Sual (41) : Bismillah. Salam Aleykum.Deyirler Hz Eli öz qizini ikinci xelife Ömere verib.Melumat vererdinizde bu düzdü?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

" style="font-family:'Times New Roman', serif">

İslam tarixində muxtəlif cəhətlərdən sual və iradlara səbəb olmuş məsələlərdən biri də Əmirul-muminin Əli (ə)-n qızı Ummu Gülsümün xəlifə Ömər ilə izdivacı haqda varid olmş ixtilafli xəbərlərdir. Bu xəbərlərə şübhə ilə yanaşmağın əsas səbəbi Rəsulullahın vəfatından sonra Əlini xilafətdən uzaqlaşdırılıb Fatimənin evinə edilən yürüş olmuşdur. Tarrixi sənədlər göstərir ki, bu qəmli və ürək dağlayan hadisələrdə ikinci xəlifə mühüm rol oynamışdır. Bu səbəbdən; Əgər ikinci xəlifə Fatimənin evinə hucüm edib Peyğəmbər qızını vurmaqla qəlbini dağlayıbsa bəs onda necə olur ki, Əli (ə) qızı Ummul Gülsümü Ömərə ərə verib?-sualı musəlmanları düşünməyə vadar edib. Əslən bu izdivac baş veribmi? Əgər bu izdivac baş veribsə hansı məsləhətə görə olub? Bəzi əhli sünnət alimləri iddia edirlər ki, bu izdivac olub və bununla da Fatimənin evinə hucum və o Xanımın döyülməsi məsələsini kölgədə saxlayıb nəticədə Rəsulullahın (s) canının bir parçasının şəhadətini inkar etməyə çalışıblar. Əhli sünnətin mötəbər kitablarında Əlinin evinə hücum olunub Fatimənin qamçı ilə vurulması və Peyğəmbər (s) əhli-beytinə hörmətsizliyin ən dəhşətli dərəcədə baş verməsi haqda xəbərlər təhqiqatçıda şübhə etməyə macal qoymur. Amma yenə də bəziləri iddia edirlər ki, təhdidlər əməli olmayıb. Son zamanlar vəhhabilər bu faciəni ört basdır etmək üçün “Əlinin qızı xəlifə Ömərlə izdivac edib və bu məsələ dəlalət edir ki, Ömərlə Fatimə arasında heç bir narazılıq olmayıb” kimi iddialara əl atıblar. Əhli-beytin tərəfdarları daim tarixi təhrif etməyə çalışanların səylərini izləməklə vaxtında təhriflçilərin qabağını alırlar. Buna görə də əvvəlcə bir neçə suala cavab axtaraq:

1) Ummu Gülsüm kimdir?

2) Alimlər bu nikah haqqında  nə deyirlər?

3) Şiə və sünnü mənbələrində bu nikahı nəql etmiş ravilərin kimliyini araşdıraq.

 4) Təhdid və zərurət.

Ummu Gülsüm kimdir?

İbn Əbdul Bir kitabında yazıb: “Ummu Gülsüm Rəsulullahın vəfatından öncə dünyaya gəldi.(“əl-İstiab” 4/1893. Fatimənin tercümeyi halı, Ummu Gülsümün tərcüməyi halı 4204) İbn Əsir “Usdul-Qabə”, 6/387, hədis 7578. Şeyx Mufid “İrşad” kitabında (1/354) Həsən, Hüseyn və Zeynəb ilə yanaşı Ummu Gülsümü də Fatimə və Əlinin övladı olduğunu qeyd etmişlər. Təbəri 5/153 və İbn Şəhr Aşub 3/89 yazır: Fatimənin Muhsinadlı oğlu hələ bətnində olarkən siqt oldu. Ummu Gülsümün adı tarixin müxtəlif səhifələrində gözə çarpır. Hicrətin 40-cı ilində rəməzan ayının 19-cu gecəsi Əmirilmuminin onun evində iftar edib məscidə yola düşür, 61-i ildə İmam Hüseyn ilə Kufəyə tərəf gəlib Aşura günündə Kərbəlada Əhli beyt əsirləri arasında göstərdiyi fədakarlığı. Kufə meydanında və Şamda Zeynəbdən sonra xütbə söyləməklə Kufə və Şam əhlini təlatumə gətirdi.

Yəzid Ummu Gülsümün rüsva edici xütbəsindən sonra etdiyi cinayəti ört basdır etmək üçün ona dedi: Bu malları xətalarımızın muqabilində bizdən qəbul et.  Ummu Gülsüm dedi: “Ey Yəzid! Sən nə qədər həyasızsan! Qardaşım Hüseyni öldürüb Əhli-beyti əsir edirsən sonra da əvəzində mal verib cinayətini ört-basdır etməyə çalışırsan”

Alimlərin bu nikah haqqında dedikləri.

Ummu Gülsümün ikinci xəlifə ilə evlənmə məsələsi tarixçilər arasında mubahisələrə səbəb olub. Bəzi alimlər bu nikahın baş verməsini əslən inkar etmişlər. Ikinci dəstə isə nikahın baş verməsini sübut etməyə çalışmışlar. Təbəri (“Tarix Təbəri” 4/69), və Yəqubi (“Tarix Yəqubi” 2/149) bu nikahın hicrətin 17-ci ilində baş verdiyini güman etmişlər.  Bəziləri (Təhzibul-kəlam 9/362, hədis 15) bu nikahdan sonra Ummu Gülsümün Zeyd adlı oğlu da olduğunu iddia ediblər. Bəziləri (Təbəqatul-kubra 3/14, əl-İsabə fi mə‘rifətissəhabə 8/465, əl-İstiab 4/1956)  Ruqəyyə adlı qızının olduğunu iddia etmişlər.

Şiə alimlərindən Seyyid Murtəza (Rəsailu Murtəza 3/149) bu izdivacın xəlifə Ömərin çoxlu təhdid və təzyiqlərindən sonra baş verdiyini söyləmişdir. Əbu Muhəmməd Novbəxti (Qamusu rical, 12/215-6) mötəqiddir ki, Ummu Gülsüm uşaq idi nikah baş tutdu, amma Ömərin evinə getməməzdən öncə dünyadan getdi. Nəticədə məlum olur ki, məsələ ilə bağlı dörd nəzəriyə mövcuddur:

 a) Əli və Fatimənin Ummu Gülsüm adlı qızı olmayıb.

b) Əli və Fatimənin Ummu Gülsüm adlı qızı olub, amma ikinci xəlifə ilə nikah etməyib.

 c) İkinci xəlifə ilə nikah edib, amma toydan oncə xəlifə dünyadan gedib.

d)  Bu nikah zorla baş verib.

Şiə və sünnü mənbələrində bu nikahı nəql etmiş ravilərin kimliyini araşdıraq.

Bəzi alimlər bu nikahın baş verməsini rəvayət və tarixi sənədlərə istinad etməklə qəbul etmişlər. Bbu sənədləri araşdırdıqda muəmmalı məqamlar meydana çıxır ki, əslən belə bir izdivacın musəlmana layiq olmadığı asanlıqla sübut olur.

a) İbn Əbdul Birr "əl-İstiab" kitabında yazir: "Ömər Əliyə dedi: Ummu Gülsümü mənə təzvic et. Mən istəyirəm bu izdivacla elə bir kəramətə yetişim ki, indiyə qədər heç kəs o mərtəbəyə nail olmayıb.

