Ad: terlan050.76@mail.ru , Ölkə: goycay, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təqiyyə ağılın hökmüdür, hətta təqiyyəni münafiqlik adlandıranlar da özləri hardasa təqiyyə edirlər. Allah insanların əsl niyyətindən xəbərdardır.Təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir.Â
Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qurani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.
Həmçinin insanın namusu xətərə düşərsə namusunu qorumaq və müdafiə etmək vacibdir və təqiyyə etməyə yer qalmır və bu yolda ölsə şəhid məqamındadır.
Bir məsələdə məsumların əməli, sözü və ya təsdiqi varsa deməli şəriətdə caiz olmasını göstərir. Namazı 3 dəfə və ya cəm halda qılmaqlıq barədə əhli-sünnətin mötəbər kitablarında rəvayətlər mövcuddur. Şiələrin namazı birləşdirib qılması özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri, Peyğəmbərin (s) buyruğuna əsasəndir. Hədisdə nəql olunur: ''Peyğəmbərlə  (s) birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq.'' (''Müsnədi Əhməd'' c. 1, səh.221)
İbni Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam. Abdullah deyir: ''Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın sözünü təsdiq etdi.'' (''Səhihi Müslüm'' c. 2, səh.151, Misir çapı) və s.
Əlbətdə diqqət edin ki, əgər şiəlik ki, Əhli-beyt məktəbidir, onun xırdalığında şübhə edirlərsə, hər birinin məntiq və şəriətə uyğun tutarlı cavabı var, amma bu şübhə yaradanların öz tutduğu yol və məzhəb kökündən batildir.
Allah sizə yar olsun.
Ad: MESESDI SENAN, Ölkə: AZERBYACAN, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
''Peyğəmbər (s) və səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qəzəali, Yəzid ibni Müaviyəyə lənət oxumağı caiz bilmir. Əqidəsi budur ki, Yəzid İmam Hüseynlə (ə) rəftarında xəta etdi.
Qəzali bu
barədə yazır: Müsəlmana lənət oxumaq caiz deyil və Yəziddə müsəlman idi. İmam
Hüseyni (ə) qətilə yetirmək, ya buna əmr etmək və ya razı olağı Yəzidə nisbət
vermək müsəlmana sui-zənn (pis güman) etməkdir ki, Quran və sünnəyə əsasən
haramdır......
Ehyaul-ulum, cild 3, səh 106.
Allah sizə yar olsun.
«Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».
İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, İslam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.
Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki, peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib
Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.
Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu videoda vəhhabi alimi Mollazadənin dedikləri absurd və məntiqsiz iddialardır. Misal üçün şiələrin adından deyib sonrada inkar edir ki, necə ola bilər ki, Peyğəmbər (s) öz zövcələrini və şagirlərini tərbiyə edə bilmədi. Bununla nəticə almaq istəyir ki, Peyğəmbərin (s) bütün zövcələri və səhabələri haqq və doğru olmuşlar. Əvvəla şiələr belə iddia etmir ki, bütün zövcələr və səhablər haqq, doğru və tərbiyət olunmuş olmayıblar. Lakin səhabələrin və zövcələrin arasında hidayət olunmamışlarıda olub ki, sünni kitablarında sübutları mövcuddur. Bu videoda Mollazadənin Qurandan xəbərsiz və ziddinə olması aşkar olur. Allah-təala buyrur: Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!» Təhrim ayə 10. Nuh və Lut peyğəmbərin zövcələrinin kafir olması bu ayədə bəyan olur. Ya Nuhun oğlunun cahil və əzaba düçar olması Hud surəsi 45-46 cı ayələrdə deyilir. Bəs, Peyğəmbərində (s) zövcə və səhabələri arasında nasaleh insanlar olması təbii və mümkündür, çünki Peyğəmbər (s) yalnız haqq yolu göstərir, insanlar isə özləri haqqı ya batili seçirlər. Başqa bir iddiası budur ki, Əhli-beyt (ə) hamısı sünni olub. Necə sünni olublar ki, buyurduqları