Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda bir neçə yerdə Allahdan başqasına təvəssül etməkdən və vəsilə qərar verməkdən söz açır. Maidə surəsi ayə 35-də vəsilə qərar verməyə sifariş edir: Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
Bəzi ayələrdə isə təvəssül və vəsiləyə nümunələr göstərilir.
1. Yusifin qardaşlarının ataları Yəquba təvəssülü:
Yusif surəsi ayə 97. (Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».
98. Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».
Hz. Rəsuli Əkrəmə təvəssül: Nisa surəsi ayə 64. Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.
2. Quranda Bəqərə surəsi 178 qisas və edam məsələsin Allah-təala gözəl bəyan edir.
“Ey iman gətirənlər! Qətlə yetirilənlər haqqında sizin üçün qisas (qanunu) müəyyənləşdirildi: Azad müqabilində azad, qul müqabilində qul, qadın müqabilində qadın. Əgər bir şəxsi (din) qardaşı əfv etsə (və ya qisas qanbahası ilə ödəsə) bəyənilmiş bir yol seçməlisiniz. (Qətlə yetirilənin sahibinə diyə) yaxşılıqla ödənməlidir. Bu hökm Allahınız tərəfindən yüngülləşdirmə və mərhəmətdir. Belə ki, bundan sonra təcavüz edən kəs üçün dərdli əzab vardır.”
Ayə 179. Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat var. Bəlkə siz təqva yolunu tutasınız.”
Maidə surəsi ayə 33: Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.
3. Hər zina edən edam olmur ümumiyyətlə zinada edam yoxdur. Əgər ərli arvad evli kişi ilə zina etsə (düxul olsa) və 4 nəfər şahid desə ki gördük bu kişi bu qadına düxul edən halda onda kişi və qadın daş-qalaq olur. Amma evli olmasalar 4 şahid olsa 100 şallaq vurulur.
Nur surəsi 2. (Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.)
Həmçinin baxın Nisa surəsi ayə 15.
4. Maidə surəsi 38. (Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeyd olunan ayələrdə səcdə etməkdən söhbət gedir amma torpağ üzərinə olub olmaması vurğulanmır.Allah sizə yar olsun.
Əleykumus-salam.
Əlbətdə Əbu Bəkrin Peyğəmbərlə (s) mağarada bir yerdə olmağı onun üçün heç bir fəzilət deyil. Bəzi mühəqqiqlər başqa şəxsin olmağını hesab edirlər. Ayədə Əbu Bəkrin adı çəkilməyib və bəlkə sahib sözü var ki, yoldaş və həmrah mənasındadır. Hər halda Əbu Bəkrin kafir olub kafirlərlə əlbir olmasını deməyi doğru hesab etmirik. Əbu Bəkrin qorxmağı onun kafir olmağına sübut deyil bəlkə imanının zəif olmasına dəlalət edir və müşrüklərin onu tapıb öldürməyindən qorxurdu.
Allah sizə yar olsun.
Ad: Allah bəndəsi , Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Heç şübhəsiz, Qurani-məciddə bəyan olunmuş iman, cihad, ixlas, yəqin, gözəl əxlaq, saleh əməl, gündəlik ibadət, gecə ibadəti, sədaqət, vəfa, kərəm, səxavətin kamil nümunəsi Əhli-beytdir (ə). Bu həqiqət şiə və sünni kitablarında təsdiqlənir. Uyğun mənbələrdə təsdiqlənir ki, həzrət Əli (ə) və Əhli-beyt (ə) haqqında ayələr nazil olmuşdur. Şiə və sünni kitablarında bu həqiqətin əks olunması şübhəyə yer qoymur.Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Əleykumus-salam.
