Sual (51) :
Salamun əleykum.Quran, Allahın yolladığı sonuncu möcüzəsidir. Quranın möcüzəsi hansı şəkildədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranın möcüzəsi üçün üç yol bəyan olunub; söz möcüzəsi, mövzu möcüzəsi və Quranın gətirilməsi.
Quranın söz cəhətdən möcüzəsi iki qisimdir:
a) Bəlağət (sözün dərin məna ilə bəyanı) möcüzəsi;
Quranın bəyan yolu elə bir bəyandır ki, heç bəşər kəlamı, hətta, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) özünün sözləri də onunla müqayisə oluna bilməz. Bu cəhətdən alimlər Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) Quranın alınması ilə onun yazılması arasında hansısa bir səhvə yol verməsi ehtimalını heç bir ünvanla qəbul etmirlər.
b) Ədəd möcüzəsi;
Bu gün kompyuter texnikası vasitəsi ilə Quranın kəlmələri və hərfləri arasından elə tarazlıq və münasibətlər kəşf olunub ki, bəşər sözündə belə bir işin baş verməsi qeyri-mümkündür.
Quranın mövzu möcüzəsi bir neçə qismə bölünür;
a) Quranda ixtilafın olmaması;
b) Quranın elm və maarifi. Quran elə bir maarif və elmlə zəngindir ki, ən azı o zamanda belə bir mövzuya bəşərin əlinin çatması qeyri-mümkündür. Bu maarif dərin fəlsəfi, irfani, əqli və sair elmləri əhatə edir.
d) Quranda olan elm və maarifin səthi olmaması. On əsrdən çox keçməsinə baxmayaraq Quranın bəyan etdiyi bütün elmi məsələlər və maarf bu günə kimi öz yerində qalır və kimsə onu batil edə bilmir.
3. Quranın gətirilməsi cəhətdən möcüzəsi;
İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) zəmanəsində heç kimdən heç bir yazıb-oxumaq dərsi almamışdır. Necə ola bilər ki, heç bir elmi-mədəni maarifə malik olmayan Ərəbistan yarmadasında İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) özündən belə bir dərin mənalı kitab gətirsin.
Daha geniş cavab
Quranın möcüzə olmasını sübut edən çoxlu dəlillər mövcuddur. [3598] Onların xülasəsini üç qismə bölmək olar:
1. Quranın söz möcüzəsi;
2. Quranın mövzu möcüzəsi;
3. Quranın onu gətirənə görə möcüzəsi;
1-1. Quranın söz möcüzəsi;
Quranın söz möcüzəsi iki mərhələdə bəyan olunur; bəlağət möcüzəsi və ədəd möcüzəsi;
Quranın bəlağət möcüzəsi və ya Quran bəlağəti qədim zamanlardan tanınmış bir mövzu olub bütün islam məzhəbləri arasında tərəddüdsüz qəbul olunmuş bir məsələdir. Əlbəttə, bəziləri Quranın bəlağət möcüzəsindən, nəzm və üslub kimi yolları ayırmış və demişlər: “Quranın möcüzələrindən bir bəlağət möcüzəsi, digəri isə nəzm və üslub möcüzəsidir.” Bəziləri isə Quranın bəlağət, nəzm və üslub məcmuəsin möcüzə adlandırırlar. [3599] Lakin bunların hamısı nümunələrin çoxaldılması üzündəndir, amma əslində bütün bu yolların hamısı Quranın bəyan cəhətinə bağlı olub bəlağət möcüzəsinə qayıdır.
Quranın bəyan yolu elə bir bəyandır ki, heç bəşər kəlamı, hətta İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) sözləri də onunla müqayisə oluna bilməz. İzahda demək olar ki: Əhli-sünnət alimləri iddia edirlər ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) hədis və sözlərini yazmağı qadağan etmişdir. Bu mövzuda Həzrətdən rəvayət də nəql edirlər. [3600] Belə olan halda sual qarşıya çıxır ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) nəyə görə hədis yazmağı qadağan etmişdir?