sünnülərlə uyğun gəlmir, ya sünnilərin ən mötəbər kitab olan Buxarıda İmam Sadiqdən (ə) birdənədə hədis nəql etmir və səbəbinidə İmama etimad etmədiyini yazır.Qaldı ki, şiənin canlı yayımda vəhhabi olmasına, əvvələn burdan heçnə aydın deyil, çünki məlum deyil telfon arxasındakı əvvəldən şiə olub ya qurma bir şeydir. İkincisi hətta şiə olsa belə savadsız olduğunu deyir, belələrinin sünni olması heçdə şiənin düz olmamasına dəlil ola bilməz amma əks tərəfin tarix boyu yüzlərlə aliminin şiə olması inkar olunmazdır, o cümlədən hal hazırda yaşayan Tunisli alim Ticani ya Yəmənli alim İsam İmad və s.. Birdəki, savadsız bir şəxsin şeytan sifətli bir mollanın təbliğatının təsirindən vəhhabi olmasınin nə qiyməti var ki, bu qədər bu məsələni şişirdiblər. Amma o ki qaldı Burqeyiyə əvvəla o sünni olmayıb, lakin şiə əqidəsinə bəzi iradlar edib ki, sonrada peşiman olub və tövbə etib, vəsiyyət edib ki, məni imamzadədə dəfn edin. Vəhhabilərin iddia etdiyi kimidə deyil ki, onu mərcəi-təqlid ya əllamə hesab edirlər. Əgər hansısa qaranlıq şübhə qalsa yazın inşallah aydınlıq gətirərik.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Diqqət etmək lazımdır ki, bəzi insanlar qərəzli olaraq başqalarının zehnində şübhələr yaradırlar, onlar cavab istəmirlər. Hətta cavab verildikdə belə onlar üçün əhəmiyyət daşımır və kor-koranə öz dediklərini insanlara yeritmək istəyirlər. Amma buna baxmayaraq bu sualların cavabını qısa və tutarlı yazırıq.
1. Namaz (nəmaz) sözü Fars mənşəli bir sözdür, təzim etmək, əyilmək bə baş əymək mənasındadır. Ərəb dilində isə "səlat" deyilir.
2. Peyğəmbər sözü fars mənşəli sözdür, xəbər gətirən mənasını daşıyır. Ərəbcə nəbi (xəbər gətirən) və rəsul (elçi) kəlmələri işlənir ki, Quranda yüzdən artıq ayədə gəlib.
3. Allah-təala həqiqətdə öz peyğəmbərini bəzi yerdə təhdid edir ki, səndə əgər haqq yoldan azarsansa ya günah edərsənsə başqaları kimi sənidə cəzalandıraram, bu heçdə səhvə yol verməkliyə dəlalət etmir, lakin göstərir ki, peyğəmbərlərdə adi insanlar kimi ixtiyar sahibidirlər.
4. Bəli, Quranda namazın qəzası barədə aşkar deyilmir, lakin dinin mənbəyi Quranın kənarında Peyğəmbərin sünnəsidə var ki, Quranda Peyğəmbərin sünnəsindən təbəiyyət etməyi Allahdan təbəiyyət etmək kimi qiymətləndirir. Quranda namazların neçə rükət qılınmağıda deyilmir, yalnız namaz qılın deyilir, amma necə namaz qılmalıyıq bunu Peyğəmbər (s) bizə açıqlayır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Onu da qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr də, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə “Abdullah ibn Səba” adlı şəxsiyyət olmamışdır. Necə ola bilər ki, xəyali bir fərd şiənin banisi olsun?!
Ümumiyyətlə, o uydurulmuş əfsanə olmasa da, biz Abdullah ibn Səbanı mürtəd, azğın bir şəxs hesab edirik.
Sualınızın izahlı cavabın bilmək üçün bu adreslərə müraciət edin.
Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq Müəllif: Tədqiqat qrupu
http://kitab.nur-az.com/az/lib/view/238
http://islamquest.net/az/archive/question/fa1506
http://www.erfan.ir/article/article.php?id=37240
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Peyğəmbərin (s) məzarı:
Peyğəmbər (s) vəfat etdikdə bir hücrədə (kiçik otaq) dəfn edildi. Əgər qəbirlər üzərində nə isə tikib ucaltmaq haram olsaydı, səhabələr Peyğəmbəri (s) dəfn etməzdən öncə onu uçurar sonra dəfn edərdilər. Çünki vəhhabilərə görə sözügedən tikililər büt hesab edilir. Elə buna görə də hər hansı bir tikilinin daxilində dəfn etməklə dəfndən sonra nə isə tikib ucaltmağın heç bir fərqi yoxdur. Peyğəmbərin (ə) məzarı üzərindəki tikili və günbəz o həzrət (s) dəfn edildiyi gündən günümüzə qədər mövcuddur.
