Sual (11) : Salam aleykum. Ilk 3 xelifin yaxsiligi haqda sielerin qebul edib-etmedikleri hedislerden misal getire bilerdiniz? Yeni hedis var, ancaq hansininsa senediyle razilasiriq, hansini ise qebul etmek hedis elminin teleblerine gore mumkun deyil. Umumiyyetle, sunni qardaslar bu uc xelife hansi hedislere gore vurgundular? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə əqidəsinə əsasən Əhli-beyt imamlarından başqa bütün xəlifələr qəsbkar hesab olunur. Onların haqqında müsbət mənada nəql olunan hədislər ya zəifdir və ya təqiyyə şəraitində deyildiyi söylənilir. Xəlifələrin arasında şiəliyə çox xidməti dəyən Ömər bin Əbduləziz olub. O İmam Əliyə (ə) qarşı nifrini aradan qaldırıb, Fədəki Əhli-beytə (ə) qaytarıb və s..  Lakin bunula belə İmam Baqir (ə) buyurur: Ömər bin Əbduləziz öləndə insaf və ədalətinə görə yerdə insanlar ona ağlayır, amma göydə mələklər ona lənət və nifrin edirdilər. Çünki o xilafəti qəsb etmişdi və haqqı olmayan məqamda əyləşmişdi. Hədislərə əsasən zalımın hətta yaxşı əməlindən insanın razı olması və ona qarşı az da olsa məhəbbəti insanın imanınna xələl yetirir.
Amma xəlifələri mədh edən hədislər barədə, bir hədisə işarə edirik. Biharul-Ənvarda İmam Sadiqə (ə) nisbət verilib ki: Əbubəkir məni iki dəfə dünyaya gətirib (yəni nəsəbinin iki tərəfdən Əbubəkirə çatmağına işarədir) Bu hədisin sənədi mürsəl və zəifdir. İkincisi bu hədisi Əllamə Məclisi Kəşful-ğümmə kitabından nəql edir ki, o kitabın sahibi əvvəl sünnü məzhəbində olub və hədisin sənədini də qeyd etməyib.

Allah sizə yar olsun.

Sual (12) : Salamu-aleykum. Bu hedis hansi menbedendir ve kim neql edir: "Fədəkin Həzrət Fatiməyə (s) qaytarılması barədə Əbubəkirin yazdığı qəbaləni Ömər küçədə alıb cırdı." ? Allah razi olsun/

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədisi əhli-sünnə mənbəyində Hələbi "Əssirətul-hələbiyyə" kitabının 3-cü cildi səh 488-də İbni Cuzidən nəql edir. Şiə qaynağında isə bir çox kitablarda gəlmib, o cümlədən Seyid Mürtəzanın "Əşşafi fil-imamə" kitabında cild 4 səh 97 də gəlmişdir.

Allahsizə yarolsun.

