Sual (31) : Selamun eleykum.. Quran nece esr bundan evvel nazil olunub?
Ad: sevda, Ölkə: gurcustan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran 14 əsr bundan öncə 23 il ərzində tədricən, təqribən 610 - 633 illər arasında nazil olub .

Allah sizə yar olsun.

Sual (32) : Salam! sizden cox xais eliyrem. mene bu danin axra kimi lazimdi Rahmân Sûresi 1. Er rahmân. 2. Allemel kur’ân. 3. Halakal insân. 4. Allemehul beyân. birde- Vâkıa Sûresi 1. İzâ ve kaatil vâkıah. 2. Leyse li vak’atihâ kâzibeh. 3. Hâfidatun râfiah. 4. İzâ ruccetil ardu reccâ. bu duanida axira kimi lazimdi
Ad: Elnur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Əleykumus-salam.

Bismillahir-rəhmanir-rəhim

Ərrəhman. (1) Əlləməl-Qur`an. (2) Xələqəl-insan. (3) Əlləməhul-bəyan. (4) Əşşəmsu vəl-qəməru bihusban. (5) Vənnəcmu vəşşəcəru yəscudan. (6) Vəssəmaə rəfəəha və vəzəəl-mizan. (7) Əlla tətğəv fil-mizan. (8) Və əqimul-vəznə bil-qisti və la tuxsirul-mizan. (9) Vəl-ərzə vəzəəha lil-m. (10) Fiha fakihətun vənnəxlu zatul-əkmam. (11) Vəl-həbbu zul-əsfi vərrəyhan. (12) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (13) Xələqəl-insanə min slin kəl-fəxxar. (14) Və xələqəl-cannə min maricin min nar. (15) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (16) Rəbbul-məşriqəyni və Rəbbul-məğribəyn. (17) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (18) Mərəcəl-bəhrəyni yəltəqiyan. (19) Bəynəhuma bərzn la yəbğiyan. (20) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (21) Yəxrucu minhuməl-lu`lu`u vəl-mərcan. (22) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (23) Və ləhul-cəvaril-munşəatu fil-bəhri kəl-ə`lam. (24) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (25) Kullu mən ələyha fan. (26) Və yəbqa vəchu Rəbbikə zul-cəlali vəl-ikram. (27) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (28) Yəs`əluhu mən fis-səmavati vəl-ərzi, kullə yəvmin huvə fi şə`n. (29) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (30) Sənəfruğu ləkum əyyuhəssəq. (31) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (32) Ya mə`şərəl-cinni vəl-insi inistətə`tum ən tənfuzu min əqtaris-səmavati vəl-ərzi fənfuzu la tənfuzunə illa bisultan. (33) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (34) Yursəlu ələykuma şuvazun min narin və nuhasun fəla təntəsiran. (35) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (36) Fəizənşəqqətis-səmau fəkanət vərdətən kəddihan. (37) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (38) Fəyəvməizin la yus`əlu ən zənbihi insun və la cann. (39) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (40) Yu`rəful-mucrimunə bisimahum fəyu`xəzu bin-nəvasi val-əqdam. (41) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (42) Hazihi cəhənnəmulləti yukəzzibu bihəl-mucrimun. (43) Yətufunə bəynəha və bəynə həmimin an. (44) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (45) Və limən xafə məqamə Rəbbihi cənnətan. (46) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (47) Zəvata əfnan. (48) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (49) Fihima əynani təcriyan. (50) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (51) Fihima min kulli fakihətin zəvcan. (52) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (53) Muttəkiinə əla furuşin bətainuha ministəbrəqin və cənəl-cənnətəyni dan. (54) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (55) Fihinnə qaciratut-tərfi ləm yətmishunnə insun qəbləhum vəla cann. (56) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (57) Kəənnəhunnəl-yaqutu vəl-mərcan. (58) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (59) Həl cəzaul-ihsani illəl-ihsan. (60) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (61) Və min dunihima cənnətan. (62) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (63) Mudhammətan. (64) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (65) Fihima əynani nəzzaxətan. (66) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (67) Fihima fakihətun və nəxlun və rumman. (68) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (69) Fihinnə xəyratun hisan. (70) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (71) Hurun məqsuratun fil-xiyam. (72) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (73) Ləm yətmishunnə insun qəbləhum və la cann. (74) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (75) Muttəkiinə əla rəfrəfin xuzrin və əbqəriyyin hisan. (76) Fəbiəyyi alai Rəbbikuma tukəzziban. (77) Təbarəkəsmu Rəbbikə zil-cəlali vəl-ikram. (78)

Vaqiə surəsinin transkripsiyasını tapa bilmədik.

