Sual (11) : Salamun alaykume .hz peygemberin nece ovladl var idi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbərin övladlarının sayı barəsində tarixi mənbələrdə müəyyən ixtilaflar mövcuddur. Bəziləri bildiriblər ki, peyğəmbərin (s) Xanım Xədicədən 3 oğlu dörd qızı olub.

Oğlanlar: Qasim, Təyyib, Tahir,

Qızlar: Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, Fatimə.

Əlbəttə həzərət Fatimədən başqa qızların Peyğəmbərin doğma qızı olub olmamasında ixtilaf var. Alimlərin fikirinə görə onlar həzrət Xədicənin yanında Peyğəmbərin evinə gəliblər.

Peyğəmbərin digər xanımlarından yalnız Mariyeyi Qibtiyyədən İbrahim adlı bir oğlu olub ki, o da körpə vaxtı dunyasını dəyişib.

Peyğəmbərin Xanım Xədicədən olan 3 oğlu da ona aşkar təbliğat əmri verilənə qədər hamısı dünyasını dəyişmişdi. Lakin qızları islamı dərk etmiş və Mədinəyə də hicrət etmişdilər. Xanım Fatimə (s.ə) peyğəmbərin ölümündən sonra həyatda qalan yeganə övladı idi ki, atasının ölümündən 3 ay sonra O, da şəhid oldu.

Allah sizə yar olsun.

Sual (12) : Salam,Bir yerde Eyyub Peygember xanimini sachlarini kesdiyine gore cezalandirmag isteyib,bu ne derece duzdur? Axi sebr sahibi Peygember niye bu fikre dushub?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-təala Sad surəsi 44-cü ayədə bu məsələyə işarə edir: Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi.
Həzrət Əyyubun bu fikrə düşməsi zövcəsinin şeytanın sözünə aldanmasına görə idi. Əlbəttə şeytanın vəsvəsəsinin nə olmağı barədə ixtilaf var. Bəzi rəvayətlərdə saçını kəsib satdığı üçün bəzi rəvayətdə isə şeytan Əyyubun zövcəsi Rəhiməyə dedi ki, istəyirsənsə ərin yaxşı olsun, Allahın adı ilə yox mənim adımla qurban kəs ətindən ərin yesə yaxşı olacaq. Bu sözü Rəhimə həzrət Əyyuba dedi. Əyyub peyğəmbər bu sözdən qəzəblənərək bu əhdi etdi. Hər halda Əyyub peyğəmbər mümkündür bu məsələdə bir həyat yoldaşı kimi yox bir peyğəmbər kimi zövcəsini tənbeh etmək qərarına gəldi və qərarıda doğru idi, lakin Allah-təala Hz. Əyyubun zövcəsinin təqsirindən keçdi və Əyyuba öz nəzrini yerinə yetirmək üçün 100 çubuğu bir yerə bağlayıb yavaşcasına vurmağı sifariş etdi.

Allah sizə yar olsun.

Sual (13) : Salam., İran şahı Yəzdəgirdin qizi imam Huseynin.e.xanimi olub? Məhəmməd Hənəfiyyə imam Zeynul-Abidin (ə) ilə hansi meselede müxalifət edib? cox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Hüseyn (ə)- ın İslam qoşununa əsir düşən Şəhrbanu ilə izdivacı barədə, neçə nəzər mövcuddur, çünki rəvayətlərin bəzisində bu xanımın Ömərin xilafəti zamanında əsir düşməsi yazılıb və digərlərində Osmanın xilafəti zamanı. Həmçinin onun və atası üçün çoxlu adlar qeyd olunubdur. Bu məsələlərə nəzər saldıqda, imam Hüseyn (ə) ın həyat yoldaşının və imam Səccad (ə)- ın anasının İranlı olması (və Şəhrbanu adlı bir qadın olması) barəsində qəti nəzər vermək çətindir.

