Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hafizin falnaməsi ilə məşhur olan kitab həqiqətdə Hafizin nəsihətləridir ki, şerlə yazılıb. Bu kitabın müəyyən bir səfhəsini açıb oxuyurlar və belə təsəvvürlə ki, Hafiz onlarla danışır və bir yol göstərir, şerin məzmununa əsasən bunu yaxşıya ya pisə yozurlarAllah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir hadisənin mənfi ya müsbət təsiri olmağı ya xeyr və şərr məsələsi adətən Allahın işlərində və yaratdıqlarında müzakirə olunan mövzulardandır, amma sizin vurğuladıqınız misallar Allahın yox insanlara qayıdır. İnsanın işlərində mənfi və müsbət təsir olması təbii məsələdir çünki insanın həm elmi naqisdir həm əqli məhduddur. Başqa bir tərəfdən insan adətən öz mənfəətini güdür və bunun üçün düşmənçilik edir və digərlərinin mənfəəti onun üçün rol oynamır.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb. Yalnız batil ənənələrə qarşı çıxıb və insanın fitrəti ilə əks olan şeyləri aradan götürüb, milli adət-ənənələrin cəmiyyət üçün xeyir və faydası varsa və fəsadı yoxdursa, islam dini onu qəbul edir. Belə adət-ənənələrdən biri də «Novruz»dur. "Səməni saxla məni" belə sözlər şirk iyi verir və yaxşı olar deyilməsin. Tonqal qalamaq atəşpərəslik simvolu olduğu üçün xürafat sayılır. Əlbətdə əyləncə məqsədi ilə olsa xeyr günah deyil. Amma bu niyyətlə ki, oddan tullananda müşküllər həll olur, xəstəlik gedir və s... ümumiyyətlə başqa niyyətlə olsa xürafat və günahdır.
Allah sizə yar olsun.
Ad: nur, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Uyğun мövzuda aşağıdakı linklərə müraciət edin:
London sakini olan ruhani Yasir əl-Həbibin pərdəarxası
http://www.youtube.com/watch?v=8oa0OFqJzio
ZƏRƏRLİ ƏMMAMƏLİLƏR 1-2-3
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Albert Eynşteyn Ayətullah Bürucerdiyə yazdıqğı axrıncı məktubunda islam dini və şiə məzhəbinin haqq olduğunu və qəbul etdiyini qeyd edir. Onunla, Ayətullah Burucerdi arasında 40 dan çox mükatibə olur. Eynşteynin gizli qalan "Bəyaniyyə" (DIE ERKLA"RUNG ) adlı əyazması Londonda yaşayan iranlı professorun vaistəsi ilə 2003 cü ildə 3 milyon dollara bir yəhudidən alınır. Onun etirafları bu əlyazmada qeyd olunub. Əlbətdə Eynşteynlə Ayətullah Burucerdi arasında olan məktublaşmada vasitə olan şəxslərin bir çoxu müəmmalı şəkildə dünyalarını dəyişiblər.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İbadətin özü müqəddəs islam şəriətinin tərəfindən gəldiyi kimi, onun şərtləri, hissələri və yerinə yetirilmə qaydası da Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in tərəfindən, onun sözü və ya rəftarı ilə bəyan edilməlidir. Çünki Qur`ani-Kərimin hökmünə görə Peyğəmbər (s.ə.v.v) təqvalı insanların hamısına nümunədir. İndi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əməl və rəftarını göstərən hədislərdən bə`zilərini qeyd edirik. Belə ki, onların hamısı Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in həm torpağa, həm də ondan cücərən şeylərə səcdə etməsini göstərir. Bu da eynilə şiələrin inancından ibarətdir:
İslam mühəddislərindən bir qrupu “Səhih” və “Müsnəd” kitablarında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in, torpağı özü üçün səcdəgah təqdim etməsini göstərən sözünü bəyan etmişlər:
جُعِلَتْ لِيَ الآَرْضُ مَسْجَدًا وَ طَهُورًا
“Torpaq mənim üçün səcdəgah və paklıq səbəbi qərar verilmişdir.”[1]
Bu hədisdəki şəriət qanunu mənasını ifadə edən “cuilə” (qərar verilmək, qanun halına salınmaq) kəlməsindən aydın olur ki, bu, islam dini ardıcılları üçün ilahi bir hökmdür. Deməli səcdənin torpağa, daşa və yer səthini təşkil edən sair hissələrə səcdə edilməsinin qanuni bir iş olması sübuta yetir. Necəki, təyəmmümdə bu şeylərə caizdir, torpaq və torpaq hökmündə olanlar pak və pak edicidir.