Allah sizə yar olsun.

Sual (33) : SALAM eger ilk nazil olan sure eleqdise bes niye gore Quranda ilk Fatihe suresi gelir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İlk nazil olan ayə və surə haqqında üç nəzəriyyə mövcuddur:
1. Bəzilərinin fikrincə, ilk ayələr "Ələq" surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur. Mələk nazil olub Peyğəmbəri (s) peyğəmbər olaraq səslədikdə dedi: "Oxu!" Peyğəmbər (s) dedi: "Nə oxuyum?" Onu (s) öz əhatəsinə aldı və dedi: “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Peyğəmbərə (s) ilk nazil olan ayə “Bismillahir–Rəhmanir-Rəhim! (Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” və son nazil olan ayə isə “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman…” ayəsi olmuşdur".
2. Bəziləri ilk nazil olan surənin "Müddəssir" olduğunu düşünürlər. 
İbn Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Cabir ibn Abdullah Ənsaridən soruşdum: "İlk dəfə hansı surə və ya ayə nazil olmuşdur?" Dedi: “Ey (libasına) bürünüb sarınan!” ayəsi. Dedim: "Bəs,  “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” ayəsi necə?" Dedi: Peyğəmbərdən (s) eşitdiyim sözü sizin üçün deyirəm. Onun (s) belə dediyini eşitdim: "Bir müddət (vaxtımı) Həra dağında keçirtdim. Sonda dağdan endim və vadinin ortasına yetdim. Bu zaman bir səs eşitdim. Hər tərəfə baxdım. Kimsə görmədim. Sonra başımı səmaya qaldırdım. Birdən onu (Cəbraili) gördüm. Məni titrətmə tutdu. Xədicənin yanına gəldim. Məni örtməsini istədim. Bu zaman “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” ayəsi nazil oldu3. Bəziləri bu hədisi əsas götürərək vəhyin başlanğıcında Peyğəmbərə (s) nazil olan ilk surənin "Müddəssir" surəsi olduğunu bildirmişlər.
Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür. Güman ki, bu hadisə besətdən bir müddət sonra (fətrət - fasilə) baş vermişdir. Çünki besətdən sonra bir müddət vəhyin enişində fasilə yarandı və sonar yenidən nazil olmağa başladı. Aşağıdakı hədis bu müddəanı sübuta yetirir. 
Cabir ibn Abdullahdan nəql olunan digər rəvayətdə Peyğəmbərin (s) vəhyin enişində yaranmış fasilədən söhbət açdığı məlum olur. Peyğəmbər (s) buyurur: "Yoluma davam etdikdə birdən səmadan bir səs eşitdim. Həra dağına da gəlmiş mələyi gördüm. Onu görüb qorxuya düşdüm. Dizi üstə çökdüm. Sonra yoldan qayıdıb evə gəldim və dedim: "Üstümü örtün". Məni bürüdülər. Bu zaman aşağıdakı ayələr nazil oldu: “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)”  Sonra vəhy ardıcıl olaraq, fasilə yaranmadan nazil oldu1.
3. Bəziləri ilk nazil olan surənin "Fatihə" surəsi olduğunu bildirmişlər. Zəməxşəri deyir: "Əksər təfsirçilər nazil olan ilk surənin "Fatihə" surəsi olması qənaətindədirlər. 
Əllamə Təbərsi "İzah" kitabında ustad Əhməd Zahidin Səid ibn Müsəyyib vasitəsilə ilə İmam Əlidən (ə) nəql etdiyi bir rəvayəti qeyd edir. Rəvayətə görə, İmam buyurur: Peyğəmbərdən (s) Quran oxumağın savabı haqqında soruşdum. O həzrət (ə) nazilolma ardıcıllığı ilə hər bir surənin savabını açıqladı. Məkkədə nazil olan ilk surə kimi "Fatihə" surəsini saydı. Sonra "Ələq", daha sonra isə "Qələm" surələrinin adını çəkdi.  Vahidi Nişapuri "Əsbab ən-nüzul" əsərində besətin başlanğıcı haqqında yazır: "Bəzən Peyğəmbər (s) tənha olduqda səmadan səs eşidirdi və bu onun qorxmasına səbəb olurdu. Sonuncu dəfə mələk onu səslədi: "Ey Məhəmməd!" Həzrət (s): "Bəli!" – deyə cavab verdi. Mələk dedi: "De: “Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd Allaha – aləmlərin Rəbbinə məxsusdur”. 
Əlbəttə, Peyğəmbər (s) besətin əvvəlindən az ətrafı ilə (Əli (ə), Cəfər, Zeyd, Xədicə) namazı İslam sünnəsinə uyğun qılırdı və təbii ki, "Fatihə"siz namaz olmazdı. Hədisdə deyilir: "Cəbrailin Peyğəmbərə (s) öyrətdiyi ilk şey dəstəmaz və namaz idi". Bu, besətin "Həmd" surəsinin nazil olması ilə eyni vaxta təsadüf etməsini zəruriləşdirir. Cəlal əd-Din Süyuti deyir: "Heç bir zaman İslamda namaz "Fatihə"siz olmamışdır" .
Sözügedən üç versiyanı müəyyən şəkildə bir yerə toplamaq olar. Çünki "Ələq" surəsinin ilk üç yaxud beş ayəsinin besət zamanı nazil olmasına şübhə yoxdur. Bu, yekdil versiyadır. Sonra "Müddəssir" surəsinin əvvəlindən bir neçə ayə nazil olmuşdur. Lakin Peyğəmbərə (s) nazil olan ilk bütöv surə "Həmd" surəsidir. Besətin əvvəlində "Ələq" və ya "Müddəssir" surələrinin bir neçə ayəsi surə olaraq nazil olunmamışdır. Onlar yalnız digər ayələri də tam nazil olduqdan sonra surə adını almışlar. Bu baxımdan ilk nazil olmuş surənin "Həmd" olduğunu desək, yanılmarıq. Bu surə "Fatihə əl-kitab" (kitabı açan) adlanır. Onun namazda oxunmasının vacibliyi əhəmiyyətinin göstəricisidir. Belə ki, bu xüsusiyyət onu Qurana tay olmaq ləyaqətinə yüksəldir . "Səbən min əl-məsani" (Qurandan yeddi ayə) adlanan surə bir nəqlə görə yeddi ayədən ibarət olan "Həmd" surəsidir. Deməli, surələrin eniş ardıcıllığını onların başlanğıcı etibarı ilə nəzərə alsaq, ilk surə "Ələq", 5-ci surə isə "Həmd" surəsi olacaq. Əks təqdirdə, yəni enən tam surəni meyar hesab etsək, ilk nazil olmuş surə "Həmd" surəsi olacaq.