Əli dedi: Mən onu sənin yanına göndərəcəyəm, əgər ondan razı qaldın onda onu sənə təzvic edərəm. Əli Ummu Gülsümə bir parça verib Ömərin yanına göndərdi və dedi: Məndən Ömərə salam söylə və ona de ki, bu həmin parçadır ki, sənə demişdim. Ummu Gülsüm Əlinin sifarişini yerinə yetirdi. Ömər dedi atana de ki, mən bəyəndim və razıyam Allah da səndən razı olsun. Sonra Ömər əlini Ummu Gülsümün baldırına çəkdi və onu soyundurmağa başladı. Ummu Gülsüm dedi: Sən nə edirsən? Əgər xəlifə olmasaydın burnunu sındırardım. Ummu Gülsüm atasının yanına qayıdıb dedi: "Sən məni pis bir qocanın yanına göndərdin........ (İbn Əbdul Bir “əl-İstiab” 4/1955, əl-Muntəzəm, 4/237)

يا أبا الحسن فإني أرصد من كرامتها ما لا يرصده أحد فقال له علي أنا أبعثها إليك فإن رضيتها فقد زوجتكها فبعثها اليه ببرد وقال لها قولي له هذه البرد الذي قلت لك فقالت ذلك لعمر فقال قولي له قد رضيت رضي الله عنك ووضع يده على ساقها فقالت أتفعل هذا لولا أنك أمير المؤمنين لكسرت أنفك ثم خرجت حتى جاءت أباها فأخبرته الخبر وقالت بعثتني الى شيخ سوء فقال يا بنية إنه زوجك

b) İbn Həcər Əsqəlani yazır: Ummu Gülsüm dedi: .....Sən nə edirsən? Əgər xəlifə olmasaydın sənin gözünü vurub kor edərdim........(əl-İsabə fi təmyizissəhabə 8/293)

 12233 أم كلثوم بنت علي بن أبي طالب الهاشمية أمها فاطمة بنت النبي  ولدت في عهد النبي  قال أبو عمر ولدت قبل وفاة النبي  وقال بن أبي عمر المقدسي حدثني سفيان عن عمرو عن محمد بن علي أن عمر خطب إلى علي ابنته أم كلثوم فذكر له صغرها فقيل له إنه ردك فعاوده فقال له علي أبعث بها إليك فإن رضيت فهي امرأتك فأرسل بها إليه فكشف عن ساقها فقالت مه لولا إنك أمير المؤمنين للطمت عينيك…..

Əhli sünnət mənbələrində təhqiq

Əhli sünnət alimləri Ömərin Ummu Gülsüm ilə evlənməsi rəvayətlər haqda geniş mubahisə  yaradıblar. Bəzi alimlər həmin rəvayətləin sənədlərini təhqiq edəndən sonra hədis elminin meyarlarına əsasən onları zəif biliblər. Maraqlı budur ki, əhli sünnətin alimləri “Səhih Buxari” kitabında nəql olunmuş hədisləri səhih sayırlar. Ömərin Ummu Gülsüm ilə evlənməsi haqda olan hədisin sənədində İbn Şəhab Zuhəri mövcuddur və əhli sünnət alimləri onu mötəbər hesab ediblər, lakin tarixi mənbələrdən məlum olur ki, bu adam bəni Uməyyə və Əhli-beyt düşmənləri ilə yaxndan həmkarlıq edib. Bu cəhətdən onun hədislərində qondarma ehtimali daha güclüdür. Səhih Muslim kitabı Buxaridən sonra yazılmasına baxmayaraq orada bu izdivac haqqında heç bir xəbər yoxdur. Təəccüblüdür Buxari Qədir, Səqəleyn və Mənzilət kimi mutəvatir hədisiləri nəql etməkdən yan keçib, amma əhli sünnətin digər beş səhih bildikləri kitablarda onlara dəqiq işarə olunub. Çünki Buxari çalışıb Rəsulullahdan sonra İslamın ilkin çağlarında fəzanın aram olduğunu sübüt etsin. Əhli-beytə olmuş zülm və cəfanı nəql etməkdən yayınıb.Buxari kitabında İmam Hüseyndən hətta bir hədis belə nəql etməyib. Həmçinin İmam Sadiqdən İmam Əskəriyə qədər heç bir imamdan hədis nəql etməyib. İmran ibn Xəttan, Əmr ibn Asdan, Mərvan ibn Həkəm və Muaviyə ibn Əbu Sufyan kimilərdən hədis nəql edib ki, bu adamlar İslama və musəlmanlara qarşı ən dəhşətli cinayətləri törətməkdən həya etməyiblər. Həmçinin Buxari Quranın təhrifi haqqında hədis nəql edib iddia edir ki, "Leyl" surəsində 3-cü ayə Rəsulullahın zamanında "vəzzəkərə vəl-unsa" oxunardı, amma indiki Quranda "və ma xələgəzzəkərə vəl-unsa" kimi mövcuddur.  قال علقمة والذكر والأنثى قال أشهد أني سمعت النبي e يقرأ هكذا وهؤلاء يريدونني على أن أقرأ )وما خلق الذكر والأنثى ( والله لا أتابعهم(Buxari, 4/1889) Buxari Ənəs ibn Malikdən nəql edir: "Bi`ru məunə" şəhidləri haqqında bu ayə nazil olmuşdu:  بلغوا قومنا أن قد لقينا ربنا فرضي عنا ورضينا عنه   sonradan bu ayə nəsx olub Qurandan çıxarildı. (Buxari, 3/1036) Koleyni Usulul-Kafi (6/115 hədis 1-2) kitabında Muaviyə ibn Əmmardan hədis nəql edib: "İmam Sadiqdən soruşdum ki, əri ölən qadın həmin evdə vəfat iddəsi saxlamalıdır yaxud istədiyi yerə gedə bilər? İmam buyurdu: İstədiyi yerə gedə bilər. Çünki Ömər öləndən sonra Əli Ummu Uülsümün yanına gəlib onu özü ilə evinə gətirdi" Bu hədisə oxşar digər bir hədisi Suleyman ibn Xalid də İmam Sadiqdən nəql edib. Amma adı çəkilən Ummu Gülsümün Əlinin qızı olması şübhə doğurur. Çünki Əbu Bəkr vəfat edəndən sonra Əli (ə) onun dul qalmış arvadını aldı bu zaman həmin qadının Əbu Bəkrdən Muhəmməd ibn Bəkr və Ummu Gülsüm adlı  iki övladı var idi. Həmin uşaqlar Əlinin himayəsində böyüdülər.

