Sual (51) : Salam.Ali-İmran surəsi 26 ayəsinin təfsirini yazardızda.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

AYƏ 26:

﴿ قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
TƏRCÜMƏ:

«De: Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyirin (həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»
TƏFSİR:

«Məcməul-bəyan» təfsirində, eləcə də Fəxri Razinin «Təfsiri kəbir»ində oxuyuruq ki, Peyğəmbəri-Əkrəm (s) Məkkəni fəth etdikdən sonra İran və Romanın da fəth olunacağını müsəlmanlara müjdə verdikdə münafiqlər çox təəccüblə bir-birinə baxırdılar. Bu zaman yuxarıdakı ayə nazil oldu.

Bəziləri də bu ayənin «Xəndək» müharibəsində xəndəyin qazıldığı zaman nazil olduğunu demişlər. Belə ki, Peyğəmbər (s) külüngü bərk bir daşa vurduqda ondan qığılcım çıxdı. Həzrət (s) buyurdu: «Mən bu qığılcımlarda Mədain və Yəmən saraylarının fəth olunmasını Cəbraildən eşitdim.» Münafiqlər bu sözü eşitdikdə istehza ilə gülümsədilər. Bu zaman yuxarıdakı ayə nazil oldu.

Qeyd olunmalıdır ki, bu ayədə qeyd olunduğu kimi, izzət və zillətin məhz Allah tərəfindən əta olunması ilahi qanunlar əsasındadır. Çünki Allah-təala heç kəsə bir səbəb olmadan, əbəs yerə izzət, başıucalıq bağışlamaz və ya kimisə səbəbsiz olaraq zillətə düçar etməz. Məsələn, rəvayətdə oxuyuruq ki, hər kəs Allah xatirinə təvazökarlıq etsə, Allah-təala onu izzətli edər, hər kəs təkəbbür göstərsə, Allah onu zəlil edər. Buna əsasən başıucalıq və izzət, eləcə də zillət və xarlıq nəticə etibarı ilə Allah tərəfindən verilir. Lakin onun yaranma şəraitləri bizim əlimizdədir.

Bu ayə ayrı-ayrı şəxslərin ləyaqətləri və insanların marağı nəticəsində yaranan qüdrət və hökumətlərə nəzər yetirir. Amma zorakılıq, təhdid, rüşvət, daxili və xarici ünsürlərin köməyi nəticəsində əldə olunan hakimiyyətə əsla qiymət vermir.
İNCƏ MƏTLƏBLƏR

1. Bütün hökumətlərin həqiqi maliki Allahdır. Allahdan qeyrisinin mülkü isə müvəqqəti və məhduddur.

2. Allah-təala ləyaqəti olan hər kəsə hökumət bağışlayır. Necə ki, Süleymana, Yusifə, Talut və Zülqərneynə əta etmişdir.

3. Dua və ibadət məqamında tövhid zəruri bir məsələdir. Məsum İmamlardan (ə) nəql olunan «Şəbaniyyə» münacatında deyilir: «Pərvərdigara, mənim artmağım da, azalmağım da Sənin əlindədir, Səndən başqasının yox.»

4. Əgər həqiqi malik Odursa, deməli, başqasının malı və mülkiyyəti bir növ əmanət sayılır. Ondan əsil malikinin razılığına uyğun olaraq istifadə edilməlidir.

5. Allahın əlində olan şeylər (mülkün verilməsi və alınması) bütünlüklə xeyirdir. Amma biz özümüzün tələm-tələsik mühakimələrimizdə onun səbəb və fəlsəfəsini bilmirik.

6. İzzət də, zillət də Allahın əlindədir. Deməli, gərək başqasından izzət təvəqqe olunmasın.

7. Əgər insan heç bir bir mülkün həqiqi maliki deyilsə, onda nə üçün ona malik olduqda məğrur, əlindən getdikdə isə məyus olur?!

Allah sizə yar olsun.

