Sual (121) : Salamun əleykum.Haqqı nahaqdan necə fərqləndirmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Haqq və nahaqı tanımaq bəzən o qədər çətin olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır. Ayədə oxuyuruq: «...Sel, üstünə çıxan bir köpüyü alıb apardı. Bəzək şeyləri və ya qab-qacaq düzəltmək məqsədi ilə insanların od üzərində qızdırıb əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar» «Rəd» surəsi, ayə 17.
Həqiqət həmişə saf su kimi həyatvericidir. Batildə isə heç bir fayda yoxdur. Batil zahirdə təkəbbürlü, məqmpərəst, səs-küylü, daxildə isə puçdur.
Həqiqət özünə güvəndiyi halda, batil həqiqətin hörmətindən istifadə edir. Batil həmişə həqiqət libası geyir. Əgər dünyada doğru söz olmasaydı, yalana kim inanardı?! Əgər qızıl olmasaydı, qızıl suyuna salınmış dəmirə kim aldanardı?!
Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «Əgər batil həqiqət qatqısından ayrılsa, həqiqət sevərlər üçün aşkarlanacaq. Əgər həqiqət batil qatqısından qurtulsa, sözbazların ağzı yumulacaq».
Batil qatışıqlığa, özbaşınalığa tərəfdardır. Çöl-biyabanı ağuşuna alan sel nə qədər ki, hərəkətdədir, ona qatışmış zir-zibil gözə dəymir. Elə ki, suda sakitlik yaranır, zir-zibil suyun dibinə çöküb, saf sudan ayrılır.
Həqiqət səhnədə görünən kimi, batil səhnəni tərk etməyə məcburdur. Ona görə də, həqiqət həmişə hərəkətdə olub, yerini batilə verməməlidir.

Allah sizə yar olsun.
Sual (122) : Salamun əleykum.Quranın kəlmələrinin, cümlələrinin və ya surə və ayələrin tərtibinin ilahi vəhy vasitəsilə olmasının isbatında, Qurandan şəriət hökmlərinin ələ gətirilməsində Quranın nə qədər rolu var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın cavabında onu qeyd etmək lazımdır ki, əsasən surələrin tərtib və nəzminini müctehidin ictihadına o qədər də təsiri yoxdur. Quranda elə bir məsələ yoxdur ki, o surələrin tərtibindən ələ gəlmiş olsun. Həmçinin, mənaları bir-biri ilə uyğun olmayan ayələrin də tərtiblə düzülməməsinin fiqh hökmündə dəxaləti yoxdur. Bu cəhətdən, öz kəlami mənşəində bu iki mətləbin isbatına[3670]ehtiyac yoxdur.
Fəqih üçün ictihadda ən mühüm məsələ, Quranın möhtəvasının, ayələrin və tək-tək kəlmələrin bir-birilə bağlı olub ilahi vəhy olmasıdır.[3671] Bu da Quranın bəlağət və fəsahət möcüzəsi ilə isbat olunur. Çünki, bəlağət təkcə kəlməyə yox, həm kəlmə, həm də mənaya aid olur. Əsasən, möhtəvanın və kəlmələrin səhih və bağlı olmadığı halətdə fəsahət və bəlağətidən söz açmağın mənası yoxdur.
Başqa tərəfdən hansısa bir ayənin digərinin yerində yazılması və bununla da ayələrin möhtəvasının aradan getməsi ehtimalı müctehidin nəzərinə görə Quranda baş verməmişdir. Çünki, yerində qeyd olunmuş dəlillərə əsasən Quran hər bir təhrif və dəyişiklikdən uzaqdır.
Hər halda, əgər müctehid ehtimal versə ki, hansısa ayə öz yerində yazılmamış və hansısa ayə ilə əvəz olunmaqla mənaya da təsir qoyubsa, o zaman fəqih iddia edə bilməz ki, mənim vəzifəm yalnız Quranın zahirinə əsaslanmaqdır. Ən azı buna görə ki, belə ehtimallar Quranın zahirinin bizim üçün dəlil olmasını sual altına alır. Bu cəhətdən, Quranın kəlmələrinin, ayələri təşkil edən tərkiblərinin, hansısa möhtəvasının buna görə dəyişməsi və bunların Allahdan qeyrisi tərəfindən olması əslində, Quranın təhrif olunmasına dəlalət edərdi ki, bu da əvvəldə qeyd olunduğu kimi baş verməmişdir. Beləlikə, Quranın Allah-taaala tərəfindən nazil olmasını əql vasitəsi ilə də isbat etmək olar. Baxmayaraq ki, Quranın təhrifdən uzaq olmasını başqa yollarla da isbat etmək mümkündür.
