Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allahın ruhunun insana üfürülməsi onun cana gəlib nəfəs alması deyil. Çünki heyvanlar da nəfəs alır. Əslində məqsəd insana yaradıcılıq, iradə, elm kimi sifətlərin əta olunmasıdır. Ruh şərafətlilik baxımından Allaha aid edilir. Burada məqsəd Allahdan bir şeyin ayrılaraq insana birləşməsi demək deyil, bəlkə ruh da cism və digər bütün işlər kimi Allahın məxluqudur.Məsələn, “Beytullah” dedikdə “Allahın evi” nəzərdə tutulur. Əslində isə Allah evə ehtiyacsızdır və belə bir ad evi şərafətləndirmək xatirinə verilir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ (223)TƏRCÜMƏ:
“Qadınlarınız sizin üçün əkin sahəsi kimidir. Hər vaxt istəsəniz, öz əkin sahənizə daxil ola (və onlarla yaxınlıq edə) bi-lərsiniz. (Çalışın, yaranan bu fürsətdən istifadə edib saleh öv-lad tərbiyə edərək) əvvəlcədən özünüz üçün xeyir (saleh əməl) göndə-rin. Allah qarşısında təqvalı olun və bilin ki, Ona qovuşacaq-sınız. Və möminlərə müjdə ver.”
TƏFSİR:
BƏŞƏR NƏSLİNİN QORUNMA VASİTƏSİ
Bu ayədə qadınlar əkin sahəsinə təşbih edilmişdir. Bəlkə də bu təşbih və bənzətmə bəziləri üçün qeyri-adi gö-rünsün. Onlar “nə üçün islam dini bəşər cəmiyyətinin yarı-sından çoxunu təşkil edən qadınlar üçün belə bir məsəl irəli sürmüşdür?” - deyə etiraz edə bilərlər.
Amma qeyd etməliyik ki, bu təşbihdə çox dəqiq və incə bir məsələ gizlənmişdir. Həqiqətdə Quran bu bəyanla qadın-ların insan cəmiyyətində rolunun zəruri olmasını əyani olaraq canlandırmaq istəyir və buyurur ki, qadın təkcə şəh-vət hissinin təmin edilməsi üçün deyil, həm də bəşər həya-tının davam etdirilməsi vasitəsidir.
İnsan öz həyatını davam etdirmək üçün qidalanmaya eh-tiyaclı olduğu, digər tərəfdən də əkin əkmədən qida əldə edə bilmədiyi kimi, qadınlar olmadan da öz nəslini davam et-dirə bilməz. Buna görə də onların vücuduna zəruri və həyati ehtiyac duyur.
Müqəddəs kitabımız belə bir ifadə ilə qadına yalnız nəfsani istək və ehtirasların təminat vasitəsi kimi ba-xanlara cavab verir və onlara bir növ xəbərdarlıq edir.
وَقَدِّمُواْ لأَنفُسِكُمْ “Və qəddimu li ənfusikum” cümləsi həqiqətdə bu məsələni göstərir ki, intim yaxınlıqdan əsas və son məq-səd təkcə cinsi ləzzət almaq olmamalıdır. İmanlı şəxslər layiqli övladlar yetişdirib tərbiyə etmək üçün bundan isti-fadə etməli və müqəddəs bir xidmət olan təlim-tərbiyə mə-sələsini bir savab iş olaraq öz gələcəkləri (axirət) üçün mənəvi bir ehtiyata çevirməlidirlər. Quran xatırladır ki, həyat yoldaşı seçdikdə müəyyən qayda-qanunlara riayət edin ki, saleh övlad tərbiyə edib insan cəmiyyəti üçün böyük xid-mətlər edə biləsiniz.
Peyğəmbəri-əkrəm (s)-dən nəql olunmuşdur ki, insan ölərkən onun əməl dəftəri bağlanır və artıq bundan sonra o, üç şey istisna olunmaqla, özü üçün heç bir yol azuqəsi götürə bilməz:
1- Davamlı sədəqə; yəni insanın özündən sonra ictimai faydalara malik olan və həmişə işlədilən məscid, xəstəxa-na, mədrəsə, kitabxana və bu kimi digər şeylər qoyub getməsi.
2- Elmi əsərlər yadigar qoyması, kitab yazıb şagird tər-biyə etməsi;
3- Ata-ana üçün əməldə və sözdə bağışlanmaq istəyən sa-leh övlad tərbiyə edib getməsi.
