Sual (101) : Salamun əleykum. "Təmizlik imanın yarasıdar" və ya “Evlənmək insanın imanının yarasını kamilləşdirir” kimi hədislərin sənədi varmı? Bunların mənası nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sualda İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql olunmuş rəvayət heç bir hədis kitabında gəlməmişdir. Hansı rəvayətdə gəlib ki, təmizik imanın yarısıdır?! İslam Peyğəmbərindən hədis mənabelərində bu mövzuda nəql olunan hədis belədir: “ Təmizlik imandandır!” Bu da o mənadadır ki, imanlı 96şəxs mömin olduğuna görə pak və təmizliyə də əməl edir və paklığın və təmizliyin kökü imana qayıdır, yaxud, imanın bir hissəsini paklıq təşkil edir və iman iddiasında olan bir şəxsin paklığa və təmizliyə diqqətsizliyi qəbul olunan məsələ deyildir. Hər halda “yarısı” sözü hədisdə qeyd olunmamışdır ki, nəsə anlaşılmazlığı icad etmiş olsun və beləliklə, bu sual da öz mənasını əldən verir.
Xüsusilə, paklığı heç də həmişə yalnız, əl-üzü, paltarı və ev əşyalarını yumaq kimi başa düşmək olmaz; bəlkə də belə mövzularda bu sözə daha geniş məna vermək olar və araşdırmalar göstərir ki, bu söz hətta, namaz və oruca da aid olur. Başqa sözlə desək, əgər təmizliyi təharət və paklıq mənasında nəzərə alsaq, fikri və əməli paklıq və təharət olmadan insanın nəticə almayacağını ələ gətiririk. Ona görə də nəinki, “təharətsiz namaz olmaz!” – ifadəsi, bəlkə də ümumiyyətlə, qəti şəkildə demək olar ki, heç bir əməl təharətsiz və təmizlik olmadan səhih deyil və insandan qəbul olmaz. Bu mənada təmizliksiz iman da ələ gəlməz.
Bütün bunlardan əlavə, əgər rəvayətlərdə hansısa miqdar və kəmiyyətdən söz açılırsa belə kəmiyyət və miqdar adətən nisbidir. Məsələn, əgər rəvayətlərdə deyilirsə ki, evlənməklə dinin yarsı təkmil olur, bu o mənadadır ki, evli şəxsin öz imanını qoruması subay şəxsə nisbət daha rahatdır. Evli insan, Allaha bəndəçilik vəzifəsini daha yaxşı icra edir və öz vəzifəsini yerinə yetirməkdə yolun yarısını getmiş kimi görünür. Amma evli olmayan insan imanının qoruması yolunda çoxlu maneələrlə rastlaşır. Deməli, evlənmək bu mövzuda çox mühüm amillərdən biridir.
İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) hədis nəql olunur ki, buyurur: “Cavanlar! Hansınızın imkanı varsa evlənin; çünki, evlənmək insanı naməhrəmə baxmaqdan daha yaxşı saxlayır və insana paklıq bəxş edir....”
İslamda bir tərəfdən evlənməyin yaxşı və müsbət cəhətlərinə işarələr olunur. O cümlədən, insanda sakitlik, aramlıq,mehr və məhəbbəti çoxalır, həmçinin, evlənməklə insanın cinsi meylləri ram olur və sair....cavanın həyacanlı ruhu sakitləşir və normal hala düşür, həyat və yaşayışın həqiqətlərini daha yaxşı dərk edir, öz xoşbəxtliyi və səadətinə tərəf daha yaxşı və tez hərəkət edir. Doğrudan da, evlənməyin aramlığını və sakitliyini o şəxs dərk edə bilər ki, subaylığın həyacanından, iztirablarından və aramsızlıqlarından agahlığı olsun.