2. Peyğəmbərin (s) dəfn edildiyi evdə divar yox idi. Orada ilk divar tikdirən şəxs Ömər ibn Xəttab olmuşdur
3. Ayişə həmin evdə özü ilə məzarlar arasında (ayırıcı) divar tikdirdi. O, bu divar tikildikdən öncə və sonra həmin evdə yaşayır və orada namaz qılırdı.
Müsəlmanlar Peyğəmbərin (s) məzarını ziyarət etdikləri zaman məzarın torpağından götürürdülər. Ayişə (məzarın dağılmasının qarşısını almaq məqsədi ilə) müsəlmanların məzarın torpağından götürmələrini əngəlləmək üçün divar tikilməsini tapşırdı və torpağın götürülməsi nəticəsində meydana gələn boşluğu doldutdurdu
4. Peyğəmbər, Həmzə şəhid olduqdan sonra qəbri üstə nişanə qoydu.
Quranda Kəhf surəsində buyrulur: 21......(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
Rəvayətlərdə qəbrin hündürlüyü 4 açıq barmaq ya bir qarış olması müstəhəb kimi gəlib və bundan hündür olmağı qadağan olmayıb.« ويُرفعُ القبرُ فوقَ الأرضِ أربعَ أصابعَ »
Allah sizə yar olsun.
Sionist yəhudilər müsəlmanların arasında parçalanma məqsədi ilə vəhhabilik kimi firqələr yaratdığı kimi xristianlarında arasında da təfriqə salmaq üçün yəhova şahidlərini yaradıb.
Daha ətraflı aşağıdakı məqalədən oxuyun:
“Yahova şahidləri” - yəqin bu ad çoxlarınıza tanışdır. Onalrın əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. Dinini yaxşı bilməyən və zəif inanc sahibi olan insanlar bu dəvəti qəbul edirlər. Bəs Yahova Şahidləri kimlərdir? Nə zaman yaranıb və hardan gəlib?
“Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır.
Yahova Şahidləri ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılmışdır. O, bu sektanın mövqeyini Hz. İsa-nın gələcəyi və qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda Hz. İsa-nın 1878–ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Hz. İsa-nın 1891 ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də yalan oldu. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra onun işini Rezerford davam etdirdi.
Yahova Şahidlərinin strukturu
Yahova Şahidləri üç qrupa bölümürlər. İlk iki qrup Aristokrat qrupudur və onlar “Sadiqlər” adlanırlar; sayları təxminən 200 minə yaxındır. Qalanı isə uşaq və ya xidmətçi səviyyəsində olanlardır.
Təşkilata yeni üzv olanlar üçüncü qrupdan olmağı əvvəlcədən qəbul etməlidirlər.
Onlar bir robot kimi sadəcə mərkəzdən gələn əmrləri yerinə yetirirlər.
Onlar şirin söhbətlərlə gəncləri, xüsusən, müsəlman uşaqlarını aldatmağa, öz amallarına xidmət göstərməyə məcbur etməyə çalışırlar. Telefon danışıq mərkəzlərindən aldıqları ünvanlara broşurlar, kitablar göndərirlər; cəlbedici, gənc qızları qapı-qapı dolaşdıraraq evlərə, iş yerlərinə bu broşur və kitabları dağıdırlar.
Dini görünüşlü bu təşkilatın yayım evləri, villaları, məktəbləri, müxtəlif komitələri və müfəttişləri vardır.
“Gözətçi qülləsi” və “Üsyan” adlı məcmuələrini ayda 5 milyondan artıq tirajla nəşr edib paylayırlar.
Əsas inancları
1. Yəhudilərin müqəddəs kitabı olan Tövratda adı çəkilən YAHOVAnın tanrı olduğuna, İSA peyğəmbərin də “Yahova ölkəsi”nin rəhbəri olduğuna inanırlar.
2. Zahirdə xristianların kitabı olan İNCİLə də inanmış görünürlər və onu maraqlarına uyğun olaraq şərh edib, anladırlar. İsa peyğəmbəri və İncili öz hədəfləri (Dünyanı ələ keçirmək və dini-dünyəvi bir dövlət qurmaq) üçün alət kimi istifadə edirlər.
