Sual (31) : Salam aleykum. Bele hedis var? "dovrunuze uygun yasayin"? Varsa sehihdir? Ve menasi nedir? Bezileri bu hedisi gunah isler gorerken deyirler. Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Əlidən (ə) bu məzmunda hədis nəql olunub ki, övladlarınızı öz ədəb və adət-ənənələrinizə məcbur etməyin, çünki onlar sizin zamanınızdan başqa zamanda dünyaya gəliblər. Hədisin mənası budur ki, övladlarınızı zamanəyə uyğun tərbiyət edin. Zəmanəyə uyğun övladlarınıza elm və hünər öyrədin. Misal üçün keçmişdə at minməyi ox atmağı öyrədiblərsə, bu gün kompüter, maşın sürmək və zəmanəyə uyğun texnologiyanı öyrətmək lazımdır. Eləcədə başqa sahələrdə də zaman keçdikcə sənət və ictimai adət-ənənələr dəyişilir. Təəssüf  ki, bəzilər bunu belə yozurlar ki, yəni “Palaza bürün ellə sürün!”. Amma bilmək lazımdır ki, dini dəyərlər, halal və haramlar zaman keçsədə dəyişilmir. Hədisdə deyilir ki, Peyğəmbərin (s) halal etdiyi qiyamətə kimi halal və haram etdiyi qiyamətə kimi haramdır.

Allah sizə yar olsun.

Sual (32) : Salam aleykum. Imam Sadiq- Imam Mehdi novruz bayrami gunu zuhur edecek. Bele bir hedis varmi varsa sehihdirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, Biharul-ənvar kitabının 56-cı cildi səhfə 92 də belə hədis var. Amma hədis istər səhih olsun və istərsə də səhih olmasın, İmam Zamanın (ə.c) zühuru yeni gündür və baharın gəlişi kimi aləmə təravət bəxş edəcək. Novruz sözü fars dilində yeni gün deməkdir.

Allah sizə yar olsun.

Sual (33) : Salam aleykum. Qedir xumda 100-120 min sehabe var idi ve olar Peygember olenden sonra ehde vefa elemediler. Olar dinnen cixmis sayilir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi hədislərdə gəlib ki, Peyğəmbərin vəfatından sonra üç ya dörd nəfər istisna olmaqla səhabələrin hamısı mürtəd oldular”

Birincisi, bu məzmunda nəql olunan hədislər zəifdir.

Ikincisi, hədisdə qeyd olan mürtəd terminoloji mənada ( yəni əsli dindən dönmək ) deyil, bəlkə lüğəvi ( hansısa bir əhd və peymandan ya s. dönmək ) mənasaındadır. Quranda da bu mənada gəlib. Peyğəmbərdən (s) sonra səhabələrin çoxu Qədir xumda olan beyətlərinə sadiq qalmadılar və Peyğəmbərin (s) həzrət Əlinin (ə) vilayəti barədə onlarla bağladığı əhd-peymanı unutdular. Həzrət Əli (ə) səhabələrə buyurdu: Hərkəs öz əhdinə sadiqdirsə və haqqımı almağa mənə kömək etmək istəyirsə sabah səhər saçını qirxsın mənim yanıma gəlsin, amma səhəri gün təkcə bu üç nəfər saçları qırxılmış vəziyətdə Həztət Əlinin yanına gəlirlər. Əmmar isə gəlir amma saçını qırxmayır. Həzrət Əli (ə) buyurur: Siz saçınızı qırxmaqda mənə itaət etmirsiniz dəmirdən olan dağların müqabilində necə dayanacaqsınız. Hədisdə bu məsələyə işarə olunur.
Allah sizə yar olsun.

Sual (34) : Salam. Bezi kitablarda Resuli Ekremin s.e.s 120 defe meracda oldugu yazilir. Bu ne derecede duzdu? Bildiyime gore merac bir defe olub. Twk.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi alimlər meraci iki dəstəyə bölüblər: Biri ümumi mənada merac və ya ruhani merac, digəri isə  xüsusi mənada merac və ya cismani merac. Səhih hədisə əsasən Peyğəmbər (s) cismani meraca yalnız bir dəfə gedib. Amma ruahni merac ki, bəzən hədislərdə belə ifadələr də var ki, namaz möminin meracıdır, bu mənada təbii ki, Peyğəmbər (ə) dəfələrlə bu məqama yüksəlib. Bəs, cismani merac bir dəfə baş verib, amma hədisdə qeyd olunan 120 dəfə meracdan məqsəd, mənəvi və ruhani meracdır.