Əhli-sünnət alimləri arasında bu suala verilən cavablardan biri çox məşhurdur. O da budur ki, mümükün idi Quranın kəlmələri ilə Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) hədisləri qarışıq düşsün. Əhli-sünnət alimlərinin digər tanınmış mühəqqiq alimlərindən biri isə bu cavabı rədd etmiş və demişdir: “Quranın bəlağət möcüzəsi, onun kəlmələrinin qeyri-Quran kəlmələri ilə qarışıq düşməsi iddiasını rədd edir.” [3601]
Sonra Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) söz və danışıq istedadı elə bir səviyyədə olmalı ki, Quranın kəlmələri ilə dəyişik düşməyin mümkünlüyü haqqında cavab verilir: “Bu söz Quranın bəlağət möcüzəsinin inkarıdır.” [3602] Hər halda İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) hədis yazılmasını qadağan etməsi mövzusu əhli-sünnət alimləri üçün böyük bir çətinlik hesab olunur. Halbuki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) hədisləri əslində vəhydən və qeyb aləmindən mənşə almış və əgər vaxtında hifz olunub İslam ümmətinə çatdırılsaydı, müsəlmanların çox mühüm giriftarçılıqları öz həllini tapardı. Bu cəhətdən, əvvəldən şiə alimləri arasında İslam Peyğəmbəri(səlləllahu ələyhi və alihi və səlləm) tərəfindən o Həzrətdən hədis yazılmasının qadağan edilməsi məsələsini qəubl etməmişlər.
Quranın bəlağət möcüzələrindən biri də Quranın ədəd möcüzəsidir. Bu cəhət son zamanlarda tapılmış və ya kompyuter sisteminin işə düşməsi ilə dəqiqləşmişdir. Kəlmələr və hərflər arasında xüsusi tarazlıq və bağlılıq elə bir səviyyədədir ki, bəşər sözünün bu dərəcədə dəqiq uyğunluq və bağlılığı qeyri-mümkündür. [3603]
1-2. Quranın mövzu möcüzəsi;
Quranın mövzusunun möcüzəliyi müxtəlif yollarla bəyan olunmuşdur. Onların xülasəsi aşağıdıkılardan ibarətdir:
a) Quranda ixtilaf yoxdur;
Quranın bu ayəsi, “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” [3604] - açıq nişan verir ki, Quranın mövzusunda ixtilaf olmaması möcüzəsi var.
b) Qeybi xəbərlər;
Quranda bəzi şəxslər haqqında və ya, gələcəkdə baş verəcək bəzi hadisələr xəbər verilir və hadisə, ayə nazil olandan bir müddət sonra baş verir. O cümlədən bu ayəni qeyd etmək olar: “Əlif, Lam, Mim! 2. Rumlular (bizanslılar iranlılarla) məğlub oldular. 3. (Ərəbistana) ən yaxın bir yerdə. Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.” [3605]
d) Quranın elmləri və maarifləri;
Quranda elə elmi mətləblər gəlib ki, ən azı o zamanda belə maarifin bəşərin əlinə gəlməsi qeyri-mümkündür. Əlbəttə, Quranda bu gündə elə məsələlər var ki, bəşərin hələ də ona əli çatmamış və bəyan olanlar da yalnız, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamlar (əleyhimssalam) tərəfindən bizə çatan rəvayətlər əsasında ələ gəlmişdir. Belə ki, bu gün bizə çatan hədislərin çox hissəsi etiqadi, əqli məslələri, fəlsəfsi, kəlami və irfani mövzuları əhatə edir. Hər halda bu gün bəşər hətta, keçmişdə heç cür ələ gətirə bilmədikləri Quran maarifi və elmlərindən dərin mənaları da ələ gətirsələr Quranın möcüzəsindən bir şey azalmaz. Qeyd etmək lazımdır ki, Quranın bu möcüzələrinin isbatı onu gətirən tərəfindən bəyan olunmur. Quranın dərin maarif və əzəmətli mənaları o qədər dərin və ucadır ki, təfəkkür üfüqündə hər əsrin mütəfəkkirlərinin biliyindən yüksəkdə və bəşərin əlçatmaz təfəkkür yüksəkliyində qərar tutmuşdur. Bu da, vəhy nurunun bəşər təfəkkürünə işıq saçması kimidir.
