Sual (11) : salam aleykum meshed ziyaretine geden insanlar hz.rzadan komek ve xesteliye wefaet isteyirler.allah ise gurani kerimde 35:14 buyurur:Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar.insanlarin hz.rzadan komek istemeleri duzgundurmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu ayə bütlərə təvəssül etmək və şərik qərar vermək barədədir. Amma şiələr ilahi övliyalara təvəssül edirlər ki, onlara təvəssül etməyə Allah özü izn verib. Şiə əqidəsinə görə ilahi övliyalar sağdır və bərzəx həyatında Allahın izni və icazəsi ilə eşidirlər və görürlər. Şiələr imamların qüdrətini mütləq və müstəqil bilmirlər, əksinə Allah tərəfindən və Onun izni ilə olduğuna inanırlar.
«Maidə» surəsinin 35-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun. Ona yaxınlaşmaq üçün vasitə axtarın» («vəbtəğu iləyhil-vəsilə»).
Uyğun ayədəki «vəsilə» sözünün mənası çox genişdir. İnsanı Allaha yaxınlaşdıran bütün şeylər ‒ Allaha və Onun Rəsuluna (s) iman, cihad, namaz, zəkat, oruc, həcc, sədəqə və sair xeyir işlər bu yaxınlıq üçün vəsilədir.
Qeyd etdik ki, təvəssül vasitə axtarmaqdır. Peyğəmbərlərin, imamların, saleh bəndələrin şəfaəti də təvəssülə aiddir. Hətta Allahı peyğəmbərlər, imamlar və salehlərin məqamına and vermək, bu geniş mənaya daxildir.
Peyğəmbər və imamlara təvəssül, yəni onlar vasitəsi ilə Allaha yaxınlaşmaq o demək deyildir ki, insan insana ibadət edir, şirkə düçar olur. Yuxarıda qeyd olunduğu kimi, təvəssül nəinki Qurana zidd deyil, hətta ayələrlə təsdiqlənir. «Nisa» surəsinin 64-cü ayəsində oxuyuruq: «(Ya peyğəmbər) Onlar özlərinə zülm etdikləri zaman, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbətdə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər».

Allah sizə yar olsun.

Sual (12) : salm aleykum shiye alimleri deyirki allah hz.musaya dedi her kes tovbe etse bagiwlayaram huseynin gatillerinen bawga.ancag allah gurani kerimde nisa suresinin 48 ayesinde buyurur:Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar.bu hedis dogrudur yoxsa uydurma?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şübhəsiz, Allah tövbə ilə bütün günahları hətta şirki də bağışlayır. Amma o ki, qaldı Quranda şirk barədə ki, deyilir: "Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür. " Nisa surəsi 116. Bu tövbəsiz ölənlər haqqındadır.

Məsumlardan nəql olan hədislərə əsasən hətta İmam Hüseynin (ə) qatilləridə tövbə etsələr Allah bağışlayar, amma belə cinayətə mürtəkib olanlar qəlbi möhürlənmiş insanlardır ki, onlar hidayət olmaz və tövbə etməyə müvəffəq olmazlar. Allah-taala bir çox ayələrdə o cümlədən Bəqərə surəsi 258-ci ayədə buyurur: ... Allah zalım qövmü əsla hidayət etmir.

Allah sizə yar olsun.


Sual (13) : Salam. Biz niye hemise Aiseni ere gedende 6-7 yasli qiz usagi bilmisik? Bu yalan ne sebebe genis yayilib? Axi bele fakt bize ve peygemberimize saas qarsi en azi pis hissler oyadib hemise? Bunun inkari niye tezelikce cixib araya?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məsələ bəni-üməyyənin zamanında uydurulan yalanlardandır. Aişənin Peyğəmbərin (s) digər xanımlarına xüsusi ilə həzrət Xədicəyə olan qısqanmağı bu məsələnin ortaya çıxmasına səbəb olub. Peyğəmbərin başqa qadınlarına nisbətdə Aişənin üstünlüyü və fəzilətinə dəlil kimi əhli-sünnə bu məsələnin üzərində dayanır və gözlərini həqiqətə yumurlar.

