Sual (61) : assalamu aleykum! hedisi qudsde bele bir hedis var; seytanin 3 en guclu silahi var; 1. qadinlar.2. serab.3. et. 1-ci ve 2-ci aydindir. xahis edirem 3-cu barede aciqlama veresiniz. bu ner demekdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mümkündür donuz əti kimi haram ətlər olsun, hər halda biz ət qeyd olunan hədislə qarşılaşmamışıq, əgər hədisi oxuduğunuz mənbəyi dəqiq qeyd etsəz açıqlama vermək olar.

Allah sizə yar olsun.

Sual (62) : Sual: salam aleykum. sualim budurki duzdurmu insan ölerken Cunub olur? xamnei aganin defterxanasindan mene imam sadiq agadan hedis geldi ki insan olerken cunub olur ve meni insanin agiz ve ya burnunda xaric olur bu ne derecede dogrudu? men aga xamneinin defterxanasina yazanda mene bu hedis gelmisdi bu ne derecede dogrudu
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bir şəxs İmam Cavaddan (ə) soruşur: Niyə meyyitə qüsul verilir və niyə qüsul verən məssi meyyit qüsulu verir? İmam cavabında buyurur: Meyyit cünubdur və mələklərlə görüşəcəyi üçün gərək pak olsun. Qüsul verən isə möminlərlə görüşməyinə görə məssi meyyit qüsulu verir.
Hədislərdə deyilən səbəblər tam illət deyil bəlkə hikmətdir yəni bəzi məsləhətlərdir, hökmlərin tam illət və fəlsəfəsin yalnız Allah-təala və məsumlar bilirlər.
Əvvəldə qeyd etdiyimiz kimi, bəzi dini hökmlərin fəlsəfəsi bizə aydın deyil. Amma insan düşüncəsi və elm inkişaf etdikcə bir çox məsələlər aydınlaşa bilər.
Verilmiş suala cavab olaraq deyə bilərik ki, bütün dünya xalqları canlı insanın hörmətini saxladığı kimi, ölüyə də ehtiramla yanaşırlar. İslam dini bir çox xürafi adət-ənənələri inkar etsə də, qüsl, kəfən, dəfn kimi işləri ölüyə ehtiram göstərilməsini lazım bilir.
İslam insana o qədər yüksək qiymət verir ki, hətta ölünün də təhqirini qadağan edir. Ölüyə, onun qəbrinə qarşı hörmətsizlik İslamda haram sayılır. Qüsl, kəfən və dəfn də insanın məqamına hörmət xarakteri daşıyır.
Bundan əlavə, ölüm insan üçün son deyil. Bu dünyaya gözünü qapayan insan başqa bir həyata qədəm qoyur. Ona görə də ölüləri pak vəziyyətdə, sadə libasla torpağa tapşırmaq göstərişi verilmişdir. Meyyit qüslünün fəlsəfəsini də əbədi və həqiqi həyata inam təşkil edir.
Bəs ölüyə toxunan şəxs nə üçün qüsl verməlidir? Bu suala cavab vermək üçün bəzi nöqtələri aydınlaşdırmaq lazım gəlir:
1. Dünyasını dəyişmiş şəxsin yaxınları öz əzizlərini əldən verdikləri üçün hiss və həyəcan onları dərhal tərk etmir. Onlar hətta ruhu canından çıxmış əzizlərini öpmək, qucaqlamaq istəyirlər.
2. Aydın bir məsələdir ki, ruhu canından çıxmış orqanizm öz müdafiə qabiliyyətini itirir və müxtəlif mikroblara asanlıqla yoluxur. Ölüyə toxunmaq gigiyenik baxımdan təhlükəlidir.
3. İslam insanın təbii hisslərinə qarşı zor göstərmir, onları nəzərə alır və doğru yola yönəldir.
Yuxarıda deyilənləri nəzərə alaraq belə bir nəticə çıxara bilərik ki, İslam, dünyasını dəyişmiş şəxsin yaxınlarını müxtəlif xəstəliklərdən və mikroblara yoluxmaqdan qorumaq istəyir. İnsanların təbii hisslərinə hörmət göstərilərək, onlara ölü ilə təmas qadağan edilmir, sadəcə bu təmasdan yarana biləcək fəsadların qarşısını almaq üçün meyit qüslü vermək əmr olunur. Bəli, meyitə toxunan hər bir şəxs büsbütün bədənini yumalı, qüsl verməlidir. Şübhəsiz ki, belə bir göstəriş insanların ölü ilə təmasını məhdudlaşdırır. Yəni həm insanların hissləri nəzərə alınır, həm də onlar təhlükədən hifz edilir. Belə bir dini göstərişi insanların meyitlə təmasının qarşısını almasa da, onları mikroba yoluxmadan qoruyur.
Sual oluna bilər ki, əgər meyitə toxunma qüslü mikrobdan qorunmaq üçündürsə, nə üçün meyitə qüsl verildikdən sonra ona toxunan şəxsə növbəti dəfə qüsl vacib olmur? Nəzərə almalıyıq ki, meyitə sidr və kamfora (kafur) qatılmış su ilə qüsl verildikdə mikroba yoluxmanın qarşısı bir müddət alınır. Təbii ki, sidr və kamfora qatqılı su ilə qüsl verilmiş meyit qısa bir müddətdə torpağa tapşırılır.
Uyğun iki qüsl haqqında deyilənlər onların fəlsəfəsinin bir hissəsi idi. Şübhəsiz ki, uyğun hökmlərin daha geniş və dərin fəlsəfəsi mövcuddur.

