Sual (11) : Salam eleykum. Gurarul-hikem eserinin muellifi kimdir ve nece cilddir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kitabın kamil adı "Ğurərul-hikəm və durərul-kəlim" bir cilddə yazılıb. Kitabın müəllifi Əbul-Fəth  Amidi hicətin 5-ci əsrində yaşamış şiə alimidir. Müəllif həzrət Əlinin sözlərindən 10760 qısa hədisi əlifba tərtibi ilə tənzimləyib.

Allah sizə yar olsun.

Sual (12) : Salam aleykum. Bu hedis sehihdirmi? Imam Huseyn anadan olanda Peygember dilinden Imam emim qisalandi sonraki gunlerde sehadet barmagindan emim qidalanirdi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədis şiənin mötəbər kitablarında o cümlədən Şeyx Səduqun Əmali kitabında nəql olunub. Bu məzmunda çoxlu hədislər var.

Allah sizə yar olsun.

Sual (13) : imamı cafer sadık:''allah muta ettikten sonra gusul ettikten sonra bir erkeğin gusul suyunun her damlasında 70 melek yaratır ve bu melakler kıyamet gününe kadar ona af olması için dua ederler''bu hadis sahih midir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədisin sənədi zəif və mürsəldir.

26402- 15- «2» وَ عَنِ ابْنِ عِيسَى عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ الْهَمَذَانِيِّ عَنْ رَجُلٍ سَمَّاهُ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: مَا مِنْ رَجُلٍ تَمَتَّعَ ثُمَّ اغْتَسَلَ إِلَّا خَلَقَ اللَّهُ مِنْ كُلِّ قَطْرَةٍ تَقْطُرُ مِنْهُ سَبْعِينَ مَلَكاً يَسْتَغْفِرُونَ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ يَلْعَنُونَ مُتَجَنِّبَهَا إِلَى أَنْ تَقُومَ السَّاعَةُ.

Mənbə: 1) Vəsailuş-şiə cild 21, səh 16, hədis 26402.

Allah sizə yar olsun.

Sual (14) : SALAM ALEYKUM SIZDEN BIR XAISIMIZ AVVALCADAN TASAKKURLAR, IMAM BAQIR (E) VE IMAM SADIQ (E)-NAN NE QEDER HEDIS NEQL OLUNUB.2 CI SUALIMDA BUDURKI DOGRUDURMU MESUMLARDAN EN COX HEDIS IMAM BAQIR (E) VE IMAM SADIQ(E)-NEQL OLUNUB?
Ad: Sahib, Ölkə: GURCUSTAN, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, məsum imamlar arasında ən çox hədis İmam Sadiq (ə) və sonra isə atası İmam Baqirdən (ə) nəql olunub. Bu isə o iki məsumun başqa imamlardan elmli olağına görə yox bəlkə yaranmış şəraitə görə olub. Məsumlar hamısı bir nurdur və elmləri eyni qaynaqdandır. Amma bu nurun cilvələri şəraitə görə fərqli olur.
İmam Baqir (ə) və İmam Cəfər Sadiqin (ə) həyatı islam aləminin ən mürəkkəb və çətin dövrünə təsadüf etmişdir. Çünki Əməvilər sülaləsi zəifləyib Abbasilər hakimiyyətə gəlirdi. Bu iki sülalənin başının mübarizəyə qarışması xalis islam fikrinin geniş təbliğ olunmasına şərait yaratmışdı. Belə bir məqamda imam cənabları Mədinə şəhərində müasir universitet formalı bir məktəb təsis etdi. Orda üsul və fiqh (hüquq), fəlsəfə və kəlam, riyaziyyat, fizika, kimya, irfan və s fənləri tədris edilmiş və burada böyük alimlər yetişdirməyə nail olunmuşdur. Həmin alimlər mükəmməl təhsil aldıqdan sonra islam xilafətinin ən ucqar nöqtələrinə gedib öz biliklərini camaata çatdırmışlar.
Fikir və əqidə müxtəlifliklərinə malik olmaqlarına baxmayaraq, 4000 nəfər şəxs İmam Sadiqin (ə) elm dəryasından bəhrələnmiş və hədislərini nəql etmişdir. İndiyədək Əhli beytin (ə) heç birindən bu qədər hədis nəql olunmamışdır. Öz dövrünün ən məşhur alimləri, təfsir və hikmət ustadları o şəxsdən dərs almışlar.
Əhli sünnəninbir çox alimləri, xüsusən də Hənəfi və Maliki məzhəbinin baniləri Əbu Hənifə və Malik ibn Ənəs onun tələbələri olmuşlar.
Ümumiyyətlə şiə kitablarında təqribə 60 mindən çox hədis nəql olub ki, buda başqa məzhəblərə nisbət 4 dəfə çoxdur.
Amma bu 60 min hədisin neçəsi İmam Sadiqdən (ə) və neçə İmam Baqirdən (ə) olmağını dəqiq bilmirəm. Lakin bunu deyə bilərəm ki, imamların kəlamlarını ayrı-ayrılıqda müsnəd adı ilə toplayıblar. İmam Sadiqin (ə) müsnədi 22 cild, İmam Baqir (ə) isə 6 cild olub. Başqa məsumların müsnədi isə 1, 2 nəhayət 3 cildən çox deyil.

