Sual (321) : Salamun əleykum. Məsum imamların yaşadıqları dövürdə möminlər dini suallarının cavabı üçün Qurana müraciət edirdilər yoxsa İmamlara?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Qurani kərim Allah-Taala tərəfindən bəşəriyyət üçün göndərilmişdir ki, insanlar onu oxumaqla, başa düşməklə və əməl etməklə ilahi səadətə və xoşbəxtliyə nail olsunlar. Amma Quranın bütün ayələrini elə də asanlıqla başa düşmək olmur. Əksinə Qurani- kərimin ayələrinin bəzisini başa düşmək asan, bəzisini çətin və bəzisini isə çox çətindir. Yalnız Allahın xüsusi bəndələri (İmam və Peyğəmbər) bu ayələrin öhdəsindən gələ bilərlər.
Məsumların (ə) dövründə yaşayan insanların hamısı Qurani- kərimi öz elmləri çərçivəsində anlayır və ondan bəhrələnirdilər. Amma ayələrin dəqiq təfsirini nazil olma səbəblərini və təvilini başa düşmək üçün Peyğəmbərə (s) və İmamlara (ə) müraciət edirdilər.

Allah sizə yar olsun.
Sual (322) : Salam. Quran surələrində "namaz qılın və rukudə olanlarla beraber rkukya gedin" kimi məzmunda ayələrə rast gəlinir. Sual: ruku namazdan kənar da yerinə yetirilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 

43. ﴿وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ

Namazıbərpaedin, zəkatödəyinrükuedənlərləbirlikdərükuedin.”

Bundan əvvəlki ayələr yəhudilər barəsində söhbət açır, bəzi təfsir alimlərin nəzərinə görə yəhudilərin namazında rüku olmadığı üçün bu göstəriş ayrıca qeyd olunur. Rüku namazın rüknü və əsası olduğu üçün onun əhəmiyyətin çatdırır və bir növ təkiddir. 

Allah sizə yar olsun.


Sual (323) : Salamun əleykum. Sualım Nur surəsinin 35 ci ayəsi barədədir. «Nur» ayəsi kimə şamildir? Allah müvəffəq etsin.
Allahın adı ilə.   
Əleykumus-salam.        

Qurani-kərimin «Nur» surəsinin 35-ci ayəsi «Nur» ayəsi kimi məşhurdur: «Allah göylərin və yerin nurudur...».

Qurani-kərimdə və İslam rəvayətlərində yeddi şey «nur» kimi xatırlanır:

1. Qurani-kərim

2. Allaha iman

3. İlahi hidayət ‒ Allah-təalanın öz bəndələrini doğru yola yönəltməsi

4. İslam dini

5. Həzrət Məhəmməd (s)

6. İmamlar və məsum rəhbərlər;

7. Elm və bilik.

Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu kimi, sadalananlar arasında da nurun ilkin mənbəyi Allahdır. Quran Onun kəlamı və İslam Onun ayini olduğu, peyğəmbər Onun tərəfindən göndərildiyi və imamlar Onun ayinlərini hifz etdiyi üçün, nur hesab edilir.

Allah sizə yar olsun.
Sual (324) : Salam. Quranda Allah buyurur: İnsan «tələskənlikdən» yaradılıb? bunun mənası nədir.
Allahın adı ilə.   
Əleykumus-salam.        
«Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin».
Təfsirçilər uyğun ayənin heç də hamıya şamil olunmadığını bildirirlər. Ayədə ilahi yoldan azmış zalım və ya cahil insanlar nəzərdə tutulur. Bu ayə bir növ təkiddir. Yəni insan elə tələsir ki, sanki tələskənlikdən yaradılıb. 
Ətrafınıza diqqətlə nəzər salın. Əksər adi insanlar tələsir. İstər xeyir iş olsun, istərsə də şər iş, onlarda hövsələsizlik müşahidə olunur. Hətta günaha batmış insanlara «Allahın qəzəbinə gələrsən» deyəndə, «bəs bu əzab nə üçün gecikir»-deyə soruşurlar. Onların cavabında Allah-təala buyurur: «Ayələrimi sizə göstərəcəyəm, Məni tələsdirməyin». Burada ayə əzab, bəla mənasında işlənmişdir.
Tələskənlik insan talehi üçün o qədər təhlükəlidir ki, hətta onu əbədi axirət səadətindən məhrum edə bilər. Tələsən insan daim zərərdədir. Sürücü ötmə əməliyyatında tələsməklə həyatını əldən verir, əkinçi toxumu vaxtından əvvəl səpməklə, məhsuldan məhrum olur, insan özünə həyat yoldaşı seçərkən tələsməklə, ailə həyatını zəhərə döndərir, oruc tutan insan azanın vaxtını gözləməkdə tələsməklə, gün uzunu çəkdiyi zəhməti bada verir. Ona görə də, İslam dini öz ardıcıllarını səbrə dəvət edir. Əksər ayələrdə səbir və namaz kəlmələri qoşa işlənir.
Allah sizə yar olsun.

Go to TOP