Sual (81) : Mene zehmet olmasa 21-ci surenin 30-cu ayesinin tesfiri haqqinda melumat verin.

Bismillahir-rəhmanir-rəhim.

AYƏ 30:
أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ
“Kafirlər görmürlərmi ki, göylərlə yer bir-birinə bitişik ikən Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq. Yenədəmi iman gətirməzlər?”
Nöqtələr
Göylərin və yerin bitişikliyi və bir-birindən ayrılması ilə bağlı müxtəlif izahatlar var:
a) Yer və göy yaranışın əvvəlində eyni kütlə idi. Böyük qaz toplumu olan bu kütlə daxili partlayışlar və hərəkətlər nəticəsində tədricən bir-birindən ayrılmışdır.
b) Göyün və yerin ilkin maddəsi əvvəlcə eyni olub. Zaman ötdükcə onlar yeni forma alıb.
v) Göyün bağlı olması dedikdə, yağıntının olmaması, yerin bağlı olması dedikdə, otların cücərməməsi nəzərdə tutulur. Allah bu bağlılıqları açmış, səmadan yağış nazil etmiş, yerdən otlar cücərtmişdir.[549]
Su insan və heyvanın yaranış qaynağıdır. İnsan və heyvan orqanizminin 70%-ni su təşkil edir. Otların həyatı sudan asılıdır.
Bildirişlər
1. Təbiətin məqsədli müşahidəsi iman əldən etmək üçün vasitədir.
2. Təbiət aləminin fərqli dövrləri olmuşdur.
3. Cansızlıq və bağlılıqda fayda yoxdur. Həyat qaynağı açılışdır.
4. Bütün canlı varlıqların başlanğıcı sudandır.

Allah sizə yar olsun.

Sual (82) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sualım bu idi ki, Ayətəl Kürsi Qurani-Kərimin ən əzəmətli ayəsidir (Əl-Bəqərə surəsinin 255 ayəsidir) amma çox vaxt rast gəlirəm, 255, 256, 257 ayələri. Yəni belə olmalıdır, yoxsa təkcə 255-ci ayədən ibarətdir? Әllаhu lа ilаhә illа huvәl-hәyyul-qәyyum, lа tәхuzuhu sinәtun vә lа nәvm, lәhu mа fis-sәmаvаti vә mа fil-әrz, mәn zәl-lәzi yәşfәu indәhu illа bi-iznihi, yәlәmu mа bәynә әydihim vә mа хәlfәhum, vә lа yuhitunә bişәyin min ilmihi illа bimа şа-ә, vәsiә kursiyyuhus-sәmаvаti vәl-әrz, vә lа yәuduhu hifzuhumа, vә huvәl-Әliyyul-Әzim (255). Lа ikrаhә fid-din, qәd tәbәyyәnәr-ruşdu minәl-ğәyy, fәmәn yәkfur bit-tаğuti vә yumin billаhi fәqәdis-tәmsәkә bil-urvәtil-vusqа, lәn-fisаmә lәhа, vәllаhu Sәmiun Әlim (256). Әllаhu vәliyyul-lәzinә аmәnu yuхricuhum minәz-zulumаti ilәn-nur, vәllәzinә kәfәru әvliyаuhumut-tаğutu yuхricunәhum minәn-nuri ilәz-zulumаt, ulаikә әshаbun-nаri hum fihа хаlidun(257). Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əyətəl-kürsü bir ayədir yəni 255 ci ayə amma ehtiyata əsasən vəhşət namazında hər 3 ayəni (255-256-257) oxumaq lazımdır.

Allah sizə yar olsun.