Allah sizə yar olsun.

Sual (15) : Salam. Hədis səhihdirmi? «Biharul Ənvar»: «Nəql olunanlara görə, Mənsur Dəvaniqi İmam Kazimdən (ə) camaatın onu təbrik etməsi üçün Novruzda evdə oturmasını və onunçün gətirdikləri hədiyyələri qəbul etməsini xahiş edir. İmam (ə) buyurur: «Mən babam peyğəmbərin (s) hədis və rəvayətlərində axtarsam da, bu gün haqda nəsə tapmadım. Novruz iranlıların adətidir və İslam onu mənsux (ləğv) etmişdir. İslamın aradan götürdüyünü həyata qaytarmağımızdan Allaha pənah!» Mənsur dedi: «Biz bu işi yalnız döyüşçülərə görə edirik (və bir hərbi siyasətdir). Səni and verirəm o böyük Allaha, evdə əyləş.” Həzrət qəbul edir və evdə əyləşir....» Biharul-Ənvar, c. 59, səh. 100, hədis 2 və c 48, səh. 108, hədis 9.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əllamə Məclisi bu rəvayət gətirdikdən sonra belə yazır: Bu hədis Müəllanin (ravinin adı) hədisinin ziddinədir və dəlalət edir ki, novruz şəri baxımdan mötəbər deyil. Lakin Müəllanın nəql etdiyi hədis, sənəd baxımından qüvvətli və alimlər arasında məşhurdur. Mümkündür bu hədisi təqiyyəyə (əqidənin gizlədilməsi) yozaq .... Biharul-Ənvar, c. 56, səh. 100,

Əlbətdə qeyd etmək lazımdır ki, bugün alimlər Müəllanında nəql etdiyi hədisi zəif hesab edirlər.

Allah sizə yar olsun.

Sual (16) : SALAM ALEYKUM. BU HƏDİS NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR.? -HZ.MUHAMMƏD Ə.S BUYURUB:ÜMƏTİMDƏN BİR QURUP QADINLAR OLACAQKİ ONLAR HİCABIN ALTİNDAN SAÇLARINI ELƏ YİĞACAQLARKİ DƏVƏNİN ÖRGÜCÜNƏ BƏNZƏYƏR.BELƏ QADINLAR CƏNNƏTİN ƏTRİN BELƏ DUYMAZLAR.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədis əhli-sünnə mənbəyində nəql olunub. Əgər naməhrəmin diqqətini cəlb etməsə bunun eybi yoxdur.

Allah sizə yar olsun.