Allah sizə yar olsun.

Sual (63) : Salam.Bismillah.bezi revayetlerde varki ESABI KEF yasiyirlar imam MEHDI es ile geler dogrudurmu.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əshabi-kəhf 300 il mağarada yuxuda olublar, 300 ildən sonra ayılıblar. Amma yenidən mağaraya qayıdıblar bu dəfə isə Allah-təala canlarını alıb, artıq onlar sağ ya yuxuda deyillər. İmam Zaman (ə) zühur etdikdən sonra isə Allahın izni ilə dirilib rəcət edəcəklər və İmamın (ə) yaxın sirdaşlarında olacaqlar.

Allah sizə yar olsun.

Sual (64) : Salam / Belə bir hədis varsa, xahiş edirik ki, bizə tam şəkildə göndərəsiz: Allah dünyanı yaratmazdan qabaq yeddi xüsusiyyəti bir yerə cəm etdi conra yaranışı yaratdı. O yeddi xüsusiyyət hansılardır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etdiyiniz hədisə rast gəlmədik, amma belə rəvayət var:

"Göylərdə və Yerdə bu yeddi xasiyyətdən kənar heç bir varlıq yoxdur: qəza, qədər, iradə, məşiyyət, kitab, əcəl, izn. Hər kəs bunlardan kənar bir varlığın olduğunu düşünsə, o ya Allaha yalan qoşmuş, ya da əziz və calal sahibi olan bir Allahı inkar etmiş olar"

Başqa rəvayətdə deyilir:
"Göylərdə və Yerdə elə bir varlıq yoxdur ki, onun yeddi xüsusiyyəti olmasın: məşiyyət (əzəli ilahi iradə), iradə, qədər (təqdir), qəza, izn, kitab və əcəl".

Allah sizə yar olsun.

Sual (65) : Salam.Allah sizləri qorusun çox köməyiniz dəyib,sizlərə bu günahkar çox əziyyət verib.Sualım bu barədədir ki,Ömərin Müvaiyəyə yazdığı məktubda Xanım Zəhra(s.ə)-ya olunan zülmü öz dili ilə bildirib.Bu məktubun sənədi səhihdirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu məktub Əllamə Məclisinin Biharul-Ənvar kitabından başqa mötəbər tarix və hədis mənbələrində gəlməyib. Əllamə Məclisi həmən kitabda yazır: mən bu məktubu başqa mənbələrdə görməmişəm və təkcə sənədi budur ki, ilk dəfə Məkkədə fəzilətli bir şəxsdən eşitmişəm. Əllamə o şəxsin adınıda qeyd etmir və sonra yazır bundan əlavə məktubun mətnində ziddiyyət var. Nəticədə bu mətubun həm sənədi və həmdə dəlaləti zəifdir.
Allah sizə yar olsun.
Sual (66) : salam aleykum."Allaha and olsun hec bir nemet insandan sebebsiz yere alinmir yalniz gunah sebebile alinir"-hz eli(e). "size yetisen musibetler ozunuzun qazandiginiz gunahlara goredir ve O (hele) onlarin coxundan kecir" şura suresi 30 aye. sualim budur ki, imtahan , sinaqda insandan nemet alinmirmi,eger imtahanda nemet alinirsa neye gore hedisde "yalniz" kelmesi islenib?
Əleykumus-salam.

İmtahan və sınaq müstəsna haldır. Belə ifadələr adətən el arasında da işlənir yəni müstəsna hallar nəzərdə tutulmur.

Allah sizə yar olsun.

Sual (67) : Salam. Bu dogrudurmu? “Ölülər üçün ağı demək və üzərindəki paltarı yırtmaq haramdır.” (“Kafi” 3/255; Kəşani “əl Vəfi” 13/88; Hurr Amili “Vəsailuş şia” 3/914; “Cami əhadis əş şia” 3/483)