2-Rəvayətlərdən bir qrupu göstərir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) müsəlmanlara, səcdə zamanı alınlarını torpağa qoymasını əmr etmişdir. Belə ki, Ümmü Sələmə (Peyğəmbər (s.ə.v.v)-in zövcəsi) o həzrətin belə buyurduğunu nəql edir:
تَرِّبْ وَجْهَكَ لِلّهِ
“Üzünü (səcdədə) Allah üçün torpağa qoy.”[2]
Peyğəmbər (s.ə.v.v)-in kəlamındakı (əmr formasında olan) “tərrib” ifadəsindən iki məsələ aydın olur:
a) İnsan səcdə zamanı öz alnını türbətin üzərinə – torpağa qoymalıdır.
b) Bu əməl, ona əmr edildiyi üçün icra olunması vacib olan bir fərmandır, çünki tərrib kəlməsi “turab” kökündən alınmış və əmr formasında bəyan edilmişdir.
3-Bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in davranışı müsəlmanların yolunu açaq-aşkar bəyan edir. Vail ibni Həcər deyir:
رَاَيْتُ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ اِذَاسَجَدَوَضَعَ جَبْهَتَهُ وَاَنْفَهُ عَلَي الآَرْضِ
“Peyğəmbəri Əkrəm (s.ə.v.v) səcdə edərkən alnını və burnunu torpağa qoyurdu.”[3]
Ənəs ibni Malik, ibni Abbas, eləcə də Peyğəmbər (s.ə.v.v)-in həyat yoldaşlarından Ayişə və Ümmü Sələmə, həmçinin mühəddislərdən çoxu belə rəvayət etmişlər:
كَانَ رَسُولُ اللّهِ ¸ يُصَلِّي عَلَي الْخُمْرَةِ
“Peyğəmbər (bir növ həsir olan və xurma lifindən toxunan) xümrəyə səcdə edirdi.”[4]
Peyğəmbər (s.ə.v.v) səhabələrindən olan Əbu Səid deyir:
دَخَلْتُ عَلَي رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ وَ سَلَّم وَ هُوَ يُصَلِّي عَلَي حَصِيرٍ
“Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in hüzuruna getdim, halbuki o, həsirə namaz qılırdı.”[5]
Bu söz şiənin səcdənin torpaqdan cücərən, amma yeməli və içməli olmayan şeylərə caiz olması ilə əlaqədar nəzəriyyəsinə aşkar bir dəlildir.
4-Peyğəmbər (s.ə.v.v)-in səhabə və tabeinlərinin əməl və rəftarı da o həzrətin sünnəsinə dəlalət edir. Cabir ibni Əbdüllah Ənsari deyir:
كُنْتُ اُصَلِّي الظُّهْرَ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم فَآخُذُ قَبْضَةً مِنَ الْحِصَاءلِتَبْرُدَ فِي كَفِّي اَضَعُها لِجَبْهَتِي اَسْجُدُ عَلَيْها لِشِدَّةِ الْحَرِّ
Zöhr namazını Peyğəmbər (s.ə.v.v)-lə qılırdım. Bir ovuc çınqıl götürüb əlimdə saxladım ki, soyusun və səcdə zamanı alnımı onların üzərinə qoyum. Bu da kəskin isti olduğuna görə idi.”
Ravi sonra əlavə edir: “Əgər bədənində olan libasa səcdə etmək caiz olsaydı bu iş daş parçalarını götürüb soyutmaqdan daha asan olardı.”[6]
İbni Sə`d (209-cu ildə vəfat edib) özünün “Ət-təbəqatul-kubra” adlı kitabında belə yazır:
كَانَ مَسْرُوقٌ اِذَا خَرَجَ يَخْرُجُ بِلبْنَةٍ يَسْجُدُ عَلَيْهَا فِي السَّفِينَةِ
“Məsruq ibni Əcdə` səfər zamanı özü ilə bir kərpic aparırdı ki, gəmidə onun üzərinə səcdə etsin.”[7]
Qeyd olunmalıdır ki, Məsruq ibni Əcdə` Peyğəmbər (s.ə.v.v)-in tabeinlərindən və ibni Məs`udun səhabələrindən idi. “Təbəqatul-kubra” kitabının müəllifi onu Kufə əhlinin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra birinci təbəqəsində, eləcə də Əbu Bəkr, Ömər, Osman, Əli və Əbdüllah ibni Məs`uddan rəvayət edən şəxslər cərgəsində qeyd etmişdir.