Sual (17) : Bismillah. Salam qardaş. Çox sağ olun cavab üçün. Zəhmət olmazsa bu iki sualı da cavablandırın: 1. "Fiqhi muqarin" yazmısız, hövzələrdə hansı müəəllifin kitabı bu sahədə dərslik kitabı kimi məşhurdur? 2. Üsuli-hədis, dirayə və rical elmləri oxuyub qurtardıqdan sonra, hədislərin sənədlərini araşdırmaq üçün ravilər haqda rəy bildirilən və həmçinin bioqrafiyalarının mövcud olduğu rical kitabları var. Tusinin, Nəcaşinin, Kəşşinin. Eştimişik ki, Seyyid Xoyi (r.ə.) rical kitabında onların da rəyini verməklə yanaşı ravilər haqda öz rəyini də orada verib. Sual 1: yuxarıdakı elmləri qurtardıqdan sonra bir başa Seyyid Xoyinin (r.ə.) "Mucəmur-Rical" kitabına müraciət etməklə hədisin sənədi haqda qəti fikir söyləmək kifayət edirmi, yoxsa bundan əvvəl də hansısa elm öyrənilməlidir? Sual 2: Seyyid Xoyinin kitabından başqa hansı alimlərin onun kimi və ya ondan üstün rical kitabları var ki, ravilər haqda məlumat versin? Məsələn, Mamaqaninin (r.ə.) ricalına bizim alimlərimizin münasibəti necədir və ya Mirzə Cavad Təbrizinin? Alimlərin ona əsaslanıb ravi haqda rəy verdikləri rical kitabları hansılardır? Bu kimi suallarla sizi ola bilsin ki, yoruruq, hövzədə oxumayıb, azad təhsil aldığımız üçün dağınızlığı aradan qaldırmaq məcburiyyətindəyik. Xahiş edirik ki, geniş və dəqiq cavab yazasınız. Xülasə edim sualı: Yuxarıda adlarını yazdığımız elmlər tamalandıqdan sonra bir kitab yazın (məsələn, Seyyid Xoyinin ricalı və ya başqa) ki, təkcə o, kifayət edir ki, hədisin sənədi araşdırılsın.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. ّFiqhi müqarində müasir kitab Mühəmmədcavad Muğniyənin "Əl-fiqh əla məzahibil-xəmsə" kitabıdır.
2. İmamiyyə alimlərinin rical mövzusunda ən etibarlı mənbəyi dörd rical kitabıdır. Kəşşinin «Mərifətun-naqilin ənil-əimmətus-sadiqin», Şeyx Tusinin «Əl-fehrest» və «Ər-rical», Nəcaşinin «Fehreste əsmae musənnəfiş-şiə» kitabları. Əlbətdə rical mövzusunda yazılan kitab çoxdur amma əsasları qeyd olunanlardır.
Uyğun мövzuda daha ətraflı aşağıdakı linkə müraciət edin:
http://wiki.ahlolbait.com/index.php/%D9%85%D9%86%D8%A7%D8%A8%D8%B9_%D8%B1%D8%AC%
D8%A7%D9%84%DB%8C_%D8%B4%DB%8C%D8%B9%D9%87
http://wikifeqh.ir
Ayətullah Xoyinin yazdığı rical kitabı adətən müasir alimlər tərəfindən daha çox istinad və müraciət olunur. Əgər təkcə bir rical kitabına müraciət etsəniz bu kitab məsləhətdir.
Əlbətdə rical kitabı sadəcə hədisin ravilərini tanımağı anladır amma hədisi başa düşmək üçün təkcə rical elmi kifayət deyil bəlkə hədis elmini öyrənmək lazımdır.
Allah sizə yar olsun.
Sual (18) : Salamun aleykum. Müstəfiz, əziz və ğərib hədis nə deməkdir? Müstəfizə (təxminən) deyirlər ki, ravilərinin sayı üç olsun. Bunu necə başa düşək. Yəni bir hədis üç ayrı ravi silsiləsi şəklində nəql edilsə ona mustəfiz deyirlər, yoxsa bir kanal ilə gəlib və o hədisin sənədində 3 ravi var? Çox sağ olun Qısa zamanda cavab yazsanız çox yaxşı olar.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hər təbəqədə ravisi üç nəfərdən çox olan və təvatür həddinə çatmayan hədisə müstəfiz deyilir. Ən azı 2 nəfərin digər 2 nəfərdən rəvayət etdiyi xəbərə “əziz” deyilir. Bir neçə nəfər birindən və yaxud bir nəfər bir neçəsindən rəvayət etməsinə baxmayaraq bir nəfərin tək olaraq rəvayət etdiyi xəbər “ğərib” adlanır.

Allah sizə yar olsun.