Amma başqa tərəfdən, İslamda rahiblik (dünya və onun ləzətlərini tərk etmək) məzəmmət və qadağan olunmuşdur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi va səlləm) buyurur: “Mənim ümmətimdə rahiblik yoxdur!” Yəni, evlənməyi tərk etmək, qadın və övladlardan uzaqlaşmaq və sair... Nəql olunur ki, bəziləri (səhabələrdən Osman ibn Məzun) belə bir yolu tutmuş və öz ailə uşaqlarından kənara çəkilmişdir. Həzrət bu əməldən narahatçılığını bildirmiş və buyurmuşdur: “Allah-taala məni rahiblikdən ötrü yollamamışdır. Əksinə, məni orta səviyyəli din, çətinlikdən uzaq olan asan bir həyata dəvətlə seçmişdir. Mən oruc tuturam, namaz qılıram, evlənmişəm ...... Hər kəs mənim gətirdiyim fitri İslam dinini qəbul edirsə, gərək mənim gətirdiyimi və əməl etdiyim qanunlara da əməl etsin. Evlənmək mənim qanunlarımdan və adətlərimdəndir.” Bunları nəzərə alaraq rəvayətlərdə qeyd olunur ki, evlənmək insanın imanını dininin yarısını kamilləşdirir və məsum İmamlardan (əleyhimussalam) bizlərə bu mövzuda hədsilər gəlib çatıb.
Həmçinin, bu söz ürfdə (el arasında) işlənmiş bir ifadədir ki, əgər hər hansı bir əməlin kiməsə çox əhəmiyyətli olduğunu anlatmaq istəsək, ona “bu əməli yerinə yetirməklə yolun yarısını getmiş olarsan” – deyə başa salarıq. Sənin işlərinin yarısında hər hansı əmələ mürtəkib olduğuna görə çətinliklə qarşılaşırsan. Əslində, sənin bu işi görməyinlə (məsələn, evlənməklə) çətinliklərinin yarısı artıq öz həllini tapmış olacaqdır.
Əlbəttə, heç də unutmaq lazım deyildir ki, əgər bəzən bir şeyin həqiqəti iki şeyə bağlıdırsa, başqa məsələlərin də o işin kamilləşməsində aidiyyatı var. Misal üçün əgər rəvayətlərdə var ki, təmizlik dinin yarısıdır və evlənmək də həmçinin, dinin yarısıdır, izahında deyə bilərik ki, iman iki kök üstündə qərar tutmuşdur və bu iki şey olmadan iman kamil olmaz. Amma, namazın, orucun və s. də imanın kamilləşməsində rolu var. Çünki, iman elə bir qəlbi halətdir ki, onun möhkəmlənməsində çoxlu və müxtəlif amillərin rolu ola bilər.
Halbuki, belə bir ifadə heç rəvayətlərdə də gəlməmişdir. Bundan əlavə, namaz, oruc və sair əməllərin İslamda insanın həyatında və ictimai həyatda təsiri, əhəmiyyəti və rolu...heç kimə gizlin deyil. Məsələn, namaz dinin sutunudur, Allah-taalanın zikri İslamda təqvalı insanın Allaha yaxınlaşmağının ən yaxşı yoludur; İslamın köklərindən biri əməllərin mötədil...... olmasıdır. Namazı qəsdən tərk etmək küfrdür. (yəni, ən böyük günahlardandır) Başqa əməllərdən isə oruc, cihad və vilayət və sair... haqqında İslamda daha çox təkid olunmuşdur. Bütün bu əməllər haqqında elə ifadələr nəql olunmuşdur ki, paklıq və təmizlik haqqında olan ifadələrdən heç də az deyildir.
Əlbəttə, bir şeyi də qeyd etmək lazımdır ki, təmizlik və paklıq təkcə el arasında nəzərdə tutulmuş təmizliyə aid olmur və daha geniş mənalarda işlənir. O cümlədən, bədənin dəstəmazlı olması, qüsulla paklanması, nəcis şeylərdən təmizlənməsi, əxlaqın düzəlməsi, qəlbin paklığı və Allahdan qeyrisindən qəlbi təmizlənmə də aid olur. Buna görə də bəzi mənabelərdə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql olunur ki, Həzrət buyurur: “Din 97paklıq üzərində qurulmuşdur.” Yaxud, məsum İmamlardan (əleyhimussalam) dəstəmaz, qüsul və sair .. haqqında paklıq və təharət haqqında çoxlu hədislər nəql olunmuşdur.