Sual (13) : Salam. 1. Sizin sayt kimi daha hansi saytlar var sual-cavab ucun? 2. Peygemberin s bu kelamini nece basa dusek: ailenin azligi servetdir? Sag olun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1- Sual-cavab saytları arasında bizim tanıdığımız mötəbər sayt aşağıda adresini yazdıqlarımızdır, lakin cavabı bir miqdar gec göndərirlər:
http://www.makarem.ir
http://www.islamquest.net/az
2- Qeyd etdiyiniz hədis bir neçə məsumdan o cümlədən İmam Əlidən (ə) Nəhcül-Bəlağənin qısa kəlamlarında nəql olunub:
141 və ya 135 قِلَّةُ الْعِيَالِ أَحَدُ الْيَسَارَيْن‏
İmam Əli əleyhis-salam (rahat və dinc olmaq barəsində) buyurmuşdur:
Külfətin azlığı iki əlin biridir (əlin digəri isə mal əldə etməkdir).
Bəziləri isə belə tərcümə ediblər: Ailənin azlığı sərvət deməkdir.
Hər halda “yəsar” sözü rahatlıq və asanlıq məna edilsə və belə tərcümə olsa daha məqsədə uyğun olar: Külfətin azlığı iki rahatlıqdan biridir (digəri isə mal əldə etməkdir). Quranda İnşirah surəsi 5-ci ayədə də bu söz keçir (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var). Hədisdə gələn “iyal” (əhli-əyal) kəlməsi arvad-uşaqdan əlavə qula, kənizə hətta bəzi qonağa da şamil olur. Bəs, mal-dövləti az olub külfəti çox olanın çətinliyi də çox olar. Külfəti çox olan rahatlıq istəsə mal-dövləti də çox olmalıdır. Əlbəttə, bu hədisdə uşağın azlığına təşviq edilmir, əksinə reallıqdan xəbər verilir və yol göstərilir. Bəzi hədislərdə bu ibarələrdən öncə bu cümlə var: Yoxsulluq böyük ölümdür.
Allah sizə yar olsun.
Sual (14) : Salam.Əbu Bəkr Peyğəmbərə hiylə qurub onu qətlə yetirmək istəyən şəxslər kimler idi ve bu hadise nece,ne meqsedle bash verib? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təbuk döyüşündən qayıdanda 12 nəfərdən ibarət bir dəstə Peyğəmbərə (s) sui-qəsd etmək istəyirlər, lakin müvəffəq olmurlar. Peyğəmbər (s) o sui-qəsdçilərin adını Hüzeyfəyə bildirir, amma, açıqlamamasını da ona tapşırır. Bəzi kitablarda bu 12 nəfərin adı açıqlanır. Əbubəkr, Ömər, Osman, Müaviyə, Təlhə, Səd ibni Əbi Vəqqas və s.. bu 12 nəfərəin arasında olub. Ömər həmişə Hüzeyfə ilə ehtiyatla rəftar edərdi və ona hörmətlə yanaşardı. Bu hədisi əhli-sünnənin böyük alimi İbni Cəzm Əndəlusi Əlmühəlla kitabı 11-ci cild səh 224 də gətirir:

أَنَّ أَبَا بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ وَطَلْحَةَ وَسَعْدَ بن أبي وَقَّاصٍ رضي الله عنهم أَرَادُوا قَتْلَ النبي صلى الله عليه وسلم وَإِلْقَاءَهُ من الْعَقَبَةِ في تَبُوكَ.

Əlbəttə İbni Cəzm bu hədisi nəql etdikdən sonra irad tutur hədisə və zəif hesab edir. Səbəbi isə Vəlid bin Əbdullahın hədisin sənədində olmağıdır. Lakin əhli-sünnənin bir çox rical alimləri Vəlid ibin Əbdullahı siqə hesab edirlər.

Allah sizə yar olsun.

Sual (15) : salam.Kuleynu "Usuli-Kafi"də uzunqulaqdan hədis söyləyib və hətta hədisi səhih sayıbmi? chox sag olun

Əleykumus-salam.

Hədisi və ya adresini yazın araşdıraq.
Əlbəttə Kafi kitabında ulağın Peyğəmbərlə (s) danışması və o həzrətdən sonra özünü quyuya atması barədə hədis var. Əgər nəzərinizdə bu hədisdirsə, diqqət etmək lazımdır ki, hədisin sənədi zəifdir və bundan əlavə bu hədisin bəzi qismətləri əhli-sünnət qaynaqlarında da gəlmişdir. Əlbəttə heyvanın Peyğəmbərlə (s) danışması qeyri-mümkün deyil, necə ki, Quranda Hudhudun Süleyman peyğəmbərlə danışmasına işarə olunur.

Allahsizə yarolsun.