Muhəmməd Hənəfiyyə İmam Səccada (ə) deyir ki, qardaşım Hüseyn (ə) şəhid oldu və öz yerinə canişin müəyyən etmədi, bəs mən imamət məqamına layiqəm. İmam Səccad (ə) buyurur: Ey əmi bu iddiadan çəkin və haqqın olmayan şeyi istəmə, atam şəhadətindən öncə mənə vəsiyyət etdi və Rəsuləllahın (s) silahını mənə verdi. Sonra İmam Səccad (ə) əmisini qane etmək üçün dəvət edir ki, bu məsələyə Həcərul-əsvəd şəhadət versin. İmam əmisi Muhəmməd Hənəfiyyəyə deyir ki, əvvəl sən Allaha dua elə istə ki, Həcərul-əsvəd dilə gəlsin və səninlə danışsın.Muhəmməd Hənəfiyyə dua edir, amma Həcərul-əsvəddən səs gəlmir. Sonra isə İmam Səccad (ə) dua edir və Allahdan istəyir ki, Həcərul-əsvəd dilə gəlsin. Allahın izni ilə daşdan fəsih ərəb dilində belə səs gəlir ki, imamət və vəsiyyət Hüseyndən (ə) sonra oğlu Əli ibni Hüseynə çatır. Bundan sonra Muhəmməd Hənəfiyyə öz sözündən dönür və İmam Səccada (ə) tabe olur. Əlbətdə Əllamə məclisi bu hədisin şərhində yazır ki, Muhəmməd Hənəfiyyənin əqidəsi bu deyildi, bu məsələni zahirdə ortaya gətirdi ki, başqalarına məsələni anlatsın, tainki belə təsəvvür etməsinlər ki, imamət Muhəmməd Hənəfiyyəyə çatmalıdır.

Allah sizə yar olsun.

Sual (14) : assalamun aleykum, Muhammad peygambarmizin dogum gununu yazardiniz ALLAH RAZI OLSUN arab tarixinnen birde bizim tarixnen hansi aya ve hansi gune birde necenci ile mexsus oldugunu deyardiniz tasakkur edirem
Ad: sahib, Ölkə: gurcustan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbər (s) miladi təqvimi ilə 570 ci ildə dünyaya gəlib. O zaman hicri qəməri ili yox idi, hicri qəməri ili Peyğəmbərin (s) 53 yaşında Məkkədən Mədinəyə hicrəti ilə başlayıb.  O həzrət hicri qəməri ayı ilə rəbiul-əvvəlin 17-si dünyaya gəlib. Təəssüf ki,  bu tarixin miladi ayları ilə hansı aya və hansı günə təsadüf etdiyini əldə edə bilmədik.

Allah sizə yar olsun.

Sual (15) : Salam aleykum.Hz.Eli.e.nece defe evlenib ve nece ovladi olub? sag olun

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hz. Əlinin (ə) ilk həyat yoldaşı Hz. Zəhra (s) olub ki, 9 il birgə yaşayıblar və bu 9 ilin ərzində Hz. Əli (ə) özünə başqa həyat yoldaşı seçməyib. Hz. Zəhra (s) şəhid olduqdan sonra İmam bir neçə xanımla evlənib.
1.Əmamə, Əbul Asın qızı. (Hz. Zəhranın (s) vəsiyyəti ilə ki, bacısı qızı olub)
2. Əsma, Umeysin qızı.
3. Fatimə Kilabiyyə, Ümmül-Bənin.
4. Ümmü Səid, Ürvə-ibni Məsud Səqəfinin qızı.
5. Xulə, Cəfər ibni Qeysin qızı.
6. Səhba (Ümmü Həbib) Rəbiənin qızı.
7. Leyla, Məsudun qızı.
8. Məhyat, İmrəul-Qeysin qızı.
Bəzi tarixdə Ümmü Şüeyb və Həmla adında həyat yoldaşlarının adı da çəkilir. Ehtimal verilir ki, bəzi xanımların adı və künyəsi səhv düşüb və sayın çoxluğuna səbəb olub.
Hz. Əli (ə) şəhid olan zaman həyat yoldaşlarında dördü sağ olub. Əmamə, Əsma, Leyla, Ümmül-Bənin.
Əlbətdə bu evlilik eyni zamanda olmayıblar, çünki şəriətdə eyni zamanda yalnız 4 xanımla evlənmək olar. Yalnız Peyğəmbət (s) istisna olmaqla ki, 9 həyat yoldaşı seçə bilər.

Şeyx Mufid İmam Əlinin (ə) övladlarının sayını 17 nəfər yazır, lakin Məsudi Murucuz-zəhəb kitabında bu sayı 25 nəfərə çatdırıb.
Allah sizə yar olsun.