Bu söz səcdə etmək üçün özü ilə birlikdə torpaq, türbət və daş parçası aparanların işini şirk və bid`ət hesab edənlərin sözlərinin əsassız olduğunu isbat edir və göstərir ki, islam tarixinin önündə gedən şəxslər də bu işi görmüşlər.[8]
Nafe deyir:
اِنَّ ابْنَ عُمَرَ كَانَ اِذَا سَجَدَ وَ عَلَيْهِ الْعِمَامَةُ يَرْفَعُهَا حَتَّي يَضَعَ جَبْهَتَهُ بِالآَرْضِ
“Əbdüllah ibni Ömər səcdə edərkən alnındakı parçanı kənara çəkirdi ki, öz alnını torpağa qoysun.”[9]
Rəzin deyir:
كَتَبَ اِلَيَّ عَلِيُّ ابْنُ عَبْدِ اللّهِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللّهُ عَنْهُ اَنِ ابْعَثْ اِلَيَّ بِلَوْحٍ مِنْ اَحْجَارِ الْمَرْوَةِ اَسْجُدْ عَلَيْهِ
Əli ibni Əbdüllah ibni Abbas mənə yazdı: “Mərvə dağının daşlarından bir parçasını mənim üçün göndər ki, ona səcdə edim.”[10]
5-Digər tərəfdən, islam mühəddislərinin nəql etdikləri bə`zi rəvayətlər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in səcdə zamanı öz alınlarındakı parçanı alınları ilə yer arasında qoyan şəxslərin işini qadağan etməsini göstərir. Saleh Səbai deyir:
اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم رَاَي رَجُلاً يَسْجُدُ بِجَنْبِهِ وَ قَدِ اعْتَمَّ عَلَي جَبْهَتِهِ فَحَسَرَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَآلِهِ˝ وَ سَلَّم عَنْ جَبْهَتِهِ
“Peyğəmbər (s.ə.v.v) bir şəxsi öz yanında səcdə halında müşahidə etdiæ o, öz alnına əmmamə bağlamışdı. Peyğəmbər (s.ə.v.v) əmmaməni onun alnından kənara çəkdi.”[11]
Əyaz ibni Əbdüllah Qurəşi deyir:
رَاَي رَسُولُ اللّهِ ¸رَجُلاً يَسْجُدُ عَلَي كُورِ عِمَامَتِهِ فَاَوْمَاَ بِيَدِهِK اِرْفَعْ عِمَامَتَكَ وَ اَوْمَاَ اِلَي جَبْهَتِهِ
“Rəsuli Əkrəm (s.ə.v.v) bir kişini səcdə halında gördüæ o, öz əmmaməsinin küncünə səcdə edirdi. Ona işarə etdi ki, əmmaməni kənara çəksin və bu zaman onun alnına işarə etdi.”[12]
Bu rəvayətlərdən aydın olur ki, yerə, torpağa səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in dövründə də inkarolunmaz və gün kimi aydın olan məsələlərdən biri idi. Hətta əgər müsəlmanlardan biri əmmaməsinin bir ucunu alnı ilə yerin arasına qoyaraq alnını yerə yapışdırmırdısa Peyğəmbər (s.ə.v.v) bu işi qadağan edirdi.
