Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şeyx Abbas Qumi İmam Hüseynin (ə) Peyğəmbərin (ə) atı ilə Aşura günü meydana girməsinə işarə edir və yazır: İmam Hüseyn (ə) Peyğəmbərin (s) atını istədi ki, adı "murtəcəz" idi, ona minib qoşunu döyüşə hazırladı. Tarixi mənbələrdə Peyğəmbərin (s) atının adının murtəcəz olması qeyd olunub, amma İmam Əli (ə) və İbni Abbasdan nəql olunan hədisdə işarə olunur ki, o at Peyğəmbərdən (s) sonra ölmüşdü və İmam Əlinin (ə) zamanına qədər sağ qalmayıb. Bəzi alimlər belə ehtimal verirlər ki, İmam Hüseynin (ə) atı Peyğəmbərin (s) atı ilə eyni cins və nəsildən olub . Hər halda bu barədə iki nəzər var. Bəzən belə şübhə olunur ki, Peyğəmbərin (s) atının İmam Hüseynin (ə) zamanına qədər yaşaması mümkün deyil, lakin alimlər atın hətta 90 il yaşamasını mümkün sayırlar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Kazimın əleyhis-salam 5 və ya 6 il ömrü zindanda keçib. O həzrət 3 Abbasi xəlifəsinin zamanında yaşayıb və bir neçə dəfə həbs olunub, sonda Harun Ər-rəşidin tərəfindən 4 il müddətində, 179-cı hicri ilində həbs olunur və 183-cü ildə zindanda xəlifə tərəfindən zəhərlənərək şəhid olur. Amma İmam hətta zindanda olmadığı dövürdə də xəlifələr tərəfindən ev dustağı şəraitində yaşayır. Buna görədə bəzən İmamın zindanda olmağı ixtilaflı nəql olunur.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Musa peyğəmbərlə (ə) Hz. Xızırın görüşü Firon və qoşununun dənizdə qərq olmasından sonra baş verir. Təbii ki, Samirinin fitnəsinə qövmün hamısı aldanmır.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hz. Əlinin (ə) ilk həyat yoldaşı Hz. Zəhra (s) olub ki, 9 il birgə yaşayıblar
və bu 9 ilin ərzində Hz. Əli (ə) özünə başqa həyat yoldaşı seçməyib. Hz. Zəhra
(s) şəhid olduqdan sonra İmam bir neçə xanımla evlənib.
1.Əmamə, Əbul Asın qızı. (Hz. Zəhranın (s) vəsiyyəti ilə ki, bacısı qızı olub)
2. Əsma, Umeysin qızı.
3. Fatimə Kilabiyyə, Ümmül-Bənin.
4. Ümmü Səid, Ürvə-ibni Məsud Səqəfinin qızı.
5. Xulə, Cəfər ibni Qeysin qızı.
6. Səhba (Ümmü Həbib) Rəbiənin qızı.
7. Leyla, Məsudun qızı.
8. Məhyat, İmrəul-Qeysin qızı.
Bəzi tarixdə Ümmü Şüeyb və Həmla adında həyat yoldaşlarının adı da çəkilir.
Ehtimal verilir ki, bəzi xanımların adı və künyəsi səhv düşüb və sayın
çoxluğuna səbəb olub.
Hz. Əli (ə) şəhid olan zaman həyat yoldaşlarında dördü sağ olub. Əmamə, Əsma,
Leyla, Ümmül-Bənin.
Əlbətdə bu evlilik eyni zamanda olmayıblar, çünki şəriətdə eyni zamanda yalnız
4 xanımla evlənmək olar. Yalnız Peyğəmbət (s) istisna olmaqla ki, 9 həyat
yoldaşı seçə bilər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər ikisinin adı İmam Hüseynin (ə) qatili kimi çəkilib. Şeyx Səduq Sinan ibni Ənəsi İmamın (ə) qatili qadlandırır. Şeyx Müfid isə Şimrin adını çəkir və belə yazır ki, Xuli Əsbəhi gəldi qabağa İmamın (ə) başını kəsməyə, amma bədəninə lərzə düşdü və qılınc əlindən düşdü yerə. Şimr bunu görəndə özü qabağa gəldi və mübarək başı bədəndən ayırıb Xuliyə verdi ki, Ömər Sədə versin. Ziyartnamələrdə də adətən Şimrin adı çəkilir. Belə nəticə almaq olar ki, İmam (ə) Sinanın zərbəsi ilə yerə yıxılır və axrıncı zərbəni o vurur, lakin İmamın (ə) başını Şimr (məlun) kəsir. Bu cəhətdən hər ikisi İmamın (ə) qatili adlanır.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s) ölüm yatağında olanda kağız qələm istəyir. İbni Abbasdan nəql olunan hədisə əsasən bu iş cümə axşamı günü baş verir. Peyğəmbər (s) bazar ertəsi Səfər ayının 28-i dünyasını dəyişir. Arada 3-4 gün fasilə olur. Bu iş Peyğəmbərin (s) xəstələndiyi zaman baş verir və bu xəstəlik 3-4 gündən çox çəkmir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yusif peyğəmbərlə Hz. Musanın arasında təqribən 250 il fasilə olub və bu fasilədə peyğəmbər göndərilməyib, amma Yusifdən (ə) sonra canişinlər və vəsilər olub. Yusifdən sonra peyğəmbərliyin Yəhudanın nəslindən olmağını tədqiqatçılar qəbul etmirlər. Ola bilsin ki, onun nəsli artsın, amma peyğəmbərində onun nəslindən seçilməsi anlayışına gəlmir. Çünki Yəhuda əməli saleh insan olmayıb və adının çox hallanmağı da Yusifin quyuya salınmasında və başqa hadisələrdə əsas rolda olmağıdır. Hədisdə Yusfin nəslindən peyğəmbər olmamağının səbəbi belə izah olunur ki: Yəqub peyğəmbər Misrə gələndə Hz. Yəqub tez düşür atdan Hz. Yusifin gec düşməyinə görə peyğəmbərlik nuru ondan alınır. Əlbətdə bu hədis həm Quranla uyğun gəlmir və həmdə alimlər bu hədisi zəif və yəhudilərdən islama daxil olan uydurma bilirlər.Allah-taala Quranda Yusif surəsindəbuyurur: 99. Beləliklə, onlar Yusufun hüzuruna daxil olanda, o ata-anasını qucaqladı və onlara öz yanında yer verib dedi: «Allahın istəyi ilə əmin-amanlıqla Misir diyarına daxil olun». 100. Və ata-anasını öz taxtına çıxartdı....