Sual (83) : Sual: assalamu aleykum! nur suresi 11-ci aye aiseyede aiddirmi? umumiyyetle bu aye barede tefsir verin. Nur Mədəniyyət Mərkəzi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayə 11:

﴿إِنَّ الَّذِينَ جَاؤُوا بِالْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم بَلْ هُوَ خَيْرٌ لَّكُمْ لِكُلِّ امْرِئٍ مِّنْهُم مَّا اكْتَسَبَ مِنَ الْإِثْمِ وَالَّذِي تَوَلَّى كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ﴾

“Şübhəsiz, araya böyük yalan gətirənlər özünüzdən təşkil olunmuş bir dəstədir. Onu özünüz üçün şər saymayın. Bəlkə də, o (sonda) sizin xeyrinizədir. Onlardan hər biri yol verdiyi günah həddində cəzalandırılar. Günahın böyük hissəsini öhdəsinə götürən kəs üçün isə böyük bir əzab var.”

Nöqtələr
●“İfk” sözününlüğətdəmə’nasıhaqdanbatiləyönəlmədir. Böhtandabirnövhaqqıört-basdıretmək, batiliüzəçıxarmaqdır.

●Bə’zitəfsirçilərbuayəninnazilolmaşə’nihaqqındadeyirlər: HəzrətPeyğəmbər (s) hərsəfərdəpüşkatıbzövcələrindənbiriniözüiləgötürərdi. O, BəniMüstələqdöyüşündəAyişəniözüiləapardı. DöyüşbaşaçatdıqdansonraxalqMədinəyədöndü. Ayişəyuyunmaqvəyaboyunbağısınınitmişdənəsinitapmaqüçünkarvandangeriqaldı. Ayişəningeridəqaldığınıgörənsəhabələrdənbirionukarvanaçatdırdı. Bə’ziləriAyişəvəhəminsəhabəyəböhtanatdılar. BusözxalqarasındayayıldıvəPeyğəmbər (s) narahatoldu. Ayişəböhtanındərdindənatasıevinəgedibhazırkıayənazilolanadəkgözyaşıaxıtdı.[1]

●Başqabirqruptəfsirçi, xüsusiilə “Ətyəbul-bəyan” təfsirininmüəllifimüəyyənrəvayətlərəəsaslanaraqbildirirki, ayəAyişəyox, Peyğəmbərin (s) başqabirzövcəsi, MariyəQibtiyyəhaqqındanazilolmuşdur. Allah-təalanınMariyəyəbəxşetdiyiİbrahimadlıövlad 18 aylığındadünyasınıdəyişdi. AyişəvəHəfsədedi: “EyPeyğəmbər (s), nəüçünağlayırsan? İbrahimsəninyox, birbaşqasınınövladıidi.” Birincivəikincixəlifədəözqızlarınınsözünütəsdiqlədilər. Həminvaxtayənaziloldu.

●ƏllaməCə’fərMurtəzayazır: “AyəMariyəQibtiyyəhaqqındanazilolmuşdur. SöhbətMariyəyəböhtanatılmasındangedir. Mariyyəiləyaxınlıqdaittihamolunanşəxsinəslindəbeləbiryaxınlığafizikiimkanıolmamışdır. BöhtanatılanvaxthəzrətPeyğəmbər (s) HəzrətƏlini (ə) məsələniaydınlaşdırmaqüçünhəminşəxsinyanınagöndərir. HəminşəxsHəzrətƏlini (ə) görübağacadırmaşır. HəzrətƏli (ə) adıçəkilənşəxsincinsiyyətüzvündənməhrumolduğunugörür. O, gördüklərinihəzrətPeyğəmbərə (s) çatdırır. Həminvaxtayənazilolur, Ayişə, Həfsəvəşeyxlərxəcaləttəriaxıdırlar. Beləcə, Mariyəninpaklığısübutayetir.

Qeydetməklazımdırki, ayəninqeydetdiyimiznazilolmasəbəbləriiləbağlısuallarvar. Ammabutəfsirinməqsədiayələrinbildirişləriniaydınlaşdırmaqdırvənazilolmasəbəbləriiləbağlıgenişaraşdırmanəzərdətutulmamışdır.

●İfkgünahındabirneçəgünahcəmlənmişdir: Yalan, mö’minəqarşısui-zənn, mö’mininincidilməsi, xəyanət, Peyğəmbərə (s) əziyyət, Peyğəmbər (s) ailəsinintəhqiri, şayiə.