q) Quranda gələn maarif və elmlərin nəqd (rədd və inkar) olunmasının qeyri-mümkünlüyü;
Bəşər elminin bu günə qədər uzun müddətli inkişafından sonra elmi və mədəni sahələrdə irəliləyişlərə baxmayaraq, Quranın heç bir elmi mətləbi batil elan olunmamışdır. Bu mövzunun özü Quranın haqq olub səmavi kitab olmasına dəlalət edir. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, ola bilsin deyilsin ki, bəşər elmindən də məntiq və riyaziyyat kimi bəzi dəqiq elmlər də keçmişdən bu günə qədər dəyişilməmiş qalmışdır. Cavabında deyilir ki, birincisi, belə elmlər qədimdən olmasına baxmayaraq, bir dəstə alimlər tərəfindən həmişə ən ilk biliklər kimi oxunmuş və yazılmışdır. Belə elmlərin qorunmasına çalışanlar əslində bu elmi gətirənlər yox, cəm edənlər olmuşlar. İkincisi, bəşərin yazdığı kitablar adətən, xüsusi bir elmi mövzuya aid olur, halbuki, Quran elminin və maarifinin ən mühüm parlaq xüsusiyyətlərindən biri mövzuların müxtəlifliyi və bir sözdə onlarla mətləbə işarə olunmasıdır.
Beləliklə, bu vəziyyətin özü Quranın möcüzələrindən biri sayılır ki, özündə çoxlu sahədə elmi biliklər cəm etmişdir. Hansı bəşər bir-birindən tamamilə fərqli müxtəlif mövzuda elmi mətləbləri elə bir dəqiqlik və diqqətlə dalbadal düzsün ki, mövzunun əvvəli və sonu müxtəlif olmasına baxmayaraq mövzular elmi cəhətdən tamamilə öz səhihliyin qorusun. Belə ki, nə sözdən hədəfə xələl gəlsin, nə sözlərin nəzm və mənası qatışsın və nə də xətaya yol verilsin. Həmçinin, bütün bunlarla yanaşı neçə əsrlərlə gün kimi parlasın və heç kim ona nəqd və xəta tuta bilməsin. [3606]
Quranı gətirən cəhətdən möcüzəsi;
Bu mövzu qədimdən alimlər arasında qəbul olunmuş bir bəhsdir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) zəmanəsində heç kimdən heç bir yazıb-oxumaq dərsi almamışdı. Necə ola bilər ki, heç bir elmi-mədəni maarifə malik olmayan Ərəbistan yarmadasından İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) özündən belə bir dərin mənalı kitab gətirsin. [3607]
Qeyd etmək lazımdır ki, Quranın möcüzə bəhsi, Quran elmləri mövzusunda bəhs olunmasına baxmayaraq əslində kəlam elmində bəhs olunmalıdır. Bu cəhətdən, bu mövzu kəlami elmlərdə də bəhs olunmuşdur. [3608]
Daha çox məlumat üçün:
Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.
[3598] Saməni, Seyyid Müstəfa, Vucuh ecaz Quran, (Beynəlxalq Quran elmləri və maarifi təhqiqat konfransının məqalələr məcmuəsi, Qum, Darul-Quran) səh-168-178.
[3599] Həmən mənbə, səh-169.
[3600] Məhmud Əburiyə, İzvai əlas-sünnətil-Mühəmmədiyyə, səh-42.
[3601] Həmən mənbə, səh-46.
[3602] Həmən mənbə, səh-47
[3603] Bu haqda” Qədr” ünvanı ilə doktor Seyyid Əli Qadirinin vasitəsi ilə SD proqramı hazırlanmışdır.