Nəhayət, sonda bir mövzunu da qeyd etmək lazımdır ki, əgər mənabelərdə iman və imanın rüknları, İslam və İslamın rüknları və s. haqqındakı rəvayətlərə diqqət yetirsək, tamamilə aydın olur ki, imanın, İslamın rüknları təkcə təmizlik və paklıqda məhdudlaşmır və digər rüknları da vardır.
1. Əbu Həmzə İmam Baqirdən (ələyhis-salam) nəql edir ki, Həzrət buyurur: “İslam beş əsas üsiündə qərar tutub; namaz, zəkat, oruc, həcc və vilayət...”
2. İmam Sadiq (ələyhis-salam) imanın hüdudu haqqnıda sual edənin cavabında buyurur: “Allah-taalanın təkliyinə şəhadət vermək, Peyğəmbərin (səlləllahu ələyhi və alihi va səlləm) Onun tərəfindən haqq olaraq yollanmasını iqrar etmək, Allah-taala tərəfindən hər nə gəlibsə onu təsdiqləmək, beş vaxt namazı qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, Allahın evinin ziyarətinə getmək, bizim dostluğumaz və vilayətimizi qəbul etmək və düşmənlərimizlə düşmənçilik etmək ....” 
3. İmam Sadiq (ələyhis-salam) İmam Baqirdən (ələyhis-salam) və O da İmam Əlidən (ələyhis-salam) nəql edir ki, Həzrət buyurur: “İmanın dörd rüknü var; Allaha təvəkkül, işləri Allaha tapşırmaq, Allahın qəza-qədərinə razı olmaq və Allahın əmrinin müqabilində tam təslim olmaq.”
4. İmam Sadiq (ələyhis-salam) buyrur: “Allah-taala imanı yeddi qismdə qərar vermişdir: “yaxşılıq, doğruluq, yəqin, Allahdan razılıq, əhdə vəfa, elm və helm...”

Allah sizə yar olsun.
Sual (102) : Salamun əleykum. Bəzən İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) belə rəvayətlər nəql olunur ki, təmizlik imanın yarasıdar və ya başqa yerdə buyurur: “Evlənmək insanın imanının yarasını kamilləşdirir” – bu kimi hədislərə baxanda namaz və orucun insanın imanında nə kimi rolu var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Sualda qeyd olunur ki, İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql olunur ki, Həzrət buyurur: “Təmizik imanın yarısıdır!” Halbuki belə bir hədis heç bir hədis kitabında gəlməmişdir.
2. İslam Peyğəmərindən (səlləllahu ələyhi və alihi va səlləm) bu mövzuda nəql olunan hədis belədir” “Təmizlik imandandır.” Hədisin mənası isə belədir ki, iman, təmizliyin köküdür və ya təmizik imanın bir qismini təşkil edir. Ona görə də imanlı şəxsin təmizliyə xüsusi diqqəti olmalıdır.
3. İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi va səlləm) nəql ounmuş bəzi rəvayətlərdə gəlib ki din təmizik üstündə qurulub və ya məsum İmamların (əleyhimussalam) hədislərində gəlmiş - “Namaz yalnız, təmizliklə ola bilər!” - kimi hədislərdə “paklıqdan” məqsəd təkcə namaz yox, təmizlikdir. Məsələ burdadır ki, heç bir əməl təharət və təmizlik olmadan qəbul olmaz. Baxmayaraq ki, təharət və ya paklığın özünə məxsus mərtəbələri vardır. (kiçik işlərdə pak olmaq, məsələn, dəstəmaz və qüsl, yaxud nəcis şeylərdən pak olmaq..)
