Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tövbə ayə 100:Nöqtələr
Bu ayədə ilkin İslam dövrü müsəlmanları üç dəstəyə bölünmüşdür: İslam və hicrətdə öncüllər; Peyğəmbərə (s) və mühacirlərə yardımda öncüllər; onların yolunu davam etdirən arxada gələnlər.
İmam Sadiq (ə) buyurmuşdur: “Allah öncə müsbət keçmişli mühacirləri, sonra ənsar və köməkçiləri, daha sonra onların ardıcıllarını yada salır. Beləcə, hər bir dəstənin məqamı öz yerində bəyan olunmuşdur.”
Müsəlmanların ümumi rəyinə görə, İslamı qəbul etmiş ilk qadın həzrət Xədicə olmuşdur. Bütün şiə və bəzi sünni mənbələrinin bildirdiyinə görə, İslamı qəbul etmiş ilk kişi Əli ibn Əbi-Talibdir (ə). Həzrət Əlinin (ə) ilk iman gətirən kişi olduğunu hamı qəbul etsə də, bə`ziləri bildirirlər ki, on yaşlı növcavanın imanı ciddi deyil. Onların cavabında deməliyik ki, Həzrət İsa və həzrət Yəhya da uşaq vaxtı peyğəmbərliyə çatmışdı.
Bildirişlər
1. Yaxşı işdə öncüllük dəyərdir. Hərəkatlarda öncüllərin mövqeyi hifz olunmalıdır.
2. Mühacirlərin və ənsarın bir qismi ilahi razılıq əldə edə bilmir.
3. Keçmişdəkilərin hər baxışına yox, kamilliklərinə itaət dəyərdir.
4. Mö`min Allahın qəzavü-qədərindən razı olarsa, Allah da ondan razı olar.
5. Behişt iman, öncüllük, hicrət, yardım və ehsan sayəsində əldə olunur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu ayə düşmənçilik edən və döyüş halında olan kafirlərə aiddir. Bu məsələnin tətbiqi islam hakiminin öhdəsinədir. İslam hakimi bu hökmü icra edə bilər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nəsr duası eşitməmişik, amma Quranın 110-cı surəsi Nəsr surəsidir.Nəsrsurəsi
بسم الله الرحمن الرحيم
إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ (1) وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجاً (2) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّاباً (3)
“Nəsr” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3
Allah
sizə yar olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yəhudi və xristianlarla dostluq etməyi Quran qadağa edir, onlarla ticarət və alış-veriş etməyi və sülh amanlıqda yaşamağı qadağan etmir. Hər kəslə alış-veriş və ticarət etmək dosluq etmək deyil. Belə bir əlaqələr Peyğəmbər (s) zamanında da olub.Allah sizə yar olsun.
Ad: anar, Ölkə: gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, iki xəlifə beyəti-rizvanda olublar, amma Hüdeybiyyədə beyət etmək bu demək deyil ki, onlar qarantiya olunurlar ömürlərinin sonuna qədər və yüz faiz cənnətlikdirlər. Allahın razılığı o, 1400 nəfərlik cəmiyyətdən o zamana qədərdir ki, beyətə vəfadar qalsınlar. Bu məsələyə Fəth surəsinin 10-cı ayəsində işarə olunur.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda müvəqqəti evlənmək "mütə" ünvanı ilə Nisa surəsinin 24-ci ayəsində gəlmişdir. Allah-təala bu ayədə buyurur: «فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِیضَةً»؛ Müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin.Bu barədə ətraflı məlumat üçün saytın kitabxanasındakı kitaba müraciət edə bilərsiz:
Kitabın adı:Â Müvəqqəti nikah (elmi
araşdırma)
Müəllif:Â Zülfüqar Mikayil
http://kitab.nur-az.com/az/lib/view/246
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bildiyimiz kimi, dəstəmaz namazın müqəddimati işlərindən biridir. “Maidə” surəsində bu haqda buyurulur:يَا اَيُّهَا الَّذينَ آمَنُوا اِذاقُمْتُمْ اِليَ الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ اَيْدِيَكُمْ اِليَ الْمَرافِقِ وَ امْسَحُوا بِرُوُوسِكُمْ وَ اَرْجُلَكُمْ اِليَ الْكَعْبَيْنِ
“Ey iman gətirənlər! Namaz üçün ayağa qalxdıqda, üzünüzü və əllərinizi - dirsəyə qədər - yuyun, başınıza və ayaqlarınıza kə`beynə qədər məsh edin.”