Allah sizə yar olsun.

Sual (34) : Salamun əleykum...Bilirik ki, Qurani Kərimin ayələrinin sayında müxtəlif nəzərələr mövcuddur. İmam Əlinin (əleyhissalam) buyuruğuna əsasən 6236 ayədir. Tarix deyir ki, səhabələr yığışıb O Həzrətdən Qurana görə nəzər verməyini istədirlər. İmam da hal-hazırda mövcud olan Quranı təsdiq etdi. Sual budur ki, bəs ayələrin sayını da O Həzrət buyurdu, yoxsa başqa bir yol ilə surələrəin sayı tərtib edildi? Yaxud səhabələr surələrdəki ayələrin sayını özləri tərtib etdi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran nə az, nə da çox, bugünkü 114 surə şəklində nazil olmuş, Peyğəmbər (s) vasitəsi ilə səhabə və tabeinin nəqli ilə bizə gəlib çatmışdır. Bu, mütəvatir rəqəmdir. Surələrin sayının bundan çox və ya az olmasına sübut yoxdur. Əlbətdə Hz. Əlinin (ə) topladığı Quranın surələrinin tərtibi fərqli olub yəni nazil olduğu tərtiblə.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün nur-az saytının kitabxanasına мüraciət edin.

Kitabın adı: Əl-Bəyan 1- ci cild Mövzu: Quran Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi.

http://kitab.nur-az.com/az/lib/view/134

Allah sizə yar olsun.

Sual (35) : Salamun əleykum. Bildiyimiz kimi Quran buyurur ki: (17:82) Biz, Qur’andan möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır. Sual: Əgər Quran şəfadırsa, onda həkimə ehtiyac varmı? Məsələn, xəstələnərkən, yaxud cərrahi əməliyyat olmaq istərkən Qurana pənah aparmaq və sığınmaq olmazmı? Daha həkimə nə ehtiyac var?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şəfa ilə dava-dərman fərqlidir. Dava və müalicənin nəticəsi şəfadır. Allah Quranı dava yox şəfa adlandırır. Mümkündür insan dava-dərman qəbul etsin amma şəfa tapmasın və eləcədə mümkündür dava-dərmansız şəfa tapsın. Həmçinin dava-dərmanla təkcə cismi xəstəliklər müalicə olur, amma şəfa həm cismi və həmdə ruhi və psixoloji xəstəliklərində əlacıdır.

Allah sizə yar olsun.

Sual (36) : salam. Qummi, Təfsirul qummi kitabının muqəddiməsində səh-7,8,9,10-da yazıb. Heç şübhəsiz ki, Quranda dəyişilmiş, dəyişdirilmiş və Allahın Quranı Muhamməd (s.a.s) nazil etdiyinin əksinə olan yerlər var. Sonra iddia etdiyi dəyişilmiş, dəyişdirilmiş ayələrə açıqlıq gətirir. (Necə dəyişdirildiyin izah edir) ▲▲▲▲ Bu 3 ▼▼▼▼▼ Məclisi Miratul uqul 11-cild 536-səhifədə deyir. Həqiqətən Quranın naqisliyi və Quranın dəyişdirildiyi barədə açıq aydın səhih hədislər çoxdur. Bu hədislər mənaca Mutavatir dərəcəsindədir. Təhrif barədə olan hədisləri rədd etmək imamət barədə olan hədisləri aradan qaldırmağı labud edir. Çünki Bu barədə olan hədislər imamət barədə olan hədislərdən heçdə az deyil. ▲▲▲▲▲ Bu 4 Əbdul Həsən Əl Amili. Yusuf əl-Bəhrani, Lüblübətul bəhreyn səhifə 107 -də. Ağabozorq ət-Tehrani, Əz zaria 20-cild səhifə 264-də Əbdul həsən Əl Amili barəsində deyir. Bu alim şiə alimlərinin ən böyük fiqh alimlərindən biridir. Bütün şiələr, Şiə Alimləri onu övmüş, onun elmini təqdir və təstiq etmişdir. Və həqiqətən o, şiənin fəxridir. Əbdulhəsən Əl-Amili, Məclisi kimi Quranın təhrif olunduğu barədə olan hədislərin mutavatir dərəcədə səhih olduğunu təstiq edir Quranın təhrif olduğun deyən başqa şiə alimləri, və kitabları. 