Sual (41) : salam xahis edrem sualima etrafli cavab menbeli cavab yazasiz.Esitdiyimize gore ki Peygemberin heyat yoldasi Xediceyi Kubra Peypember s ile aile quranda bakire olub.butun kitablar ise erde oldugu yazilir ama bakire olmagi ise deyilene gore alimler terefinden teze arasdirilib tapilib tapilibsada hansi kitabda menbe subut xahis edrik bu sual bizi maraglaqndirir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi tarixçilərin fikri budur ki, həzrəti Xədicə Rəsulullahla evlənməzdən öncə, iki dəfə evlənmiş və həyat yoldaşları vəfat etmişdir. Hətta o Həzrətin övladlarının adlarını öz tarix kitablarında qeyd ediblər. Bunu da qeyd edək ki, bu yalnış hadisəyə bəzi şiə kitablarında da rast gəlmək olur. Bunu qeyd edək ki, bu yalnış hadisəni qeyd edən şiə muəllifləri tarixçi deyildirlər və onların kitabı bu hadisənin düzlüyünə dəlil ola bilməz. Amma islam tarixi səhifələrində özünə xüsusi yer tutmuş mərhum Seyyid Mürtəza kimi şəxsiyyətlər bu hadisənin düzgün olmadığını vurğulayır. Bəzi əhli sünnə kitabları həzrəti Pyeğəmbərin ilk bakirə həyat yoldaşı, Ayişə olduğunu qeyd edirlər və bunula onun Peyğəmbərin digər xanımlardan üstün olduğunu bildirirlər. Peyğəmbərin həyatında ilk bakirə qadının xanım Xədicə olmasına olan dəlillərimiz:

1. Həzrəti Xədicənin ləqəblərindən biri Tahirədir. "Tahirə" qədim ərəb mədəniyyətində öz nəsil-nəcabətinin şərəfini qorumaq üçün heç kəsə ərə getməyən qadına deyərdilər.

2. İbn Şəhr Aşub Seyyid Murtəzadan belə nəql edir: Rəsulullah Xədicə ilə evlənəndə o "Duşizə" idi. (Duşizə ərə getməyən bakirə qadına deyərlər) Mənaqib ali Əbutalib, cild 1, s 138.

3. Min il öncə yaşamış şiə alimi Əbul-Qasim Kufi (vəfatı hicrətin 352-ci ili, İmam Cavadın (ə) nəticəsi olub) Əl-istiğasə kitabında yazır:  Xanıim Xədicəyə bütün qureyşin böyüklərindən və igidlərindən elçi gəlməyinə baxmayaraq, xanım onlara rədd cavabı vermişdi. Bu hadisədə bütün şiə və sünnü tarixçilərin nəzərləri birdir. Amma əliboş və heç bir sərvətə malik olmayan Peyğmbərlə evlənəndə, Qureyş qadınlarının məzzəmətinə məruz qalmışdı və onunla bütün əlaqələrini kəsmişdilər, çünki deyirdilər qureyşin sərvətli böyüklərinin təklifini qəbul etmədin, fəqir və kasıb birisinə ərə getdin. Belə bir sual yarana bilər ki, necə olur bəni-təmim qəbiləsindən heç bir imtiyazı olmayan sadə bir ərəblə evlənir amma  qureyşin böyükləri ilə evlənməsin. Əgər Xədicə öncədən evlənmiş olsaydı Peyğəmbərlə evlənəndən sonra onu məzəmmət etməyin yeri var idi? Əgər ərə getmiş olsaydı nə üçün o zaman məzəmmət etmədilər? Bir qadın kı, iki dəfə ərə getmiş ola (doğru olsa) nə əhəmiyyəti var idi ki, qureyşin bütün sərvətliləri və böyükləri ondan elçilik etsinlər? Buna görədə qureyş qadınları Xədicəni qınasınlar. Bəs nəticə alırıq ki, Xədicə Peyğəmbərdən başqa heç kəslə evlənməyib. (əl istiğasə, cild 1, s 70 və təbəqatul kubra, cild 1, s 133)

Amma niyə atası onu məcburi surətdə varlı Qureyş başçılarına ərə verməmişdi? Cavabı budur ki, xanım Xədicənin atası "Fəcra" döyüşündə həlak olmuş və o əmisi Vərəqət ibn Nofəlin himayəsində olmuşdur.