6-”Səqəleyn” hədisinə əsasən Qur`andan heç vaxt ayrılmayan, digər tərəfdən də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Əhli-beyti sayılan şiələrin mə`sum rəhbərləri də öz kəlamlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) buyurur:
اَلسُّحُودُ عَلَي الآَرْضِ فَرِيضَةٌ وَ عَلَي الْخُمْرَةِ سُنَّةٌ
“Yerə səcdə etmək Allahın hökmü, həsirə səcdə etmək Peyğəmbər (s.ə.v.v)-in sünnəsidir.”[13]
Başqa bir hədisdə buyurur:
اَلسُّحُودُ لَايَجُوزُ اِلاَّ عَلَي الآَرْضِ اَوْ عَلَي مَا اَنْبَتَتِ الآَرْضُ اِلاَّ مَا اُكِلَ وَ لُبِسَ
“Səcdə yalnız yerdən göyərən, amma yeməli və geyilməli olmayan şeylərə caizdir.”[14]
Qeyd olunan dəlillərdən aydın olur ki, təkcə Əhli-beytin rəvayətləri deyil, eləcə də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsi, o həzrətin səhabələri və tabeinlərinin rəftar və əməlləri səcdənin yer və ondan cücərən şeylərin (yeyilməli və geyilməlilərdən başqa) üzərinə səcdə etməyin zərurətinə şəhadət verir.
[1] “Sünəni Beyhəqi”, 1-ci cild, səh.212, “Səhihi Buxari”, 1-ci cild, kitabus-səlat, səh.91, “İqtizaus-siratul-mustəqim” (ibni Teymiyyə), səh.332
[2] “Kənzul-ummal”, 7-ci cild, Hələb çapı, səh.465, 19809-cu hədis
[3] “Əhkamul-Qur`an” (Cəssas Hənəfi), 3-cü cild, səh.209, Beyrut çapı
[4] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.421, Kitabus-səlat
[5] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.421
[6] “Sünəni Beyhəqi”, 1-ci cild, səh.439, Kitabus-səlat, babu ma ruviyə fittə`cili biha fişiddətil-hər
[7] “Ət-təbəqatul-Kubra”, 6-cı cild, səh.79, Məsruq ibni Əcdə`in həyatı.
[8] Digər şahidlərdən əlavə mə`lumat almaq üçün Əllamə Əmininin “Sirətuna” kitabına müraciət edə bilərsiniz.
[9] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.105
[10] “Əxbaru Məkkə”, 3-cü cild, səh.151
[11] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.105
[12] “Sünəni Beyhəqi”, 2-ci cild, səh.105
[13] “Vəsailuş-şiə”, 3-ci cild, səh.593 Kitabus-səlat ma yəscudu ələyhim babı 7-ci hədis
[14] “Vəsailuş-şiə”, 3-cü cild, səh.593, ma yuscədu ələyh, babı 7-ci hədis
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İlahilər dedikdə Allaha aid, Allaha məxsus mənası verir, əgər ilahlar deyilsəydi düzgün olmazdır çünki allahlar deməkdir, amma ilahilər deməyin eybi yoxdur məqsəd dini nəğmələrdir necə ki, dini elimlərə ilahiyyat deyilir.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi.
İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə fiziki güc işlətmək düzgün deyildir. Hikmət sahibi və ağıllı insan hər bir müşkülü ona münasib yolla həll etməlidir.
Üçüncüsü, dinin qorunması, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bu yolda çəkdiyi əzab-əziyyət və böyük zəhmətlərinin hədərə getməməsindən ibarət olan daha mühüm məsləhətlər xatirinə İmam (əleyhis-salam)-ın bir dəstə ilə birlikdə xəlifələrə beyət etməsinin mənası bu deyildir ki, onların qüvvələrindən qorxmuş və ya onlarla müqayisədə ümmətə rəhbərlik və imamət məqamı üçün daha az qüdrət və bacarığa malik olmuşdur.
Dördüncüsü, tarixdən və imam Əli (əleyhis-salam)-ın kəlamlarından məlum olur ki, o həzrət xəlifələrin dövründə mövcud vəziyyətlə əlaqədar dəfələrlə etirazını bildirmişdi. Lakin düşmənlərin müqabilində islam hökumətinin gücləndirilməsi, qorunub saxlanması və qüvvələndirilməsi yolunda heç bir səyini əsirgəmirdi.
