Sual (61) : Salamun əleykum.Quranın ən ali ayəsi hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quranın ən ali ayəsi “Ayətəl-Kürsi”dir.
Allah sizə yar olsun.
Sual (62) : Salamun əleykum.Quranın ən əzəmətli ayəsi hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quranın ən əzəmətli ayəsi “Bismillahir-rəhmanir-rəhim”dir.
Allah sizə yar olsun.
Sual (63) : Salamun əleykum.Nə üçün Quranda bəzi ayələr, eləcə də, müəyyən əhvalatlar təkrarlanır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Nəzərə almaq lazımdır ki, Qurani-məcid iyirmi üç il ərzində nazil olmuşdur. Bu iyirmi üç il müxtəlif hadisələrlə müşayiət olunmuşdur. Quran dünyəvi qanun kitabı və ya klassik bir əsər deyil ki, onda mövzular ayrıca qruplaşdırılmış olsun. Quran təbliğ, hidayət kitabıdır və onun məqsədi insanlara xoşbəxt həyat yolunu göstərməkdir. Quran elə bir cəmiyyətin qurulması üçün çalışır ki, bu cəmiyyətdə insanlar maddi və mənəvi kamala çata bilsinlər. Ona görə də Quranda bütün mövzulara toxunulmuşdur. Quran tədricən, müxtəlif hadisələrlə əlaqədar nazil olmuş, dövrün suallarına cavab vermişdir.
Quranda iki növ təkrarla qarşılaşırıq: 1. Bir qism tarixlərin təkrarı; 2. Xüsusi bir həqiqəti bəyan edən ayələrin təkrarı.
Keçmişdə baş vermiş əhvalatların Quranda təkrarlanmasının məqsədi insanların diqqətini keçmiş cəmiyyətlərdə hökm sürən qanunlara yönəltməkdir. Quran insanları həmin qanunlarla tanış etmək istəyir. Cəmiyyətlərin hansı səbəblərdən inkişaf etdiyi və hansı səbəblərdən süquta uğradığı bəyan olunur. Peyğəmbərlərin dəvətlərinin qəbul olunmaması nəticəsində cəmiyyətlərin hansı təhlükəli aqibətlərlə rastlaşdığı nəzərə çatdırılır. Bir sözlə, hər hansı bir cəmiyyətin inkişaf və süqut səbəbləri araşdırılır. Quran müxtəlif əhvalatları bəyan etməklə insanları qanunlarla tanış edir və itaətsizliyin acı nəticələrini yada salır. Əgər Quran müxtəlif məqamlarda Bəni-İsrail və ya Adəmin yaranışı haqqında danışırsa, nə vaxtsa nəzərdən qaçırılmış məsələləri bir daha insanlara xatırlatmaq istəyir. Qurandakı əhvalatlara diqqət yetirməklə bir çox həqiqətlər üzə çıxır.
Ayələrin təkrar olunmasında məqsəd insanların ruhiyyəsinə təsir göstərməkdir. Məsələn, belə bir məqsədlə “Ərrəhman” surəsinin “fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsi təkrar olunur. Allah-təala bir cəmiyyətin ruhunu, düşüncəsini oyatmaq istədiyi vaxt psixoloji təsirlərə malik mövzuları təkrarlayır. “Ərrəhman” surəsində insanın yaranışında, cəmiyyətin təşkilində mühüm rola malik olan nemətlər sadalandıqdan sonra insanların düşüncəsini oyatmaq üçün “belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz” ayəsi təkrar olunur. Bu ayə insanlarda haqşünaslıq hissini oyadır, onları nankorluqdan çəkinməyə çağırır. Bu sayaq təkrarlar insanların hidayəti cəhətindən xüsusi bir təsirə malikdir. Qurandakı belə təkrarların fəsahət və bəlağət xarakterli olduğunu düşünmək düzgün deyil. Bu sayaq təkrarlar müxtəlif xalqların ədəbiyyatında təsadüf olunan bir metoddur. Bir çox qəsidələrdə şairin əsas məqsədini təşkil edən cümlə tez-tez təkrarlanır. Bu sayaq təkrarlar poetik gözəllik yox, oxucunun diqqətini əsas məsələyə yönəltmək məqsədi daşıyır.

Allah sizə yar olsun.
Sual (64) : Salamun əleykum.Peyğəmbər (s.e.s)-a nazil olan ilk surə "Ələq" surəsi olub və "Fatihə" suresi nazil olana qədər Peyğəmbər (s.e.s) namazı fatihısiz qilibmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Besətin ikinci günü Cəbrail (e) Peyğembərə (s) dəstamaz alamaği və namaz qılmağı öyrədib. Peyğəmbərə (s) ilk nazil olan tam surə "Həmd" surəsidir. "Ələq" surəsindən isə bir neçe ayə nazil olub.
Allah sizə yar olsun.
Sual (65) : Salamun əleykum.Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə “Bismillah”-ı ilə dörd ayəsi olan “Kovsər” surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan “Bəqərə” surəsidir.
Allah sizə yar olsun.
