Sual (11) : Salam,Quranda hezret isanin dilinden bele dua neql olunur. Rabbimiz Allah, bize goyden bir sufre gonder ki, evvel ve axirimiza bayram olsun.( maide114) Bir adamin fikrine gore, Hz.Isanin dediyi sufre adi sufre deyil,o Ehli beytdir ki,evvelden axira kimi bereket ve nemet sufresidir.Bu haqda tefsirciler ne deyir? chox sag olun.
Əleykumus-salam. Təfsir kitablarında bu məsələ ilə qarşılaşmadıq.

Allah sizə yar olsun.

Sual (12) : Azerbaycanda Quranin tefsiri varmi?

Bismillahir-rəhmanir-rəhim.

Bəli, var amma kamil tərcümə olunmayıb. Ustad Möhsin Qiraətinin Nur təfsirinin 12 cildlik təfsirinin 8 cildi tərcümə və çap olunub. Saytımızın kitabxanasında bu təfsirin elektron versiyasını əldə edə bilərsiz. kitab. http://kitab.nur-az.com/az/lib/category/46
Bundan əlavə Əlmizan təfsiri tərcümə olunur ki, təqribən yarısı çap olunub.

Allah sizə yar olsun.

Sual (13) : Salam aleykum,"Biz insana shah damarindan da yaxiniq" Bu hansi ayedir ve wah damar deyende ne nezerde tutulur,bu hz.Eli.e. iwaredir?cox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq (insanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur). Qaf sürəsi, 16-cı ayə/.
Həzrət Əli (ə) barədə olmasına dair hədislə qarşılaşmadıq.

Allah sizə yar olsun.

Sual (14) : Salam aleykum Allah Tin suresinde niye encire ve zeytuna and icir? Allah razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranın 44 surəsində 104 ayədə 118 dəfə and içilib. Onun 95-i Allahın andıdır ki 33 surədə gəlib. 23 surə andla başlayır. 2-si Peyğəmbərin andıdır ki əməllərin mühasıbəsi və qiyamət gününün isbatı üçün gəlib. 4 yerdə H. Yusifin qardaşlarının andıdır. 1 yerdə sehirbazlar Musanı məğlub edəcəkləri üçün Fironun hüzurunda and içirlər. Şeytanda xalis olmayan insanları azdıracaqına söz verərək 1 yerdə and içir. 15 ayədə isə müşriklərin, münafiq və qiyaməti inkar edənlərin andı gəlib. Ümumiyyətlə Quranda təqribən 40 şeyə and içilir. Sual isə İlahi andlardan gedir ki Qurandakı andların əksəriyyətin təşkil edir.

İlahi andlar insanların andları ilə böyük fərqi var. İnsanlar adətən nəyisə itirəcəyindən qorxub müqəddəs hesab etdikləri və onlar üçün əziz olan şeylərə and içirlər ki müqabildəki insanı inandırmaq üçün. Nəticədə də insanlarda bir qorxu var ki əgər düzgün olmasa andları onlara bir əzab yetişər və ya onlar üçün əziz olanlara (övlad, ata-ana, dost və s.) bir bəla gələr. Allah isə nə itirəcəyi bir şey var və nədə kimdən ya nədənsə  qorxusu. Birdə Allahın and içməyinə möminlər üçün ehtiyac yoxdur çünki andsızda inanırlar və kafirlər üçün isə and içməyin faydası yoxdur onsuzda onlar inanmırlar. Bəs belə nəticə alırıq ki Allah insanları inandırmaq üçün yox. başqa məqsədlə and içir. Allahın andlarının bəzi hikmət və fəlsəfəsinə işarə edirik. 1- And içiləcəyi şeylərə təkid və onların əhəmiyyətli olmasını insanlara başa salır ki onlar haqda düşünsün və əhəmiyyət versin (Qiyamət günü, Quran və s.). 2- And içdiyi şeylərin çoxlu mənfəət və faydalı olmasına insanın diqqətin cəlb etmək üçün (günəş, ay, gecə-gündüz, ulduzlar hətta incil zeytun və s.) ki Allahın rəhmət və nemətidir. 3- Xeyirli və layiqli əməllərə hörmətlə yanaşır və əzəmətli hesab edir tainki insanları onları əncam verməyə təşviq olsunlar (and olsun  mücahidlərin atlarına, and olsun həcc əməlinin vaxtına və s.)

İmam Sadiq (ə) buyurur: Allah-taala öz yaradiqlarına and içir tainki insanların nədən ibrət və dərs alacaqından agah etsin. Çünki and, and içilən şeyin böyük  və əzəmətli olmasına dəlalət edir.

Təfsir alimlərindən biri deyir: Qurandakı andlar elmin açarıdır.

Allah sizə yar olsun.