Allah sizə yar olsun.

Sual (35) : Salam aleykum. Bu hedis sehihdir? Peygember buyub: menim ummetim 73 firqeye bolunecek onlarin biri cennete qalanlari cehenneme gedecek
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüflə deməliyik ki, İlahi Peyğəmbərlərin hər biri dünyadan gedəndən sonra, onların ardıcıllarının çoxu, Peyğəmbərləri tərəfdən təyin olunmuş əsas yoldan azdılar. Peyğəmbər (s) Peyğəmbərlik elmi ilə öz ümmətinin gələcəyini açıqca görürdü. Müxtəlif rəvayətlərdə (ümmətin parçalanması hədisləri) bu məsələdən xəbər veribdir. "Ümmətin parçalanması" hədislərini şiə və sünni hədis alimləri müxtəlif sənədlərlə nəql edibdir. [1] Bu hədis şiə mənbələrində o cümlədən şeyx Səduqun xisali, təfsiri- əyyaşi və Təbərisinin ehticacında gəlibdir. [2] Qeyd edək ki, hədis mənəvi cəhətdən mütəvatirdir, yəni mətndəki kəlmələr cəhətdən bir- birindən fərqlənsələr də, amma onların hamısının mənası eynidir.
Bu rəvayətlərə əsasən, Peyğəmbər (s) ümmətinin ondan sonra yetmiş üç firqəyə parçalanacağını qabaqcadan söyləmişdir.
Ümmətin parçalanması hədisinin sənədlərinin ən doğrusu Kuleyninin Kafi kitabında imam Məhəmməd Baqir (ə) dan nəql etdiyi bir hədisdir. Bu hədisin sənəd və mətnini nümunə olaraq araşdırırıq.
Hədisin sənədi:
Məhəmməd ibn Yəhya ən Əhməd bir Məhəmməd bin İsa ən ibn Məhbub ən Cəmil bin Saleh ən Əbi Xalid əl- Kabuli ən Əbi Cəfər (ə).
« مُحَمَّدُ بْنُ یَحْیَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِیسَى عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ جَمِیلِ بْنِ صَالِحٍ عَنْ أَبِی خَالِدٍ الْکَابُلِیِّ عَنْ أَبِی جَعْفَرٍ(ع) »
Hədislərin sənəd cəhətdən müxtəlif qisimləri var. hədisin ravilərinin hamısı şiə və siqə- (inanılmış sonlar)- lərdən olsalar, hədis hədisşunaslıq termini nəzərindən "səsis"dir. [3] Əgər sənəddə olan şəxslərin hamısı öz dövrünün böyük şəxslərindən olsalar, belə olduqda hədisə inam daha çoxalır. İmam Baqir (ə)- ın hədisi də belə hədislərdəndir, çünki sənəddə olan şəxslərin hamısı böyük şəxslərdəndirlər. Məhəmməd bin Yəhya böyük insanlardandır ki, Nəccaşi onun barəsində deyir: "O öz zamanında bizim səhabələrimizin böyükü idi ki, çox inanılmış bir şəxsdir". [4] Əhməd bin Məhəmməd bin İsa da deyir: "Əbucəfər Qumluların şeyxi və onların fəqihidir." [5] Həsən bin Məhbub bizim rical mənbələrdə siqə və əshabi icmadandır. [6] Cəmil bin Saleh və Əbu Xalid Kabuli də böyük şəxslərdən sayılıblar. [7]
Buna əsasən, hədis sənəd cəhətdən səhih və müttəsildir.
Hədisin mətni:
Bu hədis Zümər surəsinin 29- cu ayəsinin təfsirində gəlibdir ki, İmam (ə) onda buyurur: "Yəhudilər Musadan sonra yetmiş bir firqəyə bölündülər ki, yalnız o firqələrin biri behiştdə, qalanları isə cəhənnəmdədirlər. Məsihilər də İsa (ə)- dan sonra yetmiş iki firqəyə döndülər ki, bir firqə behiştdə, digər firqələr isə cəhənnəmdədirlər. Amma bu ümmət İslam Peyğəmbəri (s)- dən sonra yetmiş üç firqəyə bölündülər ki, onların yetmiş iki firqəsi cəhənnəmdə yalnız bir firqə behiştdədir. Bu yetmiş üç firqənin on üç firqəsi biz Əhli- beytə məhəbbət və vilayəti qəbul edirlər [8] , amma onlardan yalnız bir dəstəsi behiştə gedəcək və digər on üç firqə cəhənnəmdədirlər. Buna əsasən, bu on iki firqə və altmış firqə cəhənnəmdədirlər." [9]
Nəticə budur ki, bu hədisin sənəd və mətni doğrudur və bu barədə olan digər hədislərlə təqsirlənir.
Diqqət etmək lazımdır ki, bu barədə qeyd olunan çoxlu rəvayətlərdə, nicat tapan dəstəni İmam Əli (ə)- ın şiələri bildirirlər. [10]