Həmçinin əhli-Sünnə alimi İsmail ibni Mühəmməd İsfəhani (vəfatı 535 hicri) Hz. Xədicənin bakirə olmağını aşkar yazır. Dəlailun-nübuvvə cild 1, səh 178.

4.Xanım Xədicəyə nisbət verilən ərlər və uşaqların adları qeyd olunan sənədlə də ixtilaflıdır və bir- birləri ilə uyğun deyillər. Məsələn: Hind qadın idi, yoxsa kişi? (xanıma nisbət verilən övlad) ya o Əbuhalənin övladı idi, ya Ətiqin? (xanıma nisbət verilən ərlər) Hind xanım Xədicənin övladı idi ya Əbuhalə və Ətiqin başqa arvaddan olan övladlarından biri idi, və ya Onu övladlığa göturmüşdü? (ətraflı məlumat üçün "əssəhihi min sirəti nəbiyəl əzəm"kitabına müraciət edə bilər. ikinci cild,səhifə 122.)

5.Tarixdə xanım Xədicənin təkcə Peyğəmbərlə (s) evlənməsinə, övladlarının sayına və adlarına kifayət qədər dəlilimiz var. Bundan əlavə xanım Xədicənin evlənməsinə heç bir tarixi şahidimiz yoxdur. Bunu da qeyd edək ki, xanım Xədicənin evində, onun vəfat etmiş bacısının övladları məskunlaşmışdı ki, xanım Xədicə Peyğəmbərələ (s) evləndikdən sonra onlara Məhəmmədin (s) övladları deyirdilər. Buna da ərəblərin içində adi baxılırdı. Hətta ərəblərdə başqasının uşağını özlərinə övladlığa götürmələri adət idi. Məsələn: Zeyd ibn Harisə Məhəmməd ibn Zeyd deyirdilər. (ətraflı məlumat üçün, bənatun nəbi əmm rubaibuhu”, kitabına müraciət edə bilərsiz. Müəllif Əllamə Seyyid Cəfər Murtəza).

Həzrəti Peyğəmbər besətdən 15 il qabaq rəbiyəl-əvvəl ayının 15- də xanım Xədicə ilə ailə qurumaqla o ləyaqətli xanımın Allah-taala yanında daha da məqamını ucaltdı. Dünya yaranan gündən elə bir toy mərasimi tapılmaz ki, Peyğəmbərlə (s) xanım Xədicənin toyu mislində bərəkətli olsun. Bu toyun bəhrəsindən dünya xanımlarının sərvəri olan Fatimeyi Zəhra (s) və onun on bir övladı dünyaya gəldi.

O gündən xanım Xədicənin Qureyş qadınları ilə ilk mübarizəsi başladı. Qureyş qadınları xanım Xədicəyə tənə vurur, onun şəxsiyyətini "əmi himayəsində böyüyən kimsə ilə evləndiyi üçün" pisləyirdilər. Buna baxmayaraq xanım Xədicə zəkalı cavabları ilə həzrəti Peyğəmbərin (s) məqamının nə qədər uca olduğunu onlara sübut edir və cavablarını layiqincə verib, onları susudururdu. Hətta bir dəfə məclis qurub, onları bu məclisə dəvət etdi. Məclisin sonunda ayağa qalxaraq üzünü Qureyş qadınlarına tutub sual etdi: "Ey Qureyş qadınları! Eşitmişəm siz və ərləriniz, mənim Məhəmmədlə (s) evlənməyimi pis mənalandırıb, bu işdə bizə irad tutursuz. Mən sizdən soruşuram, Məkkə və onun ətrafında Məhəmməddən (s) zəkalı, kamil, əxlaqlı və əmin bir şəxs tapılarmı? Məhəmməd barəsində eşitdikləriniz gözəl sifətləri, ondan başqası barəsində də eşitmisinizmi?

