Sual (81) : Sual: assalamu aleykum! HZ.ELIDEN bele bir hedis neql edirler; eger ALLAH qiyamet gunu kafiride baqislasa men zerre qeder teeccub etmerem! bele bir hedis varmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etdiyiniz hədislə qarşılaşmamışıq, amma olsada mənası bu deyil ki, Allah kafiri bağışlayacaq, bəlkə Hz. Əlinin (ə) məqsədi budur ki, mənim Allahın ədalətinə olan yəqinliyim heç halda dəyişməz, necəki, Hz. Əlidən (ə) belə məzmunda hədis nəql olub ki, əgər göylərin və yerin sirriləri üzümə açıla mənim yəqinliyimdə bir təsir qoymaz, çünki Hz. Əlinin (ə) Allaha olan yəqinliyi kamildir.

Allah sizə yar olsun.

Sual (82) : Salam aleykum,Imam Cefer Sadiq(e) dan bele bir hedis var ki,Hz.Mehemmedi iki nefer,Aise ve Hefse zeherleyib.Bu hedis sehihdirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədisin sənədini təhqiq etməmişik, amma Əhli-sünnə mənbələrində olan hədislər və alimlərin nəzəri bu hədisin doğruluğuna təkid edir. İslam alimlərinin əksəriyyəti istər şiə istər sünni Peyğəmbərin (s) zəhərlənərək şəhid olduğunu qeyd edirlər, əlbəttdə Əhli-sünnə alimləri Xeybər müharibəsində zəhərləndiyini deyirlər, amma Xeybər müharibəsi 4 il qabaq olmuşdur və hədisdə var ki, Hz. Cəbrail Peyğəmbərə (s) Xeybər müharibəsində zəhərin olduğunu xəbər verdi və Peyğəmbər (s) zəhərli ətdən yemədi. Həmçinin Əhli-sünnə mənbələrində hədislər, Ayişə və Həfsə ataları ilə əlbir olaraq Peyğəmbər (s) yuxuda ya bihuş olan vaxt ağzına məcburi surətdə dərman tökməklərini yazır və hətta Peyğəmbər (s) işarə edir ki, bu işi görməsinlər amma Ayişə deyi xəstənin dərmandan xoşu gəlməz ona görə istəmir. Şiə hədislərində bunun dərman yox zəhər olduğu qeyd olunur.
Nümunə üçün bir neçə Əhli-sünnə mənbəsini qeyd edirik:
Səhih Buxarı cild 8 səh 42, Səhih Müslim cild 7 səh 42:
«عن عایشه قالت: لددنا رسول الله فی مرضه و جعل یشیر إلینا أن لا تلدّونی، فقلنا: کراهیة المریض بالدواء! فلمّا أفاق قال: ألم أنهکم أن
تلدّونی؟! قلنا: کراهیة الدواء! فقال (ص): لا یبقی منکم أحد إلا لدّ و أنا أنظر، إلا العباس فإنه لم یشهدکم.»
Əssirətun-nəbəviyyə İbni Kəsir cild 4 səh 446, Müsnədi Əhməd cild 6 səh 53:
«لددنا رسول الله (ص) فی مرضه، فأشار إلینا أن لا تلدّونی، قلت: کراهیة المریض الدواء! فلما أفاق قال: ألم أنهکم أن لا تلدّونی؟! قال: لا یبقی
منکم أحد إلا لدّ غیر العباس فإنه لم یشهد کنّ.»
Allah sizə yar olsun.
Sual (83) : 1-Deyìrler Peyqenber s.s sùdle bali bìr yerde yemeyì yenì qari$dirb yemeyì haram buyurub. 2- Bìrde etle sùdù bìr yerdexemeyì haram buyurub.Bu sehìh melumatdirmi.?

Bismillahir-rəhmanir-rəhim.

1. Südlə balı bir yerdə yeməyi qadağan edən hədislə qarşılaşmadıq, əksinə südlə bal həm tibbdə və həmdə hədisdə sifariş olunub, bəlkə südlə balığı bir yerdə yemək nəhy olunub.

2. İmam Sadiq (ə) buyurub: Hər kəsin qəlbində ya bədənində zəiflik olsa qoyun əti ilə süd yesin çünki bu yemək dərdi bədəndən çıxarar və bədəni qüvvətləndirər.

Allah sizə yar olsun.

Sual (84) : MENZILET HEDISI HANSIDIR VE HANSI SEBEBDEN DEYILMIWDIR

Bismillahir-rəhmanir-rəhim.

