Sual (41) : Salam aleykum..aye varki size ne xeyir gelirse Allahdandir ne ziyan gelirse ozunuzdendi...nise 78 de deyirki her ikisi Allahdandir bunu izah ederdizde.. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nisa surəsi ayə 78. Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?
Nisa /79. (Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.

İlahi dünyagörüşündə hər şey Allahın məxluqudur.  Allah hər şeyi gözəl yaratmışdır.  Allaha aid olan hər bir şey gözəlliklə müşayiət olunan bir yaranışdır. Bizim rastlaşdığımız çətinliklər isə, əvvəla kamilliklərin olmamasıdır. İkincisi, ilahi xeyirlərdən məhrumiyyətin səbəbi fərd və cəmiyyətin özünün əməlinə qayıdır.
Alimlərdən birinin dediyi kimi, günəş ətrafında dövr edən yerin bir hissəsi ona görə qaranlıq qalır ki, həmin hissənin arxası günəşə doğrudur. Həmin hissənin qaranlıq qalmasının səbəbi günəşdə axtarılmamalıdır. Günəş daim işıq verir. Beləcə, yerə deyə bilərik: Ey yer! Sənin hansı hissən işıqlıdırsa, o işıq günəşdəndir, hansı hissən qaranlıqdırsa, özün səbəbkarsan. Bu ayədə də insana xitab olunur ki, ona yetişən bütün yaxşılıqlar Allahdan, bütün pisliklər isə onun özündəndir.
Quranın həzrət Peyğəmbər (s) haqqındakı xoş sözlərini nəzərə alaraq deyə bilərik ki, “sənin nəfsindəndir” tə’biri peyğəmbərə yox, insanın nəfsinə işarədir.
Əvvəlki ayədə oxuduq ki, bütün yaxşılıqlar və pisliklər Allah tərəfindəndir. Bu ayədə isə yalnız yaxşılıqların Allah tərəfindən olduğu bildirilir. Qeyd etməliyik ki, pisliklər insandan baş verdiyi üçün ona aid edilmişdir. Amma insan özü və onun iradəsi Allahın hakimiyyəti altında olduğundan bütövlükdə Allaha aid edilir. Necə ki, müəssisədə işləyən fəhlənin buraxdığı nöqsan həm onun özünə, həm də həmin müəssisəyə aiddir.
İmam Riza (ə) buyurmuşdur: “Allah insana xitab edir ki, sənin iradə və istəyin də Məndəndir.”  Bəli, insan Allahın istəyi ilə qərara gələ bilər.

Allah sizə yar olsun.

Sual (42) : allahın salamı olsun sizlərə .bilmək çox maraqlıdır 83 surənin 9cu və 20ci ayələrindəki RƏQƏMLƏNMİŞ KİTAB hansı kitaba işarətdir -açıqlamalarınıza ehtiyacımız var. minnətdaram.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kitabdan məqsəd bu surənin 7-ci ayəsində deyilən əməl dəftəridir.

7. Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir. كَلاَّ إِنَّ كِتابَ الفُجَّارِ لَفي‏ سِجِّينٍ (7

Rəqəmlənmiş, yazılmış mənasındadır.

Allah sizə yar olsun.

Sual (43) : salam aleykum....Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nisa surəsi / 23). bu ayede belinizden gelen deyende ne nezerde tutlur.. eger meni dirsen meni belden gelmir axi..xahis edirik izah edesiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayədə belinizdən gələn dedikdə doğma övladlar qəsd olunur. Belə ifadə adətən el arasındada işlənir. Amma oğul fərz edilən ya oğulluğa götürülən bu hökmdə deyil. Peyğəmbərin (ə) oğulluğa götürdüyü Zeydi misal çəkmək olar.

Allah sizə yar olsun.

Sual (44) : Ssalam aleykum. el maide 5 deki evlenme niye daimi evlenmeye aid deyil. xahis edirik tefsirin vererdiz. Allah sizden razi olsun

Əleykumus-salam.

Ayənin təfsirini saytın kitabxanasında Quaran bölməsindəki Nurul-Quran təfsirindən oxuya bilərsiniz.
http://kitab.nur-az.com/az/lib/view/139

Allah sizə yar olsun.

Sual (45) : SALAM ALEYKUM. QURANIN HANSI AYƏSİNDƏ BUYURULUB Kİ,HİCABLI QADIN 40 YAŞINNAN SORA İSTƏSƏ AÇA BİLƏR İŞĞALI YOXDU.? ÜMUMİYYƏTLƏ BU HAQDA AYƏ VARKİ QADIN NƏ ZAMANSA HİCABIN AÇA BİLƏR?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nur surəsi ayə 60. (Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.

Əlbətdə ayədə yaş qeyd olunmayıb. Adətən insanların ona cinsi meyil salmayan yaşında olması işarə olunub. Həmçinin hicabını tam açmaq yox, lakin tam riayət etməyi vacib deyil.

Allah sizə yar olsun.