Sual (66) : Salamun əleykum. Qurani-Kərimdə olan surə sözünün mənası nədir? Həm Quranda olan mənası həmdə lüğətdə.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quran terminologiyasinda, Quranın "Bismillahla" başlayan hər bir hissəsinə surə deyilir. Yəni bir hissə "Bismillahla" başlayır ve o qurtardıqdan sonra yeni bir hissə" Bismillahla" başlayır.
Hərfi mənada isə surə "sur" sözündən götürülmüşdür və ərəb dilində evin və ya şəhəri öz əhatəsinə almış hasara deyilir.
"Surə" sozu "Quranda bir çox yerlərdə müxtəlif formalarda gəlməsinə baxmayaraq həmən Quran terminologiyasinda işlənən mənasında işlədilmişdir. Məaələn Tövbə surəsi ayə 64-də " Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: "(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir". Ya yene hemen sure aye 124: "Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: "Bu surə sizdən hansınızın imanını artırdı?". (De:) "İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər". Ya Nur surəsi ayə 1: "(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir".

Allah sizə yar olsun.
Sual (67) : Salamun əleykum. Quranın dəfi və ya tədrici nazil olmasından nə qədər keçir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quranın bir dəfəlik, Peyğəmbərin (s) qəlbinə nazil olması qədr gecəsində (ramazan ayının gecələrindən biri) olmuşdur. Bəzi ayə və rəvayətlərə nəzər saldıqda, bu ehtimalı vermək olur ki, qədr gecəsi həmin ramazan ayının igirmi üçüncü gecəsidir və Quranın (dəfi) bir dəfəlik nazil olması tədricən əlli altı gün besətdən sonra baş vermişdir.
Amma tədrici nazil olması barəsində, çoxlu ixtilaflar vardır, bunlardan ikisi daha artıq əhəmiyyət daşıyır:
1. Quranın tədrici nazil olması, besətə yaxın illərdə başlamış və Peyğəmbərin (s) ömrünün sonunadək uzadılmışdır. Məşhur nəzər əsasında, Peyğəmbər rəcəbin 27- də, milad iliyləsə fevralın 1- i 610- cu ildə Peyğəmbərliyə seçilmiş və hicrətin 11- ci ili səfər ayının 28- də vəfat etmişdir.
2. Baxmayaraq ki, bir neçə ayə Peyğəmbərin besəti zamanı nazil olmuşdur, ammaQuranın səmavi kitab olaraq tədrici nazil olması, besətdən üç il sonra qədr gecəsindən başlanmış və Peyğəmbərin ömrünün sonuna qədər olan müddətdə baş vermişdir.
Bunun üçündə, bunu nəzərə alsaq ki, biz 1007- ci ilin fevral ayındayıq, Quranın tədrici nazil olmasından neçə il keçməsini mübahisə edə bilərik.

Allah sizə yar olsun.
Sual (68) : Salamun əleykum. Quran Qədr gecəsi nazil olub. Sualim budur ki, 23 il ancaq Qədr gecələri nazil olub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quran ayələrindən bəlli olur ki, Quranın iki enişi olmuşdur. Quran bir dəfə toplu şəkildə Peyğəmbərin (s) qəlbinə enmiş (bu ramazan ayında Qədr gecəsi baş vermişdir), sonra isə tədricən 23 il ərzində nazil olmuşdur.
Allah sizə yar olsun.
Sual (69) : Salamun əleykum. Quranın Peyğəmbərə (s) Allah tərəfindən nazil olmasının dəlili nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Bu iddianın isbatı üçün dörd məsələ nəzərdən keçirilməlidir: −Quran Allah kitabıdır. −Quran təhrifdən uzaqdır. −Vəhydə xəta yoxdur. −Həzrət Peyğəmbər (s) məsumdur. Quran üç baxımdan ecazkardır. Onun sözləri, mənaları və onu gətirən şəxs ecazkardır. Quranda sözlərin nizamı hal-hazırda bütün tədqiqatçılar tərəfindən qeyri-adi dəyərləndirilir. Quranın mahiyyət baxımından ecazkarlığı onda heç bir ziddiyyətin olmamasıdır. İnsan tərəfindən yazılmış ən dəyərli kitablarda belə kifayət qədər ziddiyyət olduğu halda, Quranda bu günədək zərrəcə ziddiyyət qeydə alınmamışdır. Quranın nazil edildiyi həzrət Məhəmməd (s) ona görə ecazkardır ki, yazıb-oxumağı bacarmadığı halda, ən incə zövqləri riqqətə gətirən ayələr söyləmişdir. Quran təhrifdən qorunmuş yeganə kitabdır. 1400 il ərzində bir belə təcavüzlər qarşısında onun dəyişməzliyi düşündürücüdür. İlahi vəhy ən kiçik xətalardan uzaqdır. Vəhyin mahiyyətinə varıb, onun faydaları ilə tanış olan insan uyğun iddianı etiraf etmək məcburiyyətindədir. Müxtəlif dönəmlərdə hansısa vəhyə etiraz edənlər cəmiyyətdəki problemlər burulğanında boğulduqları an həmin vəhyin həqiqət olduğunu qəbul etmişlər. Əql hökm edir ki, Allahın kəlamını insanlara çatdırmaq üçün seçilmiş şəxs günahkar ola bilməz. Axı kim razı olar ki, sifariş göndərdiyi şəxs günahkar olsun?!