Beləliklə, Quranın kəlmə və tərkiblərinin, hətta məcmuə və möhtəvasının da Allahdan qeyrisi tərəfindən olması ehtimalı belə Quranı höccət (dəlil) olmasından salır. Bəlkə də, bəzilərinin Quranın zahiri xəbərlərinin höccət olmasını hesab etməyənlərin dəlillərindən biri Quranın ayə və surələrinin yerlərinin dəyişdirilməsini qəbul etmələridir. Onların işində ən böyük səhv ondan ibarətdir ki, belə fikirləşirlər ki, Quranı kənara qoymaqla dini hifz edirlər, lakin onlar bu işləri ilə dinin ən böyük sənədini və ya əslində, bütün dini sual altına aparırlar.[3672]
[3670]  Qeyd olunan məsələnin mənası bu deyil ki, Quranın İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) zamanında cəm olunmasını isbat etmək olmaz. Bəlkə də məslə budur ki, bu mövzunun fəqihin ictihadında kəlami bəhslərində rolu yoxdur. Həmçinin, əvvəldə qeyd olundu ki, şiə alimlərinin əksəriyyətinin rəyi budur ki, dəlillər nişan verir ki, Quran, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) zamanında cəm və tənzim olunmuşdur. Bundan əlavə, əgər ayə və surələrin tərtibində hansısa mühüm məsələyə rast gəlsək də, tənzimin pozulması ilə o məsələ əldən gedər (surə və ayələrində meydana gələcək ədəd möcüzəsi kimi bir məsələ) və ya bütün bu tərtib və tənzimlərin nəticəsində xüsusi bir bağlılıq ələ gəlir. Bu məsələnin də isbatına görə tarixi dəlilə ehtiyac yoxdur, bəlkə əql hökm edir ki, bütün bu tərtib və nəzmlər ilahi vəhy vasitəsi ilə vücuda gəlmişdir.
[3671]  Ayələrin ilahi vəhy olmasından əlavə, bir-birilə bağlı olub, “qərineyi siyaq” (ümumi möhtəvadan ələ gələn məna) qanunu alimlər arasında ixtilaflı məsələdir.
[3672]  Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, birinci çap, tarix-1377 şəmsi ili. Səh-56-57.
Allah sizə yar olsun.
Sual (123) : Salamun əleykum.Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani- Kərim tarix, əfsanə və lüğət kitabı deyildir ki, orada bütün peyğəmbərlərin tarixçələrini, adlarını və yaşayış tərzlərini arayıb axtaraq. [3673] 
Əksinə Quran insanları hidayət edən, nəfsi saflaşdıran, [3674]  insanlar üçün təlim-tərbiyə göstəricisi oan ilahi bir kitabdır.
Qurani-Kərimin bu hədəfi bir çox peyğəmbərlərin adlarının çəkilməməsi üçün əsas səbəbidir. Bəzi peyğəmbərlərin adlarının və həyat tərzlərinin Quranda qeyd olunması, onların tarixləri ilə tanış olmağımız üçün deyil, əksinə onların müsibətlərindən və qövmlərinin axır-aqibətlərindən ibrət almağımız üçüdür. Əgər adları Quranda gəlməyən peyğəmbərlərin həyatından bizim üçün daha faydalı mətləblər olsaydı Quran onu mütləq qeyd edərdi.
Başqa sözlə desək Qurani-Kərim insanların təlim-tərbiyəsi, həmçinin İlahi əmrlərin insanların qəlbində daha əsaslı və möhkəm yer tapması üçün tarixin hikmətli və ibrətamiz hissələrindən (epizodlarından) istifadə etmişdir. Bir sözlə Qurani-Kərim heç vaxt tarix ensklopediya kitabı məqsədi ilə yazılmamışdır. Misal üçün; Həzrət Musanın (ə) adı Quranın 28 surəsində və yüzdən çox çəkilmişdir. Amma o mətləblər heç vaxt tarix ünvanında qeyd olunmamışdır. Qurani-Kərim heç bir peyğəmbər haqqında tarix qeyd etməmişdir. (onların dünyaya gəlməsi, vəfatı və sair..) amma həzrət Musanın (ə) və digər peyğəmbərlərin həyatında olan bütün ibrətamiz və faydalı mətləbləri gətirmişdir. Həmçinin Quran nazil olan zamanda (Quranın əsrində) insanların savadsızlığı, başqa yaxın və uzaq qövmlərdən, o cümlədən onların həyat tərzlərindən və peyğəmbərlərindən xəbərsiz olmaları bir çox peyğəmbərlərin adlarının Quranda gəlməməsinə səbəb ola bilər.