Mənzilət hədisi
Böyük şiə və sünni təfsirçilərinin bir çoxu «Mənzilət» hədisini «Əraf» surəsinin 142-ci ayəsində söhbət olunan «Musanın 40 günlük Allah hüzuruna getməsi və qardaşı Harunun onun yerində canişin olması» hadisəsinin əsnasında bəyan etmişlər.
«Mənzilət» hədisi belədir: «Peyğəmbər(s) Təbuk meydanına tərəf getmək istəyirdi. Peyğəmbərə xəbər çatmışdı ki, Roma imperiyası Hicaz, Məkkə və Mədinəni tutmaq üçün böyük bir qoşun hazırlayıb. Peyğəmbər(s) böyük bir qoşun hazırlayıb Təbuk məntəqəsinə tərəf hərəkət etdi. Hərəkət etməzdən qabaq Əli(ə)-ı öz yerində canişin təyin edib Mədinədə saxladı. Əli (ə) peyğəmbərə buyurdu:-Ya Rəsulallah! Məni burada uşaqlar və qadınların yanında saxlayırsan? (İcazə vermirsən mən də sizinlə bu cihadda iştirak edib bu böyük şərəfə nail olam?) Peyğəmbər buyurdu: «Sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Təkcə bir fərqi var ki, məndən sonra peyğəmbər olmayacaq.»
(Mənzilət sözünün mənası nisbət, əlaqə deməkdir.
Təbuk Ərəbistan yarımadasının şimalında yerləşən və o vaxtın Şərqi Roma imperiyası ilə həmsərhəd olan bir məntəqə idi. Musa(ə)-da Tur dağına 40 günlük Allahla görüşə gedəndə qardaşı Harunu  öz canişini təyin etmişdi. Hədis buna işarədir.)
Bu hədis sünnilərin ən məşhur və tanınmış kitablarında yəni Müslim və Buxarinin səhihlərində gəlmişdir. Eləcə də, sünnilərin bir çox hədis kitablarında, o cümlədən İbn Macənin sünəni, Tirmizinin sünəni, Əhmədin müsnədi və s. kitablarda bu hədis söylənilmişdir. Hədisi söyləyən səhabələrin sayı isə iyirmi nəfərdən artıqdır. Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xidri, Abdullah ibn Məsud və Müaviyəni bunlara nümunə gətirmək olar.
«Bağdadın tarixi» kitabının müəllifi Əbu Bəkr Bağdadi öz kitabında Ömər ibn Xəttabdan belə rəvayət edir: «(Ömərin dilindən:)» Gördüm, bir kişi Əlini söyür. Ona dedim:
-Məncə, sən münafiqsən. Çünki mən peyğəmbərin Əliyə «sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq» dediyini eşitmişəm.
Diqqəti cəlb edən budur ki, mötəbər hədis mənbələrində Peyğəmbərin bu sözü (hədisi) təkcə Təbuk döyüşünə gedərkən demədiyi təsdiq olunur. O, bu hədisi yeddi müxtəlif yerdə buyurmuşdur:
1) Məkkədə təzəcə iman gətirmiş müsəlmanlarla qardaşlıq siğəsi oxuduğu zaman Əlini özünə qardaş etmiş və bu hədisi demişdir.
2) Mədinədə mühacir və ənsar arasında qardaşlıq əhd-peyman bağladığı zaman peyğəmbər Əlini(ə) özünə qardaş etmiş və bu hədisi söyləmişdir.
3) Peyğəmbər məscidinə açılmış qapıların bağlanması əmrini verdikdə Əli(ə)-ın qapısını istisna etmiş və bu hədisi buyurmuşdur.
4) Təbuk döyüşünə gedərkən bu hədisi söyləmişdir. Bu, daha üç yerdə də sünni kitablarında gəlmişdir.
Deməli, hədisin sənədi cəhətdən şübhə yeri qalmır və onun mənasının ümumiyyəti də öz yerindədir.
«Mənzilət» hədisinin əhatə dairəsi
Əgər bu hədisi heç bir məzhəbi nəzərə almadan, tərəfkeşlik etmədən araşdırsaq, məlum olacaq ki, Əli(ə) Bəni-İsrail içində Harunun Musaya olan nisbətinin, məqamının və xüsusiyyətlərinin hamısına malikdir. Çünki hədisdə heç bir qeyd, şərt yoxdur. Buna əsasən, bu hədisdən aşağıdakı nəticələri çıxarmaq olar:
1) Əli (ə) peyğəmbərdən sonra ümmətin ən fəzilətli şəxsiyyətidir. (Çünki Harun da bu xüsusiyyətə malik idi.)
2)ÂƏli(ə) peyğəmbərin vəziri, xüsusi müavini və rəhbərlik işlərində şərikidir. Çünki bu xüsusiyyətlərin hamısı Harun üçün Quranda (Ta-Ha surəsinin 29-cu ayəsindən 32-ci ayəsinə qədər) qeyd olunmuşdur. Deməli, Əli(ə)-da bu xüsusiyyətlərə malikdir.
3) Əli peyğəmbərin canişini olmuşdur. O olan yerdə daha başqa bir şəxs xəlifə ola bilməz. Necə ki, Harun Musanın canişini olmuş və o sağ olan müddətdə başqa bir şəxs Musanın yerinə xəlifə olmamışdır.