Bildirişlər

1. Peyğəmbərinsəhabələriarasındaədalətsizolanlardavardı.

2. Bə’zənşayiətəşkilatiqaydada, fitnətörətməkməqsədiiləortayaatılır. (“Usbə”) dedikdətəşkilatlanmışvəməqsədlibirqrupnəzərdətutulur.)

3. Şayiədüzəldənlərsizinözaranızdadır.

4. Bə’zənqarşıyaçıxanhadisələrvəyersizböhtanlardamüəyyənfaydalarolur. (Məsələn, müxalifləriniçüzüaçılır, insanqəflətdənoyanır, məzlumailahiyardımlarnazilolur.)

5. Bədxahlarınfitnəvəböhtanlarıqarşısındayaxınlaraümidverməklazımdır.

6. İlahicəzalarədalətlidirvəözəməllərimizəmünasibdir.

7. Qruptərəfindənbaşvermişgünahdahərqrupüzvününözpayıvar.

8. İnsangünahabilərəkdənyolverdikdəmüqəssirsayılır.

9. Hərbirinsanıngünahıonunözyaxasındanyapışır.

10. Birincidərəcəliməs’uliyyətdaşıyanlarıncəzasıdaböyükolur.

Allah sizə yar olsun.

[1]“Təfsiri-İbn-Kəsir”.

Sual (84) : 1)Tovratda yazilib guya Allah-Taala dunyani 6-gune yaratdi 7-ci gun istirahete chekildi.Bu soz ne qeder duzgundur.Umimiyyetle gunlerin yaranmasi haqqinda melumatiniz varsa deyin,zehmet olmasa. 2)Bir shexs qeyri-ixlasli shekilde ve ya elde etdiyi l ya qatishiq olan ya da haram olan pulla meshcid tikse orda olunan ibadetlerden bir pay aparar?

Bismillahir-rəhmanir-rəhim.

1. «Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?

Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.

Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.

Bəs bu altı gündə hansı hadisələr baş verdi?

İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.

2. Quran buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.”

Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.”

Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.

Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.

Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Quran bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır.
İxlasla olmayan işin əvəzini Allah-təala dünyada verəcək.

Allah sizə yar olsun.

Sual (85) : Salam aleykum! Beqere suresinin 238 ci ayesinde orta namaza xususi diqqet edin menasi var. Orta namaz tefsirciler terefinden hansi namaza aiddir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ (Bəqərə/238)

TƏRCÜMƏ:

“Bütün namazları, xüsusi ilə orta namazı (zöhr namazını) qılmaqda çalışın və Allaha mütilik və itaət məqsədilə ayağa qalxın.”

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Münafiqlərdən bəziləri havanın qızmar olduğunu bə-hanə gətirərək müsəlmanların cərgəsinə təfriqə salır və camaat namazında iştirak etmirdilər. Bunun ardınca mö-minlərdən də bəzisi camaat namazında iştirak etməkdən çəkinirdilər. Peyğəmbəri-əkrəm (s) bu işdən çox narahat oldu, hətta onları ağır cəzalandırmaqla təhdid etdi. Bir hədisdə nəql olunmuşdur ki, Peyğəmbər (s) son dərəcə qızmar yay havasında zöhr namazını camaatla qılırdı. Bu namaz o həzrətin dostları üçün ən çətin namazlardan sayılırdı. Be-lə ki, camaat namazında bir-iki cərgədən artıq adam olmur-du. Buna görə də Peyğəmbər (s) buyurmuşdu: “Qərara almışam ki, bizim namazımızda iştirak etməyənlərin evlərini yandı-ram.” Bu ayə nazil olub zöhr namazının camaatla qılınması-nın əhəmiyyətini təkid etdi.

