Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَBismillahir-rəhmanir-rəhim.
52. Və bu (din və İslam şəriəti), siz (peyğəmbərlərin və nəsilləri kəsilənədək sizin ümmətləriniz)in yeganə din və şəriət olan din və şəriətinizdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsulid-din və füruid-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!
53. Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.
54. Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.
Ad: Nurlu, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qiyamət 22. O gün neçə – neçə üzlər şad-xürrəm olacaq!
23. (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.
Bismillahir-rəhmanir-rəhim.
Sad 75. (Allah) buyurdu: «Ey İblis! Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma (Adəmə) səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Hədisin leksik mənası söz deməkdir və Qurandada bu məna qəsd olunub. Həmçinin Allahın sözünün əleyhinə olan hədisdən söz gedir. Belə hədis istər adı söz olsun istər məsumlara nisbət verilsin qəbul olunmur. Hədislərin doğru olub olmamağının bir yoluda budur ki, Quranın əleyhinə olmasın.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə 35:
﴿اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونِةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُّورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاء وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
“Allah göylərin və yerin nurudur. Onun nuru çırağı olan qəndil kimidir. Bu çıraq şüşə arasındadır və o şüşə parlaq bir ulduz kimidir. Bu çıraq çox bərəkətli zeytun ağacının yağından şö’lələndirilmişdir. O (ağac) nə şərqdə, nə də qərbdədir. (Onun yağı o qədər saf və şəffafdır ki,) az qalır od toxunmamış işıqlana. O digər bir nur üstə nurdur. Allah istədiyini Öz nuru ilə hidayət edər. Allah insanlar üçün məsəllər çəkir və hər şeydən agahdır.”
Nöqtələr
●“Mişkat” dedikdəqəndil, çıraqqəfəsəsinəzərdətutulur. “Durriyy” sözüçoxnurlumə’nasınıbildirir. “Zeyt” dedikdəzeytunyağımə’nasıanlaşılır. (Bumaddəişıqlandırmavasitəsidir.)
●Nurhəmözüişıqlıdır, həmbaşqaəşyalarınişıqlanmasəbəbidir. İslamleksikonundabirneçəşey “nur” adlandırılmışdır. Ocümlədən: Qur’an, hədis, elm, əql, iman, hidayət, İslam, Peyğəmbər (s) vəmə’sumimamlar (ə).
●HəzrətƏli (ə) buyurur: “Eləbirşeygörmədimki, ondanöncə, ondansonravəonunlabirlikdəAllahıgörməmişolam.”
Səhraya boylandım, danışdı Səndən,
Suya nəzər saldım, yenə öndə Sən,
Göylərə, yerlərə, baxdımsa hara,
Gördüyüm hər zərrə Səninlə həmdəm.
●“Allahgöylərinvəyerinnurudur”, yə’niAllahgöyüvəyerihidayətedəndir. Aydınladan, zinətverən, hadikiminuraaidbütünsəciyyələrdən “üstünhidayət” mə’nasıanlaşılır. Çünkidigərayələrdədəvarlığınhidayətiqeydolunmuşdur. “Nurüzərindənur” dedikdədaimivəardıcılhidayətnəzərdətutulur.
Bildirişlər
1. VarlıqaləmiAllahınfeyzi, Onunnurundanbirişartıdır. VarlığınmöhkəmliyivədavamıOndanasılıdır.
2. Allahınnuruhəmçox, həmdəsabitdir. (Şüşəhəmnuruçoxaldır, həmdənurusönməyəqoymur.)
3. Allahnurununişığıxariciqığılcımdanyox, OnunÖzzatındandır.
4. Zeytunmübarəkbirağacdır.
5. Zeytunağacıbağınortasındaolsavəbütüngüngünəşişığındanfaydalansa, onunyağıdahaçoxolar.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Nisa surəsi 24-25. Əlbətdə Quranda hökmlərin külliyyatı gəlib xırdalıqı isə hədislərdə qeyd olunub namaz kimi.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Heç şübhəsiz, Qurani-məciddə bəyan olunmuş iman, cihad, ixlas, yəqin, gözəl əxlaq, saleh əməl, gündəlik ibadət, gecə ibadəti, sədaqət, vəfa, kərəm, səxavətin ən kamil nümunəsi Əhli-beytdir (ə).
