Sual (1) : Salam...1-ci Musa peyğəmbər yoxsa Süleyman peyğəmbər gəlmişdir? Onlarən arasında neçə il fərq vardır..Mümkünsə bir az ətraflı yazın.Minnətdarıq.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Musa peyğəmbər Süleyman peyğəmbərdən əvvəl olub, Onların arasında təqribən 250 il fasilə olub. Musa (ə) eramlızdan 1200 il əvvəl yaşayıb.

Ələvə məlumat üçün saytımızın kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:

Kitabın adı: Peyğəmbərlərin həyatı Mövzu: Tarix Müəllif: Seyyid Kamal
Allah sizə yar olsun.

Sual (2) : Salam aleykum. Peygemberin defn olundugu ev aisenindir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslam peyğəmbərinin (s) dəfn olunduğu yer barədə fərqli fikirlər var. Sünnə əhli bu fikirdədir ki, İslam peyğəmbəri (s) Aişənin hücrəsində dəfn olunub. Şiə araşdırmaçılardan bir qrupu elə sünnə əhlinin mötəbər kitablarına istinadən həzrətin (s) Aişənin hücrəsində dəfn olunması fikrini rədd edirlər. İmam Sadiq (ə) məktəbinin tanınmış şagirdləri ilə Əbu Hənifə arasında bu mövzuda mübahisələr olub. Həmin mübahisədə Ömər və Əbu Bəkrin dəfn olunduğu yerin qəsbi olması fikri də ortaya gəlir.
Sünnə əhli bu barədə nə deyir? Sünnə əhli alimləri Buxarinin Aişədən nəql etdiyi hədisə istinadən Peyğəmbərin (s) onun hücrəsində dəfn olunduğunu iddia edirlər. (Səhihi-Buxari, c. 1, səh. 162, h. 665) Aişə nəql edir ki, Peyğəmbərin (s) vəziyyəti ağırlaşdı və xəstəlik dövründə mənim evimdə qalmaq üçün digər zövcələrindən icazə aldı. Aişə nəql edir ki, Peyğəmbər (s) onun evinə gəldiyi zaman bir əlini Abbasın, digər əlini başqa bir şəxsin çiyninə qoymuşdu, ayaqlarını çətinliklə hərəkət etdirirdi.
Abdullah ibn Abbas deyir ki, Aişənin sözlərini Abbasa nəql edəndə belə söylədi: “Aişənin adını çəkmədiyi şəxs bilirsən kimdir? O Əli ibn Əbu Talibdir (ə).” Bu hədisi Buxari öz Səhih kitabında bir neçə yerdə nəql edib.
Aişənin hadisə barədə danışarkən Əlinin (ə) adını çəkməməsi səbəbi araşdırılmalıdır.
Əhməd ibn Hənbəl nəql edir: “Aişənin adını çəkmək istəmədiyi şəxs Əli ibn Əbu Talibdir (ə)” (“Musnədi-Əhməd Hənbəl”, c. 6, səh. 228) İbn Səd “Təbəqat” kitabında yazır: “Həmin şəxs Əli ibn Əbu Talibdir (ə). Amma Aişə onun adını yaxşılığa çəkmək istəməyib.” (“Təbəqat, c. 2, səh. 232)
Şiələr bu barədə nə düşünür? Şiə alimlər həzrət Peyğəmbərin (s) Aişənin hücrəsində dəfn olunması iddiasını rədd edirlər. Əgər bu yer barədə Peyğəmbərin (s) hücrəsi ifadəsi işlənirsə onun hansısa zövcəsinin hücrəsi nəzərdə tutula bilməz. Əgər belə olsaydı, həmin zövcənin adı qeyd olunardı. Əhməd Hənbəl deyir: “Bir gecə Peyğəmbər (s) öz hücrəsində namaz qılırdı. Bir qrup müsəlman hücrəyə daxil olub, ona iqtida etməyə başladı. Bu səbəbdən Peyğəmbər (s) namazını sürətlə qılıb, öz evinə daxil oldu.” (“Musnədi-Əhməd”, c. 3, səh. 31, h. 11567)
Rəbiə deyir: “Gecəni Peyğəmbərin (s) hücrəsində keçirdim...” (“Sunənun-Nəsai”, c. 3, səh. 92)
