Sual (31) : Salam aleykum.. Hz Huseynin Ruqeyya adinda qizi olub? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanlıq kamalatının parlayan və isardan dolu olan Kərbəla kimi hadisələrdə bəzən yaşı az olan simalar diqqətlə araşdırılmır. Həzrət Ruqəyyənin (s.ə) tərcümeyi halı, əziz atası, əmisi və əmisi oğlanlarının və s... nurlarını şüasından təsirlənib və bu şüalarda qərar tutubdur. Buna görə də tarixi kitablarda imam Hüseynin (ə) kiçik yaşlı qızı Rüqəyyədən ad aparmayıb. Bəzi məqatillərdə (öldürülmə yerləri) imam Hüseynin (ə) sözlərindən yad olunub ki, buyurub:

«یا اُختَاه، یا اُم کُلثُوم وَ اَنتِ یا زَینَب وَ اَنتِ یا رُقَیّه وَ اَنتِ یا فاطِمَه و اَنتِ یا رُباب! اُنظُرنَ اِذا أنَا قُتِلتُ فَلا تَشقَقنَ عَلَیَّ جَیباً وَ لا تَخمُشنَ عَلَیَّ وَجهاً وَ لا تَقُلنَ عَلیَّ هِجراً»[1] 

Yəni: "Ey bacım, ey ümmü Gülsüm və ey eynəb! Ey Ruqəyyə, Fatimə və Rübab! Sözlərimi nəzərdə tutun (və yadda saxlayın). Elə ki, mən öldürüldüm, mənim üçün yaxanızı, üzünüzü cırmayın və yaraşmayan (xoşa gəlməyən) söz deməyin".[2]

Sözün mənasına və xitabın üslubuna diqqət etsək görərik ki, buyurur: "Elə ki, mən öldürüldüm, mənim üçün yaxanızı, üzünüzü cırmayın". Gümana gəlməz Həzrət (ə), üç, dörd yaşlı qızı belə xitabla çağıra

İmam Hüseyndən (ə) nəql olunan başqa bir sözdə həzrət belə buyurur:

«اَلا یا زِینَب، یا سُکَینَة! یا وَلَدی! مَن ذَا یَکُونُ لَکُم بَعدِی؟ اَلا یا رُقَیَّه وَ یا اُمِّ کُلثُومِ! اَنتم وَدِیعَةُ رَبِّی، اَلیَومَ قَد قَرَبَ الوَعدُ»[3] 

Yəni: "Ey Zeynəb, ey Cukəynə! Ey balalarım! Məndən sonra sizin üçün kim qalar? Ey Ruqəyyə, ey ümmü Gülsüm! Siz, mənim yanımda Allahın əmanətləri idiz, indi mənim ayrılıq vaxtım yetişibdir.

İmamın (ə) sözünün mənasına və üslubuna diqqət etməklə bu nəticəyə gəlmək olar ki, İmamın (ə) Ruqəyyədən məqsədi, həzrət Ruqəyyə (s.ə), onun 3 yaşlı qızıdır.

Başqa bir tərəfdən ən qədim mənbə ki, imam Hüseynin (ə) üç, dörd yaşlı qızından ad aparılıb, "Kamele bəhayi" kitabı, İmadəddin Təbərinin əsiridir. Bu kitabda belə gəlibdir: İmamın (ə) dörd yaşlı qızı vardı və atasına çox irad (bəhanə) tutardı. Bir gecə yuxuda atasının yanında oturduğunu gördü. Elə ki, yuxudan ayıldı atasını axtarmağa başladı və dedi: Atam hardadır? Artıq taqətim yoxdur? Ondan nə gördüyünü soruşdular. Dedi ki, gördüm atamın kənarındayam və o da məni yanında oturdub. Bu xəbər Yezidə çatanda dedi: Gedin atasının başını ona göstərin. Yaylığı tabağın üstündən götürən zaman Ruqəyyə (s.ə) atasının başını gördü, bir ah çəkdi və can verdi.[4]

Amma alimlər bəzi qərinələrə diqqət etməklə, bu yaşda belə bir qızın olmasını İmam Hüseyn (ə) üçün inkar olunmaz hesab edirlər. İmam Hüseynin (ə) şəxsiyyəti kitabında yazıçı bu barədə böyük müasir tarixçi və rical alimi olan mərhum ayətullah Mərəşi Nəcəfidən sual edir və belə cavab alır: "Baxmayaraq ki, etibarlı sənədlər belə bir qızın olması barədə sakitdir, lakin bu qədər məşhur olmaqla onu inkar etmək olmaz".[5]

islamquest.net

Allah sizə yar olsun.