34. O gün insan qaçar öz qardaşından;
35. Anasından və atasından;
36. Zövcəsindən və oğullarından.
Bəzi hədislərdə bunun nümunələridə qeyd olunur. Soruşulur bu qaçanlar kimlərdir, İmam (ə) buyurur: Qabil Habildən qaçar, Musa anasından, İbrahim onu tərbiyət edən atasından (doğma atasından yox) Lut peyğəmbər öz yoldaşından, Nuh peyğəmbər oğlu Kənandan qaçar. Hz. Musanın (ə) anasından qaçmağının səbəbi budur ki, qorxar ki, birdən anasının ona olan haqqı yerinə yetirməkdə qüsura yol vermiş olar.
Əlbətdə ayə ümumdur və başqa insanlarada şamildir və Qiyamət günü ümumiyyətlə qohumluq əlaqələri aradan gedər, «Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər». Peyğəmbər (s) buyurur: Qiyamət günü mənim nəsəbimdən (nəslimdən) başqa bütün nəsəblər qiyamət günü kəsilər.”
Quran ayəsinə əsasən Məhşər günü məsumlar və saleh bəndələr üçün heç bir qəm-qüssə və qorxu yoxdur,
Yunis surəsi 62. Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar.
Deyilənlərdən nəticə ala bilərik ki, ayə ümumi surətdə (hədisdə qeyd olanları çıxmaqla) məsumlara şamil olmur.
2. Hz. Əli (ə) səbəbin özü buyurur ki, çünki Kəbəyə bağışlananları ləyaqətsiz nəzarətçilər ələ keçirir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda iki yerdə bu məsəl gəlib:
Əl-Əraf surəsi ayə 179. Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.
Əl-Furqan / 44. Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya
düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha
azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını
instinktlə düzgün gedirlər, bunlar isə yox!)
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Bəli, kafirlərdən məqsəd Allahın hökmünü inkar edən münafiqlərdir çünki o zaman artıq kafir və müşrüklərdən qorxu qalmamışdır.
2. Əllamə Təbətəbai bəzi ayələrin mövzu ilə uyğun olmamağından ələ gətirir ki, ayələrin və surələrin tərtibi səhabələrin ictihadi ilə cəm olub çünki, bəzən Mədinədə nazil olan surələr Məkkədə nazil olanlardan qabağda qərar verilib. Təthir ayəsidə ayrıca nazil olub və ayənin əvvəli ilə əlaqəli deyil çünki, əhli-beyt kəlməsi Peyğəmbərin xanımlarına şamil olmur amma belə qərar tapması ya Peyğəmbərin (s) razılığı ilə olub və ya sonradan səhabələrin ictihadı ilə. Ayə barədə nəql olan 70 hədisdədə qeyd olunmur ki,Təthir ayəsi tamamı ilə birlikdə nazil olub və bəzi hədislərdə ayənin ayrılıqda nazıl olması vurğulanıb hətta əhli-beyt kəlməsinin Peyğəmbərin (s) xanımlarına şamil olmasını deyənlərdə ayənin bütövlükdə nazil olmasını yazmayıblar. Əl-Mizan təfsirinin tərcüməsi c. 16, səh 465-466.
3. Peyğəmbərin (s) müşürklərin nəzərində olan günahları qəsd olunur. Ayədə qeyd olunan zənb (günah) və məğfirət el arasında olan günah (Allahın əmrindən çıxmaq) və məğfirət (ilahi əzabın götürülməsi) mənada deyil bəlkə lüğəti mənada zənb yəni pis nəticələnən və təsiri olan, məğfirət isə üstünü örtmək mənadadır. Peyğəmbərin (s) bütləri sındırması və müşriklərlə mübarizəsi müşriklərin intiqam alacağı ilə nəticələnirdi amma Məkkənin fəthi ilə bu təsirin üstünü Allah örtdü.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Qadınlarla mütə (siğə) əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin!” (Nisa surəsi ayə 24) Quran müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, söylənilən ayə müvəqqəti nikahdan bəhs edir.Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbəyə мüraciət edin.
Kitabın adı: Müvəqqəti nikah (elmi
araşdırma) Müəllif: Zülfüqar
Mikayil
http://kitab.nur-az.com/az/lib/view/246
Allah sizə yar olsun.