Sual (15) : SALAM Beqere suresinin 223 suresidi Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver. burda tarlanizdan məqsəd nədir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

223. ﴿نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴾
“Qadınlar sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt, istədiyiniz yerdə öz əkin yerinizə gəlin. Özünüz üçün (yaxşı əməllər) nəzərdə tutun. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Mö’minlərə müjdə ver.”
Nöqtələr
◘Bu ayədə qadınlar əkinəcəyə bənzədilmişlər. Doğurdan da bu bağça doqquz ay müddətində bəşəriyyətə övlad çiçəyini təqdim edir. Bəşəriyyətin əkin sahəsi olmadan yaşaya bilmədiyi kimi, qadın olmadan da bəşər nəsli davam edə bilməz.
Qadın kam almaq vasitəsi deyil. O, bəşər nəslinin davam rəmzidir. Demək, qadınla yaxınlıqda pak bir nəsil intizarında olmaq lazımdır; insan bütün məqamlarda müqəddəs hədəflərə malik olmalıdır. “İttəqqullah” cümləsi xəbərdarlıq edir ki, icazə verilməmiş yollarla cinsi ehtirası söndürmək olmaz. Bu yolu seçənlər qiyamət günü üzüqara olar. Saleh əməl və qiyamət günü xeyir mücəssəməsi olan övladlar və nəsil yetişdirin.
Bildirişlər
1. Münasib həyat yoldaşı münasib əkinəcək kimidir. Yaxşı məhsul götürmək üçün münasib toxuma ehtiyac var.
2. İstər toxum, istərsə də torpaq təvəllüddə mühüm rola malikdir. Gələcək nəslin necəliyində və davamında qadın və kişinin rolu var.
3. Qısa müddətli qadağaların ardınca, uzun müddətli bəhrələnmə dövrü gəlir.
4. Yaxınlıq üçün kişi qadına yaxınlaşmalıdır.
5. Meyllərdə ilahi yön olmalıdır. Əgər yaxınlıq zamanı pak övlad və qiyamət ehtiyatı nəzərdə tutularsa, bu yaxınlıq da ilahi rəngdə olar.
“Səhihe-Buxari”də deyilir: İlahi övliyalar yaxınlıq zamanı mücahid övlad qəsdində olurlar.
6. Əgər pak nəsil yetirsəniz, özünüz ondan bəhrələnəcəksiniz.
7. Qadın əşya deyil. O, azadlığın bünövrəsini qoyan, tarixə sərmayə yatıran, axirət hədiyyələrini gətirəndir.
8. Doğub-törəmə izdivacın əsas məqsədlərindəndir.
9. Yaxınlıq zamanı təqvanı gözləyin.
10. Nəfs istəkləri təqva vasitəsi ilə nəzərə alınmalıdır.
11. Təqvaya çatmaq üçün ən yaxşı vasitə axirətə imandır.

Allah sizə yar olsun.

Sual (16) : Salam aleykum. Davud ve Suleyman peygember Hz musadan sonra yasayiblar? Eger beledise bes bu ayede niye onlarin adi Hz Musadan qabaq cekilir? (Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Mu-sanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Enam 84). Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Musa (ə) Davud və Süleyman peyğəmbərdən qabaq yaşayıb.
Allah-taalanın işləri hikmətsiz deyil və peyğəmbərlərin adını çəkməyinin tərtibində də bir hikmət var. Amma təbii ki, bu yaşadıqları tarix və zaman baxımından deyil. Əlbətdə Əl-minar təfsirinin sahibi və Fəxri Razı bu təribin səbəbində öz nəzərlərini belə qeyd ediblər ki, bu tərtib ilahi nemətlərdən bəhrələnməklə əlaqəlidir. Yəni adları əvvəldə çəkilənlər daha çox ilahi nemətlərdən bəhrələnib və səltənət sahibi olublar. Lakin Əlamə Təbətəbai bu nəzərləri düzgün hesab etmir və öz nəzərini bildirir. Amma Əllamənin nəzərinə əsasən Musanın (ə) adı Süleyman və Davud peyğəmbərin adından sonra gəlməsinin səbəbi qeyd olunmur. Və ümumi şəkildə bildirilir ki, əvvəldə adı çəkilən 6 peyğəmbər, risalət məqamından əlavə rəyasət və mülk sahibi olmaqda müştərəkdirlər.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum. Qurana esasen Allah ancaq teqvalilardan qebul edir teqvalida olmaq ucun namaz mutleq lazimdir. Indi ele adamlar olurki namaz orucsuz olurler bizdede bezileri varki deyirler tay onlara niye ehsan verirsiz, quran oxudursuz onsuz Allah ancaq namaz qilanlardan qebul eliyir olen adamda namaz qilan olmuyub sizin eziyetiz ozuze qalacaq. Xahis edirik bunu izah edesiz namazsiz orucsuz olen adama oxunan quranlarin ehsanlarin ona xeyiri var? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quran buyurur:  “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.”
 Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir.  “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.”
Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Quran bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır.  Hər halda Allah-taala Quranda buyurur: ....həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zay etmir. Hud/115.