[3604] Nisa surəsi, 82-ci ayə.
[3605] Rum surəsi, 1-3.
[3606] Əlləmə Təbatəbai nəql edir ki, Quranın bütün maarifini onun hər bir surəsindən çıxarıb ələ gətirmək olar. Əgər bu mümkünsə onda bu o mənadadır ki, Quranın hər bir surəsində olan maarif məcmuəsi onun bütün maarifini özündə cəmləşdirib. Yəni, Quranın bütün maarifi 114 dəfə müxtəlif surələrdə, müxtəlif şəkildə bəyan olunmuşdur. Bu da Quranın digər (ədəd) möcüzələrindən biridir.
[3607] Bəzi şərqşünaslar bu məsələni rədd etmişlər. Bu mənada ki, onların nəzərinə görə “İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) savadlı olmuş və digər din alimləri ilə gediş-gəlişi olub onların yanında dərs oxuyub. O, (nəuzu billah) onlardan aldığı məlumat əsasında Quranı yazmışdır. Əgər Quranda Ərəbistan yarmadasının əhalisi savadsız tanıtdırılırsa, bu onların ilahi maariflə aşina olmamalırına işarədir. Heç də tam savadsız olmayıblar. Əhali hətta, fövqəlada elmi məlumatlara da malik olublar. Əgər Quranda İlsam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) “savadsız” ləqəbi kimi ad aparılıbsa, bu o mənada deyil ki, o savadsız və ya ilahi maariflə aşina deyilmiş, bəlkə də, hədəf budur ki, o, savadsız bir ümmətin peyğəmbəridir. Yəni, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) yaşadığı cəmiyyət ilahi maariflə yad bir cəmiyyət olub. Əslində, bu vəsf cəmiyyətə aid olub.” Amma, insaflı və bitərəf mühəqqiqlərin təhqiqatı nişan verir ki bu sözlərin heç birinin əsası yoxdur. Bütün bu sözlərin hamısı, yalnız Quranın möcüzəsinin inkar olunması məqsədini daşıyır. (Doktor Sübhi Saleh, Ulumul-hədis və müstələhuhu, səh-2-3)
[3608] Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, səh -47-51.
Allah sizə yar olsun.
Sual (52) :
Salamun əleykum.Şübhəsiz ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Quran ayələrini oxuyarkən vəhy yazanlar olub və bu ayələri xüsusi olaraq yazıblar. Amma, Quranın ümumi toplanması və “Quran” adı ilə əlimizdə olan bu ayələr və surələr toplusu na vaxt cəm və tənzim olunub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranı cəm olunması haqqında üç nəzəriyyə var:
a) Quran, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) öz zamanında o Həzrətin nəzarəti altında ilahi hidayətlə cəm olunmuşdur. Baxmayaraq ki, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) özü Quran ayəsi yazmamış və ayələri şəxsən cəm etməmişdir. [3655]
b) Mövcud Quran, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra əmirəl-möminin Əli (əleyhissalam) vasitəsi ilə cəm olunmuş və tənzimlənmişdir. Bu iş Həzrət Əlinin (əleyhissalam) evdə oturduğu illərdə baş vermişdir. [3656]
v) Quran İslam Peyğəmbərinin i(səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra imam Əli (əleyhissalam) istisna olmaqla bəzi səhabələr vasitəsilə cəm olunmuşdur. [3657]
Şiə alimlərinin, xüsusilə yaxın və müasir əsrin tədqiqatçılarının nəzəri budur ki, Quran İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında o Həzrətin nəzarəti altında cəm və tənzim olunmuşdur. [3658]
Bəzi şiə alimləri isə ikinci nəzəriyyəni qəbul edir və iddia edirlər ki, Quran, əmirəl-möminin Əlinin (əleyhissalam) vasitəsi ilə cəm olunmuşdur. [3659] Amma, əksər əhli-sünnət alimləri üçüncü nəzəriyyəni qəbul edirlər. Şərqşünaslar da adətən, həmin nəzəriyyəni qəbul edir və əlavə edirlər ki, imam Əlinin (əleyhissalam) cəm edib tənzimlədiyi Quranı səhabə qəbul etməmişdir.
