Sual (21) : Salam Aleykum. Istela(qalin) herfleri bunlardir:sad,zad,qaf,ta,za,ģayn,xa? sag olun.

Əleykumus-salam.

Bəli, istela hərifləri yazdıqlarınızdır. 

خ ـ ص ـ ض ـ ط ـ ظ ـ غ ـ ق 
Allah sizə yar olsun.
Sual (22) : Salam Aleykum..movzuyla tam elaqesi yoxdu..ama internetde tam deqiq cavab tapa bilmedim..Qurani Mehemmed Peygember oz elleriyle sexsen ozu mu yazib..ve Quran ilk defe sehifeler seklinde kim terefinden ve texminen ne vaxt toplanib? evvelceden tesekurler..Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran surə və ayələrin cəmindən təşkil olunmuş bir kitabdır ki, besətdən sonra müxtəlif şəraitlərdə əziz islam peyğəmbəri Həzrət Muhəmmədə (s) nazil olmuşdur. Quranın nazil olması ayə-ayə və surə-surə şəkilində Peygəmbəri-Əkrəmin ömrünün sonunadək davam etmişdir.Əziz Peygəmbərimiz(s) nazil olan ayələri öz səhabələrinə oxuyurdu və onlarda ayələri əzbərləyib yazırdılar. Bəzi alimlərin fikrinə görə Quran Peyğəmbərin (s) öz zamanında kitab halına salınmışdır. Amma vahid nüsxə kimi 3-cü xəlifə Osmanın zamanında edildi.
Allah sizə yar olsun.
Sual (23) : NIYE QURANI KERIMDE BUTUN PEYGEMBERLERIN ADI CEKILMEYIB?
Ad: Alisan, Ölkə: GURCUSTAN, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Qurani- Kərim tarix və lüğət kitabı deyildir ki, orada bütün peyğəmbərlərin tarixçələrini, adlarını və yaşayış tərzlərini arayıb axtaraq.

Əksinə Quran insanları hidayət edən, nəfsi saflaşdıran,insanlar üçün təlim-tərbiyə göstəricisi oan ilahi bir kitabdır.

Qurani-Kərimin bu hədəfi bir çox peyğəmbərlərin adlarının çəkilməməsi üçün əsas səbəbidir. Bəzi peyğəmbərlərin adlarının və həyat tərzlərinin Quranda qeyd olunması, onların tarixləri ilə tanış olmağımız üçün deyil, əksinə onların müsibətlərindən və qövmlərinin axır-aqibətlərindən ibrət almağımız üçüdür. Əgər adları Quranda gəlməyən peyğəmbərlərin həyatından bizim üçün daha faydalı mətləblər olsaydı Quran onu mütləq qeyd edərdi.

Başqa sözlə desək Qurani-Kərim insanların təlim-tərbiyəsi, həmçinin İlahi əmrlərin insanların qəlbində daha əsaslı və möhkəm yer tapması üçün tarixin hikmətli və ibrətamiz hissələrindən (epizodlarından) istifadə etmişdir. Bir sözlə Qurani-Kərim heç vaxt tarix ensklopediya kitabı məqsədi ilə yazılmamışdır. Misal üçün; Həzrət Musanın (ə) adı Quranın 28 surəsində və yüzdən çox çəkilmişdir. Amma o mətləblər heç vaxt tarix ünvanında qeyd olunmamışdır. Qurani-Kərim heç bir peyğəmbər haqqında tarix qeyd etməmişdir. (onların dünyaya gəlməsi, vəfatı və sair..) amma həzrət Musanın (ə) və digər peyğəmbərlərin həyatında olan bütün ibrətamiz və faydalı mətləbləri gətirmişdir. Həmçinin Quran nazil olan zamanda (Quranın əsrində) insanların savadsızlığı, başqa yaxın və uzaq qövmlərdən, o cümlədən onların həyat tərzlərindən və peyğəmbərlərindən xəbərsiz olmaları bir çox peyğəmbərlərin adlarının Quranda gəlməməsinə səbəb ola bilər.

Allah sizə yar olsun.

Sual (24) : Salam-aleykum. Istixarede Hecc:39 nece yozulur? Nedense bu aye istixarenin izahi kitabinda yoxdur. Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həcc ayə 39.
İstixarənin cavabı yaxşıdır inşallah.
Əgər sizə təzyiq etsələr sizdə şəri çərçivədə müqavimət göstərin.
Allahdan kömək istəyin. Əgər sizi inkar etsələr narahat olmayın. Zaman hər şeyi göstərəcək.