Sual (19) : ALLAH-ın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Çox xahiş edirəm bu hədisin səhih olub olmamasını araşdırıb deyəsiniz. - ﻭَ ﺑِﻬَﺬِﻩِ ﺍﻟْﺄَﺳَﺎﻧِﻴﺪِ ﻋَﻦْ ﺣَﻤَّﺎﺩِ ﺑْﻦِ ﻋِﻴﺴَﻰ ﻋَﻦْ ﺣَﺮِﻳﺰٍ ﻋَﻦْ ﺯُﺭَﺍﺭَﺓَ ﻗَﺎﻝَ: ﺇِﺫَﺍ ﻗَﺎﻣَﺖِ ﺍﻟْﻤَﺮْﺃَﺓُ ﻓِﻲ ﺍﻟﺼَّﻠَﺎﺓِ ﺟَﻤَﻌَﺖْ ﺑَﻴْﻦَ ﻗَﺪَﻣَﻴْﻬَﺎ ﻭَ ﻟَﺎ ﺗُﻔَﺮِّﺝُ ﺑَﻴْﻨَﻬُﻤَﺎ ﻭَ ﺗَﻀُﻢُّ ﻳَﺪَﻳْﻬَﺎ ﺇِﻟَﻰ ‏) ﻋَﻠَﻰ‏( ﺻَﺪْﺭِﻫَﺎ ﻟِﻤَﻜَﺎﻥِ ﺛَﺪْﻳَﻴْﻬَﺎ ﻓَﺈِﺫَﺍ ﺭَﻛَﻌَﺖْ ﻭَﺿَﻌَﺖْ ﻳَﺪَﻳْﻬَﺎ ﻓَﻮْﻕَ ﺭُﻛْﺒَﺘَﻴْﻬَﺎ ﻋَﻠَﻰ ﻓَﺨِﺬَﻳْﻬَﺎ ﻟِﺌَﻠَّﺎ ﺗُﻄَﺄْﻃِﺊَ ﻛَﺜِﻴﺮﺍً ﻓَﺘَﺮْﺗَﻔِﻊَ ﻋَﺠِﻴﺰَﺗُﻬَﺎ - ‏)ﻭَ ﺇِﺫَﺍ ﺃَﺭَﺍﺩَﺕِ ﺍﻟﺴُّﺠُﻮﺩَ‏( - ﺟَﻠَﺴَﺖْ ﻓَﻌَﻠَﻰ ﺃَﻟْﻴَﺘَﻴْﻬَﺎ ﻟَﻴْﺲَ ﻛَﻤَﺎ ﻳَﻘْﻌُﺪُ ﺍﻟﺮَّﺟُﻞُ ﻭَ ﺇِﺫَﺍ ﺳَﻘَﻄَﺖْ ﻟِﻠﺴُّﺠُﻮﺩِ ﺑَﺪَﺃَﺕْ ﺑِﺎﻟْﻘُﻌُﻮﺩِ ﺑِﺎﻟﺮُّﻛْﺒَﺘَﻲْﻥِ ﻗَﺒْﻞَ ﺍﻟْﻴَﺪَﻳْﻦِ ﺛُﻢَّ ﺗَﺴْﺠُﺪُ ﻟَﺎﻃِﺌَﺔً ﺑِﺎﻟْﺄَﺭْﺽِ - ‏(ﻭَ ﺗَﻀَﻊُ ﺫِﺭَﺍﻋَﻴْﻬَﺎ ﻓِﻲ ﺍﻟْﺄَﺭْﺽِ‏) - ﻓَﺈِﺫَﺍ ﻛَﺎﻧَﺖْ ﻓِﻲ ﺟُﻠُﻮﺳِﻬَﺎ ﺿَﻤَّﺖْ ﻓَﺨِﺬَﻳْﻬَﺎ ﻭَ ﺭَﻓَﻌَﺖْ ﺭُﻛْﺒَﺘَﻴْﻬَﺎ ﻣِﻦَ ﺍﻟْﺄَﺭْﺽِ ﻭَ ﺇِﺫَﺍ ﻧَﻬَﻀَﺖْ ﺍﻧْﺴَﻠَّﺖْ ﺍﻧْﺴِﻠَﺎﻟًﺎ ﻟَﺎ ﺗَﺮْﻓَﻊُ ﻋَﺠِﻴﺰَﺗَﻬَﺎ ﺃَﻭَّﻟًﺎ - ‏( ﻓَﺈِﺫَﺍ ﺃَﺭَﺍﺩَﺕِ ﺍﻟﻨُّﻬُﻮﺽَ ﺇِﻟَﻰ ﺍﻟْﻘِﻴَﺎﻡِ ﺭَﻓَﻌَﺖْ ﺭَﺃْﺳَﻬَﺎ ﻣِﻦَ ﺍﻟﺴُّﺠُﻮﺩِ ﻭَ ﺟَﻠَﺴَﺖْ ﻋَﻠَﻰ ﺃَﻟْﻴَﺘَﻴْﻬَﺎ ﻟَﻴْﺲَ ﻛَﻤَﺎ ﻳُﻘْﻌِﻲ ﺍﻟﺮَّﺟُﻞُ ﺛُﻢَّ ﻧَﻬَﻀَﺖْ ﺇِﻟَﻰ ﺍﻟْﻘِﻴَﺎﻡِ ﻣِﻦْ ﻏَﻴْﺮِ ﺃَﻥْ ﺗَﺮْﻓَﻊَ ﻋَﺠِﻴﺰَﺗَﻬَﺎ ﺗَﻨْﺴَﻞُّ ﺍﻧْﺴِﻠَﺎﻟًﺎ ﻭَ ﺇِﺫَﺍ ﻗَﻌَﺪَﺕْ ﻟِﻠﺘَّﺸَﻬُّﺪِ ﺭَﻓَﻌَﺖْ ﺭِﺟْﻠَﻴْﻬَﺎ ﻭَ ﺿَﻤَّﺖْ ...‏) . - ﺍﻟﻜﺎﻓﻲ ‏( ﻁ - ﺍﻹﺳﻼﻣﻴﺔ‏) ﺝ 3 ﺹ335 ؛ ﻣﻦ ﻻ ﻳﺤﻀﺮﻩ ﺍﻟﻔﻘﻴﻪ، ﺝ 1 ، ﺹ 372 : ؛ ﻋﻠﻞ ﺍﻟﺸﺮﺍﺋﻊ ﺝ 2 ﺹ355 ؛ ﺗﻬﺬﻳﺐ ﺍﻷﺣﻜﺎﻡ ‏( ﺗﺤﻘﻴﻖ ﺧﺮﺳﺎﻥ ‏) ﺝ2 ﺹ 94 ). Şeyx Müfid, Əhkamun-nisa. s26 - ﻭﻭﺿﻌﺖ ﺃﺻﺎﺑﻊ ﻳﺪﻫﺎ ﺍﻟﻴﻤﻨﻰ ﻋﻠﻰ ﺛﺪﻳﻬﺎ ﺍﻷﻳﻤﻦ، ﻭﺃﺻﺎﺑﻊ ﻳﺪﻫﺎ ﺍﻟﻴﺴﺮﻯ ﻋﻠﻰ ﺛﺪﻳﻬﺎ ﺍﻷﻳﺴﺮ . Şeyx Tusi, Ənnihayə - ﻭﻳﺴﺘﺤﺐ ﻟﻬﺎ ﺇﺫﺍ ﻗﺎﻣﺖ ﻓﻲ ﺍﻟﺼﻼﺓ ﺃﻥ ﺗﺠﻤﻊ ﺑﻴﻦ ﻗﺪﻣﻴﻬﺎ ، ﻭﻻ ﺗﻔﺮﺝ ﺑﻴﻨﻬﻤﺎ ، ﻭﺗﻀﻢ ﻳﺪﻳﻬﺎ ﺇﻟﻰ ﺻﺪﺭﻫﺎ ﻟﻤﻜﺎﻥ ﺛﺪﻳﻬﺎ . "Qadın namaza durduqda ayaqlarını cütləsin, ayaqları arasında fasilə saxlamasın, əllərini sinəsinin üstünə qoysun (sol əli sol sinənin və sağ əli də sağ sinənin). Rüku edəndə əllərini dizlərinin üstündən budlarına qosyun ki, çox əyilməsin ...". Əl-Kafi, 3/335; Mən la yəhzuruhul fəqih, 1/372; Təhzibul- əhkam, 2/94). Öncədən də təşəkkür edirəm.
Ad: Əmin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Əleykumus-salam.