Məkkə qadınları öz səhflərini başa düşüb xanım Xədicənin sualları qarşısında susdular. Buna baxmayaraq bir cox Qureyş qadınları o ləyaqətli xanımı məzəmmət edir, onunla bütün əlaqələrini kəsmişdilər. Hətta ona salam belə vermirdilər. www.islammektebi.org/xsiyytlr/dini/291-hzrt-xdic-s.html

Allah sizə yar olsun.

Sual (42) : Peygəmbərin necə ovladi var idi?

Bismillahir-rəhmanir-rəhim.

Peyğəmbərin övladlarının sayı barəsində tarixi mənbələrdə müəyyən ixtilaflar mövcuddur. Bəziləri bildiriblər ki, peyğəmbərin (s) Xanım Xədicədən 3 oğlu dörd qızı olub.

Oğlanlar: Qasim, Təyyib, Tahir,

Qızlar: Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, Fatimə.

Peyğəmbərin digər xanımlarından yalnız Mariyeyi Qibtiyyədən İbrahim adlı bir oğlu olub ki, o da körpə vaxtı dunyasını dəyişib.

Peyğəmbərin Xanım Xədicədən olan 3 oğlu da ona aşkar təbliğat əmri verilənə qədər hamısı dünyasını dəyişmişdi. Lakin qızları islamı dərk etmiş və Mədinəyə də hicrət etmişdilər. Xanım Fatimə (s.ə) peyğəmbərin ölümündən sonra həyatda qalan yeganə övladı idi ki, atasının ölümündən 3 ay sonra O, da şəhid oldu.

Allah sizə yar olsun.

Sual (43) : İmam Baqir(ə) anası kim olub və kimin qızı idi?

Bismillahir-rəhmanir-rəhim.

İmam Baqir əleyhissəlamın anası İmam Həsən əleyhissəlamın qızı Fatimə olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur.

Allah sizə yar olsun.

Sual (44) : Salamaleykum.Mehemmed peygemberi kim zeherlemisdir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi nəqillərə görə Xeybər müharibəsində zeynəb adında  bir yəhudi qadın zəhərli əti Peyğəmbərə hədiyyə ünvanı ilə gətirir, O Həzrət hədiyyəni qəbul edərdi sədəqəni isə yox, bəzi tarixçılərin nəzərinə görə Peyğəmbər ətin zəhərli olduğunu bilib yemir. Bəzəndə belə nəql olur ki, Peyğəmbər birinci tikəni yeyəndə bildi o qadını gətizdirib soruşur niyə əti zəhərli etmişdin qadın soruşur kim sizə bunu dedi Peyğəmbər buyurur bunu ət özü mənə dedi amma hər halda bu hadisə Peyğəmbərin vəfatından 4 il qabaq baş verir və Peyğəmbər ətin zəhərli olduğunu biləndə ondan yemir. Amma bu hadisə O həzrətin vəfatına səbəb oldu ya yox, ixtilaflıdır. İmam Baqir (ə) buyurur: “Yəhudi bir qadın qoyun ətini zəhərləyib həzrət Peyğəmbərə (s) verdi: “Həzrət məsələnin nə yerdə olduğunu anlayıb ondan bu işinin səbəbini soruşdu. Yəhudiqadın dedi: “Düşündüm ki, əgər Allahın elçisisənsə, zəhərli ət sənə təsir göstərməyəcək. Yox əgər padşahsansa xalq sənin hakimiyyətindən qurtular.” Peyğəmbər (s) onu dinləyib əfv etdi!”

Allah sizə yar olsun.