4. İslam nəzərində evlənmək və aliə həyatı qurmaq xüsusi əhəmiyyət kəsb edir; çünki, evlənmək bir tərəfdən paklığa, cinsi hissləri ram etməyə, aram tapmağa və kamala tərəf aramcasına hərəkətə səbəb olur. Digər tərəfdən rahiblik (evlənməyin və dünya ləzzətlərinin tərk olunması) İslamda məzəmmət olunmuş və bu əməl insanın kamala və səadətə çatmasında böyük maneə kimi tanıtdırılır. Bu nöqteyi-nəzərdən hədislərdə var ki, elənmək dinin yarısını hifz etməkdən ötrü vəsilədir.
5. Hədisdə qeyd olunmuş “dinin yarısı” ifadəsi əslində ürfi mənada işlənmiş bir ifadədir. Adətən, el arasında hər hansı bir məsələnin əhəmiyyətini çatdırmaqdan ötrü belə ifadələrdən istifadə olunur.
6. İslamda rəvayətlərdə oruc, namaz, həcc, cihad və vilayət kimi mövzular haqqında gələn təkidlər və ifadələr heç də evlənmək və təmizlik haqqında gələn təkidlərdən az deyildir.
7. Çox rəvayətlərdə İslamda hüdudlar, cəza iman; məsələn, təvəkkül, işlərin Allaha tapşırılması, ilahi qəzavətə razı olmaq,Allah dərgahında tam təslim olmaq, sədaqət, yaxşılıq, vəfa, elm və helm, təqva, namaz və vilayət kimi məsələlərə də çox təkidlər olunmuş və bəzən onlar da “dinin yarısı” kimi tanıtdırılmışdır. Belə ifadələrin bu mövzularda qeyd olunması təkcə, nisbi bir məsələdir.

Allah sizə yar olsun.
Sual (103) : Salamun əleykum. Şiə alimlərinin Kəsa hədisi və silsilə sənədləri haqqında nəzərləri nədir? Hədisin sonunda gələn qəribə ifdəni necə izah etmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1.Hədis kitablarında bəzən Kəsa hədisindən məqsədin əhli-sünnə və şiə alimləri tərəfindən İslam Peyğəməbrinin (səlləllahu ələyhi və alihi va səlləm) beş ev əhli haqqında təthir ayəsinə aid olan hədislər toplusuna deyilir. Bəzən isə həmin hədisdir ki, Əl-Müntəxəb, Məfatehul-cinan və sair kitablarda gəlib.
2. Həqiqi Kəsa hədisi həmin hədisdir ki, Ümmü Sələmənin evində nazil olmuş Təthir ayəsinin izahında, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) bu evdə beş nəfər ev-əhlini- yəni, Əli (əleyhis-salam), Fatimə (səlləllahu ələyhi və alihi va səlləm), Həsən (əleyhis-salam)və Hüseyni (əleyhis-salam) öz yanına çağırıb əbasının altında qərar verməsini açıqlayır. Bu hədisdə Əhli-Beyt (əleyhis-salam) nümunələrinin adları tamamilə açıqlanır. Bu rəvayət şiə və əhli-sünnə ravilərinin yanında qəti şəkildə nəql olunmuş hədislərdəndir. Səhabə və tabeinlərdən çoxu, o cümlədən, Əmirəl-möminin Əli (əleyhis-salam), İmam Həsən (əleyhis-salam), İmam Hüseyn (əleyhis-salam), Ümmu Sələmə və Ayişədən də belə hədis nəql olunmuşdur.
3. Bu hadisəni açıqlayan rəvayətlərin hamısı eyni ifadə ilə açıqlanmasa da ümumi şəkildə demək olar ki, bütün rəvayətlər əsl hadisəni təsdiqləyir.
4.İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) ən yaxın qohumları və xidmətçiləri şahid kimi bu hədisi nəql edirlər və Kəsa hadisəsindən xəbər verirlər.
5. Amma, bəzi kitablarda o cümlədən, Əvalimul-ulum, Əl-Müntəxəb, və Məfatehul-cinan kimi kitablarda Həzrəti Fatimədən (salamullahu ələyha) nəql olunan Kəsa hədisi mötəbər sayılmır.