Hədisin sənədi zəifdir, amma belə bir qaidə var ki, dua və müstəhəbbi əməlləri çatdıran hədislərin sənədini araşdırmağa ehtiyac yoxdur, hətta zəif olsa belə savab əldə etmək niyyəti ilə əməl etmək olar. Qeyd olunan hədisdə müstəhəbbi əməli çatdırır.

Allah sizə yar olsun.

Sual (20) : Sual: Salam aleykum.Mene Ehli sunnenin hedis alimleri oldugu kimi Buxari Muslum ve s.- Shie mezhebininde en qedimden Imamin dovrunde olan Hedis alimlerinin adlari lazimdi ne qeder cox olsa o qeder yaxsidi mumkunse.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

ŞİƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ

Abbasilər xilafətinin ilk 200 ili şiə hədisçiliyi üçün də məhsuldar və əhəmiyyətli bir dövr olmuşdur. Şiə məzhəbində mötəbər sayılan bir neçə böyük hədis alimi bu dövrdə yaşamış və öz dəyərli əsərlərini yaratmışdır. Onların əsas qaynağı məsum imamlar idi. İmam Sadiq (ə), İmam Kazim (ə) və İmam Rza (ə) müxtəlif mövzularda onlarla risalə qələmə almış, səhabələrin suallarına yazılı şəkildə cavab vermiş, onlara faydalı mətləbləri diqtə etmişlər (məsələn: Mufəzzəl ibn Ömərə diqtə edilmiş «Tövhidi-Mufəzzəl», Hişam ibn Hakəmə ünvanlanmış «Fel risaləsi» və s.).

Şiə hədis alimlərinin bu dövrdəki ilk təbəqəsini imamların səhabələri təşkil edirdilər. Bunlar bilavasitə məsum imamlarla görüşərək, onların dilindən hədis eşidir və sonrakı nəsillər üçün rəvayət edirdilər. Səhabələrin bir çoxu eşitdiyi hədisləri kağıza da köçürürdü. Belə yazılı hədis mənbələrinə «əsl» deyirdilər. Əsllərin həcmi adətən kiçik (onlarla hədisdən ibarət) olurdu. Hər əsldə yalnız bir ravinin rəvayət etdiyi hədislər toplandığından, kitabın quruluşu çox zaman pərakəndə halda olurdu. Nadir hallarda hədislər mövzular üzrə qruplaşdırılırdı. Əsllərin sayı 400-ə yaxın idi; buna görə də onları «400 əsl» adlandırırlar. Əsllərin hamısı bu günümüzə gəlib-çatmamışdır.

Bu dövrdə əsllərdən əlavə, müstəqil kitablar da qələmə alınırdı. Kitab deyərkən, bir neçə mənbə əsasında hazırlanan, müəllifin araşdırmalarını və şəxsi rəyini də əhatə edən yazılı əsərlər nəzərdə tutulur. Kitab müəllifləri sırasında Zurarə ibn Əyən (vəf. 765), Əbu Bəsir (vəf. 765 vəya 767), Əbu Həmzə Sumali (vəf. 767), Məhəmməd ibn Numan Muminu't-taq (vəf. 765-ci ildən sonra) və s. mühüm yer tuturlar.

Bu dövrdə yaşamış Əhməd ibn Məhəmməd Bəzənti (vəf. 836) əvvəllər şiəliyin başqa qoluna mənsub olmuş, sonra İmam Rzanın (ə) dəvəti ilə cəfəri məzhəbini qəbul etmişdi. Bəzəntini «əshabi-icma»dan sayırlar. Yəni onun başqa ravilər vasitəsilə imamlardan rəvayət etdiyi hədisləri yoxlamağa ehtiyac yoxdur; əgər Bəzənti hər hansı hədisi bir kəsin dilindən rəvayət etmişdirsə, deməli, həmin hədis səhihdir. Bu fakt Bəzəntinin nə qədər böyük etibar sahibi olduğuna dəlalət edir. Bəzənti «Came», «Nəvadir» və «Məsail» kitablarının müəllifidir.

Bu sırada doqquzuncu, onuncu və on birinci imamların səhabəsi olmuş Fəzl ibn Şazanın (vəf. 874) adını xüsusi qeyd etmək lazımdır. Əbu Məhəmməd Fəzl ibn Şazan Nişaburi səhabələr arasında ən mötəbər şəxslərdən sayılır. İbn Şazanın həyatından bəhs edən müəlliflər onun 180 kitab müəllifi olduğunu bildirmişlər. Bu kitablar şiə əqidəsi, kəlam, şəriət və s. sahələri əhatə edir.