Sual (45) : Mominler ANASI ......ANAMIZ Həzrəti Fatiməyi Zəhranın s.a qatilləri kimdir hz Fatimənin qatili kimdir? Əbubəkir və Ömərin hz Fatiməyə etdiyi zülümlər əhli sunnə mənbelerində. Ehli sunnə Alimləri və kitabları iddia edir ki hz Fatimənin Əbubəkir və Ömər kimi 2 zalim qatili var. Oxu və həqiqətləri görməyə caliş. Ehli sunnə Alimi ibn el-hedid "Şərhu nəhcul belağə" kitabinda Əbubəkir və Ömərin hz Fatimənin evinə hücum edib, onu vurması haqqında belə yazır: Ömer hz Fatimənin evinə yaxinlaşıb ucadan qışqırdı qapını 1 açın. hz Fatimə buyurdu: ey ömər bizimle ne işin var? ne ucun matemde ola- ola bizden el cekmirsen? ömər dedi: qapini ac yoxsa evə od vurub yandiraram. hz Fatimə buyurdu: ey ömər Allahdan qorxmursanmi? mənim evime icazesiz daxil olub hucum edirsən? öz fikrinden donmeyen ömər qapiya od vurub iceri daxil olub hz Fatimənin qabirqa nahiyesine zerbe endirdi. elindeki qirmancla qoluna vurdu. ehli sunne alimi: ibn el-hedid "şerhu nehcul- belaqe" 6ci cild sehife 50. Ehli sunne Alimi ibn quteybe yazir: men quran və sunne ile delil getirmek isteyirem ki, Peyqenber qizina zülm (fedek baqinin qesbi evine hucumu vurulmasi və betnindeki uşaqi salmasi olub) bele ki butun muselmanlara Allah Resulundan
Ad: Elshen, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Uyğun мövzuda daha ətraflı bilmək üçün saytımızın sual-cavab arxivinə мüraciət edin. 

"PEYĞƏMBƏR (s)-in QIZI FATİMƏNİN ŞƏHADƏTİ ƏFSANƏ DEYİL" http://sual.nur-az.com/az/132/M%C9%99sumlar%C4%B1n-h%C9%99yat%C4%B1/

Allah sizə yar olsun.

Sual (46) : salam, Musa es 40 il izraile gedib. bu sefer boyu denizi iki yere ayirib. sulari bir birine qariwmayan sular ki var indi, o hemen denizdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hz. Musanın (ə) İsrail oğullarını keçdiyi su barədə iki nəzəriyyə var. Bəziləri bu suyun Qırmızı dəniz, başqa alimlər isə Nil çayı olduğunu yazırlar. Hər iki nəzəriyyənin özünə görə dəlil və sübutları var. Müasir alimlər Qırmızı dənizə çox üstünlük verirlər.
Allah sizə yar olsun.
Sual (47) : ALLAHIN selami olsun size. Sual. Musa peyqember birnci olub ya Davud? Yada ki, tovrat evvel gelib ya zebur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Musa peyğəmbər Davud peyğəmbərdən əvvəl olub. Onların arasında təqribən 250 il fasilə olub. Musa (ə) eramlızdan 1200 il əvvəl yaşayıb.
Allah sizə yar olsun.
Sual (48) : Salam eleykum xahis edirem cavablandirardiniz: Peygemberimizin (s) ölünü diriltmesi haqqinda hedis var? Peygemberimizin (s) bele mocuzesi olmusdur? Olubsa, hedisin unvanini yazin zehmet olmasa.Allah razi olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, Peyğəmbərin (s) 4 mindən çox möcüzəsi olub ki, onların arasında Allahın izni ilə ölünü diriltməkdə var. Şeyx Abbas Qumi «Müntəhal-amal» kitabında Peyğəmbərin həyatında 5-ci fəsl möcüzələr bölməsində 5- ci möcüzəni O həzrətin duası ilə iki uşağın dirilməsini nəql edib. (Bəharul-ənvar, 18-ci cildə Peyğəmbərin (s) möcüzələri cəm olub).

Allah sizə yar olsun.

