Sual (41) :
Salam aleykum. Bu hedis sehihdirmiki Hz Fatime mescidde hicabin acmaq istedi elin hicabina aparanda mescidin sutunlarida yerinden qalxirdi ve. s. Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət Zəhranın (s.ə) hicabını açmaq istəməyinə hədisdə qarşılaşmamışıq. Hədisdə Peyğəmbərin (s) köynəyini götürüb məscidə gəlməyi var. Bu hədisi alimlər öz kitablarında gətiriblər.Allah sizə yar olsun.
Sual (42) :
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Sualım dovşan ətinin haram və ya halal olması barədədir. " Vəsailuş-Şiə " və " Əl-Kafi "- də hədislərdə dovşan ətinin haram olmasının səbəbi pəncəsinin olmağı və sığal çəkilən heyvanlardan olması göstərilir. Bu hədislərin səhih olub-olmamasını bilmək istəyirdim. Bilmək istəyirdim ki, o heyvanlar insan cildindən heyvan cildinə düşdüklərinə görəmi haramdır ya başqa səbəbi vardır?
İmam Cəfəri Sadiq (ə.s):
" Allah və Elçisi sığal olmuş bütün heyvanları haram etmişdir ".
( əl-Kafi, c. 6, s. 247)
İmam Riza (ə.s): "Dovşanın haram qılınış səbəbi budur ki onlar da pişiklər kimidir. Eyni pişiklər kimi və vəhşi heyvanlar kimi pəncələri vardır. Buna görə onlar kimi sayılmışdır. Ayrıca olaraq özü də murdardır. Çünki qadınlar kimi aybaşı olmaqdadır. Çünki o sığal olanlardandır."
(Vəsail-üş Şiə, c. 16, s. 316)
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərdən şəri hökümləri ələ gətirməkdə təkcə hədisin səhih olması kifayət etmir. Bundan əlavə hədisin dəlalətində problem olmamalıdır və digər səhih hədislərlə zidiyyəti olmamalıdır. Əgər zidiyyət olarsa necə həll edilməlidir. Buda yalnız fiqh və üsul elmində mütəxəssis olan müctəhidlərin işidir. Amma o ki, hədisin sənədinə, Üsuli Kafidə nəql olan hədisin sənədi səhihdir, Vəsailuş-şiədə nəql olan hədisi yazılan adresdə tapmadıq.Allah sizə yar olsun.
Sual (43) :
Salam aleykum. Bu hedis sehihdir? Imam Huseyn anadan olanda Allah Cebraili min melekle gonderdi Peygemberi tebrik elesin. Cebrail gelende ada bir melek gordu qanadi sinmis. O cebrailden sorusdu hara getdiklerin Cebrailde dedi. Hemin melek Cebraile dediki peygembere deyersiz menimde bagislanmagimi istesin. Cebrailde peygembereonun isteyin catdirdi. Peygemberde hemin meleye qanadlarini Huseynin besiyine surtmeyi dedi sonra onun qanadlari yerine geldi
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu hədis barədə müxtəlif fikirlər var. Baxmayaraq ki, hədis mötəbər kitablarda gəlib, amma hədisin məzmununa bəzi alimlər irad ediblər. Çünki, mələklər məsumdur, onlardan günah və üsyan baş verməz. Ayətullah Cavadi amili hədisin həm sənədini və həm də dəlalətini qəbul etmir. Bəzi alimlər isə hədisin dəlalətini belə yozurlar ki, mələklər hamısı eyni dərəcədə deyil. Necəki peyğəmbərlər məsum olmağına baxmayaraq onlardan tərki-övla (yaxşını tərk etmək) baş verib mələklərdə belədir. Şəhid Mütəhhəri isə bu hədisi bir rəmz olduğunu və İmam Hüseynin (ə) bərəkətinə işarə olmağını yazır.Allah sizə yar olsun.
Sual (44) :
Salam aleykum. "Peygember buyurb: dunya ucun ele caliski sanki olmuyeceksen, axiret ucun ele caliski sanki sabah oleceksen" bu hedis sehihdir? Sehihdirse dunya ucun ele caliski sanki olmuyeceksen dunyaya bagliliq deyil? Xahis edirik izah edesiz. Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Alimlər bu hədisə istinad ediblər. Hədisdə məqsəd işə səhlənkar və laqeyd yanaşmamaq və insan öz işini möhkəm və düzgün yerinə yetirmək nəzərdə tutulur. Peyğəmbərin (s) səhabələrindən biri dünyasını dəyişmişdi. Peyğəmbər (s) onun qəbrini dolduranda bir miqdar böş yer qaldı, buyurdu ki, bir daş parçası gətirin buranı tutum. Səhəbələr dedilər ki, ya Rəsuləllah bir miqdar boş qalmaqla bir şey olmaz. Bu zaman Peyğəmbər (s) bu hədisi buyurdu. Misal üçün, insan ev tikəndə elə etməlidir ki, sabah zəlzələ baş verəndə üstünə uçmasın.Allah sizə yar olsun.