Xətib Bağdadi yuxarıda nəql olunanlardan daha gülməli hədis nəql edib: ".......Ömər dəfələrlə Əlidən Ummu Gülsümü ona təzvic etməyi tələb etdi, axırda Əli qızına zinət vurub Ömərin yanına göndərdi. Ömər Ummu Gülsümü görəndə ayağa durub onun ayaqlarından yapışıb üç dəfə dedi: Atana de ki, mən razıyam, razıyam, razıyam,.....Qız atasının yanına qayıdandan sonra dedi: Ömər məni yaxına çağırdı və məni öpdü. Mən ayağa duranda ayaqlarımdan yapışıb dedi: Mənim dilimdən atana de: Mən razıyam.....(Tarixu Bəğdad, 6/182)

أبيه عن عقبة بن عامر الجهني قال خطب عمر بن الخطاب إلى علي بن أبي طالب ابنته من فاطمة وأكثر تردده إليه فقال يا أبا الحسن ما يحملني على على كثرة ترددى إليك الا حديث سمعته من رسول الله e يقول كل سبب وصهر منقطع يوم القيامة الا سببى ونسبى فأحببت ان يكون لي منكم أهل البيت سبب وصهر فقام على فأمر بابنته من فاطمة فزينت ثم بعث بها إلى أمير المؤمنين عمر فلما رآها قام إليها فأخذ بساقها وقال قولي لأبيك قد رضيت قد رضيت قد رضيت فلما جاءت الجارية إلى أبيها قال لها ما قال لك أمير المؤمنين قالت دعاني وقبلني فلما قمت اخذ بساقي وقال قولي لأبيك قد رضيت فأنكحها إياه.........

Yuxarıda nümunə üçün gətirdiyimiz hədisləri oxuyanda onların qondarma hədis olduğunu dərk edir. Normal adamlar bu hədislərin hansı məqsədə görə qondarıldığını asanlıqla hədisin dərk edir. Amma azacıq da olsa təfəkkür alətinə malik olmayanlar (məxsusən öz əql və əqidələrini əldən verənlərlər) cür-bəcür süst və gülməli dəlillər gətirməklə məsələni daha da məzhəkəyə döndərirlər. Əhli sünnətin tanınmış alimi Sibt ibn Cuzi bu rəvayətləri görəndə sanki yaralı şir kimi nərə çəkib deyir: And olsun Allaha! Bu çox iyrənc bir işdir.

 أرسل بها إليه فكشف عن ساقها فقالت مه لولا إنك أمير المؤمنين للطمت عينيك)

Sən nə edirsən? Əgər xəlifə olmasaydın elə sənin gözünə vurardım səni kor edərdim........əl-İsabə fi təmyizissəhabə 8/293). Hətta əgər o qız kəniz olsaydı belə bu əməl caiz deyildi. ....And olsun Allaha naməhrəm qadını ləms etmək (ona əl vurmaq) caiz deyil. Bu əməli xəlifə Ömərə necə nisbət vermək olar?...(Təzkirətul-xəvas, 321) Bu cür süst hədisləri nə şiə və nə də əhli sünnətin insaflı alimləri qəbul etmirlər. Özlərini islam dərk edən alim kimi qələmə verən bəzi alimsifətlər tapılır ki, bu cür süst hədisləri qəbul edirlər. Onlar idda edirlər ki, Ömərin bu əməli onun ədalətinə heç bir zərər yetirmir, çünki səhabələr ədalət məzhəridirlər. Onlar tarixin faciəli səhnələrini hətta Ömərin abrı bahasına olsa belə gölgədə saxlamaq üçün bu hədisləri qondarmağa əl atıblar. Yəqubi və Təbərinin yazdıqları tarixdən belə məlum olur ki, Ömər ibn Xəttab Ummu Gülsüm ilə hicrətin 17-ci ilində evlənib. Və o zaman Ummu Gülsümün sinni doqquz ildən az idi.   İbn Sə`d Təftəzani Təbəqatul-kubra (8/463) kitabında yazır: "Ömər Ummu Gülsüm ilə izdivac edəndə o həddi buluğa yetiçməmişdi" أم كلثوم بنت علي بن أبي طالب بن عبد المطلب بن هاشم بن عبد مناف بن قصي وأمها فاطمة بنت رسول الله وأمها خديجة بنت خويلد بن أسد بن عبد العزى بن قصي تزوجها عمر بن الخطاب وهي جارية لم تبلغ فلم تزل عنده إلى أن قتل وولدت له زيد بن عمر ورقية بنت عمر

İbn Cuzi "əl-Muntəzəm" (4/237) kitabında yazır: "Ömər bir halda Ummu Gülsümlə izdivac etdi ki, o həddi buluğa yetişməmişdi" Bütün deyilənləri müqayisə edəndən sonra heç ağla batandır ki, Əli (ə) səkkiz yaşa çatmayan bir qız uşağını ürəkdən razılıqla 57 yaşlı bir qocaya 50 il yaş fərqi ilə ərə versin? Hədislərdə Əlinin (ə) dilindən bu ibarət  خطبها إلى علي فقال يا أمير المؤمنين إنها صبية   (o uşaqdır) nəql olunub.

Hərçənd Rəsulullah (s) ilə bəzi zövcələri arasında yaş fərqi çox olub, amma o zövcələr iftixarla Onunla izdivac etməyə razı olurdular. Bəzi zövcələr özləri Rəsulullaha onlarla izdivac etməyi təklif etmişlər. Ətrafında əhs etdiyimiz izdivac haqqında ki, Əli (ə) özü də onunla qəti şəkildə muxalif idi bir qədər sonra bəhs edərik.

Kobud və qaba təbiətli insan

Ömər ibn Xəttabın kobud xasiyyəti dillər əzbəri olmuşdu və əhli sünnətin kitablarında bu haqda çoxlu hədislər dərc olunub. Hətta xilafətə yetişəndə birinci dilinə gətirdiyi dua bu oldu:"İlahi mən kobudam məni mulayim et! İlahi mən zəifəm məni güclü et! İlahi mən paxılam məni səxavətli et!" أخبرنا أبو معاوية الضرير عن الأعمش عن جامع بن شداد عن أبيه قال كان أول كلام تكلم به عمر حين صعد المنبر أن قال اللهم إني شديد فليني وإني ضعيف فقوني وإني بخيل فسخني قال أخبرنا وهب بن جرير

Hətta Əbu Bəkr vəfat edəndə Ömərin ardınca xəbər göndərdi ki, onu özündən sonra xəlifə elan etsin. Səhabələr ona etiraz edib dedilər:".. Sən istəyirsən özündən sonra bizə Öməri xəlifə edəsən bir halda ki, o çox kobud və sərtdir...."14178 - عن زيد بن الحارث أن أبا بكر حين حضره الموت أرسل إلى عمر يستخلفه فقال الناس تستخلف علينا عمر فظا غليظا (Kənzul-ummal, 5/270,273)