[3673]  Bəsairud- dərəcat, səhifə 121; əl-Xisal, səhifə 300 və 641 (mənqul əz rah rahşenasi səhifə 17); biharul- ənvar, cild 11, səhifə 30, 32 və 41
[3674]  Cavad Amuli, Abdullah, təfsir təsnim, cild 1, shifə 48
Allah sizə yar olsun.
Sual (124) : Salamun əleykum.Peyğəmbərlərin adlarının Quranda az çəkilməsi barədə daha ətraflı məılumat verməyinizi xahiş edirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-Kərimdə “nisa” surəsinin 163-164 və “Ğafir” surəsinin 78-ci ayəsinə əsasən bütün ilahi peyğəmbərlərin həyaı Quranda gəlməmişdir. Həmçinin Quranın bəyanından məlum olduğu kimi, adları qeyd olunan peyğəmbərlərin (25 nəfər) həyat tərzi geniş surətdə qeyd olnumamışdır. Məsələn: həzrət İsa (ə) Musa (ə) və İbrahim (ə) kimi.
Baxmayaraq ki, bu ilahi şəxsiyyətlər uca məqamlı (ulul- əzm) peyğəmbərlərdəndir. Qurani-Kərim onların tarixindən bizim üçün faydalı və ibrtamiz olan qədər qeyd etmişdir. Bunu da qeyd edək ki, bəzi hədislərdə ənbiyanın sayı 124 min və rəsulların sayı 313 nəfər olduğu qeyd olunmuşdur. [3675] 
Qurani-Kərimin nazil olmasından və Rəsuli Əkrəmin (s) peyğəmbərliyə seçilməsindən əsas ilahi hədəf insanların hidayəti və ali məqama çatmasıdır. [3676]  Bundan əlavə insan gərək bütün ilahi əmrləri yerinə yetirsin ki, ilahi səadətə və “xəlifətullah” məqamına yetişə bilsin.
Təlim-tərbiyə məsələsi ilə yanaşı tarixi hadisələrin nəql olunmasının əsas faydalarından biri də budur ki, o məsələlər daha yaxşı başa düşülür və insanın yaddaşında hadisə ilə birlikdə həkk olur. Qurani-Kərimdə peyğəmbərlərin həyatından qissələrin (əhvalatların) nəql olnuması aşağıdakı meyarlara söykənir:
Ənbiyanın insanları dinə necə dəvət etməsi, onların hədəflərinin müştərək olması. Yəni Allaha ibadət etmək və ps əməllərdən çəkinmək.
İnsanların peyğəmbərlərlə necə (münasibət bəsləməsi və) rəftar etmələrinin çatdırılması və bu rəftarın əsas səbəbləri və nəticələr.
Peyğəmbərlərin xurafatlarla, dini təhriflər və düşmənlərlə mübarizəsi.
Möminlərin kafirlərlə, zalımlarla və öz düşmənləri ilə necə rəftar etməsi.
İlahi qanunların ictimaiyyətdə hakim olması və onun bütün zamanlarda davamının bəyan olunması.
Yuxarıda qeyd etdiyimiz meyarlar bir növ aşağıdakı gətirəcəyimiz hədəflərin açıqlamasıdır.
Peyğəmbərlərin insanlara təlim-tərbiyə baxımından hikmətli və ibrətamiz sözlərlə moizə etməsi, həmçinin insanların düşmən və üsyankar qövmlərin axır-aqibətlərindən ibrət almaları, Rəsuli-əkrəmin (s) keçmiş peyğəmbərlərin üsullarından hidayət yolunda istifadə etməsi.
Tarixdə olan hadisələri Quranın meyarları əsasında qiymətləndirmək və özünü tarixin qiymətli şəxsiyyətlərinin yerində hiss etmək.