Digər tərəfdən, Peyğəmbərin (s) evinə ən yaxın ev həzrət Əlinin (ə) evi olub. Həzrət Əlinin (ə) qapısı Peyğəmbərin (s) evinə tərəf açılırdı. Buxari nəql edir: Bir şəxs İbn Ömərin yanına gəlib Osman haqqında soruşdu. Sonra Əli (ə) haqqında sual verdi. Orada həzrət Əlinin (ə) yaxşılığından danışıldı və deyildi: “Əlinin evi
Peyğəmbərin (s) evinə ən yaxın evdir. Həmin şəxs dedi ki, sən bundan xoşlanmasan da bu həqiqətdir.” (“Səhihi-Buxari”, c. 4, səh. 82, h. 437)
Əla ibn İzar deyir: Ömərin oğlundan Əli (ə) haqqında soruşdum. Belə cavab verdi: “Əlinin (ə) evinə bax, Peyğəmbərin (s) evinə onun evindən yaxın ev yoxdur.” (“Fəthul-bari”, c. 7, səh. 59) Müstədrəkdə oxuyuruq: “Bu Peyğəmbərin (s) evidir, bu da Əlinin (ə)!” (“Mustədrəki-Haşim Nişapuri”, c. 3, səh. 51)
Aydın olur ki, həzrət Əli (ə) və xanım Fatimənin evi Peyğəmbərin (s) evinə ən yaxın ev olub. Peyğəmbərin (s) evində Fatimənin (s.ə) hücrəsi olub və bu günə qədər Peyğəmbər (s) məscidində həmin yer xanım Fatimənin (s.ə) adını daşıyır.
Sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) öz evində dünyasını dəyişib. Bir hədisdə Ömərin belə dediyi nəql olunur: “Biz Peyğəmbərin (s) evində olduğumuz zaman bir şəxs bayırdan məni çağırdı və dedi ki, Səqifədə Ənsar toplaşıb, bir hadisə baş verməmiş özünü ora çatdır.” (Fəthul-bari”, c. 7, səh. 23)
Əslində Aişənin sözlərindən də həzrət Peyğəmbərin (s) öz hücrəsində vəfat etdiyi aydın olur. Aişə deyir: “Rəcm ayəsi və 10 dəfə süd verməklə süd analığı məsələsi barədə ayə nazil olanda mən həmin ayələri bir kağız üzərində saxlayırdım. Peyğəmbərin (s) dəfni ilə məşğul olduğumuz gün bir qoyun hücrəyə daxil olub, həmin kağızı yemişdi.” (“Sunəni ibn Maccə”, c. 1, səh. 625) Bu mətndən aydın olur ki, əgər Peyğəmbər (s) Aişənin hücrəsində dünyasını dəyişsəydi həmin gün hücrə izdihamla dolu olduğu zaman qoyun hücrəyə daxil ola bilməzdi. Müxtəlif mətnlərdən aydın olur ki, həzrət Peyğəmbərin (s) hücrəsinin iki qapısı olub. Müsəlmanlar Peyğəmbərə (s) cənazə namazı qılmaq üçün bir qapıdan daxil olub namazı qılır, o biri qapıdan çıxırdılar. Amma Aişənin hücrəsinin bir qapısı olub. Həzrət Peyğəmbərin (s) ruhu bədənindən ayrılandan sonra sual yarandı ki, ona necə namaz qılınsın. Qərara gəldilər ki, bir qapıdan girib namaz qılsınlar və o biri qapıdan çıxsınlar. (“Məsnədi Əhməd”, c. 5, səh. 81, h. 19838) Heysəmi rəvayəti nəql etdikdən sonra onun düzgünlüyünü vurğulayır.

Aişənin hücrəsinin Peyğəmbərin (s) hücrəsindən fərqli olaraq bir qapısı olub. Bu qapı Şama doğru, yəni məscidin cənub bucağı istiqamətində açılıb.

Rəvayətlərdə nəql olunur ki, Sail Aişənin evi barədə soruşanda ona bu evin bir qapısı olduğu deyilir. Bu qəbil suallarda bir məqsəd də Peyğəmbərin (s) dəfn olunduğu yerin Aişənin hücrəsi olmadığını anlatmaqdır. Məscidin Şam tərəfi dedikdə onun şimal tərəfi nəzərdə tutulur.

