Sual (21) : Salam alaykume .bir sual verim .islam dininde aile qurmaq cox beyenilmiw bir emeldi .hz peygemberden coxlu hedisler var ki aile qurdunuz insana cox diqet edin gorun nece insandl .hz peygemberden bir dene de hedis ewitmiwiy .hezret buyurur bir insan aile qurmaq isdese men peygember hz cebrayll pikayil dua etsey ki illahi o insana flLan insanl nesib ele Allah bizim duamlzl qebul elemiyecey .Allah bilir kimle qarwlawdlrsln .biz bunu nece bawa duwey .xayiw edirem etrafll melumat veresiz.Allah razl olsun .

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədisə əsasən gözəl ailə qurmaq barədə duanın təsiri yoxdur və evlənmək məsələsi ilahi qismətdir. Bir halda ki, belə dualara məsumlar tərəfindən sifariş olunub. Dua etməyə sifariş olunması göstərir ki, belə dualar təsirsiz deyil, əks halda bu sifarişlər mənasız olardı. Hətta hədislərə əsasən dua, qəza və qədərin də dəyişməsində təsirlidir.

Birincisi, hədisin sənədi zəifdir və eləcə də, hədis əhli-sünnət qaynaqlarından götürülüb.

İkincisi, ola bilər ki, bu istisna hal və şəxsi məsələ olsun. Sual edən şəxsin pis günahına xatir və ya imtahan olaraq xüsusi həyat yoldaşı və nasaleh yazılmış olsun.

Hədis belə başlayır: Ənsardan olan bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Bir qadınla evlənmək istəyirəm mənə dua edin.....

Allah sizə yar olsun.

Sual (22) : Salam.Bu duzdur ki,axirezzamanda Kerbelanin qapilari zevvarlarin uzune baglanacag?bele hedis var? cox sag olun

Əleykumus-salam.

Belə bir hədislə qarşılaşmamışıq. Amma diqqət etmək lazımdır ki, hədislərdə axiruz-zaman geniş bir mənanı ifadə edir və Peyğəmbərdən (s) sonra Qiyamətə qədər olan zamana şamil olur. Başqa bir tərəfdən tarixdə dəfələrlə Kərbəlanın qapıları zalım hakimlər tərəfindən zəvvarların üzünə bağlanıb.

Allah sizə yar olsun.

Sual (23) : Asura ziyaretnamesin oxumaq ne ucun boyuk savaba malikdir? Halbuki orda esasen Hz Huseynin qatillerine lenet oxunur. Yeni Hz Huseynin qatillerine lenet oxumaq bu qeder savabdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Sadiq (ə) buyurur:

Bir gün Peyğəmbər (s) səhabələrə müraciət edərək onlardan soruşdu:

İmanın ən başlıca şərti nədən ibarətdir?

Onlar dedilər: «Allah və Onun Peyğəmbəri hər şeyi daha yaxşı bilir. Sonra onlardan bəziləri namazın, bəziləri də zəkat, oruc, həcc, ümrə və ya cihad olmasını dedilər.

Peyğəmbər (s) onları dinlədikdən sonra buyurdu: Dediklərinizin hər birinin ayrı-ayrılıqda savab və fəziləti vardır. Lakin onlardan heç biri imanın ən başlıca şərti deyildir. İmanın ən başlıca şərti Allaha xatir sevmək və Ona xatir düşmənçilik etməkdir. Həmçinin Allahın dostları ilə dostluq, düşmənləri ilə də düşmənçilik etməkdir.
Göründüyü kimi aşura ziyarətnaməsi əvvəldən sona qədər Allaha xatir düşmənçilik və dostluğa iqrar və əhdü-peymandan ibarətdir.
Başqa bir tərəfdən Peyğəmbər (s) buyurub: Bir qövm və tayfanın əməlini bəyənən şəxs onların əməlinin savabında şərikdir. Bəzi ziyarətnamələrdə belə bir ibarə var ki, sizi dili, əli və qəlbi ilə öldürənlərə Allah lənət etsin. Qəlbi və dili ilə imamı öldürən bu cinayətə razı olanlardır. Aşura ziyarətnaməsini oxuyan şəxsən İmam Hüseynin (ə) tutduğu yolla razılaşır və düşmənlərinin əməlinə qarşı öz nifrətini göstərir. Peyğəmbərin (s) hədisinə əsasən belə bir şəxs Aşura günü İmam Hüseynin (ə) qoşununda iştirak etmiş kimidir. Diqqət etmək lazımdır ki, deyilən savablar bu ziyarətnaməni dilində oxuyub əməlində təsdiqləyənlər və İmam Hüseynin (ə) tutduğu yolu gedənlər üçündür.