Tarixdə bəzi peyğəmbərlər barəsində nəql olunan şübhələrin və onlara atılan iftiraların aradan qaldırılması. Misal üçün: yəhudilərin Üzeyr peyğəmbərə (ə) və İsəvilərin (xristianların) həzrət İsaya (ə) Allahın oğlu [3677]  olmaq nisbətinin verilməsi və ya həzrət Musanın (ə) qətldə [3678]  ittiham olunması və sair.
Peyğəmbərin və möminlərin düşmənin müqabilində qəlblərinin təskinlik tapması və bu yolda səbirli və sabit qədəm olmaları, həmçinin kafirləri qarşılıqlı müqavimətləri ilə qorxuya salıb naümid etməkdir. [3679] 
Ümumi qeyd etdiklərimizdən belə nəticə alırıq ki, Quranın bəzi yerlərdə tarixə toxunmaqdan əsas hədəfi insanları qəflət yuxusundan ayıltmaq və bu yolda onlara xəbərdarlıq etməkdir.
Bundan əlavə bütün ilahi peyğəmbərlər eyni məqam və mənsəb sahibi olmamışlar. [3680]  Onların bəziləri böyük bir qövmə, bəziləri kiçik bir qəbiləyə və bəziləri isə öz qohum-əqrabaısna peyğəmbər və ya nəbi olmuşdur. O cümlədən onların hamısının özlərinə məxsus dinləri olmamışdır. Misal üçün: Mümkündür eyni zamanda bir peyğəmbərin dininə bir neçə nəbi və ya peyğəmbər insanları dəvət etsin. Necə ki, Lut (ə), Yaqub (ə), İshaq (ə) və İsmail (ə) peyğəmbərlər həzrət İbrahimin (ə) gətirdiyi dini yaymaqda davam edirdilər. Həmçinin bütün Bəni-israil peyğəmbərləri Musanın (ə) gətirdiyi şəriəti yayıb və onu insanlar üçün təfsr edirdilər. Mümkündür bu peyğəmbərlərin bəzisi insanları gizli və mxfi şəkildə dinə dəvət etdikləri üçün onların adları Quranda gəlməmişdir. [3681]  Başqa bir mətləb də budur ki, İslam peyğəməri (s) ilə düşmənçilik edən qövmlərin çoxusu yəhudi məslək olduğu üçün Qurani-Kərim ən çox həzrət Musadan (ə) və bəni-İsraildən nəql etmişdir ki, yəhudilər və yeni iman gətirmiş möminlər ibrət alsınlar. Bu səbəbdən başqa peyğəmbərlərin adları Quranda gəlməmişdir. [3682] 
Sonda bu mətləbə işarə etmək faydalı olardı ki, Quranda nəql olunan hadisələrin və adları çəkilən ümmətlərin yaxın yaxın şərqə və Asiya torpaqlarına mənsub olmağına baxmayaraq demək olmaz ki, qərb torpaqlarında ilahi peyğəmbərlər olmamışdır. Mümkündür ki, onların həyat və yaşayış tərzləri, həmçinin ümumi mədəniyyətləri Asiyalılardan fərqləndiyi üçün onların qissələri və peyğəbərlərinin adları Quranda gəlməmişdir.
Mətnə uyğun olaraq daha geniş məlumat əldə etmək üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz. [3683] 
İstifadə olunmuş ədəbiyyat
Cavad Amuli, Abdullah, təfsir-təsnim, cild 1, səhifə 39-52
Cavad Amuli, Abdullah, sireye peyğəmbəran dər Quran, cild 6-7, İsra, ikinci çap, 1379, Qum
Şirvani, Əli, dərsnameye-əqaed, mərkəz-cəhani- ulume- islami, birinci şap, 1376, Qum, səhifə 164
Təba- təbai, Muhəmməd Hüseyn, əl-Mizan, cameye- odərrisin hovzeye elmiyyeye Qum, cild 6, səhifə 146 və cild 17, səhifə 354
Qurani Kərim
Misbah Yəzdi, Muhəməd Təqi, Amozeşe aqaed, cild 1-2, saziman tabliğat islami, altıncı çap, 1370, teran, 29-cu dərs, səhifə 281
Misbah Yəzdi, Muhəməd Təqi, Maarefe Quran, rah və rahnoma şenasi, moəssiseye Amozeşi və pejuheşi imam xomeyni (rh), 1-ci çap, 1376, Qum, səhifə 17, 21-22 və səhifə 58-153
Hadəvi Tehrani, Məhdi, təəmmolat dər elme Usule feqh, birinci kitab, dördüncü dəftər.