Buxari, Əhməd və başqa mənbələrin Peyğəmbərin (s) xidmətçisi Ənəs ibn Malikdən nəql etdiyi rəvayətlər var. Rəvayətlərdən birində Peyğəmbərin (s) evində onun Zeynəb binti Cəheşlə izdivac qonaqlığından danışılır. Bildirilir ki, süfrədən qalxandan sonra həzrət (s) Aişənin evinə doğru hərəkət etdi. Biləndə ki, qonaqlardan bir hissəsi hələ onun hücrəsindədir, geri qayıtdı. Bu zaman hicab

ayəsi nazil oldu və ayədə bildirilirdi ki, Peyğəmbərin (s) qonaqlığına dəvəti qəbul edin və təamdan sonra evlərinizə gedin. (Bax: Əhzab, 52) Aydın olur ki, Peyğəmbərin (s) hücrəsi ilə Aişənin evi arasında məsafə çox da qısa olmayıb. Peyğəmbərin (s) Aişənin hücrəsinə doğru gedib, yarı yoldan geri qayıtması bu məsafənin qısa olmadığını göstərir. (“Səhihi-Buxari”, c. 6, səh. 26, h. 6238)

Peyğəmbər (s) dünyasını dəyişəndən sonra Aişə öz hücrəsini Müaviyəyə satdı. Demək, Aişənin satılmış hücrəsi Peyğəmbərin (s) dəfn olunduğu yer ola bilməz. Müaviyə Aişənin hücrəsini 180 min dirhəmə aldı. Bəziləri hücrənin 200 min dirhəmə alındığını yazır. Müaviyə şərt kəsdi ki, Aişə ömrünün sonuna qədər həmin hücrədə yaşayacaq. (“Təbəqati-Kubra” , c. 8, səh. 165)

Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Peyğəmbərin (s) mənzili onun vəfat etdiyi yerdir. Sonralar hökumət Bəni Haşimin bu məkanda fəaliyyətlərini əngəlləmək üçün həmin yeri nəzarətə götürdü. Bu arada hökumət rəisinin qızı Aişə Peyğəmbərin (s) hücrəsinə iddia ilə çıxış etdi. Hökumət bu iddianı qəbul etdi, Peyğəmbərin (s) qızı və Əlinin (ə) tələblərinə məhəl qoyulmadı. Hansı ki, Aişənin hücrəsi məscidin başqa bir guşəsində yerləşirdi.

Nə üçün Əmirəlmöminin (ə) bu məsələ ilə bağlı sonda susmağa qərar verdi? Həzrət Əli (ə) İslamın mənafelərini fikirləşərək xilafət məsələsində tutduğu mövqeyi tutmuşdu. Övladı Höccət ibn Həsənin (ə.c) zühuruna qədər bu sükut uzanacaqdı.

Həzrət Peyğəmbərin (s) harada dəfn olunması ilə bağlı İmam Sadiqin (ə) şagirdləri ilə Əbu Hənifə arasında mübahisə diqqəti cəlb edir. Bu söhbətdə öncə qeyd etdiyimiz kimi Ömər və Əbu Bəkrin dəfn edildiyi yerin qəsbi olduğu vurğulanır.