Tarixdən belə məlum olur ki, kobud və qaba xasiyyət axıra qədər onda qaldı və bu keyfiyyətə görə bəzi qadınlar onunla evlənməyə razı olmurdular. Təbəri nəql edir: Ömər Əbu Bəkrin qızı Ummu Gülsüm ilə evlənməyi Aişədən istədi. Ummu Gülsüm uşaq idi. Aişə məsələni bacısına deyəndə o dedi: O mənə lazım deyil. Aişə dedi: Sən xəlifəyə qarşı etinasızlıq edirsən? Ummu Gülsüm dedi: Bəli, O, kobud və qadınlara qarşı sərtdir.  فقالت لها عائشة ترغبين عن أمير المؤمنين قالت نعم إنه خشن العيش شديد على النساء(Tarix Təbəri, 2/564, əl-Kamil 2/450) Baxın görün Əbu Bəkrin xırda yaşlı qızı Ömərin kobud və qaba xasiyətli olduğundan xəbərdar olub. Hətta bəzi rəvayətlərdə bu cür nəql olunub: قال خطب عمر بن الخطاب أم كلثوم بنت أبي بكر الى عائشة فأطمعته وقالت أين المذهب بها عنك فلما ذهبت قالت الجارية تزوجيني عمر وقد عرفت غيرته وخشونة عيشه والله لئن فعلت لأخرجن الى قبر رسول الله e ولأصيحن به (əl-İstiab, 4/1807)"....And olsun Allaha əgər bu işi görsən Mən Rəsulullahın qəbrinin yanına gedib orada fəryad çəkərəm".Bəlazəri, Təbəri və İbn Əsir nəql ediblər: Yəzid ibn Əbu Sufyan dünyadan gedəndən sonra Ömər onun dul qalmış arvadı Ummu Ubban bintə Utbə ilə evlənmək istədi. O qəbul etməyib dedi: " Ömər qaşqabaqlı və qəzəbli halda evə girib çıxır, evinin qapılarını bağlayır. O xeyir verməkdən (yəni paxıldır) imtina edir " وخطب أم أبان بنت عتبة بن ربيعة فكرهته وقالت يغلق بابه ويمنع خيره ويدخل عابسا ويخرج عابسا(Tarix Təbəri, 2/564, əl-Kamil, 2/451) Əgər qadınlar və hətta xırda qızlar xəlifə Ömərin xasiyyətindən bu dərəcədə xəbərdar olublar və ona ərə getməkdən qəti şəkildə imtina ediblərsə bəs onda necə ola bilər ki, Əli mə`sum qızcığazi ona ərə verməyə razı olsun? Ibn Həcər yazır: Ömər Əlidən qızı Ummu Gülsümü istəyəndə Əli dedi; "Mən qızlarımı qardaşım Cə`fərin övladları üçün saxlamışam" Ömər israr edib dedi: "Onu mənə təzvic et! Heç kəs mənim kimi oa baxmaz" Əli Ömərin sözünü qəbul etdi və Ömər muhacirlərin yanına gəlib dedi: Məni təbrik edin! Muhacirlər soruşdular: Nəyə görə? Ömər dedi: Əlinin qızı ilə evlənirəm. Çünki Rəsulullah (s) buyurub: "Qiyamətin günündə bütün nəsəb və qohumluq əlaqələri qırılacaq. Ancaq mənimlə olan qohumluq əlaqələri qirilmayacaq" Mən də istədim bu icdivacla Rəsulullahın buyurduğu ilahi rəhmətdən bəhrələnim. (əl-İsabə fi təmyizissəhabə 8/294, əl-İstiab, 4/1955)

Tarixi sənədləri araşdıranda məlum olur ki, ikinci xəlifəni Ummu Gülsüm ilə evlənməyə təhrik edən əsil səbəb Ömərin muhacirlərə dediyi kimi Peyğəmbərlə qohumluq əlaqəsi yaratmaq istəyi olmayıb. Çünki Bəlazərinin Ənsabul-əşraf kitanında yazdıqları muddəamıza əsas verir: "Əli Əbu Bəkrə beyət etmədiyi təqdirdə Ömər əlinə məş`əl alıb onun evinə getdi.Qapıda Fatimə ilə rastlaşdı. Fatimə dedi: ey Xəttabın oğlu görürəm mənim üstümə qapımı yandırırsan? Ömər cəsarətlə dedi: Bəli (Ənsabul-əşraf, 1/586)

İbn Quteybə Dinuri yazır: Səhabələrdən bir dəstə Fatimənin evində yığılmışdi. Ömər onları evdən çıxıb Əbu Bəkrə beyət etməyə çağırdı. Onları evdən çıxmadıqları təqdirdə evi yandırmaqla hədələdi və odun gıtirməyi göstəriş verdi. Ətrafdakılar dedilər: Ey Əbu Həfs! Fatimə evin içindədir. Ömər dedi: Hətta Fatimə də olsa yandıracağam. (əl-İmamətu vəl-siyasət 1/30, Tarix Təbəri, 2/233)

Sual: Rəsulullah (s) dəfələrlə Fatimə haqqında sifariş etməsinə baxmayaraq evini yandırıb bağrinı qan edən insan görəsən hansı xəyalla axirətinə nicat vermək qsdilə onun qızı ilə evlənmək sevdasına düşür? (Musnəde Əhməd, 4/328, Buxari, 3/1361)

Mənə belə gəlir o bu əməli ilə vurduğu yaranı təzələmək istəyib. Ən azı Ömərin məqsədi Rəsulullah (s) ilə qohumluq əlaqəsinə girməklə Qiyamətin əzabından nicat tapmaq üçün olmayıb.

Hədə-qorxu və zərurət

Əgər Ummu Gülsüm və Ömərin icdivac məsələsini qəbul etsək bu heç də Əmirulmuminin Əli (ə) ilə ikinci xəlifə arasında normal rabitə olmasına dəlalət etmir. Əhli sünnət və şiə mənbələrində bu məsələyə aid olan hədislər göstərir ki, xəlifə xəlifəlik məqamından istifadə edib təhdid etməkdən çəkinməyib. Bu haqda bir qədər sonra bəhs edərik. Əlbəttə xəlifə yaxşı bilirdi ki, qarşı tərəf mühüm hədəfə görə (Rəsulullahın gətirdiyi İlahi dini hifz etmək) hər bir şeyi fəda etməyə hazırdır. Bilirdi ki, Əli əsil islamı hifz etmək üçün ixtilaf və çəkişmələrdən yan keçər. Necə ki, Rəsulullah (s) vəfat etdiyi zaman vəsiyyətnaməni yazmaq istəyəndə Ömərin mane olmasını görüb ixtilaf düşməsin deyə səbr etməyə məcbur oldu. Yəqinən Ummu Gülsümün izdivacı imamət və xilafət məsələsindən mühüm deyildi. O zaman ki, Əli ixtilaf və fitnə olmasın deyə ilahi haqqi qəsb olunanda səbr etmək yolunu seçdi. "Mən pərdə salıb, özümü kənara çəkdim. Mən gözləri çöplə dolan və boğazında sümük bənd olmuş bir insan kimi səbr etdim. Görürdüm ki, mirasım qarət olunur..." (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi)

Əmirulmöminin Nəhcul-bəlağənin 62-ci məktubunda əvvəl Rəsulullahın vəsiyyətinə əhəmiyyət verməyib xilafətin qəsb olması haqqında sohbət açır sonra xəlifələrlə mudara edib həmkarlıq etməyinin səbəblərini bəyan edir." And olsun Allaha mən əslən güman etmirdim ki, ərəb Rəsulullahdan sonra onun Əhli-beytinin haqqını qəsb etsinlər və məni xilafətdən uzaqlaşdırsınlar. Camaat filankəsə beyət edirdi və mən buna narahat idim. Camaatın bəziləri islamdan dönürdü və mən də əlimi əlimin üstünə qoyub baxırdım. Onlar istəyirdilər Muhəmmədin (s) gətirdiyi dini məhv etsinlər. Qorxdum əgər İslama və musəlmanlara kömək etməsəm onda İslamın məhv olub boşluq yaranmasının şahidi olum. O musibət mənim üçün sizə xəlifəliyimi itirməkdən böyük olardı" (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi)