[3675]  Ən-nəhl surəsi, ayə 36
[3676]  Al- İmran surəsi, ayə 140
[3677]  Ət-Tovbə surəsi, ayə 30
[3678]  Əl-Əhzab surəsi, ayə 69
[3679]  Hud surəsi, ayə 120-123
[3680]  İsra surəsi, ayə 55; ənam surəsi, ayə 83-90; bəqərə surəsi, ayə 252
[3681]  Bax: əl-Mizan, cild 6, səhifə 146 və cild 7, səhifə 354; Əli şirvani, dərsnameye
qaed, səhifə 164
[3682]  Bax: Cavad Amuli, Abdullah, təfsir-təsnim, cild 1, səhifə 39-52
[3683]  Hadəvi Tehrani, Məhdi, təəmmolat dər elme Usule feqh, birinci kitab, dördüncü dəftər.

Allah sizə yar olsun.
Sual (125) : Salamun əleykum.Peyğəmbəri (s) qocaldan surə hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Nurus-səqəleyn»də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Hud» surəsi məni qocaltdı»[3684].
Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.
İbn Abbas nəql edir: «Həzrət Peyğəmbər (s) üçün heç bir ayə «Sənə əmr edildiyi kimi istiqamətlən»[3685] ayəsi qədər çətin gəlməmişdi».
Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, Həzrət (s) «Hud» surəsini səbəb göstərdi[3686].
Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: «Ətəyinizi kəmərinizə keçirin». Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı[3687].
Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: «Sənə əmr edildiyi kimi istiqamətlən. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar. Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür»[3688]. Birincisi, Həzrətin (s) istiqamətlənməsi, ikincisi, bu istiqamətin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.
[3684]  2-ci cild, səh.334.
[3685]  «Hud» surəsi, ayə 112.
[3686]  «Məcməül-bəyan», 5-ci cild, səh.199.
[3687] «Əl-mənsur».
[3688]  «Hud» surəsi, ayə 112.
Allah sizə yar olsun.
Sual (126) : Salamun əleykum.«Nur» ayəsi kimə şamildir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin «Nur» surəsinin 35-ci ayəsi «Nur» ayəsi kimi məşhurdur: «Allah göylərin və yerin nurudur...».
Qurani-kərimdə və İslam rəvayətlərində yeddi şey «nur» kimi xatırlanır:
1. Qurani-kərim[3689];
2. Allaha iman[3690];
3. İlahi hidayət. Allah-təalanın öz bəndələrini doğru yola yönəltməsi[3691];
4. İslam dini[3692];
5. Həzrət Məhəmməd (s)[3693];
6. İmamlar və məsum rəhbərlər;
7. Elm və bilik.
Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu kimi, sadalananlar arasında da nurun ilkin mənbəyi Allahdır. Quran Onun kəlamı və İslam Onun ayini olduğu, peyğəmbər Onun tərəfindən göndərildiyi və imamlar Onun ayinlərini hifz etdiyi üçün, nur hesab edilir.
[3689]  «Maidə» surəsi, ayə 15.
[3690]  «Bəqərə» surəsi, ayə 257.
[3691]  «Ənam» surəsi, ayə 122.
[3692]  «Tövbə» surəsi, ayə 32.
[3693]  «Əhzab» surəsi, ayə 46.
Allah sizə yar olsun.
Sual (127) : Salamun əleykum.Qurani-kərimdə nə üçün dastanlara yer verilib?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran-Kərimin əhəmiyyətli bir hissəsi keçmişdə baş vermiş əhvalatları bəyan edir. Bu ilahi kitabla yaxından tanış olmayanlar, onu vərəqləyərkən tez-tez rastlaşdıqları dastanlardan təəccüblənir, bəziləri isə irad tutmağa da cəsarət edirlər. Amma məsələyə diqqətlə yanaşdıqda, hər şeyin məntiqəuyğun olmasına şübhə qalmır.
Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ laboratoriyasıdır. Həyat həqiqətlərinin dərk olunmasında tarixin müstəsna əhəmiyyəti vardır. Tarixdə müxtəlif qövmlərin başına gəlmiş hadisələr, bu hadisələri doğuran səbəblər, əyani dərs vəsaitinə bərabərdir. Həzrət Əli (ə) buyurur: «Tarixin təcrübəsindən öyrənməklə, sanki o qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam»[3694].