Allah sizə yar olsun.

Sual (85) : Salam.bele bır hedıs var kı qadının qısqanması kufr kısının qısqanması ıse ımandandır.bele bır hedıs var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, belə hədis var.
İmam Əli əleyhis-salam  (qeyrət barəsində) buyurmuşdur:
Qadının (kişiyə) qeyrəti küfrdür. (Çünki onun belə bir qeyrətə malik olması kişinin iki və ya daha artıq arvad almasını haram bilməyə səbəb olur, halbuki Allah onu halal edib.) Kişinin (qadına) qeyrəti isə imandır. (Çünki bu, iki kişinin bir arvadda şərik olmalarını haram bilməyə səbəb olur və bunu Allah da haram edib.) Nəhcül-bəlağə qısa-kəlamlar-119
Allah sizə yar olsun.
Sual (86) : assalamu aleykum! men bir alimden bele bir hedis dediyini esitmisem; peyqember buyurmusdur ki, menim ummetimin alimleri beni israilin peyqemberlerimden ustundur. bu ne demekdir? eger hedis doqrudursa ummetin alimleri 12 imama isaredir yeqinki! duzmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etdiyiniz hədis şiənin mötəbər hədis kitablarında gəlməmişdir hətta bəzi alimlər bunun hədis olmağını inkar edirlər, amma hədis kitablarında nəql olan belədir:
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
عُلَماءُ اُمَّتی کأنبياءِ بَنِی اِسرائيل 
«Mənim ümmətimin alimləri Bəni-İsrail Peyğəmbərləri kimidir.» Biharul- ənvar, cild 2, səh 22.
Şiənin böyük alimi mərhum Kaşiful-ğitadan soruşurlar ki, bu hədisdə bəni-israil peyğəmbəri dedikdə ülul-əzm peyğəmbərlərinədə şamil olur ya yox o alim buyurur: Əgər hədisdə olan alimi yalnız imamlara şamil etsək bəli, amma ümumi məna etsək və fəqihləri nəzərdə tutsaq ülul-əzm peyğəmbərlərə şamil olmur.
İmam Sadiq (ə) buyurur: Alimlər biz Əhli-beytik, biz peyğəmbərlərin varisləriyik.
Allah sizə yar olsun.

Sual (87) : "Qeybəti Numani”, səh.170-de Azerbaycan haqda olan hedisin izahi neterdi? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Hədis bundan ibarətdir: “Azərbaycanda mütləq alov qalxacaqdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. O zamanda siz evlərinizə çəkilin. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.” (“Qeybəti Numani”, səh.170)

Bu hədisi tətbiq etmək və hansısa hadisəyə şamil etmək çətindir. Ümumiyyətlə zühur əlamətlərinin əksəriyyəti belədir. Azərbaycanda alov qalxmağından məqsəd yəqin ki, maddi və zahiri alov və od deyil bəlkə fitnə və zülümdür və bunun baş verib ya hələ baş verməməyin təyin etməkdə düzgün deyil. Əgər baş vermiş olsa tarixdə bir çox hadisələr ki, Azərbaycan torpağında baş verib bu hədisi ona tətbiq etmək ehtimalı olunur 
o cümlədən Babəkin qiyamı, ermənilərin, rusların və osmanlıların təcavüzü və s...
Amma qed etdiyimiz kimi mümkündür hələ baş verməyib nəvaxtsa baş verəcək və nə olacağıda hələ bəlli deyil, vəhhabilərin Suriya və İraqda etdikləri kimi Azərbaycandada cinayət törədəcəyidir ya hakimiyyətin diktatorluğumu ya başqa şey. Bunu deyə bilərik ki, hədisdən belə başa düşülür ki, çalışın oyaq olun alov sizi yandırmasın və olovdan məqsəddə bir fitnədir ki, İmam Əli (ə) buyurur: “Fitnə ilə qarşılaşan zaman 2-yaşlı dəvə kimi ol ki, nə beli ona minmək üçün bərkimişdir, nə də süd verəndir ki, ondan süd sağmaq olsun”. Buradan aydın olur ki, İmamın (ə) bu sözlərdəki hədəfi odur ki, batil əhlinin alətinə çevrilməyin. Allah doğrusunu biləndir.

