Sual (41) : Salamun əleykum. Quranda olan andlar barədə bilmək istərdim. Quranda nəqədər and var? Allahın bu qədər and içməyinin hikməti nədir? indidən minnətdaram.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Quranın 44 surəsində 104 ayədə 118 dəfə and içilib. Onun 95-i Allahın andıdır ki 33 surədə gəlib. 23 surə andla başlayır. 2-si Peyğəmbərin andıdır ki əməllərin mühasıbəsi və qiyamət gününün isbatı üçün gəlib. 4 yerdə H. Yusifin qardaşlarının andıdır. 1 yerdə sehirbazlar Musanı məğlub edəcəkləri üçün Fironun hüzurunda and içirlər. Şeytanda xalis olmayan insanları azdıracaqına söz verərək 1 yerdə and içir. 15 ayədə isə müşriklərin, münafiq və qiyaməti inkar edənlərin andı gəlib. Ümumiyyətlə Quranda təqribən 40 şeyə and içilir. Sual isə İlahi andlardan gedir ki Qurandakı andların əksəriyyətin təşkil edir.

İlahi andlar insanların andları ilə böyük fərqi var. İnsanlar adətən nəyisə itirəcəyindən qorxub müqəddəs hesab etdikləri və onlar üçün əziz olan şeylərə and içirlər ki müqabildəki insanı inandırmaq üçün. Nəticədə də insanlarda bir qorxu var ki əgər düzgün olmasa andları onlara bir əzab yetişər və ya onlar üçün əziz olanlara (övlad, ata-ana, dost və s.) bir bəla gələr. Allah isə nə itirəcəyi bir şey var və nədə kimdən ya nədənsə  qorxusu. Birdə Allahın and içməyinə möminlər üçün ehtiyac yoxdur çünki andsızda inanırlar və kafirlər üçün isə and içməyin faydası yoxdur onsuzda onlar inanmırlar. Bəs belə nəticə alırıq ki Allah insanları inandırmaq üçün yox. başqa məqsədlə and içir. Allahın andlarının bəzi hikmət və fəlsəfəsinə işarə edirik. 1- And içiləcəyi şeylərə təkid və onların əhəmiyyətli olmasını insanlara başa salır ki onlar haqda düşünsün və əhəmiyyət versin (Qiyamət günü, Quran və s.). 2- And içdiyi şeylərin çoxlu mənfəət və faydalı olmasına insanın diqqətin cəlb etmək üçün (günəş, ay, gecə-gündüz, ulduzlar hətta incil zeytun və s.) ki Allahın rəhmət və nemətidir. 3- Xeyirli və layiqli əməllərə hörmətlə yanaşır və əzəmətli hesab edir tainki insanları onları əncam verməyə təşviq olsunlar (and olsun  mücahidlərin atlarına, and olsun həcc əməlinin vaxtına və s.)

İmam Sadiq (ə) buyurur: Allah-taala öz yaradiqlarına and içir tainki insanların nədən ibrət və dərs alacaqından agah etsin. Çünki and, and içilən şeyin böyük  və əzəmətli olmasına dəlalət edir.

Təfsir alimlərindən biri deyir: Qurandakı andlar elmin açarıdır.

Allah sizə yar olsun.

Sual (42) : Salamun əleykum. Vəhyi (Quran ayələrini) yazanların adları nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Onların məşhurları bunlardır: Həzrəti Əli ibni Əbu Talib (əleyhissalam), Əbdüllah ibni Məsud, Zeyd ibni Sabit, Məaz ibni Cəbəl, Übeyy ibni Kəb.
Allah sizə yar olsun.
Sual (43) : Salamun əleykum.Allah-təala hansı həşərata vəhy nazil etdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Nəhl» surəsinin 68-ci ayəsində buyurulur: «Rəbbin bal arısına belə vəhy etdi: «Dağlarda, ağaclarda və alaçıqlarda (damlarda, pətəklərdə) özünə yuva sal». Növbəti ayədə isə bu vəhyin mahiyyəti açıqlanır: «O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar»[4157].
Maraqlıdır ki, istəklər təkcə bal arısı yox, bütün heyvanlara ilha olunduğu halda, nə üçün ayədə yalnız bal arısının adı çəkilir? Hal-hazırda bal arısının həyatının alimlər tərəfindən ətraflı şəkildə öyrənilməsi belə bir nəticəyə gəlməyə əsas verir: bal arısının ailəsindəki mədəniyyət və ictimai nizam, bəşəriyyət üçün bir nümunədir.
Bal arısının altı guşəli xanalardan ibarət qurduğu ev, hələ də mühəndisləri heyran edir. Uyğun mənzili təşkil edən xanaların altı guşəli olması ona xüsusi möhkəmlik verir. Bal arısı ailəsində çox ciddi əmək intizamı hökm sürür. Öhdəsində olan işi yerinə yetirə bilməyən üzv yuvanın qapısındakı nəzarətçilər tərəfindən geri qaytarılır. Bəs bu ciddi intizamın nəticəsi nədir? Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs ayda bir dəfə bal yeyib, Allahdan Quranın vəd etdiyi şəfanı istəsə, Allah-təala onu 77 növ xəstəlikdən qoruyar»[4158].
Ciddi nizamın və ağır zəhmətin nəticəsi olan bal, heç vaxt keyfiyyətini itirib zay olmur. Alimlərin fikirincə bunun səbəbi, balın tərkibində güclü mikroböldürücü kalsiumun çoxluğudur. Bal ürək ağrısından tutmuş mədə yarasınadək, əksər xəstəliklərin dərmanıdır.
Bal arısı və onun istehsal etdiyi bal o qədər əsrarəngizdir ki, bu mövzunun dərinliyinə getmək kitabın imkanlarından xaricdir.
[4157]  «Nəhl» surəsi, ayə 69.
[4158]  «Səfinətül-bihar», 2-ci cild, səh. 190.