Sual (52) : Salam. Bir dəstə iddia edir ki, Quranda Nisa surəsində hicab ayəsində baş ortuyu sozu kecmir. Bunu izah edə bilərsizmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qurani-kərimdə din haqqında az bilib, çox danışanlar haqqında ayələrə tez-tez təsadüf olunur. Bütün cəmiyyətlərdə belə cahil insanlar kifayət qədərdir. Onlar insanların dini biliklərinin azlığından istifadə edərək, öz nəfs istəklərini sübuta yetirmək üçün «filan şey Quranda yazılıb, filan şeysə yazılmayıb» deməkdən belə çəkinmirlər. Bu məsuliyyətsiz insanlar şeytan fitvasına uyub, «Quranda hicab əmr olunmayıb» deməklə, sadə və imanlı qadınlarda vəsvəsə icad edirlər. Bu, doğrudan da, belədirmi?
Qurani-kərimin «Nur» surəsinin 31-ci ayəsində deyilir: «Mömin qadınlara de ki, ...öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...».
Ayədən göründüyü kimi hicab vacib buyurulmuşdur. Bəs hicabın fəlsəfəsi nədir? Başqa sözlə, hicabsızlığın, açıq-saçıqlığın zərəri varmı?
Qadınların örtüksüzlüyündən onların şəxsiyyətinə, eləcə də, cəmiyyətə vurulan zərbələrə diqqət edin:
1. Normal cəmiyyətdə insanların ruhi sakitliyinə təminat verilməlidir. Qadınların örtüksüzlüyü, kişiləri həyəcanlandırır, bəzən isə cinayətlər də baş verir;
2. Hicabsızlıq, ər-arvad arasında soyuqluq yaradır, cəmiyyətdə boşanmalar çoxalır;
3. Hicabsızlıq fahişəliyin genişlənməsi üçün zəmindir.
4. Örtüksüzlüyə rəvac verilən cəmiyyətlərdə qadın şəxsiyyəti tənəzzül edir, qadınlar istedadlarına görə yox, xarici görünüşünə görə qiymətləndirilir

Allah sizə yar olsun.

Sual (53) : Bismillah. Salam aleykum. Kəhf surəsinin 21-ci ayəsinə geniş təfsir verməyinizi xahiş edirik. Ayədə belə hissə var: "Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»" Burda 2 fərqli fikir var, yəni müşriklərin və qalib gələnlərin məscid tikməsi. Buna zəhmət olmasa aydınlıq gətirərdiniz. Allah sizi müvəffəq etsin.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

● AYƏ 21:
﴿وَكَذَلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ قَالَ الَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا﴾

21. Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
● Araşdırma aparmadan, təsadüfən bir iş haqqında məlumat əldə etmək “isar” adlanır. (Əlif-əyn-sa-əlif-ra) çünki həmin dövrün insanları heç bir zəhmət çəkmədən onların pul sikkələrini görüb sirlərindən xəbər tutdular.
● Kəhf səhabələrinin əhvalatında ilahi qüdrət və iradə, şücaət, dünyanın əsarətindən çıxmaq, hicrət, təqiyyə, ilahi yardımlar və halal qidalar mövzuları qeyd olunur.
Bildirişlər
1. Təcrübi, göz qarşısında olan inkişaf və təlim-tərbiyə daha üstündür.
2. Allahın heç bir işi əbəs deyil.
3. Əqidələr elmə əsaslanmalıdır.
4. İnsanı üç əsrdən çox ac saxlaya bilən bir qüdrət ölüləri də dirildə bilər.
5. İnsan bəzi tarixi hadisələrə səthi nəzər salır və onun tərbiyəvi təsirlərindən bəhrələnmir. Kəhf səhabələri əhvalat aşkarlandıqdan sonra öldülər. Həmin vaxt xalq ibrət götürmək əvəzinə məqbərə tikmək barədə düşünürdü.
6. Sadəlövh insanların çoxu bir işdən yapışır və başqalarını işə çağırır. Güclü insanlar isə özləri işə girişirlər.
7. Allah övliyalarının məzarı üzərində məqbərə tikilməsinin Qurana aid kökləri var.
8. Müqəddəs əsərlər müqəddəs məkanlarda və müqəddəs münasibətlərlə qərar tutmalıdır. Hicrət etmiş təkallahçıların olduğu mağaranın kənarında məscid tikilməsi böyük dəyərə malikdir.
9. Dinin yayılması üçün bütün fürsətlərdən istifadə edək. (Əgər xatirə olaraq bina ucaltmaq lazımdırsa, böyük mənəvi və maddi əsərləri olan məscid tikək.)