3. Axirətə - cənnətə inanmırlar, inanclarına görə cənnət dünyada və güman etdikləri məmləkətlərindədir. Şeytan da bu dünyanın gözəgörünməz idarəedicisidir.
4. İsa peyğəmbərin 1914-cü ildən Tanrının krallığını qurmağa başladığına inanır və bundan əlavə, İsanın əsgərlərilə birlikdə bir “Nicatverici” döyüşə girişib yer üzündəki bütün hökmdarları, siyasi qurumları, dövlətləri, millətləri, qısası (öz təbirlərilə) şeytanın güclərini yox edəcəyinə və beləcə Tanrının krallığının da, görünür hələ qarşıda olduğuna inanırlar.
5. Ruha və sonsuzluğa inanmırlar.
6. Özlərinə məxsus ibadətləri vardır, buna “Kral Salonu” adı verirlər.
7. İnsan qardaşlığı sadəcə onlara məxsusdur, bu, digər insanlara aid deyildir. “Yahova şahidi” olmayan hər kəs - onlara görə - bir heyvandır, keçidir və “Yahova Şahidləri”nə qarşıdır.
8. Bütün rejimlərə qarşıdırlar. Camaatı üsyana təhrik edirlər. Yəhudilikdən başqa bütün dinləri düşmən bilirlər; rəhbərlərinin hamısı yəhudidir. Hər “Yahova şahidi” tanrı qəbul etdikləri Yahovanın əsgəridir; əsgərliyə getmir, dövlət bayrağını tanımırlar.
9. Yəhudiliyin müqəddəs saydığı on doqquz kitabın müqəddəsliyini qəbul edirlər.
10. Xristianların təslis inancını, yəni Ata-Oğul-Ruhul Qüds üçlüyünü Yehova-Oğul-Ruhul Qüds kimi qəbul edirlər.
“Yahova şahidləri” Azərbaycanda
Sovet İttifaqının dağılmasından və Qərbin Azərbaycana ayaq açmasından sonra bəzi dini qrup və missiyalar da bu islami ölkəyə daxil olmağa başladılar.
Əsaslı maliyyə dəstəyinə malik bu dini təşkilatlar öz din və adət ənənələrini Azərbaycanın müsəlman xalqına qəbul etdirmək üçün çox böyük səylərə başladırlar. Bu qrupların biridə “Yahova şahidləri” (Yahva şahidləri) qrupudur ki, son zamanlar öz fəaliyyətini ölkəmizdə xeyli intensivləşdirib. Rəsmi olraq onları fəaliyyəti Azərbaycanda qadağan olunub.
Cənubi Qafqazda "Yahova şahidləri"nin əsas evi Gürcüstan sayılır. Bu ölkə heç də təsadüfi seçilməyib. Ermənistan və Azərbaycanın "yahovalar"ının bir yerdə cəmləşməsi üçün Tiflis ən yaxşı məkandır. Hər il bir neçə dəfə Tiflisə özlərinin konqresinə gedən "yahovalar"ın Azərbaycandakı sayını öyrənmək o qədər də çətin deyil.
Hazırda 230-dan çox ölkədə təbliğ olunan 6 milyondan çox insan özünü "Yahova şahidi" adlandırır.
Yığıncaqları və "Krallıq zalları"
"Yahova şahidləri"nin yığıncaqlarının əksəriyyətində hər həftə 3 görüş keçirilir. Görüşlər dua ilə başlanır və dua ilə başa çatır. Görüşlərin çoxunda ruhani (ilahi) mahnılar oxunur. Giriş sərbəstdir. Yığıncaq iştirakçıları, imkanına görə, əvvəlcədən qoyulmuş qutulara pul atır. Yığıncaqlar keçirilən "Krallıq zalları" adlandırılır. Bu tikililər adətən müxtəlif ölkələrdə "Yahova şahidləri"nin sıralarından olan könüllü işçilər tərəfindən inşa edilir və sadə olmasına əhəmiyyət verilir. "Krallıq zalları"nda, müxtəlif xristian məzhəblərində olduğu kimi, şəkillər, xaçlar və buna bənzər şeylər görmək mümkün deyil. İcarəyə götürülən yerlərin xərcləri könüllü ianə hesabına ödənilir. Başqa yerlərdə onların məclislərinə giriş sərbəst olduğu halda, ölkəmizdə bura ancaq əvvəlcədən dəvət edilənlər daxil ola bilər.