XII imamın kiçik qeybət dövrünün lap əvvəllərindən etibarən şiə alimləri əldə olan hədisləri toplamağa və məcmuə halında birləşdirməyə başladılar. İmamla rabitənin məhdudlaşması dini məsələlərdə qarşıya çıxan sualları vaxtında həll edə bilmək üçün bütün ana mənbələrin sistemləşdirilməsini və istifadə üçün əlverişli hala gətirilməsini tələb edirdi. Bu sahədə atılan ilk addımlar alimlərin gərgin zəhmətindən xəbər verir. Həmin dövrün ən məşhur simaları Əbu Cəfər Məhəmməd ibn Həsən Səffar Qummi (vəf. 903), Əbu'l-Qasim Səd ibn Abdullah Əş'əri Qummi, Əbu'l-Abbas Abdullah ibn Cəfər Himyəri Qummi, Əbu Əli Məhəmməd ibn Humam İskafi (vəf. 943-944 və ya 947-948) və başqaları idi.

• Bərqi

IX əsrdə yaşamış hədisçilərin ikisi ata-oğul idi. Əbu Abdullah Məhəmməd ibn Xalid Bərqi Qum şəhərində yaşasa da, mənşə etibarilə kufəli idi. Onun atası Kufədən qaçıb, Qum ətrafındakı kəndlərin birinə sığınmışdı. Məhəmməd ibn Xalid Bərqi imamların səhabəsi idi. Onun təfsir, hədis, tarix, rical, kəlam və s. sahələrdə kitabları vardır, lakin əsərləri günümüzə qədər gəlib çatmamışdır.

Onun oğlu Əbu Cəfər Əhməd ibn Məhəmməd Bərqinin adı şiə mənbələrindəki 800-dən artıq hədisin sənəd zəncirində mövcuddur. Qələmə aldığı kitabların əksəriyyəti itib-batıb. Müəllif öz kitablarının bir çoxunu «Məhasin» adı altında birləşdirmişdi. Onlarla bölümdən ibarət olan və minlərlə hədisi əhatə edən «Məhasin»in təqribən üçdə bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Bərqi 887-888-ci və ya 893-894-cü illərdə Qumda vəfat etmişdir.

• İbn Babiveyh

Əbu'l-Həsən Əli ibn Hüseyn ibn Babiveyh Qummi cəfəri alimləri arasında xüsusi mövqeyə malikdir. O, XI imam Həsən Əsgəri (ə) ilə görüşmüş, həmçinin, imamdan ona məktub gəlmişdi. Bu məktubda İmam Əsgəri (ə) İbn Babiveyhi «bizim şeyximiz və etimad sahibimiz» adlandırırdı. İbn Babiveyh ömrünün çox hissəsini Qum şəhərində keçirmişdir. O, məşhur alim Şeyx Səduqun atasıdır. İbn Babiveyhin daha bir oğlu da (Hüseyn) məşhur fiqh və şəriət alimi idi. Rəvayətə görə, İbn Babiveyh lap qocalsa da, oğul övladı olmurdu. O, İmam Mehdinin (ə) naibinə məktub yollayaraq xahiş edir ki, İmamdan onun barəsində dua etməsi üçün ricada bulunsun. Az sonra İmamdan cavab gəlir ki, tezliklə İbn Babiveyhin iki fəzilətli oğlu doğulacaq. Həqiqətən, bu dua sayəsində dünyaya gəlmiş Şeyx Səduqla qardaşı böyük alim olurlar.

İbn Babiveyhin müxtəlif mövzularda qələmə aldığı 20 kitabın adı mənbələrdə qeyd olunub. Bu böyük alim 941-ci ildə Qum şəhərində vəfat etmişdir.

• Şeyx Kuleyni

Şeyx Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni Rey şəhərinin 38 kilometrliyində yerləşən Kuleyn kəndində anadan olmuşdur. Onun həyatı barədə məlumatlar azdır. Kuleyni bir müddət Qum şəhərində yaşadıqdan sonra Bağdada köçür və Dəclə çayının qərb sahilində, Kufə qapısının yanındakı bir məhəllədə məskunlaşır. Elə burada o, özünün şah əsərini – «əl-Kafi» hədis məcmuəsini toplamağa başlayır. Kuleyni bu işə ömrünün 20 ilini sərf edir.

«Əl-Kafi»dən əlavə, Kuleyninin «Təbiru'r-ruya» (Yuxu yozmaları), «Rical», «Rəsailu'l-əimmə» (İmamların məktubları), «Rəddu qəramitə» (Qərmətilərin əleyhinə risalə) adlı əsərləri də vardır. O, məsum imamlar barəsində yazılmış şerləri də kitab halında toplamışdır. 