Cinsi yaxınlıq mühüm bir məsələ və insanın ən kəskin qərizəsi ilə əlaqədar olduğundan Allah-taala bu cümlə ilə insana həmin məsələdə diqqətli olmağı və ilahi göstəriş-lərə əməl etməyi tövsiyə edib Allah qarşısında təqvalı ol-mağı buyurur.
Sonra xatırladılır ki, Qiyamət günü Pərvərdigari-aləmlə görüşərək əməllərinizin nəticəsini görəcəksiniz.
وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ
Axırda həm maddi, həm də mənəvi səadət olan bu göstə-rişlərə təslim olan imanlı şəxslərə müjdə verib buyurur: “Və bəşşiril-muminin”, yəni möminlərə müjdə ver.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda bu möcüzəyə dəfələrlə işarə olunsa da hansı sudan keçməkləri aşkara deyilmir, lakin Tövratda aşkar şəkildə Qırmızı dəniz olmağı yazılır. Şiə təfsirçilərinin əksəriyyəti Nil çayını yazırlar. Bu məsələ Quranda "yəm" və "bəhr" ifadələri ilə gəlib. Bu iki ifadə dənizə deyilsədə böyüklüyünə görə Nil çayınada şamil olur. Quran həzrət Musanın (ə) əhvalatında anasının onu suya atmağından "yəm" kəlməsi işlədir. Təfsirçilər bunun qətiyyətlə Nil çayı olmasını yazırlar. Eyni kəlmənin Bəni İsrailin keçdiyi su barədə deyilməsindən istifadə edirlər ki, məqsəd Nil çayıdır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Həzrət Peyğəmbərin (s) zamanında Ovs ibn Samit evinə gələndə mehriban həyat yoldaşını namazda səcdə halında gördü. İstədi ki, namazdan sonra onunla cinsi əlaqədə olsun. Lakin həyat yoldaşı bu işə meyilsiz olduğunu bildirdi. O narazı oldu və dedi: “Əntə ələyyə kə zəhri ummi”.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ənfal surəsi 62 ci, 9 və 10 cı ayələrinə əsasən Bədr döyüşündə Allah-taala 1000 mələki köməyə göndərir.Bismillahir-rəhmanir-rəhim.
Ayənin təfsirini saytın kitabxanasında Quaran bölməsindəki Nur və Nurul-Quran təfsirlərindən oxuya bilərsiniz.http://kitab.nur-az.com/az/lib/category/46
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Kəhf surəsi ayə 22. Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Quranın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!Təfsir alimləri qeyd olunan ayədən, onların sayının 7 nəfər və səkkizincisi itin olmağını başa başa düşürlər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər yaddan çıxartmaq məsələsini şeytana və onun təsərrüfünə nisbət versək, eyib və problem ortaya çıxmır və peyğəmbərlərin məsum olmağı ilə zidiyyət daşımır. Çünki, peyğəmbərlər Allaha itaətsizlik hesab olan şeylərdə (o cümlədən Allaha itaətdə səhlənkarlıq etməkdə) məsumdurlar. Mütləq şəkldə Şeytanın təqib və əziyyətlərindən siğortalanmayıblar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə 73:﴿قَالُواْ أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللّهِ رَحْمَتُ اللّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ إِنَّهُ حَمِيدٌ مَّجِيدٌ﴾
“(Mələklər İbrahimin zövcəsinə) dedilər: “Allahın işinə təəccübmü edirsən? Siz ev əhlinə Allahın rəhmət və bərəkəti nazil oldu. Həqiqətən, O, mədh olmuş və böyükdür.”
Sual: Hazırki ayədə mələklər həzrət İbrahimin zövcəsinə onun “əhli-beyti” deyə xitab etdilər. Adətən hər bir şəxsin zövcəsi onun ev əhli sayılır. Nə üçün İslam Peyğəmbərinin (s) zövcələri onun əhli-beytindən sayılmır?
Cavab: Əgər sözün yalnız lüğət mənasına istinad etsək, “Əhli-beyt” sözü insanın zövcəsinə aid olur. Amma bə`zən sözün mənasını dəyişən dəlillə rastlaşırıq. Məsələn “Hud” surəsinin 46-cı ayəsində Nuhun oğlu onun əhli sayılmır. Necə ki, həzrət Peyğəmbər (s) Salman haqqında buyurur: “Salman bizim əhli-beytdəndir.” Təthir ayəsi haqqında bir çox rəvayətlər var. Peyğəmbər (s) müəyyən şəxsləri öz əbası ilə örtərək yalnız onları əhli-beyti saymışdır. Həzrət öz zövcəsi Ümmü-Sələməyə əbaya daxil olmağa icazə verməmişdir.
Allah sizə yar olsun.