Rəsulullahın vəfatından sonra çoxlu sayda ərəb qəbilələrinin dindən çıxması, yəhudilərin, məsihilərin və munafiqlərin baş qaldırması  haqda xəbərləri tarixçilər nəql ediblər. Belə bir həssas məqamda imam Əli ixtilafa və munaqişəyə əl atsaydı bu Rəsulullahın (s) dininə nöqtə olacaqdı. "Rəsulullah (s) vəfat edəndən sonra ərəb cahiliyyət dövründəki halına qayıtmağa başladı. Yəhudilər və məsihilər baş qaldırıdılar. Munafiqlər zuhur edib meydana atıldılar. Musəlmanlar soyuq və yağışlı gecədə səhrada sərgərdan qoyun sürüsü kimi avara qaldılar". (Tarix Təbəri, 2/245, Sirətunnəbəviyyə İbn Hişam, 2/665)

Əli evinə hucum edib iki dünya xanımlarının seyyidəsi və Rəsulullahın (s) gözünün nuru Fatiməyə zülm edənlərin zülmünün muqabilində səbr etdi. Çünki Rəsulullahın zamanında İslamın mudafiəsi üçün hətta dəfələrlə canını fəda etməyə hazır olan Əli o Həzrətdən sonra da gərək onun mirasını hifz etmək üçün bütün məşəqqətlərə səbr edəydi. Əhli sünnət alimi İbn Cuzinin nəqlinə görə Ömər Əlidən Ummu Gülsümü istəyəndə Əli dedi: Ummu Gülsüm Uşaqdır. Ömər dedi: And olsun Allaha sənin dediklərin üzr deyil bəhanədir və mən bu bəhanənin səbəbini bilirəm. Çünki sənin Məndən xoşun gəlmir.(əl-Muntəzəm 2/5)«إنك والله ما بك ذلك، ولكن قد علمنا ما بك

Təbərani “əl-Möcəmul-kəbir3/44 və Heysəmi “Məcməuzzəvaid”(4/499) kitabında yazır: Əli Əqil, Əbbas və Huseyn ilə ikinci xəlifənin tələbi haqqında məşvərət etdi. Əqil dedi: And olsun Allaha Ömərin xeyirxashlığı yox qamçısı onu bu cür danışdırır”«والله ما ذاك من نصيحة،ولكن دِرّة عمر أحرجته الى ماترى

Şiə mənbələrində xəlifə Ömərin Ummu Gülsüm ilə evlənməyə səy etməsi yolunda Əliyə qarşı hansı hədə qorxulardan istifadə edib? Hişam ibn Salim İmam Sadiqdən (ə) nəql edib: Ömər Əlidən Ummu Gülsümü istədi, amma Əli onun uşaq olduğunu bildirib bununla da onun istəyini rədd etdi. Ömər Rəsulullahın əmisi Əbbasın yanına gedib Əli ilə arasında olan söhbəti ona danışıb təhdid etməyə başladı:”And olsun Allaha mən Zəmzəm quyusunu dolduracağam və sizin ərəblər üstündə olan bütün kəramətlərinizi aradan aparacağam. Əlinin oğru olduğunu sübut etmək üçün iki şahid də gətirəcəyəm və onun əlini kəsəcəyəm”. «أما والله لأُعوِّرنَّ زمزم ولا أدعُ لكم مَكْرُمةً إلاّ هدمتُها، ولأُقيمنّ عليه شاهدَيْن بأنّه سَرق، ولأَقطعنَّ يمينه.Əbbas Əlinin yanına gəlib Ömərin hədə qorxularını ona daışdı və Əlidən istədi ki, Ummu Gülsümün izdivac məsələsini onun Öhdəsində qoysun. Çünki Ömərdən hər nə desən gözləmək olar. Əbbas Ummu Gülsümü Ömərə təzvic etdi.(Kafi, Biharul-ənvar)  İmam Sadiq (ə) Ömərin hədələrini bir kəlmədə xulasə etdi: “Ömər Ummu Gülsümü almaqla bizdən namusumuzu qəsb etdi” «إنّ ذلك فرج غُصبناه(Kafi 5/494, Biharul-ənvar 42/94)

Ömərin ruhiyyəsini tanımaq üçün onun Fatimənin evinə hucum səhnəsini və Rəsulullahın yeganə yadigarına hansı sitəmləri vurduğunu tarixin acı səhifələrindən oxumaq olar. Ömərin fatimənin evini oda çəkməklə hədələməsi əhli sünnət kitablarında kifayət qədər sənədli rəvayətlər nəql olunub.  Fatimənin bu cür and içməsi Ömərin psixologiyasını aydın şəkildə sübuta yetirir. وايم الله ليمضينّ لما حلف عليه(Musənnəf 28/313, 7/432,  Kənzul-ummal 5/861)

Xəlifə Ömər sair musəlmanlarla da sərt rəftar etməkdə davam edirdi, lakin onlar daxili ixtilaflardan uzaq olmaq üçün dözməyə məcbur idilər. Muslim Səhihində nəql edib: “Bir nəfər Ömərin yanına gəlib dedi: Mən cunub olmuşam və qüsl etməyə su tapa bilmədim nə edim? Ömər dedi: Namaz qılma! Əmma Ysir dedi: Ya əmirəlmöminin! Muharibələrin birində səninlə bir yerdə idik və qüsl etmək üçün su tapa bilmədik. Sən namaz qılmadın, amma mən özümü torpağa sürtüb namaz qıldım. Rəsulullahın yanına gəlib macəranı ona danışdıq və O, bizə necə təyəmmum edib namaz qılmağı göstərdi. Ömər Əmmar yasirin sözlərini eşidəndən sonra ona təşəkkür etmək əvəzinə dedi: Ey Əmmar! Allahdan qorx! Əmmar dedi: Əgər istəyirsən bir də bunu danışmayım. (Səhih Muslim 1/280) فقال عمر: إتّق الله يا عمّار. قال: إن شئت لم اُحدّث به

Əmmar Yasir xəlifə Ömərin təbiətindən xəbərdar olduğu üçün susmağa məcbur oldu. Ömər Rəsulullahın hədislərini nəql etməyi qadağan etmişdi. Bu məsələdə səhabələrlə çox sərt rəftar edirdi. Bəzilərini həbs və bəzilərini isə döyürdü. Zəhəbi nəql edir ki; Ömər İbn Məsud, Əbu Məsud Ənsari və Əbu Dərdanı hədis nəql etdiklərinə görə həbs etdi.(Təzkirətul-huffaz, 1/7)

Hakim Nişaburi nəql edib: Ömər İbn Məsud, Əbu Dərda və Əbu Zərri hədis nəql etdiklərinə görə Mədinədən kənara çıxmağı onlara qdağan etdi.Əbu Hureyrə də etiraf edir ki, Əgər Ömərin zamanında hədis nəql etsəydim məni qamçı ilə vurardı. : «لو كنت أحدّث فى زمان عمر مثل ما اُحدّثكم لضربني بمخفقته» .(Təzkirətul-huffaz, 1/7)