1) Əbulqasım əl-Kufi. ƏL-İstiğətu fir bilə əssəbəti, səhifə 25. 2) Əl-Ərdəbili. Həqiqətu – Şiə, səhifə 118,119, 3) Əli Əsğar. Bəqaiul şiə. Səhifə 27. 4) Əl-Karşanini. Təfsirul safi 1-cild, səhifə 32 (Qədim çap) 5) Kaşani. Hidayətu talibin. Səhifə 368. 6) Məclisi. Firqətul əl inmə. Səhifə 49 və Həyatul Qulub 2-cild, səhifə 681. 7) Muhamməd Kamil əl-xorasani. Kifayətul usul, səhifə 284,285-də. 8) Mirzə Əfibillah əl-Xoi. Mirhəcul Bəraə 2-cild 119,120-səhifələrdə. 9) Mirzə Muhamməd Əl-İstihəni. Mikəul makarim, 1-cild, səhifə 58,89,60,61,62. 10) Əl-Mazandarani.Nurul əfsəl, səhifə 426,428,439,442. 11) Əli Əl-Bəhdəhəni. Nisbəlul hidayə, səhifə 246. 12) İbn Şazan. Əl-Fədlul kitab, səhifə 151. 13) Murtəza Əl-Ənsari. Firavul usul, 1-cild, səhifə 66. 14) Əli əl-Kurani. Asrulzuhul, səhifə 28. 15) Muhamməd Huseyin Əl-Aləmi. Dəirətul məarif, 14-cild, səhifə 313,314,315. 16) Əhməd əl-Cəzairi. Qəlaidur əd-duar, 1- cild, səhifə 21. 17) Əbutalib ət-Təbərsi. Manhuəl bəhdi, səhifə 520. bu barede mene deqiq melumat vere bilersiz?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həm şiə, həm də sünni məzhəbinə mənsub böyük alimlər Qurani-kərimin təhrif edilmədiyini qətiyyətlə bildirmiş və bu əqidəni öz mənsub olduqları məzhəbin görüşü kimi dəyərləndirmişlər. Lakin hədis məcmuələrində rast gəldiyimiz bəzi rəvayətlər Qurandan müəyyən ayə və surələrin çıxarıldığını, hazırki Quranın Peyğəmbər zamanındakı Qurandan fərqləndiyini iddia etməkdədir. Bu rəvayətlərin məzmunu Qurani-kərimin yuxarıda göstərilmiş ayəsinin möhkəm hökmünə zidd olduğu üçün, doğru sayıla bilməz. Çünki hər hansı hədis Quranla ziddiyyət təşkil edərsə, müsəlmanların vəzifəsi Quranı əsas tutmaq və həmin hədisi etibarsız saymaqdır. Quranın təhrif edilməsi inancı uzun əsrlər boyunca şiə məzhəbinə aid edilmiş və bu məzhəbin əleyhinə yazılan radikal məzmunlu kitablarda şiəliyin haqsızlığına sübut kimi gətirilmişdir. Əslində isə, şiə məzhəbində belə bir inanc yoxdur. Doğrudur, XVII-XVIII əsrlərdə şiəlik daxilində güclü mövqeyə malik olmuş əxbarilik cərəyanının nümayəndələri arasında Quranın təhrif olunduğuna inananlar var idi. Məlum olduğu kimi, əxbarilər ictihadı qəbul etmir, dini hökmləri yalnız Qurandan və sünnədən əldə etməyi düzgün sayır, bütün hədisləri mötəbər bilir, bu gün zəif bilinən rəvayətlərin belə, doğruluğuna inanırdılar. Ona görə də, onların Quran təhrifi barədə zəif rəvayətlərə inanmaları təbiidir. Lakin şiəliyin əsil ruhunu təmsil edən üsuli məktəbində Quranın hər cür təhrifdən uzaq olduğu əqidəsi mütləq mənada hakimdir. Ona görə də, şiə məzhəbinin ən özəl xüsusiyyəti olan ictihad ənənəsini danan əxbarilərin sözünü bütünlükdə bu məzhəbin adına yazmaq ən azı ədalətsizlikdir.