Allah sizə yar olsun.

Sual (54) : Salam. Peygəmbərin zovcəsi Zeynəb haqda olan ayələr hansilardir?

Əleykumus-salam.

Əhzab surəsi 36- 43 ə kimi olan ayələr.
Sual (55) : Salam. Quran Peygəmbərin evinə girməyi qadagan edirdimi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, icazəsiz və dəvət olmadan Peyğəmbərin (s) evinə daxil olmağı qadağan edir.

Əhzab surəsi 53. Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).

Umumiyyətlə Allah-təala buyurur ki, bütün evlərə icazəsiz daxil olmayı.

Nur surəsi 27. Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz.

Allah sizə yar olsun.

Sual (56) : Feth 29 bu ayenin tefsirin yazardız zəhmət olmas? Namazda nəyə secde edin baresində Quranda aye gəlibmi?hansı ayelerdi?

Bismillahir-rəhmanir-rəhim.

Fəth /29. Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.

Xeyr, bu barədə hədislərdə gəlib.

Allah sizə yar olsun.

Sual (57) : Bele bir sual. Gurani-Kerimde buyrulurki, Allah dunyani 6 gune xelg etdi. Bilen varmiki, canli veya cansiz, bu varliglarin herbiri hansi gunde yaranib. Sehf etmiremse, insan cume gunu yaradilib onagore bugunde Yalniz ibadet buyrulur. Cox xahis eyer bilen varsa acix sekilde rey bildirsin zehmet olmasa.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

«Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.
Bəs bu altı gündə hansı hadisələr baş verdi?
İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.
Əgər günəş sistemi sonradan xəlq olubsa bəs zamanda günəşdən sonra təşkil olub.
Allah sizə yar olsun.

Sual (58) : Bismillah. Salam.ƏL-Bəqərə surəsi 62-ci ayəsinin təfsirini yazardızda.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (62)
TƏRCÜMƏ:
62-”İslam Peyğəmbərinə iman gətirənlər, yəhudilər, nəsra-nilər və sabeinlər (Həzrəti Yəhya (ə), yaxud Nuh (ə), yaxud İbrahi-min (ə) ardıcılları) içərisində Allaha, Qiyamət gününə iman gətirib saleh əməl edənlərin mükafatları Pərvərdigarın ya-nındadır və onlar üçün heç bir qorxu, qəm-qüssə yoxdur.” (Öz zaman-larında ilahi əmrlər əsasında əməl edən hər bir dinin ardıcıl-larına Allah tərəfindən savab veriləcək və onlar qurtuluşda-dırlar.)
TƏFSİR:
QURTULUŞUN ÜMUMİ QANUNU
إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ
Buna əsasən, "onların nə gələcəkdən qorxusu, nə də keçmiş-dən qəm-qüssələri vardır.” وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
Bu ayə təqribən həmin ifadə ilə "Maidə” surəsinin 69-cu ayəsində və bir qədər fərqlə "Həcc” surəsinin 17-ci ayəsində gəl-mişdir.
"Maidə” surəsində həmin ayədən sonra gələn ayələr gös-tərir ki, yəhudilər və nəsranilər öz dinlərinin başqa din-lərdən üstün olması ilə fəxr edirdilər. Beləliklə də, be-hişti özlərinə məxsus bilirdilər.
Bəlkə bu cür iftixarlar müsəlmanların arasında da olmuşdur. Qeyd olunan ayə buyurur ki, həqiqi iman, xüsusilə saleh əməl olmadan gətirilən iman istər müsəlmanlardan, istər yəhudilərdən, istərsə də nəsranilərdən və sair din ardı-cıllarından baş verərsə, heç bir dəyərə malik deyil. Yalnız həqiqi, xalis, yaxşı və saleh əməllə yanaşı olan imanın Qiya-mət gününün ədalət məhkəməsində, Allah dərgahında dəyəri vardır. Yalnız bu proqram mükafata, xatircəmlik və əmin-amanlığa səbəb ola bilər.
Sabeinlərin kim olması barəsində Rağib öz "Müfrədat” kitabında belə yazır: Onlar Nuhun (ə) ardıcıllarından olan bir dəstə idi. Onların möminlər, yəhudi və nəsranilər cərgə-sində qeyd olunmaları göstərir ki, onlar asimani dinlərdən birinin ardıcılları olmuş, Allaha və Qiyamətə iman gətir-mişlər.
Bəzilərinin onları müşrik və ya ulduzpərəst, bəzi-lərinin isə məcus hesab etmələri əsla düzgün deyildir. Çünki, sabeinlər inanırdılar ki, ilk asimani kitablar Adəmə, ondan sonra Nuha, ondan sonra Sama, daha sonra Rama, ondan sonra İbrahimə, daha sonra Musaya və Yəhya ibni Zəkə-riyyaya nazil olunmuşdur.
Sabeinlərin kim olması barəsində əlavə nəzərlər də vardır. Biz bu qədərlə kifayətlənirik.
ƏHLİ-KİTAB KİMLƏRDİR?
Kitab əhli Quranın otuzdan çox ayəsində qeyd olunmuş-dur və əsas etibarı ilə yəhudilərə və nəsranilərə işarə edilir.
Zahirən kitab sahibi olan bütün peyğəmbərlərin ardı-cıllarını əhli kitab adlandırmaq olar. Onun ən bariz nümu-nələri yəhudilər və məsihilərdir.
Belə olan halda biz Həzrəti Rəsuli-əkrəmdən (s.ə.v.v) nəql olunan hədisi qeyd edirik. Həzrətdən soruşdular: "Allah-taala neçə kitab nazil etmişdir?” Həzrət buyurdu: "Yüz dörd kitab; on-lardan on kitabı Adəmə, əllisini Şeysə; İdrisə otuz kitab nazil etmişdir. O qələmlə yazan ilk şəxsdir. İbrahimə on kitab, həmçi-nin Tövrat, İncil, Zəbur və Furqanı nazil etmişdir.”["Məcməul-bəyan” 10-cu cild, səh:474]

