Sual (51) : Sual: selamün aleyküm Aban bin Tağlib İmam Sadık’a (a.s) şöyle soruyor: “Kocasının olup olmadığı belli olmayan geçici evliliğe razı olan güzel bir kadın görüldüğünde ne yapılması gerekir? İmam şöyle cevap verdi: Onun kocam yoktur demesi senin için yeterlidir, artık senin araştırmana gerek yok. (Muta kitabı, şeyh Müfid, hadis 37)hadis doğrumudur Nur Mədəniyyət Mərkəz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, bu hədisin problemi yoxdur və alimlər bunun əsasında hökm veriblər. Amma bəzi qəlbi xəstələr bu hədisi başqa cür yözurlar və bununla sübut etmək istəyirlər ki, şiə məzhəbində ərli qadınla evlənmək olar, lakin bu sözün batil olmağı tam aşkardır və hədisdən də belə bir şey başa düşülmür.

Allah sizə yar olsun.

Sual (52) : Salam aleykum Xahiş edirəm bu hədisin səhih olma dərəcəsini araşdırın. Və əgər səhihdirsə, onda Seyyid Sistani və Vəliyyi Əsr vəl muslimin İmam Xameneinin bu hədisə olan təvsir, hökm və fətvalarını yazın. Yəni hədisin mənası və hökmünü. hədis budur: İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha və silehi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.” (Mən la yəhzuruhul-fəqih 3/ 385) Bu hədisdə nə buyurulur, yəni yaxın qohumla, yoxsa qohumla, yoxsa, uzq qohumla evlənmək müstəhəbbidir???

Əleykumus-salam.

Mən la yəhzuruhul-fəqih kitabının müəllifi Şeyx Səduqdur. Mərhum şeyx Səduq öz kitablarında uzun və yorucu olmamağı üçün hədisin sənədini qeyd etmir, bunun üçün hədisin səhih olub olmamasını araşdırmaq mümkün deyil. Amma alimlər şeyx Səduqun nəql etdiyi hədisləri qəbul edirlər. Çünki hədislərin tək-tək sənədini qeyd etməsədə kitabın əvvəlində hədisləri nəql etdiyi ravilərin siyahısını çəkir.
Hədisdə qohumun yaxın uzaq olması qeyd olunmur. Əlbətdə bu hədisin müqabilində bəzi hədislər sağlamlığa görə qohumla evlənməyi məsləhət görmürlər. Amma həmişə belə deyil ki, qohumla evlənmək nöqsanlıqla nəticələnsin, hətta bəzən yadlada evlənəndə sağlamlıq baxımından problemlər ortaya çıxır. Məsumların arasındada yaxın qohumla evlənənlər olub, misal üçün Hz. Əli (ə) ilə Hz. Zəhra (s) ya İmam Səccad (ə) öz əmisi qızı İmam Həsənin (ə) qızı Fatimə ilə.
Müctəhidlər adətən fiqhi məsələlərdə nəzər bildirirlər.

Allah sizə yar olsun.

Sual (53) : Sual: Salamu-aleykum. Aga, sienin nezeri bu hedise necedir: ''ansari sevmek imandan, ona nifret etmek imansizliqdandir''(metn deqiq deyil)? Bu hedisin sehih olmamasinin subutu nelerdi? Allah razi olsun. Sizin cavab "Şiə mənbəyində bu hədislə qarşılaşmadıq, lakin şiədə bu məzmunda hədis İmam Əli (ə) barəsindədir ki, Peyğəmbər buyurur: Əlini (ə) sevmək imanını, düşmən bilmək isə münafiqliyin naşanəsidir və bu məzmunda çoxlu hədislər Hz. Əli (ə) barəsində nəql olunub"- verilen sualin cavabi deyil. Bele hedis Resulullaha(s) nisbet verile bilermi? Axi hedislerin sehihliyinin yoxlanma qaydasi var. Qurana zidd olmamali ve s. Siz namazin ilk vaxti haqqinda suala da vecsiz cavab yazmisdiniz. ========================================