Şiəliyin ən böyük ideoloqlarından sayılan Şeyx Səduq ibni Babaveyh, Şeyx Müfid, Şeyx Әbu Cəfər Tusi, Seyid Mürtəza, Seyid Rəzi, Əllamə Təbrisi, Şeyx Bəhai, Feyz Kaşani, Şeyx Cəfər Kaşifül-qita, Әllamə Behbəhani, Seyyid Әbul Qasim Хoyi, İmam Xumeyni, müasir müctehidlərin hamısı və başqaları Qurani-kərimin təhrifdən uzaq olduğunu öz əsərlərində qətiyyətlə bəyan etmişlər. Məsələn, Şeyx Səduq şiə məzhəbinin əqidə əsaslarına həsr etdiyi «əl-Etiqadat» kitabında yazır: «Əsil Quran indi camaatın əlində olanla eynidir… Hər kim desə ki, biz (şiələr) əsil Quranın həcmcə bundan çox olduğunu söyləyirik, o adam yalan demiş olar». Şiə məzhəbinin ən mötəbər təfsir mənbələrindən sayılan «Məcməül-bəyan» kitabının müəllifi Şeyx Fəzl ibn Həsən Təbrisi isə adı çəkilən əsərin müqəddiməsində bu məsələyə ayrıca fəsl ayırıb. O, təhrif barədə hədislərin mövcudluğunu etiraf etsə də, «alimlərimizin məzhəbi (yolu) bu fikrin əksinin doğru olduğunu göstərir» deyə, təhrif inancına qarşı çıxır, özündən əvvəl yaşamış Seyyid Mürtəzanın bu mövzudakı sübutlarını ortaya qoyur. Əllamə Hilli buyurur: Haqq budur ki Quranda heçbir təhrif baş verməyib. Quranın təhrifi barədə şiə mənbələrindəki hədisləri incələyərkən, onların əksəriyyətinin sənədində nöqsanlar olduğunu görürük. Məsələn, bu hədislərin raviləri sırasında yer tutan Əhməd ibn Mühəmməd Səyyari, Hüseyn ibn Zibyan, Əli ibn Əhməd Kufi kimi şəxslər rical alimləri tərəfindən etimadsız sayılırlar. Həmçinin, təhrif hədislərinin nəql olunduğu ilkin mənbələrin də bir çoxu şiə məzhəbində çox da mötəbər sayılmayan kitablardır (məsələn, Süleym ibn Qeys Hilalinin kitabı).