Birinci cümlədə “əydi” sözü işlənmişdir. Bu söz ərəb dilində “əl” sözünün cəm formasıdır. “Yəd” sözü ərəb dilində müxtəlif mə`nalarda işlədilir. Məsələn: bə`zi vaxtlar yalnız barmaqlara, bə`zi vaxtlar biləkdən barmaqlara qədər olan hissəyə, bə`zi vaxtlar dirsəkdən barmaqlara qədər yerə və bə`zi vaxtlar da çiyindən aşağıyə (qola) deyilir.
Digər tərəfdən dəstəmazda qolun dirsəkdən barmaqların ucunadək hissəsi yuyulmalı olduğundan, Qur`ani-kərim “iləl-mərafiq” sözünü bu üzvün nə qədər yuyulmasınıi tə`yin etmək üçün buyurmuşdur. Deməli, “iləl-mərafiq” ifadəsindəki “ila” sözü qolun hansı istiqamətdə (yuxarıdan aşağı və ya əksinə) yuyulmasını deyil, yuyulacaq miqdarı tə`yin etmək üçündür. Çünki bir şeyin necə yuyulması xalq arasında olan adətə bağlıdır. Adətən təmizlik işlərində həmişə yuxarıdan aşağı istiqamətdə yuyurlar. Məsələnæ həkim xəstəyə, ayaqlarını dizə qədər yumasını göstəriş verdikdə onun ayaqlarını aşağıdan yuxarı deyil, əksinə yuxarıdan aşağıya tərəf yuyurlar. Elə buna görə də şiə məzhəbi dəstəmazda üz və əllərin yuxarıdan aşağı yuyulmasını göstəriş vermiş və bunun əksini düzgün bilməmişdir.
Dəstəmazda ayrı bir məsələ də ayaqlara məsh etməkdən ibarətdir. Şiə fiqhinə əsasən, dəstəmaz vaxtı ayaqları yumaq deyil, məsh çəkmək lazımdır. Onların dəlili də “Maidə” surəsinin 6-cı ayəsinin zahiri məfhumudur. Bu ayəyə əsasən dəstəmaz alan şəxs iki iş görməlidir: üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək. Bu mətləb ayədəki iki cümlənin müqayisəsindən başa düşülür:
1-Üzlərinizi və əllərinizi dirsəkdən yuyun.
2-Baş və ayaqlarınıza kə`bəynə qədər məsh çəkin.
Biz bu iki cümləni əvvəllər fiqhi hökmlərlə tanış olmayan ərəbdilli bir şəxsə göstərdikdə, şübhəsiz “bizim vəzifəmiz üzümüzü və əllərimizi yuyub, baş və ayaqlarımıza məsh etməkdir” deyə cavab verəcəkdir.
Ərəb qrammatikasına əsasən, “ərcüləkum” (ayaqlarınıza) sözü “və” bağlayıcısı vasitəsilə “birüusikum” (başlarınıza) kəlməsinə bağlanmalı və nəticədə ayaqlara məsh etmək mə`nası ifadə olunmalıdır. Həmçinin (ayaqlarınız) sözünü heç vaxt “əydiyəkum” (qollarınız) sözünə aid edib ayaqları (məsh etmək əvəzinə) yumaq olmaz. Çünki belə halda mə`tuf (yə`ni “və ərcüləkum” kəlməsi) ilə mə`tufun-əleyh (yə`ni “və əydiyəkum” kəlməsi) arasında mö`tərizə cümləsi olan “fəmsəhu birüusiküm” gələcəkdir ki, bu da ərəb qrammatikasında düzgün bir ifadə olmayıb, mə`nanın tam dəyşməsinə səbəb olacaqdır. Həmçinin bu zəminədə “ərcüləkum” kəlməsini kəsrə və ya fəthə ilə oxumağın heç bir fərqi yoxdur: hər iki surətdə ərcüləkum” qollarınız, kəlməsi, “birüusikum” - başlarınız kəlməsinə bağlanacaq və təkcə onun zahirində ətf edildikdə onu məcrur, məhəllinə ətf (aid) etdikdə isə mənsub ediləcəkdir. Əhli-beyt ¢-dan nəql olunmuş mö`təbər rəvayətlərə əsasən, dəstəmaz iki əməldən ibarətdir: “Ğəslətani” – iki üzvü yumaq və “məshətani” - iki üzvə məsh çəkmək. Həzrət İmam Baqir (ə) da Peyğəmbərin (s) necə dəstəmaz almasını nəql edərək o Həzrətin ayaqlarına məsh çəkməsindən xəbər verir.