Sual (49) : Bismillah. Salamun aleykum. 1. Küçədə Həzrət Fatiməyə (ə.) oğlu İmam Həsənin (ə.) gözü qabağında sillənin vurulması hadisəsi doğrudurmu, yəni alimlərimiz bu hadisənin olduğuna dair ittifaq ediblər? Bu hadisə haqda daha ətraflı yazmağını xahiş edirik. Sünnilərin hansı alimləri bu hadisəni qeyd ediblər? 2. Kitablardan oxunulan və həmçinin rövzələrdən eşidilən qədərilə Xanıma Fatiməyə (ə.s.) bir neçə dəfə sillə və qamçı vurublar. Dini mənbələrə əsasən bunların sayını və bu böyük zülmün harada baş verdiyini bilmək istəyirik.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün  təqdim etdiyimiz məqaləyə müraciət edin:

PEYĞƏMBƏR (s)-in QIZI FATİMƏNİN ŞƏHADƏTİ ƏFSANƏ DEYİL

«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara  lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır». (Əhzab ayə. 57) «Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib» (Səhih Buxari cd 3556, 3510 , Səhih Muslim cd 2449)

Müqəddimə:

Məqalə cəhalətdən yaxud da  inadkarlıqdan Rəsulullahın (s) vəfatından sonra yeganə qızı Fatimənin (ə) şəhadətini, Əhli beytə qarşı törədilmiş cinayətləri və zülmləri inkar edib onu sübutsuz əfsanə adlandıranlara və həzrət Fatiməyə olunmuş sitəmləri, evinə hücum çəkib yandırılmasını, gecə vaxtı təşiyyə cənazə olub məxfi surətdə dəfn olunmasını və şəhid olana qədər bəzilərindən narazı olmasını inkar edənlərə cavabdır!

Həqiqətdən xəbərsiz və tarixi təhqiqat etməyə fürsəti olmayanlar bu həqiqətləri inkar edənlərin meydana atdığı şübhələri eşidəndə sadəlövhlüklə onlarin dediklərini qəbul edirlər. Bu cür sadəlövhlər tarixi kitablar və həqiqətlərin araşdırılması zəminində yazılmış kitabları mutaliə etsələr başa düşəcəklər ki, islam tarixinin bu kəşməkeşli yolları nə qədər acınacaqlı bir yol keçib. İslam dininin keşiyində durmuş və rəsulullahın Əhli-beytinin qeyrətini çəkən alimlər bu məsələləri gizlətməyə çalışıb irad etdikləri şübhələri heç vaxt cavabsız qoymamışlar. Amma yenə də bəziləri yenidən həmin cavabı verilmiş şübhələri yeni üsullarla meydana gətirməyə çalışırlar. Tarixin acı səhifələrindən xəbəri olmayan yeni nəsli təzədən şübhəyə salmaq istəyirlər. Onlar qarşılarında qoyduqları vəzifələrinə yaxşı əməl edirlər. Biz Peyğəmbər (s) Əhli beytinin məhəbbətini qəlbimizdə daşıdığımızı iddia etdiyimiz halda görəsən vəzifəmizi bilib ona əməl edirikmi? İslam tarixinin mühüm məsələləri haqqında axtarış aparırıqmı? Bir para qərəzli yazıçıların qələmləri altında həqiqət itib savadsız kütlələri azdırmağa xidmət etdiyi zamanda bu məsələləri mutaliə edib camaata çatdırmaq bizə daha çox vacibdir.

Xatırladaq ki, bu məqalə qeyri şiələr tərəfindən irad olunmuş şübhələrə cavab əsasında tərtib olunduğuna görə bütün istinad mənbələri əhli sünnətin mötəbər saydıqları kitablardan əxz olunmuşdur. Əsl həqiqətdə şiə məzhəbinin Koleyni, Səduq, Təbərsi, Məclisi və Əmini kimi istinad nöqtələri olduğu halda əhli sünnətin kitablarına ehtiyac yoxdur. Çünki şiə alimləri islamın 14 əsrlik tarixində min bir əziyyətlərə qatılaraq  bəzən də qanları bahasına Əhli-beytin səhih hədislərini hifz edib bizə çatdırmışlar. Ümüd edirik Əhli-beytin eşqi ilə nəfəs alan qardaşlar bu qısa məqaləni oxumaqla daha dərin təhqiqatlar aparmaq imkanı əldə edəcəklər.

Birinci fəsl: - «Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər»

1-ci şübhə: Fatimənin (s) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız  siələrin uydurmaları olduğunu iddia edilməsi.                    

      Şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur. Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız.