Burada bir məsələni də qeyd etmək lazımdır: Quranın təhrif olunduğu barədə hədislər yalnız şiə mənbələrində deyil, sünni mənbələrində də mövcuddur. İkinci xəlifə Ömər ibn Xəttabdan rəvayət edilən və Qurani-kərimin 1 milyon 127 min hərfdən ibarət olduğunu bildirən xəbər (halbuki, hazırki Qurani-kərimin hərflərinin sayı heç 350 minə çatmır ki, bu da yuxarıda göstərilən ədədin üçdən-bir hissəsindən də azdır), Qurani-kərimdə rəcm (daşqalaq etmə) cəzası və süd vermə hökmü barədə ayələrin vaxtilə mövcud olub, sonra Qurandan çıxarılması, Qurani-kərimdə əvvəllər «Həfd» və «Xəl» adlı iki əlavə surənin olması, Peyğəmbərin sağlığında «Əhzab» surəsinin 200 ayədən ibarət olub, Osman zamanında Quranın toplandığı vaxt ixtisar edilməsi haqqında rəvayətlər və s. (bax: «Sünənü İbn Macə», «Hüdud» kitabı, 2553-cü hədis; «Səhihül-Müslim», «Hüdud» kitabı, 4418-ci hədis və «Riza» kitabı, 3597-3598-ci hədislər; «Səhihü Buxari», «Etisam» kitabı, 7323-cü hədis; «Müsnədü Əhməd ibn Hənbəl», I, 47 və II, 40; «Təfsirül-Qurtubi», «Əhzab» surəsi təfsirinin girişi, XVII, 48).

Əhli-sünnət alimlərinin arasında Quranın təhrif olması ilə bağlı kitab yazanlarda olub. Misirli müasir alim Əl-Əzhərin ustadı olmuş Mühəmməd Əl-Xətib "Əl-Furqan fi təhrifil Quran" adlı kitab yazıb Quranın təhrif olması barədə, ya qədim alimlərindən Əbu Davud Sicistani vəfatı 316 h.q "Əlmüshəf" adlı kitabında təhrifi isbat edir. Alusi (1270 h.q) ki, vəhabi əqidəlidir yazır: Quranın təhrif olması ilə bağlı Əhli-sünnət kitablarında hədsiz dərəcədə hədislər mövcuddur. Ruhul Məani cild-1 səh 24. Əbdul-Vəhab Şərani (973) yazır: Əgər bəzi imanı zəif müsəlmanlar əqidəsində sarsılmasaydı Osmanın müshəfindən düşən ayələri qeyd edərdim. Kibritul-Əhmər səh 143 və s…

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbələrə мüraciət edin.

Kitabın adı: Quran təhrif olunmayıb Mövzu: Quran Müəllif: Şeyx Məhəmmədcavad Fazil Lənkərani

http://kitab.nur-az.com/az/lib/view/272

Kitabın adı: Əl-Bəyan 1-2 ci cild Mövzu: Quran Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi.

http://kitab.nur-az.com/az/lib/view/134

http://kitab.nur-az.com/az/lib/view/135

Bu cavabın hazırlanmasında Natiq Rəhimovun məqaləsindən istifadə olunub.