Nəticə

Tarixi sənədləri araşdırıb muqayisə edəndə belə nəticə alırıq ki, xəlifə Ömərin Ummu Gülsüm ilə izdivacı (əgər hədislərin səhih olduğunu fərz etsək) Əli ilə onunla arasinda səmimiyyət və məhəbətt olmasına dəlalət etmir. Bizim muddəamıza subut Qurani Kərimdir. Şunki Allah-təala Qurani Kərimdə nəql edir ki, Lut peyğəmbərin kafir qovmu onun qonaqlarına təcavüz etmək qəsdiylə evinə hucum edəndə onlara dedi: (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!"  (Hicr, ayə 71) Deməli əgər muəyyən səbəblər insanı bu addımı atmağa məcbur qoyursa hətta Əli həmin səbəblərə xatir buna razılıq verməlidir. Bu izdivac Əli və Ömər arasında dostluğun olmasından xəbər vermir. Biz bu mövzunu ortaya atan əhli sünnət qardaşlarımıza təşəkkür edirik ki, tarixin daha bir ləkəli səhifəsinin üstünü açıb həqiqəti üzə çıxarmağa bais oldular. Buna misal olaraq Əlinin Muaviyənin onu xar etmək qəsdi ilə yazdızdığı məktubun cavabını oxuyaq: Ey Muaviyə! Mənə yazırsan “Sən həmin adamsan ki, beyət almaq üçün boynuna kəndir salınmış dəvə səni məscidə çəkdilər”   «وقلت: انّى كنتُ أُقاد كما يُقاد الجملُ المخشوش حتى أُبايِع  And olsun Allaha! Bu sözlərlə sən Məni xar və rusvay etmək istəyirdin, amma məni tə`rif etdin.  ولعمرُ اللهِ لقد أردتَ ان تَذمَّ فمدحتَ، وأن تفضح فافتضحتَ; Bununla Əmirulmöminin birinci və ikinci xəlifənin cinayətlərini üstünü açır.(Nəhcul-bəlağə  28-ci məktub)

Bəli İmam Əli yenə də bu məsələnin muqabilində səbr etməyə məcbur olub və islam ummətini hifzi üçün bu zəhəri içdi. Ummu Gülsüm Əmirulmuminin Əlinin qızı olduğu üçün onun Ömərlə izdivacı tarixçilərin təəccübünə səbəb olduğundan onların diqqətini özünə cəlb edib. Çünki Əlini xilafətdən uzaqlaşdırmaqda və Fatimənin evinə od vurmaqda Ömər mühüm rol oynadı.Ona görə də tarixçilər arasında sual yaranıb: Görəsən bu izdivac olubmu? Əgər izdivac olubsa görəsən Əli bu zülmə necə səbr edib?

Allah sizə yar olsun.

Sual (42) : Salam-aleykum.Merac hadisesinde Resulullahin(s) hansisa yatmis karvanin yanindan kecerken kuzeden icazesiz su icmesini sieler de qebul edirler?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu mətləbin qəbul olub olunmamasına rast gəlməmişik. Amma Merac hadisəsini qeyd edənlər

yazırlar. Əlbətdə səhərisi gün o karivan Məkkədən keçir və Peyğəmbərlə (s) qarşılaşır.

Peyğəmbər (s) karvanı öz Meracına şahid tutur.

Allah sizə yar olsun.

Sual (43) : Bismillahi və billah. Salam aleykum. Hansı əsas və dəlillərlə biz Qədr gecələrində Quranı başımıza qoyub Allahı 14 Məsuma (ə) and veririk? Bununla bağlı bizim mötəbər kitablarımızda hədis və ya rəvayət mövcuddurmu? Minnətdaram.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiənin mötəbər hesab etdiyi İqbalul-əmal kitabında Seyyid ibni Tavus üç  imamdan

bu barədə hədis nəql edir. İqbalul-Əmal səh  187.

Allah sizə yar olsun.

Sual (44) : Əssələmu əlekum və rəhmətullah. (1 Qadin heyzli halda olarsa quran oxuya bilermi?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Eybi yoxdur, Quran oxumaqda olar və müstəhəbdir . Lakin səcdəsi olan surələri oxumağa icazəsi yoxdur. Amma onlara qulaq asa bilər, əgər səcdə ayəsini eşitsə başqaları kimi səcdə etməlidir. Vacib səcdə ayələri olan surələr: Fussilət, Nəcm, Ələq və Səcdə surələri.

Allah sizə yar olsun.

Sual (45) : Salam aleykum Allahın rehmet ve bereketi üzerinize olsun.Zehmet olmasa sualıma cavab yazın,Mömin qardaşlardan biri Müctehidlere teqlid olunmasını qebul etmir,deyirki Allah insana ağıl verib niye göre men öz ağlıma yox müctehide tabe olmalıyam ve menden delil olaraq Qurani kerimden aye isdeyir.Zehmet olmasa teqlidle bağlı Quran ayesi ve ya hedis yazardız.Evvelceden teşekkür edirem.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