Tarix və dastan xüsusi bir cazibəyə malikdir. İnsan körpəlikdən qocalanadək, bu cazibənin təsiri altında olur. Tarix və dastan hamı tərəfindən dərk olunur, hansı ki, bir məsələnin sübutu üçün gətirilən dəlilləri hamı eyni səviyyədə dərk etmir.
Yuxarıda deyilənlər bir daha sübut edir ki, Quran tarix və dastana geniş yer ayırmaqla, ən üstün təlim-tərbiyə yolunu seçmişdir.
[3694]  «Nəhcül-bəlağə».
Allah sizə yar olsun.
Sual (128) : Salamun əleykum.Qurani-kərimdə "Əhzab" surəsinin 40-cı ayəsindən başqa, Peyğəmbərin digər peyğəmbərlərdən üstün və sonuncu olmasını bildirən ayə varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ» "O, Allahın elçisi və reyğəmbərlərin sonuncusudur"[3695] ayəsi ilə yanaşı İslam dininin davamlılığını və həmişəliyini sübut edən ayələr də Peyğəmbərin sonuncu peyğəmbər olmasına dəlalət edir:
«و أُوحِيَ إِليَّ هذا القرآنُ لأُ نذِرَكم و مَن بَلَغَ» "Bu Quran mənə sizi və onun gələcəkdə çatacağı insanları xəbərdarlıq edib qorxutmaq üçün vəhy olundu." [3696]
Həmçinin:
« لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِه» وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ
"Şübhəsiz ki, Quran çox dəyərli bir kitabdır və heç bir tərəfdən batil ola yol tapa bilməz"[3697]
Çünki dini gətirən şəxsin sonuncu peyğəmbər olmasını qəbul etmədən bu dinin daimi olmasını təsəvvür etmək mümkün deyildir.
Eləcə də Qurani-kərimdə və digər səmavi kitablarda Peyğəmbərin fəzilət və üstünlüyünə bildirən ayələr vardır: «و نزّلنا عَلَيكَ الكِتابَ تِبيانًا لِكُلِّ شَيءٍ» "Biz Quranı sənə hər şeyi izah etmək üçün nazil etdik"[3698].
مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْه» «وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ
"Biz Quranı sənə haqq olaraq özündən əvvəlki ilahi kitabları təsdiq edən və onları qoruyan olaraq endirdik." [3699]
«شَرَعَ لَكُم مِنَ الدِّينِ ما وَصَّي بِهِ نوحاً وَالَّذي أَوحَيناً إِلَيكَ وَ ما وَصَّينا بِهِ إِبراهيمَ و موسي و عيسي»
«Allah sənə vəhy etdiyi ayələri və Nuha, İbrahimə, Musaya və İsaya tapşırdıqlarını sənin üçün qanun etdi». [3700]
Bu ayələr Rəsuli-əkrəmin üstünlüyünə sübutdur. Qurani-kərimdə Peyğəmbərin dəvətindən başqa bir şey yoxdur və Peyğəmbərin dəyəri onun dəvətinin dəyərindədir.
[3695]  "Əhzab" surəsi 40-cı ayə
[3696]  "Ənam" surəsi 19-cu ayə
[3697]  "Fussilət" surəsi 41 və 42-ci ayələr
[3698]  "Nəhl" surəsi 89-cu ayə
[3699]  "Maidə" surəsi 48-ci ayə
[3700]  "Şura" surəsi 13-cü ayə
Allah sizə yar olsun.
Sual (129) : Salamun əleykum.“Müqəttəə” hərfləri hansılardır və onların başqa adları nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran surələrinin iyirmi doqquzunda müqəttəə hərfləri ilə rastlaşırıq. Adından göründüyü kimi, bu hərflər bir-birindən ayrılmış kimi nəzərə çarpır və vahid bir kəlmənin məfhumunu göstərmir. Amma ondan sonra dərhal Quran və onun əzəməti barəsində söhbət açılır. Bu göstərir ki, bu hərflərlə Quranın əsli arasında müəyyən rabitə vardır. Misal üçün, “Nəml” surəsinin birinci və ikinci ayələrində oxuyuruq: “Ta sin. Bu, Quranın və aşkar bəyan edən kitabın ayələridir.”
Başqa nümunələr də mövcuddur. Qurandakı müqəttəə hərfləri həmişə Quranın əsrarəngiz kəlmələrindən hesab olunur.