Allah sizə yar olsun.
Sual (70) : Salamun əleykum. Quranın adları Quranda necə gəlmişdir və hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Müsəlmanların səmavi kitabı olan Qurani- məcidin çoxlu ad və sifətləri var ki, onların bəzisi Quran elmləri alimləri vasitəsi ilə araşdırılıb və açıqlanmışdır. Çoxlu ad və ssifətləri qeyd etmək, bəzi alimlərin bu kitabın sifətlərini onun adları ilə qarışdırmalarına səbəb olubdur. Amma hər bir sifətin isim formasında işlədilə bilməsini nəzərə alsaq, bəlkə də sifətləri adların sırasında qeyd etnəyi demək olar. Necə ki, Əbul- Futuh Razi kimi böyük təfsirçilər bu ad və sifətlərin amısını Quranın adları sırasında gətiriblər. O Quran üçün 43 ad qeyd etmişdir ki, onların bəzisi sifətdir.
Mərhum Təbərisi məcməül- bəyan təfsirində 4 ad qeyd edib və yalnız 1. Quran 2 Furqan, 3 kitab, 4 zikr, adlarını Quranın adları olaraq qeyd etmişdir.
Amma Bədruddin Zərkəşi yazır ki, Həraliy bu barədə bir kitab yazıb və Quran üçün 90- dan çox ad və sifət qeyd edir.
Ət- təmhidin müəllifi Qazi Uzəyzidən 55 ad Quran üçün qeyd edir ki, onun 43 adı, mərhum
Əbul Futuh Razinin qeyd etdiyi adlarla eynidir.
Bu 55 ad (yaxud sifət) Quranın özündən görürülmüşdür.
Biz burada həmin adlara və bu ayələrin qeyd olunduğu ayələrə işarə edirik:
Quran (Taha 2,- Nisa 82...)
Furqan (Ənfal 29- Ali- imran 3- 4- Furqan 1 və.. )
Kitab (Fatir 29- ,Nisa 105).
Zikr (Ali- imran 58- Hicr 9)
Tənzil (Şuəra 192- İnsan 23)
Hədis (Zümər 23- Kəhf 6)
Moizə (Yunus 57)
Təzkirə (Haqqə 48)
Zikra (Hud 120)
Bəyan (Ali- imran 138)
Huda (Bəqərə 2)
Şufəa (Fussilət 44)
Hökm (Rəd 37)
Hikmət (Əhzab 34)
Həkim (Ali- imran 58)
Muhəymin (Maidə 48).
Hadi (Cin 1- 2)
Nur (Əraf 157)
Rəhmət (Nəml 77)
İsmət (Ali- imran 3- 10)
Nemət (Zuha 11)
Həqq (Haqqə 51)
Tibyan (Nəhl 89)
Bəsair (Qəsəs 43)
Mübarək (Ənbiya 50)
Məcid (Qaf 1)
Əziz (Fussilət 41)
Əzim (Hicr 87)
Kərim (Vaqiə 77)
Sirac (Əhzab 46)
Munir (Əhzab 46)
Bəsir (Fussilət 3- 4).
Nəzir (Fussilət 4)
Sirat (Həmd 6)
Həbl (Ali- imran 102)
Ruh (Şura 52)
Qəsəs (Yusif 3)
Fəsl (Tariq 13)
Nucum (Vaqiə 75)
Əcəb (Cin 1)
Qəyyim (Kəhf 1- 2)
Mubin (Yusif 1)
Əli (Zuxruf 4)
Kəlam (Tövbə 6)
Qovl (Qəsəs 51)
Bəlağ (İbrahim 52)
Mütəşabih (Zümər 23)
Ərəbi (Zümər 28)
Buşra (Nəml 2)
Ədl (Ənam 115)
Əmr (Təlaq 5)
İman (Ali- imran 193)
Nəbə (Nəbə 1- 2)
Vəhy (Ənbiya 45)
Elm (Rəd 37)
Əlbəttə bu adların bəzisinə irad tutmaq olar. Yəni o kəlmənin bir sübut və təfsirə əsasən Qurana deyilməsi doğrudur və çox qəti təfsirlərə əsasən, o kəlmənin təfsirinin Quran olmaması mümkündür. Ona görə də alimlərin bir dəstəsi adların saını məsələn daha az deyiblər. Məsələn əgər sirati- mustəqimi Quran məna etsək, bu ad Quran üçün doğrudur.
Bunlar Qurandan əldə edilən adlardır.
Rəvayətlərin bəzisində Qurana Mushəf deyilmişdir. Mərhum Molla Möhsin Feyz Kaşani, kafi kitabından bir hədis nəql edir ki, həzrət Sadiq (ə) bu sualın cavabında buyurdu: Quran oxuyan zaman mushəfə bax. Çünki mushəfə baxmaq ibadətdir.

Allah sizə yar olsun.
Go to TOP