseyn (ə) qanları əlinin içində yığır və göyə səpir və buyurdu:
İlahi! Mən səni bu tayfaya şahid tuturam. Onlar Peyğəmbərinin ailəsindən heç kəsi azad buraxmamağı nəzr ediblər...
İki: Belə bir şeyin ağlı əsaslara uyğunluğu yoxdur. Yəni bir tərəfdən bir uşağın ağzının rütubətindən o qədər istifadə edəsən ki, boğazı xütbə etmək üçün ya onu davam etdirmək üçün yaşlamaq mümkün deyil. Digər bir tərəfdən, heç bir ağıl sahibi olan insandan belə bir iş baş vermir, o ki. qala məsum İmam ola və ağıl və eşqdən eyni zamanda faydalanması ilə, hamını heyrətə salan, İmam Hüseynə (ə).
Allah sizə yar olsun.
Sual (89) :
Salamun əleykum.İmam Hüseynin (ə) və onun əshabının şəhadətindən sonra onları kim dəfn etdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Hüseyn (ə) və onun əshabının şəhadəti 61 (h. q.) ilinin məhərrəmin onuncu günü baş vermişdir. O həzrətin (ə) pak bədəni və Kərbəla şəhidlərinin pak cəsədlərinin dəfni, məhərrəmin on ikinci gününün sonu (on üçüncü gecə) Kərbəla yaxınlığında çadır qurub və orada yaşayan Bəni Əsəd qəbiləsinin bəzi kişilərinin vasitəsi ilə yerinə yetirilmişdir.
Übeydullah Ziyadın qoşunu Kufəyə tərəf hərəkət edən zaman, İmam Hüseyn (ə) və onun vəfalı səhabələrinin pak bədənləri, ürək yandıran formada yer üzərində qalmışdı və heç kəs onları dəfn etməyə cürət etmirdi. Ona görə də, Bəni Əsəd qəbiləsinin qadınları öz kişilərini danlamağa başladılar və onları cəsədləri dəfn etməyə həvəsləndirdilər. Ondan sonra Bəni Əsəd qəbiləsinin kişiləri dəfn etmək üçün gəldilər, amma bədənlər tik- tikə olduğuna görə bədənləri tanımırdılar. Onlar şəkk və heyrət içində olduqları zaman, İmam Səccad (ə) tanınmaz şəkildə onların arasında hazır oldu və bədənləri Bəni Əsədə tanıtdırdı və onlar da bədənləri dəfn edirdilər. Şəhidləri dəfn etdikdən sonra, həzrət İmam Səccad (ə) özünü onlara tanıtdırdı.
Allah sizə yar olsun.
Sual (90) :
Salamun əleykum.Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində ''Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük'' deyə qeyd etmişdir. Göründüyü kimi Aşura mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir. Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə ağzını büzür və məntiqə uyğun gəlməyən sözlərlə ürəkləri bulandırırlar. Elələri də var ki, efir vasitəsi ilə müqəddəs Qurani-Şərifdən ayə oxumaqla, ''Haram aylarda özünüzə zülm etməyin'' ayəsini bu keçirilən mərasimə aid edirlər və camaat arasında çaşqınlıq yaradırlar. Qeyd edirlər ki, Məhərrəm ayı haram ay olduğundan insan gərək özünə zülm etməsin. Belə şəxslər dərk etmirlər ki, zülm etmək Aşura mərasimini qeyd edib İmama ağlamaq deyildir, zülm bu mərasimi yaddan çıxardıb min cür günahlar etməkdir. Əgər Məhərrəm ayında bu mərasimi qeyd etmək zülm hesab olunsaydı, deməli Zilhiccə ayı da haram ay olduğundan bu ayda da heç kəs əziyyət çəkib Həcc qanunlarına uyğun şəkildə Məkkə şəhərinə ziyarətə getməməlidir. Qeyd edək ki, bu