6. Belə bir hədisin sənəd cəhətdən zəifliyini nəzərə alaraq heç bir mötəbər hədis kitablarında nəql olunmamışdır. Hətta adları rəvayətdə gələn bəzi rəvailərin adları hədis nəql edənlərin kitablarında da gəlməmişdir.Mərhum Şeyx Abbas Qumi özü də Müntəhal-amal kitabında bu mətləbi təsdiq etmişdir. Bəlkə də demək olar ki, belə bir hədisin Məfatehul-cinanda nəql olunması mühəddis Qumidən sonra təsadüf edir.
7. Məsum İmamların (əleyhimussalam) ali məqam və fəzilətlərini Quran və rəvayətləri axtarmaqla ələ gətirmək olar. Mötəbər mənabelərə müraciət etməklə bu haqda məlumat əldə etmək olar.

Allah sizə yar olsun.
Sual (104) : Salam..Saytda belə bir sual-cavabla raztlaşdıq: Kəşf və ixtira üçün ilahi mükafat varmı? Siz bu cavabı vermişdiz: «Bəni-İsraildə biri imanlı, o biri isə kafir olan iki qonşu vardı. Kafir qonşu öz imanlı qonşusu ilə çox gözəl rəftar edərdi. O, dünyasını dəyişdi. Mömin qonşusu ilə yaxşı rəftarlarına görə, axirətdə onu oddan qoruyacaq bina ilə mükafatlandırıldı» Â «Biharul-ənvar», 3-cü cild, səh.377.....Deməli, belə çıxır ki, namaz qılmayan, İlahi əmrləri yerinə yetirməyən, lakin Allaha xatir körpü, məscid. məktəb tikən şəxsin yeri Cənnətdir...Əgər elə isə, onda ibadətlər nəyə lazım?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Hədisdə mömin qonşusuna yaxşılıq edən kafirin yeri cəhənnəmdə olmağı qeyd olunur. Səbəbidə Allahın əmirlərini yerinə yetirmədiyi və iman gətirməməyidir. Amma cəhənnəmdə oddan qoruyacaq divar gözəl əxlaqına görədir. Allah-təala heçkəsin yaxşılığın və gözəl rəftarın mükafatsız qoymur. Bu məsələnin əksidə doğrudur ki, imanı olan əxlaqı olmayan insan axirət əzabı çəkəcək baxmayaraq ki, sonda cənnətə gedəcək. Bu hədisə diqqət edin: Səd ibn Məaz «Ühüd» müharibəsində yaralandı. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etdi. Peyğəmbər (s) və başqa müsəlmanlar onu çox böyük ehtiramla dəfn etdilər. Peyğəmbər (s) onun haqqında belə buyurur: «Allaha and olsun, onun dəfn mərasimində 70 min mələk iştirak etdi». Dəfn mərasimindən sonra Sədin anası qəbrin kənarında durub dedi:
«Behişt sənə şirin olsun!» Peyğəmbər (s) bu sözü eşidəndə üzünü Sədin anasına tutub dedi: 
«Sakit ol! Allahdan nə gözləyirsən?! İndi Səd qəbirdə əzab içindədir».
Orada olanlar Peyğəmbərdən (s) soruşdular:
«Nə üçün Səd qəbirdə əzab çəkir, halbuki sizin ona böyük ehtiramınız var idi?»
Peyğəmbər (s) buyurdu:
نَعَمْ اِنَّهُ كانَ فِي خُلْقِهِ مَعَ اَهْلِهِ سُوءً
«Düzdür, o qəbirdə əzab çəkir, çünki o öz ailəsi ilə pis davranırdı».
Nəticədə Allaha iman və saleh əməl biri-birini tamamlayır. Quranda adətən iman və əməli-saleh bir yerdə gəlib. Gözəl əxlaqı olan kafirin cəhənnəmdə olacaq amma əzabı azalacaq, əxlaqı olmayan möminin yeri cənnət olsada axirətdə əzab çəkəcək.