----------------------------------------------------------------------------------------------------------------

1] - İbni Tavus, əbul- Qasim əbul- ,Həsən ibni Sədud- din, Əl- luhuf ələ qətliyət- tufuf, səh 141, Üsvə nəşriyyatı, Qum, birinci çap, 1414 h. Q. Elamul- vəri, səh 236.

[2] - Həzrət Ruqəyyə (s.ə) barəsində tarixi nəzəriyyələrin axtarışından alınıb.

[3] - Təbəri, Əlaud- din, kamile Bəhayi, cild 2, səh 179 (hicrətin 6- cı əsri) (bu kitab, böyük alim, şeyx imadud- din Əl- Həsən ibni Əli ibni Məhəmməd Təbəri İmaminin əsəridir ki, Həlakuxan səltənətinin vaxtında İsfahanın hakimi, Bəhaud- dinin vəzirinin əmri ilə yazılıbdır. Bu kitabın kamele Bəhayı adı ilə adlandırılması buna görədir ki, Bəhaud- dinin əmri ilə yazılıbdır. Cavad Muhəddisi Aşuranın maarifi, səh 200- də bu mətləbi şeyx Abbas Quminin "Məntəhal- amalı" səh 437- dən nə nəql eləyir. Eyni bu mətləb tarixul- fey, səh 861- də gəlibdir. Məaliyus- sibteyn, cild 2, səh 127- də bu qızın adının Ruqəyyə olduğunu bildirir.

[4] - Bir dəstə yazıçılar, Movsuətu kəlimatil- imamil Hüseyn (ə), səh 511, darul- məruf nəşriyyatı, Qum, birinci çap, 1373 h. Ş.

[5] - Hüseynin (ə) şəxsiyyəti, səh 615.

Sual (32) : Salam aleykum. 1.. Hz Elinin qizi osmanla evli olub? Allah sizden razi olsun
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Əleykumus-salam.

Hz. Əlinin (ə) qızı Osmanla evlənməyib. Peyğəmbərin (ə) ögəy qızının Osmanla evlənməyi nəql olunub. Bəzi alimlər Hz. Əlinin (ə) qızı Ümmu Gülsümün Ömərlə evlənməyini yazırlar. Hər halda hər iki məsələ barədə ixtilaf var və bəzi şiə tədqiqatçıları bunu inkar edirlər.
Allah sizə yar olsun.
Sual (33) : Salam, 1) Peyğәmbәrimizin Xәdicәxanımdan neçә övladıolmuşdur? 2) O Hәzrәt Öz qızlarından hansını әbu Cәhlin oğlanlarına әrә vermiş vә hansı övladlardünyaya gәlmişdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbərin övladlarının sayı barəsində tarixi mənbələrdə müəyyən ixtilaflar mövcuddur. Bəziləri bildiriblər ki, peyğəmbərin (s) Xanım Xədicədən 3 oğlu dörd qızı olub.

Oğlanlar: Qasim, Təyyib, Tahir,

Qızlar: Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, Fatimə.

Peyğəmbərin digər xanımlarından yalnız Mariyeyi Qibtiyyədən İbrahim adlı bir oğlu olub ki, o da körpə vaxtı dunyasını dəyişib.

Peyğəmbərin Xanım Xədicədən olan 3 oğlu da ona aşkar təbliğat əmri verilənə qədər hamısı dünyasını dəyişmişdi. Lakin qızları islamı dərk etmiş və Mədinəyə də hicrət etmişdilər. Xanım Fatimə (s.ə) peyğəmbərin ölümündən sonra həyatda qalan yeganə övladı idi ki, atasının ölümündən 3 ay sonra O, da şəhid oldu. Bu deyilən umumi və məşhur nəzəriyyədir.