Allah sizə yar olsun.
Sual (24) : Salam aleykum. Qardaslar bu hedisin esili necedir? Imam Seccad Ebu Henefiyyeni devet etdi getsinler kebe hansi imamdisa ona sehadet versin yoxsa eksine Ebu Henefiyye Imam Secadi cagirdi? Umumiyyetle Ebu Henefiyye ve Zeyd imamliq iddiasinda olublar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Muhəmməd Hənəfiyyə İmam Səccada (ə) deyir ki, qardaşım Hüseyn (ə) şəhid oldu və öz yerinə canişin müəyyən etmədi, bəs mən imamət məqamına layiqəm. İmam Səccad (ə) buyurur: Ey əmi bu iddiadan çəkin və haqqın olmayan şeyi istəmə, atam şəhadətindən öncə mənə vəsiyyət etdi və Rəsuləllahın (s) silahını mənə verdi. Sonra İmam Səccad (ə) əmisini qane etmək üçün dəvət edir ki, bu məsələyə Həcərul-əsvəd şəhadət versin. İmam əmisi Muhəmməd Hənəfiyyəyə deyir ki, əvvəl sən Allaha dua elə istə ki, Həcərul-əsvəd dilə gəlsin və səninlə danışsın.Muhəmməd Hənəfiyyə dua edir, amma Həcərul-əsvəddən səs gəlmir. Sonra isə İmam Səccad (ə) dua edir və Allahdan istəyir ki, Həcərul-əsvəd dilə gəlsin. Daşdan Allahın izni ilə fəsih ərəb dilində belə səs gəlir ki, imamət və vəsiyyət Hüseyndən (ə) sonra oğlu Əli ibni Hüseynə çatır. Bundan sonra Muhəmməd Hənəfiyyə öz sözündən dönür və İmam Səccada (ə) tabe olur. Əlbətdə Əllamə məclisi bu hədisin şərhində yazır ki, Muhəmməd Hənəfiyyənin əqidə bu deyildi, bu məsələni zahirdə ortaya gətirdi ki, başqalarına məsələni anlatsın və tainki, belə təsəvvür etməsinlər ki, imamət Muhəmməd Hənəfiyyəyə çatmalıdır.
Zeyd ibni Əli İmamət iddiasında olmayıb. İmam Kazim (ə) buyurub: Allah əmim Zeydə rəhmət etsin, əgər o, zəfər çalsaydı, (əhdinə) vəfa edəcəkdi və imaməti öz sahiblərinə verəcəkdi.

Allah sizə yar olsun.

Sual (25) : Salam aleykum. Defelerle mesumalrin qebrleri dagidilib. Olub ki mezar acilsin? Ve mesumlarin mubarek bedenin goren olub? Umumiyyetle mesumlarin bedenleri indi qebrleindedir? Bele bir hedis oxumusdumku 3 gunden artiq qalmir mesumlarin bedeni qebrde. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzi məsumların qəbirləri dağıdılsa da, məzarlarının açılmasına rast gəlməmişik. Əlbətdə bəzi peyğəmbərlərin qəbri açılıb və qəbirdə cənazələri sağ-salamat olduğu müşahidə olunub. Mühəqiq Əliəkbər Məhdipur Əcsadi cavidan kitabında İranda dəfn olunmuş Danyal və Həyquq peyğəmbərlərin qəbirlərinin açılmasını nəql edir. Şeyx Mufid qeyd etdiyiniz hədisiə əsasən nəzər verir. Amma diqqət etmək lazımdır ki, məsumların cismi cənnətdə qərar tapsada qəbirləri ilə əlaqələri kəsilmir. Çünki bərzəx aləmində bəzi məhdudiyyətlər götürülür və xüsusi məsumların vücudu genişlənir və inkişaf edir.

Allah sizə yar olsun.

Sual (26) : Salam aleykum. Hz mehdiden basqa 12 Mehdi hedisi sehihdir? Birde xahis edirik bu linke baxardiz. Burdaki hedisler nece? https:// ahmedalhasan313.wordpress.com/ hakkinda/yamani-kimdir/. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Biharul-ənvar kitabında yalnız 1 hədis var bu məzmunda ki, 12 İmamdan sonra 12 məhdi gələcək. Birincisi hədis zəifdir, ikincisi hətta hədis zəif olmasa belə hədisdən məqsəd nə olduğunu Əllamə Məclisi bəyan edir. Hədis imamların rəcət məsələsinə işarədir. Amma o ki, qaldı Əhməd Əl-həsən və tərəfdarlarının fikirinə, tam yalnışdır. Əhməd Əl-həsəni şiə alimləri yolunu azmış və yalançı hesab edirlər. Əhməd Əlhəsən Səddamın Bəsi tərafdarlarından olub və sonradan Səddamın göstərişi ilə şiələrin arasında təfriqə salmaq məqsədi ilə Nəcəf hövzəsinə nufuz edib və bir neçə il dərs oxuduqdan sonra məhdəviyyət və yəmani iddiası etməyə başlayıb.

Allah sizə yar olsun.