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədislərin yoxlanması iki qisimdir, birdəfə hədisin sənədini araşdırılır ki, səhih ya zəif olma cəhətdən, başqa bir tərəfdən hədisin dəlalətini araşdırırlar. Hədisin şiə mənbəyində olmaması onun səhih olmadığını göstərir, artıq bu hədisi araşdırmırlar ki, kimlər nəql edib. Amma hədisin dəlalətinin yalan olub olmaması Quranla, səhih hədislərlə və ağlın hökmü ilə ölçülür, əgər müxalif və paradoks olsa hədis kənara qoyulur. Əlbətdə bu mərhələ hədisin sənədinin səhih olub olmamasından sonra ölçülür. Qeyd olunan hədis əhli-sünnə mənbələrində mötəbər hesab olunur. Çünki Müslim öz səhih kitabında bu hədisi gətirib. Əlbətdə ənsar həm Quranda və həmdə şiə mənbəyində təriflənir və adətən ənsar tarix böyu Əhli-beyti və xüsusi ilə Hz. Əlini (ə) himayə edib. Amma hədisdə bir məqam var ki, əgər onu nəzərə alaraq məna etsək hədisin dəlalət doğru olur, lakin ümumi surətdə isə hədisin dəlalətini təsdiqləmək müşküldür. Oda bundan ibarətdir ki, əgər hər kəs ənsara (ənsar- kömək edənlər mənasındadır) Peyğəmbərə (s) və dinin dirçəlişinə kömək etdikləri üçün nifrət etsə münafiqdir və hər kəs ənsara məhəbbət etsə Peyğəmbərə (s) və mühacirlərə kömək etdikləri üçün bu imanın əlamətidir. Bu anlamda hədisi məna etsək dəlaləti şübhəsiz doğrudur. Bu mənada hətta Peyğəmbərin (s) canını xilas edən hörümçək torunada şamil olur. Amma ümumi mənada götürsək ki, hər kəs hər səbəbə görə ənsarı sevməsə münafiqdir, bunu təsdiqləmək çətindir. Amma Hz Əli (ə) barəsində şiə hədislərində deyilənlər qeydsiz-şərtsiz və ümumi şəkildədir, yəni hər çəhətə və səbəbə görə Əlini (ə) sevməyən münafiqdir.
Namazın ilk vaxtı ilə bağlı suala saytın fiqhi bölməsindən cavab verilib, lütfən etirazınızı fiqhi bölməyə bildirin.

Allah sizə yar olsun.

Sual (54) : Salamu-aleykum. Aga, sienin nezeri bu hedise necedir: ''ansari sevmek imandan, ona nifret etmek imansizliqdandir''(metn deqiq deyil)? Bu hedisin sehih olmamasinin subutu nelerdi? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə mənbəyində bu hədislə qarşılaşmadıq, lakin şiədə bu məzmunda hədis İmam Əli (ə) barəsindədir ki, Peyğəmbər buyurur: Əlini (ə) sevmək imanını, düşmən bilmək isə münafiqliyin naşanəsidir və bu məzmunda çoxlu hədislər Hz. Əli (ə) barəsində nəql olunub.

Allah sizə yar olsun.

Sual (55) : salam aleykum sualim Serab haqqinda olan 2 hedisin senedleri ve sehih olub olmamasi ile baglidi. 1-- Rəsulallah (s.a.a.) buyurub: Hər kəs içki içənə salam vərsə, yaxud onunla görüşüb-öpüşsə və ya onunla qol-boyun olsa, Allah təala onun 40 illik əməlini aradan aparar. Biharul-ənvar, cild 79, səh.151 2-- Peygember (s) buyurdu: Serab icene qiz vermeyin ve eger serab icen vefat ederse defninde istirak etmeyin.. bu hedisler sehihmidir?

Əleykumus-salam.

Bu hədislərdən məqsəd şərabı halal bilərək içən insandır. Ümumiyyətlə Allahın haramını halal hesab edən insan istər şərab olsun istər başqa haramlar eyni hökmdədir. Belə insan həqiqətdə Quranı inkar etmiş olur. Bu fərq edir bir şəxslə ki, şərabın Allah tərəfindən haram olmasını qəbul edir amma ona mürtəkib olur.

Allah sizə yar olsun.

Sual (56) : Salam aleykum...sehv elemiremse Imamdan bele hedis varki Ehlibeytden olmayan batidi... indi vehdetul-vucud, irfan, tesevvuf, felsefe bular ehlibeytden qalib bize? xahis edirem etrafli cavab veresiz. allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, İmam Sadiq (ə) buyurur: Şərqə və qərbə gedəsiz, həqiqi elm tapa bilməzsiniz, yalnız biz Əhli-beytdən sadir olandan başqa.
«شرقا غربا، لن تجدا علماً صحيحاً إلاّ شيئاً يخرج من عندنا أهل البيت»
 Əlbətdə İmam başqa elmləri batil hesab etmir, çünki başqa tərəfdən bizə sifariş olunub ki, elm Çindədə olmuş olsa ələ gətirin. Bu hədəisi İmamların vəzifəsinə uyğun məna etməliyik. İmamların vəzifəsi Quranı və şəriəti məna etmək və insanları hidayət etməkdir, imamın vəzifəsi insanlara fizika, kimya, riyaziyyat öyrətmək deyil və bunu öyrənməyin qarşısınıda almırlar, əksinə sifariş edirlər. Bəs, hədisdə nəzərdə tutulan elmdən məqsəd, Quranı və şəriəti insanlara başa salan və hidayət edici olan elmdir.
Başqa bir tərəfdən irfan, fəlsəfə, təsəvvüf və s.. bu elmlərin məsələləri yəqinlik həddində deyil, çünki bir alim doğru hesab edir, digəri rədd edir və batil bilir ya başqa məna edir. Hətta tam doğru olsada insanın hidayətində rolu yoxdur.