عَنْ مُوسَى بْنِ جَعْفَرٍ ع قَالَ: كَانَ‏ فِي‏ بَنِي‏ إِسْرَائِيلَ‏ رَجُلٌ‏ مُؤْمِنٌ‏ وَ كَانَ لَهُ جَارٌ كَافِرٌ فَكَانَ يَرْفُقُ بِالْمُؤْمِنِ وَ يُوَلِّيهِ الْمَعْرُوفَ فِي الدُّنْيَا فَلَمَّا أَنْ مَاتَ الْكَافِرُ بَنَى اللَّهُ لَهُ بَيْتاً فِي النَّارِ مِنْ طِينٍ فَكَانَ يَقِيهِ حَرَّهَا وَ يَأْتِيهِ الرِّزْقُ مِنْ غَيْرِهَا وَ قِيلَ لَهُ هَذَا لِمَا كُنْتَ تُدْخِلُ عَلَى جَارِكَ الْمُؤْمِنِ فُلَانِ بْنِ فُلَانٍ مِنَ الرِّفْقِ وَ تُوَلِّيهِ مِنَ الْمَعْرُوفِ فِي الدُّنْيَا.

Allah sizə yar olsun. 

Sual (105) : Salamun əleykum.Qərb materialist dövlətlərinin fikir və ideyalarına görə din və elm bir-birinə zidd iki yoldur. Həzrət Əlinin bu barədə nəzəri nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi (təbiət və cəmiyyət) və insanın Allahla əlaqəsi – insan üçün proqramı var. İslam dini ən kamil din ünvanı ilə bəşərin hidayət barəsindəki bütün ehtiyaclarına - Əhli-beytin (ə) təsis etdiyi ictihad adlandırılan üslub vasitəsilə – cavab verir. Amma texnologiya hissiyyat, təcrübi elmlər həddində yaradılışdan məxluqatda qərar verilən gizli talantların kəşfi ilə məşğuldur. Həmçinin Allahın nemətlərindən ən yaxşı istifadə üçün şəraitlərin ixtirasına çalışırlar. Bəli, texnologiyanın inkişafı ilə dinin proqramlaşdırma əhatəsi və qanun tətbiqi genişlənir. Eyni zamanda İslamda zəngin fiqhi mənbələrdən ictihad və istinbat vasitəsilə yeni mövzuların hökmləri aydınlaşır.
Allah sizə yar olsun.
Sual (106) : Salamun əleykum. Həzrət Əli (ə) buyurub: “Valideyninizin müsəlman olduğu üçün müsəlman olmayın, özünüz ona iman gətirin və hər bir şeyi ağlınız ilə qəbul edin”. Əgər hər bir müsəlmanın buna ixtiyarı olsa, onda İslamın hansı qanununu istəsə qəbul edər, qəbul edə bilmədiyini kənara qoyar. Bu barədə fikriniz nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Həzrətin kəlamı İslamın etiqadi məsələrinə aiddir ki, əql yolu ilə onlara iman gətirmək lazımdır. Əməli qanunlara gəlincə isə, onlara əməl olunmalıdır və onlar arasında fərq qoymağın mənası yoxdur.
Təkcə İslam qanunları arasında deyil, digər ictimai qanunlarda da fərq qoymaq düzgün sayılmır və onlar arasında fərq qoymaq cəmiyyəti dağıdıb parçalamaqdan başqa bir nəticə vermir. Məsələn, demokratiya hakim olan bir ölkədə insana azadlıq vermək olmaz ki, ağılları ilə uyğun gəlməyən maddəni qəbul etməsinlər. Nəticədə, xalqın bir hissəsi iqtisadiyyata aid olan qanunları, digər hissəsi ticarət qanunlarını, başqa bir qrup cinayət qanunlarını kənara qoyarlar. Sadəcə olaraq belə bir hərc-mərclik cəmiyyətin dağılmasından başqa bir nəticə verməz. Hər kəs demokratiyanı qəbul etməklə, qanunverici orqan olan parlamenti seçməklə bütün qanun maddələrini qəbul edərək qanun maddələrinin hər birini inkar olunmaz sayıb.