Bir gün Fuzzal ibn Həsən Fuzzal Kufi dostlarından biri ilə yol gedərkən Əbu Hənifə ilə rastlaşdı. Fuzzal dostuna dedi ki, onu yerində oturtmasam əl çəkməyəcəyəm. Dostu Əbu Hənifənin elmi nüfuzuna işarə ilə Fuzzalı bu işdən çəkindirmək istədi. Fuzzal etiraz edib dedi: “Nə vaxt görmüsən ki, azğının dəlilləri möminin dəlillərini üstələsin?!” Fuzzal cəmiyyət içində Əbu Hənifəyə yaxınlaşıb salam verdi: “Allah sənə rəhmət etsin! Mənim qardaşım deyir ki, Peyğəmbərdən (s) sonra insanların ən üstünü Əli ibn Əbu Talibdir. Mən ona etiraz edirəm ki, Peyğəmbərdən (s) sonra Əli yox, Əbu Bəkr və Ömər üstündür. Sizin fikriniz nədir?” Əbu Hənifə bir qədər fikrə gedib cavab verdi: “Əbu Bəkr və Ömərin üstün məqamının sübutu üçün onların Peyğəmbərin (s) qəbri kənarında dəfn olunması bəs edər. Onların Əlidən (ə) üstünlüyünü təsdiq edən başqa dəlil də istəyirsən?" Fuzzal dedi: "Onların dəfn edildiyi yerə heç bir haqqı olmayıb. Bundan əlavə Peyğəmbərin (s) haqqında zülmə yol veriblər. Hətta dəfn olunduqları yeri Peyğəmbərə (s) hədiyyə etmişdilərsə, hədiyyə etdikləri yerdə dəfn olunmaqları vədə xilaflıq, çirkin işdir." Əbu Hənifə dedi: "Qardaşına de, Peyğəmbər (s) və bu iki şəxs bu yerdə ona görə dəfn olunublar ki, həmin yer

Həfsə və Aişənin olub." Fuzzal dedi: "Mən bunları qardaşıma demişəm. O deyir ki, Peyğəmbər (s) dünyadan gedəndən sonra nikahında zövcə olmayıb. Həmin iki nəfərin irs payı səkkizdə birdən çox deyildi. Beləcə hərəsinə bir qarışdan artıq torpaq düşmür. Belə bir vəziyyətdə həmin iki nəfərin dəfn olunduğu torpağı necə qəsb ediblər? Necə olur ki, Peyğəmbərin (s) qızı Fatiməyə atasından irs çatmır? Əbu Bəkr deyirdi ki, peyğəmbərlər özündən sonrakılara irs qoymur. Bəs Aişə və Həfsə necə irs payı alıb?" Bu sözlərdən sonra Əbu Hənifə göstəriş verir ki, Fuzzalı ondan uzaqlaşdırsınlar. O Fuzzalı xəbis rafizi adlandırır. (Ehticaci-Təbərsi, c. 2, səh. 149)
Allah sizə yar olsun.

Sual (3) : Bütün peyğəmbərlərə sühüf verilibmi? Məs Hz Yunus,Yusif .Əyyub .Şueyb və s 2 Hz Musa Quranda Hz Harunu vəzir köməkçi istədiyi halda niyə Hz Yuşə Nun onun varisi oldu.Mümkünsə Hz Harunun hədislərdə gələn həyatı barədə məlumat verəsiz
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1- Xeyr, bütün peyğəmbərlərə sühuf və ya kitab nazil olmayıb.
Peyğəmbərdən (s) nəql olunan hədisdə həzrət buyurur: Allah tərəfindən peyğəmbərlərə 104 kitab nazil olmuşdur. Hz. Adəmə 10 kitab, Hz. Şeysə 50 kitab, Hz. İdrisə 30 kitab, Hz. İbrahimə 10 kitab ki, 100 kitab olur, həmçinin Quran, Tövrat, İncil və Zəbur.

2- Hz. Harun (ə) Musadan (ə) qabaq dünyasını dəyişir.

Ələvə məlumat üçün "Nur-az" saytının kitabxanasında yerləşdirilmiş kitaba müraciət edin:

Kitabın adı: Peyğəmbərlərin həyatı Mövzu: Tarix Müəllif: Seyyid Kamal
http://kitab.nur-az.com/az/lib/view/456

Allah sizə yar olsun.