Allah sizə yar olsun.

Sual (37) : 1- Muqqedes Qurani Kerim nece il erzinde nazil olub ve hansi weherlerde bu haqqda geniw melumat mumkunse ...? 2- QURANI KERIMDE AXIRINCI NAZIL OLAN SURE HANSUI SUREDIR eger mumkunse tez cavablandirin

Bismillahir-rəhmanir-rəhim.

 1. Quran 23 il ərzində Məkkə və Mədinədə nazil olub. 

2. Axrıncı nazil olan surə Nəsr surəsidir.

Allah sizə yar olsun.

Sual (38) : Salam aleykum .bir sualim var mumkunse cavablandirin Paygemberimiz S ilk vehy hiranur daqinda ibadetde olanda gelmiwdir bes bu quranda hansisa surede bildirilirmi?..Evelceden tewekkurler Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, Quranda bu məsələyə işarə olunmayıb. Peyğəmbər (s) və Əhli-beytdən bu haqda hədislər nəql olunub.

Allah sizə yar olsun.

Sual (39) : Salamaleykum,ehli sunne alimlerinde hansilar Quranin tehrif olunmasini deyibler?Senedleri hansilardir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu barədə təhqiq etməmişik amma əhli-sünnət alimlərindən Quranın təhrif olması ilə bağlı kitab yazanlarda olub. Misirli müasir alim Əl-Əzhər universitetinin ustadı olmuş Mühəmməd Əl-Xətib "Əl-Furqan fi təhrifil Quran" adlı kitab yazıb Quranın təhrif olması barədə, ya qədim alimlərindən Əbu Davud Sicistani vəfatı 316 h.q "Əlmüshəf" adlı kitabında təhrifi isbat edir. Alusi (1270 h.q) ki, vəhabi əqidəlidir yazır: Quranın təhrif olması ilə bağlı Əhli-sünnət kitablarında hədsiz dərəcədə hədislər mövcuddur. Ruhul Məani cild-1 səh 24. Əbdul-Vəhab Şərani (973) yazır: Əgər bəzi imanı zəif müsəlmanlar əqidəsində sarsılmasaydı Osmanın müshəfindən düşən ayələri qeyd edərdim. Kibritul-Əhmər səh 143 və s.
Allah sizə yar olsun.
Sual (40) : Bismillahir Rəhmanir Rəhim salam aleykum qardaşlar. Sizə Quranla əlaqədar bir neçə sualim vvar mnə kömək etsəniz şad olaram. Quranda bəzən biz deyə ayələr var ki Məsələn deyirki Biz qüdrət sahibiyik. Niyə məhz biz deyilir? Biz yəni kimlərdi? 2ci sualim isə Qədr surəsindəki Ruh haqdadi. O ruh ddikdə nə nəzərdə tutur. Əgər Cəbrail (ə) disa O mələkdi mən bildiyim qədər. 3cu sualm isə dəstamazin batili haqda bize melumat vere bilersiz, yada hardan melumat ala bilerik

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Allah-təala bəzi işləri mələklərin vasitəsi ilə əncam verir məsələn insanın canın mələk alır, ruzini mələk paylayır Allahın əmri ilə və s. Bəzən Allahın Quranda “biz” əvəzliyini işlətməsi Onun böyüklük və əzəmətini ifadə etmək üçündür. Adətən vasitəsiz olan işlərdə Allah-təala mən, vasitə olan yerdə Allah biz deyir.

2. Ruhun nə olması barədə müxtəlif nəzərlər var. Bəzi hədislərdə ruhdan məqsəd Hz. Cəbrail olmağı qeyd olunur. Başqa nəzər budur ki, ruh ən əzəmətli mələkdir. Bəzi alimlər isə ruhu Allahın xilqətdə olan vasitəsiz təsərrüfünü yazırlar, necə ki, Allah insanı yaradanda belə buyurur: Sad / 72. Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün.» 

3. Məsələ 322: Yeddi şey dəstəmazı batil edir:

 1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl (nəmlik) də bövl hökmündədir.

2. Ğait (nəcis).

3. Mə`də və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.

4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.

5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.

6. İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları.

7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
Allah sizə yar olsun.

Go to TOP