 Allah sizə yar olsun.
-----------------------------------------------------------

[1]   - Təba təbayi, Məhəmməd Hüseyn, Əl- mizan, tərcümə Musəvi Həmədani cild 3, səh 588, Qum, İslami nəşrlər dəftəri, 1374, Cəfəri, Yəqub, Təfsiri- kovsər, cild 3,səh 443, Bica, Bita.
[2]   - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 28, səh 4, Əlvəfa müəssisəsi, Beyrut. 1404.
[3]   - Dirayətun- nur diskindən istifadə etməklə, Hədis terminləri.
[4]   - Nəccaşi, Ricali- nəccaşi, səh 353, İslami nəşrlər dəftəri, Qum, 1407.
[5]   - Həmin, səh 83.
[6]   - Baxın: Ricali Kəşi, səh 556.
[7]   - Baxın: Ricali Nəccaşi, səh 127 və Ricali Kəşi, səh 10, Məşhəd universitetinin nəşriyyatı, 1348.
[8]   - Bəlkə şiənin on iki imamçı olmayan firqələrinə işarə edir.
[9] - Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, cild 8, səh 224, Darul- kutubul- islamiyyə, Tehran, 1368.
[10]   - Biharul- ınvar, cild 28, səh 2, babu iftiraqil- umməti bədən- nəbi.
Sual (36) : salam aleykum bele bir hedis var deyirlerki imam eli (a) ayaqna ox batir eli (a) deyirki menim ayaqimdaki oxu namaza baslayanda cixardarsiz bes onda ayaqindan cixan qan necis deyildimi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmamların şəri hökmlərə əməl etməkdə vəzifələri başqa insanlarla fərqlənmir. Amma hər halda namazda yaranın qanı bağışlanır və namaz batil olmur, başqa bir tərəfdən namazdan sonra həzrət Əli (ə) bunu bilir. Bundan əlavə, bu hadisənin təfərrüatı hədisdə açıqlanmır.
Allah sizə yar olsun.
Sual (37) : Salam. Xahiş edirik bu hədisi açıqlayın: Xoşbəxt olan uşaq elə ana bətnində xoşbəxt, bədbəxt olan uşaq elə ana bətnində bədbəxtdir... Bu məcburiyyət deyilmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İslam Peyğəmbəri (s) buyurur:
اَلشَّقِيُّ شَقِيٌّ فِي بَطْنِ اُمِّهِ، وَالسَّعِيدُ سَعِيدٌ فِي بَطْنِ اُمِّهِ
«Bədbəxt insan öz anasının bətnində bədbəxtdir. Xoşbəxt insan isə öz anasının bətnində xoşbəxtdir». 
Bu hədisin mənası odur ki, ata-anadakı mənfi və ya müsbət keyfiyyətlər övlada irsən keçərək onların gələcəkdəki bədbəxtlik və ya xoşbəxtliyinə zəmin yaradır. (Yəni ata-ananın bədbəxt və ya xoşbəxt olması onların övladlarına da müəyyən dərəcədə təsir edir.) Əlbətdə bu insanda məcburiyyət yaratmır. 
Allah sizə yar olsun.