Aydın olur ki, birinci və ikinci nəzəriyyəyə əsasən, Quranın cəm olunması Allah-taalaya nisbət verilir, surə və ayələrin tənzimlənməsi isə ilahi vəhy əsasında olması qəbul olunur. Necə ki, Quradna oxuyuruq: “O, kefi istədiyini (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” [3660] Xüsusilə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) din haqqında nə buyurmuşsa hamısı ilahi vəhy əsasında buyurmuşdur. Məsum İmamlar (əleyhimussalam) peyğəmbər olmasalar da risalət yolunun davamçıları olub ilahi ismət və elmi lədunnaya (Allah-taala tərfindən dərs almadan verilmiş elmə) malik olublar.
Üçüncü nəzəriyyəni qəbul edənlər isə Quranın ayə və surələrinin tərtibinin ilahi vəhy əsasında olmadığını qəbul etməkdən əlavə, bu məsələnin həm də səhabələrin şəxsi səliqə və zövqlərinin əsasında olmasını da qəbul edirlər. Bu mövzuda bir neçə nöqtəni qeyd etmək yerinə düşərdi:
1.Əllamə Təbatəbai bu ayənin - “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" [3661] –təfsirində yazır: “Qurani-kərim bəlağət, fəsahət cəhətdən ixtilafının olmaması, Quranın mislinin gətirilməsinin qeyri-mümükün olması və sair kimi xüsusiyyətlər bu gün əlimizdə olan Quranda mövcuddur. Nəticə alırıq ki, bu Quran, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında və İslamın əvvəlində oxunan həmin Qurandır.” [3662]
Bu söz, Quranın təhrif olunma ehtimalını inkar etsə də Quranın indiki şəkl, tərtib və nəzminin ilahi vəhy əsasında olmasını isbat etmir. Çünki, qeyd olunan xüsusiyyətlər vasitəsilə indiki ayə və surələrin məcmuəsinin və nəzminin hamısının İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında olduğu kimi olmasını isbat etsin.
2. Əgər kimsə Quranın ədəd ecazkarlığının surə və ayələrin tərtibində də olduğunu isbat edə bilsə, yəni, ayə və surələr arasında tərtib və nəzmin ilahi vəhy əsasında olub bəşər qüdrətindən xaricdə olduğunu isbat edə bilsə, onda bu tərtib və nəzmin vəhy əsasında olduğunu isbət etmək olar. Halbuki, hətta bunlar isbat olunsa da bütün surələrdə ayələrin tərtib və nəzminin ilahi vəhy vasitəsilə olduğunu isbat etmək mümkün deyil. [3663]
Daha çox mütaliə üçün bax:
Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, birinci çap, tarix-1377 şəmsi ili.
[3655] Seyyid Əbdül-Vahab Taliqani, Ulum-Quran, səh-83.
[3656] Seyyid Məhəmməd Rza Cəlali Naini, Tarix cəm Qurani-Kərim, səh-80.
[3657] Bu nəzəriyyəni əhli-sünnət alimlərinin əksəriyyəti qəbul edirlər. Həmən mənabe. Səh-19-51.
[3658] Seyyid Əbdül-Vahab Taliqani, Ulum-Quran, səh-83, Seyyid Əli Milani, Ət-Təhqiq fi nəfyit-təhrif ənil-Qurani şərif. Səh-41-42-46, Məhəmməd Hadi Mərifət, Siyanətul-Quran minət-təhrif, səh-34.
[3659] Seyyid Məhəmməd Rza Cəlali Naini, Tarix cəm Qurani-Kərim, səh-80.
[3660] Nəcm surəsi, 3-4-cü ayə.
[3661] Hicr surəsi, 9-cu ayə.
[3662] Əllamə Təbatəbai, Əl-Mizan, 12-ci cild, səh-104-106-138.