Sual (4) : Salam.124000 Peygemberin adlari ve heyatlari haqda harada tapa bilerem? Sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Peyğəmbərlərin yalnız sayına işarə olunub, hətta hamısının adı bizə məlum deyil və bəzilərinin isə yalnız adı çəkilib, amma həyatı barədə məlumat yoxdur. Peyğəmbərlərin sayının 124 min olması barədə Peyğəmbərdən (s) hədis nəql olunub.
Biharul-ənvar cild 11, səh 32, cild 16 səh 352 və cild 74 səh 71.
Şeyx Səduq, Xisal, cild-2 səh 524. Məanil-əxbar səh333.
Quranda İslaм Peyğəмbəri həzrət Мəhəммəddәn (s) əlavə, 25 Peyğəмbərin adı çəkilмişdir: Adəм, İbrahiм, İdris, İshaq, İsмail, İlyas, Əyyub, Davud, Zul-Kəfl, Zəkəriyya, Süleyмan, Şüeyb, Saleh, Üzeyir, İsa, Lut, Мusa, Nuh, Harun, Hud, Əlyəf, Yəhya, Yəqub, Yusuf, Yunus.
Saytın kitabxanasında yerləşdirilmiş kitabda bəzi peyğəmbərlərin həyatı barədə məlumat verilib, müraciət edə bilərsiz:

Kitabın adı: PEYĞƏMBƏRLƏRİN HƏYATI

http://kitab.nur-az.com/az/lib/view/456

Allah sizə yar olsun.

Sual (5) : Salam aleykum.Peyğəmbərin (s) dəvəsi ilə bağlı ləyaləye-əqəbə hadisəsi ne hadisedir? chox sag olun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Әhməd ibni Hüseyn Şafei «Dəlailun-nübuvvət» kitabında, İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Təbuk döyüşündən qayıdarkən səhabələrdən 14 nəfəri sözü bir yerə qoyaraq həzrət Peyğəmbəri (s) «Әqəbə» adlı bir yerdə öldürmək qərarına gəldilər...
Onlar dəhşətli səslər çıxararaq qum doldurulmuş kisəni Peyğəmbərin dəvəsinin qarşısına atdılar ki, dəvə qaranlıqda hürküb həzrəti dərəyə aşırsın. Lakin Allah-taala Öz Rəsulunu bu bəladan hifz etdi..»
Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin! Amin.
Sual (6) : Salam,"Həmçinin Həzrət Zəhra (s) qatilinə dedi: ... mənim məktubumu cırdın, Allah da sənin qarınını cırsın." Hezret hansi mektubu nezerde tutub? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Fədəkin Həzrət Fatiməyə (s) qaytarılması barədə Əbubəkirin yazdığı qəbaləni Ömər küçədə alıb cırdı.

Allah sizə yar olsun.

Sual (7) : assalamun eleykuma ISLAM PEYGEMBERI (S)ADAM OLDURUBMU MUHARIBEDE VE YA XUDDA HEYATDA
Ad: kamran, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s) müharibələrdə özü qoşuna başçılıq edirdi və meydanda başqaları kimi döyüşürdü. Təbii ki, müharibədə o həzrətin əli ilə ölənlər də olub. Vaqidi Məğazi kitabında yazır ki, Ubey bin Əbi Xələf Ühüd müharibəsində nizə ilə Peyğəmbərə (s) həmlə etdi Həzrət qılıncla ona zərbə vurdu və o zərbənin nəticəsində öldü.

Allah sizə yar olsun.

Sual (8) : Salam.".....Aişə də qatıra süvar olmuş halda onların dəstəsinə qoşuldu və nalə çəkdi ki, siz nə cür mənim heç zaman sevmədiyim birisini mənim evimə daxil edirsiniz?!” İbn Şəhr Aşub ardınca belə yazır: “Onun cənazəsini ox yağışına tutdular. O həddə qədər ki, tabuta yetmiş ox saplandı”. (“Mənaqibu İbn Şəhr Aşub”, c.4, s.43)" Aise niye imam Eli.e.ve ovladlarini sevmirdi? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Aişə xanımın İmam Əliyə (ə) qarşı olan düşmənçiliyi Peyğəmbər (s) zamanına qayıdır. Lakin Peyğəmbərin (s) İmam Əliyə (ə) olan məhəbbəti və himayəsi kin-küdurəti aşkar etməyə mane olurdu. Bu kin-küdurətin müxtəlif səbəbləri var. O səbəblərdən biri Aişənin övladının olmaması və Peyğəmbərin (ə) İmam Həsən və Hüseynə olan qayğısı və onları öz övladı bilməsi idi. Digər səbəb atasına xatir idi ki, Peyğəmbər (ə) İmam Əlini (ə) öz vəsisi qərar vermişdi və digər səhabələrdən üstün hesab edirdi. Peyğəmbər (s) İmam Əlinin (ə) qapısından başqa məscidə açılan bütün qapıları, hətta Əbubəkrin qapısını bağlatdırdı....