Allah sizə yar olsun.
Sual (44) : Salamun əleykum.Quran Peyğəmbərə neçə dəfə nazil olub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə (“Qədr” surəsinin ilk ayəsinə görə) və tədricən (“Əsra” surəsinin 106-cı ayəsinə görə).
Allah sizə yar olsun.
Sual (45) : Salamun əleykum.Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil olmuşdur: birinci dəfə Qədr gecəsində tam şəkildə, ikinci dəfə iyirmi üç il ərzində tədricən.
«Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «Kafirlər «Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya Məhəmməd) Sənin ürəyinə qətiyyət vermək üçün Biz onu ayə-ayə nazil etdik».
Əvvəla, Quranın tədriclə nazil olması, insanların təbiətinə və ehtiyaclarına daha uyğun bir üsuldur. İnsan məqsədə addım-addım yaxınlaşdıqda, mətləblər daha aydın dərk olunur.
Quran bədii əsər yox, həyat proqramıdır. Hər hansı proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.
Bədr, Ühüd, Əhzab, Hüneyn kimi müharibələrə isti münasibət bildirən Quran, birbaşa necə nazil ola bilərdi?! Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı idi.
Allah sizə yar olsun.
Sual (46) : Salamun əleykum.“Yovm” (gün) kəlməsi Quranda neçə dəfə gəlib?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İlin günlərinin sayı qədər, yəni 365 dəfə.
Allah sizə yar olsun.
Sual (47) : Salamun əleykum.“İmam” kəlməsi Quranda neçə dəfə təkrar olunub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
12 imamın sayı qədər: Qurani Kərimdə 12 yeddi yerdə tək halda (İmam: “Bəqərə” surəsi, ayə: 124, “Hud” surəsi, ayə: 17, “Hicr” surəsi, ayə: 79, “İsra” surəsi, ayə: 71, “Furqan” surəsi, ayə: 74, “Yasin” surəsi, ayə: 12, “Əhqaf” surəsi, ayə: 12), qalan 5 yerdə isə cəm halında (əimmətun: “Tovbə” surəsi, ayə: 12, “Ənbiya” surəsi, ayə: 73, “Qəsəs” surəsi, ayə: 5, və 41, “Səcdə” surəsi, ayə: 12) gəlmişdir.
İlahiyyat elmi istilahında isə imamət dedikdə, ilahi bir məqam, mənsəb başa düşülür ki, Allah onu Peyğəmbəri seçdiyi kimi Özünün bəndələrə olan əzəli elmi ilə seçir, Peyğəmbərə əmr edir ki, İmamı ümmətə tanıtdırıb ümməti, ona itaət etməyə çağırsın. Bəndələrin İmamı seçməyə haqları və səlahiyyətləri yoxdur.
Allah sizə yar olsun.
Sual (48) : Salamun əleykum.“Qurrai səbə” kimlərdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Qurrai səbə”, yəni Qurani kərimin tilavət üsullarını nəql edən 7 nəfərdir: Hafiz ibni Asim ibni Əbu Nəcdi Kufi, İbni Kəsir Məkki, Əbu Əmr Bəsri, Nafe Mədəni, Həmzə Kufi, Kəsai Kufi və İbni Amirdir.
Allah sizə yar olsun.
Sual (49) : Salamun əleykum.Qurani kərimdə bu müqəddəs kitabın neçə adı zikr olunub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda onun çoxlu adları sadalanıb. O cümlədən: “Kitab”, “Furqan”, “Nur”, “Tənzil”, “Kəlam”, “Hadi”, “Bəyan”, “Şəfa”, “Kərim”, “Mucir”, “Həkim”, “Zikr”, “Həbl”, “Qəsəs”, “Mubin”, “Sirac” və s.
Allah sizə yar olsun.
Sual (50) : Salamun əleykum.Quran üç cəhətdən möcüzədir: a) söz; b) mövzu; v) Quranı gətirən; bunların hər üçünün ilahi olmasına nə qədər dəlalət edir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümumiyyətlə, Quranın bəzi ecazkarlığı nişan verir ki, bu müqəddəs Kitab, nə o zamanda və nə də sonrakı zamanlarda Allahdan qeyri kimsə göndərə bilməz. Həmçinin, Quranın bəlağət möcüzəsi kimi bir möcüzə də heç bir bəşərin qüdrətində olmayıb, hansısa bir zaman və məkana məxsus deyil. Quranın möcüzə olmasına dəlil kimi yalnız bunu qeyd etmək kafidir ki, o zaman bedi bir mövzunu Allahdan qeyri heç kim qəti olaraq bəyan edə bilməzdi. Hətta, əgər fərz etsək ki, bu gün bəşər Quranın bütün maarif və elmlərinə agahdır, məlum olar ki, bu ecazkarlıq mövzu cəhətdən yenə də o vaxt üçün möcüzə sayılır. Digər cəhətdən, bu ecazkarlıq Quranı gətirən haqqında da doğrudur. Bu mənada ki, nə keçmişdə və nə də gələcəkdə heç bir dərs oxumayan fərd belə bir kitabı gətirə bilməzdi. Halbuki, Quranın digər möcüzələri də öz yerində hər bir ümmət, aləm, zaman və məkan üçün möcüzə olaraq qalır və əbədi olaraq belə bir möcüzəni heç kim gətirə bilməz.