Eləcə də İslamın etiqadi məsələrini əql yolu ilə qəbul edən bir şəxs nübuvvətin səhih olmasını təsdiqləyərək iman gətirib ki, Peyğəmbəri-Əkrəmin gətirdiyi qanunları doğrudan da Allah-taala təyin edib və Allah-taala heç vaxt öz qanunlarında səhvə yol vermir və Öz bəndəsinin mənafeyini qorumaqdan başqa bir hədəfi yoxdur. Bu şəkildə iman gətirən bir şəxs, İslam qanunlarının hər birinin düzlüyünü və etibarını icmali halda təsdiq edir və onların hər birində olan məsləhətə təfərrüatı ilə elmi olmasa da onları tərkolunmaz sayır. Beləliklə, bəzi maddələri qəbul edib, bəzilərini isə tərk etməyin mənası yoxdur.

Allah sizə yar olsun.
Sual (107) : Salam, xahiş edirem bu 2 fikri izah edəsiniz. "Elm bir idi, kafirlər onu çox elədiler".Bir də "Elm bir nurdur, Allah istədiyinə verər". burda elmdə meqsed bütün faydalı elmlərdir? Axı Allah nuru hər kəsin qəlbinde olmaz amma dünyəvi faydalı elmlərdə nə çox müvəffəq insan var. Təşəkkür edirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
العلم نقطة كثرها الجاهلون Elm bir nöqtə idi, cahillər onu çoxaltdı.   
Hədisdə kafirlər yox cahillər qeyd olunub və bu iksinin ayrı-ayrı mənaları var. Bu hədisə müxtəlif  irfani mənalar yazıblar sadə məna bundan ibarətdir ki, elmin müxtəlif mövzulara şaxələnməyi cahillərin həqiqəti dərk etmək qüdrəti olmadığındandır.
Hәdislәrdә buyurulur: Еlm еlә bir nurdur ki, Аllаh istәdiyi bәndәsinin qәlbindә оnu pаrlаdır. Bәli, еlm bir nurdur vә еlmin işığındаn vаrlıq аlәmi insаn üçün işıqlаnır və insаn yаrаnmış mәqsәdini görә bilir vә bu nur оnu хоşbәхtliyә аpаrır. Hədisdə elmdən məqsəd hikmət və ilahi mərifətdir.
Allah sizə yar olsun. 
Sual (108) : Bismillahirrəhmanirrəhim. Namazdan sonra namaz halını pozmadan xanım Fatmayı Zəhranın zikrinin deyilməsinin böyük savaba səbəb olduğunu İmam Cəfəri sadiqdən gələn hədis kimi söyləyirlər. Bu hədisin mənbəyi və bu haqda daha geniş məlumat vermənizi də istəyirəm.
Allahın adı ilə.          
Bəli, Hz. Zəhra (s) təsbihi namazın təqibatından hesab olur gərək namazdan dərhal sonra deyilsin. Hədisin mətnin adresi ilə bir yerdə qeyd edirik:

بَابُ التَّعْقِيبِ بَعْدَ الصَّلَاةِ وَ الدُّعَاء

قَالَ أَبُو عَبْدِ اللَّهِ عليه السلام: «مَنْ سَبَّحَ تَسْبِيحَ‏ فَاطِمَةَ الزَّهْرَاءِ عليها السلام قَبْلَ أَنْ يَثْنِيَ رِجْلَيْهِ مِنْ صَلَاةِ الْفَرِيضَةِ، غَفَرَ اللَّهُ لَهُ؛ وَ يَبْدَأُ بِالتَّكْبِيرِ».

عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: مَنْ سَبَّحَ اللَّهَ فِي دُبُرِ الْفَرِيضَةِ تَسْبِيحَ‏ فَاطِمَةَ الزَّهْرَاءِ ع الْمِائَةَ مَرَّةٍ وَ أَتْبَعَهَا بِلَا إِلَهَ إِلَّا اللَّهُ غَفَرَ اللَّهُ لَهُ.

«Kafi, cild 6 səh 228 bab: Namazdan sonrakı təqibat. 
Allah sizə yar olsun.
Go to TOP