Allah sizə yar olsun.

Sual (9) : Salam aleykum. Peygemberiz oz eceli ile olub yoxsa zeherleyibler?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslam alimlərinin əksəriyyəti istər şiə istər sünni Peyğəmbərin (s) zəhərlənərək şəhid olduğunu qeyd edirlər, əlbəttdə Əhli-sünnə alimləri Xeybər müharibəsində zəhərləndiyini deyirlər, amma Xeybər müharibəsi 4 il qabaq olmuşdur və hədisdə var ki, Hz. Cəbrail Peyğəmbərə (s) Xeybər müharibəsində zəhərin olduğunu xəbər verdi və Peyğəmbər (s) zəhərli ətdən yemədi. Həmçinin Əhli-sünnə mənbələrində hədislər, Ayişə və Həfsə ataları ilə əlbir olaraq Peyğəmbər (s) yuxuda ya bihuş olan vaxt ağzına məcburi surətdə dərman tökməklərini yazır və hətta Peyğəmbər (s) işarə edir ki, bu işi görməsinlər amma Ayişə deyir xəstənin dərmandan xoşu gəlməz ona görə istəmir. Şiə hədislərində bunun dərman yox zəhər olduğu qeyd olunur.

Nümunə üçün bir neçə Əhli-sünnə mənbəsini qeyd edirik:

Səhih Buxarı cild 8 səh 42, Səhih Müslim cild 7 səh 42:

«عن عایشه قالت: لددنا رسول الله فی مرضه و جعل یشیر إلینا أن لا تلدّونی، فقلنا: کراهیة المریض بالدواء! فلمّا أفاق قال: ألم أنهکم أن

تلدّونی؟! قلنا: کراهیة الدواء! فقال (ص): لا یبقی منکم أحد إلا لدّ و أنا أنظر، إلا العباس فإنه لم یشهدکم.»

Əssirətun-nəbəviyyə İbni Kəsir cild 4 səh 446, Müsnədi Əhməd cild 6 səh 53:

«لددنا رسول الله (ص) فی مرضه، فأشار إلینا أن لا تلدّونی، قلت: کراهیة المریض الدواء! فلما أفاق قال: ألم أنهکم أن لا تلدّونی؟! قال: لا یبقی

منکم أحد إلا لدّ غیر العباس فإنه لم یشهد کنّ.»

Allah sizə yar olsun.

Sual (10) : Imam Hüseyn (ə)-ın həyat yoldaşı haqda mənbəsi ilə məlumat istəyirəm
Allahın adı ilə.   
Əleykumus-salam. Tarix kitablarında İmam Hüseynin (ə) dörd və ya beş həyat yoldaşından bəhs edilir. Bunlardan biri sonuncu Sasani hökmdarı Yəzdcürdün qızı, müsəlmanlara əsir düşmüş Şəhrəbanu xanımdır (adı Şahzənan şəklində də nəql olunub). İmam Zeynülabidin (ə) bu izdivacdan doğulub.
İmamın digər həyat yoldaşı Səqifə qəbiləsindən Əbu Mərvənin qızı Leyladır. O, Əli Əkbərin anasıdır.
İmamın üçüncü həyat yoldaşı İmrəül-qeysin qızı Rübabdır ki, Əli Əsğər, Səkinə və Fatimə onun övladlarıdır.
İmamın Qüzaə qəbiləsindən bir həyat yoldaşı da olub. Bu izdivacdan doğulan Cəfər adlı oğul elə İmamın sağlığında vəfat edib.
Bəzi mənbələrdə yazılıb ki, İmam Hüseynin (ə) bundan başqa adı tarixdə qalmayan daha bir həyat yoldaşı da var imiş. Kərbəla faciəsi zamanı bu qadın İmamdan (ə) hamilə idi və digər qadınlarla birlikdə əsir düşmüşdü. Əsirlər karvanı Hələb yaxınlığından keçəndə xanımın övladı səqt oldu (bətndən düşüb tələf oldu).

Allahsizə yarolsun.

Go to TOP