Hər bir yığıncağa "ağsaqqallar", yəni nəzarətçilər rəhbərlik edir. Onlar yığıncağın təşkilinə başçılıq edirlər. Onlara köməkçilər yardım edir. Bu xidmətçilər yığıncaqdakı başqa adamlardan üstün hesab edilmir. Onların xüsusi titulları olmur. Geyimlərilə də başqalarından fərqlənmirlər. Gördükləri işə görə onlara maaş verilmir.
Missionerlik fəaliyyətilə məşğul olanlar "pioner" adlandırılır. Pionerlər də gündəlik, həftəlik və aylıq bu işə sərf etdikləri vaxta uyğun olaraq "ümumi", "xüsusi" və "köməkçi pioner" adlandırılır.
Bayramları qəbul etmirlər
"Yahova şahidləri"nin hər il kütləvi görüşləri - konqresləri keçirilir. Bu görüşlər zamanı birlikdə müqəddəs kitaba əsaslanan təlimlərdən ibarət xüsusi mühazirələrə qulaq asırlar.
Bütün dünyada yüzdən artıq şöbələri fəaliyyət göstərir. Bu filiallarda "Müqəddəs Kitab"a əsaslanan ədəbiyyatın çap edilməsi və lazımi yerlərə göndərilməsi könüllü işçilər tərəfindən yerinə yetirilir. Filiallardan, həmçinin, təbliğat işinə də nəzarət edilir.
"Yahova şahidləri" heç bir bayramı və ya ad günlərini qeyd etmirlər. Milad bayramını və ritualları da keçirmirlər. Xristianların əsas bayramlarından biri olan Pasxa bayramı da onlar üçün əhəmiyyət kəsb etmir.
Həzrəti İsanın, başqa xristianlardan fərqli olaraq, dekabr ayının 25-də anadan olduğunu qəbul etmirlər. Onun təxminən oktyabrın 1-də anadan olduğuna inanırlar. Onlara görə, İsa heç vaxt tapşırmayıb ki, məsihilər onun ad gününü qeyd etsinlər. Əksinə, deyib ki, şagirdləri onun ölüm gününü yad etsinlər. Çünki O, "günahdan qurtarmaq, səhvlərə son qoymaq, qanunsuzluğu düzəltmək və əbədi salehliyi gətirmək üçün" yer üzünə gəlmişdi.
Adəm və Həvvanın günahkar olduğuna inanırlar
"Yahova şahidləri"nə görə, Adəm ilə Həvva Allaha qarşı üsyan edərək əbədi həyatı itiriblər. Bununla da bəşəriyyətə günah və ölümü gətiriblər. Adəmdən sonra yer üzündə yalnız bir kamil insan - İsa Məsih anadan olub. Buna görə də "Müqəddəs Kitab" İsanı "sonuncu Adəm" adlandırır və Məsihin özünü hamı üçün qurban verdiyinə bizi əmin etməyə çalışır. Belə ki, İsa "qurban" getməsi ilə insanlara əbədi həyatı qaytardı.
Onlar Həzrəti İsanı "quzu", Yahovaya inanmayanları isə inadkırlıqlarına görə "keçi" adlandırırlar.
Lakin "Yahova şahidləri"nin hər il xüsusi qeyd etməli olduğu bir gün var. Bu, Həzrəti İsanın axşam yeməyidir. Bu yemək "Məsihin öldüyü axşamın xatırlanması" da adlandırılır. Bu bayramı keçirmələrini Həzrəti İsanın şəxsən tapşırdığını bildirirlər. Başqa vaxtlarda istədikləri kimi geyinməyə icazə verilən qızlar və oğlanlar "Krallıq zalları"nda geyiminə fikir verməlidir. Əsasən də qızlar "qardaşları"nın diqqətini cəlb edib mühazirədən yayındırmamaq üçün uzun geyinmək məcburiyyətindədirlər.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Dində belə adət-ənənə və sünnət sifariş olmayıb. Bəlkədə atəşpərəstlərdən qalmış el adətidir.Allah sizə yar olsun.