Allah sizə yar olsun.

Sual (57) : Salam aleykum....”Təhzib” kitabı (muəllifi Tusi, 2-ci cild, 186-cı səhifə), ”İstibzar” (yenə Tusinin, 3/142 ), ”Vəsail əş-Şiə” (14/441)-da sigenin haram olmasi haqqinda hedis var? Varsa sehih deyil? Allah sizden razi olsun
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədisin sənədi zəifdir və müctəhidlərdə bu hədisin əksinə hökm veriblər yəni müvəqqəti nikah halaldır, çünki onlarla hədis bunun əksinədir. Hədisi nəql olunduğu kitabın müəllifi Şeyx Tusi hədisi zəif və təqiyyə üzündən nəql olunduğunu vurğulayır.

Allah sizə yar olsun.

Sual (58) : Salam aleykum....”Təhzib” kitabı (muəllifi Tusi, 2-ci cild, 186-cı səhifə), ”İstibzar” (yenə Tusinin, 3/142 ), ”Vəsail əş-Şiə” (14/441)-da sigenin haram olmasi haqqinda hedis var? Varsa sehih deyil? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hədisin sənədi zəifdir və müctəhidlərdə bu hədisin əksinə hökm veriblər yəni müvəqqəti nikah halaldır, çünki onlarla hədis bunun əksinədir. Hədisi nəql olunduğu kitabın müəllifi Şeyx Tusi hədisi zəif və təqiyyə üzündən nəql olunduğunu vurğulayır.

Allah sizə yar olsun.

Sual (59) : salamaleykum,Allahdan basqasindan komek istemek barede Shie hedislerinden bir necesini gostere bilersinizmi zehmet olmasa?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Hz. Əli (ə) Maidə surəsi ayə 35 in təfsirində buyurub: Allaha yaxınlaşmaq üçün vəsilə mənəm. Əl Burhan fi təfsiril Quran cild-2 səh-292. 

  قال أمير المؤمنين (عليه السلام) في قوله تعالى: وَ ابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ: «أنا وسيلته‏

Hz. Əli (ə) buyurur: Agah olun ki, Məhəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan və biri batdıqda digəri çıxan ulduzlar kimidir. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. Və yer üzü heç vaxt onların vücudundan uzaq olmaz.) Bununla da Allah-təalanın sizə olan nemətləri bütövlənəcək və arzu etdiyiniz sizə veriləcək (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız).Nəhcül-Bəlağə 99 cı xütbə.
Həmçinin Təvəssül dusı və Səhifeyi-Səccadiyyənin 49-cu duası təvəssül barədədir.

Allah sizə yar olsun.

Sual (60) : assalamu aleykum! peyqemberden bele bir hedis oxudum; heqiqeten fitne oradadir, seytanin buynuzu oradan cixacaq! hedisde orani necd adlandirir. bu hedis barade ve necd adlandirilan yer barede aciqlama vererdiz. umumiyyetle necd seherdimi, eger seherdise harada yerlesir ve indi nece adlanir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Buxari “Əl-fitnə” kitabında Abdullah ibn Ömərdən nəql edir: “Peyğəmbər(s) iki dəfə buyurdu: İlahi, bizə Yəməndə bərəkət ver, İlahi, bizə Şamda bərəkət ver. Əshab dedi: Buyurun, Nəcddə də bizə bərəkət ver. Peyğəmbər buyurdu: Nəcd, zəlzələlər və fitnələr yeridir, Şeytanın buynuzu oradan çıxacaq! Buxari həmin kitabda yazır: “Salim atasından belə nəql edir: Bir gün Peyğəmbər(s) minbərin yanında dayanıb buyurdu: Fitnə-fəsad oradan çıxar. Şeytanın buynuzu  çıxan yerdən!”. Elə həmin kitabda Buxari Nafedən nəql edir: “Abdullah ibn Ömər deyir: “Peyğəmbər(s) üzünü Şərqə tutub buyurdu: Agah olun! Fitnə-fəsad oradadır. Şeytanın buynuzu oradan çıxar”.

Nəcd Səudi Ərəbistanın şəhərlərindəndir. Bəli, hazırda da elə nəcd adlanır. Vəhhabiyyətin banisi Muhəmməd ibni Əbdul-Vəhab bu şəhərdən çıxıb.

Allah sizə yar olsun.

Go to TOP