İslamın əvvəllərindəki tarixə nəzər yetirməklə aydın olur ki:
Əvvəla, hələ Peyğəmbər (səlləllahu əleyhi və alih)-in pak cənazəsi dəfn olunmamışdı ki, bir dəstə adam Bəni-Saidə adlı səqifədə (kölgəlikdə) Əli (əleyhis-salam)-dan başqası ilə beyət etdi, halbuki Əli (əleyhis-salam) o həzrətin qüsl-kəfən işlərinə məşğul idi.[1] Amma Peyğəmbərin vəfalı səhabələrindən bir dəstəsi, o cümlədən Abbas ibni Əbdül-Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Xalid ibni Səid, Miqdad ibni Əmr, Salman Farsi, Əbuzər Ğifari, Əmmar ibni Yasir, Bəra ibni Azib, Übeyy ibni Kəb və s. Əbu Bəkrlə beyət etmədilər. Onlar imam Əli (əleyhimus-salam)-dan tərəfdarlıq edirdilər.[2]
“Müsnədi Əhməd”in (1-ci cild, səh. 55) və Təbərinin (2-ci cild, səh. 466) aşkar dediyinə görə bu adamlar etiraz əlaməti olaraq həzrət Zəhra (əleyha salam)-ın evində bir yerə yığışmış və Əbu Bəkrə beyətdən imtina etmişdilər.[3]
Tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) onun evinə yığışaraq onunla beyət etmək istəyənlərin cavabında buyurmuşdu: “Sabah sübh saçlarınızı qısaltmış halda gələrsiniz!” Lakin sabah üç nəfərdən başqa heç kəs gəlmədi.[4]
Həmçinin, tarixdə qeyd olunur ki, Əli (əleyhis-salam) Fatimənin həyatda olduğu vaxtda qədər beyət etməmişdi. Lakin camaatın ondan üz çevirdiyini gördükdə Əbu Bəkrlə razılaşmaq məcburiyyətində qaldı.[5]
Buna əsasən, Əli (əleyhis-salam), onun öz köməkçiləri, eləcə də Peyğəmbər səhabələrindən bir dəstəsi o həzrətin vəfatından sonra bir müddətə qədər Əbu Bəkrlə beyət etməmişdilər. Beyət etdikləri zaman isə yalnız islamın əslinin və islam hökumətinin qorunub saxlanmasına görə bu tədbiri gördülər.
Bilazəri imam Əli (əleyhis-salam)-ın beyətinin səbəbini açıqlayaraq yazır: “Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in vəfatından sonra ərəb qəbilələrindən bir dəstəsi mürtəd oldular. Bu zaman Osman Əli (əleyhis-salam)-ın yanına gəlib dedi: “Ey əmi oğlum! Sən beyət etməyincə, bir kəs bu düşmənlərlə müharibəyə getməyəcəkdir.” Əli (əleyhis-salam) ilə çox müzakirə və danışıq aparandan sonra axırda Əli (əleyhis-salam) Əbu Bəkrlə beyət etdi.”[6] Amma Əli (əleyhis-salam) həm Əbu Bəkrin xilafəti dövründə, həm də ondan sonrakı dövrlərdə bu hadisələrlə əlaqədar daim şikayət və etiraz edirdi.
Həmin barədə buyurur: “Agah olun! Allaha and olsun ki, Əbu Bəkr xilafət paltarını öz əyninə geydi, halbuki o bilirdi ki, mənim islam hökumətinə olan məqamım dəyirman daşının mehvəri (oxu) kimidir ki, daş onun ətrafına fırlanır ... Buna görə də mən xilafət ridasını boşladım, ətəyimi yığaraq ondan kənara çəkildim. Fikirləşirdim ki, tək-tənha şəkildə öz haqqımı almaq üçün qiyam edimmi?! Yoxsa bu irticaçı mühitdə səbir edim?! ... Düzgün dəyərləndirdikdən sonra səbir etməyi daha ağıllı və məsləhətə uyğun gördüm. Elə bir halda səbir edirdim ki, sanki gözümdə tikan, boğazımda sümük qalmışdı.”[7]
Amma “Əli (əleyhis-salam) bu qədər şücaətə malik olması ilə eyni zamanda nə üçün qiyam etmədi və əməli tədbir görmədi?” sualına gəldikdə isə, cavabda demək lazımdır: Bütün çətinliklər və problemlər qılınc gücünə və müharibə ilə həll olunmur, hər yerdə fiziki güc işlətmək rəva deyildir. Hikmətli və ağıllı insan çətinliklərin həll olunmasında ən münasib olan yolları seçməlidir. Güclü rəşadət və qüdrətə malik olmaq, müharibə meydanlarında şücaət göstərmək başqa işlərdə də həmin üslubdan istifadə etməyə əsla icazə vermir.