İndi də bütün bu möcüzələrin hansı nə qədər ilahi olmasını sübut etmək olar. Quranın gətirilməsi cəhətindən onu qeyd etmək olar ki, Quranın mövzusu yalnız, Allah-taala tərəfindən ola bilər. Amma, sözlərində hamısı Onun tərəfindən olmasını hələ mövzu ecazkarlığı ilə isbət etmək olmaz. [3592] 
Əgər soruşulsa ki, mövzunun ilahi olmasını qəbul etdikdən sonra fərz etmək olar ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) özündən belə ifadələr və ibarətlər deyə bilməzdimi? Cavabında deyirik: Bu söz əslində, Quranın fəsahət və bəlağət möcüzəsinə qayıdır. Nəticədə, yalnız iddia olunmasını istisna etməklə, Quran, onu gətirən cəhətindən möcüzə sayılmır. Baxmayaraq ki, Quranın sözlərinin qeyri-ilahi olmasının sübutu mümkün deyil. Ən azı ona görə ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) özünə nisbətdə belə bir kitabın özündən söyləməsi qeyri-mümükün bir iş sayılır. Bütün fərzlərdən belə nəticə alırıq ki, Quranın bütün sözləri, ifadə və cümlə quruluşları bütünlüklə Allah-taala tərəfindən söylənilmişdir.
Quranın mövzusunda qeyd olunan dörd cəhətli möcüzə [3593] sübut edir ki, bu mövzu, yalnız Allah-taala tərəfindəndir. Amma, Quranın söz möcüzəsi, yəni, bəlağət və ədəd möcüzəsi onun sözlərinin və cümlə quruluşlarının da ilahi olmasını isbat edir. [3594] Həmçinin, Quranın sözlərinin ilahi olmasının digər sübutu əksər ayələrin bir mözuda cəmlənməsidir. Bütün bunlarla birgə yenə də sual olunsa ki, əgər ayələr üslublarında vəhdətə malik olmasalar necə sübut edə bilərik ki, ayələrin cəm olub surə və surələrin cəm olub Quran əmələ gətirməsi Allah-taala tərəfindəndir?
Cavabında deyə bilərik ki: belə mövzular adətən “Quranını tarixi” mövzusunda araşdırılır. [3595] Bəzi əlhi-sünnət alimləri və əksər şərqşünaslar bu mövzuya əl atmışlar ki, Quranın ayələrinin cəm olunması və tərtiblə düzülməsi [3596] İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra olmuşdur. [3597] 
Daha çox məlumat üçün:
Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.
[3592] Bəziləri həmin nəzəriyyəni qəbul edirlər və mötəqiddirlər ki, Quranın mövzusunun ilahi olmasına baxmayaraq sözləri İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) öz sözləridir. Halbuki, keçmişdən bu günə kimi islam alimləri bu etiqaddadırlar ki, Quranla hədisi-Qüdsinin arasında fərq həmin mövzudur. Belə ki, hədisi Qüdsidə mövzu Allah-taala tərəfindən sözlər isə Peğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) öz tərəfindəndir. Amma, Qurani-Kərimdə həm mövzu, həm də sözlərin hamısı yalnız, Allah-taaala tərəfindəndir.
[3593] Mövzu: Quranın möcüzəsi.
[3594] Ola bilsin ki, islam alimlərimizin keçmişdən bu günə kimi Quranın bəlağət möcüzəsinə etdikləri təkidlər həmin mənanı əhatə etməsinə dəlalət edir.
[3595] Nümunə üçün bu kitablara müraciət edin; Əbu Əbdullah, Zəncani, Tarixul-Quran; Mahmud Ramyar, Tarix Quran; Seyyid Məhəmməd Baqir Höccəti, Pejuheşi dər tarix Quran; Seyyid Məhəmməd Rza Calalai Naini, Tarix cəm Quran.
[3596] Mövzu: Quranın cəm olunması.
[3597] Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.


Allah sizə yar olsun.
Go to TOP