Qeyd etmək lazımdır ki, dəstəmaz alarkən təkcə Əhli-beyt ¢ imamları ayaqlarına məsh çəkmir, həm də bir çox səhabələr və tabein bu nəzərdə olmuşdur. Lakin sonralar müəyyən səbəblərə əsasən, müsəlmanlar məsh etməyi yumaqla əvəz etmişlər. Bu haqda fiqhi kitablarda ətraflı məlumat qeyd olunmuşdur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Səma” kəlməsi lüğətdə, yuxarı səmt mənasındadır. Bu, xarici aləmdə müxtəlif konkret nümunələrə malik olan bir məfhumdur. “Yeddi asiman”dan məqsədin nə olması barəsində İslam alimləri və təfsirçləri arasında müxtəlif bəyanlar mövcuddur; Onlar müxtəlif növ təfsirlər etmişlər, amma “yeddi asiman” ifadəsinin məcazi deyil, həqiqi mənada işlədilməsi daha düzgün nəzərə gəlir.
Quran ayələrindən məlum olur ki, bizim gördüyümüz bütün göy cisimləri, sabit və hərəkətdə olan ulduzlar hamısı birlikdə birinci asimanı təşkil edir. Yerdə qalan altı aləm isə bizim gözlərimizdən, müasir elmi cihazların görə biləcəyindən çox-çox uzaqdadır. Onların yeddi aləmi yeddi asimanı təşkil edir. Bu sözün canlı şahidi Quranın öz buyurduğudur: وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ
“Biz aşağı asimanları ulduzların çıraqları ilə zinətlən-dirdik.
Başqa bir ayədə oxuyuruq: إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ
“Biz aşağı asimanları ulduzlarla zinətləndirdik.”
Bu ayələrdən gözəl şəkildə məlum olur ki, bizim müşahidə etdiklərimizin hamısı və ulduzlar aləmini təşkil edənlər, birinci asimanın hissələridir və bundan əlavə altı asiman da mövcuddur ki, hal-hazırda onların barəsində dəqiq məlumatımız yoxdur.
Amma altı asimanın bizdən uzaqda
olması və yalnız gələcəkdə elmin inkişafı nəticəsində onların da kəşf olunacağına
ehtimal vardır. Qeyd etməliyik ki, bəşərin naqis elmləri nə qədər irəliləyərsə,
kainatın sirləri ilə bir o qədər yaxından tanış olur, yaradılışın
qəribəliklərində yeni-yeni möcüzələrlə rastlaşırıq. Artıq, heyət elmi
(astronomiya) öz inkişafında elə bir həddə çatmışdır ki, yerdəki teleskoplar
artıq öz rolunu, funksiyasını itirmiş, əvəzində isə həmin məqsəd kosmik
gəmilərdə yerləşdirilmiş məxsus radarlardan və dəqiq aparatlardan istifadə
etməklə yerinə yetirilir. Böyük rəsədxanaların kəşf etdikləri ulduzların yerdən
fasiləsi milyardlar kilometr işıq ili qədərdir. Onlar özləri etiraf edirlər ki,
hələ bu, dünyanın axırı yox, əvvəlidir. Ola bilsin ki, gələcəkdə elmin,
xüsusilə astronomiya və kosmik elmlərin inkişafı ilə sair qalaqtika və
asimanlar da kəşf edilsin.
Allah sizə yar olsun.
Əleykumus-salam.
وَ إِنَّ مِنْ شيعَتِهِ لَإِبْراهيمَ (83
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda heç yerdə deyilmir ki, peyğəmbərlər övladlarına irs qoymurlar, əksinə iki yerdə peyğəmbərlərin irs qoymaqları qeyd olunur. Biri Davud və Süleyman digəri isə Zəkəriyya və Yəhya. Hz. Əli (ə) və Hz. Zəhra (ə) Fədək məsələsində bu ayələrə istinad ediblər. Amma bu barədə əhli-sünnət hədislərində gələn cəli və yalandır. Əlbətdə peyğəmbərlər şəxsiyyət və hüquqi baxımdan öz ümmətinə mənəvi irsdə qoyurlar amma bu o demək deyil ki, şəxsi baxımdan övladlarına maddı irs qoymurlar, bunların arasında ziddiyyət yoxdur. Amma qalan deyilənlər ki, Davudun malı yox idi, ya övladı çox idi, bu sözlər absurdur. Birdə ayədə deyilmir ki, hamısını Süleyman irs apardı.
Allah sizə yar olsun.