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, doğrudur. Hətta İmam Hüseyn (ə) bacı Zeynəbə (s) tapşırır ki, bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən, olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan, və ya mənim şəhadətimdə ucadan nalə və fəğan edəsən.
Allah sizə yar olsun.
Sual (68) : Salam aleykum.Hədis var,ki xanımın məsləhətini diqqətlə dinlə,amma əksini et.Bu hədisin izahı nədir?istisnası varmi?yəni xanım heç vaxt düz məsləhət verə bilməzmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə və rəvayətlərə əsasən, məsləhətləşmək İslamda təkid olunmuş məsələlərdəndir. Qadınlarla məsləhətləşməmək barədə olan rəvayət xüsusi məqamlara aiddir, amma ailə idarəçiliyində və övlad tərbiyəsində və bir sıra yerlərdə qadınla məsləhətləşmək qadağan edilmir. Belə ki, Peyğəmbər (s) və Əhli-Beytin (ə) həyatına da nəzər saldıqda bu böyük şəxsiyyətlərin belə bəzi məqamlarda xanımlarla məsləhətləşdiyini müşahidə edirik.  Bildiyiniz kimi Peyğəmbərimizdən (s) sonra həyat yoldaşı Aişənin başçılığı ilə islamda çoxlu fitnələr baş verdi və qanlar töküldü, adətən belə hədislərdə bu zamana işarədir. Məsləhətləşmədə ən mühüm hədəf ən yaxşını seçməkdir. Bu səbəbdən hər şəxslə məsləhətləşməkdə olmaz.
Allah rəsulu (s) imam Əliyə (ə) buyurur: “Ey Əli! Qorxaq, xayın, həris şəxslə məsləhətləşmə. Çünki qorxaq şəxs yolu sənin üzünə bağlayar, xayın şəxs sənin nəticə əldə etmək yolunda olan əzmini, iradəni azaldar. Həris şəxs isə var-dövlət toplamağı sənin gözündə uca göstərər. Ey Əli! Bil ki, qorxaq, xayın və həris şəxslər eyni təbiətə malikdirlər ki, Allaha qarşı bədgümanlıq onlardan qaynaqlanır.”

Allah sizə yar olsun.

Sual (69) : Bismihi-Taala. Salam əziz qardaş! Tələbənin bu suallarını cavablandırmağınızı xahiş edirik 1. Kürr suyunun 3 qarış yarım olması ilə əlaqədar bir hədis var, bu hədisin tərcüməsində bir qədər çətinlik çəkdik. Yardımçı olmağınızı xahiş edirik.Hədis belədir: ذرعان عمقه في ذراع وشبر سعته Hədislə əlaqədar bi link tapdıq, lakin yenə də tərcüməni tuta bilmədik. Zəhmət olmazsa hədisi bizə dəqiq tərcümə edin. Vaxtınız olsa Ayətullah Məzahirinin bu haqdakı tərcümə və şərhini də yazasınız. http://www.eshia.ir/feqh/archive/text/mazaheri/feqh/87/870924/ 2. Fiqhdə "vicdani" deyildikdə nə nəzərdə tutulur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

اسماعیل بن جابر قال: «قلت لابی عبدالله(ع) الماء الذی لاینجسه شئ؟ قال: ذراعان عمقه فی ذراع وشبر وسعة (سعته)»

İsmail ibni Cabir deyir: İmam Sadiqdən (ə) soruşdum: nəcis olmayan su hansıdır? Buyurdu: o sudur ki, iki qol ölçüsündə (dirsəkdən barmaqlara qədər) dərinliyi, bir qol və bir qarışda genişliyi (eni və uzunu) olsun.

Vicdan fiqhdə əqli dəlil hesab olur.

Allah sizə yar olsun.

Sual (70) : Salam. Vəhdət barəsində mənbəsi ilə birlikdə bir necə hədis deyə bilərsiz?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

قال رسول الله (ص): المسلمون اخوَه ، لا فضلَ لاحدٍ علي احدٍ اِلا بالتقوي
1. Peyğəmbər (s):  Müsəlmanlar biri-biri ilə qardaşdırlar. İnsanların biri-birindən üstünlüyü yalnız təqva ilədir.
Kənzül-ümmal c. 1 səh 149.
Nəhcul-fəsahə hədis 3112.
2. Peyğəmbər (s): Camaatla olmaq (vəhdət) rəhmətə, təfriqə və ixtilaf əzaba səbəb olar.
Nəhcul-fəsahə hədis 1323.
3. İmam Əli (ə):«Cəmiyyətin əksəriyyəti ilə birgə olun. Çünki Allahın əli camaatladır. Bir-birinizdən ayrılmayın ki, sürüdən ayrı düşən qoyun canavara yem olduğu kimi insanlardan ayrı düşən  də şeytana yem olar.»
Mizanul-hikmə hədis 1899.
4. İmam Əli (ə):«Allaha and olsun, zənnimcə, bu camaat tezliklə sizə qalib gələcək. Çünki onlar öz batil əqidələrində həmrəy və  bir-biri ilə müttəfiqdir. Sizsə, öz haqq əqidənizdə təfriqəyə və parçalanmaya düçar olmusunuz.»
Mizanul-hikmə hədis 1900.
5. İmam Əli (ə):«Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar olmazdı.»
Mizanul-hikmə hədis 1905.

Allah sizə yar olsun.

Go to TOP