Sual (51) : salam, mene maraqli olan bir suali vermek istiyirem,eger Ademin es iki oglan ovladi olubsa, Onun nesli nece artib??

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.

Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.

Allah sizə yar olsun.


Sual (52) : Əssələmu əlekum və rəhmətullah. 1)Fatimeyi-Zəhra (s.a.) neçə yaşında vəfat etmişdir? 2) Bu məsələ niyə ixtilaflıdır? 3)Onun övladları arasında neçə yaş fərqi var? 4) O, ailə quranda neçə yaşı var idi? Suallarımızı cavablandırdığınız üçün təşəkkürlər!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Fatimeyi-Zəhra (ə.s) 18 yaşında şəhid olub, Onun (ə) şəhadəti atası Peyğəmbərdən (ə.s) 75 ya 95 gün sonra baş verib ki, alimlərin əksəriyyəti 95 qeyd edirlər. Hz. Fatimənin (ə.s) doğum tarixi haqqında İslam alimləri ixtilaf etmişlər. Əhl-i Sünnə alimləri əksəriyyətlə o Həzrətin Hz. Rəsulullahın (s) bisətindən beş il əvvəl doğulduğunu rəvayət edərkən, Əhli-Beyt İmamlarından gələn hədislərdə Hz. Fatimənin (ə.s) bisətin beşinci ilinin cemadiyülaxir ayının iyirmisində cümə günü doğulduğu ifadə olunmuşdur. Fatimeyi-Zəhra (ə.s) 9 yaşında ailə həyatı qurub. İmam Həsən (ə) hicrətin 3 cü ili, İmam Hüseyn (ə) hicrətin 4 cü ili, Hz. Zeynəb (ə.s) hicrətin 6-cı ilində, Ümmi Gülsüm (ə.s) hicrətin 7 ci ilində dünyaya gəliblər.

Allah sizə yar olsun.

Sual (53) : Əssələmu əlekum və rəhmətullah. 1)Fatimeyi-Zəhra (s.a.) neçə yaşında vəfat etmişdir? 2) Bu məsələ niyə ixtilaflıdır? 3)Onun övladları arasında neçə yaş fərqi var? 4) O, ailə quranda neçə yaşı var idi? Suallarımızı cavablandırdığınız üçün təşəkkürlər!
Sual (54) : Salam...Nə üçün İsa Peyğəmbərə əleyhissalam) Məsih deyilir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-təala tərəfindən İsaya (ə) dünyaya gəlməmişdən öncə bu ad verilib. Məsih kəlməsi ibri dilində olan məşiha kəlməsində götürülüb. İbri dilində bu kəlmənin mənalarından biri mübarəkdir.  

Ali-İmran surəsi ayə 45. (Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».

Allah sizə yar olsun.

Sual (55) : Bismilləh.salam aleykum. Sualım budur ki,İsa peyğəmbər (ə) din gətirdi,şəriət gətirdi. Bəs nə üçün islamaqədər bu ilahi dini Haşimi oğulları qəbul etməyib,İbrah peyğəmbər (ə)ın dinində qalmışdılar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İsa peyğəmbər bəni israil üçün göndərilmiş peyğəmbərdir, İbrahim peyğəmbər Məkkədə yaşamış və Hz. Məhəmməd peyğəmbərin (s) ata babaları İbrahimin (ə) vəsisi olublar.

Allah sizə yar olsun.

Sual (56) : Salam Aleykum. ishaq peygember kimdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İshaq peyğəmbər İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub.

Allah sizə yar olsun.

Sual (57) : salamun eleykum..Bilmek isterdim ki Hevva anamizin Adem eleyissalamin qabirqasindan yaradilmasi meslesi duz bir seydirmi?? Yeni bunu Quran tesdiq edirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Mötəbər hədislər qadının qabırğadan yaranması fikrinin qətiyyətlə rədd edir. 

Əmr bin Əbi'l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: "Allah Həvvanı nədən yaradıb?". İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: "Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?" Soruşdular: "Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?" İmam belə cavab verdi: "Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı".

Allah sizə yar olsun.