Təfsir alimləri demişlər:
Surələrin əvvəllərində gələn isim və onun kimi olan əlifba hərfləri mütəşabeh ayələrdən və sirlərdəndir ki, Quranın o hərflərlə xitab etdiyi kəslərdən başqa kimsə o rəmzlərdən agah deyildir. Yəni yalnız Peyğəmbəri-əkrəm (s.ə.v.v) və ondan sonra pak İmamlar onların sirlərini dərk edə bilərlər.
Peyğəmbər (s.ə.v.v) , Əhli-beyt (əleyhissalam) və vəhy xanədanı olan İmamlardan nəql olunan aşağıdakı rəvayətlər müddəamıza canlı şahiddir:
1-Həzrəti Əli əleyhissalam buyurur: “Hər bir kitabın rəmzi vardır, Quranın da rəmzi onun xülasəsi olan əlifba hərfləridir.”[3701]
2-Həzrəti İmam Sadiqdən (əleyhissalam) rəvayət olunmuşdur: “Əlif, Lam, Mim Allahın böyük adlarını göstərən hərflərdir ki, Quranda bir-birindən ayrı yazılmışdır. Hər vaxt Peyğəmbər (s.ə.v.v) və İmamlar o ismi-əzəmi oxusalar, duaları qəbul olunar.”[3702]
3-Həzrəti Əliyyibni Hüseyn (əleyhissalam) buyurur: “Qureyş və yəhudilər Quranı təkzib edib dedilər ki, o, sehrdir. Onu Məhəmməd özündən quraşdırmış və Allahın adı ilə bağlamışdır. Allah onlara elan edərək buyurur ki, “Əlif, lam, mim, zalikəl-kitab” yəni, ey Məhəmməd, sənə nazil etdiyimiz kitab, həmin əlif, lam, mim kimi ayrı-ayrı hərflərdən təşkil olunmuşdur ki, onlar sizin əlifba hərflərinizdir.”[3703]
4-İbni Abbas və İkrimədən nəql olunmuşdur ki, bunlar and hərfləridir. Mütəal Allah onlara and içir və o, Allahın adlarındandır.[3704]
Allah-taalanın bu hərflərə and içməsinin səbəbi, bəlkə də onların əhəmiyyət və əzəmətidir. Belə ki, bu hərflərin (əlifba hərflərinin) vasitəsilə haqqın böyüklüyü, cəlalı və yaradılış dünyasının sirləri bəyan olunur. Əvvəldən axıradək olan elmlər, cəmiyyətin idarə olunması, insanların yer üzərində bir-birləri ilə qarşılıqlı ünsiyyət və əlaqələri, həmçinin bəşəriyyətdə mövcud olan hər növ sənətkarlıq, al-ver, ticarət, qarşılıqlı rəftar, nikah, hərbi məsələlər, ictimai qanunlar, hüquqlar və s. hamısı bu hərflərlə bağlıdır. Keçmiş əsrlərdən gələcək nəsillərə ötürülən məlumatlar, hətta ilahi qanunlar, Quran məfhumları və elmlərini bəyan edən bu təfsir özü də məhz həmin hərflərin vasitəsillə müxtəlif dillərdə çap olunmuşdur.[3705]
Allah sizə yar olsun.
Sual (130) : Salamun əleykum.İmamla Peyğəmbərin fərqi nədir? Və imamət nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmamla Peyğəmbərin fərqi bundadır ki, Peyğəmbərə vəhy gəlir, İmam isə hökmləri Peyğəmbərdən ilahi bir qüvvə ilə əxz edir. Peyğəmbər Allah tərəfindən, İmam isə Peyğəmbər tərəfindən olan təbliğatçıdır. Bu, İmamiyyə məzhəbinin inancıdır. Sair məzhəblərdə isə, imamət din və dünya işlərində ümumi rəhbərlik, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən fürui-din hökmlərində xəlifədir. İmamət lüğətdə bir şəxsin, camaatın ona tabe olub iqtida etmələri üçün irəli keçməsinə deyilir. Tabe olunan şəxs İmam, tabe olanlar isə məmum adlanır Deməli, İmam, insanın söz və əməldə iqtida etdiyi, tabe olduğu şəxsə deyilir. “Təfsiri-Safi”, 1-ci cild, səh.78
Allah sizə yar olsun.
Go to TOP