TƏFSİR:

İnsanla Allah arasında ən təsirli rabitə vasitəsi sa-yılan namaz, xüsusilə orta namaz olan günorta namazı bir çox Quran ayələrində təkid olunmuşdur. O cümlədən, qeyd olunan ayədə buyurulur ki, bütün namazların, xüsusilə orta namazın qılınmasında ciddiyyət göstərin və onun qorunma-sına çalışın, حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى

Allaha müti olub xüzu, xüşu və tam diqqətlə ayağa qal-xın: وَقُومُواْ لِلّهِ قَانِتِينَ

Havanın isti və ya soyuq olması, müxtəlif çətinliklər, dünya malı, əhli-əyal və övladlar sizi bu mühüm işdən sax-lamasın.

“Əssəlatul-vusta” kəlməsindən məqsəd zöhr namazıdır. Bu namazın daha çox təkid olunmasının səbəbi budur ki, müsəlmanların bəziləri yayın qızmar günlərində namaz qılmaq çətin olduğundan, yaxud ticarət və s. kimi işlərə başları qarışdığından ona az əhəmiyyət verirdilər.

Allah sizə yar olsun.

Sual (86) : Salam-aleykum. 1.Kehf, aye 103,104 kime aiddir? Mezhebler de nezerde tutulur? 2. Ispan futbolcularinin sinesinden "Azerbaycan'' sozunu silen Iran qazeti kime mexsusdur, niye bele edib ve ona bu cureti ne verir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. AYƏ 103:
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا
"De ki, sizə insanların ən ziyankarı haqqında xəbər verimmi?”
AYƏ 104:
الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
"O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı iş gördüklərini zənn edirdilər.”
Nöqtələr
Rəvayətlərdə bu ayənin Həzrət Əlinin (ə) vilayətini inkar edənlərə, vacib həcc vəzifəsini bu gün-sabaha salanlara aid edilir.(Bax: "Bəqərə”, 90. )
Həzrət Əli (ə) buyurur: "Ayədə ilk öncə haqq yolda olmuş, sonra dində bidətə yol verib yaxşı iş gördüyünü düşünən kitab əhli nəzərdə tutulur.” Sonra imam əlavə edir: "Nəhrəvanlılar onlardan geri qalmaz.”("Bəqərə”, 16. )
İmam Hüseyn (ə) "Ərəfə” duasında deyir: "Pərvərdigara! Yaxşılıqlarımız pislikdir, həqiqətlərimiz iddiadan başqa bir şey deyil.”
Faydalar bir-birindən fərqlənib müxtəlif dərəcəli olduğu kimi, zərərlərin də fərqli mərhələləri var; pis müamilə(Bəqərə”, 175. ); qazancsız müamilə(Əsr”, 2. ); xəsarət” adlanan zərər("Nisa”, 119. ); zərər-ziyanda qərq olmaq("Kəhf”, 103. ); böyük və aşkar xəsarət(Qariə”, 6, 9. ); hər tərəfli xəsarət.(Təfsire-Məcməül-bəyan”.)
Ziyankarlar bir neçə dəstəyə bölünür: yaxşı iş görməyənlər, yalnız dünya üçün çalışanlar, düzgün iş görmədiyini bilib çalışanlar, ziyanda olduğu halda fayda götürdüyünü güman edənlər.
İlk üç dəstə tövbə edib düzəlmək, pislikləri aradan qaldırmaq barədə düşünə bilər. Dördüncü dəstə isə heç vaxt çıxış yolu axtarmadığından ən pis dəstədir. Dünyanın halal ləzzətlərini özlərinə haram etmiş məsihi rahibləri belədir. Onlar peyğəmbərlər tərəfindən də tənqid olunur. Riyakar zahidnümalar da dördüncü dəstəyə nümunə ola bilər.
Yanlış əqidədə olub, batil üzərində möhkəm dayananlar hər tərəfli ziyan içindədirlər. Çünki hər bir işin düzgün dəyərləndirmə meyarı düzgün məqsəddir. Quran xülya və əsassız gümanlardan qaynaqlanan hesab və qənaətləri tənqid edir.
Bildirişlər
1. Peyğəmbərə insanların həqiqi fayda və zərərini bəyan etmək əmr olunub.
2. Ən yaxşı təlim-tərbiyə üsullarından biri sorğu-sualdır.
3. İnsan üçün öz zərərindən xəbərsizlik təhlükəsi var.
4. Əməl zahirdə başa çatsa da, əslində məhv olub getmir.
5. Zənn-gümana əsaslanmayaq, həqiqətpərəst olaq.
2. Təəssüf ki, bunu kim və nə üçün etdiyi barədə məlumatımız yoxdur.
Allah sizə yar olsun.
Sual (87) : Salamun aleykum-Qurani-kərim «Əhzab» surəsinin 72-ci ayəsində buyurur: «Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi.]» İnsan kimi həmin vəzifəni bizə Allah verib? yoxsa özümüz necə secdik?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əhzab /72. Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.