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
● Ayə 71:
﴿وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا﴾
“Sizlərdən cəhənnəmə daxil olmayan kəs yoxdur. Bu, Rəbbin tərəfindən olan qəti bir hökmdür.”
“Təfsire-Təbəri”də yazılır: Bir gün Abdullah ibn Rəvahə xəstə halda ağlayırdı. Zövcəsi də ona qoşulmuşdu. Abdullah soruşdu: “Sən nə üçün ağlayırsan?” Zövcəsi dedi: “Sən ağladığın üçün.” Abdullah dedi: “Məni ağladan Allah-təalanın” hamınız cəhənnəmə daxil olarsınız” buyruğudur. Mən bilmirəm ki, oraya düşdükdən sonra xilas olacağam, yoxsa yox?”
Bu ayə Sirata aid ayə və rəvayətlərlə yanaşı mənalandırılmalıdır. Sirat cəhənnəm üzərindən salınmış körpüdür. Kimi asta, kimi iti - bütün insanlar bu körpüdən keçəsidirlər. Həmin vaxt bəziləri cəhənnəmə düşəsidir.
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlar cəhənnəmə daxil olar. Amma cəhənnəmin odu möminlərə zərər toxundurmaz. Necə ki, od həzrət İbrahimə təsirsiz idi.” Hamının cəhənnəmə daxil olacağını bildirən ayə ilə möminlərin cəhənnəmdən uzaq olduğunu bildirən ayələr arasında ziddiyyət yoxdur. Çünki cəhənnəmə daxil olan möminlərə Allahın lütfü sayəsində od zərər vurmaz.
Düşünmək olar ki, giriş dedikdə cəhənnəmə daxil olmaq yox, ötüb keçmək nəzərdə tutulmuşdur. Həzrət Musa haqqında deyilir: “Mədyən suyunun kənarına varid oldu.” Amma Musa suya daxil olmadı. (İmam Sadiq (ə) buyurur: “Əgər bir şəxs filan tayfanın suyuna varid oldu” deyirsə, suya daxil olmaq yox, suya çatmaq nəzərdə tutulur.
Ayədə “sizlərdən” deyərkən, ötən ayədə haqqında danışılan şeytanın tərəfdarları nəzərdə tutulur. Nicat tapan müttəqilər küfr və şirkdən nicat tapanlardır. Yəni şeytanın bütün havadarları cəhənnəmə daxil olsa da, kafirlər və müşriklər orada qalar, şirk və küfrə batmamış günahkarlar isə nəhayət cəhənnəmdən qurtularlar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Rəbbin mələklərə - “Mən yer üzündə canişin qərar verəcəyəm” dediyi zaman, mələklər dedilər: “Fəsad və qan tökənimi qərar verirsən?!. Biz sənə təsbih, həmd və təqdis edirik,” Rəbbin buyurdu: Mənim bildiyim həqiqətlər var ki, siz bilmirsiniz. (Bəqərə surəsi, ayə: 30)Ayə və imam Sadiqdən (ə) olan rəvayətə diqqət edəndə
Əbu Həmzə Somali imam Zeynülabidindən (ə) nəql edir:
Eşitdim ki, imam buyurdu: “Güman edirsiniz ki, Allah-taala sizdən başqa insan yaratmayıb?! Həqiqətən min-min adam, min-min aləmləri yaradıb və o aləmlərdən sonuncusunda yaşayırsan."
İmam Səccad, açıq şəkildə bildirir ki, indiki insan və indiki aləmdən öncə minlərlərcəsi yaranıb.
İlk insanın və o aləmlərin yaradılışından, kim bilir nə qədər zaman keçir?!
Bu məzmunda rəvayət İmam Sadiqdən (ə) də rəvayət olunub.
İmam Baqir (ə) buyurub: “Allah-təbərək və təala, yeri yaradan bəri, onda yeddi aləm yaradıb. Onalrın heç biri, Adəmin nəslindən olmayıb. Onları, torpaqdan yaratdı və bir-birinin arxasınca yer üzündə qərar verdi. Sonra Adəmi yaratdı, arxasınca da onun nəslini və övladlarını."
Allah sizə yar olsun.