Sual (16) : Salam aleykum. Hz Ibrahimin Hacer ve Ismaili Mekkeye aparmasi Saranin isteyi ile olub? Guya Sara qisqanib Haceri ve isteyib olari aparib basqa yere qoysun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət İbrahim (ə) Saranın narahatlığını görüb Allahdan istədi ki, Hacər və İsmaili aparmağa bir yer göstərsin. Allah-taaladan Məkkəyə köçmələrinin vəhy gəldi. Baxmayaraq ki, Hacər əvvəlcə Saranın kənizi idi və Sara özü İbrahimin (ə) onunla evlənmə təklifini irəli sürmüşdü, amma İsmail dünyaya gələndən sonra Sara bu vəzyyətdən narahat oldu və hiss edirdi ki, öz əli ilə ərinin məhəbbətində başqasını şərik edib.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum. Musa peygemberden sonra ummetin imami Yusa ibn Nun oldu? Bes ne ucun Harun peygember olmadi? Yoxsa hemin vaxt Harun peygember dunyasin deyismisdi? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Əleykumus-salam.
Harun peyğəmbər Musadan (ə) qabaq dünyasını dəyişir.
Allah sizə yar olsun.
Sual (18) : Salam aleykum ve rehmetullah. Sie alimlerinden Hz Fatimenin besetden 5 il qabaq anadan oldugun yeni Hz Eli ile evlenende 18-19 yasi oldugunu qebul eden alimler var? Varsa kimlerdir? Allah sizleri var elesin

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə alimlərinin arasında besətdən 5 il qabaq deyənə rast gəlmədik. Ümumiyyətlə şiə alimlərinin hamısı və bəzi əhli-sünnə alimləri besətdən sonra dünyaya gəlməsini yazıblar. Əlbətdə şiə alimlərinin əksəriyyəti besətdən 5 il sonra bəziləri isə 2 il sonra olmasını vurğulayırlar. Bunun əksinə olaraq əhli-sünnə alimlərinin çoxusu besətdən qabaq dünyaya gəlməsini yazıblar.

Allah sizə yar olsun.

Sual (19) : Salam aleykum. Hz Fatime Imam Eli ile evlenende 9 yasi olub?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Zəhranın (s.ə) İmam Əli (ə) ilə neçə yaşında evlənməyi barədə ixtilaf var. Bu ixtilaf Həzrətin neçənci ildə dünyaya gəlməsindən irəli gəlir. Əhli-sünnə alimlərinin nəzərinə görə Fatimə (s.ə) Peyğəmbərin (s) Besətindən 5 il öncə dünyaya gəlib, lakin şiənin nəzərinə görə Besətdən 5-il sonra dünyaya gəlməsi doğrudur. Əhli-beytdən (ə) nəql olunan hədislər Besətdən 5-il sonra olmağı təsdiqləyir. Şiə alimlərinin əksəriyyəti həzrət Zəhranın (s.ə) evlənəndə 9 ya 10 yaşında olmasını yazırlar.

Allah sizə yar olsun.

Sual (20) : Salam aleykum. Imam Huseyn defn olunarken yeni Imam Zeynalabdin mocuzevi zekilde gelib agani defn ederken qusl ve kefensiz defn edib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Səccad (ə) İmam Hüseynə (ə) qüsl verməd, yalnız namaz qıldı və məşhur nəzərə görə bir həsirə qoyub dəfn etdi.

Məsələ 603: ...Müsəlman meyyitə qüsl verib kəfənləmək vacibdir. Amma iki qrupun hökmü fərq edir:

1.Allah yolunda şəhidlər, yə’ni İslami cihad meydanında, Peyğəmbər və mə’sum imamlarla, onların naibləri ilə yanaşı həlak olanlar. İmam Mehdinin (ə) qeyb dövründə də İslam düşmənləri ilə savaşda həlak olanlar şəhid sayılır. Şəhid həm kişi, həm də qadın, həm yaşlı, həm də uşaq ola bilər. Bu halda onlara qüsül, kəfən və hənut vacib deyil. Onları əyinlərindəki libasla, namazdan sonra dəfn etmək lazımdır.

Allah sizə yar olsun.


Go to TOP