Xatırladırıq ki, mənbələrin əsli ərəb dilində yazılıb, Azərbaycanda cüzi bir kütlənin ərəb dilini bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur.

Birinci bölmə: -Fatimənin evinə hucum və onun odlanması:

Bu məsələ ətrafında əhli sünnətin kitablarında  çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik.

1.“...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi  yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”  İbn Əbu Şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).

2- «....Sonra Əbu Bəkr Öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman Ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.

Orada olanlardan biri  Ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?

Ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (İbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-İmamətu vəs-siyasət” 1/30 Misir nəşri).

Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-İmamətu vəs-siyasət” kitabının müəllifinin İbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik: Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır: İbn Quteybənin “əl-İmamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.

3. “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt Ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından Ömərə dedi: Ey Xəttabın  oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?

Ömər dedi: Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (279-cu ildə vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).

4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt Ömər ibn Xəttab ora gəlib dedi: And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (vəfat 310 hicri) “Tarixul-uməmi vəl-muluk” 2/233 nəşr Beyrut).

5- «....sonra  Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. Çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (vəfat hicrətin 346) “İsbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).

6- “Əbu Bəkr Ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. Ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada Ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? Ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək  siz də beyət edəsiniz......” (İbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat) “Əqdul-fərid” 3/64 nəşr Misir)

7- İbni Əbil Hədid (hicrətin 655-ci ili vəfat, “Şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:“..... Ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız  ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman Ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc Ömərin üstünə gəldi”

Müəllif kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:“ Əbu Bəkr dedi: Ey Ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri  mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. Ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”  

Qeyd: Bəziləri İbn Əbil Hədidin Sünnü olmasında şübhə edib. Cavabında deyirik ki, Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır: “İbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.

8- “əl- Muxtəsər fi əxbaril-bəşər (Misr nəşri 1/156. müəllif Ismayil İmaduddin 732-ci il vəfat). “... Sonra Əbu Bəkr Ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr Ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. Ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? Ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”

9. Ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:“... Ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman Ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər Ömərə dedi: Ey Əbu Həfs! Fatimə bu evdədir! Ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”

10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-İmam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, Ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. Ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur

12- Muhəmməd Hafiz İbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82  Öməriyyə qəsidəsində) deyib: Və qovluhu li Əliyyin qaləha Omər,   Əkrim bi samiiha əəzim bi mulqiha.

   Hərrəqtu darəkə la əbqi ələyha biha,                 İnləm tubaye bə bintul Mustəfa fiha.

Tərcümə: “Ömər necə də Əliyə gözəl deyib,         Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”

Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından  biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik:

Əhli sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik.

            İkinci bölmə: Möhsin ibn Əlinin şəhadəti:

1. İbn Şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından (1/210) nəql edir: “Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman  Qunfuzun zərbəsi ilə həlak oldu”

2- Məsudi «İsbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»

3 Şəhrestani («əl-Miləlu vən-nihəl» 1/57 Beyrut nəşri kitabında: Nizam deyib:“Ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”

4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz Ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”

5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır: “Nizam mötəzili bu əqidəyə qaildir ki, Ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”

6- İsfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.

7-Həmui Cuvəyni Şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)İbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullah(s) buyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”

8- İbn Əbil Hədid Mötəzili «Şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf  atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”

İbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”

İbn Əbil Hədid deyir: Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. Çünki mən bu barədə heç bir fikir söyləmirəm”

Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. Çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib  hadsənin baş verməsində şəkk etdiyini bildirib.

            Üçüncü bölmə: Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir. 

Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik.

1. İbn Cərir Təbəri  ( “Tarixul-uməmi vəl-muluk” 2/353) “....Əbu Bəkr dedi: Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!”