Nəticədə, Yəqub peyğəmbərin övladları arasında yalnız həzrət Yusif peyğəmbər seçilib və ondan sonra saleh Allahpərəst insanların nəslindən peyğəmbərlər seçilib. Allah-taala buyurur: Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Ənam 124.
Əlbət tarixçilər Musanı (ə) Yəqubun böyük oğlu Lavinin və Yuşə ibn Nun peyğəmbəri isə Yusifin nəslindən olmağını yazırlar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Fatimeyi-zəhra (s.ə) Ömərin əmri ilə evinə hücum olduqdan sonra aldığı zərbələrin nəticəsində şəhid oldu.
Ömər ibn Xəttabın Rəsulullahdan (s) sonra Fatimənin (s.ə) evinə hücum çəkib onun qamçı ilə vurulması, bətnindəki uşağın siqti, evinin yandırılması, Fatimənin şəhadəti və ......btün bunlar şiə kitablarında da nəql olunub. Maraqlı olanları nəzərə alıb bu haqda yazılmış bəzi şiə kitablarının ünvanlarını dərc edirik:
a) Fatimənin evinə hucum olunub yandırılması barədə:
1- Kitabu Səlim ibn Qeys səh 585 və 873 7- Kəşful-murad səh. 402
2- Əvalimul-ulum 11/400 8- Nəvaibud-dəhr 3/157
3- Biharul-ənvar 22/484, 43/197 9- əl-Muxtəsr səh. 44
4- əş-Şafi fil-imamət 3/76 10- Xəsaisul-əimmə səh. 47
5- Təlxisuş-şafi 3/76 11- Hilyətul-əbrar 2/652
6- əl-Hidayətul-kubra səh. 163 və 417 12- Təcridul-əqaid səh. 402
b) Muhsin ibn Əlinin şəhadəti haqqında:
1- Əmali Səduq səh. 99 8- əl-Muxtəsər səh. 109
2- Buşarətul-Mustəfa səh. 197 9- Kamilu Bəhai səh. 309
3- İqbalul-əəmal səh. 625 10- Hədiqətuş-şiə səh. 265
4- İrşadul-qulub səh. 295 11- Məaniyul-əxbar səh. 205
5- Cilaul-uyun 1/185 12- Elmul-yəqin səh. 686
6- Dəlailul-imamət səh. 26 13- Rovzətul-muttəqin 5/392
7- Misbahu Kəfəmi səh. 522 14- Isbatul-huda 2/337..........
v) Fatimənin qabırğasının sındırılması və......
1- Təriqul-irşad səh. 465 10- Misbahuz-zair səh. 25
2- Cilaul-uyun 1/186 11- əl-İxtisas səh. 184
3- Əmali Səduq səh. 99 12- Rovzatul- cənnat 6/182
4- Usulul-kafi 1/487 13- İqbalul- əəmal səh. 625
5- Kənzul-fuad 1/149 14- Biharul-ənvar 43/182
6- əl-İhticac 1/210 15- Muqniətu Mufid səh. 456
7- Məzarun mufid səh. 156 16- Əvalimul-ulum 11/391
8- əl- Bələduləmin səh. 198 17- Hədiqətuş-şiə səh. 265
9- Kamilu Bəhai səh. 314 18- Elmul- yəqin səh. 701
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dillərin ortaya gəlməsi haqda müxtəlif nəzəriyyələr irəli sürülüb. Bəziləri dillərin çoxalmasını Nuh peyğəmbərdən sonra bilirlər. Adəm peyğəmbərin hansı dildə danışmağı dəqiq məlum deyil, Tövratda ibri dilində danışmağı yazılıb, bəziləri isə ərəb dilin yazırlar. Bir hədisdə süryanı dilində danışmağına işarə olunub lakin bu hədisi zəif hesab edirlər. Allah doğrusunu bilir.Quranda buyrulur: Bəqərə 31. Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Eyni zamanda adi insanlar üçün daimi kəbinlə 4 arvad almaq olar. Peyğəmbər (s) isə eyni zamanda 9 arvad ala bilər ki, bu hökümdə yalnız O həzrətə məxsusdur hətta imamlarada şamil olmur, necə ki gecə namazı qılmaq Peyğəmbərə (s) vacıbdır və başqalarına müstəhəb.Allah sizə yar olsun.