Amma Əhli-beyt məktəbinin tədqiqatçı alimlərinin nəzəri fərqlidir. Doğru nəzər bundan ibarətir ki, Hz. Xədicə (ə) Peyğəmbərdən (s) öncə heç kəslə evlənməyib və O həzrətdən yalnız bir qızı olub oda Hz. Zəhra (s) amma başqa qızlar Hz. Xədəcənin bacısının qızları idi ki, yetim qaldıqları üçün xanım Xədicə onları himayəsinə götürmüşdür. Oğlu barədə isə yalnız Qasim adlı bir oğulu olub ki, təyyib və tahir onun ləqəbidir. (ətraflı məlumat üçün, bənatin nəbi əmm rəbaibuhu. Fars dilinə tərcuməsi: “Doxtəran ya doxtərxandehayi peyambər”, kitabına müraciət edə bilərsiz. Müəllif Əllamə Seyyid Cəfər Murtəza).

Allah sizə yar olsun.

Sual (34) : salam aleykum. Eli e.heyat yoldawlari kimler olub mumkunse sira ile adlarini yaza bilersiz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hz. Əlinin (ə) ilk həyat yoldaşı Hz. Zəhra (s) olub ki, 9 il birgə yaşayıblar və bu 9 ilin ərzində Hz. Əli (ə) özünə başqa həyat yoldaşı seçməyib. Hz. Zəhra (s) şəhid olduqdan sonra İmam bir neçə xanımla evlənib.

1.Əmamə, Əbul Asın qızı. (Hz. Zəhranın (s) vəsiyyəti ilə ki, bacısı qızı olub)

2. Əsma, Umeysin qızı.

3. Fatimə Kilabiyyə, Ümmül-Bənin.

4. Ümmü Səid, Ürvə-ibni Məsud Səqəfinin qızı.

5. Xulə, Cəfər ibni Qeysin qızı.

6. Səhba (Ümmü Həbib) Rəbiənin qızı.

7. Leyla, Məsudun qızı.

8. Məhyat, İmrəul-Qeysin qızı.

Bəzi tarixdə Ümmü Şüeyb və Həmla adında həyat yoldaşlarının adı da çəkilir. Ehtimal verilir ki, bəzi xanımların adı və künyəsi səhv düşüb və sayın çoxluğuna səbəb olub.

Hz. Əli (ə) şəhid olan zaman həyat yoldaşlarında dördü sağ olub. Əmamə, Əsma, Leyla, Ümmül-Bənin.

Əlbətdə bu evlilik eyni zamanda olmayıblar, çünki şəriətdə eyni zamanda yalnız 4 xanımla evlənmək olar. Yalnız Peyğəmbət (s) istisna olmaqla ki, 9 həyat yoldaşı seçə bilər.
Allah sizə yar olsun.
Sual (35) : salam aleykum.bilmek isterdimki Xanim Zəhra s.ə neçə kəfənə bükülub?

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tarixdə bu məsələ ilə qarşılaşmamışıq, Hz. Zəhra (s) öz vəsiyyətində Hz. Əliyə (ə) buyurur, məni gecə kəfən et amma neçə kəfənə bükməyin qeyd etmir. İslamda kəfənin 3 vacıb tikəsi var.
Allah sizə yar olsun.