NƏ ÜÇÜN DİNİ HÖKМLƏRDƏ TƏQLİD ETМƏK VACİBDİR?
Cavab: İnsan dünyaya göz açdığı vaxt heç nə bilмir. Və мüxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etмəyə мəcbur olur. İnsan öz istəyindən asılı olмayaraq, başqalarının elмi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolaмbaclı yollarını adlaмaq üçün hər addıмda elм və biliyə ehtiyac var.
Həyatıмız əsasən iki əsas üzərində qərar tutмuşdur. Əsasların biri bilмək, digəri isə həмin bilikdən istifadə etмəkdir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Deмək, həyatda ilk addıм bilikdən başlayır.
Мəhz bu мəqaмda daxiliмizdəki bir мeyl biziм köмəyiмizə çatır və səadət qapılarını biziм üzüмüzə açır. Bu мeyl iqtibas və təqliddir. Bilirik ki, körpə həмin bu мeyllər əsasında danışмağa başlayır, oturub-durмağı öyrənir, hər gün мərhələ-мərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləмindəki мövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.
Aммa burada əsas bir nöqtəyə diqqət yetirмək lazıм gəlir. Bütün işlərdə başqalarına təqlid etмək düzgün deyil. Təqlidin bir neçə növü var:
1. Cahilin cahilə təqlidi (bilмəyənin bilмəyənə təqlidi):
Мəluм мəsələdir ki, bu növ təqlid insanı nəinki xoşbəxt etмir, hətta onu süquta uğradır. Təəssüf ki, biziм cəмiyyətiмizdə bir çox insanlar kor-koranə şəkildə мüxtəlif мəsələlərdə başqalarına təqlid edirlər. Onlar мüxtəlif həyat мəsələlərində, eləcə də, geyiм, yeмək, ad qoyмa və digər işlərdə başqalarını yaмsılaмağa çalışırlar. Bəzən insanlar heç bir əsas olмadan iмan və əxlaq baxıмından da başqalarına təqlid edirlər. Мəhz həмin bu cür təqlid haqqında мəşhur bir şerdə deyilir:
Təqlid düçar etdi bəşəri dərdə,
Мin bir lənət olsun belə təqlidə.
Qurani-kəriмdə də bu növ təqlidi мəzəммət edən ayələr nazil olмuşdur. Мəsələn, bütpərəstlər həzrət Peyğəмbərin (s) etirazları мüqabilində deyirdilər: “Biz atalarıмızı bir dində gördük və onların yolu ilə gedəcəyik.” Quran belə bir мəntiqi şiddətlə мəzəммət etмişdir.
2. Aliмin cahilə təqlidi: Şübhəsiz ki, belə bir təqlid əvvəlki təqliddən də pisdir. Çünki aliм öz elм və biliyi əsasında hərəkət etмəlidir. Elм və biliyə sahib bir insanın öz elмindən faydalanмayıb, kor-koranә nadan bir şəxsə təqlid etмəsi ən çirkin təqliddir.
3. Aliмin aliмə təqlidi: Aliм мütəxəssis və nəzər sahibi olduğu sahədə öz həмkarına təqlid etмəмəlidir. Və öz elмi biliklərinə əsaslanaraq vəzifəsini мüəyyənləşdirмəlidir. Fəqihlər buyururlar ki, ictihad мərhələsinə çatмış şəxs öz ictihadına əмəl etмəlidir. Bu cəhətdən də ictihad icazəsində adətən yazılır: “Bu şəxsin təqlid etмəsi haraмdır.” İctihada çatмış şəxs öz nəzərinə əsasən əмəl etмəlidir. Əlbəttə ki, elмi мəsələlərdə başqa aliмlərlə мəsləhətləşмəyin eybi yoxdur. Nəzərdə tutulan budur ki, aliм qərar çıxararkən araşdırмa aparмaмış başqalarının nəzərinə təsliм olмaмalıdır.
4. Cahilin aliмə təqlidi: Belə bir təqlid ağıl və fitrətin tələbidir. Həмin bu мəntiqə əsasən, biz bina tikмək üçün мeмara, bənnaya мüraciət edirik. Libas tikdirərkən dərziyə, xəstələnərkən həkiмə мüraciət edilмəsi təbii bir işdir. Biz sözlə, ağıl və fitrət bizi мütəxəssis ardınca göndərir.
Elə bu мəntiqlə də dini təliмlərdə, ilahi qanunlarda hökмləri ayırd etмəkdə мütəxəssis olan fəqihlərə мüraciət olunмası tapşırılır. Fəqihlər öz istedadları ilə illər uzunu elм və bilik sorağınca gəzмiş və uca ictihad мəqaмına çatмışlar. Мüctəhid ilkin qanunu ilahi мənbədən çıxarıb, sübuta yetirən və xalqa təqdiм edən aliмdir. Bu uca мənsəb fəqihlərə мəsuмlar tərəfindən əta olunмuşdur. Мəqsəd insanların səadət yoluna istiqaмətləndirilмəsidir.
Belə bir nöqtəni nəzərdən qaçırмaq olмaz ki, dünyəvi elмlərin мüxtəlif sahələri var. Bir şəxs мüəyyən elм sahəsində fövqəladə istedada мalik olduğu halda, digər bir sahədən taмaмilə xəbərsiz qala bilər. Ona görə də o bilмədiyi sahədə мütəxəssisə мüraciət etмəli, onun dediklərinə tabe olмalıdır.
Мəsələn, böyük мəharət sahibi olan bir aliм tanıмadığı bir şəhərdə lazıм olan ünvanı tapмaq üçün şəhəri tanıyan adaмlardan həмin ünvan haqqında soruşмağa мəcburdur. Мəsələn, astronoмiya sahəsində böyük kəşfləri olan aliм xəstələndiyi vaxt onun həkiмə мüraciət etмəsi zəruridir. Bu şəxs astronoмiyanı gözəl bilsə də, xəstəliklər və xəstəliklərin мüalicəsi ilə tanış deyil. Həkiм öz elмinə əsaslanaraq astronoмun xəstəliyini мüəyyənləşdirir və onun üçün nüsxə yazır. Astronoм heç bir sorğu-suala tutмadan onun dediklərinə əмəl edir.
Bu iki мisaldan aydın olur ki, dini мəsələlərdə xalqın мüctəhidə мüraciət etмəsi zəruridir. Həkiм tibbdə мütəxəssisdirsə, мüctəhid də ilahiyyatda мütəxəssisdir. Мüctəhid bir öмür sərf edərək, sərf, nəhv, lüğət, kəlaм, мəntiq, təfsir, rical, dirayə, hədis, fiqh üsulu elмlərini oxuмuşdur.
Biziм tez-tez мüraciət etdiyiмiz risalə fəqihin bir öмür zəhмətinin мəhsuludur. Həмin risalələr aliмlərin üzücü zəhмətləri hesabına başa gəlмişdir. İctihad asan iş deyil. İctihad dedikdə fərdi və ictiмai həyatıмızı əhatə edən ilahi qanunlar külliyatının öyrənilмəsi nəzərdə tutulur.
İslaм мəktəbinin fəxri olan ali мəqaмlı мüctəhid Şeyx Мürtəza Ənsari “Rəsail” kitabında yazır: “Allah bizə ictihad tovfiqi versin. Elə bir ictihad ki, daiмi cihaddan ağır və rəhмətli olsun.”
Bunu da qeyd etмəliyik ki, мüctəhidin göstərişlərinə etiqadi yox, təkcə əмəli мəsələlərdə təqlid olunмalıdır. Başqa sözlə, təqlid fürue-dinə aiddir, usule-dinə yox! Allahı və Peyğəмbərləri tanıмaq kiмi üsul мəsələləri İslaм мəktəbinin əsasını təşkil edir. Bu мəsələləri мöhkəм dəlillər əsasında qəbul etмək zəruridir. Etiqad мəsələləri ilə elм və agahlıq yolu ilə tanış olan insan əмəli hökмlərdə bu sahədə мütəxəssis olan мüctəhidlərə мüraciət etмəlidir.
Naмazın, həccin, əмr be мərufun və nəhy əz мunkərin və bir sıra digər əмəli hökмlərin vacibliyini insan özü dərk etмəlidir. Yəni мüctəhiddən öyrənilən naмazın vacibliyi yox, naмazın necəliyidir. İnsan əvvəlcə öz ağıl və düşüncəsi ilə naмazın vacibliyini dərk etмəli, sonra isə naмazı necə yerinə yetirмək barədə мüctəhiddən мəluмat alмalıdır. Bir sözlə, təqlid yalnız əмəli hökмlərə aiddir.

Allah sizə yar olsun.

Sual (46) : Salamu-aleykum. 1.Meshur sehabeler, hansilari ki, sunnu qardaslar adil kesler kimi qebul edirler, ne derecede savadlil, elmli olublar?2.Sizin saytda oxudum ki, ibni Xettab Resulullahdan(s) neql etdiyi hedisde ehli-beyte 14 mesumun(e) daxil oldugunu deyir. Adam bir az casan kimi olur. Yeni neter basa dusesen? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Əhli-sünnə təkcə məşhur səhabələr yox bəlkə bütün səhabələri adil hesab edir amma şiə məzhəbi səhabələrin hamısını adil bilmir və onların arasında münafiqlərin olduğuna inanır və buda Qurandan və Əhli-beytin maarifindən başa düşülür, misal olaraq Əhli-sünnə haqqın qarşısında dayanan Müaviyə kimi bir hiyləgəri adil hesab edir həqiqətdə isə bu zalım olur və Peyğəmbərin (s) ömrünün son iki ilində məcbur qalıb müsəlman olur. Amma şiə adil hesab etdiyi Salman, Əbuzər, Miqdad, Əmmar, Bilal və s. səhabələr Peyğəmbərin (s) elm çeşməsindən bəhrələniblər və dəyərli alimlər olublar.