Sual (45) :
Allah kainati Peygembere xatir yaratdi yoxsa Zehraya xatir? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Diqqət etmək lazımdır ki, "Lövlak ləma xələqtul əflak rəvayəti, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm)! Əgər sən olmasaydın aləmi yaratmazdım" bir çox mənbələrdə gəlib və məşhurdur. Məqsəd budur ki, əgər Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm), din və onun ilahi şəriəti olmasaydı bəşər kamalı və xilqəti boş və mənasız olardı. Amma onun ardı (əgər Əli olmasaydı səni yaratmazdım və əgər Fatimə (s) olmasaydı heç birinizi yaratmazdım) mötəbər mənbələrdə gəlməmişdir.Allah sizə yar olsun.
Sual (46) :
selamünaleyküm Hz. Ali'den (a.s) şöyle nakledilmiştir: "Resulullah'tan (s.a.a) meshedilmişlerin ne olduğunu sorduğumda, şöyle buyurdu: "Bunların sayısı on üçtür ve şunlardan ibarettir: Fil, ayı, domuz, maymun, yılan balığı, kertenkele, yarasa, lavra, akrep, örümcek ve tavşan…" (Vesail-üş Şia, c.16, s.317
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu hədisə alimlər öz kitablarında istinad ediblər. Amma bu o demək deyil ki, bu heyvanlar məsx olmuş insanların nəslindədir. Çünki bu heyvanlar öncədən olub və məsx olmuş insan 3 gündən artıq yaşamayıb və sadəcə bu heyvanların qiyafəsinə düşüblər.Allah sizə yar olsun.
Sual (47) :
Hz. Ali (radıyallahu anh) şöyle dedi:
"Beni Ebu Bekir ve Ömer'den daha üstün
sayan kişisel bana getirseler, iftira
eden veya kişiye verilen cezayı ona vereceğim"
İbn Əsəkir (36103) açıklarmısınız
Bismillahir-rəhmanir-rəhim.
Şiə mənbəyində belə hədislə qarşılaşmamışıq. İbni Əsakir əhli-sünnət alimidir və yazdığı məşhur kitab Tarixe dəməşq" tarix kitabıdır ki, zəif və uydurma hədis onda çoxdur. Bizim əqidəmizə görə bu hədisdə uydurma və cəli hədislərdəndir.Allah sizə yar olsun.
Sual (48) :
Salam aleykum. 124 min peygemberin gonderilmesi haqda hedislerin menbelerin deyerdiz zehmet deyilse. Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbərlərin sayının 124 min olması barədə Peyğəmbərdən (s) hədis nəql olunub.Biharul-ənvar cild 11, səh 32, cild 16 səh 352 və cild 74 səh 71.
Şeyx Səduq, Xisal, cild-2 səh 524.
Məanil-əxbar səh333.
Allah sizə yar olsun.
Sual (49) :
imamı bakır:peygamber miraca çıktığında cebrail yanına gldi'' ya muhammed allah senin ümmetinden muta yapan kadınların günahlarını bağışladı'' dedi.bu hadismidir ;hadisse kaynağı nedir
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, hədisdir.قَالَ وَ قَالَ أَبُو جَعْفَرٍ ع إِنَّ النَّبِيَّ ص لَمَّا أُسْرِيَ بِهِ إِلَى السَّمَاءِ قَالَ لَحِقَنِي جَبْرَئِيلُ ع- فَقَالَ يَا مُحَمَّدُ ص إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى يَقُولُ إِنِّي قَدْ غَفَرْتُ لِلْمُتَمَتِّعِينَ مِنْ أُمَّتِكَ مِنَ النِّسَاء
Mənbə: 1) Vəsailuş-şiə cild 21, səh 13, hədis 26391.
2) Mən la yəhzuruhu əl- fəqih, cild 3, səh 463, hədis 4601.
3) Hədisi qudsi, səh 291.
Allah sizə yar olsun.
Sual (50) :
Salam aleykum. Ehli sunne kitablarinda varki guya Hz Eli ebu cehlin qizini almaq isteyirdi Fatime qoymadi. Bu dogrudur? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əhli-sünnə kitablarında o cümlədən Səhih-buxarıda bu hədis var, amma hədis həm sənəd baxımından və həmdə tarixi baxımdan yalan və qondarma hədisdir. Hz. Əli (ə) Mədinədə yaşayırdı, amma Əbu Cəhlin qızı Məkkədə, hədisi nəql edən Məsur ibni Muxrəmənin 6 yaşı olub bu hədis deyiləndə və bu şəxs Müaviyənin tərəfdarlarından və Əhli-beytə düşmən olub. Bu hədis, İmam Əli (ə) və digər imamlar tərəfindən təkzib olunub.Allah sizə yar olsun.