Sual (27) : Salam aleykum. Bezileri bele bir hedis deyirler. Mezmunu beledir " Bir gun Musa ile firoun mocuze gostermek qerarina gelirler Hz Musa arxayin halda getib yatir firoun ise seher kimi aglayib Allaha dua edir. Seheri gun gelirler cay dayan ve yaxud eks terefe ax deyirler ve firoun qalib gelir" bu hediside demekde meqsedleri guya Allahin rehmetine naumud olmamaqdi. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd etdiyiniz hədisilə mötəbər mənbələrdə qarşılaşmamışıq. Lütfən hədisi tapmaq üçün qaynağını qeyd edin. Hər halda Quranda bu məsələnin əksini görürük, Musa möcüzə ilə Fironu Allaha dəvət edir, o isə özünü uca allah bilir.

Allah sizə yar olsun.

Sual (28) : Salam aleykum. Bu hedis sehihdir "namaz qilmayanin emeli qebul olunmaz"? Sehihdirse bu demekdi namaz qilmayanlar hamisi cehenlemlikdir? Xahis edirik izah edesiz. Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu məzmunda hədislər çoxdur və alimlər bu hədislərə istinad edirlər. Amma hədisin məfhumu bu deyil ki, namaz qəbul olmasa başqa əməllərin heç bir faydası yoxdur və mənasızdır. Çünki Allah-taala Quranda bir neçə yerdə buyurur: Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz.Tövbə\120.
Hədisin əvvəlində deyilir: Qiyamətdə ilk sual namazdandır... Yəni bu suala cavab verilməmiş digər əməllərə növbə çatmır. Qiyamətdə 50 dayanacaq var ki, hər birində insan dayanıb bir suala cavab verməli olacaq və ya orda cəzalandırılıb paklandıqdan sonra digər dayancağa keçəcək. Hədislərdə deyilir ki, insan tərk etdiyi namazlara görə Qiyamətin dayanacaqlarında illərlə qiyam, rüku və səcdə halında qalacaq və günahı paklandıqdan sonra Cənnətə gedəcək. Heç bir əməl nə dünyada və nə də axirətdə namazı evəz etmir. Yol polisi bir maşını saxladığı vaxt əvvəlcə ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə pasport, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul olmayana qədər, heç bir əmələ növbə çatmır.

Allah sizə yar olsun.

Sual (29) : ZIKIRLARIN XATMI KITABINDA,IMAM SADIG ALAYHISSALAMDAN HADIS VAR,BUYURUR,SALAVAT CAKMAY AMIRDIR?BU HAGIGATAN BELADIR?
Ad: RASIM, Ölkə: KRASNOYARSK, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Allah-taala Əhzab surəsi 56-cı ayədə buyururI Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.
Bu ayədə salavat göndərmək əmr formasında tövsiyə olunub. Hər halda Peyğəmbərə (s) salavat göndərmək islamda çox sifariş olunub, lakin bu fiqhi baxımdan vacib olmağı anlamına gəlmir.
Allah sizə yar olsun.
Sual (30) : Salam aleykum.. Mem bir seyi basa dusmurem. Xetib xutbede deyirki. Salman bilen hikmeti bize deseler donub kafir olariq ve salman Farsinin bildiklerini Ebuzer bilseydi Salmani oldurene rehmet oxuyardi, bu nece bir hikmetdi ki muselmani kafir eder. Biraz qaranliq qaldi mene.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Mərhum Əllamə Məclisi bu hədisi belə açıqlayır: Salmanın qəlbindəkindən məqsəd Allah və Peyğəmbərə (s) olan mərifətin dərəcəs, qəza və qədərin dərinliyi və buna bənzər məsələlər idi ki, Əbuzərə desəydi Əbuzər ona yalan və mürtədlik nisbəti verərdi və ölümə məhkum bilərdi və ya o məsələləri başqalarının yanında açıqlayardı və onlar Salmanı öldürərdi. Necə ki, Salman özü belə deyir ki: Mənə çoxlu elmlər verilib, əgər onların hamısını sizə desəm, bir qrup deyər Salman dəli olub və başqa qrup deyər ilahi Salmanı öldürəni bağışla. Hədisin mənasında başqa ehtimallarda verilib. Əlbətdə aydındır ki, insanların düşüncə qabiliyyətləri fərqlidir və imanın dərəcəsi yuxarı qalxdıqca idrak qüvvəsidə genişlənir. Mümkündür Salman və Əhli-beyt (ə) arasında da bu müqayisə doğru olsun. Buna bənzər məsələləri biz fəlsəfə və irfan alimlərinə nisbətdə də görürük. Bir zamanlar bəzi alimlər Molla Sədra və İmam Xomeyni kimi filosofları kafir biliblər. Çünki onların Allah barədə dediklərini qavraya bilməyiblər. Bu məsələnin bənzərini Quranda həzrət Musa və Xızır peyğəmbərin arasında baş verən hadisədə də müşahidə edirik. Xızırın rəftarını Musa peyğəmbər qəbul etməyib onu məhkum edir.

Allah sizə yar olsun.

Go to TOP