Allah sizə yar olsun.

Sual (59) : Bismillah. Salam.Xahiş edirəm Tövbə surəsi 23-cü ayənin təfsirini yazardızda.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tövbə ayə 23:
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاء إَنِ اسْتَحَبُّواْ الْكُفْرَ عَلَى الإِيمَانِ وَمَن يَتَوَلَّهُم مِّنْكُمْ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ﴾
“Ey iman gətirənlər! Əgər ata-qardaşlarınız küfrü imandan üstün tutarsa, onlara tabe olmayın. Sizlərdən hər kəs onların dostluğunu və vilayətini qəbul etsə, həmin sitəmkarlardandır.”
Nöqtələr
◘Kafirlərin vilayətinin qəbulu ilə bağlı Qur`anın xəbərdarlıqları insanı silkələyir. “Maidə” surəsində oxuyuruq: “Hər kəs onların vilayətini qəbul etsə, elə onlardandır.  “Ali-İmran” surəsində isə belə oxuyuruq: “Bu sayaq hərəkət edən kəsin Allahla rabitəsi kəsilmişdir.” 
◘Bə`zi müsəlmanlar Mədinəyə hicrət zamanı kafir valideynlərinin qəzəbinə tuş gəlmişdilər. Amma onlar dinlərinin qorunmasını kafir valideynlərin razılığından üstün tutdular.
Qeyd etməliyik ki, kafir ata-anaya tabe olmamaq onlara yaxşılıq etməmək deyil. Bütün hallarda ata-anaya yaxşılıq zəruridir.
Bildirişlər
1. Müsəlman övlad kafir atanın tabeçiliyində deyil. Əqidə rabitələri ailə rabitələrindən öndə gəlir. 
2. Daxili hisslər dini dəyərlərdən önə keçməməlidir. 
3. Ən yaxın şəxs olsa da, kafirə tabeçilik qadağandır. 
4. Dini bağlılıq bütün bağlılıqlardan üstündür. 
5. Kafirlərin hakimiyyətinin qəbulu zülmdür. 

Allah sizə yar olsun.