Əmanətdən məqsəd ilahi vilayət və dini təkliflərdir. İnsandan başqa mövcudlarda bu əmanəti qəbul etmək istedadı və qabiliyyəti yoxdur. Əmanəti qəbul etmək isə təkvini və zatı seçimdir.

Allah sizə yar olsun.



Sual (88) : salam aleykum.Allah-taala buyurur: “O kitabda Bəni-israilə xəbər verdik ki, yer üzündə iki dəfə fəsad və inadkarlıq (tüğyan) edəcəksiniz – böyük bir inadkarlıq (tüğyan).”“İsra” surəsi, ayə: 4 bu ayənin mənası nədir?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
"Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.”
Nöqtələr
Ola bilsin ki, «Bəni-İsrailin iki dəfə fəsadı» dedikdə, öncə Şəyanın şəhadəti və aramilərin müxalifəti, sonra Zəkəriyya və Yəhyanın qətlə yetirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, digər macəralar da ehtimal olunur və sonrakı ayələrdə buna işarə olunmuşdur.
Behişt istənilən şəkildə böyükyanalıq və təkəbbürdən uzaq insanlara məxsusdur. Özünü başqalarından böyük və üstün bilənlərə behiştdə yer yoxdur. ("Rəd”, 6 )
Bildirişlər
1. Səmavi kitablar gələcəkdən də xəbər vermişdir.
2. Yəhudi qövmünün keçmişi Tövratda da qeyd olunmuşdur.
3. Fəsadın insan həyatına, mədəniyyətə, iqtisadiyyata, hərbi işlərə və siyasətə aid növləri var.
4. Üstünlük istəyi və yer üzündə fəsad dünyapərəstlərin xislətlərindəndir.
5. Təkəbbür üzərində qurulmuş və təkrarlanan fəsad daha təhlükəlidir.
6. Bəzən müstəzəflər (zəif düşmüşlər) də təkəbbürə uğrayırlar.
Allah sizə yar olsun.
Sual (89) : Salam Qardas, mene İsa Peygemberin olmediyi ile bagli Qurandan ayeler lazimdi. Bir xristian istedi. Mene ayeleri deseniz cox shad olaram.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nisa surəsi ayə 157. və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər,
158. əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.
Allah sizə yar olsun.

Sual (90) : assalamu ale Sual: assalamu aleykum! maide suresinin 72-ci ayesi deqiq ayedir, yoxsa mutasabid? bu ayenin tesviri nedir? cunki xacpereslerin boyuk ekseriyyeti bu ayeye esasen kitab ehli olsalarda kafir olurlar. bele halda momin insan onlari ALLAHIN dusmeni hasab ederek firu dinin 10-cu maddesine esasen onlarla nece reftar etmelidir?ykum!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümumiyyətlə dində müsəlman olmayan kafir hesab olur. Hətta əgər Allaha şərik qoşmasalarda Hz. Muhəmməd peyğəmbəri (s) inkar etdikləri üçün kafir hesab olur.
İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;
5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır; 
Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir»109. Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».
6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır; 
Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.
7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə; 
Çünki sən öz vəzifəni yerinə yetirmisən
8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma; 
Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir
9. Pis əməllərdən çəkin;
10. Xeyir əməl üçün çalış. 
Allah sizə yar olsun.
Go to TOP