Sual (16) : salam aleykum. it olan eve melekler girmez bu haqda olan hedis sehihdir? bu heyetde saxlanilan evede aiddir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəzi itlərin evi, bağı, heyvanı qorumaq kimi faydaları vardır ki, şəriətdə belə itləri saxlamaq qadağan olmayıb. Həmçinin ov itləri barədə şəriətdə hökmlər vardır. Allah-taala Quranda Əshabi-kəhfin itindən qeyd edir. Lakin bəziləri iti faydasına görə yox, oyuncaq və əyləncə məqsədi ilə saxlayırlar ki, hədislərdə bu qadağan olub. Əlbəttə mələkdən məqsəd rəhmət mələkləridir. İnsanı qoruyan və əməllərini yazan mələklər həmişə onunladır.

Allah sizə yar olsun.

Sual (17) : salam aleykum. cehennem dilinin turk ve fars dili olmasini bildiren hedisler sehihdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Cəhənnəm dilinin fars və ya türk dili olması barədə hədisə rast gəlmədik. Quran məntiqinə əsasən Cənnət və Cəhənnəm əhlinin dili eyni olacaq.

Allah sizə yar olsun.

Sual (18) : Salam.Peyğəmbər (s) buyurur: “Bəni-İsrail qövmünün başına gələnlər, mənim də ümmətimin başına gələcəkdir.” Xahis edirem bunu izah edesiniz
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. "Bəni-İsrailin başına gəldiyi kimi mənim də ümmətimin başına gələcəkdir. Belə ki, Bəni-İsrail yetmiş iki  firqəyə bölündü. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir". Daha başqa bir sənədə görə isə Bəni-İsrail yetmiş bir firqəyə bölünmüşdür. Lakin bəzi alimlər bu hədisləri bir yerə cəm edib Bəni-İsrailin həm yəhudi, həm də xaçpərəstlərə şamil olduğunu və bu baxımdan yəhudilərin yetmiş bir, xaçpərəstlərin isə yetmiş iki firqəyə bölünməsini bu şəkildə izah edirlər.
Əlbəttə hədisin mənasını geniş də götürmək olar, yəni tarix təkrar olsun və hər zamanda Fironlar və Qarunlar olsun. Başqa bir tərəfdən Bəni-İsrailin arasında neçə illər ilahi höccət gizli qaldı və bu İmam Zamanın (ə) qeybə çəkilməsinə də işarə ola bilər.
Allah sizə yar olsun.
Sual (19) : Salam aleykum."Həzrət Əlinin (ə) tə’birincə, dolu qarınla ibadətə dayanan insan xalqı aldatmağa çalışan məst insana bənzəyir." Bu hedisin ijzahin xahish edirem

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Mötəbər hədis qaynaqlarında bu hədisi tapa bilmədik. Hər halda sözün ərəbi mətni belədir:
صلاة الشّبعان كتملّق السّكران‏ və ya عباده الشبعان کتملق السکران . Qarnı dolu insanın ibadəti məst və sərxoş insanın yaltaqlığı kimidir. Məst insanın ağlı və şüuru düzgün işləmədiyi üçün onun yaltaqlığı dəyərsiz və etibarsız olar. Təməlluq, yaltaqlıq etmək mənasındadır.

Allah sizə yar olsun.

Sual (20) : Salam aleykum. Bu hedis sehidir? Peygember buyurum menin neslimden olanlara pisde olsalar mene gore hormet edin?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu hədisi alimlər öz kitablarında gətiriblər və istinad ediblər. Əlbəttə bu o demək deyil ki, seyid günahkar olsada cənnət əhli olsun və odda yanmasın. Əksinə seyid Peyğəmbərə (ə) mənsub olduğu üçün günahıda sabvabıda iki bərabərdir və Allah yanında yalnız təqvalılar hörmətlidir. Nəzərə alaq ki, insanlar arasında da belə adət var ki, oşağa atasına və ya qardaşına görə güzəşt edlir. Amma ədalətin icrasında seyidlə qeyri-seyd fərqlənmir.

Allah sizə yar olsun.

Go to TOP