2- Məsudi («Murucuz-zəhəb» 2/194)“....Əbu Bəkr dedi: Mənim əncam verdiyim üç işdən  başqa heç bir şeydən  qorxum yoxdur.....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim”

3. Təbərani («əl-Mucəmul-kəbir» 1/62)“....Əbu Bəkr dedi: Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar”         فوددت أني لم أكن كشفت بيت فاطمة وتركته

4. İbn Əbil Hədid («Şərhu Nəcil-bəlağə» 2/47)“....Əbu Bəkr dedi: Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”

5. Muttəqi («Hindi Kənzul-ummal»  5/252 hədis 14113)“...Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”   أني لم أكن أكشف بيت فاطمة وتركته وإن كانوا قد غلقوه

Eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət mənbələri:

1. Dəhləvi Hindi    «İzalətul-xifa»   2/29              2. Zəhəbi   «Mizanul-iitidal»    5/135

3. İbn Həcər Əsqəlani  «Lisanul-mizan» 4/219       4. İbn Quteybə Dinuri «əl-İmaməti vəs-siyasət»  1/18        5. Hafiz Əbu Ubeyd  «əl-Əmval»  səh. 194

Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən hər bir insaflı insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranın yandırılması məsələsi ona asanlıqla sübüt olar. Ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə “Əbu Bəkrin etirafı” möhkəm bir cavabdır. İddia edirlər ki, Ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı.

Cavab: Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman olub təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi?  Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin (s) Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik və zülm olunub.

            İkinci Fəsl: Fatiməye Zəhranın (s.ə) narazılıqlarına bir işarə

Əhli sünnətin bəhs etməkdən boyun qaçırdıqları məsələlərdən biri Həzrət Fatimənin (s.ə) şeyxlərdən narazı olması məsələsidir. Çünki Fatmənin (s.ə) narazılığı Rəsulullahın (s) narazılığı və nəticədə Allah-taalanın narazılığıdır. Əhli sünnətin sələflərinin etimad etdikləri böyük alimlərə istinad edərək bu məsələni və ona dair dəlilləri araşdıracağıq. Nəticə çıxarmağı isə vicdanlı, insaflı və şuurlu insanların öhdəsinə qoyuruq.

            Birinci bölmə: Fatimənin gecə dəfn olunması

Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.

Sual: Hansı səbəbdən Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib? 

Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.

1. Muhəmməd ibn İsmail Buxari (hədis 6346.... فهجرته فاطمة فلم تكلمه حتى ماتت) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə  dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”

Əhli sünnət “Səhih Buxari” kitabını Allahın Quranından sonra ən etibarlı və dəqiq kitab sayırlar. (“Səhih Muslim” 1/15, “İrşadus-sarı”1/19)

2. Əhməd Beyhəqi (“əs-Sünənul-kubra” 6/300 Beyrut nəşri) yazır:“Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”

Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” 225-ci səhifə, Şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” 1/209 və “İhqaqul-həqq” 10/479 müraciət edə bilərsiniz.

3. Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin” دفنها زوجها علي بن أبي طالب ليلا ولم يؤذن بها أبا بكر

4. Ümumiyyətlə daha geniş məlumat üçün İbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, İbn Əbil Hədid “Şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250,  “əs-Səvaiqul-muhriqə” İbn Həcər Heysəmi 1/12, “əl-İstiab” İbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-İmamətu vəs-siyasət” İbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66: “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən  nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”

5. Hafiz Əbduddin Muhəmməd ibn  Əbi Şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi” 

6. Ubey Fəllah Hənbəli (“Şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.

7. Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.

8. Əbdurrəhman ibn Əmr Dəməşqi: (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.

9. İbn Əbil Hədid (“Şərhu nəcul-bəlağə” 6/50) yazır: Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və Ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.

Diqqət:  istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.

Sual: Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola  saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?

            İkinci bölmə:- Həzrət Zəhranın məsciddə və yataqda söylədiyi xütbələri

Həzrət Fatimənin (s.ə) iki şeyxdən narazı olması haqqında xəbərlərdən əlavə daha kədərli əhvalatlar əhli sünnətin kitablarında bəyan olunub. İbn Quteybə “əl-İmamətu vəs-siyasət” səh. 14,  Muhəmməd ibn Yusuf Gənci Şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və Ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm” Daha sonra İbn Quteybə “əl-İmamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”