Sual (46) : Esselamun aleykum aga sizden ebese suresi 1 inci aye ile bagli sorusmaq isterdim zehmet olmasa bu aye ile bagli fikrinizi yaza bilrsiz birde zehmet deyilsen Quranda qeza namazi ile bagli olan ayeni yaza bilersiz?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Əbəsə /1. Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).

Bəziləri bu ayənin Peyğəmbərin (s) haqqında nazil olmasına diqqət yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin Peyğəmbərlə (s) birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət Məhəmməd (s) kafir və müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların yanına gələrək, Peyğəmbərdən (s) ona öz dini haqqında məlumat verməyi tələb etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər (s) kor kişinin istəyinə etiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina etmədi. Elə bu vaxt Allah tərəfindən "Əbəsə" surəsinin ilk yeddi ayəsi nazil olaraq, Peyğəmbəri (s) bu hərəkətinə görə danladı. Nəticədə o, öz əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.
Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz.
Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor kişini təhqir edən şəxs, Peyğəmbərin (s) söhbət etdiyi müşriklərdən, bəni-Üməyyə müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməddən (s) ona öz dini haqqında danışmasına israr edərkən, bəni- Üməyyədən olan bu şəxs, onu ələ salaraq, məsxərə etdi və ondan uzaqlaşdı.
Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi. Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin, dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı. ("Ət-tibyan fi təfsiril-Quran", c. 10, səh. 269)
Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin (s) adı çəkilməmiş, bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi peyğəmbər (s) olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər (s) deyil, bəni- Üməyyədən olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl hadisənin necə baş verdiyi aydınlaşır.
2. Quranda qəza namazları ilə əlaqəli ayə yoxdur, amma Quran Peyğəmbərin (s) göstərişlərinə əməl etməyi və itaət etməyi bizə vacib edir. Qəza namazları ilə bağlı çoxlu hədislər nəql olunub. Quranda hökmlərin külliyyatı gəlib amma təfərrüatı rəvayətlərdə qeyd olunub. Hətta namazların keyfiyyəti və neçə rükət və necə qılınması barədə ayə yoxdur.

Allah sizə yar olsun.

Sual (47) : Salam aleykum. Xahis edirik yasin suresi aye 12-nin tefsirin veresiz. Allah sizden razi olsun
Ad: Nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Dəyərli oxucu saytımızın kitabxanasında ayrıca çap olunmuş Yasin surəsinin təfsirinin elektron variantı Quran bölümündə mövcuddur, qeyd etdiyiniz ayənin təfsirinə müraciət edin.
Kitabın adı: YASİN SURƏSİ (Tərcümə və şərh)
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
http://kitab.nur-az.com/az/lib/view/357/2

Allah sizə yar olsun.

Sual (48) : assalamu aleykum! en gozel ticaret menimle olan ticaretdir. ALLAH gozel emelleri ,ibadetleri, tamiz qelbi cox baha qiymete ;meselen cennet qiymetine bizden alir. bu menalarda quran ayelerimiz varmi? varsa hansi surelerdedir?
Ad: salman, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu mənanları yetirən ayələri qeyd edirik:
1. Tövbə /111. Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb....
2. Bəqərə /207. İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.
3. Fatir /29. Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,
4. Səff/10. Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?.
11. Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.
12. (Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.

Allah sizə yar olsun.

Sual (49) : salam aleykum, men Quranin hansisa ayesini oxumuwdum, orda texminen bele yazilmiwdiki - Peygember ses ogeyoglunun yoldawi ile evlene biler, ve bu yalniz Peygembere ses aid olandi. bunun hikmeti nedir? NIye Allah yalniz bir wexse icaze verib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əhzab surəsi ayə 37. (Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.

40. Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.

Bu yalnız Peyğəmbərə (s) məxsus deyil, hər kəsə icazə verilir. Amma diqqət etmək lazımdır ki, Zeyd Peyğəmbərin (s) qulu idi və başqa ata anadan dünyaya gəlmişdir. Peyğəmbərlə qohum əlaqəsi yox idi, sadəcə cahiliyyət dövründə bu işə yaxşı baxmırdılar. Allah-təalada bu bidəti aradan qaldırdı.

Allah sizə yar olsun.

Sual (50) : assalamu aleykum! cox xahis edirem zariyat suresinin ilk 3 ayesinin tercumesini deyesiniz. cunki, bizde 3 tercume var hec biri uyqun gelmir. esas maraqli olan ise budur RABBIMIZ BUYURUR and olsun insan neslini yer uzunde yayan emelisaleh qadinlara! necede maraqli ve bereketli bir yayim! cox xahis edirik en duzgun tercumeni yazasiniz.

Əleykumus-salam. 

Bağışlayan və mehriban Allahın adı ilə.

1. And olsun (buludları) dağıdan və hərəkətə gətirən küləklərə!

2. (And olsun) (yağışla) ağır yüklənmiş buludlara,

3. (and olsun) asanlıqla üzən gəmilərə

Allah sizə yar olsun.

Go to TOP