[3663] Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, birinci çap, tarix -1377 şəmsi ili.
Allah sizə yar olsun.
Sual (53) :
Salamun əleykum. Hansı asiman kitablar Ramazan ayında nazil olub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Tovrat”, “İncil”, “Zəbur”, “Suhuf” və “Quran” Ramazan ayında nazil olub.
Allah sizə yar olsun.
Sual (54) :
Salamun əleykum.Şiələrin Quranın təhrif olunub, olunmaması haqqında əqidələri necədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şiələrə atılan böhtanlardan biri də budur ki, guya şiələr Quranın təhrif olunduğunu qəbul edirlər. Şiələrin fikrincə bu həmin Qurani-Şərifdir ki, onda nə bir nöqtə azalıb, nə də bir nöqtə çoxalıb. Allah təala Hicr surəsi 9-cu ayədə buyurur: ''Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.'' Məşhur şiə alimi Şeyx Zeynud-din Amili bu ayənin təfsirini belə buyurur: ''Yəni biz Quranı bütün dəyişikliklərdən qoruyub saxlayacağıq. (''İzharul Həqq'' c. 2, səh.130) Yenə məşhur şiə alimi olan ''Şeyxut-taifə'' ləqəbli Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi on əsr (min il) bundan əvvəl Quranın təhrif olunub-olunmaması barədə belə buyurub: ''Nöqsanlı olma və yaxud sonradan artırma Qurana yaraşmayan bir xüsusiyyətdir. Qurana artırılma və ya azaldılma fikri bizim məzhəbə yaddır.'' (''Tibyan'' təfsiri c. 1, səh.3) Daha bir hörmətli şiə alimi Qazi Seyyid Nurəddin Tüstəri 410-420 il bundan qabaq buyurub: ''Bəzi adamlar şiələrin Quranın təhrif olunması fikrini qəbul etdiklərini bildirirlər. Şiələr arasında həmin əqidəyə etina olunmur.'' (''Alaur-Rəhman'' səh.25) ''Bəhaud-din Amili'' ləqəbli məşhur şiə alimi Məhəmməd ibn Hüseyn dörd əsr bundan qabaq belə buyurmuşdur: ''Düzgün söz budur ki, Quran hər bir artırmadan və naqislikdən amandadır.'' (''Alaur-Rəhman'' səh.25) Gördüyünüz kimi şiə məzhəbi Quranın təhrif olunmasını qəbul etmir.
Allah sizə yar olsun.
Sual (55) :
Salamun əleykum.Hansı surələrdə vacib səcdələr var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranın dörd Surəsində vacib səcdə vardır: 1-”Ən-nəcm” (53-cü Surə); 2-”İqrə” (96-cı Surə); 3-”Əlif-Lam-Mim Tənzil” (32-ci Surə); 4-”Ha-Mim Səcdə” (41-ci Surə). Bu surələr əzaim adı ilə məhşurdur.
Allah sizə yar olsun.
Sual (56) :
Salamun əleykum.Hansı surələr qiyamətin adı ilə adlanıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.Â
“Rəd”, “Həşr”, “Casiyə”, “Vaqiə”, “Qiyamət”, “Təğabun”, “Nəbə”, “Qariə” və “Zilzal” surələridir.
Allah sizə yar olsun.
Sual (57) :
Salamun əleykum.Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Hud”, “Yusif”, “Yunis”, “İbrahim”, “Loğman”, “Nuh”, “Muhəmməd” surələridir.
Allah sizə yar olsun.
Sual (58) :
Salamun əleykum.Qurana ilk dəfə erab, yəni hərəkə qoyan kim olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurana ilk dəfə hərəkə qoyan Əbul-əsvəd Duəlidir.
Allah sizə yar olsun.
Sual (59) :
Salamun əleykum.Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.
Allah sizə yar olsun.
Sual (60) :
Salamun əleykum.Quranın ən uzun ayəsi hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranın ən uzun ayəsi “Bəqərə” surəsinin 282-ci ayəsidir.
Allah sizə yar olsun.