2. Bu hədisi biz təyid kimi gətirmişik ki, əhli-beytin 14 nəfər olmağın təkcə şiə yox bəlkə əhli-sünnənində qəbul etdiyi və adil hesab etdiyi səhabələrdə nəql edib.

Allah sizə yar olsun.

Sual (47) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sualım budur ki, biz qullar Allahla münacat edərkən deyirik ki, Səni and verirəm peyğəmbərə (s), 14 Məsumun (ə) məqamına hacətlərimizi ver və s. Belə edilən münacatlar düzgündürmü? Allah razı olsun inşallah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, əlbətdəki düzgündür və məsum imamların münacatları və dualarıda belədir nümunə üçün Səfifeyi Səccadiyyə və Məfatih kitablarında olan dualara nəzər salın. Belə dua və munacat bir növ təvəssüldür və təvəssül isə möhkəm dəlillər əsasında sübuta yetirilmiş bir əqidədir. Bu əqidə yalnız müəyyən məzhəbə aid deyil, əksinə vəhhabilərdən başqa bütün müsəlmanlar bunu qəbul edirlər. 

Allah sizə yar olsun.

Sual (48) : Salam aleykum Hz Əli(ə)sual veriblər ki Allah dünyanı yumurtaya yerləşdirə bilərmi? Cavab verib ki bu mümkün deyil Hz Rza(ə) isə cavab verib ki bəli xahiş edirəm bu barədə sizdə hansı məlumatlar var və niyə cavablar zahirən fərqlidir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cavabların fərqli olmağı sual edənlərin fərqli düşüncəyə malik olduqları üçündür. Əslində həqiqi mənada bu iş mümkün deyil
 amma məcazi mənada İmam buyurur ki, insan səhrada səmanı yumurtadan balaca olan gözü ilə görür. Birdəfə sualı soruşan fəlsəfə anlayan bir şəxsdir ki həqiqi mənadan soruşur başqa bir dəfə isə addi bir insandır ki, məcazi məna ilədə qane olur. Məsumlarda insanların düşüncəsinə uyğun danışırlar.

Allah sizə yar olsun.

Sual (49) : Salam-aleykum.Sunnulerin 4 mezheb imamlarina, sielerin muctehidlere teqlidinde esas ferq nededir? Biz onlara 4 mezhebe bolunmeyi irad tuturuq, ancaq bizim muctehidlerin sayi defelerle coxdur.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əhli-sünnə fiqhi hökmlərdə 1200 il bundan öncə yaşamış fəqihlərə təqlid edir və ictihad etməyi doğru bilmirlər amma şiə məzhəbində ölüyə təqlid caiz deyil və ictihad fəqihlərin üzünə açıqdır. Həmçinin hökm çıxartmaq metoduda fərqlidir. Şiə məzhəbində fiqh elminin dörd mənbəsi vardır: 1. Quran; Sünnət, yəni peyğəmbər və imamların buyuruğu və əməli; 3. İcma; 4. Əql. Müctəhid yalnız bu dörd mənbədən hökm çıxarır hətta icma müstəqil dəlil hesab olmur bəlkə sünnətə daxildir. Amma Əhli-sünnə imamları bu dördənədən əlavə qiyas (müqayisə etmək) və istehsan (bəyənmək və xoşuna gəlmək) kimi dəlillərdəndə istifadə edir. Əhli-sünnə imamlarının dörd olmağı siyası xarakter daşıyır çünki hicrətin 5 ci əsirinə kimi bu fəqihlərin sayı daha çox idi Abbası xəlifəsi ixtilafın qarşısını almaq üçün yalnız bu 4 imamdan təqlid etməyə icazə verdi.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbəyə мüraciət edin.

http://www.islamquest.net/az/archive/question/fa12049 

Allah sizə yar olsun.

Sual (50) : Salam Aleykum.Əziz İslam Peyğəmbərimizin günbəzinin üstündə bir üstü örtülü şey var.O nedir? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Vəhhabilər diqqəti yayındırmaq üçün belə şayiə yayırlar ki, bir nəfər Peyğəmbərin (s) hərəminin günbəzini partladmaq istəyirmiş Allahın izni ilə ildırım vurub və cənazəsini qopartmaq olmadığı üçün elə ordaca üstünü örtüblər. 
Amma həqiqət budur ki, həmən yerdə pəncərə olub ki, sonradan onu bağlayıblar. Əhli-sünnənin mötəbər bildiyi Darəmi öz kitabında yazır: Osmanın zamanında Mədinədə şiddətli quraqlıq və qıtlıq oldu, bu müşküldən Ayişəyə şikayətləndilər. O dedi: Peyğəmbərin qəbrinin üstündəki tavandan bir pəncərə açın göyə qoy göylə Onun arasında maniə olmasın. Belə etdilər, yağış çox yağdı, otlar göyərdi və dəvələr o qədər kökəldi ki, dəriləri çartladı və o ilə "çart" ili ərəbcə (amul-fətq) dedilər. (Sünəni Darəmi, cild-1, səh 115)
Bu hadisədən sonra Mədinə müsəlmanlarının arasında belə bir adət oldu, Peyğəmbərin (s) günbəzinin üzərində həmişə bir pəncərə qoydular ki, hicrətin 9 cu ilinə qədər bu pəncərə olub sonradan bağlayıblar.
Amma bu yalan xəbərin yayılmasının səbəbi.
1. Vəhhabilər ümumiyyətlə məsumlara və övliyalara təvəssülü və onları Allahla öz aralarında vasitə qərar verməyi inkar edirlər. Mədinə əhlinin Peyğəmbərə (s) təvəssülünü ört-basdır etmək üçün belə şayiə yayıblar.
2. Vəhhabilər Bəqi qəbristanlıqında olan məsumum imamların günbəzlərini dağıdıblar amma Peyğəmbərin (s) hərəminin günbəzi qalıb, onların əqidəsinə görə qəbr üstə günbəz və bina tikmək haramdır. Amma Peyğəmbərin (s) günbəzini istisnadır və sökməyə Allah razı deyil onun üçün belə möcüzə baş verir amma imamların günbəzinin sökülməyinə Allah razıdır və heçnə baş vermir
Vəhhabilər əgər dünya müsəlmanlarının etirazından çəkinməsəydilər Peyğəmbərin (s) qəbrini və günbəzini çoxdan viran edərdilər və belə fikirləri var ki, məscidi təmir və genişləndirmək adı ilə aradan aparsınlar.
Diqqət: Sualda deyilən "İslam Peyğəmbəri" təbiri düzgün deyil çünki Peyğəmbər (s) bütün ümum bəşərin hidayəti üçün göndərilib. İslamda Peyğəmbər (s) barədə belə təbir yoxdur bəlkə bu şərqşünaslar tərəfindən bizim dilimizə düşüb yəni Hz. Məhəmməd peyğəmbər (s) yalnız müsəlmanlara aiddir.
Allah sizə yar olsun.
Go to TOP