Allah sizə yar olsun.

Sual (25) : assalamu aleykum! peyqemberimizin dovrunde quran kitab seklinde olub, yoxsa sonradan kitab sekline salinib? eger sonradan salinibsa, onda kim terefinden salinib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Uyğun мövzuda ətraflı мəluмat əldə etмək üçün nur-az saytının kitabxanasına мüraciət edin.

Kitabın adı: Əl-Bəyan 1- ci cild Mövzu: Quran Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi.

DOQQUZUNCU FƏSİL

QURANIN YIĞILIB KİTAB HALINA SALINMASI
http://kitab.nur-az.com/az/lib/view/134

Allah sizə yar olsun.
Sual (26) : (Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Qəsəs suresi 14 cu aye İstixarede bu aye cixib niyyete mumkunse tefsir ve izahindan yazardiz.Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

İstixarənizin cavabı yaxşıdır inşəllah.
Başqalarından xəbərsiz, diqqət və elmlə başlayın. Sizə aid olmayan işlərdən uzaq qalın. İşin bütün mərhələlərində Allahdan kömək istəyin.

Allah sizə yar olsun.

Sual (27) : Salamun aleykum . Ayətəl-kursi Bəqərə surəsinin təkcə 255-ci ayəsidir yoxsa 256-257-ci ayələr də ona daxildir? Hədislərdə deyiləndə ki 2 rikətli namaz qılın namazın birinci rikətində fatihədən sonra ayətəl-kursini oxuyun burda ayətəl-kursidən məqsəd hansı ayələrdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əksər rəvayətlər və təfsir alimləri yalnız 255-ci ayəni Ayətəl-kürsi hesab edirlər, amma bəzi hədislərdə ondan sonra gələn iki ayəni (256 və 257) oxumaqda sifariş olunub. Ayətəl-kürsi olan namazlarda təkcə 255-ci ayəni oxumaq kifayətdir, amma daha yaxşı olar hər üç ayə oxunsun.
Müctehidlərin bu barədə xüsusi ilə vəhşət namazında olan nəzərini bilmək üçün saytın fiqhi bölməsinə müraciət edin.

Allah sizə yar olsun.

Sual (28) : Salamun aleykum . Suallarım üç bənddən ibarət olacaq . ona görə xahiş edirəm ayrı-ayrılıqda cavablandırasınız . 1. Bəzi quran oxuyanlar qurani-rərimin qiraətində təcvid qaydalarına qətiyyən riayət etmirlər . Hətta hərflərin məxrəclərinə düzgün riayət etmirlər . bu halda onların quran oxumasının hökmü nədir? 2. Qurani-kərimin qiraətində qari istela və istefal hərflərinin tələffüzündə təcvid kitablarının göstərişlərinə əməl etməsə yəni incə tələffüz etməli olduğu hərfləri qalın tələffüz edərsə və əksinə . Bu halda onun quran oxuması düzgün oxunuş sayılırmı? 3.Qari Qurani-kərimi təcvid qaydalarına tam mükəmməl riayət etməklə oxuyur ama ərəb dilini bilmədiyindən mənalarını bilmir /sözsüz ki quranın tərcüməsindən istifadə edir/ bu halda onun quranı üzündən oxumasının savabı varmı?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Təcvid qaydaları Quran oxuyanda məna dəyişmədiyi təqdirdə vacib deyil, baxmayaraq ki, riayət etmək gözəldir. Bəzi şəraitdə o cümlədən camaat namazında pişnamaz dura bilməz. Amma bu halda özləri üçün Quran oxumağın eybi yoxdur.
2. Məna dəyişməsə düzgündür. Əlbətdə Quaran qarisi üçün bu nöqsandır.
Düz tələffüz etmək o həddə lazımdır ki, ərəb onu səhih ərəb dilində bilsin. Lakin təcvid alimlərinin qeyd etdikləri dəqiq nöqtələri gözləmək lazım (vacib) deyil. Hərçənd təcvid qaydalarına riayət etməkdə yaxşıdır.
3.Quranı başa düşməsəkdə ərəbcəsin üzündən oxumağ sifariş olunub və bunun çoxlu savab, xeyr və bərəkəti hədislərdə qeyd olunub. Quran nurdur, Quran qəlblər üçün şəfadır, Quran ilahi rəhmətdir, hətta üzündən oxumağın savabı əzbərdən oxumaqdan daha çoxdur vəeləcədə Quranın yazılarına baxmaqlıq belə savab və ibadətdir. Əlbətdə Quranın məna və məfhumunuda gərək bilək, onun üçün tərcümə və təfsirlərə baxaq. Bu bəhanə ilə ki, mənasını başa düşmürəm bəs ərəbcəsinidə oxumayım düzgün deyil, Quran Allah kəlamıdır Quran oxuyanda Allah bizimlə danışır namaz qılanda biz Allahla danışırıq.