Harun (əleyhis-salam) çox fəsahətli bir insan və həzrət Musa (əleyhis-salam)-ın vəsisi idi. Buna baxmayaraq Musanın qövmünün buzova pərəstiş etdiyini gördükdə sadəcə haqqı bəyan etməkdən və onları ilahi əzabdan qorxutmaqdan başqa bir iş görmədi. Həzrət Musa (əleyhis-salam) kəskin etiraz etdikdə Harun Bəni-israilin buzova pərəstiş etməsinin qarşısını almamasının və heç bir əməli tədbir görməməsinin səbəbini belə bəyan etdi: “(Harun) dedi: Ey anam oğlu! (Ey qardaşım!) Mənim saqqalımı və başımı tutma! Mən sənin “Bəni-İsrailin arasında təfriqə saldın və tövsiyələrimi unutdun!” deyəcəyindən qorxdum.”[8]
Quran İbrahim (əleyhis-salam)-ın bütpərəstlərdən ayrılmasına işarə edərək buyurur: “İbrahim onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən (bütlərdən) kənara çəkildi.”[9] Həmçinin Əshabi-kəhf cavanlarının öz zalım qövmlərindən uzaqlaşması da belə bəyan edilir: “Və (onlara dedik:) Onların özündən və Allahdan başqa pərəstiş etdiklərindən kənara çəkildiyiniz zaman bir mağaraya sığının ki, Allah Öz rəhmət sayəsini sizin üzərinizə salsın və bu məsələdə sizin üçün bir aramlıq qərar versin.”[10]
Camaatla bu cür rəftar edib kənara çəkilməsinə görə onları qorxaq, yaxud xain adlandırmaq düzgün bir iş olardımı?! Halbuki belə şəraitdə ən münasib yol məhz onların tutduğu yoldur.
İslam dininin qorunub saxlanmasından, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bir ömürlük zəhmətlərinin hədərə getməməsindən ibarət olan belə bir dəyərli məsləhət naminə İmam Əli (əleyhis-salam)-ın müəyyən şəxslərə beyət etməsi bu mənaya deyildi ki, öz canı üçün onların qüdrətindən qorxmuş və vahimə hissi keçirmiş olsun, yaxud islam ümmətinə imamət və rəhbərlik məqamında onlardan daha az qüdrət və ləyaqətə malik olsun. Belə ki, əgər imamət ona həvalə edilsəydi, onun rəhbərliyə qüdrəti hamı üçün sübuta yetərdi.
Həzrət özünün qiyam etməməsinin səbəbini bəyan edərək buyurur: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından və köməkçilərin vəfasızlığından sonra öz ətrafıma baxdım, ailəmdən başqa bir köməkçi görmədikdə onların ölümə verilməsinə razı olmadım. Tikanlı gözlə gözümü yummağa, sümük qalan boğazla hadisələrin acı şərbətini içməyə məcbur oldum. Öz qəzəbimi uddum, hənzəl otundan da acı olan səbir şərbətini içərək səbri özümə peşə etdim.”[11]
Həzrət Əli (əleyhimus-salam) başqa yerdə qiyam etməməsinin səbəbini belə bəyan edir: “... Bu gün elə bir şəraitdə qərarlaşmışam ki, danışsam deyərlər ki, hökumətə hərissən, əgər sükut etsəm deyərlər ki, ölümdən qorxursan!”[12]
Bir sözlə, Əli (əleyhimus-salam)-ın beyəti qorxu üzündən deyildi (belə ki, dost-düşmən onun misilsiz şücaətinə etiraf edirdi), əksinə, islamın məsləhətinin hifz olunması, ümmətin vəhdətinin qorunub-saxlanması və öz haqqının dirçəldilməsi ilə əlaqədar dostun və köməkçinin azlığı idi. Hər bir həqiqi rəhbər də məhz bu yolu seçməli idi, hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də köməkçilərinin azlığına görə, habelə həmin az miqdarın qorunub saxlanması və islamın məsləhətinin hifz olunması üçün öz qövmündən aralanaraq Mədinəyə köçməyə məcbur oldu ki, müəyyən müddətə qədər gözləsin və köməkçiləri çoxaldıqdan sonra Məkkəni fəth etsin. Başqa bir yerdə müşriklərlə sülh bağlamağa məcbur olur. Belə hallarda “Peyğəmbər özünü peyğəmbər bildiyi halda nə üçün müşriklərlə sülh etdi?!” demək olarmı?! “Əgər onlarla qarşılaşmağa qüdrəti yox idisə, onda rəhbərlik və peyğəmbərlik səlahiyyəti yox idi!” deyə iddia etmək olarmı?!