Sual (36) : Salam Aleykum.Imamlarimiz oz nefslerinden hech ne etmeyibler,ne ediblerse Allahin mesleheti olub,bes hz.Hesen.e.ne sebebe code(Allah ona lenet etsin) evlendi,hem Qeyb elmi de vardi.Burada hikmet nedir.ALLAH razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu işin əsas fəlsəfəsi bizə aydın deyil, bir növ ilahi imtahandır. Belə uğursuz evlilik peyğəmbərlərində başına gəlib. Buna Nuh (ə), Lut (ə) və Hz. Muhəmməd peyğəmbərin (s) Aişə və Həfsə ilə evlənməyinə misal vurmaq olar ki, Quranda da işarə olunub. Məsumlar adi işlərində qeybi elmləri ilə rəftar etmirlər bəlkə adi elmlərinə əməl edirlər. Qeybi elm təklif təyin etmir bəlkə bəzən mütləq baş verəcək şeydən xəbərdar edir. Amma o ki qaldı İmamın (ə) Cədə ilə evlənməyinə, bu demək olar ki, könüllü olmayıb. Hz. Əli (ə) İmam Həsən (ə) üçün Əşəsin qadaşı Səid ibni qeysin qızı Ummi İmrana elçilik edir, Səid qardaşı Əşəslə məsləhət edir, Əşəs isə məsləhət görür ki, qızı onun oğluna (öz əmisi oğluna) versin. Bundan sonra Əşəs camaat arasında hay-küy salır ki, Hz. Əli (ə) oğlu üçün onun gəlinindən elçilik edib, bu yolla öz qızı Cədəni İmam Həsənə (ə) sırıyır.

Allah sizə yar olsun.

Sual (37) : Salamun aleykum menim bir sualim var sual beledi zuleyxa xanim Yusuf peygember funyadan getdikden sonra musa peygemberin dovrune kimi yasiyib vr musa peygember cavanlasdirdigi xanim zuleyxa olub ve onu ozune heyat yoldasi qerar verib Bu duzdur xais edirem etrafli yazardiz? Allah razi olsin sizlerden.
Ad: Ehli Beyt, Ölkə: sual, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hz. Yusifdən sonra Züleyxanın həyatı tarixdə qeyd olunmayıb, yazdığınız mətləb doğru nəzərə çatmır çünki, Yusif peyğəmbərlə Hz. Musanın arasında 400 il fasilə olub və bundan əlavə tarixdə də buna rast gəlinmir. Bəzi tarixçilər hətta Hz. Yusiflə Züleyxanın evlənməsinidə şübhə edirlər.

Allah sizə yar olsun.

Sual (38) : Salam.xanim Fatime (e) xanim Zeyneb (e) basqa qizi olub ve xanim Fatime (e) necedene ovladi olub zehmed olmasa adlarini yazardiz.Sagolun
Ad: l_esgerov@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Fatimeyi-Zəhra (ə.s) 9 yaşında ailə həyatı qurub. İmam Həsən (ə) hicrətin 3 cü ili, İmam Hüseyn (ə) hicrətin 4 cü ili, Hz. Zeynəb (ə.s) hicrətin 5 ya 6-cı ilində, Ümmi Gülsüm (ə.s) hicrətin 7 ci ilində dünyaya gəliblər.

Allah sizə yar olsun.

Sual (39) : Salam Aleykum.duzdur ki,xanim Aise IMAM HESENIN TABUTUNU OXLATDIRIB? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bir tarixi həqiqətdir ki, Aişə Peyğəmbərin (s) zövcəsi İmam Həsən Müctəbanın (ə) cəddi kənarında dəfn olunmasına mene oldu. Bu haqda şiə və əhli-sünnə kitablarında çox sayda hədislər gəlmişdir. Şiə kitablarında bu hadisə haqda çoxlu hədislər nəql olunmuşdur. Biz bu məqaləmizdə isə Üsul Kafi hədis kitabı Məhəmməd 
Yəqub Kuleyninin əsəri olan kitabdan bir hədisi nəql etməklə kifayətlənirik. 