ziyarətin əziyyəti Aşura mərasiminin əziyyətindən qat-qat artıqdır. Aşura mərasimi bizlərə Hüseyn məktəbini öyrədir. Hüseyn məktəbi isə bütün bu göstərilənlərlə mübarizə deməkdir. Hər kəs bu mübarizəyə qoşulsa, Aşura günü və ümumiyyətlə haram ay sayılan məhərrəm ayında əzadarlıq edib İmam Hüseyn məktəbinin yaşanmasında iştirak etsə özünə zülm etməz əksinə böyük savab qazanar və Hüseyn tərəfdarlarından sayılar. Cənnət cavanlarının tərəfdarları olmaq, onun məktəbinin yaşanmasında iştirak etmək, Qiyamət günü İmam Hüseyn şəfaətini qazanmaq deməkdir. Peyğəmbər(s) buyurur: ''Ya Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa qalan bütün gözlər ağlayar.'' Əhli-Beyti sevənlər Peyğəmbər(s)-ə olan etiqad və imanları səbəbindən Peyğəmbər nəslində üz vermiş faciə günlərinin ildönümündə bir çox yığıncaqlar təşkil edərək şəhidləri yad edirlər və Qurani-Kərim oxuyurlar. Peyğəmbər(s)-in vəfat edib Cənnət aləminə təşrif apardığı gün səfər ayının 28-də şiələr məclislər təşkil edirlər,əzadarlıq keçirirlər və məscidlərdə İslam Peyğəmbərinin şəxsiyyəti haqqında söhbətlər edirlər. Cəfərilərin ən duyğulu və təsirli matəm mərasimi Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq günləri içərisində Aşura, yəni Məhərrəm ayının 10-cu gününün mərasimidir. Həmin gün İmam Hüseyn(ə)-ın şəhid olduğu gündür. Bu matəm mərasimində minlərcə böyük dini şəxslər iştirak edir. Çünki, İmam Hüseynin başına gələn fəlakət, bəla və müsibət başqa faciələrə nisbətən daha dəhşətlidir. Belə bir faciə heç bir məmləkətdə görünməyib. Bu məclisdə haqq yolunda şəhid olan imamımızdan ibrət almaq məqsədilə xütbələr oxunur, haqq yolunda necə şəhid olmaq, zülmkarlığa və münafiqliyə qarşı mübarizə aparmaq dərsi verilir. Bu məclis İslam dininə dəvət etməyin ən yaxşı yoludur. Bu məclis bir daha göstərir ki, insanın ölümü ilə heç nə unudulmur. Edilən qəhrəmanlıq, şəhidlik ən uca zirvə kimi qəlblərə həkk olunur. İmam Hüseyn(ə) bütün İslam dünyasının fəxridir, Peyğəmbərimizin balası və əzizidir. Hüseyn adı ona Allah tərəfindən qoyulmuşdur. Peyğəmbər(s) buyurur: ''Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!'' Bu hədisdən belə aydın olur ki, Hüseyni sevməyən Peyğəmbəri sevməz, Peyğəmbəri sevməyən isə Allahı, Allahı sevməyən isə dinsizdir. İmam Hüseyn(ə) münafiqlərlə mübarizədə sübut etmişdir ki, İslama qalib gəlmək mümkün deyil. İslam dini yenilməz və məğlubedilməz bir dindir. İmam Hüseyn(ə)-ın əzadarlığının böyük savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, münafiqlərin və zülmkarların at oynatmasına imkan vermir. İmam Hüseyn(ə)-ın şücaətini onların yadına salır. Bildirilir ki, Hüseyn aşiqləri, Əhli-Beyt şiələri İmam Hüseyn əleyhis-səlamı heç vaxt unutmurlar. Bu əzadarlıq münafiq və zülmkarlara sərf eləmir. Ona görə də onun əleyhinədirlər. Müsəlmanlar isə zülmkarlığı və ədalətsizliyi aradan qaldıran Kərbəla faciəsini yaddan çıxarmamalıdırlar.
Allah sizə yar olsun.