Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran- kərimdə "ulul əzm" kəlməsi bir dəfə işlədilmişdir. Allah Taala buyurur: "Ulul əzm Peyğəmbərlər kimi səbr et və...."
Əzm möhkəm və payidar iradəli mənasındadır. Rağib Müfrədat kitabında deyir:
Əzm bir işi görmək qərarına gəlmək mənasındadır Lisanul ərəb lüğətnaməsində gəlmişdir: Ulul əzm Peyğəmbərlər o şəxslərdir ki, İlahi göstərişi öz öhdələrinə götürüb onu yerinə yetirməkdə qərara gəlmişdirlər. Qurani kərimdə "əzm" kəlməsi bəzən səbr mənasında işlənmiş və bəzən də əhdə vəfa etmək mənasında işlənmişdir.
Təfsir kitablarında yazılır: Baxmayaraq ki, təzə din və şəriət sahibi olan Peyğəmbərlər bir çox çətinliklərlə üzləşirdilər; onunla qarşılaşmaq üçün əzm və böyük iradəyə malik olmaqları lazım idi. Bu cür Peyğəmbərlərə ulul əzm deyilir. Əgər bəziləri əzm və əzəmət sözünü hökm və şəriət mənasına təfsir etmişdirlər buna görədir. Belə olmayan halda "əzm" lüğətdə şəriət mənasına gəlmişdir.
Peyğəmbərin ulul əzm olması, o Peyğəmbərin şəriət sahibi olmasının nişanəsidir. Başqa sözlə desək, o Peyğəmbər xüsusi bir dinə sahibdir ki, onun zamanında və yaxud ondan sonrakı Peyğəmbərlər o dinin nəşrində köməkçi olmalıdırlar.
O zamana qədər ki, başqa bir Peyğəmbər yeni din və şəriətlə zühur etsin. Allah- Taala da Qurani- kərimdə Peyğəmbərlərin vasitəsiylə dinin təbliğinə və nəşrinə işarə edir. Dörd Peyğəmbərin adını (İslam Peyğəmbərindən başqa ki, son ilahi din onun vasitəsiylə gəlmişdir bu ayədə onlara xitab edir) ki, məxsus din və şəriətə sahibdirlər, Qurani- kərimdə gətirir. Dindən sizin üçün bunu şəriət qərar verdi ki, Nuh (ə)- ı ona tövsiyə etdi, o ki, biz sənə vəhy etmişik İbrahimə (ə) Musaya (ə) və İsaya (ə) tövsiyə etdik, budur ki, dini bərpa edin və onda ixtilaf yaratmayın."
Ülul əzm Peyğəmbərlər rəvayətlərdə:
Baxmayaraq ki, təfsir alimləri (xüsusiylə də şiə olmayanlar) İslamın birinci əsrlərində, ulul əzm Peyğəmbər o şəxsləri bilirdilər ki, cihad üçün məmur olmuşdurlar və yaxud mükaşifə aləmində görüşlərini zahir edirlər. Onların kim olduğunu təyin etdikdə isə Nuh, İbrahim, İshaq, Yəqub, Yusif, Əyyub, və yaxud İbrahim, Nuh, Hud (ə) və həzrət Məhəmməddən ad çəkirdilər. Amma məsumlardan olan rəvayətlər ulul əzm Peyğəmbərlərin kim olduqlarını açıq- aşkar qeyd etdikdən əlavə ulul əzm peyğəmbərlərin sifətlərinidə açıqlayır.
Ülul əzm Peyğəmbərlərin sifətləri rəvayətlərdə bu cür açıqlanmışdır:
1. Umumi və dünyəvi, istər insan və istərsə də cinlər olsun dəvəti şamil olmalıdır.
2. Təzə, müstəqil din və şəriətə sahib olmalıdır.
3. Səmavi kitaba sahib olmalıdır.
Bu üç mərhələdə ulul əzm Peyğəmbərlərin məxsus üç xüsusiyyətlərinə işarə olunmuşdur; yəni ümumi dəvətləri olmalı, İlahi din və kitaba sahib olmalıdırlar.
İmam Sadiq (ə-) dan bizlərə çatan rəvayətlərdə ikinci və üçüncü şərt bir- birinin kənarında qeyd olunmuşdur ki, sualın sonrakı cavabı üçün (nə üçün bəzi Peyğəmbərlər o halda ki, kitab sahibidirlər, amma ulul əzm deyildirlər?) kifayət edir.
İmam Rza (ə) o şəxsin cavabında ki, o həzrətdən soruşur, bu Peyğəmbərlər necə ulul əzm oldular?
Buyurur: Çünki, (Nuh, İbrahim və ...) məxsus şəriət və kitaba təyin oldular.
Bəs kitab sahibi olmaq, ulul əzm Peyğəmbərlərin şəriətlərindən biridir. Amma iki digər mühüm şərt bundan ibarətdir ki, bütün insanlar və cinlər üçün ümumi dəvətə sahib olsun və digəri isə təzə və müstəqil şəriətə sahib olsun.
Diqqət etmək lazımdır ki, müstəqil şəriətin mənası bu deyildir ki, əvvəlki Peyğəmbərlərin şəriətiylə tamamıyla fərqli olsun; və onunla heç biruyğunluğu olmasın. Bəlkə onun mənası budur ki, zamanın tələblərinə görə şəriətlərdə bir- birindən fərqli olurdu ki, bu da təbiidir.
Baxmayaraq ki, həzrət Davud (ə) səmavi kitaba sahibdir, amma onun kitabı, müstəqil şəriət və əhkam kitabı deyildi, o cür ki, həzrət Adəm, Şeys və İdris (ə) da kitab sahibi idilər, amma ulul əzm deyildirlər.
Rəvayətlərdə, ülul əzm Peyğəmbərlərin adları başbaşa qeyd olunmuşdur. İmam Əli ibni Hüseyn (ə)- dan rəvayətdir ki, buyurur: Ulul əzm beş nəfərdirlər: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və həzrət Məhəmməd (s) beləliklə bu məna imam Sadiq (ə) və imam Rza (ə) - dan da bizə çatmışdır. Rəvayətlərdə, Nuh (ə) və İbrahim (ə)- ın kitablarından "Suhuf" olaraq yad edilmişdir, baxmayaraq ki, Quranı- kərimdə həzrət Musa (ə)- ın kitabındanda "Suhuf" olaraq yad olunmuşdur. Amma bu "Suhufun" cəminə tövrat deyirlər. Həzrət İsanın (ə) kitab İncil, həzrət Məhəmməd (s)- in kitabının adı isə Qurandır.
Amma "Avesta" ki, Zərdüştların kitabıdır, Zərdüştun həmin səmavi kitab olmasında şübhə vardır. Avestanın müxtəlif qismətlərində onun sözləri və yaxud onun Allahla və insanlarla olan söhbətləri qeyd olunmuşdur.
Əlavə məlumat üçün "Yəsna" (Avestanın ən qədim və mühüm hissəsi) 26- cı fəsl, 1- 2 bəndlərinə müraciət olunsun. Baxmayaraq ki, rəvayətlərə əsasən, o İlahi Peyğəmbər və kitab sahibi olmuşdur.
Allah sizə yar olsun.