Muhəmməd ibn Muslim deyir: Eşitdim ki, İmam Baqir (ə) buyururdu: "O zaman ki, İmam Həsən (ə) ömrünün son anlarını yaşayırdı, qardaşı İmam Huseynə (ə) buyurdu: "... O zaman İmam Həsən (ə) rihlət etdi (yəni yoldaşı Cödənin əli ilə zəhərlənməklə) və onun tabutuna yerləşdirdilər. Onu o yerə apardılar ki, Peyğəmbər (s) Mədinədə cənazələr namaz qılardı. İmam Huseyin (ə) qardaşının cənazəsinə namaz qıldı və elə ki, namaz son çatdı Peyğəmbərin (s) məscidinə daxil oldu və o həzrətin məzarı başı üzərində dayanmışdılar ki, Aişəyə xəbər göndərdilər ki, Bəni Haşim Həsən (ə)-ın cənazəsini gətirib ki, Peyğəmbərin (s) kənarında dəfn etsin. Aişə yəhərli qatıra minib özünü oraya çatdırdı. ( o birinci qadın idi ki, İslamdan sonra yəhərli heyvana mindi) - dayandı və dedi: (Ey Bəni Haşim!) Övladınızı mənim evimdən bayıra çıxarın, burda heç bir şey basırılmamalıdır və Peyğəmbərin (s) hörməti sındırılmamalıdır. 
İmam Huseyin (ə) buyurdu: Sən və atan öncədən Peyğəmbərin hörmətini saxladımı? Bundan öncə Peyğəmbərin (s) yanında iki nəfər basırıldı onda hörmətsizlik olmadı Amma Peyğəmbər (s) balası cəddini yanında basırılanda hörməti sındırılır?!. ...
Əhli Sünnət alimləri də yazırlar: Aişə qatıra minmiş halda gəldi və icazə vermədi ki, İmam Həsən (ə) cəddinin yanıdna dəfn olunsun. 
İbn Əbdül-Bərr Qurtubi, əhli-sünnətin məşhur alimi özünün "Behcətül-Məcalis" kitabında yazır: "O zaman ki, Həsən (ə) dünyasını dəyişdi, istədilər ki, Peyğəmbərin (s) evində -qəbrinin kənarında - dəfn etsinlər, sonuca onun qarşısı alındı". 

Bu sənədlər əsasən Aişə İmam Həsənin (ə) cəddi Peyğəmbərin (s) yanında basırılmasının qarşısını aldı. Bu tarixi fakta əsasən aşağıda bir neçə sual ortaya çıxır:
1-Aişə nə üçün İmam Həsənin (ə) cəddi Peyğəmbərin (s) yanında basırılmasına narazı idi?
2-Bu evin ixtiyarı Aişənin əlində idi ki, bu işi görməyə icazəsi olsun? Kim bu evi ona vermişdi? Əgər o bu evi Peyğəmbərdən (s) irs aparmışdısa Fatimə (s) atasından irs nə üçün irs aparmadı? Əgər İmam Həsənin (ə) peyğəmbər (s) kənarında dəfn olunması o həzrətə hörmətsizlik idisə bəs başqa müsəlmanların həzrətin yanında dəfn olunması hörmətsizlik hesab olunmadımı?!
1-Usul Kafi kitabı, cild-1, səh: 303.
2-Behcətül Məcalis və Ənəsul-məcalis, kitabı, cild-1, səh: 100.
http://sualcavab.ge/
Allah sizə yar olsun.
Sual (40) : salam aleykum,Peygember s.in zovcelerinden olan Aiwe haqqinda soruwmaq isterdim,deyirler ki Peygember s.onun talaqini vermiwdi.bu melumat ne derecede dogrudur.cox sagolun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-təala buyurur: 

4. Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrail və möminlərin əməli salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar. Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin. Təhrim surəsi ayə 4-5.

Übeyd ibni Hüneyindən, o da ibni Abbasdan rəvayət edir: “Bir il idi ki, Ömər ibni Xəttabdan bir ayə barəsində soruşmaq istəyirdim. Amma onun vəhşətli simasından soruşa bilmirdim. Nəhayət bir dəfə o, Həcc məqsədi ilə Mədinədən çıxdı. Mən də onunla birlikdə idim.Həccdən qayıdarkən yolda ondan soruşdum: “ Peyğəmbərin (S) o iki qadını kimlər idi ki, Allah –Təala buyurur:--”Onlar Peyğəmbərin əleyhinə hiylə qurmuşdular?”
Ömər dedi: “Həfsə və Aişə idi.”
Səhihi Buxari 3 c. səh 136-137. hədis 4913; 4914

Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) Aişəni təlaq verməsi amma sonra yenidən öz təlaqında geri dönməsi vurğulanıb. Əl-müstədrək cild 4 səh 16, Səhih müslim cild 4 səh 188.

Allah sizə yar olsun.

Go to TOP