Allah sizə yar olsun. 


Sual (14) : Salam aleykum. Bir cox insanlar menimle vilayet-feqih baresinde munaqiwe edir. Mende rehberin muqellidlerindenem. Onlarin mene dedikleri sozlerden biride budurki, niye vilayeti feqihi secerken Muderrisin heyetinin icinde Vahid Xorasani,Sistani,Mekarim Sirazi kimi boyuk muctehidler niye iwtirak etmir? Zehmet olmasa cvb yazin.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbətdə vəliyyi-fəqihi Came Müdərrisin heyəti seçmir, onlar ələm müctəhidləri elan edirlər ki, təqlid edənlər heyrətdə qalmasınlar. Vəliyyi-fəqihi Xübriqan məclisi seçir ki, 100-ə yaxın alim onun üzvüdür ki, əksəri müctəhidlərdən ibarətdir. Xübriqanın üzvlərini isə camaat seçir. Böyük şəhərdən xübriqanın üzvi var. Əgər insanların təyin etdiyi nümayəndələr ki, alimlərdən ibarətdir, bir nəfəri vəliyyi-fəqih təyin edirlərsə, vəliyyi-fəqihi seçməkdə bu kifayət edir. Təbii ki, hər bir məsələdə müxalifət edənlərdə var. Birdə bəzi müctəhidlər hansısa bir xüsusi cəmiyyətin üzvü olmasalarda insanların seçiminə hörmətlə yanaşır və əksəriyyətin seçimi ilə razılaşırlar. Adini çəkdiyiniz müctəhidlərdə bu məsələdə müstəsna deyillər.

Allah sizə yar olsun.


Sual (15) : Salamun aleykum . Tovbe suresi aye 100-de Allah teala muhacir ve ensarın ilk qabaqcıllarından razı olduğunu onların da Allahdan razı olduğunu bildirir və onlara ağacları altından çaylar axan cənnətlər vəd edir . Bizim əqidəmizə görə peyğəmbərin vəfatından sonra onun əmri ilə müxalifətçilik edən , əhli-beytin haqqını qəsb edən səhabələr , muhacir və ənsarın ilk qabaqcıllarından olublar axı . Bəs onda burada ziddiyət yaranmırmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, ayə bütün mühacir və ənsara şamil olmur. İkincisi, bizim əqidəmizə görə bütün səhabələr Peyğəmbərin (s) əmri ilə müxalifət etmədilər. Birdə ayədəki qabaqcıllar (sabiqun) ifadəsindən məqsəd zaman baxımından deyil, əksinə müsəlmançılıq xüsusiyyət və dəyərlərə sahib olanlar nəzərdə tutulur. Bu sözün sübutu Peyğəmbərin (s) sözüdür ki, buyurur: Biz müsəlmanlar ilahi dinlərin sonuncusu olsaqda birincilərdən (əvvəlun) hesab oluruq….. Bu hədis səhihdir və əhli-sünnət kitablarında gəlib və əhli-sünnət alimi olan Qürtəbi qabaqcılları belə məna edib bu hədisə istinad edir.

Allah sizə yar olsun.

Sual (16) : SELEMÜNALEYKÜM şiə məzhəbində ərli qadınla evlənmək olar, ÖZÜR DİLERİM BU SÖZÜNÜZÜ ANLAYAMADIM

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, nəinki ərli qadınla evlənmək olmaz, ümumiyyətlə iddədə olan qadınla hətta təkcə əqd oxunulsa belə biri-birlərinə əbədi haram olurlar və əqddə batil hesab olur. Bu son zamanlar vəhhabilər tərəfindən şiələrə atılan böhtandır ki, heç bir əsası yoxdur.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum qardaslar...bir seyi qarisdiriram xahis edirem izah eliyesiz... Allah kainati peygembere xatir yaradib indi mene maraqlidi milyard isiq ili uzaqliqdaki qalaqtikalardaki sivilizasiyalardaki insanlara gonderilen peygemberler ordaki insanlara deyirler Allah sizi milyard iller uzaqliqdaki peygembere gore yaradib? Belkede bu sual hec mentiqe uygun deyil uzurlu sayin.. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər başqa qalaktikalarda yaşayış varsa , onlarında peyğəmbəri sonuncu peyğəmbər olan həzrət Muhəmməddir (s). Sivilzasiya dedikdə ola bilsin ki, yaşayış tərzində və texnologiya baxımdan ola bilər amma Allahı tanımaqda və ilahi mərifətdə Peyğəmbərdən (s) üstünü ola bilməz, çünki Allah özü Peyğəmbəri bu məqama çatdırıb.