Lakin, şübhəsiz, Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi»dir. Məhz bu kitaba görə o, «Siqqətu'l-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir.

«Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulu'l-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuu'l-Kafi» adlanan ikinci hissə isə şəriət və ehkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətu'l-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulu'l-Kafi» aşağıdakı kitablardan ibarətdir: 1. «Əql və cəhl»; 2. «Elmin fəziləti»; 3. «Tövhid»; 4. «Hüccət»; 5. «İman və küfr»; 6. «Dua»; 7. «Quranın fəziləti»; 8. «Muaşirət» (rəftar, davranış). «Furuu'l-Kafi» isə təharət, namaz, oruc, zəkat, xüms, cihad, həcc, nikah, talaq, yemək və içmək, ticarət, irs, cəza və s. mövzularda hədisləri ehtiva edir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu, dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.

Rəvayətə görə, Kuleyni «Əl-Kafi»ni tərtib etdikdən sonra naib vasitəsilə İmam Mehdiyə (ə) təqdim etmiş və İmamdan belə bir cavab almışdır: ««Əl-Kafi» bizim tərəfdarlarımıza kifayət edər» (yəni bu, hədis sahəsində kifayət edəcək mənbədir).

«Əl-Kafi»yə çoxlu şərhlər yazılmışdır. Bunların arasında Əllamə Məclisinin «Miratu'l-uqul», Molla Xəlil Qəzvininin «Safi» (fars dilində) və «Şafi» (ərəb dilində, natamam) şərhləri və Molla Sədranın natamam şərhi (cəmi 449 hədisi əhatə edir) xüsusi diqqətə layiqdir.

Şeyx Kuleyni 941-ci ildə Bağdadda vəfat etmiş və Kufə qapılarının kənarında torpağa tapşırılmışdır. Vəfatından yüz illər keçdikdən sonra qəbri açılarkən, cəsədinin zərrəcə çürümədiyi aşkara çıxmışdır.

• İbn Qavliveyh

İlk Abbasi dönəminin sonlarında yaşamış məşhur hədisçilərdən biri də «İbn Qavliveyh» adı ilə tanınan Əbu'l-Qasim Cəfər ibn Məhəmməd Qummidir. Onun atası və qardaşı da məşhur hədisçilərdən sayılırdılar. İbn Qavliveyh Qumdakı şiə icmasının başçılarından idi. O, özündən əvvəlki və müasiri olduğu bir çox alimlərdən fərqli olaraq, hədisləri təkrarlamaqla kifayətlənmir, bunların əsasında ictihad edib fətva verirdi. İbn Qavliveyhin bir neçə əsəri qalmışdır ki, bunların ən görkəmlisi «Kamilu'z-ziyarat» kitabıdır. 108 babdan ibarət olan kitabda İslam müqəddəslərinin məzarlarını ziyarət etmək qaydaları izah olunur.

İbn Qavliveyh 978-980-ci illər arasında Kazimeyndə vəfat etmişdir.

• Kəşşi

Cəfəri məzhəbində rical (hədis ravilərinin şəxsiyyətini tədqiq edən elm) mövzusunda müstəqil və kamil kitab yazmış ilk müəlliflərdən biri Məhəmməd ibn Ömər Kəşşidir. Kəşşi hədis ravilərinin tərcümeyi-halını və etibar dərəcəsini özündə əks etdirən «Mərifətu əxbari'r-rical» kitabını tərtib etmişdir. Lakin kitabda şiə və sünni məzhəbli ravilər haqqında məlumatlar bir-birindən ayrılmadan, qarışıq şəkildə yerləşdirilib. Buna görə də, təqribən 150 ildən sonra Şeyxu't-taifə Tusi kitabdakı sünni ravilərinin adını və bəzi mətləbləri ixtisar edərək, «İxtiyaru'r-rical» və ya «İxtiyaru'l-Kəşşi» adlanan əsəri hazırlamışdır. Kəşşinin qələmindən çıxmış oricinal variant isə itib batmışdır. Kəşşinin vəfat tarixi dəqiq bilinmir. Məlum olan budur ki, o, Kuleyni və Əli ibn Babiveyhin müasiri olmuşdur.

http://www.erfan.ir/46742.html

Allah sizə yar olsun.

Go to TOP