Sual (60) : Sual: Salamun aleykum Bismillah. Bele bir melumat elimize catib.. Mübarək Quranda İmam Əlinin adı keçmişdir. İnşəAllah bunu sünni və şiə mənbələri ilə də təsdiqləyəcik. Allah mübarək Məryəm surəsinin 50-ci ayəsində buyurur: وَوَهَبْنَا لَهُمْ مِنْ رَحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا Biz onlara rəhmətimizdən əta etdik və Əlini onlara doğru danişan dil qərar verdik. (başqa tərcüməyə görə : Biz öz mərhəmətimizdən onlara ehsan və təriflərini dillərdə qərar verdik.) الرأي هو : (عَلِيّاً) اسم علم، وليس صفة، أي ليس صفة للسان الصدق Ayədə gələn Əliyyən ləfzi isimdir (ələmdir) və sifət deyildir. yəni lisənə sidqqin birləşməsinə sifət düşmür. أي أن (عَلِيّاً) ههنا علم، وليس صفة وهو علي بن أبي طالب عليه السلام yəni əliyyən ləfzi ələmdir və onda məqsəd Əli ibn Əbu Talibdir(ə). المفعول الثاني- və cümlədə məfulu sani (ikinci məful) düşür..(تفسير علي بن إبراهيم القمي: ج2، ص51، سورة مريم) (Təfsiri Əli ibn İbrahim Qummi-c 2, səh 51,Məryəm surəsi). Bəsrəlilər əliyyən ləfzi Lisan məfulu bihi üçün sifətdir, Kufəlilərə görə isə bu nitədir (sifət) Sünni alimlərindən الحافظ الحاكم الحسكاني (الحنفي)-Hafiz hakim həskani əl-hənəfi Nisaburi özünün ( شواهد التنزيل/ ج1/ ص358)-Şəvahidut Tənzil, c 1,səh 358-də Əbdurrhmən ibn Əli ibn Muhəmməddən,o da Əli ibn Əbu Talibdən nəql edir ki, Rasulullah (s) dedi ki,bir gecə Cəbrayil məni səmaya qaldirdi,sağ qanadna məni aldi..sonra İmam Əli (ə) haqqinda məqamina tərif deyib buyurur oxu! Və məryəm 50-ni nazil edir. daha geniş burda: http://www.alkafeel.net/forums/­showthread.php?t=28474 Şiə mənbələrində: "وجعلنا لهم لسان صدق عليا "يعني أمير المؤمنين عليه السلام حدثني بذلك أبي عن الامام الحسن العسكري عليه السلام İmam Həsən Əsgəri (ə) dedi ki,ayə İmam Əliyə (ə) aiddir. ( تفسير القمى : 411) Təsiri Qummi, 411. قال علي بن إبراهيم في قوله : واجعل لي لسان صدق في الآخرين " قال : هو أمير المؤمنين عليه السلام Əli ibn İbrahim dedi ki, ayədə məqsəd Əmir əl-Muminindir.( تفسير القمى 473)-Təsiri Qummi,473. بيان التنزيل لابن شهرآشوب : أبوبصير ، عن الصادق عليه السلام "وجعلنا لهم لسان صدق عليا "يعني عليا أمير المؤمنين عليه السلام Əbu Bəsir İmam SAdiqdən (ə) nəql edir ki, ayədə gələn əliyyən ləfzində qəsd Möminlərin əmiridir(ə). ( مجمع البيان : 89) Məcmuəl Bəyan, 89. həmçinin bu kitablarda da gəlib bu mövzuda rəvayətlər: ( الثاقب في المناقب: 130 الحديث (127)، الباب الثاني، فصل (2) في ذكر نوح وهود وصالح) əs-Saqib fil Mənaqib 130,hədis 127, 2-ci bab. Biharul Ənvar, bab 35,səh 57 Bu hədislərin sənədi səhihdir? Bu mövzunu camaatın arasında yaymaq olar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təfsir və tərcümələrin əksəriyyəti "əliyyən" kəlməsini sifət hesab etdiyi və başqa məna verdikləri üçün bunu qəti demək yox amma bir ehtimal hesab etmək olar. Əlbətdə Hz. Əlinin (ə) barəsində açıq-aşkar yüzdən çox ayə nazil olub ki, təfsirçilər başqa ehtimal verməyiblər. Şeyx Səduqun İmam Sadiqdən nəql etdiyi hədis mötəbərdir.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı adresə мüraciət edin:

http://www.islamquest.net/az/archive/question/fa1223
Allah sizə yar olsun.
Go to TOP