Buna əsasən, həzrət Əli (əleyhis-salam) özünün haqq canişin olduğunu bilə-bilə İslam cəmiyyətinin məsləhətini hazırkı vəziyyətə dözüb səbir etməkdə görürdü. Çünki o həzrət Allah yolunda şücaət göstərmək, qüdrət və şəmşirdən istifadə etmək yerlərini gözəl şəkildə bilirdi, lakin Peyğəmbərin vəfatından sonra islam cəmiyyətinin (acınacaqlı) vəziyyətinə səbir etməyi bütün şücaətlərdən üstün bir iş hesab edirdi. Əgər belə bir şəraitdə qılıncdan istifadə etsəydi, onun özünün, bütün qohum-qəbiləsinin və köməkçilərinin güc işlətməsi nəticəsində yenicə cücərmiş islam ağacının kökləri quruyub aradan gedə bilərdi. Buna görə də o həzrət özünün şəxsi mənafe və məsləhətini daha mühüm əhəmiyyət kəsb edən bir işin – islamın əsasının qorunması yolunda qurban verdi. http://islamquest.net/
Allah sizə yar olsun.
[1] “Kənzul-ummal”, 5-ci cild, səh. 652
[2] “Süyuti, “Tarixul-xüləfa”, səh. 62, “Darul-fikir” çapı, Livan; “Tarixi Yəqubi”, 2-ci cild, səh. 124-125; Təbəri, “Tarixul-uməm vəl-muluk”, 2-ci cild, səh. 442, “İstiqamət” çapı, Qahirə; “Müsnədi Əhməd”, 3-cü cild, səh. 156 (haşiyə), “Darus-sadir” çapı
[3] Yenə orada
[4] “Məalimul mədrəsəteyn”, Əllamə Əsgəri, 1-ci cild, səh. 162
[5] Təbəri, “Tarixul-üməmi vəl-muluk”, 2-ci cild, səh. 448, “İstiqamət” çapı, Qahirə
[6] “Ənsabul-əşraf”, 1-ci cild, səh. 587
[7] “Nəhcul-bəlağə”, 3-cü xütbə, səh. 45
[8] “Taha” surəsi, ayə: 94:
قالَ یَا بْنَ أُمَّ لا تَأْخُذْ بِلِحْیَتی وَ لا بِرَأْسی إِنِّی خَشیتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَیْنَ بَنی إِسْرائیلَ وَ لَمْ تَرْقُبْ قَوْلی
[9] “Məryəm” surəsi, ayə: 49:
فَلَمَّا اعْتزََلهَُمْ وَ مَا یَعْبُدُونَ مِن دُونِ الله
[10] “Kəhf” surəsi, ayə: 16:
وَ إِذِ اعْتزََلْتُمُوهُمْ وَ مَا یَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُاْ إِلىَ الْکَهْفِ یَنشُرْ لَکمُْ رَبُّکُم مِّن رَّحْمَتِهِ وَ یُهَیئِّْ لَکمُ مِّنْ أَمْرِکمُ مِّرْفَقًا
[11] "Nəhcul-bəlağə", xütbə, 26, səh. 73
[12] Yenə orada, xütbə 5, səh. 51
Bismillahir-rəhmanir-rəhim.
Xeyr, bu düzgün deyil çünki imamların həyatına nəzər salanda görürük İmam Sadiq, İmam Baqir, İmam Rza və bütün imamların zamanında diri olan imamla beyət edənlər Əliyyən vəliyullah deyiblər. lazım gəlsəydi imamlar özləri belə deyərdilər. İmamlar deməyəni bizdə deməyək. Qeybət dövründədə heç bir alim Məhdiyyən vəliyullah deməyin görməmişik.
Allah sizə yar olsun.