Allah sizə yar olsun.

Sual (18) : günümüz coğrafyasında gecici evliliklerde soy ve nesebin karışma ihtimali nedir. Nur Mədəniyyət Mərkəzi

Bismillahir-rəhmanir-rəhim.

Soy və nəsəbin qarışma ehtimalı məsələnin tam illət və səbəbi deyil, əksinə məsələnin bir tərəfi və bir səbəbdir.
Bütün hökümlərin fəlsəfəsi bizə aydın deyil. Necəki, bütün dərmanların təsirinin səbəbi həkimə müəyyən deyil. Bizim ilahi hökmlərin fəlsəfə və sirlərinndən olan  məlumatımız yalnız hər əsrdə bəşərin bilik səviyyəsi miqdarındadır. Ümumiyyətlə təlimatların dərin və genişliyi və elmimizin məhdudiyyətinə görə bundan artığı gözlənilmir. Bu sözündən belə nəticə alırıq ki, hökmlər və dəsturlardan itaəti, onların fəlsəfəsini dərk və başa düşməyə şərtli edə bilmərik. Çünki, belə olduqda elmimizin naməhdud və Allah-təalanın elmi ilə bərabər olmaq iddiası etmiş olarıq ki, buda məntiqə uyğun deyil.

Allah sizə yar olsun.

Sual (19) : salam ebu bekrin fezileti barede ister hz eli va diger imamlar deyibler mes nehcul belage meysemin sherhi(1/31) ibn musanin es safi eseri(seh 171)nehcul belage az dilinde seh298 imam baqir erbilinin kesful gumme fi merifetil eimme kitabinda ebu bekre kim siddiq demese onu sozunu dunya ve axiretde ALLAH kabul etmez imam cefer sadik buharul envarda22/305,306 hemcinin(er ravze minel kafi seh8/101,238)es shafi 238 ayetler nur tovbe zumer bu qeder delil olan islami ilk qabul edib resula(s) komek edenlere agir sozler deyilir meger islam dusmenleri islami ilk qabul ednler bu halda olubsa ALLAH ve resulu onlari terbiye ede bilmeyiblerse sonraki muselmanlar ne halda olarlar demelerine komek etmis olmurki

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əbu-bəkrin siddiq adlanması barədə olan hədislər ya cəli və yalandır və ya təqiyyə və məsləhət üzündən deyilib. Əhli-beyt məktəbində kiməsə təəssüb üzündən nə nalayiq sözlər deyirlər və nə də tərifləyirlər. İnsanlar ixtiyar sahibi olduğu üçün özü istəməsə heç kəs hətta Peyğəmbər (ə) belə onu hidayət və tərbiyət edə bilməz. Hətta hidayət etsə belə ona qarantiya verilmir ki, heç vaxt yolundan azmayacaq. Yaxşı olar bu məsələyə kor-koranə yox, rial baxaq. İnsanları əməlləri və əqidələri ilə qiymətləndirək. Bunu Quran bizə öyrədir ki, Allah yanında sevilmiş insan yalnız təqvalılardır. Peyğəmbərin (ə) tərbiyə və hidayətində heç kəsin şəkki yoxdur, çünki Hz. Əli (ə), Salman, Əbuzər və yüzlərlə nümunəvi insanlar yetişdirib.

Allah sizə yar olsun.

Sual (20) : Salam aleykum... Beser esed sunnudu sie? Allahn sizden razi olsun

Əleykumus-salam.

Bəşşar Əsəd sünnidir, onun ələvi olma iddiası düzgün deyil. Bundan əlavə ələvilər əməldə əhli-sünnətə daha yaxındır.

Allah sizə yar olsun.


Go to TOP