Allah sizə yar olsun.

Sual (88) : Salam zəhmət olmasa əhli-beyt hədislərində və digər mənbələrdə Azərbaycan haqında hansı hədislər var İmam Mehdi(ə) yavəri deləryirlər azərbaycanlıdır 2 Əhd duası barədə deyilənlər doğrudurmu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədis kitablarında Azərbaycan haqda gəlmiş hədisləri araşdırmamışıq, sadəcə bu haqda məşhur bir hədisi yazırıq.

ومنها حديث نار آذربيجان، رواه النعماني في الغيبة: عن أبي بصير عن أبي عبد الله عليه السلام قال: إنه قال لي أبي عليه السلام: لا بد لنار من آذربيجان لا يقوم لها شئ وإذا كان ذلك فكونوا أحلاس بيوتكم والبُدُوا ما لبدنا، فإذا تحرك متحركنا فاسعوا إليه ولو حبواً، والله لكأني أنظر إليه بين الركن والمقام يبايع الناس على كتاب جديد على العرب شديد. وقال: ويل لطغاة العرب من شر قد اقترب. انتهى.

“Azərbaycanda mütləq alov qalxacaqdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. O zamanda siz evlərinizə çəkilin. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.” (“Qeybəti Numani”, səh.170)

Allah sizə yar olsun.

Sual (89) : salamun eleykum. men moteber bir kitablardan esitmisem ki hedislerin birinde İmam Zaman (E) aqa buyurub ki men zuhuruma qeder xumsu sizlere halal etdim. yeni zuhuruma qeder sizden xums istemirem. bu hedis ne derecede duzgundur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1) Şəri hökmləri Quran və hədisdən ələ gətirmək üçün xüsusi məharət lazımdır ki, buda yalnız müctehidlərdə var çünki bir hökmü ələ gətirmək üçün bir hədisi görmək kifayət etmir.

2) Xümsün vacib olmağına dəlalət edən hədislərin sayı, sənədinin səhih olması və aydın dəlaləti üstünlük təşkil edir bir neçə hədisə ki xümsün vacib olmamağın göstərir. 

3) Xümsün vacib olmamağına dəlalət edən hədislər adətən xas bir zamana ya məxsus bir məsələyə məhdud olur. Bu məktubda da kənizə təəllüq tapan xüms halal edilib.

4) Hədislərdən aydın olur ki, xüms imamın hüzur zamanında vacib olduğu kimi qeybət zamanında da vacibdir. Hüzur zamanında imama qeybət zamanında müctehidlərə çatır. 

5) İmamın (ə)  o məktubunda da xümsün vacib olmasına dəlalət edən cümlə var ki, İmam (ə) buyurur: "Amma o kəslər ki bizə məxsus olan malı öz yanlarında saxlayar, mənimsəyər və halal hesab edib yeyərlər sanki od yeyiblər." Bildiyiniz kimi xümsün bir hissəsi imammalı hesab olur.  

6) Alimlər bu məktubda kənizə təəllüq tapan xümsün halal olmağın qeyd ediblər çünki İmam (ə) xümsün halal olmağının səbəbin doğumların pak olmağın və çirkinliyə bulaşmamağın yazıb.

Allah sizə yar olsun.

Sual (90) : salam aleykum. sualim budurki hedisde Peygember(s) buyururki «««menim neslimi sayib Ednana catdigda durun daha saymayin»» bu hedisde meqsed mena nedirki Peygember deyir saymayin? bezi insanlar deyirlerki ednandan sonra Peygemberin nesli budperest ve gunah ehli olub bu duzdu? xaiw edirem etrafli izah ederdiz kitablarla.
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sübhani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir. 

Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!

Ədnana qədər Peyğəmbərin (s) nəslini saymaqda ərəblər arasında ixtilaf olmayıb amma Peyğəmbər (s) buyurub: Ərəblər arasında Ədnandan sonra Hz. İsmailə qədər məşhur olan və saydıqları doğru deyil bunun üçün mənim nəslimi Ədnana qədər sayın.

Allah sizə yar olsun.

Go to TOP