Sual (58) : Salam Aleykum,men bilmek isteyirdim ki,Peyqember.s.e.as)ilk iman getiren hezret Imam olub yoxsa Hz.Xedice.e. ? Allaha emanet olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədislərdə belə qeyd olunur ki, kişilərdən ilk iman gətirən Hz. Əli (ə) qadınlardan Hz. Xədicədir.
Allah sizə yar olsun.
Sual (59) : salam aleykum. sualim budurki imam Huseynki kerbalada bir muddet qaldi.su olmayan halda bes namazi nece qildilar? yani 10 gun muddetinde namazi teyemmumle qildilar? ve duzdurki tarix yazir imam Huseyn aganin xeymesinin yaninda su quyusu var idi? xaiw edirem etrafli meni bawa salardiz aga.
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Hüseyn (s) Məhərrəm ayının 2 ci günü Kərbəlaya yetişdi. Məhərrəmin 7-ci günündən suyun yolu bağlandı. Amma Aşura günündən öncə Hz. Əbəlfəz (s) bir dəstə ilə suyun yolunu açdı və xeymələrə su gətirdi. Bəzi kitablarda İmamın (s) xeymələrin arxasında quyu qazmağına işərə olunub amma düşmən bundan xəbərdar olan kimi, bunun qarşısını alırlar. Alimlər və tarixçilərin aldığı nəticə budur ki, Aşura günündə su olmayıb, İmam (ə) və onunla birgə olanlar susuzluqdan əziyyət çəkiblər. Təbiidir ki, su olmayanda namaz üçün təyəmmüm edilir amma buna tarixdə rast gəlmədik.
Allah sizə yar olsun.
Sual (60) : Həzrət Yusif qardaşlarını Мisir vilayətində saxlaмaq мəqsədi ilə qiyмətli bir piyaləni özü şəxsən onun buğda yükünün arasında gizlədi. Sonra karvan içində bir şəxs fəryad çəkərək, “ey karvan əhli, siz oğrusunuz”, dedi. Axı Yusif öz qardaşları olan Fələstin karvan əhlini oğurluqda nə üçün ittihaм etdi? Мəgər günahsız xalqa böhtan atмaq haraм deyilмi?

Bismillahir-rəhmanir-rəhim.

Aşağıdakı ayədə uyğun əhvalata işarə olunur: Yusif onların yüklərini bağladığı vaxt “padşah piyaləsini” qardaşının yükünün içinə qoydu. Sonra bir carçı haray çəkib dedi: “Ey karvan əhli siz həqiqətən oğrusunuz.” Ayədə bildirilir ki, piyaləni qardaşının yükünə Yusif qoydu. Oğurluq haqqında car çəkən isə başqa bir şəxs idi. Bu nöqtəni nəzərdən qaçırмaq olмaz.

Bəs nə üçün Yusif belə bir iş gördü? Мəsələni aydınlaşdırмaq üçün surənin başqa bir ayəsini nəzərdən keçirək: “Yusif qardaşının yükündən qabaq onların yükünü axtarмağa başladı. Sonra su qabını qardaşının yükündən tapıb çıxardı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını öz yanında saxlaya bilмəzdi. Allah öz istədiyini dərəcələrə yüksəldir...” Ayədən göründüyü kiмi, Yusif öz qardaşını yanında saxlaмaq üçün başqa yol tapa bilмədi. Həмin qıtlıq illərində nə Мisir qanunları buna icazə verirdi, nə də Yusifin o biri qardaşları bu мəsələ ilə razılaşмırdılar. Bir çox təfsirçilərin fikrincə, Yusif bu мəsələni qardaşı ilə əvvəlcədən razılaşмışdı. O gizli bir görüşdə qardaşını qarşıda baş verəcək hadisədən xəbərdar etмişdi. Bütün bunları nəzərə alsaq, Yusifin gördüyü işə nöqsan tutмaмalıyıq. Çünki мəqsəd başqa idi və qardaşı da bu işə razılıq verмişdi.

Digər bir tərəfdən, Yusif qardaşına böhtan atмadı, yalan deмədi. Hansısa мəмur oğurluq olduğunu ehtiмal edərək, yükləri yoxlaмağa başladı. Beləcə, Yusifin qardaşı ittihaм еdildi və onu həbs olundu. Hadisənin мahiyyətindən xəbərdar olan Yusifin qardaşı susurdu.

Allah sizə yar olsun.

Go to TOP