Allah sizə yar olsun.

Sual (18) : Salam aleykum. Ehd sandigi nedir? Ve hansi ayede bu haqda danisilib? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Müqəddəs sandıqça ya tabuti-səkinə, Musanın anası onu qoyb dənizə atdığı sandıqdır. Elə ki, Fironun məmurları tərəfindən dənizdən götürüldü və Musanı onun içindən çıxartdılar, sadıqça Fironun sarayında saxlanılırdı. Sonra Bəni-israilin əlinə düşdü, Bəni-israil bu yaddaqalan sadığa hörmətlə yanaşırdı və ona təbərrük edirdilər.

Musa, ömrünün sonlarında ilahi hökümlər yazılan müqəddəs lövhələri, öz zirehini və başqa yadigar əşyaları ona qoyub, öz vəsisi olan Yuşə ibni Nuna tapşırdı. Bununlada Bəni-israilin gözündə bu sandığın əhəmiyyəti çoxaldı. Buna görədə müharibələrdə bu sandığı özləri ilə aparırdılar ki, mənəvi və psixoloji təsir bağışlayırdı. Həmçinin sonradan Musa və Harunun ailələrindən qalan yadigarlar onun içindəkilərə artırıldı.

Bəzi rəvayətlərə əsasən İmam Zaman (ə.c) zühur edəndə sandıq onda olacaq.

Quranda iki yerdə bu tabutdan ad aparılır:

Bəqərə, 248. Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nəleyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «.

Taha, 39. (Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.

Allah sizə yar olsun.

Sual (19) : Salam aleykum. Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun! Yasin 20. Bu ayede kisi sozunde meqsed nedir? Onun cinsin bildirir yoxsa heqiqi kisi olmagin?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kişi sözündən məqsəd cinsi bildirir. Amma qeyri-müəyyən və məchul qeyd olunmağı buna işarədir ki, adi bir şəxs idi və qabaqcadan ilahi rəsullarla onları təsdiq etmək barədə sözləşməmişdir. Yəni qəflətən xəbər tutub gəldi. Bu şəxsin mömin və şücaətli olmağı kişi sözündən yox, ümumi ayənin məzmunundan başa düşülür. Əlbətdə sizin qeyd etdiyiniz məsələ həzrət Əlinin (ə) kəlamında Kufəlilərə xitab edərək işlənir. Həzrət Kufəlilərə buyurur: Ey kişiyə oxşayıb kişi olmayanlar. Lakin qeyd olunan ayədə buna işarə edilmir.

Allah sizə yar olsun.

Sual (20) : Salam aleykum. Quran ayelerinden bele basa dusmek olurki dovleti Allahin qanunu ile idare etmeyen hakim ve onu destekleyenler kafirdir. Bu beledir yoxsa biz sehv basa dusuruk? Yeni her hansisa olke dunya qanunlari ile idare olunursa onun hakimi tagutdur? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 

Tağut kəlməsi Quranda 8 dəfə gəlib, yalançı məbudlar, zalım və tüğyan edənlər mənasını daşıyır.

İmam Sadiq (ə) buyurur: «Tağut o kəsdir ki, haqq əsasında hökm etməsin, Allahın fərmanının müqabilində özündən hökm versin və ona itaət olunsun.»
Tağut yalnız cahiliyyət əsrinin əldə düzəldilmiş bütləri deyil, əksinə onun daha aydın simvolu, insanları ilahi peyğəmbərin məqsədi olmayan yollara çəkən şirk qüdrətləridir.
İmam Sadiq (ə) Zümər surəsinin 17-ci ayəsində zikr olunmuş «tağut» sözünün izahında buyurmuşdur: «Mən ətaə cəbbarən, fəqəd əbədəhu»—(Yəni; Hər kəs zalım hakimdən itaət etsə, şübhəsiz ona pərəsitiş etmişdir).
İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Biz Əhli-beytin (ə) itaətində olmayan hər bir hakim tağutdur".
Zəmanəyə uyğun dünya qanunları ilə idarə edilməsi Allahın hökmləri ilə ziddiyyət daşımasa heç bir iradı yoxdur və əksinə zəruridir. Adətən dünyəvi qanunlar qəzavət və məhkəmə məsələlərində dinlə ziddiyyət daşıyır. Və Kafir dedikdə isə terminoloji məna yox lüğəvi məna, yəni haqqı gizlədən nəzərdə tutulur.
Allah sizə yar olsun.
Go to TOP