Allah sizə yar olsun.
Sual (29) : Salamun aleykum . Sualım qurani kərimin qiraəti haqdadır . Qurani kərimdə bəstatən kəlməsində sad hərfinin üstündə sin hərfi qoyulur . Bu halda qari həmən kəlməni mütləqdir ki sinlə oxusun yoxsa həm sin ilə həm sad ilə oxuya bilər? və hansı ilə oxunması daha yaxşıdır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranda 2 yerdə sad (ص) hərfinin üzərində sin (س) hərfi qoyulub, Bəqərə - 245, Əraf - 69. Bu iki yerdə sinlə (س) oxumaq məşhur və daha yaxşıdır, amma sadla oxumaqda səhv deyil. İki yerdəisə sad hərfinin altında sin hərfi yazılıb ki, sadla oxumaq üstündür.

Allah sizə yar olsun.

Sual (30) : Bismillah. Salamun aleykum. Hər surənin başlanqıcındaki Bismilləhir Rəhmanir Rahim o surənin 1-ci ayəsi sayılır?? Yoxsa onu zikr eləməy təkidli mustəhəbdi?? Yeni ona əsasən əgər Bismilləh surənin 1 ayəsidi o halda Kovsər surəsi 4 ayə sayılır?? Allah sizdən razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə alimləri arasında “Bismillah” cümləsinin “Həmd” və sair surələrin tərkib hissəsi olması barədə heç bir ixtilaf gözə dəymir. “Bismillahın Quran surələrində yazılması bu məsələnin sübutu üçün canlı bir şahiddir. Çünki, bildiyimiz kimi, Quranın mətninə Peyğəmbəri-əkrəmin (s.ə.v.v) dövründən indiyə qədər heç nə artırılmamış və heç nə dəyişilməmişdir.
İmam Sadiqin (ə) dostlarından olan Müaviyət ibni Əmmar deyir: İmamdan soruşdum ki, namaz qılmaq istəyəndə “Həmd” surəsini qurtardıqdan sonra növbəti surəni başlayanda “Bismillahı deyimmi?” Buyurdu: “Bəli.
Sünnü alimlərindən olan Dar Qutni bir hədisdə səhih sənədlər əsasında nəql edir ki, bir nəfər İmam Əlidən (ə) soruşdu: “Səbül-məsani” nə deməkdir?
Həzrət buyurdu: O, “Həmd” surəsidir. Kişi yenə soruşdu: “Həmd surəsi altı ayə deyildirmi?” İmam buyurdu: “Bismillahir-rəhmanir-rəhim” də o ayələrdən biridir.
Bundan əlavə, müsəlmanlar həmişə Quranı tilavət edəndə “Bismillahı hər surənin əvvəlində oxuyurdular. Təvatür əsasında isbat olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v) də onu hər surənin əvvəlində tilavət edirdi.
Bir rəvayətdə nəql olunmuşdur ki, Əmirəl-möminin-dən (ə) soruşdular: “Bismillahir-rəhmanir-rəhim” “Fatihə” surəsinin tərkib hissəsidirmi? Həzrət buyurdu: Bəli, Rəsuli-əkrəm onu qiraət edirdi və onu “Fatihə” surəsinin bir hissəsi sayır və buyururdu ki, “Fatihətul-kitab” “Səb-ül-məsani”dir və yeddi ayədir.
Bismillah surənin tərkib hissəsi olmağına baxmayaraq surəyə tabe deyil, ümumidir. Ondan sonra hər surə oxunarsa ona tabe olar.
Bəzi əhli sünnət alimləri Bismillahı heç bir surənin cüzü və hissəsi bilmirlər. Əlbətdə əhli sünnət alimləri arasında bu barədə çoxlu ixtilaf var.

Allah sizə yar olsun.

Go to TOP