İndi insafla deyin, Fatimənin bu dərəcədə aydın söylədiyi kəlamından sonra daha möhkəm bir dəlilə ehtiyac varmı? Fatimənin (s.ə) o iki nəfərə qəzəbli olduğunu göstərən mənbələrdən biri də Onun məsciddə söylədiyi xütbədir. Həmin xütbə əhli sünnətin mötəbər saydıqları kitablarda nəql olunub. “Bəlağatunnisa” səh. 23-24 Beyrut çapı müəllif Əbul Fəzl Əhməd ibn Əbi Tahir Muruzi (204-280 hicri) ən qədim kitablardan biridir. “Şərhu Nəcul-bəlağə” 4/78 İbn Əbil Hədid, “əl-Mənaqib” Əhməd ibn Musa Aişədən nəql edib, “əs-Səqifə” Əbu Bəkr Əhməd ibn Əbduləziz Cövhəri (əhli sünnətin ən mötəbər saydıqları alimlərdən biridir, bu məsələni müxtəlif səndlərlə nəql edib)

“....Həzrət Fatimə hər yerdən məyus olandan sonra müsəlmanların rəhbərliyini əllərinə keçirənlərin azğınlığının qabağını alıb camaatı həqiqətdən xəbərdar etmək və iki şeyxə höccəti tamamlamaq üçün məscidə gəldi. Fatimə Bəni Haşim xanımlarından bir dəstə ilə izzətlə məscidə daxil olub təyin olunmuş məxsus yerdə dayandı fəsahətli və bəlağətli bir xütbə söylədi. Biz həmin xütbənin bəhsimizə aid olan hissələrini ixtisarla dərc edəcəyik.

......Fatimə əvvəl bir ah çəkdi ki, məclisdə olanlar ağlamağa başladılar! Camaat sakit olandan sonra Allah-taalaya həmd və səna deyəndən sonra Rəsulullahın (s) risalətinə şəhadət verdi. Peyğəmbərin risalət yolunda çəkdiyi zəhmətlərini və Əlinin göstərdiyi rəşadətlərinə işarə edib dedi: “Rəsulullah (s) vəfat edəndən sonra sizin daxildə gizlətdiyiniz nifaq aşikar oldu. Onda dinin xəridarı olmadı, hər yolunu azmış və kölgədə gəzənlər ağalıq iddiasına başladı, müsəlmanlara və Rəsulullaha qarşı pis mövqedə olanlar bazarlarını qızışdırmağa çalışdılar.....”  Sonra Fatimə dində yolunu azıb icad olmuş bidətlərə və zülmə işarə etdi. Mühacirlərin və ənsarın  Fatimənin ehtiramının sındırılmasını görərək sükut etdiklərini onlara xatırlatdı: “.... Ey muhacirlər vay olsu sizə! Bu Allahın hökmüdür ki, Atamın mənə saxladığı irsimi oğurlayıb hörmətimi sındırsınlar?! Siz də məni himayət etməyib təhqir olunduğumu eşidib sukut edirsiniz!  .... Ey Əbu Quhafənin oğlu Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən Atamdan irs aparmayım? Necə də böyük iftiradır! Bu necə bidətdir ki, Allahın dininə daxil edirsiniz? Məgər qarşıdan gələn məhşərdən xəbəriniz yoxdur və qorxmursunuz? ... İndi ki, sən mənim haqqımı əlimdən aldın və nə istəyirsən elə.....Tezliklə həmin vədəgahda sitəmkarın rüsvay olub məzlumun haqqı bərqərar olan gündə görərsən ki, hər bir xəbərin öz yeri və hər məzlumun pənahı var!” Sonra Fatimə mübarək üzünü

Sual (50) : Salam. h Zehranin(e) mesumluqunun subutu nedir? Sunnu menbelerinde buna hansi deliller var? Onlar deyirler ki, guya "...qohumlarini qorxut" ayesi gelende Resulullah(s) h Zehrani(e) xususu xeberdar edib. Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təthir ayəsi Hz. Zəhranın (s) məsumluğuna dəlalət edir.

Bu ayə (qohumlarını qorxut) nazil olanda Hz. Zəhra (s) dünyaya gəlməmişdir.

Allah sizə yar olsun.

Go to TOP