Sual (38) : selamümaleyküm:lanet olsun ebubekre , omere. osmana, muaviyyeye, hinde, ummul hakeme, aiseye ve hefzeye(hz ali ra);böyle bir hadis varmı ?.alllah razı olsun sizden

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kafi kitabında yazılan hədisdə ravi nəql edir ki, İmam Sadiqdən (ə) eşitdim ki, vacib namazdan sonra dörd kişiyə və dörd qadına lənət edirdi. Ravi kişilərdən yalnız Müaviyyənin adını çəkir və digər üç kişini flan və flan yazır, qadınlardan isə Müaviyənin anası Hind və bacısı Ümmul-həkəmi qeyd edir, digər iki qadının adını gətirmir və yerinə flanə və filanə deyir.  Əl-Kafi cild 3 səh 341.

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ عَنْ مُحَمَّدِ بْنِ إِسْمَاعِيلَ بْنِ بَزِيعٍ عَنِ الْخَيْبَرِيِّ عَنِ الْحُسَيْنِ بْنِ ثُوَيْرٍ وَ أَبِي سَلَمَةَ السَّرَّاجِ قَالا سَمِعْنَا أَبَا عَبْدِ اللَّهِ ع وَ هُوَ يَلْعَنُ فِي دُبُرِ كُلِّ مَكْتُوبَةٍ أَرْبَعَةً مِنَ الرِّجَالِ وَ أَرْبَعاً مِنَ النِّسَاءِ فُلَانٌ وَ فُلَانٌ وَ فُلَانٌ وَ مُعَاوِيَةُ وَ يُسَمِّيهِمْ وَ فُلَانَةُ وَ فُلَانَةُ وَ هِنْدٌ وَ أُمُّ الْحَكَمِ أُخْتُ مُعَاوِيَةَ.

Allah sizə yar olsun.

Sual (39) : Salam Bu Hədis Düzdürki, "HZ.Əli iki şeyx – Əbu Bəkr və Ömər haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (sallallahu aleyhi və səlləm) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (Yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın" »(Meysəm. «Şərh Nəhcu-l- Bəlağə», 1/31, Tehran çapı.)

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədis kökü yalnız bir kitaba qayıdır və digər kitablar ondan nəql edir. Bu hədis ilk dəfə Nəsr ibni Müzahimin (vəfatı 212) Vəqətus-siffeyn  kitabında həzrət Əlinin (ə) Müaviyəyə cavab olaraq yazdığı məktub kimi gəlib. Başqa heç bir qədim hədis kitablarında nəql olmayıb. Amma diqqət etmək lazımdır ki, Vəqətus-siffeyn kitabı onu təhqiq edən Misirli alim yazır: Bu kitaba bəzi şeylər sonradan əlavə olunub və bəzi mətləblər ondan pozulub və təhrif olunub. Bunu nəzərə alanda bu hədisin doğru olmağına şəkk və şübhə yaranır. Başqa bir tərəfdən həzrət Əli (ə) Nəhcül-bəlağədə aşkar şəkildə o iki nəfəri tənqid edir. Bu iki məsələ ziddiyyətlidir. İslamda baş verən müsibətlərin hamısının kökünü o iki nəfər qoyub və haqqın yolunu əyiblər.

Allah sizə yar olsun.

Sual (40) : Salam aleykum ve rehmetullah. Bezi hedislerde varki melekler yere ener ve insanlara deyerler meselen filan isi edin filan emeli edin. Biz onsuz melekleri ne gormuruk nede esitmirik onlarin bize xitab etmesinin ne ehemiyyeti ne menasi var? Allah sizi Hz Huseynle mehsur elesin bizlere hedden artiq komek olursuz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Məqsəd budur ki, Allah və mələklər insanları yaxşı işlər görməyə dəvət edirlər. Necə ki, şeytanlar insanları günah işlər görməyə və çirkinliyə dəvət edirlər.

Allah sizə yar olsun.

Go to TOP